Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 
- 50 -
gənc istedadlar ya xarici ölkələrə getməli olur, ya da 
qalıb paslanırlar.  
Eləcə  də  şahmat yarışlarında 10, 12, 14 yaşa 
qədər uşaqlar arasında birinci yerləri asanlıqla tut-
duğumuz halda, yetkin yaşlarda bu qələbələri təkrar 
etmək çətinləşir. Çünki genetik intellektual keyfiy-
yətlər gərək müvafiq mühitlə tamamlansın. Bizdə 
çatışmayan məhz mühitdir.  
Bir dəfə böyük riyaziyyatçı-alim Lütfi Zadə-
nin 75 illik yubileyinə həsr olunmuş bir mərasimdə 
hamı Azərbaycan aliminin və  hətta Azərbaycan el-
minin böyük nailiyyətlərindən bəhs edərkən sual 
verdim ki, axı, Zadə hansı bir təsadüfləysə ABŞ el-
mi mühitinə düşməsə idi, Azərbaycanda qalsa idi, 
yenə indiki Zadə ola bilərdimi? Yox... Bəlkə biz 
onu heç doktorluq müdafiəsinə  də buraxmazdıq. 
Ona görə  də, beş  dəfə azərbaycanlı alim deyəndə, 
bir dəfə də gəlin, Amerika elmi mühitini yada salaq.  
Haqqında söhbət açdığımız üç böyük alim: 
Əbdüs-Səlam, Xudu Məmmədov, Oqtay Sinanoğlu 
da məhz xarici elmi mühitdə özlərini təsdiqləyə 
bildilər. Lakin onların fərqləndirici cəhəti budur ki, 
yüksək milli ruh onları  həmişə  vətənlə bağlamış, 
bütün nüfuzlarını  və elmi potensiallarını öz xalqla-
rının elmi intibahı üçün sərf etmişlər. Uzun müddət 
xaricdə çalışan  Əbdüs-Səlam və Oqtay Sinanoğlu 
daha çox elmi nailiyyət  əldə etmiş, dünya miqya-
sında daha çox tanına bilmişlər. Xudu Məmmədov 
isə gənc yaşlarında böyük şöhrət qazansa da, öz öl-


 
- 51 -
kəsinə erkən qayıtdığı üçün dünya elm mərkəzlərin-
dən bir növ aralı düşmüş və nə yaxşı ki, böyük elmi 
potensialını fəlsəfi yaradıcılığa və elm maarifçiliyi-
nə yönəltməklə millətə heç olmasa, bu istiqamətdə 
fayda verə bilmişdir. Onun kristalloqrafiya sahəsin-
də ixtiraları elə o dövrdəcə dünya elmi tərəfindən 
mənimsənildiyi və indi bəlkə  də köhnəldiyi halda, 
ümumiyyətlə elm haqqında, onun təşkilati məsələ-
ləri, ictimai tərəqqidəki rolu haqqında, habelə daha 
çox dərəcədə  fəlsəfi məzmun daşıyan strukturların 
sənətdə və elmdə adekvatlığı barədə yazdığı əsərlər 
elmi dünyagörüşünün formalaşmasında öz böyük 
əhəmiyyətini indi də saxlayır.  
Əbdüs-Səlamın dünyanın  ən məşhur elmi 
mərkəzlərində  tədqiqat aparmaq imkanları olduğu 
halda, dönə-dönə vətənə qayıdaraq burada da müəy-
yən bir elmi mühit yaratmaq cəhdləri və nəhayət, bu 
da baş tutmadıqda Avropanın ən gözəl guşələrindən 
birində (Triyest, İtaliya) inkişaf etməkdə olan ölkə-
lərin gənc fizikləri üçün tədqiqat mərkəzi açdırmağa 
nail olması və hər il öz ölkəsindən və digər müsəl-
man ölkələrindən bura onlarla istedadlı  gənc alim 
cəlb edərək bütövlükdə islam dünyasında elmin gə-
ləcək inkişafı üçün potensial hazırlaması – bütün 
bunlar alimin böyük vətəndaşlıq mövqeyinin təcəs-
sümü idi. Həm də bu milli qeyrət hissi təkcə vətən-
daşlıq miqyasında yox, daha böyük miqyasda – bir 
müsəlman təəssübkeşliyi şəklində də üzə çıxırdı.  


 
- 52 -
Oqtay Sinanoğluda isə türkçülük daha qüvvət-
lidir. O, dindən də  əvvəl dil haqqında, millət haq-
qında düşünür. Türk dünyasında müqtədir bir elm 
dilinin formalaşması  uğrunda mübarizə aparır. Qa-
zandığı bütün nailiyyətlər, mükafatlar, titullar onun 
üçün ancaq millətə xidmət müstəvisində dəyər kəsb 
edir.  
Bu şəxslərin timsalında bəlkə də təsadüfən alı-
nan ən maraqlı cəhətlərdən biri islamçılıq, türkçülük 
və müasirlik ideyalarının vəhdətidir. Bu böyük şəx-
siyyətləri öz konkret tədqiqat sahələrindən kənara 
çıxaraq bütövlükdə elm və onun milli tərəqqidə rolu 
haqqında düşünməyə, öz ölkələrində elmi mühit və 
kadr potensialı yaratmaq üçün çalışmağa vadar edən 
də  əslində eyni bir səbəbdir – əqidə müəyyənliyi, 
milli qeyrət, dövlətçilik ruhu!  
 
“Elm adamları elm haqqında” kitabına ön söz 
B., “Çaşıoğlu”, 2010 


 
- 53 -
 
 
 
Şərq-Qərb tədqiqat mərkəzi hansı 
ideyadan yarandı? 
(Professor Aida İmanquliyeva haqqında) 
 
 
Bu gün dünya bir 
sıra qlobal problemlərlə 
üzləşmişdir və  Qərb bu 
problemləri təkbaşına həll 
etmək iqtidarında deyil. 
Onun Şərq ruhuna ehtiya-
cı vardır. Aida xanım 
haqlı olaraq yazır: «Şərq-
də  həyatın təkmilləşməsi 
üçün yalnız hissi aləm və 
fəlsəfi idrakın dərinliyi bəs olmadığı kimi, hələ mə-
dəni nailiyyətlər və texniki tərəqqi də insanın 
mənəvi və sosial dirçəlişi üçün kifayət deyil».  
Məhz məsələnin bu cür ənənədən kənar, yeni, 
orijinal qoyuluşu Aida xanıma  əslində öz zəmanə-
sini qabaqlayaraq Azərbaycan gerçəkliyində Şərq və 
Qərbin vəhdəti ideyasını irəli sürməyə imkan ver-
mişdi. Onun nəzərində sadəcə poeziyanın, ruhanili-
yin beşiyi kimi qalmaq indi daha Şərq üçün kifayət 
deyildi.  Şərq mütləq müasir elmi-texniki nailiyyət-
lərə yiyələnməli idi. Və bunun yolu Qərblə inteq-


 
- 54 -
rasiyadan keçirdi. Lakin Şərq elm və texnologiyanı 
Qərbdən kor-koranə transfer etməklə bu sahədə 
böyük uğur qazana bilməzdi. Heç şübhəsiz, o məhz 
özünəməxsus dəst-xəttini, üslubunu tapmalıdır. Və 
bu üslubun öyrənilməsi, Aida xanımın fikrinə görə, 
yeni dövrdə  şərqşünaslığın  əsas məqsədlərindən, 
tədqiqat istiqamətlərindən biri olmalı idi. 
Məhz bu məqsədlə  Şərqşünaslıq  İnstitutu 
Aida  İmanquliyevanın rəhbərliyi dövründə elm ta-
rixi və elmşünaslıq məsələlərinə böyük maraq gös-
tərirdi. Mənim bu İnstitutla  əməkdaşlığım da bu-
nunla  əlaqədar başlandı. 1990-cı ildə  Şərqşünaslıq 
İnstitutunda «Şərq və elmi-texniki tərəqqi» mövzu-
sunda konfrans keçirmək qərara alındı və mən elm-
şünaslıq sahəsində yenicə doktorluq dissertasiyası 
müdafiə etmiş gənc mütəxəssis qismində, məruzəçi 
kimi dəvət edildim. Bu hadisədən sonra «Şərqdə və 
Qərbdə elmin inkişaf xüsusiyyətləri» problemi 
mənim elmi-fəlsəfi yaradıcılığımda  əsas mövzular-
dan birinə çevrildi. O vaxta qədər Azərbaycanda an-
caq Aida xanımın məşğul olduğu  Şərq-Qərb prob-
lematikası  məni o dərəcədə  cəlb etdi ki, bundan 
sonra mən öz tədqiqatlarımı bu yeni sahə ilə:  Şərq 
və  Qərb sivilizasiyalarının müqayisəli təhlili ilə 
bağladım. Aida xanımın bu problem üzrə bütöv bir 
elmi yaradıcılıq məktəbi yaratmaq arzusu, bu geniş 
miqyaslı elmi tədqiqat layihəsi, təəssüf ki, sonralar 
Akademiyada davam etdirilmədi. Lakin Aida xanım 
elə o vaxt Akademiyada olan və bütövlükdə Res-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə