Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
  1   2   3   4   5   6   7   8   9   ...   31


AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 

 

Yol hərəkəti haqqında 

Birinci fəsil.  

Ümumi müddəalar 

Maddə 1. Əsas anlayışlar 

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 

1) yol hərəkəti -- xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan 

hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində 

yaranan ictimai münasibətlərin məcmusudur; 

2) yol hərəkətinin təşkili -- nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, 

optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi 

olan mühəndis və təşkilati tədbirlər sistemidir; 

3) yol hərəkətinin təhlükəsizliyi -- yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların 

nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir; 

4) beynəlxalq yol hərəkəti -- bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə 

müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir; 

5) avtomobil yolu -- yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan 

ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və 

rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur

6) avtomagistral -- nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki: 

- həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən 

istifadə edilə bilməz; 

- ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə 

hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə 

tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; 

- dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur; 

7) yolun hərəkət hissəsi -- yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq 

vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); 

8) yol çiyini -- yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları 

müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, "yol çiyini" digər yol istifadəçiləri üçün yolun 

qalan hissəsinin kənarıdır; 

9) baş yol -- kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk 

örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər 

hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola 

bərabər etmir); 

10) piyada keçidi -- yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis 

qurğusudur; 

11) yolayrıcı -- yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ 

gətirdiyi ərazidir; 



12) nizamlanan yolayrıcı -- hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən 

yolayrıcıdır; 

13) nizamlanmayan yolayrıcı -- nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-

sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; 

14) ayırıcı zolaq -- yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin 

nəqliyyat vasitələrinin, piyadaların hərəkəti və ya dayanması üçün nəzərdə tutulmayan hissəsidir; 

15) hərəkət zolağı -- yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada 

hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır; 

16) səki -- yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün 

nəzərdə tutulan hissəsidir; 

17) nəqliyyat vasitəsi -- yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, 

habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə 

gətirilən nəqliyyat vasitələrinə bölünür); 

18) mexaniki nəqliyyat vasitəsi -- asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər 

hansı özügedən nəqliyyat vasitəsidir

19) avtomobil -- yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin 

yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə 

birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu 

məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya 

daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir); 

20) operativ nəqliyyat vasitələri -- yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , 

hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və 

qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün 

nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs 

siqnalları ilə təchiz edilmiş avtomobillərdir; 

21) qoşqu -- mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir; 

22) yarımqoşqu -- avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və 

yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur; 

23) uzun ölçülü nəqliyyat vasitəsi -- uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir

24) özügedən maşınlar -- tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə 

istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir; 

25) təkərli traktor -- yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və konstruksiyasına görə maksimum sürəti 

saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir; 

26) motosiklet -- mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (tam ləvazimatlı 

vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dördtəkərli mexaniki nəqliyyat vasitələri də motosikletlərə 

bərabər tutulur); 

27) moped -- iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya 

sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər, 

motosiklet və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur); 

28) velosiped -- əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya 

dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir; 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə