Microsoft Word Son ill?r akademik elml?r doc



Yüklə 103,08 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü103,08 Kb.
#26719


 

 

1



 

AZƏRBAYCAN  MİLLİ ELMLƏR AKADEMİYASI 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

GEOLOGİYA İNSTİTUTUNUN  

ELMİ VƏ ELMİ-TƏŞKİLATI 

FƏALİYYƏTİ HAQQINDA 

H E S A B A T  

(2010-cu il)  

 

 



 

 

 



 

 

 

Bakı - 2011 

 

 



 

 

 



 

 



 

 

2



 

Son illər Azərbaycan elmində mövcüd olan problemlərə dövlətin diqqəti 

müəyyən dərəcədə artmaqdadır. Fundamental tədqiqatlara büdcədən  ayrılan vəsait 

bir qədər çoxalıbdır. Respublika Prezidenti İlham  Əliyevin 21 oktyabr 2009-cu il 

tarixli Sərəncamı ilə Azərbaycanda “Elmin inkişaf Fondu” yaradılmışdır. 2010-cu 

ildə isə bu Fond Azərbaycanda elmi qrantların ilk müsabiqəsini elan etmişdi. Təbii ki, 

belə  dəstək fundamental tədqiqatların aparılmasına, müvafiq elmi ekspedisiyaların 

təşkilinə və analitik bazanın genişlənməsinə müsbət təsir göstərməkdədir.  

Əvvəllər olduğu kimi, bu il də Yer Elmləri sahəsində fənlərarası tədqiqatlar və 

beynəlxalq əlaqələr çərçivəsində aparılan elmi-tədqiqat işlərinin inkişaf tendensiyası 

Geologiya İnstitutunun həyatında real olaraq qalmaqdadır. 

Başa vurduğumuz 2010-cu ildə keçmiş illərdə olduğu kimi Geologiya 

İnstitutunda 

− çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidroğenlərin 

formalaşması, təbii və texnogen  mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin 

proqnozlaşdırılması  və monitorinq sistemlərinin yaradılması elmimizin prioritet 

istiqamətləri olmuşdur. Təbiətdən səmərəli istifadənin elmi əsaslarının işlənib 

hazırlanması,  ətraf mühitin mühafizəsi və neft və qaz yataqlarının istismarı 

məsələlərinin həlli metodologiyasına prinsipial yeni yanaşmanın işlənilməsi üzrə 

tədqiqatlar, həmçinin vacib bir istiqamət kimi qəbul edilmiş idi.  

Geologiya  İnstitutunun 2010-cu ildə elmi-tədqiqat fəaliyyətinin icmal və 

təhlilinə keçməzdən  əvvəl, müstəqil Azərbaycanımızda elm sahəsində Dövlət 

Mükafatına ilk dəfə keçirilmiş, elmi işlər müsabiqəsinin nəticələri haqqında bir neçə 

kəlmə söz demək istərdim.  

Sizə  məlum olduğu kimi 2010-cu ilin may ayında Geologiya İnstitutunun bir 

qrup aliminə (prof. Ad.A.Əliyev, prof.F.H.Dadaşov, AMEA akademiki İ.S.Quliyev,  

AMEA müxbir-üzvü Ə.Ə.Feyzullayev, prof. E.H-M.Əliyeva) Cənubi-Xəzər 

hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə, 

Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı fəxri adı verilmişdir (Şək. 1). 



 

 

3



 

 

Şək. 1. Azərbaycan Respublikası Dövlət mükafatının təqdim edilmə mərasimi 



  

Zənnimizcə, bu, Geologiya İnstitutun alimlərinin ləyaqətli nailiyyətidir. Məsələ 

bundan ibatətdir ki, Azərbaycanın alim-geoloqları uzun illər ərzində – yarım əsrdən 

artıq, təbiətin bu ecaskar fenomenin hərtərəfli öyrənilməsi ilə  məşğul olurlar. 

Bildiyiniz kimi palçıq vulkanizmi problemlərinin tədqiqi tarixində  hərəsinin özünə 

məxsus uğurları olan bir neçə  mərhələ olmuşdur. Belə ki, tədqiqatların ilkin 

mərhələsində (akademik Ə.Ə.Yaqubov) aparılan işlər əsasən təsviri mahiyyət daşıyır 

və ümumiyyətlə Azərbaycandakı palçıq vulkanlarının morfologiyası  və yayılma 

qanunauyğunluqlarının öyrənilməsini  əhatə edirdi. Təqiqatları genişləndirərək, 

mütəxəssislər ikinci mərhələdə diqqətlərini mühüm məsələyə - palçıq vulkanizmilə 

neftqazlılığın əlaqəsinin müəyyən edilməsinə yönəltmişdilər. Sonralar, keçmiş SSRİ 

ərazisi çərçivəsində palçıq vulkanizminin nəhəng regional tədqiqatları  həyata 

keçirildi. Palçıq vulkanları haqqındakı  məlumatlar bərk tullantıların geokimyəvi 

öyrənilməsi və flüidlərin izotopiyası üzrə materiallarla əhəmiyyətli dərəcədə 

zənginləşdi. 2010-cu ildə Azərbaycan alim-geoloqlarına Dövlət Mükafatı laureatı adı 

məhz, özündə sekvenstratiqrafiya, süxurların pirolizi, izotop geokimyası, 

biomarkerlərin analizi və hövzə modelləşdirilməsini cəmləşdirən dərin fundamental 

tədqiqatlara görə verilmişdir. Eyni zamanda, bütün bu elmi-tədqiqat işləri 




 

 

4



 

nəticələrinin nüfuzlu xarici nəşrlərdə  dərc olunması (40-a yaxın) xüsusən 

vurğulanaraq, diqqəti cəlb etmişdir. Palçıq vulkanizmi tədqiqatlarının qısa tarixi, 

mərhələ-mərhələ öyrənilməsinə yekun vuraraq, böyük məmnunluq hissi 

ilə

 qeyd 


etmək istərdim ki, bu gün də Geologiya İnstitutunun mütəxəssisləri bu mühüm elmi 

istiqaməti davam etdirərək, artıq palçıq vulkanlarının planetar öyrənilməsi və 

ümumiləşdirilməsilə ciddi məşğuldurlar. 

Laureatları və Geologiya İnstitutunun bütün kollektivini yüksək Dövlət mükafatı 

ilə  təbrik edərkən, bir daha palçıq vulkanizminin kompleks tədqiqatları  və onun 

neftqazlılıqla  əlaqəsi problemləri ilə  məşğul olan alimlərə yeni nailiyyətlər arzu 

edirəm. Təbiidir ki, bu gün geologiya elminin aktual problemlərinin işlənilməsilə 

məşğul olan bizim digər alimlərimizə də böyük uğurlar diləyirəm. 

Yuxarıda qeyd etdiklərim,  şübhəsiz, Geologiya İnstitutunun neft təmayüllü 

prioritet elmi tədqiqatlar proqramının tərkib hissəsi olaraq, birbaşa onun 

reallaşmasına xidmət edir.  

Bu  istiqamət çərçivəsində 2010-cu ildə Abşeron yarımadası,  Bakı və Abşeron 

arxipelaqının üçölçülü geoloji-struktur və petrofiziki modellərinin yaradılması üzrə 

işlər aparılmışdır. Çöküntütoplanma hövzəsinin tektonik əyilmə tarixi və antiklinal 

strukturların formalaşmasının üçölçülü modelləri qurulmuşdur. Hövzənin termobarik 

şəraitlərinin proqnoz modelləri işlənilmişdir. Üçölçülü modelləşdirmə əsasında istilik 

rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və  məkanca 

rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza halları qiymətləndirilmişdir 

(Şək. 2, 3). 

 



 

 

5



 

 

Şək. 2. Fasilə lay dəstəsi və kəsiliş üzrə temperaturun paylanması 



 

Şək. 3. Fasilə lay dəstəsi və kəsiliş üzrə təzyiqin paylanması 




 

 

6



 

  

“Neft və qazın geologiyası və geokimyası” şöbəsinin (rəhbəri – AMEA müxbir 



üzvü  Ə.Ə.Feyzullayev)  əməkdaşları  tərəfindən yeni nəzəri işlənilmələr və indiyə 

qədər aparılmış  tədqiqat nəticələrinin ümümləşdirilməsi  əsasında Cənubi-Xəzər 

çökəyinin (CXÇ) geoloji şəraiti, karbohidrogenlərin (KH) ontogenezinin tam tsiklini 

əhatə edən, onların müxtəlif formalı miqrasiya (ilkin, ikinci, üçüncü) xüsusiyyətləri 

tədqiq edilmişdir. Neft əmələgətirən süxurlardan karbohidrogenlərin  miqrasiya 

şəraitinin məkan baxımından qeyri-bərabərliyi müəyyən edilmiş, yaşca qədim, yəni 

bir qədər aşağıda yatan çöküntülərdən geoloji strukturu karbohidrogenlərlə 

qidalandıran ocaqların mövcudluğu aşkar olunmuş, neft və qazın subşaquli 

miqrasiyası qiymətləndirilmiş, neft və qaz yataqlarının dağılması  və yenidən 

formalaşması prosesləri öyrənilmişdir. Bütün bunlar CXÇ-də neft və qaz yataqlarının 

formalaşma mexanizmi və onların saxlanılma şəraitləri haqqında mövcud təsəvvürləri 

əhəmiyyətli dərəcədə genişləndirir (Şək. 4, 5).   

 

Şək. 4. Neft və qazın generallaşma mənbələrinin dərinlik və stratiqrafik 



yerləşmələrini əks etdirən model: R – rezervuar (MQ); S – ana (oliqasen-miosen) qat  


 

 

7



 

  

 



 

 

Şək. 5. Günəşli strukturu hüdudlarında məhsuldar qatın (MQ) neftlərinin lay təzyiqi 



(a), temperatur (b) və qaz amilinin (c) paylanması 


 

 

8



 

 

İnstitutun prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyətinin böyük bir 



hissəsi “2007-2014-cü illər  ərzində  Cənubi-Xəzər çökəyinin Azərbaycan hissəsinin 

karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı” adı altında 

Dövlət tapşırığının (NK 18 iyun 2007-ci il tarixli 98 saylı  Qərarı) icrası ilə bağlı 

olmuşdur. 

Bu proqramın yerinə yetirilməsində, bildiyiniz kimi, İnstitutun bir neçə  şöbəsi 

iştirak edir 

− “Neft və qazın geologiyası  və geokimtası”, “Geodinamika və 

seysmologiya”, “Tektonofizika və geomexanika” şöbələri, həmçinin Azərbaycan 

Respublikası Dövlət Neft Şirkəti, Ekologiya və  Təbii Sərvətlər Nazirliyi, Təhsil 

Nazirliyi (ADNA). 

Həmin dövlət proqramının tərkib hissəsi olan “Cənubi-Xəzər Hövzəsinin 

geoloji-geofiziki  modeli” bölümü üzrə yeni metodika və “REZAYR” proqramlar 

paketi hazırlanmışdır. Bu metodikanın  eksperimental sınaqları aparılmış  və onun  

karbohidrogen yığımlarının və Cənubu Xəzərin dərin hissələrində anomal yüksək lay 

təzyiqi  (AYLT) zonalarının birbaşa diaqnostikası üçün, tədbiqi tövsiyyə edilmişdir. 

Dərinlik seysmik zondlama (DSZ), ümumi dərinlik nöqtəsi (ÜDN) materialları, 

seysmotomoqrafiya, Reley dalğaları vasitəsi ilə zondlama və peyk qravimetriyasının 

kompleks analizi əsasında CXÇ-nin yer qabığının okean tipinə aid olması  təsdiq 

edilmişdir. Konsolidə olunmuş qabığın səthinin sxematik xəritəsi qurulmuş, qranit 

qatının yayılma sərhədi müəyyən edilmişdir. Regional seysmik profillər üzrə 9 

sedimentasiya kompleksləri və onların qeyri-uyğunluq səthləri aşkar edilmişdir. 

Əvvəllər  əldə edilmiş  məlumatlar bazası  əsasında, dördüncü dövr

−mezozoy 

stratiqrafik intervalının ayrı-ayri horizontları üzrə, Abşeron yarımadası  və ona 

söykənən akvatoriyanın bir sıra müxtəlif səciyyəli xəritələri tərtib edilmişdir. Cənubi-

Xəzər Çökəyinin 5000 m dərinlik kəsimi üçün sxematik geoloji xəritə  tərtib 

olunmuşdur (Şək. 6). 

 



 

 

9



 

 

Şək. 6. Ümüd perspektiv strukturu. Kəsilişin məhsuldarlığının proqnozu 



 

Neft və qazın generasiya zonasının dərinlikliyini qimətləndirməyə imkan verən 

hövzənin termal təkamülünün rəqəmli modeli işlənilmiş, Cənubi-Xəzər Çökəkliyinin 

geotermal anomaliyaları müəyyən edilmiş və onların mənşəyi öyrənilmişdir. Bir neçə 

yeni sxematik geotermik xəritə seriyaları əsasında Cənubi-Xəzər Çökəkliyinin istilik 

sahəsinin strukturu müəyyən edilmişdir. Azərbaycanın depresion zonalarının pliosen-

dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə 

qiymətləndirilməsi verilmiş və onların istifadəsi üçün ilkin obyektlər ayrılmışdır.  

Geodinamik tədqiqatlar və monitorinq sahəsində  M≥2 maqnitudalı titrəyişlərin 

sistematik qeydiyyatı  aparılmış  və müvafiq məlumatlar bazası yaradılmışdır. 

Abşeron, Siyəzən-Yalama və Astara-Nefteçala-Ələt rayonlarında təkrar GPS 

ölçülmələri aparılmışdır. Xəzərin qərb sahilində və Aşağı-Kür çökəkliyi sahələri üçün 

müasir geodinamik hərəkətlərin məlumat bazası yaradılmış  və regional qırılmaların 

aktiv zonalarının aşkarlanması üzrə  işlər davam etdirilmişdir. GPS monitorinqi və 

seysmogeodinamik tədqiqatlarla deformasiya prosesləri (şaquli və üfüqi hərəkətlər) 



 

 

10



 

haqqında yeni məlumatlar  əldə edilmişdir. GPS, qravimetrik və seysmik 

informasiya  əsasında, mürəkkəb geoloji strukturların, mövcud olan regional və 

çoxsaylı aktiv seysmik qırılmaların kompleks təhlili aparılmışdır. Bu məqsədlə aktiv 

qırılmaların və seysmik risklərin geoinformasion elektron xəritələri hazırlanmışdır. 

GPS monitorinqi və palçıq vulkanlarının aktivləşməsi prosesi nəticəsində alınan 

məlumatlar interpretasiya edilmiş  və bu proseslər arasında korrelyasiya müəyyən 

olunmuşdur. 

Digər prioritet istiqamət çərçivəsində Geologiya İnstitutunun mütəxəssisləri 

(rəhbər – AMEA müxbir üzvü F.Ə.Qədirov), Qafqazın kollizion zonasının müasir 

geodinamik durumunun öyrənilməsi üzrə Massaçusets Texnoloji İnstitutu ilə (ABŞ) 

müştərək tədqiqatları davam etdirmişlər. Məlum olduğu kimi, əvvəlki illərdə bu 

məqsədlə Azərbaycan ərazisində 30 müvəqqəti və üç daim fəaliyyətdə olan “Bakı”, 

“Şəki” və “Neftçala” GPS stansiyaları quraşdırılmışdır.  

Bu istiqamətdə “Geodinamika və seysmologiya” şöbəsi (rəhbər – AMEA 

müxbir üzvü F.Ə.Qədirov), “GPS və seysmoloji məlumatlar  əsasındaAzərbaycanın 

aktiv qırılma və seysmik təhlükələrinin GİS-xəritələrinin tərtibi” mövzusunda 

UETM-AMEA qrant tapşırığı çərçivəsində  elmi tədqiqatlar aparmışdır.  Azərbaycan 

ərazisində zəlzələlərin paylanmasının fraktal nəzəriyyəsi əsasında, seysmik prosesin 

və bununla bağlı olan qırılma sisteminin özünəbənzərliyinin kəmiyyət səciyyələri 

müəyyən edilmişdir. Güclü zəlzələlərin əhatə etdiyi zonaların müəyyən fraktal ölçülü 

(1.1≤  D≤ 1.5) qırılmalar sisteminə uyğunluğu aşkar olunmuşdur.  Belə yanaşmanın 

tətbiqi seysmik təhlükələrini öyrənən digər metodlarla yanaşı alınmış  məlumatların 

ehtibarlılığını və dəqiqliyini artırmağa imkan verir. 

Hesabat ilində BP şirkəti ilə müqavilə üzrə yeni “BTC neft kəməri boyunca 

ərazinin geodinamik monitorinqi” (AMEA həqiqi üzvü İ.S.Quliyev, AMEA müxbir 

üzvü F.Ə.Qədirov) mövzusunda elmi-tətbiqi tədqiqatlar davam etdirilmişdir. Bu işlər 

çərçivəsində GURALP seysmik sistem əldə edilmişdir. Bu sistemdən istifadə 

etməklə, aparılmış mikrotremor ölçülmələr nəticəsində rezonans tezliklərin 

paylanması, qruntun yüklənmə  əmsalı, güclü zəlzələ üçün intensivliyin dəyişmələri 

müəyyən edilmişdir (Şək. 7, 8).     



 

 

11



 

 

Şək. 7. BTC neft kəməri boyunca Sanqaçal-Sığırlı sahəsində mikrotremor ölçü 



nöqtələrinin yerləşmə sxemi 

 

Şək. 8. GURALP (GMT-5T) sisteminin üçkomponentli akselerometri vasitəsilə #30 



(Lp 30) nöqtəsində müşahidə olunan seysmik küylərin yazılışı 


 

 

12



 

Bundan başqa  şöbənin  əməkdaşları 2010-cu il ərzində “GPS və seysmik 

məlumatlar əsasında Bakı şəhəri və Abşeron yarımadasında seysmik təhlükəsizlik və 

riskin qiymətləndirilməsi” adı altında elmi-tətbiqi işlərin kompleks proqramının 

hazırlanmasını yekunlaşdırılmışlar. Bu proqramın Fövqəladə Hallar Nazirliyi (FHN), 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Ekologiya və  Təbii 

Sərvətlər Nazirliyi (ETSN), Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsi, Dövlət 

Şəhərsalma və Arxitektura Komitəsi və AMEA-nın Respublika Seysmoloji Xidmət 

Mərkəzinin iştirakı ilə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 

Üçüncü prioritet istiqamət üzrə Geologiya İnstitutu müvafiq ekogeoloji 

tədqiqatları davam etdirmişdir. Bildiyiniz kimi, 2010-cu il Respublika Prezidenti 

İlham  Əliyev tərəfindən Azərbaycanda “Ekologiya ili” elan olunmuşdur.  İnstitut 

əməkdaşlarının fəaliyyət proqramı geniş diapazona malik ekogeoloji tədqiqatları 

əhatə edir. Belə ki, “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin 

qorunması  və uzunmüddətli istifadəsi” proqramı üzrə (Respublika Prezidenti İlham 

Əliyevin 21 oktyabr 2006-cı il tarixli Sərəncamı  və Nazirlər Kabinetinin 2008-ci il 

tarixliQərarı ilə) İnstitut kollektivi Azərbaycan Respublikası ərazisində nadir geoloji 

obyektlərin monitorinqi üzrə  işləri davam etdirmişdir. Bu iş 59 təsdiq olunmuş 

geoloji obyekt üzrə bütün kompleks materialların sistemləşdirilməsini nəzərdə tutur.  

2010-cu ildə əsasən çöl ekspedisiya işlərinin aparılması nəzərdə tutulmuş idi. Bu 

işlər beş istiqamətdə aparılaraq, obyektlərin geomorfoloji, petroqrafik, mineraloji, 

stratiqrafik, hidrogeoloji və tektonik xüsusiyyətlərinin öyrənilməsini  əhatə edirdi. 

Alınmış  zəngin material bütövlükdə geoloji abidələrin unikallığı mövqeyindən 

işlənilmiş  və pasportlaşmaya cəlb olunmalı müvafiq obyektlər təklif edilmişdir. Bu 

ilin nəticələrinə görə, həm elmi, həm də geoturizm əhəmiyyətli geoloji obyektlər 

müəyyən edilmişdir. 

“Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların  çıxarılma 

texnologiyasının tədqiqi, işlənilməsi və  tətbiqinə dair Tədbirlər Proqram”ının 

(Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2008-ci il tarixli 22 

saylı Qərarı ilə) yerinə yetirilməsi üçün cari ildə Geologiya İnstitutunda  laboratoriya 

şəraitində, qızıl və onu müşayət edən elementlərin filizlərdən  çıxarılması 



 

 

13



 

proseslərinin modelləşdirməsini həyata keçirən geotexnoloji baza  yaradılmışdır 

(rəhbəri - g.-m.e.d. Ç.M.Qaşqay). Bilavasitə çöl şəraitində analitik işlərin aparılması 

məqsədilə mobil laboratoriya əldə edilmiş, eksperimentlərin yerinə yetirlməsi üçün 

müvafiq qurğular hazırlanmışdır (Şək. 9).  

 

Şək. 9. Məhlulun aktivliyinin tədqiqatı üzrə eksperimental qurğu 



 

Qoşa və Tulallar yataqlarından götürülmüş nümunələrin laboratoriya 

şəraitindəki eksperimental tədqiqi müsbət nəticə vermişdir. Qoşa qızılfilizi yatağında 

çöl  şəraitində texnoloji rejimin yoxlanılması baxımından aparılan eksperiment 

müsbət nəticə vermişdir. 

Təbiətiqoruma texnologiyanın alimlərimiz tərəfindən işlənilmədə olan 

modelindən istifadə etmək məqsədilə, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq 

Dağ-mədən Operasion Şirkətilə (AİMC) niyyət protokolu imzalanmışdır. Həmçinin 




 

 

14



 

Türkiyənin “MTA” şirkəti ilə Türkiyənin qızılfilizi yataqlarından birində 

təbiətiqoruma texnologiyasının tətbiqi üzrə müştərək işlərin aparılması haqqında 

razılıq əldə edilmişdir.  

İnstitutumuzun alimləri geologiya sahəsində bir sıra beynəlxalq qrant layihələri 

çərçivəsində elmi-tətbiqi tədqiqatlar aparmışlar. Belə ki, 2010-cu ildən İsveçrə Milli 

elmi fondunun (SNSF) “Azərbaycan və Sloveniya üçün radon kadastrının yaradılması 

və isveçrə metodu və  təcrübəsindən istifadə edərək, diaqnostika üzrə  tədbirlər” 

proqramı qrant layihəsinin yerinə yetirilməsi üzrə tədqiqatlara başlanılmışdır  (rəhbər 

- g.-m.e.d. Ç.S.Əliyev). Layihə üzrə işlərdə həmçinin İsveçrə və Azərbaycan Səhiyyə 

Nazirliyinin (sanitar-epidemioloji xidmətin) əməkdaşları iştirak edir. Layihənin əsas 

məqsədi Azərbaycanda radon kadastrının hazırlanmasıdır. Tədqiqatlar radonun ətraf 

mühitə, xüsusən də, insan orqanizminə  təsirinin öyrənilməsini nəzərdə tutur. 

Layihənin həyata keçirilməsi üçün Bakıda və digər şəhər və yaşayış məntəqələrində - 

Gəncədə, Sumqayıtda və s. şəhərlərdə “Gammadata” markalı 2500 radon detektoru 

qurulmuşdur. 

Abşeron yarımadasının geoekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə 

geofiltrasion kompyuter modelinin işlənilməsilə  əlaqədar, (UETM-AMEA) 

beynəlxalq fondunun qrant layihəsi üzrə tədqiqatlar davam etdirilmişdir  (rəhbəri - g.-

m.e.d. Y.H.İsrafilov). Sınaq quyuları  şəbəkəsi üzrə rejim müşahidələri nəticəsində 

əsas rejimyaradan amillər və geofiltrasion kompyuter modelinin kalibrləşdirmə 

indikatorları olan qrunt suları  səviyyəsinin dəyişkənlik trendləri aşkar edilmişdir. 

Modelin qurulması üçün lazım olan rəqəmləşdirilmiş  və  məlumatların məkan-

koordinasion bazasına köçürülmüş kartoqrafik materiallar tərtib edilmişdir. Alınmış 

nəticələr Abşeron yarımadasının yeraltı sularının formalaşmasının konseptual 

modelinin işlənilməsini təmin etmişdir.   

2010-cu ildə  həmçinin beynəlxalq fondun (UETM-AMEA) qrant layihəsi 

“Distansion zondlama və dəniz tədqiqatları məlumatlarından istifadə etməklə  Xəzər 

dənizi mühitinin vəziyyətinin GİS analizi” üzrə  tədqiqatlar davam etdirilmişdir  

(rəhbəri - g.-m.e.d. E.H-M.Əliyeva). Cənubi Xəzərin  ətraf mühitinin həm regional 

planda, həm də konkret neftli-qazlı sahələr çərçivəsində müasir vəziyyətini  əks 



 

 

15



 

etdirən məlumatların  ədədi bazasının yaradılması  işləri başa çatmaq üzrədir. O, 

kocmik  şəkillərin deşifrələnməsinə  əsaslanaraq, dənizdə neft çirklənmələrinin 

yayılmasını zaman və  məkan baxımından kontakt ölçmələrilə izləməyə imkan verir 

(Şək. 10). 

 

Şək. 10. Bakı körfəzinin dib çöküntülərində CH



4

 miqdarının paylanma xəritəsi 

 

 Geologiya  İnstitutu  İsveçrə Milli elmi fondunun (SNSF) “Ətraf mühitin 



qiymətləndirilməsi və su sistemlərinin bərpa edilməsi üçün elmi əməkdaşlıq”  Avropa 

proqramının icrasında aktiv iştirak edir  (rəhbəri - g.-m.e.d. E.H-M.Əliyeva). Bununla 

yanaşı bu şöbə hesabat ilində “Darius” beynəlxalq fondunun qrant layihəsinin 

reallaşdırılmasında da iştirak etmişdir. “Maykop və erkənpliosen dövründə Paratetisin 

bir hissəsi olan Xəzər dənizinin kompleks stratiqrafiyası və paleoiqliminin təkamülü” 

layihəsi çərçivəsində bu iş Utrext ş. (Niderland) Universiteti və Buxarest Universiteti 

mütəxəssislərilə birlikdə yerinə yetirilir. Paleomaqnit məlumatlarına  əsasən 

“məhsuldar qatın” üst sərhəddinin 2.5 mln il hesab edilən yaşı maraqlı  nəticə kimi 

hesab edilə bilər. Bu layihə üzrə işlər 2011-ci ildə də davam etdiriləcəkdır.  



 

 

16



 

2010-cu ildə Azərbaycan-Almaniya beynəlxalq elmi-texniki əməkdaşlıq 

çərçivəsində,  Geologiya İnstitutunun və Almaniyanın geoloji elmlər və təbii sərvətlər 

Nazirliyilə birlikdə  tədqiqatları,  əvvəllər olduğu kimi, Daşgil və Pirəküşkül palçıq 

vulkanlarında qazların atmosferə ifrazının monitorinqini əhatə edirdi  (rəhbərlər – g.-

m.e.d. Ç.S.Əliyev və  g.-m.e.d. A.A.Əliyev). 

Geologiya  İnstitutunun alimləri 2010-cu ildə yeni qrant layihələrinin 

hazırlanması istiqamətində  də  işləri davam etdirmişlər (rəhbər - t.e.n. 

V.B.İbrahimov). Cari ildə Geologiya İnstitutunun  əməkdaşları müxtəlif beynəlxalq 

fondların: Avropa Şurası (AŞ),  İkrayna Elmi-Texniki Mərkəzi (İETM) və 

Azərbaycanın Elmi İnkişaf Fondu (AEİF) müsabiqələrində  iştirak etmək üçün 

layihə təqdim etmişlər. 

Bu layihələr Xəzər dənizi regionunda müasir geodinamikanın, georiskin 

tədqiqinə (AMEA müxbir üzvü H.H.Quliyev), Tetisin kontinental ətrafı olan Qara 

Dəniz-Xəzər strukturunda tektonik laylanmış komplekslərin tədqiqinə (prof. 

T.Kəngərli), Azərbaycan ərazisinin istilik sahəsinin yeni GİS-xəritələri və modelləri 

əsasında öyrənilməsi (A.Ə.Muxtarov),  Şərqi Qafqaz – Cənubi Xəzər geodinamik 

sisteminin alp təkamülü modelinin işlənilməsi (prof. T.Kəngərli), bəzi təhlükəli 

geoloji proseslərin nəzəri modelləşdirilməsi (AMEA müxbir üzvü H.H.Quliyev), 

Bakı  şəhərinin mikroseysmik rayonlaşdırılması (AMEA müxbir üzvü F.Ə.Qədirov) 

ilə  əlaqədardır. Layihələrdə Almaniya. Fransa, İtaliya,  İsveçrə, ABŞ, Kanada, 

Gürcüstan və b.  ölkələrin alimlərinin iştirakı nəzərdə tutulur. 

Artıq üç layihə qrant dəstəyi almışdır: 

-

 



“Azərbaycan  ərazisinin istilik sahəsinin modelinin,  yeni GİS-xəritələrinin 

tərtibi və geotermal enerji ehtiyatlarının qiymətləndirilməsi”  (Geologiya 

İnstitutundan – A.Muxtarov; USA – University of Dakota, Dr.William 

Gosnold;  İtaly – Universita di Triesta, Dr. Della Vedova Bruno; Canada – 

Northem Geothermal Consult Ltd., Mr. Jacek Majorowics; Crech Republic;, 

İnstitute of Geophysics of the ASCR, Dr. Jan Safanda). 

-

 

 “Şərqi Qafqaz – Cənubi Xəzər geodinamik sisteminin alp təkamülü GİS 



modelinin işlənilməsi” (Geologiya İnstitutundan - g.-m.e.d. T.Kəngərli; İtaly 


 

 

17



 

–  İnstitute of Geosciences and Earh Resources, Dr. Marco Bonini; UK – 

Keele University, School Sciences, Dr. Stuart Egan; Franse – Universite 

Pierre et Marie Curie, Dr. Marie-Francoise Brunet). 

-

 

“Bakı  şəhərinin mikrotremor ölçmə  məlumatları  əsasında mikroseysmik 



rayonlaşdırılması” (Geologiya İnstitutu - F.Ə.Qədirov).  

-

 



“Azərbaycan elminin inkişaf Fondu”nun 2010-cu ildə elan etdiyi müsabiqəyə 

Geoloqiya  İnstitutu tərəfindən 2 iş  təqdim olunmuşdu. AMEA müxbir-üzvü 

F.Ə.Qədirovun təqdim etdiyi “Mikrotremor ölçmə  məlumatlar  əsasında Bakı 

şəhərinin mikroseysmik rayonlaşdırılması” adlı qrant layihəsi müsbət nəticələndi. Bu 

qrantın dəyəri 100.000 man. Birinci müsabiqənin müzakirəsi və onun nəticələri üzrə 

qərar qəbul olunduqdan sonra, 2010-cu il üçün ikinci qısamüddətli müsabiqə elan 

edilmişdir. Bu müsabiqə Respublikanın elmi təşkilatlarının fəaliyyətini məqsədli 

qrantların vasitəsilə stimullaşdırılmasına yönəldilmiş idi. Beləki, Yer Elmləri 

sahəsində tədqiqatların proqram təminatını yerinə yetirmək və elektron avadanlığının 

əldə edilməsi üçün 500 min manat ayrılmışdır. Sevindirici haldır ki, belə iri maliyyə 

müsabiqəsi nəticəsində  İnstitut 2011-ci ildə JEOL Yapon firmasının istesalı olan 

JMS-6610 LV skanlaşdırıcı elektron mikroskopu əldə etmək imkanına nail olmuşdur. 

 Bu il UETM-in “Süxurların fiziki-mexzniki xüsusiyyətlərinin tədqiqi və onların 

müxtəlif termobarik şəraitlərdə dəyişkənliyinin dinamikası” (AMEA-nın müxbir üzvü 

H.H.Quliyev) mövzusunda qrant layihəsi çərçivəsində  tədqiqatlar başa çatmışdır. 

Qrant layihəsinin həyata keçirilməsində AMEA-nın Geologiya İnstitutunun, AMEA 

Respublika Seysmik Xidmət Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin və Bakı Dövlət Universitetinin əməkdaşları iştirak etmişlər. 

Seysmik profilləmə və quyu geofiziki tədqiqatlari məlumatları əsasında geoloji 

mühitdə, müasir geodinamik dəyişmələri nəzərə almaqla, onun fiziki-mexaniki və 

petrofiziki xüsusiyyətlərinin xətti və qeyri-xətti parametrlərinin məlumat bazasını 

yaratmağa imkan verən inversiya məsələlərinin nəzəri-ekspermental həlli metodu 

işlənilmişdir. 



 

 

18



 

Hesabat ilində Geologiya İnstitutu Rusiya, Qazaxstan, Moldova və  Cənubi 

Qafqaz respublikaları, həmçinin ÇXR-nın geoloji xidmətləri ilə birlikdə icra olunan 

beynəlxalq layihənin II mərhələsi başa çatdırmışlar: 

1.

 

Rusiya  ərazisi və MDB-nin digər ölkələri, həmçinin qonşu dövlətlərin 1: 



2 500.000 miqyasında geoloji səciyyəli GİS – xəritələr Atlası 

2.

 



Qafqazın (Azərbaycan )1: 1.000.000 miqyasında geoloji səciyyəli GİS – 

xəritələr Atlası 

3.

 

Qafqaz, Krım və Karpatın geoloji quruluşu və faydalı qazıntıları 



(monoqrafiya). 

Bu layihənin reallaşmasında, bildiyiniz kimi, Geologiya İnstitutunun 9 şöbəsi 

(“Petrologiya”, “Metallogeniya”, “Paleontologiya və stratiqrafiya”, “Geodinamika və 

seysmologiya”, “Geomaqnetizm”, “Geoloji mühitin qamma-spektrometriyası”, “Neft 

və qazın geologiya və geokimyası”, “Palçıq vulkanizmi” və “Neft və qaz yataqlarının 

formalaşması  və genezisi”), həmçinin Azərbaycanın Ekologiya və  Təbii Sərvətlər 

Nazirliyinin Geoloji Ximətindəki həmkarlarımız iştirak etmişlər. 

Layihənin proqramına müvafiq olaraq, birinci iş üzrə geoloji, tektonik xəritələri, 

bərk faydalı qazıntıların proqnoz-mineragenik, karbohidrogen xammalı, yanar şist və 

bitumlar üçün xəritələr, anomal maqnit sahəsinin, qravimetrik və geoloji təhlükələr 

xəritələrini özündə əks etdirən xəritələr Atlasının milli fraqmentləri tərtib edilmiş və 

işin koordinatoru Ümumrusiya Geologiya İnstitutuna təhvil verilmişdir (ÜGİ). 

İkinci iş – bir million miqyasında Qafqazın (Azərbaycan) geoloji səciyyəli 

xəritələr-GİS Atlası üzrə Azərbaycanın geoloji xəritəsi, təbii qazlar, metallik faydalı 

qazıntılar, dördüncü dövr əmələgəlmələri,  əlvan metalların və  qızıl yataqlarının 

xəritələri, həmçinin bərk faydalı qazıntıların mineragenik rayonlaşdırma xəritələri 

tərtib edilmişdir.  

“Qafqaz, Krım və Karpatın geoloji quruluşu və faydalı qazıntıları” 

monoqrafiyası üzrə layihədə nəzərdə tutulan mətn və kartoqrafik material bütövlükdə 

başa çatdırılmış və Ümumrusiya Geologiya İnstitutuna təqdim edilmişdir. 




 

 

19



 

Bu qısa məlumat verdiyimiz üç tamamlanmış  işlərin materialları “Qafqaz, 

Krım və Karpatın geoloji quruluşu və faydalı qazıntıları” adlı monoqrafik toplu 

şəklində  dərc olunmalıdır. Avroasiyanın geoloji xəritələr Atlasının 2012-ci ildə 

Avstraliyada Beynəlxalq Geoloji Konqresdə nümayişi nəzərdə tutulmuşdur.  

Hesabat ilində “Petrologiya” şöbəsinin mütəxəssisləri tərəfindən üç ETİ başa 

çatdırılmışdır. Onlardan birincisi “Talışın qələvi-bazaltoid kompleksinin 

formalaşmasının petroloji-geokimyəvi modeli”nin işlənilməsilə  əlaqədardır (AMEA 

akademiki A.C.İsmayıl-Zadə). Talışın vulkanogen və intruziv komplekslərinin  

petrokimya və geokimyası üzrə aparılmış tədqiqatlar nəticəsində onların riftogen və 

ada qövsləri sistemlərilə analogiyası müəyyən edilmişdir. Litosfer plitələr 

konsepsiyası mövqeyindən belə münasibət, Elbursarxası ada qövsü sistemində inkişaf 

edən, passiv riftogenez zonasına uyğun gələn, Talış strukturunun qələvi-bazaltoid 

maqmatizmini  əks etdirir. Talış dağlıq sistemi mövqeyinin belə  şərhi, onun Kiçik 

Qafqaz-Elburs qırışıqlıq qurşağı sistəmində formalaşmasının özünəməxsusluğunu 

izah etməyə imkan verir. 

“Naxçıvan qırışıqlıq sahəsinin (Culfa meqastrukturu) geodinamik şəraitilə 

əlaqədar, onun  maqmatizm, sedimentogenez və paleotektonikasının təkamülü” (g.-

m.e.d. M.İ.Rüstəmov) ETİ yerinə yetirilmişdir. Aparılmış  tədqiqatların nəticələri 

müəllifin fikrincə regionun vulkanogen komplekslərinin yaşı ilə əlaqədar məsələləri 

bir qədər dəqiqləşdirməyə, trias və orta eosenin stratiqrafik horizontlarında diaxron 

şəkildə yerləşmiş konqlomeratların stratiqrafik vəziyyətinə yeni nöqteyi-nəzərdən 

baxmağa və Culfa meqastrukturunun geodinamik təkamülünü yenidən qurmağa 

imkan vermişdir. Müəllifin tərtib etdiyi Culfa qalxımının geoloji xəritəsində bu 

dəqiqləşdirmələr öz əksini tapmışdır. 

“Naxçıvan Muxtar Respublikası hüdudlarında səpinti qızılın yerləşmə 

qanunauyğunluqları” (g.-m.e.d., prof. C.A.Azadəliyev) ETİ yerinə yetirilmişdir. Bu 

işdə Başkənd yatağı timsalında Alıncaçay hövzəsinin allüvial və delüvial 

çöküntülərində  qızıl səpintilərinin kompleks tədqiqat metodlarından istifadə edərək, 

bu yatağın səpinti qızılının tipomorf xüsusiyyətləri öyrənilmişdir. 




 

 

20



 

 Beynəlxalq monitorinq Sistemi (MBS) şəbəkəsi üzrə Azərbaycanın Milli 

Məlumatlar Mərkəzi (AMMM) öz işini davam etdirmişdir. Geologiya İnstitutunun 

əməkdaşları (AMEA müxbir üzvü F.Ə.Qədirov, g.-m.e.n. Q.R.Babayev) 2010-cu ildə 

Şərqi Avropa Ölkələrinin Milli Məlumat Mərkəzlərinin  (AMMM)-nin cari 

problemlərinin, inkişaf və əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsi, proqram 

təminatlarının tətbiq edilmə aktivliyinin və aparılan Monitorinqlərin Beynəlxalq 

məlumatlar Sistemindən istifadəsinin müzakirəsində aktiv iştirak etmişlər (Şək. 11). 

 

Şək. 11. AMEA müxbir üzvü F.Ə.Qədirov, d-r Lyusia Lozano, d-r Emilio 



Karreno və g.-m.e.n. Q.R.Babayev Şərqi Avropa Dövlətlərinin Məlumatları Milli 

Mərkəzlərinin növbəti iclasında (Madrid ş., İspaniya) 

 

Keçmiş illərdə olduğu kimi, 2010-cu ildə də akademik M.T.Abasovun rəhbərliyi 



altında neft və qaz yataqları  işlənilməsinin nəzəri və  tətbiqi sahəsində  tədqiqatlar 

davam etdirilmişdir.  

Yataqların işlənilməsi prosesində süxur-kollektorların filtrasion-tutum 

xassələrinin dəyişilmə qanunauyğunluqlarının tədqiqatları sona çatmışdır 

(V.N.Lunina). Maksimal qalıq ehtiyatlarına malik sahələrin elmi-əsaslandırılmış 

seçiminə, həmçinin yeni obyektlər üçün başlanğıc debitlərin və qazçıxartma 




 

 

21



 

əmsallarının proqnozunu həyata keçirməyə imkan verən, geoloji-geofiziki və 

mədəndən alınan informasiyaya əsasən, kollektorların qeyri-bircinsliyi 

qiymətləndirilmiş və onun işlənilmə parametrlərinə təsiri öyrənilmişdir. 

İlk dəfə  məsaməli mühitdə kondensatın mikrorüşeyimlərin yaranma sahəsinin 

faza kondensasiyası göstəricilərinə  əhəmiyyətli təsiri müəyyən edilmiş (AMEA 

müxbir üzvü Z.Y.Abbasov) və qazkondensat yataqlarının işlənilmə proseslərinin 

texnoloji parametrləri öyrənilmişdir. Məsaməlılık, qalıq sudoyumluğu, kondensatın 

sıxlığı  və layın temperaturu şəraitində, qazkondensat qarışığının differensial 

kondensasiya prosesində faza çevrilmə mexanizmi tədqiq olunmuşdur. Bunun 

nəticəsində: 

-

 



tükənmə rejimində  işlənilmədə olan qazkondensat yatağının kondensatvermə 

əmsalının müəyyən edilməsi üçün yeni yanaşma təklif edilmişdir

-

 

qazkondensat sisteminin kondensasiya başlanğıcının təzyiq parametrinə yeni 



baxışlar şərh edilmiş və onun təyinat üsulu təklif olunmuşdur. 

Həmçinin müəyyən edilmişdir ki, buruqların məhsuldarlığını artırmaq məqsədi 

ilə quyudibi zonalarının  müxtəlif tərkibli qazlarla işlənilməsi qazkondensat yatağının 

istismarının başlanğıc mərhələsində aparılması, daha da effektivdir. 

Hesabat ilində  tədqiqatlar həmçinin, təsərrüfat müqavilələri  əsasında yerinə 

yetirilmişdir. Həmin tədqiqatların aparılması üçün ayrılan vəsait 212 min manat 

həcmindədir.  İlin sonuna qədər daxil olan maliyyə  vəsaiti 43 min manatdır. 

Tədqiqatlar “Azneft” İB sifarişilə dörd iş: - dərində yatan qazkondensat yataqların 

flüid xassələri üzrə avtomatlaşdırılmış  məlumatlar bazasının işlənilməsi 

(Z.Y.Abbasov), neft və qaz yataqlarının istismarı prosesində onların ehtiyatlarının 

təkrar hesablanma metodunun işlənilməsi (A.M.Quliyev), Şaxdəniz, Ümüd 

strukturları zonasında dalğalı seysmik sahənin kinematik və dinamik parametrlərinin 

tədqiqatı (H.H.Quliyev) və istismar quyularında kənar (yad) suların tədric olunma 

texnologiyasının işlənilməsi (R.A.Musayev) ilə  əlaqədar, təsərrüfat müqavilələri 

əsasında yerinə yetirilmişdir. Bundan başqa, “Royal Haskoning” Holland şirkətinin 

sifarişilə Bakının yeni dəniz limanının tikinti sahəsində qaz təzahürlərinin tədqiqatı 

aparılmışdır (F.H.Dadaşov). 



 

 

22



 

Hesabat ilində yerinə yetirilmiş  işlərin  əsasında 4 mühüm elmi nəticə 

alınmışdır: 

1.  İlk dəfə olaraq layın məsaməliyinin, qalıq suyunun miqdarının, 

temperaturunun və kondensatın sıxlığının qazkondensat sisteminin diferensial 

kondensasiya prosesində faza çevrilmələrinin mexanizminə birgə  təsiri öyrənilmiş, 

bunun  əsasında qazkondensat sisteminin kondensasiyasının başlama təzyiqi 

parametrinə yeni baxışlar formalaşdırılmış  və onun təyini üçün yeni üsul təklif 

olunmuşdur. 

(İcraçılar: AMEA-nın akademiki M.T.Abasov, AMEA-nın müxb.üzvü 

Z.Y.Abbasov, t.e.n.V.M.Fətəliyev, t.e.n.N.N.Həmidov, k.e.i.G.H.Məmmədova). 

2. Neft hasil edən quyularda kənar su axının yüksək səmərə ilə    təcrid etmək 

üçün kalsium xlor, silikat-qələvi kompozisiya qarışığı  və sement suspenziyası 

əsasında yeni tərkib işlənmiş və sınaqdan keçmişdir.  



(İcraçılar: AMEA-nın akademiki M.T.Abasov, t.e.d.R.Ə.Musayev, 

t.e.n.Ə.İ.Əsədov, t.e.n.E.H.Xəlilov, t.e.n.T.K.Cəbrayılova). 

3. Talışın qələvi-bazaltoid kompleksində “riftogen” və “adalar qövsləri” 

sistemləri üçün səciyyəvi olan keçid geokimyəvi tipli süxurlarının formalaşması, 

maqmatizminin qövsarxası passiv riftogenez rejimində məkan və zaman çərçivəsində 

Elburs qırışıqlıq sisteminin adalar qövsü vulkanizmi ilə assosiasiyada təzahürü 

şərtlənmişdir. 



(İcraçılar: AMEA-nın akademiki A.C.İsmayılzadə, g.-m.e.n.Y.N.Yemelyanova, 

g.-m.e.n.Y.N.Lətifova, g.-m.e.n.Z.A.Vəliyev). 

4. CXH istilik seli, temperatur, şaquli və üfqi qradiyentlərin paylanma xəritələri 

tərtib olunmuş, istilik sahəsinin strukturu və istilik anomaliyaları  aşkarlanmış, və 

onların təbiəti öyrənilmişdir. 



(İcraçılar: AMEA-nın müxb.üzvü F.Ə.Qədirov, g.-m.e.n. A.Ş.Muxtarov, g.-

m.e.d.M.İ.İsayeva, g.-m.e.d.Ç.S.Əliyev). 

Yüklə 103,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə