2
Elmi redaktor: a.e.f.d., dosent S.F.Cabbarov
Rəyçilər:
b.e.f.d. Z.M.Məmmədov
a.e.f.d. M.M.Tağıyev
Ağayev C.T. TAXIL BİTKİLƏRİNİN ZƏRƏRVERİCİLƏRİ
VƏ ALAQ OTLARI. Bakı: “Müəllim” nəşriyyatı, 2017. 48 s.
Kitabda buğda, arpa, qarğıdalı bitkilərininə vegetasiya dövründə və
saxlama yerlərində zərər vuran zərərli orqanizmlərin həyat tərzi və
onlara qarşı mübarizə tədbirləri haqda elmi tədqiqat işlərinin
nəticələrinə əsaslanan məlumatlar verilmişdir. Mədəni əkinlərdə
yayılmış alaq otları və onlara qarşı mübarizədə tətbiq olunan vasitələr
haqda məlumatlar əks olunmuşdur.
ISBN 978-9952-435-
76-4
© C.T.Ağayev, 2017
3
Buğda və arpa zərərvericiləri
Azərbaycanda taxıl bitkilərinin (buğda, arpa, qarğıdalı,
vələmir, çovdar və s.) əkin sahələri genişləndikcə onların
zərərvericilərinin növ tərkibi və arealları daha da artır. Dənli taxıl
bitkiləri üzərində 200-dən artıq zərərverici qeydə alınmışdır.
Onların növ müxtəlifliyi ibtidailərdən başlayıb istiqanlılara qədər
davam edir. Azərbaycan şəraitində buğda, arpa və qarğıdalını
zədələyən ən çox yayılmış zərərvericilər çəyirtkələr, gəmiricilər,
taxıl böcəkləri, ziyankar bağacıqlardır. Ayrı-ayrı illərdə əlverişli
şərait olduqda İsveç və Hessen milçəkləri, Sümürtkən böcəklər,
taxıl mənənələri də güclü zərər vura bilir.
Çəyirtkələr
Həşəratlar (İnsekta) sinfinin, düzqanadlılar dəstəsinə (Orthop-
teria) aiddir, dənli taxıl bitkilərinin ən qorxulu zərərvericiləri
sayılır. Onlar 2 qrupa bölünür, tək-tək və dəstə (sürü) halda
yaşayanlar. Dəstə (sürü) halda yaşayan Asiya, İtaliya və Mərakeş
çəyirtkələri kütləvi inkişaf etdikləri illərdə daha şiddətlə yayılaraq
bütün yaşıl kütləni məhv edirlər.
Asiya çəyirtkəsi - Locusta miqratoria L. Onlara Azərbay-
canın Kür-Araz çaylarının ətraflarında olan axmazlarda, Qarasu və
Turyan çaylarının ətraflarında durğunlaşmış sucaq yerlərdə olan
kolluq və qamışlıqlarda, Sabirabad, Biləsuvar, Neftçala, Salyan
rayonlarında kollektor, drenaj kanallarının bataqlıqlarında və
şoranlıqlarda rast gəlinir (Şəkil 1).
Asiya çəirtkələri qışı yumurta halında torpağın 5-15 sm dərin-
liyində keçirir. Mayın birinci ongünlüyündən başlayaraq yumurta-
lardan çıxan sürfələr bitkilərin yaşıl hissələri ilə qidalanmağa
başlayır. İntensiv qidalanma 40-48 gün davam edir.
Yaşlı sürfələr əkin sahələrinə, xüsusən taxıl əkinlərinə və
qarğıdalıya daraşaraq onları kütləvi surətdə gəmirirlər.
İtaliya çəyirtkəsi – Calliptamus italicus L.
Bu növ çəyirtkələr
Azərbaycanın bütün dağətəyi və Aran zonalarında yayılıb. İtaliya
çəyirtkəsi sürü halında yaşayanlara aiddir. Bu xüsusiyyətinə görə
4
onlar çox qorxuludur. Əlverişli şəraitdə populyasiya sıxlığını
kəskin artıran zərərverici taxıl zəmilərinə daraşaraq onların məhv
olmasına səbəb olur.
Qonur, sarımtıl-qonur və ya açıq-boz rənglərdə olub, bədəni
16-40 mm-dir. Qabaq döşü üzərində qabırğa olmaqla, qabaq ayaq-
larının çanaqcıqları arasında barmaqşəkilli çıxıntılar vardır. On-
ların özünəməxsus əlaməti budlarının içəri tərəfdən çəhrayı rəngdə
olmasıdır. Yetkinlik yaşına çatmış hər bir dişi fərd öz yumur-
talarını torpağa qoyur. Çəyirtkələrin növlərindən asılı olaraq yu-
murta məhsuldarlığı dəyişir. Asiya çəyirtkəsi hər yumurta kisəsinə
50-100 ədəd, Mərakeş çəyirtkəsi isə 30-40 ədəd yumurta qoyur
(Şəkil 2).
Yazda minimal temperatur həddi 8-10°C-ni keçdikdə qışı
torpağın üst qatlarında (5-10 sm) keçirmiş yumurtalarda diapauza-
ya çevrilmiş embrionlar inkişaf edir. Çəyirtkələrin sürfələri yetkin
fərdə oxşayır. Onlar natamam metomorfozlu inkişafa malikdir,
yəni qabıq dəyişməklə yaş dövrlərini keçərək böyüyür və
yetkinləşir. Ətraf mühitin temperatur və nəmliyinin çəyirtkələrin
qidalanması, inkişafı və çoxlamasında böyük əhəmiyyəti vardır.
Bədən temperaturu 24-27°C olduqda onlar intensiv qidalanma
vəziyyətinə gəlir. Çəyirtkələrin bədən temperaturu havanın tem-
peraturu ilə bərabərdir. Qızmar günlərdə yarımtapdalanmış otlaq
sahələrində, nəmli qamışlarda, yarımsəhra otlaqlarda Asiya,
Mərakeş və İtaliya çəyirtkələri normal inkişaf edir, koloniyalarında
saylarını kəskin artıraraq, taxıl, qarğıdalı sahələrinə və başqa
əkinlərə güclü ziyan vurur. Ayrı-ayrı növlərin bioekoloji xüsu-
siyyətlərinin müxtəlifliyi onlara qarşı mübarizə tədbirlərinin də hər
bir növ üçün özünəməxsus şəkildə hazırlanması və tətbiqini
şərtləndirir.
Mübarizə tədbirləri. Çəyirtkələrə qarşı mübarizə tədbirləri
bir neçə mərhələdə müxtəlif metod və vasitələrlə həyata keçirilir.
1. Zərərvericinin ocaqlarının və qış ehtiyyatlarının məhv
edilməsi. Bu məqsədlə ehtimal olunan çoxlama mənbələrində
aşağıdakı profilaktik mübarizə tədbirləri aparılmalıdır:
a) bataqlıqların qurudulması;
b) mədəni əkin sahələrinin ətrafı və su kanalları qıraqlarında