Microsoft Word standart sertler (TC) 11 noyabr 2016



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#68975
  1   2   3   4   5   6   7


“Kapital Bank” ASC-nin İdarə Heyəti  

tərəfindən 11 noyabr 2016-cı il tarixində  

(Protokol №99) təsdiqlənib 

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər 

(hesab, əmanət, kart, kredit münasibətlərinin və fiziki şəxslərə göstərilən digər 

bank xidmətlərinin tənzimlənməsi barədə) 


2

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər 

(hesab, kredit, əmanət, kart, zaminlik, girov münasibətlərinin və fiziki şəxslərə göstərilən digər 

bank xidmətlərinin tənzimlənməsi barədə) 

MÜNDƏRİCAT 

 

1. ÜMUMİ MÜDDƏALAR ................................................................................................................................ 3 

2. ƏSAS ANLAYIŞLAR ..................................................................................................................................... 3 

3. BANK HESABI ............................................................................................................................................... 6

4. KREDİT ........................................................................................................................................................... 8 

5. ƏMANƏT ......................................................................................................................................................... 8 

6. ÖDƏNİŞ KARTI ........................................................................................................................................... 10 

7. ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU, BANK VƏ MÜŞTƏRİ ............................................ 14 

8. “İNTERNET/MOBİLE BANKİNG” XİDMƏTİ ....................................................................................... 14 

9. SMS İnfo və SMS Banking XİDMƏTİNƏ QOŞULMA VƏ XİDMƏTDƏN İSTİFADƏ ....................... 17 

10. DİGƏR ŞƏRTLƏR ..................................................................................................................................... 18 

11. YEKUN MÜDDƏALAR ............................................................................................................................. 18



3

Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər 

(hesab, əmanət, kart, kredit münasibətlərinin və fiziki şəxslərə göstərilən digər 

bank xidmətlərinin tənzimlənməsi barədə) 

1. ÜMUMİ MÜDDƏALAR  

1.1. Hazırkı  Pərakəndə  Bankçılıq  üzrə  Standart  Şərtlər  (bundan  sonra  “Standart  şərtlər”)  “Kapital 

Bank” ASC–də (bundan sonra “Bank”)  hesab, əmanət, kart, kredit münasibətlərini və fiziki şəxslərə 

(bundan sonra “Müştəri”) göstərilən digər bank xidmətlərinə dair münasibətləri tənzimləyir, tərəflərin 

hüquq və öhdəliklərini müəyyənləşdirir.  

1.2. Hazırkı Standart şərtlər Bank tərəfindən 11 noyabr 2016-сı il tarixində təsdiqlənmişdir. Standart 

şərtlər  Bankın  rəsmi  internet  ünvanı  (saytı)  olan 

www.kapitalbank.az

(https://kapitalbank.az/)

vasitəsilə, habelə Bankın bütün filial, şöbə və nümayəndəliklərində çap variantında yerləşdirilməklə 

Müştərilərin diqqətinə çatdırılır. 

1.3.  Hazırkı  Standart  şərtlər  Bankın  bütün  Müştəriləri  üçün  eynidir.  Standart  şərtlər  özü-özlüyündə 

ayrılıqda  müqavilə  hesab  edilmir.  Standart  şərtlər  əvvəlcədən  ifadə  edilmiş,  dəfələrlə  istifadə  üçün 

nəzərdə tutulmuş şərtlərdir.  

1.4. Hazırkı Standart şərtlərin hissələrində tənzimlənmə şərtləri nəzərdə tutulan münasibətlər Tərəflər 

arasında  o  zaman  yaranmış  hesab  edilir  və  Standart  şərtlərlə  də  tənzimlənir  ki,  Müştəri  tərəfindən 

hazırkı  Standart  şərtlərlə    məyyən  edilmiş  formada  (yazılı  formada  və  ya  SMS,  elektron  imza, 

internet, ATM vasitəsilə) Xüsusi şərtlər (Müqavilə) imzalanmış (bağlanmış) olsun. Hazırkı Standart 

şərtlər Müştərilərlə bağlanılan Xüsusi şərtlərin (Müqavilənin) ayrılmaz tərkib hissəsi hesab olunur və 

bu barədə qeyd Müştərilərlə bağlanılan Müqavilə(lər)də öz əksini tapır.  

1.5. Hazırkı Standart şərtlərin hər hansı hissəsinə, bəndinə istinad edilməsilə, eyni zamanda, həmin 

hissənin  bəndlərinə,  bəndlərin  yarımbəndlərinə,  abzaslarına  da  istinad  edilmiş  hesab  edilir.  Xüsusi 

şərtlərə istinad eyni zamanda hazırkı Standart şərtlərə istinaddır.  

2. ƏSAS ANLAYIŞLAR 

Hazırkı Standart şərtlərdə birinci hərfi böyük hərflə yazılan ifadələr aşağıdakı mənaları ifadə edirlər, 

bu şərtlə ki, müəyyən hallarda digər mənanın ifadə edilməsi açıqca bəlli olmasın. 

ATM: Ödənişlərin  aparılması,  nağd  pul  vəsaitinin  verilməsi  və  qəbulu,  habelə  digər  bank 

xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleks (bankomat). 



BANK: “Kapital Bank” ASC.

BANK  KREDİTİ  (bundan  sonra  KREDİT):  Müqaviləyə  uyğun  olaraq  qaytarılmaq,  müəyyən 

müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla 

və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. 

ÖDƏNİŞ SİSTEMİ: VISA Incorporated, MasterCard Worldwide və digər Ödəniş sistemləri.   

BİR DƏFƏLİK MƏXFİ KOD: “Internet/Mobile Banking” xidmətinə hər daxil olma zamanı Bank 

tərəfindən  avtomatik  olaraq  müştərinin  mobil  nömrəsinə  SMS  vasitəsilə  göndərilən  bir  istifadəlik 

əlavə identifikasiya kodudur. 

ƏLAVƏ  KART:  Müştərinin  hesabına  bağlı  olan  və  ona,    onun  müəyyən  etdiyi  şəxslərə  müəyyən 

edilmiş  xərc  limiti  daxilində,  Ödəniş  Sistemlərinə  üzv  rezident  və  qeyri-rezident  Bankların 

məntəqələrində mal və xidmətlərin nağdsız ödənişinin həyata keçirilməsini və həmçinin nağd vəsaitin 

çıxarılmasını təmin etmək məqsədilə, Bank tərəfindən verilən əlavə ödəniş kartı. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə