Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.

səhifə2/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   32

 
- 7 -
Ziyalı mühiti! 1994-cü ildə Azərbaycan Uni-
versiteti nəzdində yaradılmış  Şərq-Qərb Tədqiqat 
Mərkəzi əslində məhz bu missiyanı yerinə yetirirdi. 
Yaxşı yadımdadır, bir dəfə akademiklərdən biri çı-
xış edib Azərbaycan Universitetinin rəhbərliyinə, 
“şəxsən mənə” belə bir mənəvi-intellektual mühitin, 
yaradıcı düşüncə mərkəzinin təşkili üçün minnətdar-
lığını bildirirdi. Mən isə cavabında dedim ki, əslində 
mən sizə minnətdar olmalıyam, çünki bu mühitə ha-
mıdan çox mənim ehtiyacım var. Mən olsa-olsa bu 
görüşlərin baş tutması üçün maddi şərait yaradıram. 
Amma onun hərəkətverici qüvvəsi, intellektual 
mühitin real daşıyıcıları sizsiniz...  
Ziyalı mühiti olmasa, ayrı-ayrı şəxsiyyətlər nə 
qədər böyük düha sahibi olsalar da, nə qədər böyük 
əzm göstərsələr də  cəmiyyətin ideya sükanını yön-
ləndirə bilməzlər.  
 


 
- 8 -
 
 
 
İntellektual ünsiyyətin dostluq 
məqamı 
 
“Dostu dar gündə sınayarlar”, – deyib ataları-
mız. Amma dost dediyin nədir, sınağa çəkdiyin nə? 
Yaxud əvvəl gərək dostun ola ki, çətin işə gedəndə 
məhz onu seçəsən. Bütün paradoks bundan ibarətdir 
ki, dar gündə sınamaq artıq gec olur.  
Şərqdə necə ki, məhəbbət reallığın fövqünə 
qaldırılaraq ancaq onun ifrat, birtərəfli təzahürü ki-
mi tərənnüm olunur, eləcə də dostluğun şərtləri həd-
dindən artıq ağırlaşdırılır və reallığın fövqünə qaldı-
rılır. Əslində isə dostluq da, məhəbbət də iki kənar 
hal, qütb arasında olduqca müxtəlif rənglər qamma-
sını, bütöv spektri əhatə edən konkret təzahürlərdir.  
İnsanın mənəvi aləmi ağıl və ehtirası bir kom-
ponent kimi ehtiva edir. Müxtəlif insanlarda onların 
səviyyəsi müxtəlif olduğu kimi, nisbəti də müxtə-
lifdir. Bir adamın başqasına münasibətində  də  ağıl 
və ya hissin ön plana keçməsi fərdi məsələdir. Am-
ma Şərqin məhəbbət konsepsiyalarında ağıl kompo-
nenti sıfıra endirilir və insan ancaq müəyyən bir his-
sin əsirinə çevrilir. 
Dostluq da ünsiyyətdən, yoldaşlıqdan, iş birli-
yindən, simpatiyadan, qarşılıqlı hörmətdən, fikirlə-


 
- 9 -
rin, zövqlərin, əqidənin və s. uyğunluğundan ayrıla-
raq nə isə mütləq bir şey kimi dəyərləndirilir. Bir 
insanın digər insana mütləq inamı, etibarı, mütləq 
simpatiyası, mütləq sədaqəti, mütləq qayğısı, müt-
ləq səxavəti; bir sözlə, başqasını özündən  əziz, 
özündən uca tutmaq, özündən öncə onu düşünmək, 
onun yolunda canından keçmək və s.və s. keyfiy-
yətlər hamısı reallığın özündən daha çox, onun ifrat 
vəziyyətidir.  
 
Bəs reallıq necədir? Mütləqə yaxın təzahürlər 
tək-tək hallarda rast gəlinir və bunlar tarixdə, hafi-
zələrdə məhz xüsusi, əlahiddə bir hal kimi qalır. Biz 
isə reallıq dedikdə daha çox dərəcədə  əksəriyyəti, 
orta statistik insanı nəzərdə tuturuq.  
İnsan tək yaşaya bilməz. O, cəmiyyətin bir 
üzvüdür. Oxumaq, təhsil almaq üçün, müəyyən bir 
iş görmək üçün başqaları ilə birlikdə fəaliyyət gös-


 
- 10 -
tərir. Bu başqalarının kimliyi adətən təsadüfi olur. 
Hələ lap uşaqlıqdan baxçada kimlərlə birlikdə ol-
maq, məktəbdə hansı sinfə düşmək və kimlərlə bir 
sinifdə oxumaq, universitetdə tələbə yoldaşları, ya-
şadığı məhəllədə qonşular, işlədiyi yerdə iş yoldaş-
ları  və s.-lə ünsiyyət ictimai həyatın zəruri  şərtlə-
ridir. Amma bu böyük kollektivlər içərisində kim-
lərlə isə daha yaxın iş birliyi yaranır ki, bu da yenə 
çox vaxt bizim seçimimizdən asılı olmayıb, daha 
çox şəraitin, situasiyanın bizə təlqin etdiyi əlaqələr-
dir. Məsələn, tələbə yoldaşları içərisində kiminlə isə 
həm də qonşu olmaq və ya valideynlərin tanışlığı, 
nəqliyyat marşrutunun üst-üstə düşməsi – bütün 
bunlar təsadüflərdir. Amma məhz bu sıx əlaqələr ya 
rəqabət, ya da dostluq üçün əsas olur. Yoxsa kim isə 
özünün müəyyənləşdirdiyi meyarlar əsasında qapı-
qapı düşüb özünə dost axtarmır.  
Mühitin,  şəraitin təlqin etdiyi yoldaşlıq o 
adamlarda dostluğa çevrilir ki, onların dostluq haq-
qındakı  təsəvvürləri insani ləyaqətin tərkib hissəsi 
kimi, düşünülmüş surətdə bu yoldaşlığın üzərinə gə-
lir. Yəni sədaqət, etibar və s. keyfiyyətlərin insanın 
öz təbiətində öncədən olması bu keyfiyyətlərin kimə 
isə münasibətdə də təzahür etməsinə səbəb olur. Bir 
insan başqasını özünə dost hesab etməyə başlayır və 
onu heç düz-əməlli tanımadan, sınaqdan çıxarma-
dan, onunla “bir pud duz yemədən” öz rəftarını  və 
münasibətini məhz bu prinsiplər üzərində qurur. 
Psixologiyada buna “köklənmə” (установка) deyir-


 
- 11 -
lər. Qarşı tərəf də özünə olan diqqəti, etibarı və qay-
ğını hiss edərək, əgər öncədən həmin keyfiyyətlərə 
malikdirsə, adekvat addımlar atır. Lakin çox az hal-
larda hər iki adamın dostluq haqqında təsəvvürləri 
və şəxsi əxlaqi keyfiyyətləri yüksək mənəvi tələbat 
səviyyəsində olur. Əksər hallarda tərəflərdən biri 
öncədən dostluğa köklənməklə, özünü bu dostluğa 
inandırmaqla birtərəfli qaydada addımlar atır. Qarşı 
tərəf buna ancaq öz səviyyəsinə uyğun  şəkildə ca-
vab verə bilir.  
 
Kant deyəndə ki, dostluq – ideyadır, tamamilə 
haqlıdır. Sadəcə olaraq, heç bir real dostluq 
“dostluq” ideyasına tam mütabiq deyil. Kant dost-
luğu  özünə sevgi ilə  başqasına sevginin dialek-
tikasından hasil edir. Kanta görə, dostluq mü-
nasibətlərində “özünə sevgi qarşılıqlı sevgi ideya-




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə