Microsoft Word server saribeyli ve elcin usubov



Yüklə 53,11 Kb.
Pdf görüntüsü
tarix02.04.2018
ölçüsü53,11 Kb.
#35811


650 

Journal of Azerbaijani Studies 



SƏHMDAR CƏMİYYƏTLƏRİNDƏ SƏSVERMƏ 

HÜQUQUNUN ƏSAS XÜSUSİYYƏTLƏRİ  

 

Sərvər SÜLEYMANLI* 

(Qafqaz Universiteti) 

 

Elçin USUBOV** 

(Bakı Dövlət Universiteti) 

 

 

I. GİRİŞ 

 

Səhmdar cəmiyyətləri hüququnda ən əsas və kilid anlayış səhm anlayışıdır. 



Belə ki, bir şirkət növü olaraq səhmdar cəmiyyətinin demək olar ki, bütün təməl 

xüsusiyyətlərinin hamısı  səhm anlayışı ilə bağlı olduğu kimi

1

, səhmdar 



hüquqları da səhmə bağlıdır. Səhmdən irəli gələn hüquqlar içərisində qeyri 

əmlak hüquqlarının xüsusi əhəmiyyəti vardır, çünki məhz bu hüquqlar 

sayəsində  səhmdar cəmiyyətinin fəaliyyət və    qərarlarına təsir göstərilə bilər. 

Səhmə bağlı qeyri əmlak hüquqlarının  ən başlıcası isə, səsvermə hüququdur. 

Səhmdar cəmiyyətləri hüququnun mahiyyətinin aydın bir şəkildə başa 

düşülməsində  və xüsusilə  də bu şirkət növünün fəaliyyət prinsiplərinin 

qavranıla bilinməsində  səsvermə hüququ əvəzsiz bir rola malikdir. Bir hüquqi 

şəxs olaraq səhmdar cəmiyyətlərinin iradəsi, onun idarə olunması  və  fəaliyyət 

istiqamətlərinin müəyyən olunması  və  hətta mövcudluğunun davam edib-

etməmsi, səslərin əksəriyyətinə sahib olanların iradəsindən asılıdır. Bu nöqteyi-

nəzərdən səsvermə hüququnun necə və hansı səviyyədə tənzimlənməsi, səhmdar 

cəmiyyətləri hüququ ilə bağlı məsələlərin məqsədə uyğun və etibarlı bir şəkildə 

tənzimlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səhmdar 

cəmiyyətlərinin fəaliyyəti ilə bağlı münasibətlərin əlverişli və yüksək səviyyədə 

tənzimlənilməsi,  şübhəsiz ki, səhmdar cəmiyyətlərinin daha geniş yayılmasına 

və inkişafına çox müsbət təsiri vardır. Səhmdar cəmiyyətlərinin geniş yayılaraq 

inkişaf etməsinin ölkə iqtisadiyyatı baxımından olduqca faydalı olduğu müasir 

dövrdə hamılıqla qəbul edilən bir həqiqətdir. Təsadüfi deyildir ki, müasir 

dövrdə ən böyük kommersiya şirkətlərinin demək olar ki hamısı, hüquq təşkilati 

cəhətdən səhmdar cəmiyyəti şəklində formalaşmışdır. 

Səsvermə hüququ və onun istifadəsi məsələsi, səhmdar cəmiyyətləri 

hüququnda  ən çox diqqət çəkən mövzulardan biridir. Belə ki, bir səhmdar 

cəmiyyətinin səhmdarları (hər biri nizamnamə kapitalına olan iştirak payları 

                                                 

* Sərvər Süleymanlı, Qafqaz Universiteti Hüquq Fakültəsi Mülki Hüquq kafedrasının müəllimi 

** Elçin Usub, BDU  

1

 İ. ARSLAN, Şirketler Hukuku Bilgisi, 8.baskı, Konya, 2003, s. 282. 




Səhmdar Cəmiyyətlərində Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri 651 

nisbətində)  əslində elə  həm də  həmin səhmdar cəmiyyətinin sahibləri hesab 

olunurlar. Səhmdar cəmiyyətinin sahibi mövqeyində olan bu сящмдарларын ən 

əhəmiyyətli hüquqlarынdan biri də  səsvermə hüququdur. Çünki hər bir 

səhmdar, səsvermə hüququ sayəsində  səhmdar cəmiyyətinin fəaliyyətində 

iştirak etmək, onu idarə etmək ya da onun (səhmdar cəmiyyətinin) idarə 

edilməsinə  təsir edə bilmək imkanına sahib ola bilər. Bununla da səsvermə 

hüququ, həm səhmdarlara səhmlərindən irəli gələn  əmlak haqları ilə bağlı 

mənfəətlərini qorumaq, həm də səhmdar cəmiyyətinin idarə və nəzarət edilməsi 

məsələləri ilə  əlaqədar ona təsir etmək imkanını  təmin edir. Beləliklə, 

səhmdarın səsvermə hüququ, bir tərəfdən səhmdar cəmiyyətinin idarə edilməsi 

və ona nəzarətin həyata keçirilməsində  iştirak etmək, digər tərəfdən isə, 

səhmdar cəmiyyəti ilə bağlı əmlak hüquqlarının qorunmasında bir təsir vasitəsi 

olmaqla ən əsas səhmdar hüquqlarından birini təşkil edir. Səhmdar cəmiyyətləri 

baxımından bu cür əhəmiyyət kəsb edən bir hüququn əsas xüsusiyyətlərinə 

айдынлыг gətirilməsi, qənaətimizcə faydalı olar. 



 

 

II. Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri  

 

1. Yalnız Səhm Sahibinin Səsvermə Hüququ Ola Bilər  

Səhmdar cəmiyyətlərində  şərikliyə bağlı olaraq (maya qoyan olaraq) əldə 

edilən  əsas hüquqlardan biri olan səsvermə hüququ, səhmdarlara məxsusdur. 

Çünki səhmdar cəmiyyətlərinin idarəedilməsində ən əhяmiyyətli bir hüquq olan 

səsvermə hüququ, səhmdarlar tərəfindən qoyulan sərmayяnin (investitsiyanın) 

təminat altına alınmasına xidmət edən bir hüquqdur. Belə ki, sərmayə qoyaraq 

ticari (kommersiya) bir təşəbbüs göstərməklə  səhmdar cəmiyyətinin təsis 

edilməsini və  işləməsini təmin edən və eyni zamanda bu təşəbbüsün 

uğursuzluğa düçar olması halında qoymuş olduqları  sərmayяni itirmə riskini 

daşıyan da səhmdarlardır. Səhmdarlar,  əsasən səsvermə hüququ sayesində 

qoymuş olduqları bu sərmayяlərinin himayə edilməsi və  səmərəli  şəkildə 

idarəedilməsi prosesinə  iştirak etmək imkanını  əldə edirlər. Buna görə  də, 

normal halda hər bir səhmdarın, səsvermə hüququ sayяsində cəmiyyət işlərinə 

təsir edəbilmə imkanı, onun cəmiyyətin nizamnamə kapitalına qoymuş olduğu 

sərmayə miqdarı ilə, başqa sözlə, nizamnamə kapitalına olan iştirak payı nisbəti 

ilə düz mütənasibdir. Beləliklə, səsvermə hüququ ilə  səhmdar cəmiyyətində 

şərik olmaq, yəni  əslində  səhm arasında sıx bir əlaqə vardır. Səhm sahibi 

olmayan bir şəxs, səhmdar (yəni  şərik) ola bilməyəcəyi kimi, səsvermə 

hüququna da malik olamaz (ola bilməz).  

Beləliklə, sərmayə  şirkəti olaraq səhmdar cəmiyyətlərində  təsir və nüfuz 

sahibi olmaq, cəmiyyətə qoyulmuş olan sərmayя miqdarından (nizamnamə 

kapitalına olan iştirak payından) asılıdır. Bu, sərmayə sahibi olmağa bağlı təbii 

bir haldır və buna görə  də, cəmiyyət işlərinin idarə edilməsi və ona təsir

 



652 Sərvər Süleymanli, Elçin Usubov 

edilməsini təmin edən səsvermə hüququ da, qayda olaraq hər bir səhmdarın 

nizamnamə kapitalınдa olan iştirak payı nisbətindən asılıdır. 

Azərbaycan hüququnda da səsvermə hüququnun səhmə bağlı olduğu artıq 

qüvvədən düşmüş olan Səhmdar Cəmiyyətləri haqqında qanunda açıqca və 

xüsusi olaraq göstərilmişdi. Belə ki, Səhmdar Cəmiyyətləri haqqında qanunda 

hər bir səhmdarın malik olduğu səhmin sayı  qədər (m.12,b.1) və  səhmin 

nominal dəyəri nisbətində (m.21,b.3) səsvermə hüququna malik olacağı  açıqca 

tənzimlənmişdi. Bu gün hal-hazırda qüvvədə olan qanunvericilik baxımından da 

bu qaydanın dəyişmədiyini rahatlıqla deyə bilərik. Həqiqətən, Mülki Məcəllənin 

(bundan sonra qısaca olaraq MM) istər ümumi yığıncağın çağrılması (MM.m. 

107-1) və ümumi yığıncağa iştirak ilə bağlı normalarından (MM.m. 107-3), 

istərsə də ümumi yığıнcağın iclas (m.107-2) və qərar yetərsayları (MM.m. 107-

5) ilə  əlaqədar qaydalarından səsvermə hüququnun paydan asılı olduğunu çox 

asanlıqla başa düşmək olar. MM-in 107-5 maddəsində ümumi yığıncaqda təmsil 

olunan səhmlərin” yerinə, “ümumi yığıncaqda iştirak edən səhmdarların” 

şəklində bir ifadə  xətasına yer verilmiş olmasına baxmayaraq, bunun bəsit bir 

mexaniki səhv olduğunu, MM-in 107-2 və 107-3.5 maddələri ilə müqayisəli 

olaraq təhlilnin aparılması halında, çox asanlıqla başa düşmək olar. 

Beləliklə, Azərbaycan hüququnda da səhmdar cəmiyyətinin ümumi 

yığıncağında səsvermə hüququ, qəti və məcburi bir qayda olaraq səhmdən asılı 

edilmişdir. Buna görə  də, səhmdar cəmiyyəti nizamnaməsilə  səhm sahibi 

olmayan  şəxslərə ümumi yığıncaqda səsvermə hüququnun verilməsi qeyri-

mümkündür. 

Burada bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Azərbaycan 

hüququnda səhmdar cəmiyyətinin nizamnaməsində bir səhmdara mənsub 

səslərin maksimum sayına məhdudiyyət qoyula biləcəyinə dair qanuni norma 

(MM.m.103.6), səsvermə hüququnun səhmdən asılı olması qaydasına bir istisna 

deyil. Çünki, burada səsvermə hüququ ilə  əlaqədar məhdudiyyət, səhmdən 

deyil, səhm sahibindən irəli gəlməkdədir. Yəni bu cür hallarda, səsvermə ilə 



əlaqədar məhduduiyyət “səhm” baxımından deyil, “səhmdar” baxımından 

nəzərdə tutulmuşdur

 

2. Səsvermə Hüququ Səhmdən Ayrı Olaraq Müstəqil Bir Şəkildə 



Özgəninkiləşdirilə Bilməz  

Bildiyimiz kimi səhm, üzərində yazılı olan nominal dəyərinin  şirkətin 

nizamnamə kapitalına olan nisbəti həddində səhmdar cəmiyyətlərində şərikliyi 

ifadə edir. Yəni səhmdar cəmiyyətinin səhmlərinə kim və ya kimlər sahibdirsə, 

onlar da sahib olduqları səmhlərin nominal dəyərlərinin, cəmiyyətin nizamnamə 

kapitalına olan nisbəti həddində  həmin səhmdar cəmiyyətinin  şərikləri, başqa 

sözlə, səhmdarları hesab olunur. Bu səbəblə  də “səhm”, onun sahibinin kim 

olmasından asılı olmayaraq  müstəqil və mücərrəd bir şəriklik payını ifadə edir 

(1 s. 273). Bütün bunları nəzərə alaraq bir məfhum olaraq “səhmdar”

 

sözündən, 



hər hansı bir şəxsin səhmdar cəmiyyətlərində  şərik statusundan irəli gələn 


Səhmdar Cəmiyyətlərində Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri 653 

hüquqları (və  bəzən çox istisnai hallarda borcları da) ehtiva edən və bunlarla 

bağlı  səhmdar cəmiyyətilə olan hüquqi münasibətləri təmin edən bir anlayış 

başa düşülür (2, s. 12). 

Beləliklə, səhmdən irəli gələn hüquq və öhdəliklərin təməli bir olduğuna 

görə, bunlar kompleks şəkildə bir vəhdət təşkil edirlər. Belə bir vəhdət səhmin 



bölünməzliyi prinsipini meydana gətirmişdir. Səhmin bölünməzliyi prinsipi 

sayяsində, həm payın təmin etdiyi hüquqları bir-birindən ayırmaq surəti ilə 

müstəqil hala gətirilib ayrı-ayrı  şəxslərə özgəninkiləşdirilməsinin qarşıсы 

alınmaqda, həm də səhmdar cəmiyyətinin nizamnaməsində dəyişiklik edilmədən 

bir səhmin nominal dəyərinin bölünməsi yolu ilə səhm sayısının artırılmasının 

qarşısı alınmaqdadır (3, s. 136). 

Səhmdar cəmiyyətlərində bir şəxs, birdən çox səhmə sahib olmaqla malik 

olduğu səhmlərin nominal dəyərlərinin məcmusu həddində şəriklik statusu əldə 

etməsinə baxmayaraq, bu səhmlərdən hər biri səhmdar cəmiyyətinə qarşı 

bölünməz bir vahid tam halındadır. Məsələn bir şəxs birdən çox səhmə sahib 

olarsa, bu səhmlərin hər birinə dividendlər ayrı-ayrılıqda hesablanmaqлa və 

əgər bu səhmlərin nominal dəyərləri fərqli isə, bunlara düşən dividendlər də 

fərqli olacaqdır. Ancaq səhmin bölünməz bir vahid tam halında olması bir səhm 

üzərində birdən çox şəxsin paylı  və ya birgə mülkiyyət haqqına sahib 

olmalarına maneə  təşkil etməz. Yəni səhmin bölünməzliyi prinsipi, səhm 

üzərində ümumi mülkiyyətin təsisinə əngəl deyildir. Çünki birdən çox şəxsin bir 

səhmə malik olması, bir səhmdən irəli gələn şəriklik statusunun sayına heç bir 

şəkildə təsir göstərmir. Nəticədə, səhm üzərində ümumi mülkiyyət (paylı və ya 

birgə mülkiyyət) halı olanda, paylı  və ya birgə sahiblərindən heç biri ayrı-

ayrılıqda cəmiyyətə qarşı  səhmdar statusuna sahib olmurlar. Bunlar səhmdən 

irəli gələn hüquqlarını səhmdar cəmiyyətinə qarşı məcburi olaraq öz aralarından 

və ya kənardan təyin etdikləri bir nümayəndə vasitəsi ilə istifadə edə bilərlər 

(MM. m.106-1.2).  

Verilən bu açıqlamlardan asanlıqla belə bir nəticəyə  gəlirik ki, səsvermə 

hüququ da səhmdən asılı olduğuna  görə, bu hüququn səhmdən ayrı olaraq 

başqalarına özgəninkiləşdirilməsi hüquqi cəhətdən mümkün deyildir. 

 

 



3. Məhrum Edilə Bilinmədiyi Kimi, Imtina Da Edilə Bilməz 

Yuxarıda qeyd etdiyimiz kimi, səhmdar cəmiyyətlərində  səsvermə hüququ 

səhmdarlara məxsusdur. Səsvermə hüququna sahib olan səhmdar, bu 

hüququndan nə tamamilə, nə  də qismən də olsa daimi olaraq  məhrum edilə 

bilməz. Buna görə  də, bütün aparıcı hüquq sistemlərinin demək olar ki 

hamısında, yalnızca müəyyən istisna hallarda (ölkədən-ölkəyə bu istisna 

halların sayı  və  həcmi dəyişməklə birlikdə) səhmdarın səsvermə hüququndan 

istifadə edə bilməyəcəyi qəbul edilməkdədir (4).   

Burada onu da qeyd etmək lazımdır ki, səssiz səhmlərin bu prinsipə aidiyyəti 

yoxdur, çünki bu cür səhmlər onsuzda bir qayda olaraq sahiblərinə  səsvermə

 



654 Sərvər Süleymanli, Elçin Usubov 

hüququ təmin etməzlər. Halbuki, burada bu başlıq altında səsli səhmlər ilə 

əlaqədar olan bir prinsipin izahı verilməkdədir. 

Bundan başqa, burada onu da qeyd etməliyik ki, cəmiyyətin yerləşdirilmiş 

olan öz səhmlərini geri alması halında (MM.m. 105), geri alınan bu səhmlərdən 

irəli gələn  şəriklik hüquqları donar və bu qanuni donma halı da “məhrum 

edilmə” sayılmaz. Çünki, səhmdarın “səsvermə hüququndan məhrum 

edilməzliyi” prinsipinin kökündə dayanan ana fikir, səhmdarın səsvermə 

hüququnu, qoymuş olduğu sərmayяnin qorunması  və ondan səmərəli  şəkildə 

istifadə edilməsinin təmin edilməsi istiqamətində istifadə edəcəyi mülahizəsidir. 

Halbuki, səhmdar cəmiyyəti tərəfindən geriyə alınmış olan səhmlərdən irəli 

gələn səsvermə hüququ istifadə edildiyi təqdirdə, bunu hüquqi şəxs olan və 

hüquqən də bu səhmlərin (geriyə alınmış olan səhmlərin) sahibi hesab olunan 

hüquqi  şəxs olaraq səhmdar cəmiyyətinin  şəxsən özü deyil, faktiki olaraq bu 

hüquqi  şəxsin qanuni təmsilcisi olan idarəetmə orqanlarının üzvləri istifadə 

etməli olacaqlar. Bu isə, həm idarəetmə orqanlarının üzvlərinin haqsız bir 

şəkildə imkanlarının genişləməsinə (idarəetmə orqanlarının üzvləri böyük səhm 

sahiblərinin özləri və ya onların iradəsindən asılı olan şəxslər olduğuna görə - 

çünki, idarəetmə orqanlarının üzvləri ümumi yığıncaqda səslərinin əksəriyyətinə 

sahib olan səhmdarlar tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər – az-

lıqda qalan səhm sahiblərinin əleyhinə olaraq böyük miqdarda səhm sahibi olan 

səhmdarların  ədalətsiz bir şəkildə daha da güclənməsinə  səbəb olar), həm də 

haqsız  şəkildə genişlənəcək olan bu imkanların səhmdar cəmiyyəti  əleyhinə 

istifadə ediləbilmə şəraitinin meydana gəlməsinə səbəb ola bilər. 

Səsvermə hüququndan müəyyən hallarda müvəqqəti olaraq məhrum 

edilməyi qəbul edən ölkə hüquqlarında, “səsvermə hüququndan müvəqqəti 

olaraq məhrum olma” halları qanunda açıq və xüsusi olaraq məhdudlaşdırıcı 

şəkildə  tək-tək sayılaraq göstərilməkdədir. Yəni səhmdarın səsvermə 

hüququndan müvəqqəti məhrum qaldığı halları  tənzimləyən normalar istisna 

normalarıdır. Buna görə də, bu cür normaların qəbul edildiyi ölkə hüquqlarında, 

bir tərəfdən istisna normalarının analogoya üzrə genişlədilməsinin yolverilməz 

olması, digər tərəfdən isə, səsvermə hüququnun səsli səhmlərin mahiyyəti və 

səhmdar cəmiyyətlərində  şərikliyi bildirən səhmdar olmanın təbii bir nəticəsi 

oluğu nəzərə alınaraq, qanunvericilikdə  məhdud sayıda göstərilən hallar 

xaricində olan başqa bir səbəblə səsvermə hüququndan məhrum etmə və ya onu 

məhdudlaşdırmağın yolverilməz olduğu qəbul edilməkdədir. Buna görə  də, 

məsələn qanunvericilikdə göstərilən hallar xaricində olan başqa bir səbəblə 

səhmdarların səsvermə hüququnu aradan qaldıran və ya onu məhdudlaşdıran 

cəmiyyət nizamnaməsilə müəyyənləşdirilmiş olan qaydalar və ya bu və bənzəri 

nəticələrə  səbəb olan cəmiyyətin digər idarəetmə orqanlarının qərarları 

əhəmiyyətsiz hesab olunur (5, ss. 136-140). 

Yuxarıda səsvermə hüququnun xüsusiyyətlərini nəzərə alınaraq səhmdarların 

ümumi yığıncaqdakı  səsvermə hüququnu belə  tərif edə bilərik:  məhrum 

edilməsi və imtina olunması mümkün olmayan və sahibinə ümumi yığıncaq 



Səhmdar Cəmiyyətlərində Səsvermə Hüququnun Əsas Xüsusiyyətləri 655 

iclaslarında qərarların alınmasında iştirak etməklə  səhmdar cəmiyyətinin 

strukturu, idarə edilməsi və  təmsil olunmasında cəmiyyət iradəsinə  təsir 

edə bilmə imkanı  təmin edə bilən səhmdar ( payçı ya da iştirakçı) 

hüququna səsvermə hüququ deyilir. 

 

 



ƏDƏBİYYAT 

 

1

 



Oğuz İmregün, Anonim Ortaklıklar Hukuku, İstanbul 1989. 

2

 



STEİGER Fritz (türk dilinə  tərcümə edən Tahir Çağa),  İsviçre’de Anonim Şirketler 

Hukuku, İstanbul 1968. 

3

 

Z. AYTAÇ, Sermaye Piyasası Hukuku ve Hisse Senetleri”, Ankara 1988. 



4

 

Baums/Wymeersch (eds.), “Shareholder Voting Rights and Practices in Europe and United 

States, London 1999  

5

 



Ömer Teoman, Anonim Ortaklıklarda Pay Sahibinin Oy Hakkından Yoksunluğu, Ankara 

1983. 


 

 

Summary 

MAIN FEATURES OF VOTING RIGHTS IN JOINT 

STOCK COMPANIES (JSC) 

 

Server SULEYMANLI* 

(Gafgaz University) 

 

Elchin USUBOV** 

(Baku State University) 

 

In this article were analyzed characteristics of voting rights in the corporations. The 

fundamental requirement to exercise the right to vote is person’s status as a shareholder. Each 

shareholder has the right to vote in general meeting and this voting right can not to be deprived. 

Why do they have a right to vote, and what are the incentives for shareholders to exercise their 

voting rights? Because, the reason for the fact that only shareholders have voting rights whereas 

other investors like bondholders or creditors don’t is that equity and debt suppliers have a 

different exposure to the firm’s risk. All share voting principles are based on this reality 



Yüklə 53,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə