İstifadəsi
üzrə təlimat
SUPEROPTİK kapsullar
SUPEROPTIC
Bioloji aktiv əlavə
Tərkibi (1 kapsul üçün)
Lütein........................................................................10 mq
Zeaksantin............................................................500 mkq
Omeqa-3 yağ turşuları............................................315 mq
Doymamış yağ turşuları..........................................250 mq
A vitamini (retinol asetat)......................................400 mkq
B1 vitamini (tiamin hidroxlorid)................................1,4 mq
B2 vitamini (rioboflavin)...........................................1,6 mq
B3 vitamini (niasin)...................................................18 mq
B6 vitamini (piridoksin hidroxlorid)..............................2 mq
B9 vitamini (fol turşusu)........................................200 mkq
B12 vitamini (sianokobalamin)..................................1 mkq
C vitamini..................................................................60 mq
E vitamini (alfa tokoferol asetat)...............................10 mq
Sink...........................................................................15 mq
Manqan.......................................................................2 mq
Mis.........................................................................100 mkq
Selen.......................................................................40 mkq
Təsir mexanizmi
SuperOptik görməni normallaşdırmağa kömək edir. Göz daxilində maddələr mübadiləsini
yaxşılaşdırır, damar divarlarını möhkəmləndirir, antioksidant təsir göstərir və gözü sərbəst
radikalların təsirindən qoruyur. Fəal tərkib komponentləri sayəsində kompleks təsir
göstərir:
Dokozaheksaen turşusu (DHT) (Omeqa-3 yağ turşuları ilə doymamış yağ turşuları birlikdə)
- normal görməyə kömək edir;
Sink, B2 vitamini, A vitamini - görmənin normal itiliyini saxlamağa kömək edir;
Selen, manqan, sink, mis, E vitamini, C vitamini, B2 vitamini - hüceyrələri oksidləşmə
stressindən (oksidləşmə stressi orqanizm hüceyrələrinin qocalmasına səbəb olan
amillərdən biridir) qoruyur;
B3 vitamini, B6 vitamini, B9 vitamini, B12 vitamini - yorğunluğun və yorulmanın azalmasına
kömək edir;
Məhsulun tərkibində gözün torlu qişasının sarı ləkəsində rast gəlinən lütein və zeaksantin
maddələri də vardır.
İstifadəsinə göstərişlər
SuperOptik aşağıdakı hallar zamanı effektivdir:
- gözlərdə ağrı və yorğunluq;
- yaxındangörmənin müalicə və profilaktikası;
- 40 yaşdan sonra meydana çıxan fizioloji görmə zəifliyi;
- torlu qişada distrofiya;
- diabetik retinopatiya;
- qaranlıqda görmə zəifliyi;
- əməliyyat sonrası bərpa dövrü;
- kontakt linza gəzdirmə;
- uzunmüddətli qiraət və kompüter qarşısında iş.
SuperOptik tövsiyyə edilən şəxslər
Yaşla əlaqədar görmədə dəyişikliklərlə bağlı 40 yaşdan yuxarı, həmçinin bu yaşa
çatmamış, lakin görmə orqanı əlverişsiz xarici amillərin təsirinə məruz qalan şəxslər:
- kompüter qarşısında işləyənlər;
- siqaret çəkənlər;
- siqaret tüstüsünün təsirinə məruz qalanlar;
- intensiv günəş şüaları şəraitində işləyənlər;
- uzun müddət qiraət edən və ya televizora baxanlar;
- hava qaraldıqdan sonra nəqliyyat vasitələrini idarə edənlər.
Əks göstərişlər
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- 12 yaşa qədər uşaqlar;
- hamiləlik.
İstifadə qaydası və dozası
Gündə bir dəfə 1 kapsul olmaqla daxilə qəbul olunur.
Preparatı yemək vaxtı, az maye ilə qəbul etmək məsləhət görülür.
Kapsulanı çeynəmək və ya sormaq olmaz.
Buraxılış forması
10 kapsul blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda, quru, işıq düşməyən yerdə saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İstehsalçı
«MEDANA PHARMA» SC