Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə1/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
  1   2   3   4   5   6   7   8   9   ...   45


Şahin Fazil 
 
 

 
 
Şahin Fazil 
 
 
 
 
 
 
 
  YAPONİYA 
SƏFƏRNAMƏSİ  
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2011
 


Redaktor: Naibə Musayeva 
                  professor 
 
 
 
 
 
Şahin Fazil. Yaponiya səfərnaməsi. 
Bakı, “Elm və təhsil”, 2011, 232 səh.  
 
 
Tarix  elmləri  doktoru,  professor,  Azərbaycan  Yazarlar  Birliyinin 
üzvü,  “Məcməüş  –  şüəra”  /  ”Şairlər  məclisi”  /  ədəbi  dərnəyinin  sədri 
Şahin Fazil uzun müddət Əfqanıstanda yaşamış və işləmiş / 1963-1988 
-ci illər arasında fasilələrlə /, İran, Türkiyə, İraq, Dubay, habelə Sovetlər 
İttifaqının  müxtəlif  respublikalarında  səfərlərdə  olmuş,  Beynəlxalq 
Elmi Konfranslarda iştirak etmiş, onlarla səfərnamə yazmışdır. 
Bu  kitabda  onun  Yaponiyada  olduğu  10  gün  müddətində  yazdığı  
səfər  təəssüratları,  yapon  alimləri  ilə  keçirdiyi  elmi  görüşlər,  etdiyi 
məruzələr, həmçinin bu Gündoğar Ölkədə qələmə aldığı müxtəlif vəznli 
şerlər oxucu nəzərinə çatdırılır. 
Şahin  Fazil  yapon  hayku  janrı tərzində  “Azərbaycan haykuları”  adlı 
kitab da yazmış, həmin kitabdakı müxtəlif şer nümunələri Yaponiyada, 
kitabın özü isə Bakıda / 2007 / çap olunmuşdur. 
 
Səmimi diqqət və qayğısına görə həkim dostum 
 Namiq Məmmədova səmimiyyətlə təşəkkür edir,  
uğurlar diləyirəm 
Müəllif  
 
 
2011
098
4702000000

N
 
qrifli nəşr
 
                      © 
«Elm və təhsil», 2011
 
Şahin Fazil 
 
 

I. 15 dekabr-2008 – 18 fevral  2009. 
 
Bakı. 
Yaponyadan 
magistrant 
Şaiq 
Cəfərzadənin  mənə  telefon  zəngi  və  Senday 
şəhərindəki  Tohoku  Universitetinə  mühazirə 
oxumağa getməyim  üçün  onun gözlənilməz tə-
klifi.  Səfərimlə  alaqədar  Tohoku  Universite-
tinin  professorları  Hiroki  Oka,  Takaşi  Ku-
roda,  həmçinin  magistrant  Şaiq  Cəfərzadə 
tərəfindən  mənə  ünvanlanan    müxtəlif  dilli 
(ingilis, rus, fars və Azərbaycan) məktublar . 
 
ox  səfərlərdə  olmuşam.  İlk  uzaq  səfərim 
Əfqanıstana  oldu.  Azərbaycan  Dövlət  Uni-
versiteti (Universitetin o zaman kimin adına 
olmasını  heç  yazmaq  da  istəmirəm,  onsuz 
da  çoxları  bilir,  bilməyənlərin  bilmələri  vacib  deyil) 
Şərqşünaslıq  fakültəsi,  Fars  dili  şöbəsinin  V  kursunda 
oxuyarkən  Əfqanıstan  getdim.  O  vaxtlarda  SSRİ 
miqyasında xarici ölkələrə işləməyə göndərilən tələbə yox 
dərəcəsindəydi.  Dövlətimizlə  başqa  dövlətlər  arasında 
siyasi  əlaqələr  çox  olsa  da,  iqtisadi-mədəni  əlaqələr  hələ 
zəif  idi.  Qubadan  Bakıya  oxumağa  gələn  bir  tələbə  üçün 
xarici  ölkəyə  getmək,  özü  də  işləməyə  getmək,  əlbəttə 
gözlənilməz  idi.  Mən  fakültəmizdən  xaricə  işləməyə 
göndərilən ilk tələbə idim. 
 Əfqanıstan krallığı. Məhəmməd Zahir şah. Monar-
xiyalı  bir  ölkə.  Dağlar,  bağlar,  ormanlar,  səhralar,  dü-
zəngahlar,  dərələr,  vadilər…  və  əfsanələr  diyarı.  Sonralar 
əfqanlardan o qədər əfsanələr eşitdim ki. Nadir şah Əfşarın 
hakimiyyəti dövründə (1736-1747) Cənubi Azərbaycandan 
Ç 


  Йапонийа сяфярнамяси 
 
 

Əfqanıstana  köçürülmüş  Azərbaycan  türkləri  (onlar 
hazırda  da  Kabul  yaxınlığındakı  Təpə  və  Nanəkçi 
kəndlərində  yaşayırlar)  «Abbas  və  Gülgəz»,  «Koroğlu», 
«Aşıq  Qərib»  və  başqa  dastanlarımızı  keçən  əsrin  ikinci 
yarısında, saz çala-çala bu günün Azərbaycan türk dilində 
mənə  danışarkən  həssas  bir  insan  kimi  gözlərim 
yaşarmışdı: 
 
Çimirəm göz yaşım ilə, oluram pak, təmiz, 
Göz yaşım var isə dərya mənə lazımdırmı? 
(Şahin  Fazil.  Qəzəllər, 
Bakı, 1994, s.17)
1
 
 
Dünya qəribə dünyadır. Ona mütləq şəkildə pis, ya-
xud  mütləq  şəkildə  yaxşı  demək  olmur.  Dünya  əfsanələr 
və  reallıqlar  dünyasıdır.  Əfqanıstan  da  dünyanın  bir 
parçası. Dünya gündüz-gecə öz oxu ətrafında fırlanır, eyni 
zamanda ildə  bir dəfə  günəşin də başına dolanır. Mən də, 
Qubadan  çıxdım,  Bakıda  oxudum  və  günlərin  bir  gün 
fırlanıb-dolanıb  gəlib  çatdım  Əfqanıstana,  dünyanın  o 
zamankı «əfsanələr və reallıqlar dünyasına» 
 
Bir gözdə: qaranlıqdı fəqət, qəmdi bu dünya, 
Bir gözdə: şəfəq dalğalı aləmdi bu dünya. 
 
Bir gözdə: məşəqqət dolu, zillət dolu bir yer, 
Bir gözdə: təravətlidi, xürrəmdi bu dünya. 
 
Bir gözdə: bütün sirri olubdur açıq-aşkar, 
                                                
1
  Бундан  сонра  мисал  эятиряъяйим  ше’р  парчаларыны  мцхтялиф 
китабларымдан эютцрмцшям. 
Şahin Fazil 
 
 

Bir gözdə sehr mücrüsü, mübhəmdi bu dünya. 
 
Bir gözdə: bütün müşkülatın həllinə qadir, 
Bir gözdə: çətinlik dolu aləmdi bu dünya. 
 
Bir gözdə: həmi huriyə, həm qılmana malik, 
Bir gözdə: əziyyətdi, cəhənnəmdi bu dünya. 
 
Bir gözdə: qiyamət gününün dəhşəti parlar, 
Bir gözdə: poladdan dəxi möhkəmdi bu dünya. 
 
Bir gözdə: dönüb göz nuruna zülməti yarmış, 
Bir gözdə: donan göz yaşıtək nəmdi bu dünya. 
 
Fırlansa müdam, Şahinə sərsəm deyəcəklər, 
Fırlanmada gündüz-gecə, sərsəmdi bu dünya. 
(Qəzəllər, 1994, səh. 162) 
 
Əfqanıstanda  çox  yaşadım,  müəyyən  fasilələrlə 
1963-1988-ci  illər  arasında  13  il  o  qürbət  diyarda  ömür 
sürdüm.  Əfqanıstan  mənə  çox  şey  verdi.  Buna  görə  də 
həmin  ölkəyə  çox  minnətdaram.  Amma,  vətən  vətəndir, 
illah ki, Odlar diyarı ola. Əfqanıstanda od da gördüm, odu 
söndürən su da, gül də gördüm, güllə də. Amma, 
 
Olmuşsa da hörmət mənə əfqan diyarında, 
Bildim ki, yad ellərdə adam bəxtəvər olmaz. 
(Qəzəllər, 1994, s.165) 
 
Əfqanıstanda  üç  dövlət  medalı  ilə  təltif  olundum. 
Aldığım  birinci  medalımın  adı  «Sədaqət»dir.  Mən  əgər 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə