Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
  1   2   3   4   5   6   7   8   9   ...   53


       
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
                        FOLKLOR İNSTİTUTU 
 
 
ƏZİZXAN TANRIVERDİ 
 
 
 
 
 
“KOROĞLU”NUN  ŞEİR DİLİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2015 
Язизхан Танрыверди 
 
 
2
 
 
      Redaktor:           Muxtar KAZIMOĞLU  (İmanov) 
                            filologiya üzrə elmlər doktoru 
 
Rəyçilər:             Ramazan QAFARLI 
                  filologiya üzrə elmlər doktoru, professor; 
                             
                            Məhərrəm MƏMMƏDLİ 
                  filologiya üzrə elmlər doktoru, professor; 
                           Seyfəddin RZASOY 
                      filologiya üzrə elmlər doktoru; 
                           İlham ABBASOV 
 
Əzizxan Tanrıverdi.  “Koroğlu”nun  şeir dili. Bakı, 
“Elm və təhsil”, 2015,  səh.256. 
 
Monoqrafiyada “Koroğlu” eposunun şeir dili tədqiq 
edilir, obrazlılığın fonetik, leksik və qrammatik səviy-
yələrdə  təzahürü sistemli şəkildə araşdırılır, ümumilikdə 
bu  şeirlərin semantikasını  şərtləndirən detalların hər 
birinə münasibət bildirilir, “Koroğlu” dastanının “Dədə 
Qorqud kitabı”nın məntiqi davamı kimi meydana gəlməsi 
tutarlı dil faktları ilə  əsaslandırılır, eyni zamanda şeir 
parçalarında rast gəlinən arxaik dil vahidləri tarixi-
linqvistik müstəvidə təhlil süzgəcindən keçirilir. 
 
T─────Qrifli nəşr 
  N ───2015 
                                         © Folklor İnstitutu, 2015 
                                         © Əzizxan Tanrıverdi, 2015 


                                                    “Koroğlu”nun şeir dili 
 
 

 
 
   
 
 
“KOROĞLU”NUN TƏDQİQİNDƏ  
YENİ MƏRHƏLƏ 
 
Azərbaycan xalqının yaratdığı möhtəşəm abidələ-
rindən biri də “Koroğlu” dastanıdır. Bu dastanla bağlı 
düşüncələrimizi bölüşməzdən öncə bir məsələni vurğu-
layaq ki, Şərq və türk xalqları arasında “Koroğlu” qədər 
yayılmış ikinci bir dastan nümunəsi tapmaq çətindir. 
Yadımdadır, kəndimizdə yaşlı adamlar uzun qış axşam-
larında bir evə  yığılardılar. “Koroğlu” dastanını bir nəfər 
ucadan oxuyar, qalanları isə diqqətlə qulaq asardı.  İndi 
həmin vaxtdan uzaq illər keçir. Bir xatirə kimi həmişə onu 
xatırlayıram. Səhv etmirəmsə, bu dastanın 1949-cu il nəşri 
idi. Kənddə ancaq bir nəfərdə vardı və  o kitab ev-ev bütün 
kəndi  gəzirdi.   İndi düşünürəm ki, bu yaşlı, cavan, uşaq 
və s. böyük bir obanı öz ətrafına toplayan hansı hiss idi? 
Hansı sehrli qüvvə idi ki, dastana bu qədər maraq 
yaratmışdı. Müxtəlif yaş dövrlərində “Koroğlu”ya müra-
ciət etdim və hər dəfə də dastanın özünü sehrlə, möcüzə ilə 
dolu gördüm. Və dərk etdim ki, bu dastanın müqəddəsliyi
sehri, xalqın ruhunu ifadəsi ilə bağlıdır.  Əsas olan da 
budur. Dastanlar, dastan düşüncəsi bütünlükdə türkün 
ruhunun, varlığının daşındığı başlıca bədii məkandır. 
Onun qədər iç aləmini ifadə edən və  gələcəyə daşıyan 
tərəf, demək olar, çox azdır. “Yaradılış”, “Şu”, “Ərqə-
nəkon”, “Bozqurd”, “Köç”, “Oğuz Kağan”, “Manas”, 
Язизхан Танрыверди 
 
 
4
 
“Alpamış”, “Corabatır”, “Edige”, “Uralbatır”, “Boqlan-
dıbatır” və s. Bu siyahını daha çox uzatmaq da olardı. 
Ancaq  əvəzsizliyi ilə dünya dastan təcrübəsinin nadir 
incisi, dünya bədii düşüncəsinin  şah  əsərlərindən hesab 
edilən “Kitabi-Dədə Qrqud” özünün mətn potensiyası ilə 
bizə imkan verir ki, bu möhtəşəm abidə ilə digər dastan 
nümunələri arasında ciddi tipoloji təhlillər aparaq və 
bununla türk bədii düşüncəsinin geneologiyasını müəy-
yənləşdirək.  
Bütün müşahidə  və  təhlillərimin  əsasında dilçi, 
qorqudşünas alimimiz Əzizxan Tanrıverdinin yaradıcılığı 
durur. Buraya son illər kəlməsini də artırmaq istədim və 
yadıma düşdü ki, bu ifadə onun fəaliyyətində  böyük bir 
hissəyə kölgə salamaq  təsəvvürünü işarələyir. Çünki onun 
“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı yazdığı kitablar 
(on iki kitab) etiraf edək ki, Azərbaycan  ədəbi-nəzəri 
fikrinin uğurlarıdır. Problemin aktuallığı, gərəkliliyi bir 
kitab, iki kitab yazmağa gətirib çıxarar. Bu qədər 
monoqrafik tədqiqatları ortaya qoymaq ancaq sonsuz 
sevginin, qeyri-adi gücün nəticəsidir. Özü də bu mono-
qrafiyalardakı hər bir problem tamamilə bir-birindən fərqli 
istiqamətləri özündə ehtiva edir. Ə.Tanrıverdi bu kitabları 
ilə bir istiqamətdə milli kökə bağlılığı ortaya qoyursa, 
digər istiqamətdə bu möhtəşəm abidədə hələ araşdırılmalı 
olan çox istiqamətlərin olduğunu vurğulayır. Elmin 
istiqamətini bura yönəltməyə çalışır. Deyəcəklərim dilçi
folklorşünas, qorqudşünas alimimiz Ə.Tanrıverdinin 
“Koroğlu”nun  şeir dili” ilə bağlıdır. Və bütün müşahidə-
lərimin  əsasında da “Koroğlu”  dastanı ilə bağlı apardığı 
təhlillər dayanır. Ancaq məsələnin mahiyyətinə varmaq 
üçün istedadlı alimimizin yaradıcılığının müəyyən 


                                                    “Koroğlu”nun şeir dili 
 
 

tərəflərinə diqqət yetirmək lazım gəlir. Düşünürəm, o, bu 
böyük və müqəddəs işə necə  gəlib çıxmışdır?  Əlbəttə, 
bütün müstəvilərdə bu ağır, həm də  gərəkli işin başlan-
ğıcında genetik yaddaşdan gələn dəyər və düşüncə daya-
nır.  Ə.Tanrıverdi sadəcə olaraq onu ilahi bir gücün təsiri 
ilə hərəkətə gətirmişdir. Məsələnin ikinci tərəfində isə dilçi 
alimimizin həyat və yaradıcılıq yolu dayanır. Müəllifin 
içindəki nikbin ruh, öyrənmək və öyrətmək sevgisi ona 
istiqamət vermişdir. Böyük Azərbaycan  şairi S.Vurğun 
“qüdrətini sizdən aldı  mənim sazım, sözüm, dağlar” 
deyirdi. Ə.Tanrıverdi də qüdrətini türkün ruhundan, qəhrə-
manlıq tarixindən, dünya nizamını yaratmaq və  gələcəyə 
daşımaq istəyindən almışdır.  Yazdığı kitablar: “Türk 
mənşəli Azərbaycan antroponimləri” (1996), “Kitabi-Dədə 
Qorqud”da şəxs adları” (1999), “XVI əsr qıpçaq (poloves) 
dilinin qrammatikası” (2000), “Kitabi-Dədə Qorqud” və 
Qərb ləhcəsi” (2002), “Kitabi-Dədə Qorqud”un obrazlı 
dili” (2006), “Kitabi-Dədə Qorqud”un söz dünyası” 
(2007), “Dədə-Qorqud kitabı”nın dil möcüzəsi” (2008), 
“Dilimiz, mədəniyyətimiz” (2008), “Poeziyanın dili, dilin 
poeziyası” (2008), “Qədim türk mənbələrində yaşayan 
şəxs adları” (2009),  “Azərbaycan dilinin tarixi qram-
matikası” (2010), “Dədə Qorqud kitabı”nda at kultu”  
(2012), “Dəli Kür” romanının poetik dili” (2012), “Dədə 
Qorqud kitabı”nda dağ kultu”  (2013), məqalə  və kon-
franslardakı  çıxışları bizə  məsələnin mahiyyətinə daha 
diqqətli yanaşmağı diktə edir. Buraya pedaqoji fəaliy-
yətini, öyrəndiklərini tələbələrə  mənimsətmək istəyini də 
əlavə etdikdə  məsələnin mahiyyəti daha da genişlənir. 
Fikrimizcə, xalqın milli-mənəvi mədəniyyətindən böyük 
sərvəti yoxdur. Bütün sərvətlərin, tikililərin, qalaların, 
Язизхан Танрыверди 
 
 
6
 
abidələrin hamısının bir sonu olur. Aşınmalarla, itkilərlə 
üzləşir. Ancaq milli dəyərlərə, milli yaddaşa, etnos varlı-
ğına hesablanan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi 
abidələr ölümsüzdür. Ə.Tanrıverdi türkün dil tarixini 
öyrəndikdən sonra bu kitablara gəlmişdir. Türk dilinin dil 
möcüzəsində sehrlənməklə  onun dərinliklərinə baş vurma-
ğa yönəlmişdir. Onu da əlavə edək ki, türkün dünyanın ən 
qədim xalqlarından olmasının göstəricisi məhz türk dilidir. 
Yuxarıda sıraladığımız dastanlar, digər folklor örnəkləri, 
inam və etiqadlar bir tərəf olaraq bunun təsdiqidir. 
“Koroğlu” dastanı özlüyündə yaddaş hadisəsidir və 
hansısa dövrün hadisəsi olmaqdan çox türkün bütünlükdə 
qəhrəmanlığı və mövcudluğunun nümunəsidir.  
“Koroğlu”nun  şeir dili” monoqrafiyası hansısa bir 
ovqatın, təsadüfün, təsadüfi hissin hadisəsi deyildir. 
Ə.Tanrıverdinin yaradıcılığına təsadüfilik yaddır. Onun 
həyat kredosunda, bütün fəaliyyətində  hər  şey möhkəm 
nizama, dərin kökləri olan məqsədə hesablanır. “Koroğlu” 
eposu ilə bağlı monoqrafiyası da bu prinsipə hesablan-
mışdır. Monoqrafiyanın mahiyyətinin açılışına keçməzdən 
öncə dilçi alimlə bağlı bir məsələni, özü də ciddi olanı 
açıqlayım. Bu onun mövzunu sevməsi, tədqiq edəcəyi 
problemlə yaşamasıdır. Böyük və ciddi məsələdir. “Kor-
oğlu”nun  şeir dili” monoqrafiyasını da belə yazmışdır. 
“Kitabi-Dədə Qorqud”dan “Koroğlu”ya çalın-çarpaz yol-
lar gəlir. Görkəmli yazıçımız İ.Şıxlının “Dəli Kür” romanı  
da bu yolun möhtəşəm abidəsidir. Etiraf edək ki, dünya 
roman arenasında duracaq roman nümunəmizdir. Ə.Tanrı-
verdi “Dədə Qorqud”dan, “Dəli Kür”dən “Koroğlu”ya 
gəlib çıxmışdır.  


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə