Microsoft Word Sir u xursid doc



Yüklə 86,46 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü86,46 Kb.
#19461


 

زﺆﺳ ﻖﻴﭼﺁ

  

org


.

achq


.

www


 

 

 

          Şir u Xurşid Teatrının Salonunda 

 

Təqribən il yarım bundan əvvəl bu salonda iranın bu müharibədən salım çıxıb öz 



istiqlalını hifz edəbiləcəyini dəlillərlə isbat etmişdim. İndi də o əqidəm baqıdır. Bu xüsusda bir 

söz ola bilməz. Çünkü dünyanın  ən böyük simaları bu xüsusda İran millətlərinə  təəmin 

vermişlər. 

 

Əslən istiqlal mövzuu qabil bəhs bir mövzu deildir. Kimsə onu inkar etmək istəmir. 



Sabıq demokrat firqəsinin rəhbərlərindən mərhum Müsavat bizə istiqlal sözünü ortaya 

atmamağı tövsiyə edirdi və deyirdi ki, bu məsələ məşkük və qabil bəhs olduğu vaxt mövrid 

bəhs ola bılər. İran istiqlalı hətmi və qeyriqabil bəhs mövzulardandır. 

 

Mən bu məsələni məxsusən irəli çəkdim ki, firqəmizin aydın və  aşikar olan şüarları 



müğrizlər tərəfindən suitə’bir olunmasın. 

 

Burada aqayi Pişəvəri havada İran xəritəsini tərsim edərək  əlavə edir: Mən açıq 



deyirəm bizim sözümüz və  tələbatımız bu nəqşədən xaricdə deyildir. Biz İran sərhədi 

daxilində danışırıq. Bir dəfə hamı bunu nəzərdə tutursa danışıb anlamaq üçün asan olacaqdır. 

 

Bu məclis mənim ikinci müfəssəl nitqimi xatirə  gətirə bilər. O gün mən 16 min 



azərbaycanlı  tərəfindən məclisə intixab olunmuşdum. Ola bilsin o nitqi eşidənlərdən burada 

bir çoxları hazırdır. Mən o gün məmləkətin vəziyətini nəzərə alıb dedim bir vəkil vasitəsi ilə 

məmləkəti fəlakətdən qorumaq olmaz. O gün mən çox mütəəssir idim. Zira sadə bir kargər 

böyük  şövq və  tə'ssür ilə  mənim çiynimdən öpüb «Get səni allaha tapışırdım. Bəlkə bizim 

dərdlərimizə çarə edə biləsən!» demişdi. Mən bilirdim məmləkətin məxsusən Tehranın hazırkı 

şəraiti durduqca mən o kişinin arzusunu əncam verməyə müvəffəq ola bilməyəcəyəm. Ona 

görə  mən bu gün xalqa müraciət edib kömək istədim və dedim: Vəkil təkbaşına heç bir iş 

görə bilməz: Xalq özü əl- ələ verib öz dərdlərinə çarə tapəmalıdırlar. 

 

Tehrana gedib məclisə varid olduqdan sonra yəəs və naümidliyim şiddətləndi. Orada 



minlərlə telqraflar və  təzəllüm  əriyzələrinin cavabsız qaldığını gördüm: Şövq və  həvəs ilə 

təşkilinə çalışdığımız Azadi fraksiyonuna varid olan şəxslərin çox kiçik və qərəzamız məqsədlər 

dalınca getdiklərini seyr etdim. Bütün məclis və dövlət təşkilatının beş uç muğrız oğru, yalançı 

və hoqqabaz mürtəcelər əlində alət olduğunu bir daha təcrübədə anlamağa müvəffəq oldüm. 

 

Bu müşahidat mənim ruhumda böyük təəsir bağışladı. Bilirdim məclis kürsülərini qəsb 



edən xainlərilə mənim suyum bir arxa getmiyəcək və hiss edirdim ki, bu yol kəsənlər dəstəsi 

mənim aralarına girməyimə asanlıq ilə razı olmayacaqlar. Ona görə fürsətdən istifadə edib 

sözlərimi dedim. Məni 16 min rə'y ilə intixab edib məclisə göndərən Azərbaycan xalqının 

ehtiyaclarını sayıb söylədim. Sözlərimi böyük bir diqqət və  dərin bir sükut ilə  eşidib təsdiq 

etdilər. Lakin təsdiqlər xəyanətlərini gizlətmək üçün qara bir pərdədən başqa bir şey deyildi. 

Fürsət  əllərinə düşən kimi də «Bu azərbaycanlı rahat oturan adama bənzəməyir bunu 

buradan uzaqlaşdırmaq lazimdir» deyib e’tibarnaməmlə  tülkülərə yaraşan alçaqlıq ilə 

müxalifət etdilər. 

 

Bununla belə məəyus olmayıb Cibheyi Azadi ətrafına toplanan azadixahların köməyi ilə 



mübarizəyə başladıq. Əfsus ki, hərarətli məqalələr, şiddətli cümlələrimiz təəsirsiz və cavabsız 


qalldı. Tehran təkan yedi amma irticaa doğru, amma xalqların hüququnu ayaqlar altında 

payəmal etməyə doğru. 

 

Vəziyət biləxərə elə bir ağır hal aldı ki, artıq Tehranda oturub məqalə yazmaqdan ya 



nitq etməkdən bir nəticə olabilməyəcəyini yəqin etdim. Naçar bir il bundan əvvəl təbrizdə 

uzun uzadı bəhs etdiyimiz məsələ ətrafında düşünməyə başladım.  

 

Bu çox sadə bir tədbir idi. Mənim Təbriz məsləkdaşlarımdan çoxusu Tehrandan  bir iş 



çıxmayacağını irəli çəkib dedilər: Azərbaycandan başlamalı, buranı  əvvəl islah etəməli, 

Azərbaycan xalqının öz gücü ilə burada milli hökümət vicuda gətirəməliyik. Tehran, irticaın 

başı, istibdadın mərkəzidir. O, ətrafda baş qaldiran bütün hərəkətlərə müxalifdir. Birinci 

növbədə oradan göz yumub müstəqiymən burada iş görməliyik. 

 

Bu fikirlərin həqiqəti o vaxt nəzərimdə daha aşikar bir surətdə cilvə etdi ki, dövlətin 



məsul məmurları ilə Azərbaycan xalqının təzəllüm və dadxahlıq telqrafları haqqında müzakirə 

etdim 


 

Məsələn Bəyat dedi, mən radio vasitəsi ilə müraciət etmişəm artıq xalq ərizə  və 

telqraf vasitəsi ilə özünə zəhmət verməməlidir. Başqaları daha acı, daha şədid cavab verdilər. 

 

Sədr dedi, bir telqraf olmasın, min telqraf olsun mən bu kimi boş sözlərə cavab belə 



verməyəcəyəm. 

 

Bu sözlərin ayri cavabı ola bilməzdi. Gərək xalqa müraciət etmək. Xalqın 



yumuruğunun gücü ilə azadlığı  təəmin etmək! Bu şüarla mən Təbriz azadıxahlarının təklifi 

üzrə Tehrandan Azərbaycana hərəkət etdim. 

 

Burada yaxın məsləkdaşlarım ilə bir daha ciddi surətdə iranın və azərbaycanın daxili -



xarici vəziyətini təcziyə  və  təhlil etdikdən sonra bu böyük fikiri əməli etmək üçün böyük 

müstəqil bir firqə yaratmaq lüzumunu anladıq. 

 

Bu firqə dünyanın təəqib edib, anlayıb tanıdığı Demokrat ünvanının altında olmalı idi. 



Biz də ünvanı  qəbul edib xalqı onun ətrafına toplanmağa dəəvət etmək məqsədi ilə keçən 

düşnəbə günü böyük bir müraciətnamə intişar verdik. 

 

Bu müraciətnamə Azərbaycan xalqının uzun müddətdən bəri hiss etdiyi ehtiyaclar 



uğrunda mübarizə etdiyi haqq və ixtiyar üzərində yazılmışdır. 

 

Biz Azərbaycan xalqının azadlıq yolunda apardığı mübarizə tarixini unuda bilmərik. 



Tehəran irticai azərbaycana böyük zərbələr vurmuşdur. Biz orada kök salmış istibdad 

rejimindən heç bir umud gözləyə bilmərik. Tehran azərbaycanın həmişə  fışar altında 

qalmasına çalışmışdır. Orada hökümət sürən xain ünsürlər bizim başçılarımızı məhv və nabud 

edib milli ğururumuzu sindirmaqdan bir an belə sərfnəzər etməmişlər. 

 

Azərbaycan xalqının böyük sərdarı  Səttarxanın xainanə bir surətdə Tehrana çəkilib 



öldürülməsi hənuz unudulmamışdır. 

 

Müstəbiddlər Səttarxana müdaxilə etməyi böyük bir günah hesab edib onu Atabəy 



(Ətabək) Bağında mühasirəyə saldıqları günlərdə Tehranın küçə, xiyaban və evlərinə belə 

Bəxtiyarı tüfəngçilərinin  əlilə xalqın malı, canı  və namusu tapdalanırdı. Mərkəz isə onları 

tənbeh etmək əvəzində xanlarını vizarət və sədarətə mənsüb edirdi. 

 



Tehran həmişə Azərbaycan adından vəhşət edib o adı  ağzına alanlarla biyrəhmanə 

rəftar etmişdir. Buna Sərdar Millidən sonra azərbaycanın iftixarı olan mərhum  Şeyx 

Məhəmməd Xiyabanı haqqında gördükləri haqsızlıqları şahid göstərmək olar. 

 

Mən şəxsən onun qatili Hacı Müxbirülsəltənənin eetibarı təsvib olan gun məclisdə bir 



ruznamə müxbiri siftiylə hazır idim. O gün İran azadıxahlarının qeyrətli nümayəndəsi mərhum 

Süleyman Mirza bu alçaq xayinin eetibarnaməsi  əleyhinə etiraz etdi. O çox hərarətli bir 

surətdə mərhum Şeyxin İran azadlığı yolunda göstərdiyi fədakarlıqları sayıb söylədi və Hacı 

Müxbirülsəltənə utanmadı, tiribun dalına gedib dedi: «Doğrudur mən onu öldürdüm lakın, bu 

böyük bir xidmət dir. Çünkü Xiyabanı məmləkətə xəyanət edirdi». 

 

Azərbaycan qəhrəmanlarının qanı ilə qurulan Məclis Şura bu cəlladın eetibarnaməsini 



qəbul edib millət nümayəndəsi adlandırdı. Sonra da bu xayın Rizaxan əmriylə on sənədən 

artıq İran dövlətinin rəisi oldu. Bu onun elədiyi xiyanətinə padaş və zəhmət haqqı idi. 

 

Tehran bu işi görməklə Azərbaycan naminə danışmağı böyük bir xəyanət hesab 



etdiyini sübuta yetirdi. Şeyxi çox gözəl tanıyırsız, çoxlarız onun məənalı  nıtqlərini eşitməyə 

müvəffəq olmüşsuz. Mən sizdən soruşuram o irana hansı xəyanti rəva görmüşdü? 

 

Mən o vaxt «Həqiqət» ruznaməsində bir azərbaycanlı kimi məclisin bu xainanə 



hərəkətinə şədid bir surətdə etiraz edib «Sizin xain adlandırdığız məzarlar qarşısında təəzim 

etməyi biz iftixar bilirik!», kimi cəsuranə ibarət yazmaqla içərimdə  şövlələnməkde olan 

milliyyət hissini təskin etməyə çalışdım. 

 

Əcəba! Şeyxin xəyanəti və günahı azərbaycanlı adı daşımaqdan başqa nə olabılərdi? 



 

Mərhum Mirza Kiçik Xanın Tehran haqqında çox acı bir sözü xatırıma gəldi. O deyirdi: 

«Tehran abad olmaq üçün bütün İran bərbad edilmişdi.  İran abad olmaq üçün Tehranı 

bərbad etmək lazımdır!». Mən bu sözü təsdiq edib Tehranı dağıdıb ortadan qaldırmağı tövsiyə 

etmirəm. Lakin bu sözdə bir doğruluq vardır kı, o da Tehranın xaricdə baş qaldiran azadlıq 

hərəkətləri onların meydana sürdügü böyük siymaları əleyhinə apardığı cəlladanə siyasətdən 

ibarətdir. 

 

Həmin Mirza Kiçik Xanın özü də çox vəhşiyana bir surətdə öldürülüb onun başı İran 



azadlığının ğəddar düşməni olan Rizaxana töhfə göndərildi. 

 

Azərbaycanın xalq və qəhrəman oğullarından Xorasanda qiyam edən mərhum Kolonel 



Məhəmməd Təqi Xan ilə də bu cinayəti işlətməkdən sərfənzər etmədilər. 

 

Bunların hamısı göstərir ki, Tehranda kök salmış irtica və istibdad qüvvəsi xaricdə 



vicuda gələn azadlıq hərəkətlərini yatırmaq işində heç bir cinayətdən geri durmayacaqdır. 

 

Bu cinayətlərə xatimə vermək üçün oranın qüdrətini Məhəlli və Milli ixtiyarlar vasitəsi 



ilə sındırmaq lazım gəlir. 

 

Bu işdə Azərbaycan həmişə olduğu kimi indi də pişqədəm olmalıdır.Tehrandan azadlıq 



ummaq böyük iştibahdir. Orada azadlıq mübarizəsi aparan dəstələrin əl qolları bağlanılmışdır. 

 

Təbiyidir, Rizaxan yıxılan gün biz istədiyimiz Milli Höküməti vicuda gətirə bilməzdik. O 



vaxt inqilabdan bəhs edənlərin cavabında mən «Ajir» ruznaməsində bu işin qeyri mümkün 

olduğunu isbata çalışmışdım. O gün Milli Hərəkət və inqilab cərəyanını idarə etməyə qadir bir 

siyasi firqə yox idi. Rəhbərsiz inqıiab nəticə verə bilməzdi. Amma indi vəziyət tamamilə 



dəyişmiş uç ill yarımlıq mübarizədə taza qüvvələr və möhkəm siyasi cəmiyətlər meydana 

çıxmışdır. 

 

İndi mən inqilabdan bəhs etmək və onu ortaya sürmək fikirərində deyiləm. Mən 



istəyirəm deyim ki, bu gün xalqımız  əgər öz haqq və ixtiyarını almağa iqdam edərsə onu 

əməli etmək imkanı vardır. 

 

Mərkəzi işğal etmiş istibdad höküməti özünün ləyaqətsizliyin artıq isbat etmişdir. 



Məclis Şuradan heç ümid gözləmək olmaz. Orada yer tutan müstəbidlər sənədən artıqdır ki, 

sadə bir qanun keçirməyə müvəffəq olmamışlar. 

 

Məşrutə  və Milli Hökümətin vicuda gəlməsi birinci növbədə  məmləkətin büdcəsini 



yəəni dəxl - xərcini təəyin etməkdən ibarətdir. 

 

Fəransanın inqilabı kimi bizim Məşrutə  İnqilabı da bu məsələni həyata keçirmək 



yolunda vicuda gəlmişdir. 

 

Bizim ondördüncü məclisimiz isə bu məsələni həll etməyə qadir olmamışdır.  İndi 



alınan maliyatlar və sərf edilən pulların hamısı qeyri qanunu və oğurluq hesab olunur. 

 

Mənim vətənpərəst tanıdığım əşxasdan biri deyirdi ki, sən nitqlərivin birində qanuna 



ehtiram edib ona tabe olmaqdan bəhs etmişdin. 

 

Mən bunu inkar etmirəm. Qanun möhtərəmdir. Qanunsuz bir ölkədə ədalət, əmniyyət, 



insaniyyət ola bilməz. Vəli qanun hər iki tərəfdən möhtərəm tutulmalıdır. 

 

Fəransa inqilabının böyük mütəfəkkiri Jan Jak Ruso özünün məşhur əsrlərinin birində 



belə deyir: «Peyman iki tərəfli olmalıdır, o, bir tərəfdən pozulsa, ikinci tərəf onu saxlamağa 

məcbur deyildir». 

 

Rusonun nəzərində qanunlar xalq ilə dövlət arasında mütəqabil qərardan başqa bir şei 



deyildir.  İndi bizim hökümətimizin başında duranlar və  məclisimizin  əksəriyyətini təşkil 

edənlər özlərinin qoyduqları qanunlar və yazdıqları qərardadları pozub ayaq altına salmışlar. 

Ona görə biz o qanunları ləğv edilmiş hesab etməyə məcburuq. 

 

Bundan əlavə onlar həmişə qanunu özləri üçün bir aləti mələəbə qərar vermişlər. Hər 



vaxt azadlığı məhv etmək xalqın haqq və ixtiyarını ayaqlamaq laziım gəlirsə, onları meydana 

çəkib istifadə etməyə çalışırlar. Xalqın nəfinə lazım olan qanunlar isə yaddan çıxarılıb arşivlərə 

verilmişdir. 

 

Dostlarımdan biri Yəzdlilərin bir məsəlin yazmışdı: Güya Yəzd  şəhərində yalançı bir 



rövzəxan varımış ki, mənbərə çıxdıqda qəşş edib arvatların üzərinə düşərmiş. Yəzdlilərdən biri 

axırda cana doyub demişdi: «Axund, mən nemiydanəm həmişə betərəfe Bibi çəra qəşş 

mikoni?» 

 

İndi bizim dövlət adamlarımızda qəşş edndə  həmişə Bibinin üstünə düşürlər. Yəəni 



həmişə zalımanə qanunları meydana çıxarırlar. Adilanə qanunlardan heç bir əsər görmürük. 

 

Biz azərbaycanlılar qanunların əsasını və rişəsini böyük qurbanlıqlar bahasına almışıq. 



Mərkəzi höküməti özlərinin ata - babadan qalma irsi hesab edən xainlər onu əmələn silib, 

süpürüb gizlətmişlər. Bizim haqq və ixtiyarımızı  təəmin edən  əyalət və vilayət  əncümənləri 




qanunundan çox ildir bir əsər yoxdur. Mənə qanundan danışan ağadan buna cavab istərdim. 

Onun boş boğazlıqdan başqa bir hərbəsi olabılməz. 

 

Biz həqiqəti açıq - aydın bir surətdə xalqa göstərəməliyik. Bizim meydana atdığımız 



şüarların əsasını da qanun təşkil edir. 

 

Biz millətlərin və xalqların ixtiyarını  təəmin etmiş qanun əsasını diriltəmk yolunda 



mübarizəyə başlamışıq. Qanun əsası,  əyalət və vilayət  əncüməni  olmasa  quru  məənasız bir 

kağazdan ibarət ola bilər. 

 

Qanuna ehtiram edib onu müqəddəs saydığımız üçündür ki, biz birinci növbədə  ən 



böyük, ən əsas qanun - yəəni əncümən əyaləti məsələsini həyata keçirmək istəyirik. 

 

Mən bu sözləri fəqət indi burada deməyə başlamamışam. Bir neçə gün fürsətdən 



istifadə edib hazır olduğum Məclis  Şurayi Milli də bundan daha şədid bir ləhn ilə  çıxış edib 

nümayəndə adı daşıyan yalançı pəhləvanlardan bu xüsusda ciddi iş tələb etmişdim. Halbuki, 

onların bir qədəm belə xalqa doğru gəlmələrinə ümidim yox idi. 

 

Dediyim kimi içərimizdə Fars məsəli mocibincə «aşdan isti kasalar» (kaseye əz aş 



dağtər) adamlar az deyildir. Dünən onlardan biri mənə irad ediri ki, «Yenə yazırsız 

azərbaycana dövlət tərəfindən  əhəmmiyyət verilmir, yenə deyirsiz azərbaycandan alınan 

vergilər ora məsrəf olunan büdcədən çoxdur. Azərbaycan Tehrana elə bir böyük vergi vermir, 

biz gərək tehrandan təşəkkür edək ki, bizə çox yaxşı baxır.  Əgər Tehran olmasa biz 

acımızdan ölərik». 

 

Bu adamın ağlına mənim  şübhəm yoxdur. Lakin ləcbazlıq və höccət ilə öz yalan və 



müğrizanə sözlərini xaqa təhəmil etmək görürsüz insanı nələr deməyə vadar edir? 

 

Bu naxələf adama mən dedim: Aya bilirsənmi ki, iyirmi il tamam Rizaxan 



azərbaycanlıya batmanı dörd qirana aldığı qəndi 18 qirana yedirtdi? Aya anlamaq istəmirsən 

ki, azərbaycanın zəhmətkeş dul arvadları bir qutu kibrit aldığı zaman bir riyalın uçdə ikisini 

maliyat verir? Həqiqət acıdır, lakin onu söyləməliyik. Mən məclisdə açıq surətdə dedim ki, 

«Bunu mən dəqiq hesab nəticəsində isbat edə bilərəm». Azərbaycan xalqına maarif 

büdcəsindən verilən pul adam başına təqsim edilərsə onu göstərən bir vahid tapmaq olmaz. 

Mən onu kibritə  təbdil etdim. Nəticə bu çıxdı ki, hər bir nəfərə bir kibrit çöpündən az pay 

düşür. 

 

O kor və kar adam o qədər xalqdan uzaqdır ki, bizim milli dəbistanlarda çalışan 



amuzgarlarımızın ayda otuz tümən hüquq alıb 12 saat çalışmalarından xəbəri ola bilmir. Ölsə 

də öz fəsahət və  bəlağətinə o qədər məğrurdur ki, gündən aşikar olan bu həqiqəti inkar 

etməyə çalışır. 

 

Təbiyidir. Biz bu kimi fasid, ləcuc və fitnəcu adamların sözünə qulaq asıb öz 



tutduğumuz yoldan qayıtmalı deyilik. Mən ona dedim biz çalışıb məqsədimizi əldə edəcəyik. 

Əgər sən doğru deyirsən buyur düş qabağa, baxaq nə iş görəcəksən. 

 

Bu kimi boş boğazlıqlara biz əhəmmiyyət verə bilmərik. İş və fəaliyyət lazımdır. Söz, 



ibarət və boşboğazlıq xalqı yorub məəyus etmişdir. 

 

Bizim görməli işimiz çox sadədir. Əvvəl şəhərimizi islah etmək üçün intixab etdiyimiz 



şəhər  əncümni işə başlamalıdır. Tehran bizim bu sadə  və  təbiyi haqqımızı belə payəmal 

etmək istəyir. Neçə aydır ki, şəhər  əhli öz evini abad etmək, öz mədəni və  məhəlli işlərini 




yoluna salmaq üçün əncümən intixab etmişdir. Lakin Vizarət Kişvər onu hətta zalımanə  və 

qanun əsasının ziddinə olan Pəhləvi qanunu ilə də təsdiq etmir. 

 

Nəticədə şəhər köhnə qəbristan halına düşmüş onun küçə və xiyabanlarında gənd və 



kəsafət başdan aşmaqdadır. 

 

Dünyada demokrasi namı daşıyan heç ölkə yoxdur ki, oranın  şəhrdari (bələdiyə) 



işlərinə dövlət müdaxilə edə bilsin. Rizaxanın vicuda gətirdiyi bu mənhus səddi sındırıb şəhər 

əncüməni işə başlamalı və şəhəri xərabazar halına düşməkdən nicat verməlidir. 

 

Biz, su məsələsində gördük ki, sadə bir surətdə intixab etdiyimiz komision şəhərin 



mühüm məhəllələrini bir neçə gün sü ilə təəmin edəbildi. Əgər bu iş idamə verilərsə böyük 

nəticələr  əldə edilə bilər. Ayrı  işlər də belədir. Gərək himmət edib işə girişmək. Tehranın 

xainlər  əlində olan vizarətxanalarından bir dəfə umudu kəsmək lazımdır. Bundan əlavə 

mürtəcelərin vicuda gətirdiyi  şəraitin təəsirlərindən bütün İran hərc - mərc halındadır. 

Mazəndaran və Gürganda olduğu kimi, İsfahan,  Şiraz və sayir cənubu  şəhərlərdə  aşub və 

şurişlər baş qaldırmışdır. Tehranın özündə belə  şuluqluğun qarşısını almağa dövlət qadir 

deyildir. Hökümət nizamı olduğuna baxmayaraq gecə saat ondan sonra şəhərdə görünmək 

qadağan edilmiş, lakin xalqın mal- canını hifz etmək mümkün olabilməmişdir. 

 

Belə bir zamanda Azərbaycan Demokrat Firqəsi özünün böyük müraciətnaməsi ilə 



fəaliyyətə başlamışdır. Bir həftədən az olmayan bu müddətdə  şəhərimizədə  və bütün 

azərbaycanda dərin bir sükut his edilir. Xalq bir mərkəz siql, bir pənahgah tapan kimi 

olmuşdur.  Əmniyyət ümumunu təhdid edən hərəkətlər susdurulmuş,  şuluqçu ünsürlər iskat 

edilməyə başlamışdır. 

 

İndi Azərbaycan  əmniyyət və aramış  cəhətdən iranın ayri yerlərinin hamısından 



qabaqdır. Firqə bu müvəffəqiyyəti fali-nik hesab edib, götürdüyü sülh və  əmniyyət-tələblik 

siyasətini təəqib edəcəkdir. 

 

E`lamiyyəmiz  ətrafda olduqca dərin təəsir buraxmışdır. Düşmənlərimiz, məxsusən, 



Tehranda  İran xalqlarının hüququnu ayaqları altına alan müstəbidd ünsürlər oxuyub 

titirəməyə başlamışlar. 

 

Biz böyük bir firqə yaratmaqla dünyaya sabit edəcəyik ki, öz evimizi yabançı olmadan 



idarə etməyə ləyaqət və qüdrətmiz vardır. (gurultulu alqışlar) 

 

Firqəmizin barəsində  mən çox müfəssəl məlumat vermək istəmirəm. Bu qədər 



deməliyəm ki, müraciətnaməmizi hətəmən oxumuşsuz, onun bütün azərbaycanda böyük 

təəsiri olduğu bundan bilinir ki, iranı başdan- başa bürümüş olan şuluqluq və  hərc- 

mərclikdən burada heç bir əsər yoxdur. İstər  şəhərlərdə, istərsə  də  kəndlərdə xalq firqəyə 

etimad edib onun meydana atdiği  əmniyyət  şüarını çox hüsn təvecehlə istiqbal edir. 

Azərbaycan indi tufanlı dərya kimi təlatümdə olan İran məmləkətində sakit və aram bir cəzirə 

halındadır. 

 

Tehranda isə müraciətnaməmiz bomb kimi səslənmişdir. Onun orada çox az bir 



miqdarda intişar edilməsinə baxmayaraq çox səri bir surətdə xalqın nəzərini cəlb etmişdir. 

Onun təsiri elə özünü zor ilə İran xalqına təhmil edən Sədr kabinəsi mütəzəlzil olmuş, irticaın 

alçaq nökəri olan nümayəndələr əl ayaqlarını itirmişlər. 

 

Çox ehtimal var ki, vurduğumuz böyük zərbənin əsərində Sədrin kabinəsi süqut edib, 



onun yerinə müvəqqəti olmaq üzrə bir muhəllil və ya azadıxah kabinə  gətirsinlər. Lakin bu 


uşaq aldadan tədbirləri bizi iğfal edə bilməz. Bir günlük, beş günlük üçün yox, həmişə azadlığı 

təəmin etmək üçün  burada vicuda gətirməyə başladığımız mərkəzi siqli saxlamalı, onu 

mərkəzdə  məhv etəmgə çalışan müstəbiddlərin başı üstündə möhkəm bir yumruq kimi 

tutmalıyıq. 

 

Bundan  əlavə, firqəmiz işə başladıqdan sonra vicuda gələn  əmniyyət və aramlıq 



göstərdi ki, xalqımızın özünü idarə etməyə ləyaqəti vardır. 

 

Məramnaməmizi hənuz intişar verməyə fürsətimiz olmamışdır. Çox tez bir zamanda 



çağrılan firqə konqrəsində onu təsvib edib ümumun nəzərinə  təqdim edəcəyik. Lakin əsası 

məqsədlərimiz xalqdan gizli deyildir. Onu biz müraciətnaməmizədə sadə bir dil ilə yazıb 

göstərmişik. 

 

Biz birinci növbədə əmniyyət, ondan sonra milli hərəkatımızı idarə və İran azadlığını 



təəmin etmək üçün əncümən əyalətidən ibarət olan bir mərkəz siql vicuda gətirməliyik. 

 

Firqənin işi başqadır. Onu, dövlət və hökümət yerinə qoymaq olmaz. O, xalqın gözünü 



açıb möhkəm bir intizam altına çəkmək, o vasitə ilə ümumun mənafeini təəmin etməyə 

çalışır. Xalqın hüququ, fərdi və ictimaı işlərini idarə etmək dövlət təşkilatının işidir. Bu təşkilat 

iyalət və vilayt əncümənləri şkilində ola biləcəkdir. 

 

Əncümənlərin ixtiyaratı çox vəsi'dir. Onlar bütün dövlət idarələrinın işlərinə yetişə bilər 



və  əyalətin malı, fərhəngi və behdaştı  məsələlərini müstəqil bir surətdə müzakirə edib bu 

xüsuslarda ciddi tədbirlər görə bilər. 

 

Qanun əsası bütün İran xalqları və əyalətləri kimi, Azərbaycan xalqına da bu ixtiyarı 



vermişdir. Bildiyimiz kimi, Azərbaycan  əncüməni iranın məşrutə tarixində böyük rol 

oynamışdır. O, əncümndə  şirkət edənlərdən aqayi Rəfi'i (Nizamüldövlə)nin xoşbəxtanə 

burada təşrifləri vardır. Özləri də firqəmizin müəəssislərindəndirlər. Aqayi Müstəşarüldövlə də 

bu tarixi əncümnin üzvlərindəndir. 

 

Bu simalar biz Azərbaycan xalqının aldığı böyük haqq və ixtiyardan diri şahıd və 



möhkəm dəlil və mədrəkdirlər. 

 

Burada böyük bir həqiqəti sizə  gərək deyim. Bu məərufdur, deyirlər: «Haqqı almaq 



lazımdır, onu verməzlər». 

 

Mənim əqidəmə görə, bu kamil bir şüar deyildir. Mən deyirəm haqqı almaq şayəd ki, 



asan bir işdir. Onu saxlamaq şərtdir. 

 

Əgər bizim qəhrəman məşrutəxahlarımız bu nüktəyə  təvəcceh edib ilğfal 



olmasaydılar, indi Azərbaycan, bəlkə  İran tamamilə dünyanın  ən azad, ən dəmokratik 

məmlkətlərindən biri olmüş  və düçar olduğumuz fəqər, fəlakət, aclıq və  səfalət qabağımıza 

çıxmamışdı. 

 

Azərbaycan xalqı qırx il bundan əvvəl təşkil etdiyi əncümən əyaləti vasitəsi ilə özünün 



siyası rüşd, və isteedadını sübut etmişdir. 

 

Firqəmiz bu isteedad və ləyaqəti dünyaya sabit edib onun qabağına çıxarılan maniələri 



ortadan qaldırmalıdır. 

 



Demokratlıq ən mütərəqqi və ali bir fikirdir. Biz onu tam məənasiylə həyata keçirməyə 

çalışəmalıyıq. Biz var qüvvəmiz ilə çalışacağıq ki, millət  əfradının hamısı dövlət işlərinə 

müdaxilə edəbilsin və hər bir fərdin iradəsi məmləkətin müqddəratında müəəssir olsun. 

 

Bundan  əlavə, qabağımızda böyük islahat durmuşdur.  Əvvəli kəndli ilə  ərbablar 



arasında tövlid olmuş ixtilafları adilanə bir tərz ilə  həll və  rəf' etməliyik. Sonra fərhəng və 

behdaşt məsələsi bizcə ən böyük məsələlərdəndir. Fərhəng və behdaştsız bir millət öz istiqlal, 

həyat və azadlığını saxlaya bilməz. 

 

Mən keçmiş nitqlərimin birində hənuz Fəransa, Alman qüvvələrinin işğalı altında ikən 



həmin bu yerdə firəng millətinin yaşayıb azad bir surətdə öz həyatını idamə verəcəyini 

pişguluq etmişdim. Bu peyğəmbərlik deyil idi, mən o mədəni millətin fərhəngindən, tarixi 

mübarizələrindən, bilik və behdaşta olan təvəccehindən kamilən xəbərdar idim. 

 

Bizim arzularımızdan ən böyüyü ümum xalqın savadlanmasıdır. Savadlı və sağlam xalq 



heç vaxt zülüm və fişara təhəmmül etməz. İnsanlarla heyvanlar arasında olan böyük fərq də 

bundan ibarətdir. 

 

İnsan ictimai bir məxluqdur. O tək öz başına yaşamır və onun məqsədi fəqət  şəxsi 



həyatını təəmin etmək deyildir. Bəşər ictima üçün yaşayır. Ona görə ictımaın mənafeini şəxsi 

mənafeindən yuxarı tutmalıdır. 

 

Hərkäs öz başını saxlamaqdan üçün yaşasaydı, dünyada böyük simalar, fədakar 



qəhrəmanlar və öz canlarını vətən və millət yolunda fəda edən rəşid insanlar tapılmazdı. Bu 

fədakarlıq fəqət bilik, fərhəng, təşkilat və əxlaq nəticəsidir. Biz gərək cəmaətin mənafeini öz 

şəxsi mənfəətlərimizə  tərcih verməyə adət edək və bu vasitə ilə xalqımızı  fəlakətdən 

qurtaraq. 

 

İftixar, mal və miknət  şəxsi yaşayışda deyildir. Dünyada başı uca adamlar ümumən 



xalq xadimləri olmuşlardır, cavanlarımızı bu ruhda tərbiyə etəməliyik. İftixar, şərəf qazanmaq 

istəyirsən xalqa xidmət etməlisən. Bunu gərək hamı bilsin və bu yol ilə qazanılan  şərəf və 

iftixarın məzəsini anlasın. 

 

Biz tarıxdan çox danışa bilərik. Keçmişimiz də iftixarla doludur. Lakin bu kifayət 



etməz. İftixar və şərafəti özümüz öz əlimizlə kəsb etəməliyik. Sə’dinin həkiymanə sözü bizə 

dərsi ibrət olmalıdır. 

 

  

Miyrase 



pedər xahi, elme pedər amuz 

 

 



Kin male pedər xərc təvan kərd be dəh ruz 

 

Biz ata- babamızın gördüyü işləri özümüzə  sərmaya qayırıb onu xərcləyib 



qurtarmayaq. Bəlkə şücaət, rəşadət və fədakarlıqda onlara təqlid edib getdikləri yol ilə gedək, 

onların qazandıqları iftixar və şərafətə nail olaq. 

 

Bizim fikirimizi məşğul edən məsələlərdən birisi də dil məsələsidir. Bu, biz 



azərbaycanlılar üçün çox mühüm və əsası məsələlərdəndir. 

 

Fərhəng məsələsini biqeydlik ilə başdan salmaq olmaz. Çünkü millətlərin həyatı ona 



bağlıdır. Bədbəxtanə bu günə dək məmləkətimizi idarə edənlər bu mövzuu sərsəri sayıb ona 

əhəmmiyyət verməmişlər. 

 



Bundan  əlavə, azərbaycanın fərhəng  maarif mövzuunda məxsus bir vəziyət vardır. 

Əhalımız qərnlərdən bəri müəyyən bir dil ilə danışmaqdadır. Bu dili sadə qaba tədbirlər ilə 

əvəz etməyə çalışanların əllərində qane edici dəlilləri yoxdur. 

 

Altı yeddi yaşında taza dil açmış uşağa yabançı bir dili təhəmil etəmk cinayətdir. Təlim 



tərbiyət ilə məşğul olanlar əksər azərbaycanlıların əsəbiliyini bunda görürlər. 

 

Anadilində yazıb oxumağı qadağan etmək fərhəng təkamülün qabağını almaq 



deməkdir. 

 

Beş milyondan ziyadə  kənd və  şəhərlərdə yaşayanlarımız qalsın, hətta məhəlli 



məktəblərdə  təhsil edənlərimiz belə ömürlərinin axırına qədər fars dilini düzgün tələffüz 

etməyə qadır deyildirlər. 

 

Rizaxan iş başına gəlib azərbaycanı parçalamaq siyasətinə başlamadan  əvvəl 



azərbaycanda milli teatrlarımız səri bir surətdə  tərəqqi etməkde idi. Xalq, arvad və kişi 

tamaşalarda kəmal meyl ilə hazır olub hünərvərlərimizin  əsərlərin seyr edir və bu vasitə ilə 

əxlaq və  məənəviyyat cəhətdən millətimiz tərəqqi etməkde dəvam edirdi. Fəqət məcburən 

teatrimiz fars dilinə təbdil edilən kimi nümayiş salonlarımız bağlanmağa məcbur oldu. Çünkü 

xalqımızın əksəri bu dili anlamağa qadır deyildi. 

 

Dili vətənpərəstliyə müxalif görənlər vaqiən cahil adamlar gərək olsunlar. Çünkü bu 



işin tazalığı yoxdur. Hənuz indi də  məscidlər və  mənbərlərdə vaizlərimiz xalqın anladığı 

Azərbaycan dilində vəəz edib diyni vəzifələrini əncam verməyə dəəvət edirlər. Biz Azərbaycan 

dilinin müxaliflərindən soruşuruq, bu işdə nə pislik vardır? Nəyə bir dildən mənbərdə istifadə 

etmək olur, amma mədrəsələrdə olmur? 

  

Vangəhi Azərbaycan dilində yazıb oxumaq məsələsinin tazalığı yoxdur. Qırx neçə il 



bundan  əvvəl  İran fərhənginin iftixarı sayılan Mirzə  Həsən Rüşdiyyə  Təbərizdə  təşkil etdiyi 

mədrəsənin ilbtidai dövrəsini ana dilində tədris etmişdir. Onun o tarixdə təəlif və nəşr etdiyi 

dərs kitabı  əlimizdədir. Bundan əlavə, burada yazıb oxumağı ana dilindən başlayanlar az 

deyildirlər. 

 

Eşitdiyimizə görə aqayi Fiyuzat və aqayi doktor Rizazadə  Şəfəq də bu dildə 



Azərbaycan məktəblərində vaxtında dərs demişlər. 

 

Bundan  əlavə, mən kəndlərdə  və  xırda  şəhərlərdə müəllimlər gördüm ki, Fars dilini 



əbədən bilməyən kəndli və əsnafa bu dildə fərhəng mövzuunda nitq edirdilər. 

 

Məxsusən Salmasda bu gülünc işın lap qabarıq  şəkilini keçən il görməyə müvəffəq 



oldum. Mən Salamas sözünü məxsusən işlətdim, çünkü bizim şahpur  Əlirzaya iradətimiz 

yoxdur. Şahpur sözü onun əxlaqı cinayətlərini nəzərdə mücəssəm edir. Səttarxan xiyabanının 

da Pəhləvi adlanması qulaqlarımızı  xəraş edir, ruhumuzu incidir. Təbrizdə azərbaycanlını 

qurbanlıq qoyunu kimi parçalayan Rizaxan Pəhləvi adına xiyaban ola bilməz. Onu Təbriz 

əhalisi öz Milli Qəhrəmanı Səttarxan adına adlandırmışdır. Postxanamız bunu bir dəfə bilməli, 

Pəhləvi adına gələn məktubları geri qaytarmalıdır. Təbrizdə  Pəhləvi xiyabanı yoxdur. Böyük 

xiyabanımız böyük Sərdarımızın adınadır. O belə gərək məşhur olsun. 

 

Axırda təkərar edirəm, biz iranın istiqlalına kamilən  əlaqəməndik. Onun bir qarış 



toprağını ayrı bir ölkəyə vermək fikiri əbəda meydanda yoxdur. Bizim istədiyimiz Qanun 

Əsasının bizə verdiyi daxili haqq və  mədəni xudmuxtariyyətdən ibarətdir. Dil məsələsi də 

bunun cüzvüdür. 



 

Biz müraciətnaməmizdə dediyimiz kimi öz evimizin işlərini özümüz idarə etmək 

fikirindəyik. Ondan ötrü var qüvvəmizlə çalışacağıq. 

 

Zor ilə İran xalqlarını əsarətdə saxlayanlar bunu bir kərə düşünməlidirlər... 



 

(Azərbaycan» ruznaməsi yekşənbə 25 şəhrivər, şümarə 4, düşnəbə 26 şəhrivər, şümarə 5, 3 şənbə 27  

şəhrivər, şümarə 6, 4 şənbə 28 şəhrivər, şümarə 7, 5şənbə 29 şəhrivər, şümarə 8, yekşənbə əvvəl məhr şümarə 

10, düşnəbə 2 məhr, şümarə 11, 3 şənbə 4məhr, şümarə 12, -1324 cü il, -2 ci dövrə). 



 

Yüklə 86,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə