Microsoft Word srodkowoeuropejski az doc



Yüklə 8,27 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü8,27 Kb.
#24505

background image
Parlament Sədrlərinin Mərkəzi Avropa Sammiti 

 

1.

 



Parlament Sədrlərinin Mərkəzi Avropa Sammiti Çexiya Senatının təşəbbüsü ilə 26-27 

sentyabr 2008-ci il tarixdə Praqada təşkil olunmuşdur. Sammitdə Avropa İttifaqına on bir 

üzv ölkənin (Avstriya, Bolqarıstan, Çexiya, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, 

Slovakiya, Sloveniya və Macarıstan) on dörd parlament palatası sədrləri iştirak etmişlər. 

Toplantı Avropa İttifaqında milli parlamentlərarası  əməkdaşlığın yeni üsullarına həsr 

olunmuşdur. 

 

2.

 



Sammitin iclası zamanı qəbul edilmiş Mərkəzi və Şərqi Avropadan olan Avropa İttifaqına 

Üzv Ölkələrin Parlamentləri Sədrlərinin Sammitinə sədrliyin nəticələrində digər qərarlarla 

yanaşı Lissabon Sazişinin ratifikasiyasının asanlaşdırılması barədə  Bəyannamə, Avropa 

İttifaqında qərarlar qəbul edilməsi prosesində milli parlamentlərin fəal iştirakı barədə 

tələbnamə, subsidiarlıq və mütənasiblik prinsiplərinin yoxlanılması sahəsində Avropa 

Komissiyasının parlamentlərlə  sıx  əməkdaşlığı barədə müraciət qəbul olundu. Bundan 

əlavə, Aİ-nın genişləndirilməsi prosesinin parlamentlər tərəfindən dəstəklənməsi 

təsdiqləndi, siyası böhran və ya hərbi münaqişə baş verdiyi halda öz mövqeləri barədə bir-

birinin məlumatlandırılması vacibliyi qeyd edildi, və eləcə  də  Aİ-nın  şərq qonşuları 

parlamentləri ilə  sıx  əməkdaşlığı  və  Şərq Tərəfdaşlığı  təşəbbüsü dəstəkləndi. Eyni 

zamanda Avropa İttifaqının Gürcüstanla həmrəyliyi qeyd olundu.  

 

3.



 

 Parlament palatalarının sədrləri Parlament Sədrlərinin Mərkəzi Avropa Sammiti şəklində 

həyata keçirilən  əməkdaşlığın institutlaşdırılmış forma qəbul etməməsi və bu formatda 

iclasların keçirilməsi isə  gələcəkdə konkret ehtiyaclardan asılı olacağı barədə razılığa 

gəldilər.  

 

 



 

Mərkəzi və  Şərqi Avropadan olan Avropa İttifaqına Üzv Ölkələrin Parlamentləri 



Sədrlərinin Sammitinə Sədrliyin Nəticələri, Praqa, 27.09.2008  

http://libr.sejm.gov.pl/oide/images/files/international/szczyt_przewodniczacych_1_en.

pdf

  



 

OIDE internet səhifəsində məlumatlar 

http://libr.sejm.gov.pl/oide/en/index.php?option=com_content&view=category&id=12

&layout=blog&Itemid=293 

 

Son yeniləmə : 08.03.2011 



 

 

 



Yüklə 8,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə