Microsoft Word Sefter Hesenzade book doc



Yüklə 385,77 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix14.04.2018
ölçüsü385,77 Kb.
#38512
  1   2   3   4   5   6   7   8   9   ...   13


Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

1



 

 

 SƏFTƏR   HƏSƏNZADƏ 

 

 

 

VƏTƏN HƏSRƏTLİ, 

BARIT QOXULU 

SƏTİRLƏR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – Mütərcim - 2009

Səftər Həsənzadə 

 



 

Kitab Bakı Slavyan Universiteti 

«Jurnalistika və Azərbaycan ədəbiyyatı» kafedrasının (06.02.09. 

pr. №8) və «Folklor araşdırmaları» elmi-tədqiqat 

laboratoriyasının iclasının (12.02.09. pr. №2) qərarı ilə 

 çapa tövsiyə olunmuşdur. 

 

 

Toplayan və tərtib edən:  Nizami Tağısoy 



 filologiya elmləri doktoru, professor  

 

Redaktor:  



Ağasən Bədəlzadə 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 

filologiya elmləri namizədi, dosent 

 

 



Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər. 

Bakı: Mütərcim, 2009. – 76 s. 

 

Kitabda  əslən  Şirvanın Ucar bölgəsindəki Yuxarı  Şilyan 

kəndindən olan, dünyadan nakam getmiş istedadlı  şair Səftər 

Həsənzadənin İkinci Cahan Savaşı dövründə səngərlərdə qələmə 

aldığı  Vətən həsrətli, yurd sevgili, qələbə ruhlu şeirlərindən 

nümunələr verilmişdir. Səftər Həsənzadə  şeirlərində  təqdim və 

təsvir etdiyi müharibə «mənzərələri»ni neçə illərdir Qarabağ 

cəbhəsində gedən döyüşlərdə yaşanan faciələrlə müqayisə etmək 

olar. Dövrümüzlə  həmahəng səsləşən bu nümunələrin aktual 

olduğunu nəzərə alaraq onların, oxuculara çatdırılmasını  təq-

dirəlayiq hesab edirik. 

 

 

09

11



026

4702060000



H

 

 

 

 

© N.Tağısoy, 2009



Vətən həsrətli, barıt qoxulu sətirlər 

 

3



 

SƏFTƏR KƏRƏM OĞLU HƏSƏNZADƏ HAQQINDA 

QISA BİOQRAFİK ARAYIŞ 

 

Səftər Kərəm oğlu Həsənzadə 1915-ci ildə Ucar rayonunun 

Yuxarı Şilyan kəndində anadan olmuşdur. 

1920-ci ildə atası dünyasını  dəyişdikdən sonra anasının 

himayəsində böyümüşdür. 

1927-ci ildə doğma kənddə Birinci Dərəcəli Zəhmət Məktə-

binə daxil olmuşdur. 

1929-cu ildə Bağman Bərgüşad kəndində açılmış Kolxoz 

Cavanlar Məktəbində təhsilini davam etdirmişdir. 

1931-ci ildə Göyçayda açılmış İkiillik Müəllimlik Kursuna 

göndərilmiş, 1932-ci ildə orada təhsilini başa vurmuşdur. 

Göyçay  İkiillik Müəllimlik Kursunu bitirdikdən sonra 

Zərdabın Xanməmmədli, Qoşaoba, Gəndəbil, Sahsünlü, İsaqbağı, 

Gəlmə; Ucarın Xalac; Göyçayın Lək I və  Lək II kəndlərində 

müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 

1939-cu ildə  İkinci Cahan Savaşına çağırılmışdır. Rusi-

yanın Voronej, Stalinqrad, Tambov, Kursk, Bryansk; Ukrayna-

nın, Xarkov, Çerniqov, Rovno; Belorusiyanın Qomel, Brest vila-

yətlərindəki  şəhər, rayon, kəndlərində vuruşlarda, Polşa  şəhər-

lərini azad etməkdə sovet ordusu sıralarında döyüşlərdə  iştirak 

etmişdir. 

1945-ci ildə müharibə qurtardıqdan xeyli sonra doğma və-

tənə qayıtmışdır. Elə həmin ildən Ucarın Müsüslü stansiyasındakı 

Dəmiryol Məktəbində müəllim işləmişdir. 

Şeirə, sənətə bağlılığı onda özünü lap erkən yaşlarından 

büruzə vermişdir. 

Səftər Həsənzadənin müharibədən  əvvəl, müharibə döv-

ründə və müharibədən sonra yazdığı əsərlərin əsas hissəsi onun 

böyük bacısının evində saxlanıldığından, evləri yanarkən məhv 

olmuşdur. Yalnız şeirlərinin bir hissəsi digər bacısının sandığın-

da hifz edilib saxlanılmışdır. 

Səftər Həsənzadə 1948-ci ildə haqq dünyasına qovuş-

muşdur. 

 

Səftər Həsənzadə 

 



 

SƏFTƏR HƏSƏNZADƏNİN SƏNGƏR ŞEİRLƏRİ 

 

(Anamın sandığından) 

 

Azəri türkcəsi harmoniyası  və melodikliyi baxımın-

dan nəzmə yatımlı olduğundan bu dilin daşıyıcılarının  şeir 

yazmağa meyli daim güclü olmuşdur. Vətənimizi  şairlər 

ölkəsi də  əbəs yerə adlandırmırlar. Buna görə  də  şairlər 

ordusunda təmsil olmunmuşların əksəriyyətinin əsərləri bizə 

məlum olsa da, xalq arasında elə  sənətkarlar olmuşdur ki, 

onların yaradıcılığı  hələ  də geniş oxucu auditoriyasına 

çatdırılmamışdır. Azərbaycanın güneyli-quzeyli hər 

tərəfində xalq arasında, el-obada içində tanınmışları, 

məşhurları olmuşdur.  Şirvanda hələ XI-XII əsrlərdən 

başlayaraq böyük sənətkarlar yetişmişdi. Estafeti 

sələflərindən alanlar bu sənəti daim yaşatmağa, onu inkişaf 

etdirməyə can atmışlar. Sözə, sənətə Ucarda da daim böyük 

önəm verilmiş, poetik ənənəyə münasibət sönməz 

olmuşdur. Belə  sənətkarlardan Həbibi, Məlikballı Qurban 

və başqalarının yaradıcılığı, milli hədləri çoxdan aşmışdır. 

Lakin Ucarda sözü ilə, deyimi, duyumu, ovxarlı, cılalı, 

hədəfə  dəyən ifadəsi ilə tanınmış  sənətkarların heç də 

hamısı indiyə  qədər lazımınca təbliğ olunmamışdır. 

Xatırlatmaq yerinə düşər ki, Yuxarı  Şilyanda XVIII-XIX 

əsrlərdə  şair Adıgözəl  Şilyanlı, XIX-XX əsrlərdə  aşıq 

Soltan, aşıq Fərhad, aşıq  Əsəd, aşıq  Şəmi, aşıq Paşa,  şair 

Səftər Həsənzadə, aşıq Muxtar və b. kimi sənətkarlar 

yaşayıb-yaratmışlar. Düzdür, 2005-ci ildə AMEA-nın 

Folklor İnstitutu Elmi Şurasının qərarı ilə filologiya elmləri 

doktoru, professor Seyfəddin Qəniyev nəşr etdirdiyi 

«Şirvanlı  aşıq Soltan ocağı» kitabında adlarını  çəkdiyimiz 

aşıq və  şairlərdən bir neçəsinin - Adıgözəl  Şilyanlı, aşıq 

Soltan, aşıq Fərhad, aşıq  Şəmi və başqalarının yaradıcılığı 




Yüklə 385,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə