Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 
- 75 -
ümumiyyətlə sənətdə, sənətin ümumiyyətlə mədəni-
mənəvi həyatda yerini müəyyənləşdirməyə çalışır. 
Bu yol əslində ədəbiyyatşünaslıqdan daha çox fəlsə-
fi-estetik və sosial-fəlsəfi tədqiqatın yoludur. İkin-
cisi, o, bədii ədəbiyyatmızın müxtəlif anlarında özü-
nəməxsus bədii üsullarla ifadəsini tapmış ideyaların, 
fəlsəfi fikirlərin və konsepsiyaların üzə  çıxarılması 
və onlara müasir elmi- fəlsəfi terminlərlə ikinci hə-
yat verilməsi istiqamətində böyük işdər görür. 
Üçüncü istiqamət bilavasitə  ədəbi tənqiddir. Burda 
biz bədii  əsərin məzmununun lokal miqyasdan çı-
xarılaraq daha böyük zaman və  məkan kontekstinə 
salınmasının, konkret bir bədii nümunənin ucsuz-
bucaqsız  ədəbiyyat kəhkəşanında müqayisəli  şəkil-
də  nəzərdən keçirilməsinin  şahidi oluruq. Digər tə-
rəfdən, tədqiqatçı əsəri təhlil edərkən mahiyyət mə-
qamlarını üzə  çıxarmaqla  əslində bilavasitə  fəlsəfi 
mündəricə daşımayan sənət  əsərlərinin də elmi-fəl-
səfi təhlil obyektinə çevrilir.  
Müasir dövrdə ifrat siyasiləşmiş təfəkkür ədə-
biyyatında cari siyasi kontekstə salınmasına cəhd 
göstərərkən, ədəbi-bədi ənənələrmizin və sənətin ali 
memarlarının qorunub saxlanmasına daha böyük eh-
tiyacı vardır. Nə yaxşı ki, hələ sovet dövründə  də 
kommunist ideologiyasının yaratdığı labirintlərdən 
məharətlə keçərək milli mədəniyyətin tərəqqisi, xal-
qın maarifləndirilməsi,  ədəbi-bədii və  fəlsəfi təfək-
kürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər 
göstərən Yaşar Qarayev kimi alimlərmiz bu gün də 


 
- 76 -
cari problemlərin cazibə dəirəsinə düşmədən və heç 
bir konyukturaya uymadan ümumbəşəri və milli-
mənəvi dəyərlərimizi tədqiq və  təbliğ etməklə 
ümummilli tərəqqiyə xidmət edirlər.  
 
Yazıçı (“Oğuz Eli” qəzetinin ayrıca 
buraxılışı), № 6-7, 2000 
 
 
P.S.  
Yaşar Qarayevlə tanışlığımız hələ ötən  əsrin 
70-ci illərindən başlamışdı. O, bir dəfə  məni – 24 
yaşlı gənc fəlsəfə elmləri namizədini Ədəbiyyat İn-
stitutuna neçə-neçə tanınmış professorların iştirak 
etdiyi elmi seminara ədəbiyyat və  fəlsəfə mövzu-
sunda məruzə üçün dəvət etmişdi. Mən o vaxtlar bu 
mövzu ətrafında çox az oxumuşdum. Amma mənim 
ədəbiyyat haqqında düşüncələrim Yaşar müəllimə 
maraqlı gəlirdi: görünür, ədəbiyyata bir fizik-filoso-
fun gözü ilə baxış ənənəvi təsəvvürlərdən kənara çı-
xırdı. Amma seminar iştirakçıları arasında ya prob-
lemə akademik və ənənəvi yanaşma vərdişindən do-
layı, ya da çox gənc və ədəbiyyatdan uzaq bir ada-
mın onlara məruzə oxumasından rəncidə olduqları 
üçün elə adamlar da tapıldı ki, onlar məni bir növ 
imtahan etmək məqsədi ilə “Hegelin estetikasında 
bu məsələyə münasibət necədir; yaxud Çernışevski, 
Belinski bu barədə nə demişdir?” kimi suallarla mü-
raciət etdilər. Yaşar müəllim isə özü onlara cavab 


 
- 77 -
verdi ki, biz bu gənc fizik-filosofu estetika tarixin-
dən bəlli olan məsələləri nəql etmək üçün deyil, öz 
orijinal düşüncələrini bizimlə bölüşmək üçün dəvət 
etmişik. Şübhə etmirəm ki, mənim gələcək tədqiqat-
larımın fizikadan lirikaya doğru yerdəyişməsində bu 
görüşün xeyli təsiri olmuşdu.  Əlbəttə, burada mə-
nim “elm və sənət” mövzusunda məşhur “Qoşa qa-
nad”  əsərinin müəllifi Xudu Məmmədovla, o döv-
rün məşhur filosof-tənqidçisi Asif Əfəndiyevlə, gör-
kəmli mifoloq Mirəli Seyidovla da dostluğum, ha-
belə bunlardan daha öncə  ədəbiyyat müəllimləri 
olan atam Hacı Sədrəddinin və əmim Əmirxan Xə-
lilovun da rolu var idi. Amma bizim Yaşar Qarayev-
lə müzakirələrimizin mövzusu xeyli dərəcədə fərqli 


 
- 78 -
idi. Söhbət çox vaxt məhz ədəbiyyat-fəlsəfə münasi-
bətlərindən gedirdi.  
Qəbuluna professorların da çətinliklə düşdüyü 
İnstitut direktoru mənimlə söhbət üçün həmişə vaxt 
tapırdı. İkimiz də Baksovet səmtində yaşayırdıq və 
işdən sonra evə çox vaxt piyada gedirdik. “So-
vetski” məhəlləsində N.Nərimanovun heykəlinin 
yanından Bakı Soveti metrosuna qədər enən pillə-
kənlərdə şəhərə gözəl mənzərə açılırdı. Pillələrin üs-
tünə  qəzet sərib oturduğumuz da olurdu. O mənim 
yazılarımı böyük maraqla oxuyub fikir bildirirdi.  
Sonralar mən Azərbaycanda ilk özəl Universi-
tet açarkən də köhnə dostların dəstəyinə arxalanmış-
dım. Məqsədimiz “çirkab dənizində təmiz ada yarat-
maq” idi. Universitetin Əsasnaməsinin hazırlanma-
sında, açılış  mərasimində, ilk qəbul imtahanlarında 
da Yaşar müəllimin iştirakı görülən işin sanbalını 
artırırdı.  
Universitetin nəzdində bir ziyalı  Mərkəzinin 
yaradılması işində də onun böyük rolu oldu. O vaxt 
əsasını qoyduğumuz  Şərq-Qərb Tədqiqat Mərkəzi 
neçə-neçə görkəmli ziyalılar üçün mənəvi mühit 
rolunu oynayırdı. Yaşar Qarayev bu Mərkəzin  ən 
ünlü üzvlərindən biri kimi müzakirə olunan məsələ-
lərdə həmişə fəal iştirak edir, “Gənc istedad” klubu 
üzvlərinin gələcəyin yaradıcı şəxsləri, alimləri, ziya-
lıları kimi yetişməsi üçün əlindən gələni əsirgəmir-
di.  Əsasən təbiətşünas alimlər, görkəmli həkim, ri-
yaziyyatçı, fizik və s.-lə yanaşı, humanitar sahəyə 


 
- 79 -
məxsus bir alimin müzakirələrə qatılması, söhbət-
lərin daha canlı, daha cazibədar keçməsinə  şərait 
yaradırdı.  
Mənim H.Cavid və C.Cabbarlı haqqında yaz-
dığım kitabların redaktoru da təbii ki, Yaşar Qara-
yev idi. 2001-ci ildə çapdan çıxan “Cavid və 
Cabbarlı. Müxtəlifliyin vəhdəti” kitabının giriş mə-
qaləsində mən əsərin redaktoru haqqında əlamətdar 
bir qeyd yazmışam və onu burada yada salmaq istə-
yirəm:  
“İxtisasımın vurğulanması belə təəssürat yara-
da bilərdi ki, mən Cavid və Cabbarlının ilk dəfə ola-
raq yeni rakursda, fəlsəfi müstəvidə nəzərdən keçi-
rildiyini diqqətə çartdırıram. Məhz belə səhv təsəv-
vür yaranmasın deyə, xüsusi olaraq qeyd etmək istə-
yirəm ki, həqiqi ədəbi tənqid heç vaxt fəlsəfi baxış 
dairəsindən kənarda təsəvvür oluna bilməz. Ona gö-
rə də, Cavidin də, Cabbarlının da tədqiqatçıları ixti-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə