Microsoft Word Sosial-siyasi-4-2011. doc



Yüklə 46,31 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü46,31 Kb.
#8430


 

161


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4                                 Sosial-siyasi elmlər seriyası                               2011 

 

 



 

UOT 101.1.:316 (Sosial fəlsəfə) 

 

SOSİAL İNTELLEKT VƏ MENTALİTET TƏCRÜBƏSİ:  



SOSİAL-PSİXOLOJİ TƏHLİL 

 

S.H.ƏLİYEVA 



Bakı Dövlət Universiteti 

sahibe71@mail.ru 

 

Məqalədə intellekt və mental təcrübənin  əlaqəsi göstərilir.  İntellektual məkanda 

mentalitetin psixoloji analizi koqnitiv nöqteyi-nəzərdən izah olunur. 

 

Açar sözlər: koqnitiv təfəkkür, intellekt, mental təcrübə, mental struktur, mental mühit  

 

Ən geniş mənada intellekt yüksək inkişaf etmiş və mürəkkəb orqanizm-



lərin psixi fəaliyyətinin xüsusi funksiyası kimi başa düşülür [1]. O, həmçinin 

informasiyanı yaddaşda saxlamaq və ötürmək qabiliyyəti, yeni biliklərin 

potensialı əsasında rasional qərarın qəbul olunması, məqsədlərin müəyyənləş-

dirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi, ətraf mühitdəki hadisələrin 

giymətləndirilməsi kontekstində şərh olunur. İntellekt, təfəkkür kimi mövcud 

mental strukturlar şəklində  fərdi mental təcrübənin təşkili formasıdır. Həmin 

strukturlar mental məkanı yaradır [7]. İntellekt, sosial fenomen olaraq, praktik 

fəaliyyət prosesində formalaşır. Obyektiv gerçəkliyin məntiqinə söykənən 

hərəkət təfəkkürün də inkişafı gedişini müəyyənləşdirir. Lakin bu iki anlayışı 

bir-birinə müncər etmək düzgün olmazdı, çünki təfəkkür prosesdir, intellekt 

isə  həmin prosesin keyfiyyəti kimi başa düşülür [6, 285] intellekti insan 

tərəfindən gerçəkliyin dərk olunmasının  əsas keyfiyyət mexanizmi də hesab 

etmək mümkündür. Qeyd edək ki, ədəbiyyatda intellektin funksiyaları olaraq 

öyrənmək qabiliyyəti, simvollardan istifadə etmək,  ətraf mühitin qanunlarını 

fəal mənimsəmək kimi cəhətlər göstərilir. Bu keyfiyyətlərdən çıxış etsək, biz 

intellektin sosial təbiətə malik olması fikrini də söyləyə bilərik. Tədqiqatçı 

M.A.Xolodnaya hesab edir ki, intellektin təbiətini öyrənmək üçün «İntellekt 

nədir?» sualına deyil, ilk növbədə «intellekt öz xüsusiyyətlərinin daşıyıcısı 

kimi nə deməkdir?» sualına cavab axtarmaq lazımdır [7,121-128]. Onun 

fikrincə, intellektin daşıyıcısı fərdi mental təcrübədir. Bu kontekstdə bizə elə 

gəlir ki, intellektin təbiətinin dərkində «mentalitet təcrübəsi» anlayışının araş-

dırılması mühüm metodoloji rol oynayır. Qeyd edək ki, həm intellekt, həm də 

onun təbiətinin öyrənilməsində  zəruri olan mentalitet sosial-psixoloji idrakın 



 

162


müəyyən pilləsini təşkil edirlər. Sosial-psixoloji reallığın özü bir bütövlükdür. 

Məsələ bundadır ki, psixoloji reallıq öz sosial mahiyyətindən təcrid olunarsa, 

eləcə də, sosial bütövlüyün psixoloji əsaslarına nüfuz edilməzsə, onun tədqiqi 

mümkün deyildir. Ümumiyyətlə, sosiallıq istər intellektin, istərsə  də menta-

litetin təbiətinə, düşüncənin mental strukturlarına xasdır. Sosiallıq konkret 

cəmiyyətdə ictimai münasibətlərin bu və ya digər xassə  və xüsusiyyətlərinin 

məcmusudur. Sosiallıq elə bir ümumi xüsusiyyətdir ki, o fərdlərin və müxtəlif 

qrupların, ictimai münasibətlərin bu və ya digər xüsusiyyətlərinin inteqra-

siyasının nəticəsi kimi çıxış edir. Müxtəlif sosial oriyentasiyalı  fərdlər və 

qruplar arasında münasibətlərin xarakteri və  məzmunu onların cəmiyyətin 

ayrı-ayrı ictimai strukturlarında tutduqları konkret mövqedən və oynadığı 

roldan asılıdır. Sosiallıq müxtəlif fərdlərin birgə fəaliyyətinin nəticəsidir [10, 

478]. Bu səbəbdən, sosiallıq anlayışı  məzmununa görə  təbii və bioloji feno-

mendən daha geniş anlayışdır. Bu mənada, sosial psixoloji mühitdə formalaşan 

intellekti, mentaliteti sosial təbiətsiz təsəvvür etmək mümkün deyildir. Bu 

mülahizəni geniş kontekstdə götürsək, deyə bilərik ki, anlayışların və kate-

qoriyaların meydana gəlməsi problemin qoyuluşunun metodoloji şərtidir. 

 Ən ümumi şəkildə intellekt mövcud strukturlar şəklində  fərdi mental 

təcrübənin təşkili formasıdır , onda biz burada mental məkan, mental struktur-

lar və mental təcrübə anlayışlarını da açıqlamalıyıq. 

Mental məkan deyərkən inikasın elə bir subyektiv diapozonu nəzərdə 

tutulur ki, bunun çərçivəsində müxtəlif fikri «yerdəyişmələr» mümkün olur [3, 

385-411]. Mental məkan mental təcrübənin dinamik forması olub subyektin 

sosial ətraf aləmlə idrakın qarşılıqlı münasibətlərində aktuallaşır. Belə məka-

nın daxilində müəyyən qaydada bir-birləri ilə  əlaqəli olan mental obyektlər 

mövcuddur, başqa sözlə, yaddaşdakı mental xüsusiyyətlərin üzə  çıxmasıdır. 

Özü də bu mental obyektlər həmin məkanın birbaşa münasibətlərdə olan ele-

mentləri, yaxud personajlarıdır. Ayrı-ayrı məkanlar nisbi müstəqil olsalar da

bir məkandan digərinə informasiyanın ötürülməsi yolları da istisna olunmur. 

Səciyyəvi cəhət budur ki, mental məkanlar real təcrübədə alternativ reallığı 

qurmaq üçün mühüm ilkin şərtdir. Burada modelləşdirmə mülahizələrinə üs-

tünlük verilir, yəni yeni bir reallıq haqqında düşünərkən və təsəvvüründə onun 

obrazını yaradarkən, insandan məkanı formalaşdırmaq, onun obrazını yarat-

maq qabiliyyəti, hər məkan üzrə bilikləri düzgün paylaşdırmaq bacarığı tələb 

olunur. Belə bir keyfiyyət sosial yaddaşın biliklərini canlandırmağa, həmin bi-

liklərin düşüncədə tutduğu, kök saldığı səbəblərini öyrənməyə kömək edir. Bu 

sözün  əsl mənasında intellektual fəaliyyətdir, real hadisələrin subyektiv 

mənzərəsini yaratmaq prosesidir. Başqa sözlə, həyatı problemləri subyektiv 

meyarlar, fərdi ölçülər kontekstində görmək, özü də intellektin gücü sayəsində 

dərk etmək mental təcrübə toplamaq formasıdır. Sosial gerçəklikdə hadisələr 

dəyişdikcə mentalitetdə formalaşmış obrazlar da dəyişir. Geniş kontekstdə 

götürülsə, sosial proseslərin subyektiv obrazını yaratmaq qabiliyyəti mentali-

tetin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Sosial hadisələrin insan 



 

163


tərəfindən necə görüldüyünü və duyulduğunu özündə ehtiva edən bu obrazlar 

mental təcrübənin məzmununu daha da zənginləşdirir. Bütövlükdə sosial idrak 

prosesi olan bu faktor mental təcrübənin intellektual fəaliyyətdə xüsusi dəyəri 

şərtləndirir.  İnsanın sosial-intellektual imkanları ictimai- münasibətlər mühi-

tində  fəaliyyət göstərən fərdlərin çoxlu sayda müxtəlif ideyaları, obyektiv 

təsəvvürləri yaratmağa meylli olması ilə  sıx bağlıdır.  İnsanı sosial varlıq 

statusunda təqdim edən ən mühüm ictimai keyfiyyətlərdən biri budur. Bu mə-

nada mental təcrübə insanın sosial mühitə idraki münasibətinin əsasında duran 

subyektiv-fərdi, sosial-psixoloji vəziyyətləri sistemidir. Həmin mental təcrübə, 

əslində obyektiv reallıq mənasında fərdilikdir [5, 5-15]  



Koqnitiv (idrakı) təcrübə. Burada məqsəd isə idrak subyektinin əhatə-

sində baş verənlərin qanunauyğun, dayanaqlı aspektlərini  şüurunda, yadda-

şında həkk etdirməkdir. Başqa sözlə, bu növ təcrübənin başlıca təyinatı ətraf 

mühitin bütün səviyyələrdə düşüncəyə təsiri barədə cari, aktual informasiyanı 

operativ surətdə işləməkdir.  

İntensional təcrübə şəxsiyyətin mentalitetində fərdi intellektual meyllə-

rin mövcudluğundan xəbər verir. Bu təcrübənin təyinatı müəyyən predmet 

sahəsi üzrə subyektiv meyarları, həll axtarışlarının istiqamətlərini, informasiya 

mənbələrini və onların işlənməsi formalarını müəyyənləşdirməkdir. Belə bir 

təcrübəyə söykənərək reqlamentləşdirilmiş vəziyyətlərdə normativ vəzifələrin 

həllinə, qeyri-standart fəaliyyət sahəsində yeni ideyaların əldə edilməsinə, yeni 

biliklərin və  vərdişlərin mənimsənilməsinə nail olmaq mümkündür. Deməli, 

burada söhbət sosial idrak fəaliyyəti, xüsusilə mentalitet üçün vacib problem-

lərə toxunulur: insan informasiyanı necə qavrayır və təhlil edir, öz intellektinə 

necə nəzarət edir və ümumiyyətlə, belə bir nəzarət mümkündürmü? İkinci bir 

məsələ: insan niyə məhz bu cür düşünür və öz məqsədi naminə intellektindən 

necə istifadə edir. Bütün bu məqamlar «mentalitet» anlayışının açılmasında, 

mentalitetin insanın idrakı  fəaliyyətindəki rolunun başa düşülməsində müs-

təsna  əhəmiyyət kəsb edir. İnsanın intellektual həyatını daim müşayiət edən 

arxetiplər mifologiyanın, dinin, incəsənətin mənbəyi olmuşdur. Arxeotiplər 

bizi ənənəyə və ənənəni xarici aləmin ziddiyyətlərinə uyğunlaşdıraraq, nəsillə-

rin varislik əlaqələrini təmin edir və mental həyat tərzinin qorunmasında yar-

dımçı olur. Bir daha qeyd edək ki, bu prosesdə instinktiv davranış üstünlük 

təşkil edir. Ənənədən kənara çıxmaq, yəni arxetiplərə yenidən baxıb onları 

təshih etmək mentaliteti gərgin vəziyyətə salmaq deməkdir Arxetip (yunanca - 

ilkin obraz) mifologiyada nəzəri təhlildə geniş istifadə olunan anlayış, ilk dəfə 

İsveçrə psixoanalitiki K.Yunq tərəfindən elmi dövriyyəyə daxil edilmişdir. 

Arxetiplər mühüm təsir qabiliyyətinə malikdirlər. Arxetipləri boğmaq deyil, 

əksinə olaraq diqqətlə yanaşmaq lazımdır. Biz bu problemə ona görə toxunduq 

ki, intellektin formalaşmasında və mentalitetin ilkin ünsürlərinin yaranmasında 

obrazlılıq mühüm komponentlərdən biridir. Ümumiyyətlə, obrazlı başlanğıc 

hər bir mentallığın  əsasıdır. Mentalitetlə  mədəniyyətin bir-birinə  təsir mexa-

nizmlərini nəzərdən keçirməzdən  əvvəl «mentalitet» anlayışının tərifləri 




 

164


barədə müəyyən mülahizələrin söylənilməsinə ehtiyac duyulur. Geniş mənada 

mentalitet yalnız özünü identifikasiya deyil, yəni insanın özünü bu və ya digər 

millətə, ictimai təbəqəyə, peşəyə, cinsə, yaşa aid etməsi deyil, həmçinin 

özünün mənsubluğu, yəni mədəniyyət, dil və yaşadığı ərazisi, tarixi keçmişi və 

davranış stereotipləri haqqında müəyyən biliklərdir. Etnopsixoloqlar bunu 

«Biz» obrazı adlandırırlar. Bu təsəvvürlər həmişə emosional məzmun daşıyır-

lar. Dar mənada mentalitet insanın dünyaya münasibəti, ona reaksiya verməsi-

dir. Başqa sözlə, mentalitet müxtəlif sosial qıcıqlanmalara reaksiyanı şərtlən-

dirən dayanaqlı dünyaqavrayışı vasitəsidir. Mentalitetin nüvəsini, onun mahiy-

yət məzmununu çoxlu sayda arxetiplər, stereotiplər, mifologemlər,  ənənələr, 

həmçinin sosiomədəni sistemində fərdin davranışına oriyentiplər verən iyerar-

xiyalaşmış norma və  dəyərlər təşkil edir. Mentalitet istifadə olunan pri-

yomlardan, vasitələrdən, aləmin qavrama və başa düşmə prinsiplərindən ası-

lıdır. Bəziləri ümumi şəkildə, digərləri konkret formada düşünür. Elə  şəxslər 

də var ki, daha çox məntiqi rəhbər tutur, obyektiv faktlardan istifadə edir, bir 

başqası isə  məntiqi nəzərə almır, öz subyektiv təcrübəsi ilə kifayətlənir. 

Konkret fərdin mentallığında onun formalaşdığı mühit üçün xarakterik olan 

təfəkkür stereotipləri öz ifadəsini tapır. Cəmiyyətdə yaşayan insan istər- istə-

məz fəaliyyət göstərdiyi gerçəkliyin təfəkkür nümunələrini əxz edir, sosiumun 

intellektual ənənəsinin təsirini hiss edir. İntellektindən və mentalitetindən asılı 

olaraq insan özünün həyat məqsədlərini və dəyərlərini üzə çıxarır. 

İntellektin formalaşması  təfəkkürün mental keyfiyyətlərinin yaranması 

və formalaşması prosesidir. Təbii ki, intellektin formalaşmasını informasiyasız 

təsəvvür etmək mümkün deyil. Buna görə  də onun mühüm funksiyalarından 

biri informasiyanı işləməkdir. Lakin intellektin yüksək inkişaf səviyyəsi daha 

çox sosial-psixoloji davranışın fəallığının tənzimləməsində  təzahür edir. 

Təfəkkürün və davranışın bir çox mental xüsusiyyətləri də bu prosesdə üzə 

çıxır.Şəxsiyyətin daxili aləmi onun intellektinin sosial-psixoloji məkanıdır. 

Obrazlı desək, insan öz aləminə daxili aləmin «girməsinə» imkan verir və bu 

aləmi özlüyündə rasional dərk etməyə çalışır ki, məkanda özünün həyatını 

düzgün qursun. Əgər bu mülahizəyə sağlam düşüncə fəlsəfəsindən yanaşsaq, 

deməliyik ki, düzgün qurulmuş o həyatdır ki, insana fərdi sosiomədəni dəyər-

lərdən real istifadə etmək imkanları verir. Məhz buna görə  də, insanın intel-

lekti və  şüuru daim xarici aləmlə yaradıcı  təmasda olmalıdır. Biz qeyd etdi-

yimiz sosial-psixoloji mexanizmin özü olduqca mürəkkəb və rəngarəng feno-

mendir, çünki o, daim dəyişmədə, dinamikadadır. Transformasiya prosesləri 

göstərir ki, bu gün bərqərar olmuş sosial reallıqlar insanın iradəsindən asılı 

olmayaraq tamamilə yeni problemlər meydana gətirir, dünən hakim kəsilmiş 

ideyalar bu gün rədd edilir; xarici aləmin qeyri-müəyyənliyi, xüsusilə etiraf 

edək ki, müasir cəmiyyətdə transformasiya proseslərindən irəli gələn qeyri-

müəyyənlik totalitar rejimdə formalaşmış daxili aləm tərəfindən çox çətinliklə 

qavranılır, aktual şüur böyük təzadlarla üzləşməli olur.(2,41-53.) 

Lakin sosial reallıqların dərki prosesində açılan  şüurun özü infor-



 

165


masiyanı modelləşdirərkən, təhlil edərkən və  qərar qəbul edərkən düzgün 

model yaradana kimi çoxlu səhvlərə yol verir. Bu şərhlərin kökü bundadır ki, 

(ilkin izah olaraq) informasiyanı şüur öz seçimi ilə qəbul edir, yəni o bu zaman 

sanki artıq ilkin qərar qəbul etmiş olur, həmin informasiya dolayısı yolla 

qərarın tərkibinə daxil olur.  

Şəxsiyyətin sosial-psixoloji məkanında  şüurda «mən»in qarşısında iki 

informasiya qütbü durur: arzu edilən və qavranılan, yəni şüurlu «mən»in məz-

munu və xarici aləmin bilikləri durur, «mən»lə aləmin qarşılıqlı təsiri prosesi 

gedir. Yeri gəlmişkən, bu proses avtomatizmə keçdikcə, artıq insan özünə nə-

zarət edə bilmir, şüur özünün aşağı səviyyələrinə enir, təhtəlşüurda arxetiplər 

önə  çıxır, insanı tipik həyat situasiyalarında standart davranış  hərəkətlərinə 

sövq edir. Bu baxımdan mentalitetin öyrənilməsi üçün təhtəlşüurda yerləşən 

və həyat tərzinin tərkib hissəsi olan arxetiplərin rolu böyükdir. Bu sivilizasiya 

və mədəniyyətlə bağlı problemlər baxımından çox az öyrənilmiş sahədir. Biz 

deyərdik ki, «daxili aləm və mentalitet» probleminin öyrənilməməsi, demək 

olar ki, ictimai, humanitar elmləri, müəyyən mənada inkişafdan dayandırmış-

dır. Məhz bu faktor mentalitet nəzəriyyələrinə müraciət etməyi daha da aktual-

laşdırır. Beləliklə, ibtidai sosial intellektin inkişafı mental təcrübənin təşəkkülü 

ilə paralel getmiş, insan şüurunun formalaşmasının ilkin mərhələsini təşkil 

etmiş, gələcək mədəniyyətin yaranması üçün ilkin intellektual baza olmuşdur. 

 

ƏDƏBİYYAT  

1.Большой толковый словарь по культурологии. М.: ВЕЧЕ-АСТ, 2003, 512.c 

2. Банс В. Элементы неопределенностей в переходный период // журн. «Полис», 1993, 

№1, c.41-53 

3.Дисмор Дж. Ментальные пространства с функциональной точки зрения // Язык и ин-

теллект. М.: Прогресс, 1996, 512 с 

4.Данилова  Л.В.  Традиция  как  специфический  способ  социального  наследования // 

журн. «Сов. Этнография», 1981, №3, с.42-51. 

5.Каган М.С, Эткинд А.М. Индивидуальность как объективная реальность // журн. «Во-

просы психологии», 1989, №4, с. 5-15. 

6.Кликс Ф. Пробуждающееся мышление. У истоков человеческого интеллекта. М.: Про-

гресс, 1983,302с. 

7.Холодная М.А. Психология интеллекта. СПБ.: Питер, 2002, 272 с 

8.Психологический энциклопедический словарь. М.: МТК Велби, Проспект, 2006, 560 с. 

9.Российская  ментальность.  Материалы  «Круглого  стола» // журн. «Вопросы  филосо-

фии», 1994, №1, с. 3-21. 

10. Российская социологическая энциклопедия. М.: Норма, 1998, 478с. 

11.Рубинштейн С.Л. Бытие и сознание: человек и мир. СПБ // журн. «Питер», 2003, 522 с. 



 


 

166


ОПЫТ СОЦИАЛЬНОГО ИНТЕЛЛЕКТА И МЕНТАЛИТЕТА:  

(социально-психологический анализ) 

 

С.Г.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье раскрывается разница между мышлением и интеллектом. Комментиру-

ется  психологический  аспект  в  интеллектуальном  развитии  ментальности  с  точки  зре-

ния когнитивности. 

 

Ключевые  слова:  когнитив,  мышление,  интеллект,  ментальный  опыт,  менталь-

ная структура, ментальное пространство. 

 

 

 

SOCIAL INTELLECT AND MENTAL EXPERIENCE 

(social and psychological analysis) 

 

S.G.ALIYEVA 

 

SUMMARY 

 

The presented article reveals the difference between conscionsness and intellect. The 



psychological analysis of mentality in the intellect space is cognitively commented. 

 

Key words: mental area, mental structures,mental experience, cognitive consciousness, 

intellect. 



Yüklə 46,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə