Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə1/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
  1   2   3   4   5   6   7   8   9   ...   79


 
1969 
 
GÖRKƏMLI AZƏRBAYCAN ARTISTI 
HÜSEYN ƏRƏBLINSKININ 
XATIRƏSINI ƏBƏDILƏŞDIRMƏK 
HAQQINDA 
 
(ÇIXARIŞ) 
 
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sоveti 
görkəmli Azərbaycan artisti Hüseyn Ərəblinskinin xatirəsini 
əbədiləşdirmək məqsədi ilə qərara alırlar: 
  
1. Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn 
Ərəblinskinin adı verilsin. 
 
Azərbaycan 
KP 
MK   Azərbaycan SSR 
katibi   
 
 
 
Nazirlər Sоvetinin 
 
sədri 
 
H. Əliyev 
    Ə. Əlixanоv 
 
Bakı şəhəri, 30 sentyabr 1969-cu il,  
№ 446.    
 
Kommunist, 16 may, 1969 
 


АZƏRBAYCAN  KP  MK-DA,   АZƏRBAYCAN   SSR  
NAZIRLƏR SOVETINDƏ VƏ АHİŞ-DƏ 
ƏN YAXŞI MƏDƏNI-MAARIF MÜƏSSISƏLƏRINƏ 
QIRMIZI BAYRAQLAR 
  
Аzərbaycan KP MK, Аzərbaycan SSR Nazirlər Soveti və 
AHİŞ-in qəbul etdikləri qərarda göstərilir ki, respublikanın 
mədəni-maarif müəssisələri Sov.İKP XXIII qurultayyının, 
Аzərbaycan KP XXII qurultayının qərarlarını yerinə yetirərək, 
«Vladimir  İliç Leninin anadan olmasının 100 illiyinə hazırlıq 
haqqında» Sov.İKP MK-nın qərarını 
rəhbər tutaraq, 
zəhmətkeşlərə  mədəni xidməti yaxşılaşdırmaq sahəsində 1968-ci 
ildə xeyli iş görmüşlər. 
Mədəni-maarif işinni bütün rəngarəng formaları  və metodları 
V.İ.Leninin anadan olmasının 100 illiyi, Аzərbaycan Kommunist 
Partiyası yaradılmasının və  Аzərbaycanda Sovet hakimiyyətinin 
qələbəsinin 50 illiyi bayramına ləyaqətlə hazırlaşmağa, Sov.İKP-
nin və Sovet hökumətinin siyasətinin izah olunmasına, 
zəhmətkeşlərin mədəni səviyyəsinin yüksəldilməsinə 
yönəldilmişdir. 
Keçən il mədəni-maarif müəssisələrinin 
şəbəkəsini 
genişləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək 
onları ixtisaslı kadrlar hesabına komplektləşdirmək üçün bir sıra 
tədbirlər görülmüşdür. 
Zaqatala rayonunun mədəni-maarif müəssisələri ictimai 
baxışda xüsusilə  fərqlənmişlər. 1968-ci ildə 20 klub 2.712 
müxtəlif mədəni-kütləvi tədbir - mühazirələr, məruzələr, 
tamaşalar, konsertlər təşkil etmişdir və i.a. Rayonda xalq teatrı, 
mədəniyyət universiteti, tarix-ölkəşünaslıq  muzeyi,   mədəniyyət 
və    istirahət parkı müvəffəqiyyətlə  işləyyir. Mədənniyyət 
evlərində  və klublarda 66 bədii özfəaliyyət dərnəyi təşkil 
olunmuşdur.  Аvtoklub və  mədəniyyət çadırı tarlalarda və 
fermalarda zəhmətkeşlərə yaxşı xidmət etmişdir. Rayon əhalisinin 
təqribən 30 faizi kitabxanaların oxucusudur. Ötən il rayonun 
bütün mədəni-maarif müəssisələrinin radiolaşdırılması başa 


çatdırılmış, klubların və kitabxanaların binaları  təmir edilmiş, 
onların avadanlıq və musiqi alətləri ilə  təchizi xeyli 
yaxşılaşmışdır. 
1968-ci ildə Quba rayonunun 42 klubu 2,928 müxtəlif tədbir 
həyata keçirmiş, o cümlədən 636 konsert və tamaşa təşkil 
etmişdir. Mədəniyyət evlərində və klublarda 75 bədii özfəaliyyət 
dərnəyi işləyir.  Əhalinin 30 faizdən çoxu kitabxanaların 
oxucusudur, mədəniyyət universiteti yaxşı işləmişdir. 
Naxçıvan rayonunun mədəni-maarif müəssisələri il ərzində 
1.609 müxtəlif kütləvi tədbir həyata keçirmişlər. Rayonun 
kitabxanaları kitab təbliği işini gücləndirmişlər, kitab fondunun 
dövriyyəsi artmışdır. Mədəni-maarif müəssisələrinin maddi-
texniki bazasını möhkəmləndirmək üçün tədbirlər görülmüşdür. 
Аzərbaycan KP MK-nın,  Аzərbaycan SSR Nazirlər Sovetinin 
və AHİŞ-in keçici Qırmızı bayrağını və 2,000 manat məbləğində 
birinci pul mükafatını 1968-ci ildə mədəni-maarif müəssisələrinin 
işində ən yaxşı göstəricilərə nail olmuş Zaqatala rayonuna (rayon 
partiya komitəsinin katibi N.L.Əhmədov, rayon icraiyyə 
komitəsinin sədri, C.N.Yaliyev, mədəniyyət  şöbəsinin müdiri 
T.T.Talıbov) vermək qərara alınmışdır. 
1.500 manat məbləğində ikinci pul mükafatı Quba rayonuna 
(rayon partiya komitəsinin katibi Ş.K.Kərimov, rayon icraiyyə 
komitəsinin sədri  Ə.H.Səlimov, mədəniyyət  şöbəsinin müdiri 
K.B.Yasinov) verilmişdir. 
1.000 manat məbləğində üçüncü pul mükafatı Naxçıvan 
rayonuna (şəhər partiya komitəsinin katibi Ə.S.Ələkbərov rayon 
icraiyyə komitəsinin sədri  Ə.S.Əsgərov, mədəniyyət  şöbəsinin 
müdiri А.D.Hacızadə) verilmişdir.         
1968-ci ildə  mədəniyyət evlərinin, klubların, kitabxanaların, 
muzeylərin, mədəniyyət və istirahət parklarının işini xeyli 
fəallaşdıran və burada, V.İ.Leninin anadan olmasının 100 illiyi və 
Аzərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 50 illiyi 
bayramına hazırlıq sahəsində böyük iş aparan Аğdam, Bərdə, 
Balakən, Göyçay, Vartaşen, İsmayıllı, Qusar, Qutqaşen, Lənkəran
Şamaxı,  Şəki, Tovuz, Qazax rayonları, Naxçıvan MSSR-in və 


DQMV-nin rayonları, Bakı, Sumqayıt və Kirovabad şəhərləri 
partiya, sovet, komsomol və  həmkarlar ittifaqı  təşkilatlarının, 
mədənniyyət ocaqlarının və müəssisələrinin yaxşı  işi qeyd 
edilmişdir.  
Eyni zamanda qərarda deyilir ki, Yevlaxın,  Аstaranın, 
Dəvəçinin, Qubadlının, Lerikin Puşkinin,  Şamxorun, Saatlının və 
Yardımlının  şəhər və rayon partiya komitələri rayon icraiyyə 
komitələri, rayon komsomol komitələri, mədəniyyət orqanları  və 
həmkarlar ittifaqı  təşkilatları  mədəni-maarif müəssisələrinin 
fəaliyyətini yaxşılaşdırmaq məsələləri ilə  zəif məşğul olmuş, 
əhaliyə, xüsusən kənd əhalisinə mədəni xidmət işini kifayət qədər 
genişləndirməmişlər. 
Qərarda vilayət, şəhər, rayon partiya komitələrinə, Аzərbaycan 
LKGİ MK-ya, respublika Mədəniyyət Nazirliyinə, Naxçıvan 
MSSR Nazirlər Sovetinə DQMV-nin, şəhərlərin və rayonların 
zəhmətkeş deputatları Sovetlərinin icraiyyə komitələrinə, 
mədəniyyət orqanlarına və həmkarlar ittifaqlarına bir vəzifə olaraq 
tapşırılmışdır ki, mədəni-maarif Müəssisələrinə  rəhbərliyin 
səviyyəsinn yüksəltsinlər, onların işini xeyli yaxşılaşdırmaq, 
kadrların tərkibini və maddi-teniki bazanı möhkəmləndirmək üçün 
səmərəli tədbirlər görsünlər, V.İ.Leninin anadan olmasının 100 
illiyinə,  Аzərbaycan Kommunist Partiyası yaradılmasının və 
Аzərbaycanda Sovet hakimiyyatinin qələbəsinin 50 illiyinə 
hazırlıqda və bu yubileylərin keçirilməsində bütün mədəni maarif 
müəssisələrinin fəal iştirakını təmin etsinlər. 
 
AZƏRBAYCAN KP MK-DA VƏ AZƏRBAYCAN SSR 
NAZIRLƏR SOVЕTINDƏ 
AZƏRBAYCAN  SSR  DÖVLƏT MÜKAFATLARI 
HAQQINDA 
 
Rеspublikada  еlm və  tехnikanın,  ədəbiyyat, incəsənətin və 
arхitеkturanın daha da inkişaf  еtdirilməsinə  həvəs oyatmaq 
məqsədilə, dövlət tərəfindən bəyənilməyə layiq olan еlmi işləri və 
yaradıcılıq işlərini layiqincə  və  gеniş surətdə mükafatlandırmaq 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə