Azərbaycan şirkətləri korporativ sosial məsuliyyət sahəsində
yetərincə hesabatlı deyillər
İqtisadi Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu bunu göstərir
İqtisadi Tədqiqatlar Mərkəzi 2008-ci ilin avqustundan etibarən Azərbaycan Respublikası
Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə
“Korporativ sosial məsuliyyətin (KSM) ölçülməsi və hesabatlılığı” layihəsini həyata keçirməyə
başlayıb. Layihə çərçivəsində Azərbaycanda KSM sahəsində mövcud durum və qarşıya çıxan
problemlərin araşdırılması, yerli qanunvericiliyin ekspertizası və beynəlxalq təcrübənin
öyrənilməsi nəzərdə tutulurdu.
Bu fəaliyyətlərdən ilk olaraq ölkədə KSM sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi
məqsədilə iri biznes strukturları arasında sorğu təşkil edilib. Sorğuya Azərbaycanda fəaliyyət
göstərən və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən iri yerli və xarici şirkətlər, banklar və
sığorta şirkətləri cəlb olunub. Ümumilikdə sorğu anketi 100-ə yaxın biznes strukturu arasında
paylansa da, bunlardan yalnız 38-dən cavab daxil olub. Daxil olan cavab məktublarına əsasən 1
respondent sorğuda iştirakdan imtina edib, 37 respondent isə sorğu anketini cavablandırıb. Sorğu
anonim keçirildiyindən hansı şirkətlərin sorğunu cavablandırdığını qeyd etmirik. Yalnız onu
qeyd edə bilərik ki, sorğuya cəlb olunmuş 17 neft şirkətindən 1-i və 10 bankdan cəmi 1-i sorğu
anketini cavablandırıb.
Biznes strukturlarına ünvanlanmış sorğu anketi 21 sualı özündə birləşdirir. Anketin birinci
hissəsində respondentlərin sosial sərmayə strategiyası və davamlı inkişaf proqramları haqqında
məlumatların əldə olunması nəzərdə tutulub.
Birinci sualı davamlı inkişaf strategiyası və ya sosial tərəfdaşlıq siyasətinin mövcudluğu ilə
bağlıdır. Sorğuda iştirak edən respondentlərin 94,6 faizi belə bir siyasətin mövcud olduğunu
bildirib. Respondentlərin 5,4 faizi isə təmsil etdikləri şirkətdə davamlı inkişaf strategiyası və
sosial tərəfdaşlıq siyasətinin olmadığını bildirib.
“Sosial tərəfdaşlıq siyasətinizin hədəfləri hansılardır” sualına cavablar isə aşağıdakı şəkildə
əksini tapıb (Şəkil 1.). Qeyd edək ki, anketə uyğun olaraq hər bir şirkət 3 ən vacib variantı
seçmək imkanına malik olub.
Şəkil 1. “Sosial tərəfdaşlıq siyasətinizin hədəfləri hansılardır” sualına verilən cavablar
22
5
19
6
20
7
8
7
8
0
5
10
15
20
25
İdarəetmənin
keyfiyyətini
artırmaq
Sosial
fəaliyyəti
ümumi
strategiyaya
inteqrasiya
etmək
Korporativ
mədəniyyəti
çoxaltmaq
İnvestorların
diqqətıni cəlb
etmək
İstehlakçıların
diqqətıni cəlb
etmək
İctimai
əhəmiyyətli
problemlərin
həllinə diqqət
yetirmək
Cəmiyyətdə
həmrəyliyi
artırmaq
Xeyriyyə və
sosial
fəaliyyətdən
davamlı inkişaf
strategiyasına
keçidi təmin
etmək
Digər
Şəkil 1-dən də göründüyü kimi, sosial tərəfdaşlıq strategiyasına malik olan şirkətlərin əsas
hədəfləri idarəetmənin keyfiyyətini artırmaqdır. Belə ki, bu cavab variantını 22 şirkət qeyd edib.
20 şirkət “istehlakçıların diqqətini cəlb etmək”, 19 şirkət “korporativ mədəniyyəti çoxaltmaq”, 8
şirkət “cəmiyyətdə həmrəyliyi artıqmaq”, 7 şirkət “xeyriyyə və sosial fəaliyyətdən davamlı
inkişaf strategiyasına keçidi təmin etmək”, 7 şirkət “ictimai əhəmiyyətli problemlərin həllinə
diqqət yetirmək”, 6 şirkət “investorların diqqətini cəlb etmək”, 5 şirkət isə “sosial fəaliyyəti
ümumi strategiyaya inteqrasiya etmək” cavab variantlarını qeyd edib. Cəmi 5 şirkət “digər”
cavab variantını seçsə də, buna açıqlıq gətirməyib.
Anketin növbəti sualı şirkətlərin sosial sərmayə proqramı həyata keçirib-keçirməməsi ilə bağlı
olub. Cavablar göstərir ki, respondentlərin əksəriyyətinin (81,1 faiz) sosial sərmayə proqramları
var. Cəmi 8,1 faiz respondent sosial sərmayə proqramı həyata keçirmədiyini qeyd edib.
Maraqlıdır ki, bu suala respondentlərin 10,8 faizi cavab verməyib.
Sosial sərmayə proqramı həyata keçirən şirkətlərə ünvanlanan növbəti sual isə proqramların
dövriliyi ilə bağlı olub. 22,2 faiz respondet belə proqramların bayramlar ərəfəsində, 25,9 faiz
mövsümi olaraq, 51,9 faiz isə şirkət tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq həyata
keçirildiyini qeyd edib. Bu isə respondentlərin yarıya qədərinin mütəmadi olaraq belə proqramlar
həyata keçirdiyi nəticəsini ortaya qoyur.
Sosial sərmayə proqramı həyata keçirən şirkətlərin 37,9 faizi proqramın birdəfəlik tədbir
xarakteri daşıdığını, 62,1 faizi isə davamlı olaraq təkrar olunduğunu bildirib.
“Şirkət hansı sosial sərmayə proqramlarının maliyyələşdirilməsində maraqlıdır” sualına
cavabların bölgüsü aşağıdakı kimidir (Şəkil 2.). Bu sualda da respondentlər 3 ən vacib cavabı
seçmək imkanına malik olub:
Şəkil 2. “Şirkət hansı sosial sərmayə proqramlarının maliyyələşdirilməsində maraqlıdır”
sualına cavabların bölgüsü
Şəkil 2-dən də göründüyü kimi, şirkətlər əsasən gənclərlə iş və humanitar məqsədlərə daha çox
üstünlük verir. Belə ki, respondentlər hər iki varinatı 18 dəfə cavablandırıb. 7 şirkət şəffaflığa
dair proqramlara, 1 şirkət isə ahıllarla işə daha çox üstünlük verdiyini bildirib. 3 şirkət “digər”
cavabını qeyd etsə də, suala açıqlama verməyib.
“Şirkətinizin sosial sərmayə proqramları neçə nəfərə şamil olunur” sualına 50 faiz
respondent 50 nəfərədək, 16,7 faiz respondent 100 nəfərədək, 33,3 faiz respondent isə 100
nəfərdən çox adamı əhatə etdiyini qeyd edib. Təbii ki, bu sualı da yalnız sosial sərmayə proqramı
həyata keçirən respondentlər cavablandırıb.
Sorğunun nəticələri göstərir ki, yerli şirkətlər sosial sərmayə proqramlarını maliyyələşdirərkən
Qərb ölkələrinin təcrübəsinə daha çox müraciət edirlər. Belə ki, sualı cavablandıran şirkətlərin
18
1
7
18
3
0
2
4
6
8
10
12
14
16
18
Gənclərlə
iş
Ahıllarla iş Şəffaflığa
dair
Humanitar
məqsədli
Digər
58,6 faizi Amerika, 31 faizi isə Avropa şirkətlərinin təcrübəsinə müraciət etdiyini qeyd edib. 3,4
faiz respondent isə Rusiya şirkətlərinin təcrübəsindən yararlanır. Respondentlərin 6,9 faizi
“digər” cavabını seçib ki, bunun da əsas hissəsi transmilli korporasiyalardır və onlar özlərinin
beynəlxalq səviyyədə müəyyənləşdirilmiş daxili normativlərinə əsasən fəaliyyət göstərirlər.
Sorğunun cavablandıran şirkətlərin 37,9 faizinin sosial sərmayə proqramlarının həyata
keçirilməsi sahəsində 5 ildən artıq təcrübəsi var. 27,6 faiz respondent isə bu istiqamətdə 1 ilə
yaxın təcrübəsinin olduğunu qeyd edib. Respondentlərin 20,7 faizi 3 ilə qədər, 10,2 faizi 2 ilə
qədər, 3,4 faizi isə 5 ilə qədər təcrübəsinin olduğunu bildirib. Bu isə onu göstərir ki, əksər
şirkətlər ən azı 1 ildir ki, sosial sərmayə proqramlarını həyata keçirirlər.
Sosial sərmayə proqramlarını həyata keçirən şirkətlərin əksəriyyətinin sosial sərmayə və davamlı
inkişaf məsələlərinə dair dövri açıqlamaları mövcuddur. Belə ki, sorğuda iştirak edən şirkətlərin
69 faizi belə açıqlamaların olduğunu, 31 faizi isə olmadığını bildirib. Respondentlərə həmçinin
bu tip açıqlamaların dövriliyi ilə bağlı sual da ünvanlanıb. Nəticələr onu göstərir ki, 65,2 faiz
respondent illik, 21,7 faiz rüblük, 8,7 faiz aylıq, 4,3 faiz isə 6 aylıq açıqlamalara üstünlük
verirlər. Şirkətlər bu tip açıqlamaları daha çox dövri mətbuat və Müşahidə Şurasına təqdim
etməyə üstünlük verirlər. Belə ki, sorğunu cavablandıran respondentlərin 44 faizi Müşahidə
Şurasına, 44 faizi dövri mətbuata, 12 faizi isə dövlət orqanlarına açıqlama verdiklərini qeyd
ediblər. Maraqlı məqam isə ondan ibarətdir ki, cavab variantları arasında QHT-lərin adı qeyd
olunsa da, respondentlərdən heç biri bu cavab variantını qeyd etməyib. Bu isə şirkətlərin
vətəndaş cəmiyyətinə hesabat verməkdə maraqsız olduğunu və dövri mətbuatla kifayətləndiyini
göstərir.
Biznes strukturlarına ünvanlanan növbəti sual belə olub: Şirkətinizin saytında və ya illik
hesabatlarında sosial sərmayələrə və davamlı inkişafa dair ayrıca bölmələr mövcuddurmu?
Bu suala 63 faiz “bəli”, 37 faiz isə “xeyr” cavabını verib. Şirkətlər həmçinin sosial hesabatların
dərc olunmasında da maraqlı deyillər. Belə ki, respondentlərin 74,1 faizi sosial sərmayə və
davamlı inkişafa dair müntəzəm olaraq sosial (qeyri-maliyyə) hesabat dərc etmədiklərini bildirib.
Cəmi 25,9 faiz respondent müntəzəm olaraq sosial hesabatlarını dərc etdiklərini qeyd ediblər. Bu
da şirkətlərdə sosial hesabatlılığın aşağı səviyyədə olması qənaətinə gəlməyə əsas verir.
Sorğunu cavablandıran şirkətlərin əksəriyyətində sosial hesabatların hazırlanması ilə
ictimaiyyətlə əlaqələr xidməti məşğul olur. Belə ki, respondentlərin əksəriyyəti – 63,6 faizi bu
cavab variantını seçib. 18,2 faiz respondent sosial hesabatların hazırlanması ilə bağlı ayrıca
qrupun yaradıldığını qeyd edib. 18,2 faiz respondent isə bu işlə digər qurumların məşğul
olduğunu qeyd etsə də, suala açıqlama gətirməyiblər.
Sosial hesabat dərc edən şirkətlər bu tip hesabatları əsasən dövri mətbuata təqdim edirlər. Belə
ki, respondentlərin 52 faizi bu tip hesabatları dövri mətbuata təqdim etməyə üstünlük verir. 24
faiz respondent bu tip hesabatları Müşahidə Şurası və təsisçilərə, 4 faiz dövlət orqanlarına
təqdim etməkdə maraqlıdır. 20 faiz respondent “digər” cavabını versə də, suala açıqlama
gətirməyib.
Yerli şirkətlərin əksəriyyəti ictimai dinləmə və vətəndaş müzakirələrinin təşkilində də maraqlı
deyillər. Sorğunu cavablandıran şirkətlərin 78,6 faizi bu tip tədbirlərin keçirilmədiyini bildirib.
Yalnız 21,4 faiz respondent belə tədbirlər təşkil edir. Bu da şirkətlərin sadə vətəndaşlara qarşı
hesabatlılıqda maraqlı olmadığının göstəricisi sayılmalıdır. İctimai müzakirələrin təşkili
dövriliyinə gəldikdə isə bu tip tədbirlər təşkil edən şirkətlərin 45,5 faizi ildə 1 dəfə, 27,3 faizi
rübdə 1 dəfə, 27,3 faizi isə ayda bir dəfə təşkil olunduğunu bildirib.
Sorğu anketində respondentlərə ünvanlanan növbəti sual korporativ etika kodeksinin olub
olmaması ilə bağlı olub. Bu suala şirkətlərin böyük bir qismi müsbət cavab verib. Belə ki,
respondentlərin 81,1 faizi təmsil etdikləri şirkətdə korporativ etika kodeksinin mövcud olduğunu
bildirib. 5,4 faizdə belə kodeks yoxdur, 13,5 faiz isə bu suala, ümumiyyətlə, cavab verməyib.
“Sizcə, Azərbaycanda korporativ sosial sərmayə proqramının tətbiqinə hansı problemlər
baryer yaradır” sualına cavabların bölgüsü aşağıdakı kimidir (Şəkil 3.). Qeyd edək ki, bu
sualda respondentlər 3 ən vacib cavabı seçmək imkanına malik olub:
Şəkil 3. “Sizcə Azərbaycanda korporativ sosial sərmayə proqramının tətbiqinə hansı
problemlər baryer yaradır” sualına cavablar
Şəkildən də göründüyü kimi, yerli şirkətlər sosial sərmayə proqramlarının tətbiqinə əsasən
hüquqi baryerlərin problem yaratdığını qeyd edib. Ümumilikdə 21 şirkət bu cavab variantını
qeyd edib. 8 şirkət institutsional baryerlərin, 7 şirkət sosial baryerlərin, 5 şirkət iqtisadi
baryerlərin, 2 şirkət isə siyasi baryerlərin problem yaratdığını bildirib. Sorğuda qarşıya çıxan
maraqlı nəticə isə ondan ibarətdir ki, 18 şirkət “digər” cavabını seçib, lakin suala açıqlama
gətirməyib.
Sorğu anketinin son sualı “Sizcə, Azərbaycanda korporativ sosial sərmayə proqramının
inkişafına hansı tədbirlər stimul verə bilər?” olub. Bu sualı cavablandıran respondentlərin
74,3 faizi hesab edir ki, bu istiqamətə yönəldilən vəsait bütün vergilərdən azad olunmalıdır. 20
faiz respondent hesab edir ki, bu istiqamətə ayırmalara vergi güzəştləri tətbiq olunmalıdır. 5,7
faiz respondent isə korporativ sosial sərmayə proqramlarının inkişafına digər tədbirlərin stimul
verə biləcəyini bildirsə də, konkret tədbir adı qeyd etməyib.
“Ekspert”
21
8
5
7
2
18
0
5
10
15
20
25
Hüquqi
baryerlər
İnstitusional
baryerlər
İqtisadi
baryerlər
Sosial
baryerlər
Siyasi
baryerlər
Digər
Dostları ilə paylaş: |