Microsoft Word Reuters Governor aze docx



Yüklə 16,92 Kb.
Pdf görüntüsü
tarix26.05.2018
ölçüsü16,92 Kb.
#46044


Neftin qiyməti qalxdığı üçün Azərbaycan büdcəyə yenidən baxacaqdır – MÜSAHİBƏ  

 

* Azərbaycan Mərkəzi Bankının Sədri 2011-ci ilin büdcəsində cüzi dəyişikliklərin olacağını 



deyir  

 

* Neftin qiyməti hökumətin proqnozundan da yüksəkdir  



 

* Ərzağın qiymətinin qalxması hökuməti narahat edir 

 

Lesli Roton 



 

Azərbaycanın baş bankiri cümə axşamı müsahibəsində deyib ki, neftin qlobal qiymətinin 

hökumətin əvvəllər proqnozlaşdırdığı qiymətdən yüksək olması səbəbindən neft istehsal və 

ixrac edən Azərbaycan 2011-ci ilin büdcəsinə yenidən baxacaqdır. 

 

"Düşünürük ki, ilin sonuna qiymətlər daha aşağı (indikinə nisbətən), amma il başlamazdan 



qabaq  proqnozlaşdırdığımız qiymətdən yüksək olacaqdır," Mərkəzi Bankın Sədri Elman 

Rüstəmov Reuters İnsider-ə belə deyib. 

 

O deyib ki, Azərbaycan Mərkəzi Bankının yanvar ayında 159 milyon ABŞ dollar artaraq 6.57 



milyard ABŞ dollarına çatan xarici valyuta ehtiyatları, ehtimal ki, 2011-ci ilin sonuna 8 milyard 

ABŞ dollarına bərabər olacaqdır. 

 

Keçmiş Sovet respublikası getdikcə daha mühüm neft istehsalçısına çevrilməkdədir və o, 2011-



ci ildə 51.5 milyon ton neft istehsal etməyi planlaşdırır. 

 

Yaxın Şərq və Şimali Afrikada iğtişaşlar yayıldığı və təchizatda pozulmalarla bağlı narahatlıqlar 



artdığı üçün cümə axşamı qlobal qiymətlər təxminən 3% artıb. 

 

Azərbaycanın büdcəsi neftin barrelinin qiyməti 60 ABŞ dolları əsasında müəyyən edilib, amma 



bençmark Brent markalı xam neftin satış qiyməti cümə axşamı 114 ABŞ dollarından çox 

olmuşdur. 

 

Azərbaycanın neftlə zəngin iqtisadiyyatı üçün neftin qiymətinin yüksək olması müvəqqəti 



olaraq yaxşı olsa da, ərzaq qiymətlərindəki qlobal tərəddüdlər “yük”ə çevrilir, çünki ölkə 

əhəmiyyətli ərzaq idxalçısıdır. 

 

BMT-nin Ərzaq Qiyməti İndeksi fevral ayında 1990-cı ildən bəri ən yüksək səviyyəyə çataraq 



səkkizə bərabər olmuşdur ki, bu, inkişaf etməkdə olan ölkələr üçün çətinliklər törədir, çünki ev 

təsərrüfatları gəlirlərinin çox hissəsini məhz ərzağa sərf edir. 

 

Rüstəmov təsdiq edib ki, ərzağın qiymətləri narahatlıq amilidir, amma deyib ki, səlahiyyətli 




orqanlar inflyasiyanı tək rəqəmli səviyyədə saxlamağa çalışacaqdır. 

 

Azərbaycanda istehlak qiymətləri yanvarda illik əsasda 8.3 faiz artmışdır, dekabr ayında bu 



rəqəm 5.7% olmuşdur, amma bu rəqəm hələ ki, hökumətin 2011-ci il üçün proqnozlaşdırdığı 

təkrəqəmli inflyasiya səviyyəsinə uyğundur. 

 

"Azərbaycan ərzağın əhəmiyyətli hissəsini idxal edir və ərzağın qiymətinin artması digər 



yaranmaqda olan bazar iqtisadiyyatlarında olduğu kimi ev təsərrüfatlarının büdcəsində 

əhəmiyyətli paya malikdir, ona görə də ərzağın qiymətinin Azərbaycan üçün narahatlıq 

törədəcəyini gözləyə bilərik," o, tərcüməçi vasitəsilə belə deyib. 

 

"Hökumət inflyasiya tədbirlərini həyata keçirir, beləliklə bu tədbirlər vasitəsilə hökumət 



inflyasiya hədəflərinin təkrəqəmli səviyyədə saxlanması yönündə səylərini sərgiləyəcəkdir," 

deyə o, əlavə edib. 

 

Rüstəmov deyib ki, qiymətlərin yüksək olması ilə yaranan ərzaq təhlükəsizliyi məsələlərini 



ünvanlamaq üçün 2011-ci ilin büdcəsinə, ehtimal ki, yenidən baxılacaqdır. 

 

"Bunun əhəmiyyətli düzəliş olcağına inanmıram, çünki büdcə kifayət qədər yaxşı 



balanslaşdırılmışdır və biz makroiqtisadi idarəetmə və dayanıqlıq məsələləri ilə bağlı 

narahatlıqları nəzərə almalıyıq," o deyib. "Belə ki, neftin qiymətinin yüksək olması və volatillik 

kənar şoklardır və büdcəyə transfer edilməməlidir. 

 

"Amma eyni zamanda ölkədə ünvanlanması lazım olan ehtiyaclar  ola bilər, xüsusilə də 



prezident son zamanlar ərzaq təhlükəsizliyi məsələləri haqqında danışıb və bu təşəbbüslərə 

müvafiq olaraq kənd təsərrüfatının inkişafının təmin edilməsi üçün kənd yerlərinin 

maliyyələşdirilməsinə bəzi əlavə vəsaitlər ayrıla bilər," deyə o, əlavə edib. 

 

O deyib ki, hədəf xərclərdəki dəyişikliklər birbaşa neftin qiymətindəki artımla bağlı deyildir, 



bu, hökumətin infrastrukturu yaxşılaşdırmaqla bağlı planları ilə müəyyən edilir. 

 

"Bu ona görədir ki, ölkədə infrastrukturun təkmilləşdirilməsi və modernizasiyası prosesi həyata 



keçirilir; əsas lahiyələrdən bəzilərinə əlavə maliyyələşdirmə lazım ola və bu məqsədlə bəzi 

əlavə transferlər həyata keçirilə bilər," Rüstəmov deyib. 

 

"Bunun əhəmiyyətli olacağını gözləmirəm, beləliklə xərclərdə düzəlişlər mümkündür, amma 



bu, birbaşa neftin qiymətindəki artımla bağlı deyildir." 

 

Rüstəmov deyib ki, o, dünyada neftin qiymətinin yüksək olması baxımından hökumətin neft 



gəlirlərinin idarə edilməsi siyasətində dəyişikliklərin olacağını gözləmir. 

 

O deyib ki, dövlət neftdən 47 milyard ABŞ dolları əldə etmişdir ki, bunun 50%-i gələcək nəsillər 



üçün neft fondunda saxlanmışdır, qalan hissəsi isə dövlət tərəfindən xərclərlə bağlı ehtiyac 


üçün sərf edilmişdir. 

 

"Biz bu nisbətin gələcəkdə də saxlanmasını planlaşdırırıq," o deyib və əlavə edib: "İrəliyə 



baxsaq, neft gəlirlərinin artacağı müəyyən edildiyi üçün gəlirlərin daha əhəmiyyətli hissəsi 

gələcək üçün saxlanacaqdır."  



 

  

 



 

Yüklə 16,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə