Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə1/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
  1   2   3   4   5   6   7   8   9   ...   181


 

1

 



 

 

 

 

 

 



 

 

   



Rəhmli, mərhəmətli  

Allahın adı ilə! 


 

2

      



 

 

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani 

 

 

 

 

 

 

İZAHLI ŞƏRİƏT MƏSƏLƏLƏRİ 

 

 

 

 

 

 باتكلا مسا

 :

ةيرذلاا ةغللاب لئاسملا حيضوت

 

 فيلات

 :

 يناتسيسلا ينيسحلا يلع ديسلا ىمظعلا ﷲةيا

)

هلظ ماد

(

 

 ماعلا فرشملا

 :

 ةجح

 ملاسلاا

يلوصوملا يلع دمحم خيشلا

 

 مجرتملا

 :

فوملاسا نشور

 

 ححصملا

 :

فوميلس قماز

 

 تيبلا لا ةسسؤم

)

ع

(

 



 

وكسوم

 

 

 

 

 

 

 

Bakı – 2013 

 



 

3

 



 

B İ L D İ R İ Ş

 

 

 

Rəhmli, mərhəmətli Allahın adı ilə! 

 

 

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistaninin Rusiya Federasi-

yası  və Azərbaycan Respublikası üzrə nümayəndəliyi möhtərəm 

mömin bacı və qardaşların nəzərinə çatdırır ki, müəllifin eyni adlı 

kitabı, aşağıdakı möhür və imzanı özündə əks etdirmədiyi təqdir-

də, etibarsız sayılır və nümayəndəlik həmin kitablarda mövcud 

olan səvh və xətalara görə məsuliyyət daşımır. Artıq neçə illərdir 

ki, nümayəndəliyin icazəsi və xəbəri olmadan müəllifin adı gedən 

kitabı biznes maraqları xatirinə heç bir düzəliş  və redaktə  işləri 

aparılmadan çap edilir. Bunun nəticəsində  də adı gedən kitabda 

kifayət qədər səhv və xətalar meydana gəlmişdir. Çoxsaylı müraci-

ətləri nəzərə alaraq nümayəndəlik kitabın yenidən işlənib hazır-

lanmasına və üstəlik bəzi aktual məsələlər barədə olan yeni hökm-

lərin  əlavəsinə  qərar verib. Nümayəndəlik bildirir ki, kitabın bü-

tün hüquqları qorunur və onu icazəsiz çap etmək qəti şəkildə qa-

dağan və haramdır. Buna əsasəndə nümayəndəlik mömin bacı və 

qardaşlara, yuxarıda qeyd olunanlar barədə diqqətli olmalarını 

tövsiyə edir. 

 

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistaninin Rusiya Federasiyası 

və Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi 

Hüccətul-İslam Şeyx Məhəmməd Əli Mosuli. 

 

 

 

11 Zil-qədə 1433  

29 Sentyabr 2012 

Bakı şəhəri 

 

 


 

4

Bismillahir-rəhmanir-rəhim 

 

Ən etibarlı şəxslərin verdikləri şəhadətə əsasən, “İzahlı şəriət 



məsələləri” kitabı Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani 

cənablarının fətvalarına uyğundur. 

 

Qum şəhəri, Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani  



cənablarının dəftərxanası. 

 

 



 

 

 



 

 

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi 

DK – 28/Q saylı 18 dekabr 2012-ci il tarixli məktubu ilə 

çap olunmasına razılıq verilmişdir.

 

 

 

 

Ümumi redaksiya: 



Hüccətul-İslam Şeyx Məhəmməd Əli Mosuli 

 

 

Mütərcim: 



Rövşən İslamov 

 

Korrektor:   



Zamiq Səlimov 

 

 

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani 

İzahlı şəriət məsələləri 

Бакы, «МЩС-полиграф», 2013, 416 сящ. 



 

 

 

 

 

ISBN: 978-9952-459-17-03 

 

© Rövşən İslamov, 2013 




 

5

 



Rəhmli, mərhəmətli Allahın adı ilə! 

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının  

həyatına qısa bir baxış 

 

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani hicri qəməri tarixi ilə 1349 



(1928)-cu ildə İmam Rza(ə)-ın şəhəri olan Xorasanda elm, təqva və zahidli-

yilə bölgənin seçilən ailələrindən birində dünyaya gəlmişdir. 

Ayətullah Sistani ərəb dili və  ədəbiyyatını Xorasan vilayətinin o dövrdə 

yaşamış  məşhur  ədiblərindən sayılan ustad Məhəmməd Təqi Neyşapurinin 

sinfində öyrənmişdir. O, burada “Usuli-fiqh” və əqli elmlərə də mükəmməl yi-

yələndikdən sonra Xorasanda “Üsul” və “Fiqh” elmlərinin ən yüksək mərhə-

ləsini tədris edən mühəqqiq Mirzə Mehdi İsfahaninin dərsində  iştirak edir. 

Təhsilini daha da təkmilləşdirmək məqsədilə h.q. tarixilə 1368 (1947)-ci ildə 

Qum şəhərinə gəlir. Bu zaman Qum şəhərində “Usul” və “Fiqh” dərslərini ən 

yüksək səviyyədə tədris edən zəmanəsinin ən tanınmış təqlid müctehidi Ayə-

tullah-Uzma Seyid Bürucerdinin dərslərindən faydalanır və ustadının qabaqcıl 

tələbələrindən birinə çevrilir. Seyid Sistani Qum şəhərində Ayətullah-Uzma 

Hüccətin də  dərslərində  iştirak edib yetərincə faydalanır. Nəhayət, o, 1371 

(1958)-ci ildə şiə  məzhəbinin ən böyük elm mərkəzi olan Nəcəf şəhərindəki 

görkəmli və  məşhur alimlərindən faydalanmaq, həm də imam Əli(ə)-ın 

mənəvi feyzindən bəhrələnmək üçün bu şəhərə köçür. O zaman bu elm mər-

kəzi özünün ən parlaq inkşaf dövrünü yaşayırdı. Ayətullah Sistani on ildən 

çox bir dövrdə  Nəcəf Elm Hövzəsinin rəhbəri və  fəqihlər ustadı Ayətullah-

Uzma Seyid Əbulqasim Xoyi, Ayətullah-Uzma Seyid Möhsin Həkim və 

Ayətullah Şeyx Hüseyn Hillinin dərslərinə qatılır. Ayətullah Sistani elmi-dini 

mətnləri uzun illər tədris etdikdən sonra h.q. tarixi ilə 1381 (1968)-ci ildə şiə 

aləminin böyük fiqh alimi Şeyx Murtəza  Ənsarinin “Məkasib” kitabını  əsas 

götürərək fiqhin yüksək səviyyəli dərslərini tədris etməyə başlayır və  həmin 

dərsləri Seyid Kazim Təbatəbainin “Urvətul-vusqa” adlı əsərilə davam etdirir. 

Ustad indiyədək “Təharət”, “Namaz” və “Xüms” kitablarını sona çatdırmışdır. 

O, 1384 (1971)-cü ildən etibarən “Usul” elminin yüksək səviyyədə tədrisinə 

başlamış  və 1414 (2001)-cü ilədək bu elmin tədrisini üç dəfə tamamlayaraq 

təkmilləşdirmişdir. Ustad hələ 31 yaşında ikən Ayətullah-Uzma Seyid Xoyi və 

Ayətullah Şeyx Hüseyn Hillidən ictihad təsdiqnaməsini almışdır. 

Hal-hazırda Ayətullah-Uzma Seyid Əli Sistaninin dünyanın müxtəlif öl-

kələrində  dəftərxanaları  fəaliyyət göstərir. Həmin dəftərxanaların fəaliyyəti 

təkcə imkansız müsəlmanlara maddi yardım göstərməklə məhdudlaşmır. Ək-

sinə,  İslamın elmi-mədəni irsinin qorunub saxlanmasını  həmin dəftərxana-

ların əsas fəaliyyət sahəsi hesab etmək olar. Buna misal olaraq mötəbər dini 

ədəbiyyatların dünyanın müxtəlif dillərində  tərcümə  və  tədris olunmasını, 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə