Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə1/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
  1   2   3   4   5   6   7   8   9   ...   102



 
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
 
 
 
 
 
Uşaq ədəbiyyatı xəzinəsindən 
 
 
 
Abdulla Şaiq 
(Abdulla Axund Mustafa oğlu Talıbzadə) 
 
Biblioqrafiya
  
 
 
 
 
 
 
 
 
 
Bakı – 2016 
А б д у л л а   Шаи г
 
 
2
KBT Я19:Ш+Ш 5(2=Аз)7-4я1 
UOT 016:821.512.163-05 
Tərtibçilər:  
 
Nazilə Tahirova, 
Əməkdar mədəniyyət işçisi 
Leyla Qafarova 
Tünzalə Əzizova 
 
İxtisas redaktoru və 
buraxılışa məsul:   Şəhla Qəmbərova, 
Əməkdar mədəniyyət işçisi 
 
Ön sözün müəllifi:  
Alxan 
Bayramoğlu, 
filologiya elmləri doktoru,  
professor 
 
Rəyçilər:     Kərim Tahirov, 
professor, Əməkdar mədəniyyət işçisi  
Ülkər Talıbzadə, 
Əməkdar mədəniyyət işçisi 
 
Redaktor:  
 
Gülbəniz Səfərəliyeva, 
Əməkdar mədəniyyət işçisi 
 
Abdulla  Şaiq: biblioqrafiya /tərt. ed.: N.Tahirova, L.Qafarova, 
T.Əzizova; ixt. red. və burax. məsul  Ş.Qəmbərova; red. G.Səfərəliyeva; 
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 448 s.  
Azərbaycan uşaq  ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış  şair 
Abdulla Şaiq Talıbzadənin həyat və yaradıcılığına həsr olunmuş bu biblioqrafi-
yada görkəmli  şairin 1906-2016-cı illərdə  dərc edilmiş  əsərləri və onun haq-
qında yazılan materiallar öz əksini tapmışdır. Göstərici ədəbiyyatşünas alimlər, 
tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə 
tutulmuşdur. 
 
ISBN 978 9952 504 45 3 
 
© F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016 


  Б и б ли о гр а ф и й а
 
 3 
 
 
Tərtibçidən 
 
2016-cı ildə XX əsr Azərbaycan uşaq ədəbiyyatının görkəmli 
nümayəndəsi, xalq müəllimi, şair, nasir, dramaturq və tərcüməçi 
Abdulla  Şaiq Talıbzadənin anadan olmasının 135 illiyi tamam 
olur. Abdulla Şaiq  əlinə  qələm aldığı gündən ömrünün sonuna-
dək, təxminən 60 il yaratdığı bədii əsərlərlə milli ədəbiyyatımızın 
zənginləşməsinə çalışmış,  ədəbi fikrin, maarif və  mədəniyyətin 
inkişafına müəyyən təsir göstərmişdir. Doğrudan da, əgər  Şaiq 
olmasaydı, Azərbaycanda məktəb və maarif işi, uşaq  ədəbiyyatı 
onun qızıl fonduna daxil olan əsərlərdən məhrum olardı. Azər-
baycan  ədəbi fikir tarixində göstərdiyi xidmətlərə görə Abdulla 
Şaiqi kiminləsə müqayisə etmək mümkün deyil. 
Abdulla Şaiqin istər uşaq pyesləri, istərsə də dram əsərlərinin 
bu günədək teatrların repertuarında özünəməxsus yeri var. Hazır-
da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının,  ədibin adını 
daşıyan Azərbaycan Dövlət Kukla Teatrının repertuarında bu gün 
də maraqlı, öz aktuallığını itirməyən  əsərləri tamaşaya qoyulur. 
İnanırıq ki, ədibin  əsərlərinin ömrü Azərbaycan xalqının və 
mənəviyyatının ömrü qədər olacaq. 
Abdulla  Şaiq haqqında ilk biblioqrafiya 1985-ci ildə  nəşr 
edilmişdir (Abdulla Şaiq. Biblioqrafik göstərici /tərt. M.M.Həsə-
nova; N.M.Teymurova; Az.SSR EA-nın Mərkəzi Elmi Kitabxa-
nası.- Bakı: Elm, 1985). Bu biblioqrafik göstərici 1978-ci ilə 
qədər olan dövrü əhatə edir. Lakin 38 il ərzində görkəmli ədibin 
əsərlərinin və onun haqqında materialların kifayət qədər çap 
olunduğunu nəzərə alaraq, Respublika Uşaq Kitabxanası yazıçı-
nın yaradıcılığını tam və küll halında işıqlandırmaq məqsədilə bu 
fundamental biblioqrafik vəsaitin tərtibinə qərar vermişdir. 
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 
əməkdaşları tərəfindən tərtib olunan və ədibin ədəbi-ictimai fəa-
А б д у л л а   Шаи г
 
 
4
liyyətini tam şəkildə  əks etdirən bu fundamental biblioqrafik 
göstərici 1906-2016-cı illərdə dərc olunan materialları əhatə edir. 
Göstərici dörd hissədən ibarətdir: 
I Hissə - Abdulla Şaiqin əsərləri; 
II Hissə - Abdulla Şaiq haqqında; 
III Hissə - Xarici dillərdə; 
IV Hissə - Köməkçi göstəricilər. 
Göstəricidə “Abdulla Şaiqin müdrik deyimləri”, “Abdulla 
Şaiq görkəmli  şəxsiyyətlər haqqında”, “Görkəmli  şəxsiyyətlər, 
elm və  mədəniyyət xadimləri Abdulla Şaiq haqqında” adlı 
bölmələrdə verilmiş materialların müxtəlif oxucu qruplarının 
marağına səbəb olacağı da şübhəsizdir. 
“Abdulla  Şaiq” fundamental biblioqrafiyasının  əhəmiyyətli 
cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı,  görkəmli 
ədibin Mənzil Muzeyində mühafizə olunan qiymətli fond materi-
allarını, əlyazmalarını, məktublarını və şəxsi arxiv sənədlərini də 
əhatə etməsindən və həmin materialların biblioqrafiyaya əlavələr 
şəklində verilməsindən ibarətdir. 
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə Abdulla 
Şaiqin  əsərlərinin və onun haqqında yazan müəlliflərin  əlifba 
göstəricisi tərtib edilmişdir. 
Biblioqrafik göstərici geniş oxucu kütləsi – tələbələr, tədqi-
qatçı-alimlər, bütün ədəbiyyat həvəskarları üçün nəzərdə tutul-
muşdur. 
Yəqin ki, vəsaitdə müəyyən çatışmazlıqlar da vardır. Göstə-
rici haqqında rəy və təkliflərini bildirən mütəxəssis və oxuculara 
əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və iradlarını, 
rəylərini Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası-
na göndərmələrini xahiş edirik. 
 
Ünvan: Bakı şəh., S.Vurğun küç. 88; 
E-mail: childlibbaku@yahoo.com 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə