Microsoft Word td\335d I b\334T\334N. doc



Yüklə 147,03 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü147,03 Kb.
#48772


T ü rk D ü n ya sı tn c e le m e le r i D e rg isi /  J o u rn a l o f  T u rkish   W o rld  Studies,

Cilt:  VIII,  S a yı  1,  Sayfa:  95-105,  İZ M İR  2008.

TÜRK EPOS  ƏNƏNƏSİNDƏ  ƏCDAD KULTU 

The A ncestor Cult in T urk Epos  Tradition

Rövşən  ƏLIZADƏ*

Özet


Bu çalışma, Türk söylence geleneğinde ata kültü olgusunun yeniden oluşturulmasını 

ele  almaktadır.  Çalışmada,  etnogonik  Türk mitlerini  yansıtan  efsanelerde  ata kültü  olgusunun 

izlerinin  çok  önemli  bir  yer  tuttuğunu  göstermektedir.  Türk  epik  mitoloji  geleneğinin  ana 

figürlerinden  olan  Kurt  (Boz  kurt)  kültünün  Azerbaycan  halk  folkloründe  de  izlerine 

rastlandığı ortaya konmaktadır.

Aynı  izlerin  restore  edilmesi  çalışması,  kurt  figürünün  ilk  yaratılış  efsanesinden 

dönüştürürülmesi  işleminin  ve  semantik  modelinin  açıklanmasına  olanak  sağlamaktadır. 

Çalışmanın  bir  sonucu  olarak,  geleneksel  yapıyı  koruyan  kutsal  bir  kişi  ve  ata  kültü  olarak 

bilinen Korkut Ata’nın (Dede Korkut) izlerine Oğuzname’de rastlandığı görülmektedir. Korkut 

Ata’nın  bu  özelliği,  atalarının  ruhuna  ve  Şamanizmde  kutsal  sayılan  kişinin  davranış 

kalıplarının bir sentezi olarak ifade edilmektedir.

Summary


The article dedicates to the reconstruction of the ancestor cult in Turk epos tradition.

The  investigation  shows  that  having  the  extraordinary place  in  Turk ethnic-cultured  tradition 

the  traces  of the  ancestor  cult  are  often  met  in  the  epoces  which  Turk  ethnogonic  myths  are 

reflected.  It is  cleared  up  that the  functions  of wolf (Boz  Qurd -   Grey Wolf)  being  the  main 

character of Turk epic-mythological tradition acted as an ancestor saved itself in trace form in 

Azerbaijan  epic  folklore.  The  restoration  work  carried  according  to  the  same  traces  give 

opportunity  to  clear  up  the  semantic  model  and  transformative  creators  of the  wolf character 

which  take  place  in  the  beginning  creation.  As  a result  of the  investigation  it  was  clear  that 

Gorgud  Ata which  saved  the  archaic  structure  found  its  reflection  in  oghuznames  as  a  sacred 

person  and  an  old  cult.  This  specification  of  Gorgud  Ata  was  expressed  behavior  code 

belonging to its ancestor spirit and shamanism-sacred person sythesis in mythic essence.

Türk  etnik-mədəni  ənənəsində  müstəsna  yer  tutmuş  əcdad  kultunun  izlərinə  türk  etnoqonik 

miflərinin  əks  olunduğu  dastanlarda  rast  gəlmək  mümkündür.  Bilavasitə  Oğuz  etnosunun  soy-kökə  sıx 

bağlılığı,  əcdadlarına  pərəstiş  və  tapınmaları  bu  toplumun  yüksək  mənəvi  yaşam tərzini,  eləcə  də  siyasi 

baxımdan mövcudluğunu şərtləndirən ciddi aktlardan biri idi.

Türk epos ənənəsindəki əcdadlar düzümündə özünəməxsus  şəkildə yer almış və Ulu Türk adı ilə 

kodlaşmış  ilkin  obrazın,  dünyarnn  yaradılması  aktı  ilə  bağlılığı  və  bütövlükdə  xaos-kosmos 

qarşıdurmasından törəməsi  kosmogenez haqqındakı  təsəvvür  sistemini  bəlli  edir.  Bu baxımdan Ulu  Türk 

obrazı  mədəni  qəhrəmana aid cizgilərə  sahib  olmaqla, həm də  Boz  Qurd,  Oğuz,  Qorqud Ata və başqaları 

ilə yanaşı türk dünya modelinin qurucularından ilkinidir.

Türk  mifoloji  görüşlərində  qabarıq  olan  bir  ənənəyə  görə,  ilkin  sudan  lil  yaradılır,  sonra 

qurudulub torpaq edilir, bu torpaqdan bitkilər cücərdilir,  sonra həmin torpaqdan palçıq düzəldilib insanlar 

yaradılır.  Bu  proses,  sonrakı  mərhələdə  davam  edərək  təbiətin  digər  canlı  və  cansız  obyektlərini  üzə 

çıxarır.  Qədim türk epos  ənənəsində  yüksək dəyər  qazanmış  dastanlardan biri  «Yaradılış»  dastamdır.  V. 

Radlovun Altaydan yazıya aldığı bu dastan mətnində ilkin əcdada uyğun gələn paralellər vardır.



A M E A   F o lk lo r İn stitu tu  A zərb a yca n ,  ro vse n a li@ ya n d ex.ru

95



Rövşən Əlizadə

Dastanda  deyilir:  «Bir  zamanlar  yalniz  Tanri  Qara  xan  və  su  vardi.  Qara xandan  başqa  görən, 

sudan başqa görünən yox idi.  «Ağ Ana» göründü.  O, Qara xana «yarat» deyib yenidən suya daldi.

Bunu eşidən Qara xan bir kişi yaratdi.  Qara xanla kişi intəhasiz  suyun üstü ilə iki  qara qaz kimi 

uçurdular.  Lakin halindan məmnun  olmayan  kişi,  Qara xandan daha yüksəkdə  uçmaq istəyirdi.  Onun  nə 

istədiyini  bilən  Qara  xan  kişidən  uçmaq  qabiliyyətini  aldi.  Kişi  dibsiz  suya  yuvarlandi.  Boğulurdu. 

Elədiyinə peşman olub Tanri Qara xandan bağişlanmasini xahiş etdi.

Tanri  Qara  xanin  göstərişi  ilə  sudan  bir  ulduz  çixdi.  Kişi  həmin  ulduzun  üstünə  çixib  xilas 

oldusa  da,  Qara  xan  onun  bir  daha  uçmayacağini  nəzərə  alib  dünyani  yaratmaq  qərarina  gəldi.  Kişiyə 

buyurdu  ki,  suyun  dibinə  dalaraq  torpaq  çixarsin.  Şər  düşüncədən  əl  çəkməmiş  kişi  torpaq  gətirərkən 

fikirləşdi  ki,  özü üçün gizli  bir dünya da yaratsin,  ona görə  də torpağin bir hissəsini  ağzinda saxladi.  Elə 

ki  ovcundaki  torpaği  su  üzərinə  səpdi,  Tanri  Qara  xan  torpağa  «böyü!»  deyə  buyurdu.  Torpaq böyüyüb 

dünya  oldu.  Lakin  kişinin  ağzinda  saxladiği  torpaq  da  böyüyüb  onu  boğmağa  başladi.  Qara  xan  ona 

«tüpür!» deməsəydi, boğulub öləcəkdi.

Tanri  Qara  xan  dümdüz  bir  dünya  yaratmişdi,  lakin  kişi  tüpürəndə  ağzindan  çixan  torpaq 

bataqliqlar,  təpələr  əmələ  gətirdi.  Hirslənən  Qara  xan itaətsiz  kişiyə  «Erlik»  (şeytan)  adini  verib  özünün 

işiqli  dünyasindan  qovdu.  Sonra  yerdə  doqquz  budaqli  bir  ağac  bitirdi,  hər  budağin  altinda  bir  adam 

yaratdi ki,bunlar doqquz insan irqinin atalari oldular.

Erlik insanlarin gözəlliyini,  xoş həyatini  görüb Tanri  Qara xandan xahiş etdi  ki, həmin insanlari 

onun ixtiyarina versin.  Qara xan vermədi.  Lakin Erlik istəyindən dönmədi,  insanlari  öz tərəfinə  çəkməyə 

başladi.  Qara  xan  insanlarin  ağilsizliğini,  Erliyə  aldanmalarini  görüb  aciqlandi  və  onlari  öz  başlarina 

buraxdi. Erliyi isə  yer altindaki qaranliq dünyanin üçüncü qatina qovdu.  Özü isə göyün on yeddinci qatini 

yaradib oraya çəkildi. Mələklərindən birini insanlari qorumaq üçün yer üzünə göndərdi.

Erlik Tanri  Qara xanin  qərar tutduğu  gözəl  göyü  görüb  ondan icazə  istədi  ki,  özü  üçün bir  göy 

yaratsin.  İcazə  alib  yaratdi  və  aldatdiği  şər  ruhlari  öz  göyündə  yerləşdirdi.  Lakin  Qara  xan  görəndə  ki, 

Erliyin təbəəsi onunkundan daha yaxşi yaşayir, mələklərindən birini göndərib həmin göyü dağitdirdi.  Göy 

yixilib  dünyaya  düşdü,  dağlar,  dərələr,  ormanlar  meydana  gəldi.  Və  aciqlanmiş  Tanri  Qara  xan  Erliyi 

yerin ən aşaği qatina sürdü.  Buyurdu ki, bu günəşsiz,  aysiz, ulduzsuz yerdə dünyanin sonuna qədər qalsin.

Tanri  Qara  xan  göyün  on  yeddinci  qatinda  oturub  kainati  idarə  etməkdədir.  Ondan  biq  qat 

aşağida  Bay  Ülgen  Altun  dağda  qizil  bir  taxt  üstündə  oturub.  Göyün  yeddinci  qatinda  Gün  Ana,  altinci 

qatinda Ay ata oturmuşdur»1

Göründüyü  kimi,  Tanri  Qara  xanin  ilkinliyi,  yaradici  funksiyasi  qədim  türk  epos  ənənəsinin 

təməl  daşi  kimi  mövcuddur  və  bu  təşəkkül  sistemi  insan-materiya,  əcdad-torpaq  paralelləri  ilə  bağlidir. 

Xaosla birgə  mövcud  olmasi  Tanri  Qara  xani  ilk əcdad  müstəvisində  göstərə  bilir  və  Tanri  epiteti  onun 

əcdadliq  funksiyasini  kölgədə  qoymur.  Tanri  olan  Qara  xan  kosmosu  yaratmaqla  fövqəladə  qüdrət 

sahibini, ilkin varliq olaraq ən ulu əcdadi şərtləndirir.

1. 

Qeyd edək ki,  «Oğuz  Kağan» dastaninda Oğuz xanin ilkin əcdad prizmasinda görünüşü,2



onun  türk  qövmünü  himayə  etməsi,  ayri-ayri  türk  birliklərinə  ad  verməsi  və  türk  dövlətini  bəladan 

qurtarmasi  ilə  izah olunur.  İlk diqqəti  cəlb  edən budur  ki,  Oğuzun  doğuluşu  möcüzəli  yolla baş  verir,  o, 

göy  üzündən  enən  şua  ilə  birgə doğulur.  Bu  fakt  isə,  yəni Oğuzun  göy  mənşəli  olmasi məhz  əcdad

kultunu  ehtiva  edən  elementdir.  Bu  baximdan  paremioloq  alim  A.Xəlilin  fikri  göstərdiyimiz  arqumenti 

tamamlayir. 

Tədqiqatçiya  görə «ağaca,  dağa və  göyə Tanri  deyilməsi  yayvari gəlişmə  ilə  Tanriçiliğa

qovuşmuş  və  onunla  çulğaşmiş  əski  əcdad  kultunun  elementləridir».3  Aydin  olur  ki,  epik  ənənədə  işiq, 

şüa  şəklində  yerə  enən  mifik  obrazlar  göy  oğlu  adina  sahib  ola  bilirlər.  «Koroğlu»  eposunun  özbək 

variantinda  Koroğlunun  özünü  «göy  elçisi»  adlandirmasi  da  bu  qəbildəndir.  Bununla  bağli  C.Bəydili 

yazir  ki,  gün  işiğindan  anasinin  boyuna  düşməyi  də  onun  əslinin  göylərdə  olduğunun  bir  nişani  kmi

1 N. Atsiz, Türk Edebiyati Tarihi, İstanbul 1943, s.43.

2 Oğuznamələr, Tərtibçilər və ön sözün müəllifləri: K. Vəliyev, F. Uğurlu, Baki 1993, s. 10.

3 Ağaverdi Xəlil, Mahmud Kaşqarlının «Türk dillərinin divanı kitabı»nda ədəbi mətnlər, Baki 2001, s.  153.

96



Türk Epos Ənənəsində Əcdad Kultu

yozula bilər.4  «Oğuz»  dastanından bəlli  olur  ki,  Oğuzun  altı  oğlundan üçü  göymənşəlidir  və  bütövlükdə 

onun altı  oğlu  (Gün,  Ay,  Ulduz,  Göy,  Dağ,  Dəniz)  nizamlı  kainat (dünya)  yaradır və  Oğuz xarnn bölgüsü 

ilə  bozoklar  və  üçoklar  adı  altında  böyük  türk  elinin  idarəçilərinə  çevrilirlər.  Bu  təyinatda  Oğuz  xarnn 

hami  ruh  qismində  iştirakı  türklərdəki  patriarxal  ailə  münasibətlərini  göstərməklə  yanaşı,  sonradan 

kultlaşacaq  Gün,  Ay,  Ulduz  və  başqa  varlıqların  ilkin  mənşəyini  də  müəyyənləşdirir.  Kainatı,  dünyanı 

yaradan  obrazların  ulu,  ilkin  əcdadı  kimi  Oğuz  xan  göy  qızı  və  yer  qızına  evlənməklə  türk  dünya 

modelinin qurucusu olur.

Oğuzu ilkin əcdad müstəvisində təqdim edən əsas mifoloji element buynuzdur.  Oğuzun orta çağ 

miniatürlərində  buynuzlu  təsvir  edilməsi  də  əcdad,  hökmdar  obrazırnn  mifik  variantım  səciyyələndirir. 

İkibuynuzlu  əcdad  -   Oğuz,  bu  baxımdan  özünün  göy  oğlu  və  ilkin  şaman  kimi  rolunu  büruzə  verir.  F. 

Bayat yazır ki, türk mədəniyyətində İslamın qəbulundan sonra mədəniyyətin bir sıra məsələləri islam-türk 

mədəniyyəti amilinə çevrildiyindən buynuz da alınıb şərq, həm də türk folklorunun mərkəzi obrazlarından 

biri  olan  İsgəndərə  verildi.5  Bizim  fikrimizcə,  nəzərdən  qaçırmaq  olmaz  ki,  Göy  oğlunun  başlıca 

atributlarından biri  olan buynuzun  İsgəndərə  transformasiyasından  öncə  bu  ənənə  Umay,  Erlik, jalmauz, 

div,  dağ  ruhu  və  digər mifoloji  varlıqların timsalında mövcud idi.  Buryat,  hun,  oğuz  mənbələri buynuzlu 

əcdadların  mənşəyini,  missiyasını  əhatəli  kontekstdə  göstərir.  Buryatların  öz  əcdadlarım  Bukanoyon 

adlandırıb  onu  Tanrı  oğlu  hesab  etmələri,6  qədim  şumerlərin  möhürlərindəki  öküz-adam7  təsvirinin 

olması  da  buynuzlu  əcdadların  qədim türk  etnik  mədəniyyətində  hansı  yerə  sahib  olduqlarına  işıq  salır. 

Bu radiusdan görünür ki,  əski  türk etnik mədəniyyətindəki  buynuzlu  əcdadların aparcı  rolu tam fərqli  bir 

əcdad  xarakterini  formalaşdırmış,  bu  xarakterin  ilk  variantı  türk  mifologiyasında  mövcud  olmuş  və 

sonradan qeyri-türk mənşəli xalqlar bu əcdad obrazına sahib çıxmışlar.

İlkin  əcdad  və  mədəni  qəhrəman  sferasında görünün mifik varlıqlardan biri  də  Ər  Soqotohdur. 

Yakut miflərində  göy oğlu kimi  səciyyə  daşıyan bu varlıq Elley adı ilə  də bilinir.  Yakut olonxoları ehtiva 

edir  ki,  Ər  Soqotoh  sadəcə  bir  qəhrəman,  qımız  içmə  mərasiminin  (ısıax)  təsisçisi,  icraçısı  deyil,  yer 

üzündəki  ilk insan olmuşdur.8  İlk insan müəyyən  mifik zaman daxilində  ilkin əcdadla eyniləşir ki,  bu  da 

mikrokosmla  makrokosm  arasında  yaranan  uyğunluqla  bağlıdır.  Belə  bir  inanc  var:  ilkin  əcdadlar 

öldükdən sonra hansısa təbii  varlığa,  yaxud hami ruha çevrilə bilirlər.  Görünür ki, ilkin əcdadların ölümü 

inisiasiya  aktındakı  simvolik  ölümdür 

və bu  prosesin iştirakçısı  həm  cismən təzələnir,  həm də  ruhən

yenidən qurulur.

Bir  daha  Oğuz  dastanına  nəzər  yetirərək  qeyd  edək  ki,  Oğuzun  əcdad  kompleksində  təqdimi 

onun  qaranlıq  dünyaya  səfəri  zamanı  əhatəli  və  mifik  radiusda  görünür.  Bu  müstəvidə  Oğuzun  xaosla 

bağlılığı  vardır:  «Bədəninin hər  yeri  sıx  tüklə  örtülmüşdü».9  Oğuz  obrazırnn bu tüklülüyü  ilkin  əcdadlıq 

funksiyasından  gəlməklə  Oğuzu  mifoloji  varlıq  statusunda  göstərən  faktdır.  Ümumiyyətlə,  tüklülüyün 

mifoloji açımı ilkinlik və qeyri-adi güc ilə bağlıdır.

«Bilqamıs» dastarnnda Bilqamıs və Enkidunun, yakutların hami meşə ruhu-əcdadı  sayılan Baay 

Bayanayın,  Altay  mətnlərində  Erlikin  bədənlərinin  sıx  tüklə  örtülü  olması  da  ilkinliyin  rəmzi  idi.  Bu 

tüklülüyü  həm də  «Koroğlu»  dastanımn  «Paris  nüsxəsi»ndə  Koroğlunun  şəxsində  görürük.  Koroğludakı 

tüklülük  elementi  Oğuzun  görkəminə  adekvat  olan  xtonik  keyfiyyətdir.  Oğuz  kimi  Koroğlu  da  xilaskar 

status  daşıyır,  hifzedici  obrazdır.  Və  ilkin  əcdada  uyğun  gələn  atributların  epos  ənənəsində  Koroğluda 

bərpası  mif dünyasından  qaynaqlanmış  cizgilərdir.  Bunu  Koroğlunun  mifik zamanla bağlı  olan  Goroğlu 

variantı təsdiqləyir.

Türkmən  «Goroğlu»sunda  Koroğlunun  ilkin  əcdadlığı  və  onun  dağ  ruhundan  doğuluşuna  aid 

işarələrin olması10  dastarnn Orta Asiya variantlarında geniş  şəkildə  əksini tapıb.  Bu variantların bəzisində 

obrazın  mənşəyi  ata-baba  ruhuna  bağlamr  ki,  bu  təzahür  şəkli  Azərbaycan  variantında  vardır.  Türkmən



4 Cəlal Bəydili, Türk mifoloji sözlüyü, Bakı 2003, s.  138.

5 F. Bayat, Oğuz Epik ənənəsi və «Oğuz Kağan» dastanı, Bakı 1993, s. 76.

6 Q. B. Ksenofontov, Xrestes. Şamanizm i Xristianstvo, İrkutsk 1929, s. 113.

7 V. K. Afanaseva, Qilqames i Enkidu, Epiçeskie obrazı v iskusstve, Moskva 1979, s. 25

8 N. Yemelyanov, Sujeti olonxo o rodonaçalnikax plemeni, Moskva 1990, s. 35.

9 Bayat, age, s.  124.

10 Qor-oqlı. Turkmenskiy Qeroiçeskiy Epos, Moskva 1983, s. 35.

97



Rövşən Əlizadə

«Koroğlu»sunda Koroğlunun gorda doğulması,  övliya Xızırın qoca görkəmində  gəlib əlini üç  dəfə uşağın 

kürəyinə  çəkməsi  sonrakı  mərhələdə  Koroğlunu  inisiasiya  aktından  keçirmək  üçün  başlanğıc  sayılır. 

Qəhrəmarnn  «Goroğlu»  adlanması  isə  o  biri  dünyadan,  yeraltı  ölülər  səltənətindən  (əcdadlar  aləmindən) 

gəlməsi  ilə  əlaqəlidir.  Koroğlunun  gorda doğulmağı  onun inisiasiya  aktında yenidən  dirilməsi  hadisəsini 

şərtləndirir.  «Koroğlu»nın  Azərbaycan  variantında  Koroğlu  özünü  qurda  bənzədir.  Bu  iki  obraz  etnik- 

mədəni  sistemin  qədim  laylarında  funksional  yaxınlıq  baxımından  bir-birini  əvəz  edə  bilirlər.  Semantik 

ölçüləri  hədsiz  olan  Koroğlu  bir  epos  qəhrəmam  olaraq  özündə  Boz  Qurd,  şaman,  mədəni  qəhrəman, 

trikster, dönərgə və başqa obrazları birləşdirir.

Əcdad  kultu  ilə  bağlı  elementlər  digər  bir  türk  dastarnnda  -   «Alp  Ər  Tonqa»da  mövcuddur. 

Dastan qəhrəmanı  Alp  Ər Tonqa haqqında tutarlı  bilgini  əsasən iki  mənbədən -  M.Kaşqarlının  «Divani- 

Lüğati-it-Türk»  və  Y.Balasaqunlunun  «Qutadqu  Bilig»  əsərindən  alırıq.  M.Kaşqarlının divarnndakı  9-10 

bəndlik ağı Alp Ər Tonqanı (yaxud Əfrasiyabı) mifik ulu əcdad kimi göstərir. Eləcə də Y.Balasaqunlunun 

«Qutadqu  Bilig»  əsərində  taciklərin  onu  Tonqa  Alp  Ər  adlandırması,  Ö.Xəyyamın  «Novruznamə»sində 

türklərin xeyli  sayda hikmətli  kəlam və  öyüdlərinin  Əfrasiyaba  aid edilməsi  ilə  bağlı  məlumatlar Alp  Ər 

Tonqanı  əcdad  müstəvisində  səciyyələndirir.  Sözügedən  mənbələrdən  Alp  Ər  Tonqa  ilə  bağlı  bərpa 

etdiyimiz dastan mətnini aşağıdakı kimi təqdim edirik:

Miladdan əvvəl VII yüzillikdə bütün türklərin fövqəladə gücə malik olan tək atası Alp Ər Tonqa 

idi.  Həmin zaman kəsiyində  öz öndərliyi ilə  saka türklərini  (iskitləri)  qəhrəman döyüşçülər halına gətirən 

Alp  Ər  Tonqanın  atası  Reşenq  Xaqan  da  İran  hökmdarları  ilə  uzun  müddət  müharibələr  aparmış  və 

farsların törətdikləri  əməllər  müqabilində  müəyyən  qənaətə  gələrək belə  qərar  vermişdir:  «Bu  iranlıların 

bizə  etmədiyi  pislik  yoxdur.  İndi  Türkün  öc  almaq  zamanı  gəlmişdir!»  Reşenq  Xaqan  öldükdən  sonra 

Turan taxtına çıxan Alp  Ər Tonqa «Aslanlarla belə  çarpışacaq qədər gücüm var və  İrandan öc  alacağam» 

deyə  savaşa  başlayır.  Farsların  genişlənmək,  yayılmaq  istəklərini  önləməyi  bacaran  Alp  Ər  Tonqanın 

yüksək  zəkası,  yenilməz  gücü  farsları  çıxılmaz  duruma  düşürür.  Alp  Ər  Tonqarnn  ordusu  İran  üzərinə 

yürüyərək  Dehistan  bölgəsində  farslara  ağır  zərbə  vurur.  Meydan  ölən  farsların  cəsədləri  ilə  doludur  və 

farsların padşahı  geri  çəkilib  Dehistan qalasına  sığınır.  Ancaq Alp  Ər Tonqa qalanı  mühasirəyə  alıb  İran 

padşahını  əsir  edir.  Bundan  sonra  İrana bağlı  Kabil  ölkəsinin  qəhrəmanlığı  ilə  məşhur  olan  padşahı  Zal 

farsların köməyinə  gəlir.  Alp  Ər Tonqa çox qəzəblənir və  əsir  İran padşahını  öldürtdürür.  Alp  Ər Tonqa 

yenə  qalibdir  və  Rey  şəhərinə  gedərək  İran  tacını  taxmışdır.  Farslar  ölən  padşahlarırnn  yerinə  Zevi 

hakimiyyətə  gətirirlər.  İki  ordu  yenə  üz-üzə  gəlir.  Bu  dəfəki  müharibə  dönəmində  hər  iki  ölkədə  ərzaq 

qıtlığı olur.  «Savaş və qıtlıq insanlığı məhv etməsin» deyə onlar barışırlar.  İranın şimal əyalətləri Turanın 

olur.  İran  padşahı  Zev  ölüncə  barış  yenə  pozulur  və  Alp  Ər  Tonqa  təkrar  hücuma  keçir.  Qanlı 

müharibədən  sonra  yenə  barış  imzalandı.  İran  padşahı  indi  Keykavusdur.  Alp  Ər  Tonqa  farslara heç  bir 

nəfəs  aldırmır.  Farslar  bu  böyük  türk  xarnndan  qurtarmağın  yollarım  düşünməyə  başladılar.  Bütün 

müharibələrdə  məğlub  olmaları buna gətirib  çıxarmışdı.  Beləliklə, türkün bütün çağlarda fəlakətinə  səbəb 

olan fitnə, tələ  və hiylə bu dəfə  də farsların əlində  vasitəyə  çevrilir.  Onlar Alp  Ər Tonqanı miladdan öncə 

624-cü ildə hiylə ilə öldürürlər.  100 il  sonra saka türklərinin içərisində Tomris (Dəmir iz) Xatun bir günəş 

kimi  doğur.  Bu günəş  Alp Ər Tonqanın soyundan idi.  Buyruğu  altındakı  sakalarla türkün ədəbi həyatında 

bir  fırtına  kimi  əsən  Tomris  Xatın  babasının  qanını  yerdə  qoymur  və  farsların  şahı  Keyxosrovu  döyüş 

meydanında türkə  yaraşan bir igidliklə  öldürür.  Türk xalqları  isə  Ajun  (Dünya)  kağanı  Alp  Ər  Tonqarnn 

xatirəsini dastanlaşdırıb ölmünün acısını unutmurlar.

Alp Ər Tonqa öldimü

İciz ajun qaldımu

Özlək öçin aldımu

Emdi yürək yırtılur.11

Tarixi  mənbələrin  verdiyi  informasiyalardan  aydın  olur  ki,  Qaraxanlılar  və  Səlcuqilər  də 

özlərinin  soyunu  Alp  Ər  Tonqarnn  adına bağlamışlar.  Y.Balasaqunlu  «Qutadqu  Bilig»ndə  yazır  ki,  Alp

11 B. Atalay, Divanü Luqati it-Türk, Ankara 1992, s. 41.

98



Türk Epos Ənənəsində Əcdad Kultu

Ər  Tonqaya  Əfrasiyab  da  deyirdilər.  «Türk  bəyləri  arasında  adı  bilgəli  Tonqa  Alp  Ər  idi.  O  biligi  ilə 

tanımrdı,  biligi  güclü,  hünərləri  çox,  ağılı  ilə  dünyada  tək  idi.  Taciklər  ona  Əfrasiyab  deyirdilər.  Bu 

Əfrasiyab  ellərini  zənginləşdirdi».12  Qeyd  edək  ki,  fars  mənşəli  taciklər  təsadüfi  olaraq  Alp  Ər  Tonqanı 

Əfrasiyab  adlandırmamışlar.  Qədim farslar,  şər,  pişik ilahələrinə  belə  müraciət edirdilər.  Farslar  Alp  Ər 

Tonqadan çox  qorxduqları üçün onu  şər tanrısına bənzətmişdilər.  Əfrasiyabın türk əsilli  olmasım  bir  çox 

erkən qaynaqlar təsdiqləyir.  Ət-Təbəridə,  əl-Birunidə,  İdn Xəldunda onun genealogiyası  məhz Yafəs  oğlu 

Türkün adı ilə bağlanmışdır.13

«Kitabi-Dədə  Qorqud»  eposunda  əcdad  kultu.  «Dədə  Qorqud»  eposunun  əcdad  kultu 

kompleksində  ilk diqqəti  cəlb  edən  obrazı  Qorqud  Atadır.  Arxaik  strukturunu  qoruyub  saxlamış  obraz  kimi 

Qorqud Ata eposun müqəddimə  və  boylarında həm bir övliya,  həm də ulu əcdad olaraq əksini tapıb.  Eposun 

oxunuşu  zamanı  aydın  görünür  ki,  Qorqud  Ata  funksional  baxımdan  bir  çox  mifoloji  varlıqlara  (Boz  qurd, 

Xızır,  Uluq  Türük,  Domrul  və  s.)  yaxınlaşmış,  mərasim  hamisinə  xas  özəllikləri  daşımış  və  eyni  zamanda 

mədəni qəhrəmana aid edilən cizgilərə də  sahib olmuşdur.  Diqqəti cəlb edən başlıca elementlərdən biri budur 

ki, Qorqud Ata mərasim hamisi obrazında çıxış edərək əcdadlar dünyasına, yaxud axirət aləminə bağlanır. Bu 

bağlantı  Qorqudun  möcüzəli  yolla  dünyaya  gəlişini,  yaşamını  və  ölümünü  açıq  şəkildə  təqdim edir.  Eposun 

müqəddimə hissəsindən oxuyuruq:  «Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından,  Qorqut ata deyərlər, 

bir  ər  qopdı.  Oğuzun ol  kişi  tamam bilicisiydi.  Nə  dersə,  olurdu.  Qayibdən dürlü  xəbər  söylərdi.  Haq  Taala 

anın könlünə ilham edərdi».14 Qorqud Atanın «Kitab»da bu cür təqdimatı əcdad ruhuna məxsus abstrakt kodu 

və  şamanlıq-övliyalıq sintezindəki mifik mahiyyəti üzə çıxarır.  Bu prizmadan baxdığımızda Qorqudun «Ata» 

kimi  funksiyasını,  «Ata»  adının  «o  dünya»  ilə  əlaqəsini  və  əcdad  haqda  təsəvvürləri  də  müəyyənləşdirmək 

mümkün  olur.  Nəzər  yetirdiyimiz  mifoloji  qəlibdən  aydınlaşır  ki,  Atanın  qoruyucu  ruh  kimi  daşıdığı  dəyər 

inisiasiya aktında iştirak edən əcdad ruhunun funksiyasına adekvatdır.  Və  mərasim hamisi, ulu əcdad,  mədəni 

qəhrəman timsalında görünün Qorqud Ata, ümumtürk xarakterini özündə əks etdirən digər obrazlarla (Qırğız 

Ata, İrkıl Ata və s.) eyni semantik cərgədə dayanır.

Qeyd  edək  ki,  qoruyucu  ruh  sferasında  qəbul  edilmiş  Karlıq  Ata  da  qaraimlərin  dini-mifoloji 

görüşlərinə  uyğun  gələn  mifoloji  varlıq  statusunu  daşıyırdı.  Eləcə  də  xarəzmlərin  axırıncı  şiə  imamını 

Qaib  Ata,  teleutların  yeraltı  dünya hamisi  Krliki  «Atam»  deyə  adlandırmaları  əcdad  məfhumunun  qeyd 

aləmi  ilə  bağlantısım  təsbit  edir.  Qeyd  edək  ki,  qədim  türklərin  qohumluq  əlaqələri  heç  də  mürəkkəb 

deyildi.  Nəslin  bütün  üzvləri,  buraya  daxil  olan  hər  fərd,  bilvasitə  ata  mülkiyyətini  qoruyub  saxlamağa 

borclu idi.  Əcdad kultu qeyri-türk mənşəli xalqlarda da geniş  şəkildə  yayılmışdır.  Yunanlarda bazilevslər, 

yaponlarda  sintoist  səcdəgahlar  bu  qəbildəndir.  Yapon  mifologiyasını  geniş  şəkildə  tədqiq  etmiş 

Meşeryakov  yazır  ki,  VI-VIII  əsrlərdə  Yaponiyada  əcdadların  kult  olaraq  qorunması  faktı  mövcud  idi. 

Hər  nəslin  əcdadı  var idi.  Nəslin icraçısı  sayılan  əcdada böyük hörmət bəslənilirdi.15  Səcdəgah  adlarının 

analizi  təsdiq  edir  ki,  keçmişdə  onlar  mühüm  vəzifə  daşıyıcıları  hesab  olunurdular.  Nəsillərin  arasında 

gedən daimi rəqabət dövlətin formalaşma və inkişaf etmə prosesini müşayiət edərkən, nəsillərin səcdəgahı 

-   himayəçilərin  funksiyaları  yaddan  çıxıb,  ikinci  plana  keçirdi.  Bu  səbəbdən  nəslin  əmin-amanlığını 

qoruyan sintoist səcdəgahların böyük əksəriyyətinin çoxfunksiyalılığı  yaranmışdır.  Əgər nəsil  öz irsi işini 

icra etmirdisə,  onun  səcdəgahı  öz  əhəmiyyətini  itirmirdi  və  onun fəaliyyətində  heç  bir mühüm dəyişiklik 

nəzərə  çarpmırdı.  Bu  səbəbdən bizi  maraqlandıran  sintoizm səcdəgahlarının təsnifi  «dövrü  səcdəgahların 

funksiyaları ilə deyil, onlara sitayiş edənlərlə təyin edilməlidir» fikri ilə üst-üstə düşür.

Qazaxlar arasında dolaşan mifik rəvayətlərdən birində deyilir ki,  Qorqud pəri qızından,  digər bir 

variantda yer  altından çıxmış  divdən doğulub.  Prof.  Mirəli  Seyidov bu rəvayətlə bağlı  yazır ki,  Qorqutun 

anasırnn  alagözlü  div  qızı  olduğu  qənaətinə  gələn  əski  insan  bununla həm  də  Qorqutun  əcdadım  böyük 

tanrıya -  Ulu Toyuna,  div onqonuna bağlamışdır.16  Qorqudun  «alagözlü  div qızından»  doğulduğuna dair 

işarənin tədqiqatçının elmi təhlillərində  yer alması  Qorqud Atanı  Göy mənşəli obraz biçimində  də təqdim 

etmiş  olur.  Buradan  görünür  ki,  Qorqud  Atarnn  təsəvvürlərdə  real  varlıq  və  mistik  güc  kimi  iz  salması

12 R. R. Arat, Yusif Has Hacib Kutadqu Bilig, Ankara 1959, s. 31.

13 X. Koroqlı, “Alp Er Tonqa i Afrasiyab po Y.Balasaqini, M.Kaşqari i druqim avtoram”, Sovetskaya turkoloqiya, S. 4,  1970, s. 

28.


14 Kitabi-Dədə Qorqud, Əsil və sadələşdirilmiş mətnlər, Bakı, 2004, s.  19.

15 A. N. Meşerəkov, Drevnyaya Japoniya. Buddizm i sintoizm, Moskva 1987, s. 45.

16 Mirəli Seyidov, Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı 1983, s. 177.

99



Rövşən Əlizadə

onun  şəcərə  və  əfsanələrdə  müxtəlif şəkillərdə  təsvirinə  gətirib  çixarmişdir.  Prof.  Füzuli  Bayat  yazir  ki, 

Azərbaycandan  toplanmiş  bir  əfsanədə  diqqət  çəkən  yön,  Qorqudun  atasinin,  Nuh  peyğəmbərin  oğlu 

Yafəsin  oğlu  Türk  olduğu  qeydinin  tapilmasidir.  Onun  fikrincə,  Qorqudun  Nuhun  nəvəsi  olmasi,  bu 

mifoloji tipi əcdad kultu ilə bağlayir.17 Ümumiyyətlə, Nuh soyundan gələn Türkün adi əksər mətnlərdə ilk 

əcdad  kimi  qeyd  edilir.  A.Acalov  yazir  ki,  türk kosmosunun  formalaşmasinda önəmli  rol  oynayan  Oğuz 

xan,  Qorqud  ata,  Boz  Qurd,  Koroğlu,  Elley,  Ulu  Türk,  Xidir  və  başqalari  bəzən  mifoloji  prosesin  fəal 

iştirakçisi,  bəzən  də  mədəni  qəhrəman  statusunda təqdim  edilir.18  Vurğulamağa  gərək var  ki,  başqurdlar 

öz mərasim nəğmələrində  Qorqudu bir sehrkar kimi tərənnüm etmiş,  onun yaman ruhlari qovmaq gücünə 

sahib  olduğuna  diqqət  çəkmişlər.  Qorqud  Atanin  fəlakətlərdən  hifzetmə  qüdrətinə  inanmiş  baxişlar  isə 

«ölü  desəm,  ölü  eməs,  tiri  desəm,  tiri  eməs,  Ata  Qorqud övliya»  deyir19  və  bu ulu  varliği  əcdad ruhunun 

daşiyicisi  kimi  görürdülər.  Qorqud  Atani  «böyük  ilham  sahibi»  deyə  yad  etmiş  Ə.Nəvai  türk  xalqi 

arasinda  məşhur  olan  bu  atanin,  olacaqlari  öncədən  xəbər  verdiyinə  işarə  edərək  Qorqud  Ata  adli  bir 

övliyanin  varliğindan  bəhs  etmişdir.  Ümumiyyətlə,  «qədim türklərin ikinci  inanc  sistemi  Atalar  kultu»20 

ciddi  fakt  olaraq  «Dədə  Qorqud»  eposunda  əks  edilmiş  əcdad  tipi  ilə  üzvi  bir  şəkildə  bağlanir.  Və  bu 

kontekstdə əcdada aid paradiqmatik məlumatlar problemin incələnməsinə imkan verir.

Qorqud  Atanin  «Kitab»da  əksini  tapmiş  qeybdən  xəbər  verməsi,  ad  qoymasi,  boy  boylayib,  soy 

soylamasi  onu  Oğuz  elinin başbiləni  statusunda  səciyyələndirir.  Digər  tərəfdən  Qorqudun  eposda  övliya  və 

təbib  funksiyasini  yerinə  yetirməsi  (Dəli  Qarcarin  əlini  qurudub  sonra  sağaltmasi),  darda  qalan  Oğuz  elinin 

imdadina  çatmasi  (Təpəgözü  müəyyən  qədər  ram  etməsi)  kimi  icraçiliği  əcdad  ruhunun  yardimçi 

semantikasina uyğun gələn cəhətlərdir. Qeyd edək ki, Qorqud Atanin eposda Dədə adi ilə işarələnməsi yenə də 

əcdad  ruhunu  və  övliya  məzmununu  daşiyan  hadisə  qavraminda  görünür.  Folklorşünas  alim  M.  Cəfərli 

Qorqud adina qoşulmuş  sözlərlə bağli yazir ki, qorqud adini müşayiət edən hər iki söz -  ad (Dədə -  Ata) eyni 

məzmunlu  olub,  Dədə  Qorqudun  hami  funksiyasini  açiq  şəkildə  büruzə  verir.  tədqiqatçinin  sözlərinə  görə, 

ataliq,  yaxud  dədəlik  əcdadlarla,  əcdad  ruhlarla  bağliliq  deməkdir.21  Məsələyə  bu  cür  yanaşma  müqəddəs 

hesab  edilən  övliyalarin,  ozanlann,  qamlarin  «ata»  adi  ilə  təqdim  edilməsinə  tam  aydinliq  gətirir.  Məsələn, 

türklər arasinda sufiliyin geniş yayilmasi ilə  şeyxlərə, hikmət və kəramət sahibi övliya dərvişlərə də  «Ata» adi 

verilmişdir. Mənsur Ata, Zəngi Ata, Hakim Süleyman Ata, Çoban Ata, Seyid Ata, Dana Ata və s. tipli adlar bu 

siradandir.

Qorqud  Atanin  ölümdənqaçma  motivi  ilə  bağli  olmasina  dair  yetərli  qədər  mifoloji  fakt  var. 

Əfsanələrin  dəyişik  variantlarinda  Qorqud  ağsaqqal,  qopuzu  yaradan  şaman  olaraq  göstərilir.  Belə  bir 

təyinat  Qorqudu  həm  mədəni  qəhrəman,  demiurq  qismində  təqdim  edir,  həm  də  onu  Altay  miflərindəki 

şaman Erliklə eyni  funksiyanin (qopuzu  şeytanlarin yardimi ilə  düzəltməsi)  daşiyicisi  kimi  göstərir.  Qeyd 

edək ki,  «Dədə  Qorqud» eposunda şaman tipində  funksiya yerinə  yetirən digər bir obraz Bayindir xandir. 

Bunu onun adindaki  «bay»  sözü və  atasinin Qam (şaman)  olmasi  da təsdiqləyir.22  Bu baximdan Bayindir 

xanin  sakral  rituallari  yönləndirməsi,  Qalin  Oğuz  elinə  nəzarət  etməsi,  eləcə  də  eposda  əksini  tapmiş 

«Bayindir  xanin  ağ  meydaninda»,  «Bayindir  xanin  yağisini  basan»  tipli  formullar  hakim-şaman 

funksiyasina  uyğun  detallardir.  Və  Qorqud  Ata  ilə  Bayindir  xanin  ata-qam  laylarinda  işarələnməsi  bu 

obrazlarin  eposdan  görünən  əcdadliq  statusundan  qaynaqlanir.  Folklorşünas  alim  Hüseyn  İsmayilov  ata 

adinin  mahiyyətinə  dair  yazir:  «Öncə  bu  ad  əcdad  kultunun  işarəsidir.  İcma  başçisidir.  Sonra  şaman- 

kahindir:  qam  ata».23  Məsələ  burasindadir  ki,  gələcəkdən  xəbərvermə,  təbiblik,  nəsil  artimini  təmin 

etmək,  kahinlik  kimi  keyfiyyətlərin  Qorqud  Atanin  və  Bayindir  xanin  icraçiliğinda  cəmləşməsi  bu  iki 

obrazi  özəl  biçimdə  -   əcdadlar  kompleksində  büruzə  verir.  Mifoloq  alim  Seyfəddin  Rzasoy  eposda  fəal 

obraz  kimi  yer  tutmuş  Beyrəyi  də  Qorqudla  eyni  sirada  görərək  yazir  ki,  qam-şamanliq  Beyrəyi  Dədə 

Qorqudla  eyni  funksional  siraya  qoymuş  olur.  Beyrək  sonuncu  boy  süjetində  Qorqudun  Qalin  Oğuz 

kosmosu kontekstində  yerinə  yetirdiyi işi  görür.24 Göründüyü kimi, tədqiqatçilarin çox hissəsi  şamanlarin

17 Füzuli Bayat, Korkut Ata Mifolojiden gerçəkliye Dedi Korkut, Ankara 2003, s. 7.

18 Arif Acalov, Mifologiya. Azərbaycan ədəbiyyatı tarixi, Baki 2004, s. 58.

19 V.V. Radlov, Obrazı narodnoy literature turkskix plemen, T. III, Sp,  1870, s. 47.

20 Rəfik Özdək, Türkün qızıl kitabı, Baki 1992, s.  12.

21 Məhərrəm Cəfərli, Dastan və mif, Baki 2001, s. 80.

22 Seyidov, age, s. 57.

23 Hüseyn İsmayilov, Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri, Baki 2002, s. 16.

24 Seyfəddin Rzasoy, Oğuz mifinin paradiqmaları, Baki 2004, s. 76.

100



Türk Epos Ənənəsində Əcdad Kultu

fərqli  xüsusiyyətlər  daşıdığım  qeyd  edirlər.  Şamanların  adi  bir  tərzdə  fəaliyyətinə  önəm  verən 

araşdırıcıların  bir  qismi  əfsanələrə  istinadən  bildirirlər  ki,  onlar  dəli-cinli  olan  adamları  acıqlı  ruhların 

cəngindən qurtara bilir.  C.Bəydili qeyd edir ki, qədim türk çağında «şaman» anlamında həm «ilvici», həm 

də  «kam»  adırnn  varlığı  burada  şamanların  dəyişik  səciyyəli  olduğunu  göstərir.  Tədqiqatçı  alim  daha 

sonra  yazır:  «Tanrıçılıq  mərasimini  icra  eləyən  tayfa  ağsaqqallarından  da  onu  fərqləndirərdilər.  Belə  ki, 

Tanrıya  verilən  kütləvi  qurban  mərasimlərinə  şamanlary  axın  burazılmırdılar.  Çünki  ruhlar  aləmi  ilə 

bağlı  olan şaman  eləcə  də 

xtonik aləmin  gücləri  ilə  əlaqələndirilirdi».25 Bu  fikirlər  şamarnn  türk

sosiumunda  hansı  yeri  tutduğuna  dair  yazılıb.  Qeyd  etməyə  gərək  var  ki,  qədim  türklərin  qohumluq 

əlaqələrinin mürəkkəb  olmaması  şaman-kahin paralellərinin məhz bu  yönümlü təhlil  müstəvilərindən yer 

almasım şərtləndirmişdir.

Eposda ulu əcdad statusunda görünən və yol göstərici, hami funksiyalarını icra edən obrazlardan 

biri də Boz Qurddur.

Məlumdur  ki,  qədim  türklərin inam  sistemində  Boz  qurd  öncül  rəmz  kimi  dəyər  qazanıb  və  epik- 

mifoloji düşüncədə türklərin atası (əcdad kultunun daşıyıcısı) olaraq şifrələnibdir.  Araşdırmalar nəticəsində  o də 

aydın olub ki, hunlann və göytürklərin sakral əcdadı sayılan Boz qurd oğuz türklərimn də qoruyucusu və hamisi 

statusunu daşımışdır. Eposun ikinci boyunda Boz Qurdun Qazanla rastlaşması hadisəsi bu obrazın əcdad-xilaskar 

semantikasının olduğunu bəlli edir.  Qazan xanın Boz Qurddan yurdunu xəbər alması, ona əcdadı kimi üz tutması 

bu baxımdan fikrimizə əsaslı sübut sayıla bilər:

Ordumun xəbərin bilürmisin, degil mana!

Qara başım qurban olsun, qurdum,  sana!26

Boz Qurda ünvanlanmış bu müraciət Qazan xanın öz əcdadına bütün varlığı ilə tapındığım,  Boz 

qurdu bəlalardan qurtaran güc olaraq gördüyünü təsdiqləyir.

Qeyd  edilən  kontekstdə  yanaşma  «Dədə  Qorqud  kitabındakı»  Boz  qurd  obrazının  müxtəlif 

funksiyalarını  aşkarlamağa  imkan  verir.  eposun  zaman  arealı  və  funksional  missiyası  ilə  bağlı  konkret 

qənaətlərə  gəlməyə  şərait  yaradır.  Sözügedən  boyda  Salur  Qazanın  qurda  müraciətində  «Qaranqu  axşam 

olanda  güni  doğan»27  formulu  (ifadəsi)  qurdun  mifoloji  obraz  kimi  funksional  hərəkət  sxemi  və  həmin 

hərəkətin  zaman  strukturu  ilə  bağlı  dəyərli  bilgi  kimi  diqqəti  cəlb  edir.  Məhz  bu  zaman  kəsiyi  Boz  qurdun 

hərəkət fəallığının zaman işarəsi kimi üzə  çıxır. Eyni  zamanda,  Boz qurdun göy işıqla əlaqəsini  aydınlaşdıran 

detaldan da eposun bu boyunda bəhs olunmuşdur:  işıq içində  göy üzündən enmiş  qurd,  parlaq şəkildə  yalnız 

axşam vaxtı, qaranlıq çökən zaman gözə görünə bilər.

Eposda  qurdun  funksional  strukturunun  Salur  Qazan  tərəfindən  bəyanlanması  onun  qurda 

müraciətində xüsusi təhkiyə formulu üzrə davam edir:

Qar ilə yağmur yaqanda ər kimi duran.. ,28

Qazanın qurda ikinci  müraciəti Boz qurd-Oğuz münasibətlərinin mifoloji  semantikasını üzə çıxarır. 

Məhz  Oğuz-qurd  münasibətlərinin  arxaik  semantikasının  araşdırılması  Oğuzun  obrazında  qurd  obrazına 

məxsus  mifoloji  cizgiləri  təsdiqləyir.  «Dədə  Qorqud  kitabı»ndakı  qurdun  Salur  Qazan  tərəfindən  «ər» 

adlanması  faktı  Oğuzun  funksiyasının  qurdun  funksiyasından  fərqlənmədiyini  göstərir.  Hər  iki  obraz  «Ər» 

semantemində  birləşir.  Bu halda  «Ər»  semantemi  Oğuz  və  Bozqurd  obrazlarının törəmə  başlanğıcı  kimi  də 

çıxış edir. Qeyd edilən məqam digər mifik qatlara da işıq salır.

Bəlli  olduğu  kimi,  «Oğuz  Kağan»  dastarnnda  qurdu  yalnız  Oğuz  görür.  Və  bu  detal  da  dolayı 

yolla  «Dədə  Qorqud kitabı»na transformasiya olunub.  Eposdakı  ərənlər içərisində  yalnız  Qazarnn qurdla 

rastlaşması  Oğuz-qurd  təmasından  gəlməklə  sözügedən  əlaqənin  ilkin  semantikasını  ortaya  qoymuşdur: 

Oğuz-Boz  qurd  mifik  münasibətləri  Qazan-qurd  epik  münasibətlərində  paradiqmalaşmışdır.  Bu  halda

25 Xəlil, age, s. 332.

26 Kitabi-Dədə Qorqud, s. 41.

27 Age, s. 41.

28 Age, s. 41.

101



Rövşən Əlizadə

Qazan-qurd epik münasibətləri bizə  Oğuz-Bozqurd mifik münasibətlərinin «detallarını»  aşkarlamaq üçün 

etibarlı material verir.

Qazarnn qurda üçüncü müraciəti də mifik təfəkkürdəki elementləri qabardır:

Qaraquç  atları gördügində kişnəşdirən...29

Bu  müraciət  variantı  da  türk  xalqlarının  inamlarındakı  epizodları  xatırladır.  Əski  türklər 

inanırdılar  ki,  qəhrəmanların  atları  Günəşdən  gəlir30  və  «Dədə  Qorqud  kitabı»nda  qurdun  atla  qarşı- 

qarşıya qoyulması göy üzündən enmiş varlıqların (atın və qurdun) mifik-kosmik bağlantılarım əks etdirir.

Eposda  Salur  Qazarnn  qurda  müraciətində  onu  «Ağca  qoyun  gördügində  quyruq  çırpub 

qamçulayan»31  deyimi  ilə  səciyyələndirməsi  də  mifoloji  semantikaya  malikdir.  Qeyd  edək  ki,  «Dədə 

Qorqud  kitabı»nda  Salur  Qazarnn  qurdla  rastlaşması  faktı  təsadüfi  motiv  deyil,  həm  də  böhranlı  zaman 

kontekstində  baş  verən  hadisədir.  Salur  Qazarnn  evinin  yağılar  tərəfindən  talanması,  ailəsinin  əsir 

düşməsi  bir  növ  qurdun  peyda  olmasına  zəmin  hazırlayır  və  qurd  Salur  Qazana  rast  gəlir.  Sonrakı 

mərhələdə  Qazarnn oğuzlarla birgə  düşmən üzərində qələbə çalması məhz Boz qurdu uğur müjdəçisi kimi 

yada salır.

Bəllidir  ki,  Boz qurdun qiyamət günü türkləri  xilas  edəcəyi  ilə  bağlı  əski bir inam möscuddur və  bu 

inam türk qəhrəmanlannın  dastan  obrazlannda  variasiya  olunub.  Bu  baxımdan,  «Dədə  Qorqud  kitabı»nda  öz 

əksini tapmış qurdun xilaskarlıq missiyası da onun digər funksiyalan qədər qabanq görünür.

Mifoloji  antalogiyalara  müraciət  edək.  Yakut  şamanlara  tanrı  oğlu  olan  qurdu  hörmətlə 

«Tanqara  yola»  (Tanrı  oğlu),  bəzi  variantlarda  «ayin  yola»  (bu  da  «Tanrı  oğlu»  deməkdir),  bəzən  də 

«tanqara  ıta»  (Tanrı  iti)  -   deyə  çağırırdılar.  Buryatlar  ağ  qurdu  göy  -   səma  itləri  adlandırırdılar. 

Buryatlara  görə,  ağ  qurdlar  ancaq  Tanrırnn  göstərişi  ilə  hərəkət  edirlər.  Onlar  başlarım  göyə  qaldırıb 

ulayanda Tanrıdan özlərinə  yemək istəyirlər.  Tanrı  da onlara yeməyin yerini,  rəngini  və  qədərini  bildirir. 

Buryatlar qoyuna qurd soxulanda bunu yaxşı əlamət kimi yozurdular.32

Azərbaycanda da  qurdun parçaladığı heyvanın murdar hesab edilməməsi yuxarıdakı  mifik cizgiləri 

təsdiqləyən faktdır. Bu, bilavasitə qurdun xilaskar obrazının xalq yaddaşında bərqərar olması ilə  bağlıdır. Saka 

türklərinin  dövründə  Oğuz-qurd  xilaskar  obrazının  türk  dövlətini  qurmaqda  rolu  məlumdur.  Şübhəsiz,  bu, 

Oğuzu dövlətin, hərbi  və  inzibati bölgünün yaradıcısı  kimi  görmək cəhdindən meydana çıxırdı.  Füzuli Bayat 

bu  barədə  yazır:  «Türk tayfalarında Boz  qurd,  əsasən,  əcdaddır  (məsələn,  ciğil,  yağma,  karluq tayfalannda). 

Göy Türklərdə əcdadlıq xilaskarlıq funksiyası ilə birləşib: əcdad-xilaskar şəklində rəsmiləşdirilib».33 Z. Toğan 

isə  yazır  ki,  oğuzlarda,  qıpçaqlarda  qurd  xilaskardır.34  Bahaeddin  Ögel  də  «türklərin  öz  simvolları  olan 

müqəddəs qurda «Kök-Börü», yəni Göy Kurt demələrinin səbəbi var. Kök, yəni göy, göyün rəngi olan mavilik 

idi»,  -   deyə  bu  məsələyə  diqqət  çəkmişdir.35  Tədqiqatçının  bu  təyinatı  qurdun  rəng  simvolikası  ilə  üzvi 

bağlılığını  göstərir.  Bəlli  olur  ki,  göy  rəngin  Tanrı  simvolu  olması  Boz  qurdun  yer  üzündəki  təmsilçilik 

missiyası  ilə  çarpazlaşan  faktdır.  Bununla  bağlı  «Köç»  dastanında  da  epizodlar  mövcuddur:  «Müqəddəs 

buyruğa əməl  edən xalq böyük bir  yurdu tərk edərək köçə  hazırlaşdı.  Yolu  düzəltdilər.  Durub  dayanmadan, 

yorulmaq bilmədən  getdilər,  getdilər.  Hara  getdiklərini, harda dayanacaqlarını  bilmirdilər.  Bu  zaman onların 

qarşısına  göy  tüklü,  göy  yallı  bir  qurd  çıxdı  və  onların  qabağına  düşdü.  Uyğurlar  da  qurdu  tanrının 

göndərdiyini başa düşüb  onun dalınca getdilər.  Qurd  gətirib  onları  dümdüz  ovalıq bir yerə  çıxardı.  Uyğurlar 

burada yerləşib  yurd saldılar».36  B.Ögel daha sonra Ramstedtə istinadən qeyd edir ki,  monqollar qurda Çina, 

yaxud Çinu deyirdilər. Çingiz xanın ilk ataları erkək qurdla dişi maraldır.  «Monqollann gizli tarixi»ndə bu ata 

qurda Börte -  Çinu  adı  verilmişdir.  Börte və  ya Berte  monqolca bir rəng  adıdır.  Kök baxımından bizim boz 

rənglə  də  bir  əlaqəsi  var.37  Bu  təyinatla  bağlı  Yean-Paul  Roux  da  qeyd  edir  ki,  qurdla  dişi  keyikin

29 Age, s. 41.

30 A. Şükürov, Mifologiya, Bakı 1997, s. 93.

31 Kitabi-Dədə Qorqud, s. 41.

32 Q.P. Qaldanova, Dolamantskie verovaniya buryat, Novosibirsk 1987, s. 36.

33 Bayat, age, s. 47.

34 Z. V. Toğan, Oğuz destanı. Reşideddin Oğuznamesi, tercüme ve tahlili, İstanbul 1972, s.  134.

35 Ö. Bahaeddin, Türk mifolojisi, Ankara 1998, s. 42.

36 Bozqurd,  Azadlıq nəş. Bakı 1992, s. 37.

37 Bahaeddin, age, s. 43.

102



Türk Epos Ənənəsində Əcdad Kultu

birləşməsindən  böyük  bir  soyağacinin  gövdəsini  təşkil  edəcək  şəxs  doğulmuşdur.  Bu  soyağaci  Çingiz  xan 

öncəsi  Monqol  dönəmindən,  (onun  -   R.Ə.)  fateh  Dobun  Mergen  adli  yaxin  tarixli  atasina  qədər  bütün 

nüanslari  əhatə  etməkdədir.38  Daha sonra Çingiz  xanin  soy əfsanəsindən bəhs  edən tədqiqatçi  yazir:  «Çingiz 

xanin soy əfsanəsini  anladan ikinci  mətn olan Altan Tobci, təməl ünsürləri qorumaqla birlikdə  Gizli Tarixdən 

uzaqlaşmiş görülür.  İlk soyağaci üç oğlanin atasina aparir: Bozocu, Sibağaci və Börteçine. Bunlar dava edincə, 

Börteçine (Bozqurd)  qəzeyə  getdi və  dənizi  aşdi, Monqol  xalqinin torpağina yetişdi.  Burada əri olmayan Toa 

Maral  adli  gənc  bir  qizla  evləndi  və  bu  xalqin  torpağina  yerləşib  Monqol  boyu  oldu».39  Deməli,  qurdun 

sonradan təyin ediləcək «qutsal» özəlliklərə  daha o  zamandan sahib olduğu qətidir.  Həqiqətən də, türklər  (ti- 

kiular)  özlərinə  «mavi  türklər»,  yəni  «göksəl  türklər»  anlamina  gələn  Gök  Türk  (ya  da  Kök  Türük)  adini 

vermişdilər.  Yean-Paul  Roux  tarixi  faktlara  istinad  edərək  yazir  ki,  türklərdən  qalan  və  daha  öncə  qurd 

əfsanəsinə  əsaslanmayan  kitabələr,  Bumin  və  İsteminin  üzərində  hökm  sürdükləri  insan  oğullarinin  Göy  ilə 

Dünya  arasinda  ortaya  çixişini  bəlli  edir  və  göydən  gələn  hökmdarin  göyə  bənzədiyini,  göydən  gəldiyini 

(tenqri  Teq,  Tenqride  bölmüş)  isbatlayir.40  Boz  qurd  «Dədə  Qorqud  kitabi»nda  mübarək  sayilir  və  Qazan 

xanin  ona  müraciət  etməsi,  ondan  kömək  istəməsi  Boz  qurdun  yol  göstərməsini,  sonraki  davranişlarinda 

rəhbərlik etməsini istəməsidir.41

Bundan  başqa,  Qazanin  eposda:  «Azvay  qurd  əniyi  erkəgində  bir  köküm  var»  -  deməsi  onun 

soyunun (salurlarin)  qurdla bağlantisini üzə  çixarir.  Prof.  M.  Seyidovun yazdiği  kimi,  qurd vaxti ilə  geniş 

yayilmiş  onqon  olmuşdur.  Çünki  çox  məşhur  onqonu  soyun  kökü  sayirmişlar.  Bəlkə  də,  həmin  qurd 

toteminin  Qazanla əlaqədar əfsanəsi  də  mövcud imiş.42  «Dədə  Qorqud kitabi»nda qurdun yalniz  Qazanla 

bağli  xatirlanmasi  da qeyd olunan məsələyə  bağlanir.  Hazirda Azərbaycanin bir sira bölgələrində  «Qurdu 

söymək olmaz»,  «Qurdu  görəndə  salavat çevir»  kimi  deyimlərin  mövcudluğu  qurdun əcdad  funksiyasini 

özündə  yaşadir.  Eposda  Qazanin  öz  soyunu  erkək  qurdla  bağlamasi  qurdun  başlica  onqonlardan 

(totemlərdən) biri olduğunu təsdiqləyir.

Tədqiqatçilar qurdu  Günəşin bəlgəsi,  yəni  Günəşlə  bağli  mifik obrazlar  kimi  də  təsdiqləmişlər: 

«...Qurd  Günəşin  bəlgəsidir...  Salur  Qazan  xanin  kökünün  qaplanla,  aslanla  (bu  zoomorfik  onqon  da 

Günəşin bəlgəsi  sayilmişdir),  sunqur  quşu  ilə  ilişgilənməsi  onun uzaq  keçmişlərlə,  mifik dünya ilə  bağli 

olduğunu ehtimal etməyə imkan verir».43

Boz qurdun eposda əcdad-xilaskar kimi dəyər qazanmasindan əlavə, onun mediator səciyyəsi də 

qorunub qalmişdir.  Belə  ki, qurdun ritual-mifoloji  səciyyəsi onun arxaik strukturunu bərpa etməyə  kömək 

edir.44  Yəni  qurdun  yaman  ruhlara  qarşi  dayanmasi,  təhlükəli  məqamlarda  gözə  görünməsi  eposda 

təsadüfi  xarakter  daşimir.  Altaylarin  Umayi,  Yakutlarin  Ayiisiti,  demək  olar  ki,  oğuzlarin  Boz  qurduna 

bənzəyir.  Məsələn,  Qaqauz  türkləri  yenə  də  «canavar  bayrami»  keçirir  və  bu  ritualla  yaman  ruhlardan 

qorunduqlarini  zənn  edirlər.  Eposda  «qurd  üzü  mübarəkdir»  deyimi  də  qurdun  xeyir-dua  verməsi,  uğur 

bəxş  etməsi  deməkdir.  «Mübarək»  ərəb  sözü  olub,  «bərəkət»  sözü  ilə  eyni  köklüdür.  Qurdun  üzünün 

mübarək sayilmasi onun bərəkət verməsi  deməkdir.  Bu da qurdun Oğuz etnosunun inkişafi ilə bağli hami 

statusunu  bərpa  etməyə  imkan  verir,  yəni  qurdun  üzü  əski  əcdadlarin  hami  obrazinin  inikasi  olaraq 

eposda  təzahür  edir.  Nəzərə  alsaq  ki,  Boz  qurd  türk  etnik  mədəniyyətində  bir  çox  funksiyalari  yerinə 

yetirir,  o  zaman  onun  həmin  mədəniyyətdəki  yerini  müəyyənləşdirmək  çətin  olmaz.  Məsələn,  bəzi 

faktlara  əsaslanaraq  qeyd  etmək  olar  ki,  turduşlar  öz  əcdadlarini  qurd  başli  təsəvvür  edirdilər.45  Türk 

tayfalarindan  kimandinlər  də  qurdu  dağ  ruhu  hesab  edirdilər.  Belə  dağ  ruhunun  sarişin  saçli,  göy  gözlü, 

qizi isə  it şəklində  təsəvvür olunurdu.46 Füzuli  Bayat yazir ki,  geniş  semantik dairədə  Boz  qurd,  Öküz  və 

Oğuz  Tanri  oğludurlar.  Tanri  oğlu  motivinin  transformasiya,  variasiya  olunmuş  şəkildə  türk  epik 

ənənəsində  sistem  yaratmasi  Boz  qurd  mifoloji  obrazindan  da  görünür.  İslami  yayan  müsəlmanlara

38 R. Jean-Paul, Orta Asyada kutsal bitkiler ve hayvanlar, 2005, s. 310.

39 Jean-Paul, age, s. 312.

40 Age, s. 307.

41 H. Cavad, Türklerin tarix və mədəniyyətinə bir baxış, 1993, s. 78.

42 M. Seyidov, Yar bayramı, Baki 1990, s. 31.

43 Age, s. 78.

4

445 Age, s. 48.



45 N. P. Şastina, Sledı primitivnıx reliqiy v şamanskoy misterii, Moskva 1974, s. 312.

46 N.P. Direnkova, Oxotniçiy leqendı kimandinsev. Sb. Muzeya antropoloqii i etnoqrafii. T. XI, M-L,  1949, s.  131.

103



Rövşən Əlizadə

kömək  edən  qurd  obrazı, əslində, heç  də  dəyişmədən  müsəlman  tarixlərinə  də düşürdü.47 Füzuli  Bayat

B.Ögələ  istinadən  qeyd  edir  ki,  belə  bir  qurd  müsəlman  dinini  qorumaq  üçün  türklərə:  «qalxın  -   deyə, 

onları  Şərqdən qərbə doğru aparır və türklərin önündə gedir».48

Deməli,  «Dədə  Qorqud»  eposunda əksini  tapmış  qurdu  adi  bir  zoomorf obraz  kimi  yox,  etnik- 

mədəni  sistemdə  yer  almış  sakral  biçimli  Boz  Qurd  olaraq  dəyərləndirmək  gərəkdir.  Qazarnn  eposda 

«Azvay  qurd  əniyi  erkəgində  bir  köküm  var»  deməsi  də  onun  kökünün  ilkin  əcdada  -   Boz  Qurda 

bağlandığına  aid  işarədir.  M.Seyidov  qeyd  edir  ki,  Qazan  xan  «vaxtilə  əsatir  aləminin  «vətəndaşı» 

olduğuna görə onun kökü zoomorfik totemlərlə, o cümlədən qurdla bağlıdır».49

«Dədə  Qorqud»  eposunda  Salur  Qazanın  qurda  müraciət  etməsi  kimi  hadisə,  əslində  qədim  bir 

ritualın -  Oğuz türklərinin savaşdan öncə ulu əcdada, Boz Qurda tapınmalarının izi olaraq diqqəti cəlb edir. Bu 

isə  onu  göstərir  ki,  Boz  qurd  savaş  ruhunun  daşıyıcısı  rolunda əcdad kultuna daxil  olan güc,  hərbi  və  sosial 

nizamı qoruyan hamidir. Eposda əcdad kimi funksiyalar yerinə  yetirən Boz qurd, bilavasitə  kosmoqonik aktın 

iştirakçısı  qismində  təqdim edilir.  Oğuznamə  motivlərində  şəkillənmiş  Boz  qurdun  göy  oğlu  səciyyəsi,  əski 

qatlardan «Dədə  Qorqud»a transformasiya olunaraq ilkin və  ulu əcdad paralellərində  status qazanmış və  dağ, 

torpaq, vətən hamisinə  çevrilmişdir.  Boz qurdun əcdadlıq missiyasını  sübut edən ən əski mənbələrdən biri də 

Göytürklərin  yadigarı  olan  Buqut  abidəsidir.  Bu  abidə  üzərində  Boz  qurddan  süd  əmən  qolları  kəsik  türk 

uşağının  təsvir  edilməsi  sonrakı  epos  yaradıcılığında  əcdad,  xilaskar  obrazının  (Boz  qurdun)  təcəssümünə 

səbəb olmuşdur.Beləliklə, türk etnik-mədəni ənənəsində fəal yer tutmuş Boz qurdun, ulu əcdad timsalında icra 

etdiyi  funksiyalar  müəyyən  qədər  üzə  çıxmış  oldu.  Aydın  oldu  ki,  bütövlükdə  əcdadlar  iyerarxiyasındakı 

sakral  varlıqların  (Qorqud  Ata,  Boz  qurd  və  s.)  fəaliyyəti  mifik  zamanla  bağlıdır.  Və  deməli,  bu  varlıqlar 

demiurqlar, mədəni qəhrəmanlar kimi dünyanın yaradılması aktında iştirak edə bilirlər.

Ədəbiyyat

Ш  ACALOV A., Mifologiya. Azərbaycan ədəbiyyatı tarixi, Bakı 2004.

Ш  AFANASEVA V.K., Qilqames i Enkidu. Epiçeskie obrazı v iskusstve, Moskva 1979.

Ш  ATALAY B., Divanü Luqati it-Türk. Ankara 1992.

Ш  ATSIZ N., Türk edebiyatı tarihi,  İrfan Yayınevi İstanbul 1943.

Ш  BAHAEDDIN Ö., Türk mifolojisi, Ankara 1998.

Ш  BAYAT F., Oğuz Epik ənənəsi və «Oğuz Kağan» dastanı, Bakı 1993.

Ш  -----------, Korkut Ata. Mitolojiden Gerçekliğe Dede Korkut. Ankara 2003.

Ш  BƏYDILI C., Türk mifoloji sözlüyü, Bakı 2003.

Ш  Bozqurd, Azadlıq nəş, Bakı 1992.

Ш  CAVAD H, Türklerin tarix və mədəniyyətinə bir baxış, CƏFƏRLI M (2001); Dastan və mif. Bakı 1993.

Ш  DIRENKOVA N.P., Oxotniçiye leqendı kimandinsev. Sb. Muzeya antropoloqii i etnoqrafii. T. XI, M-L 1949.

Ш  XƏLIL A., Mahmud Kaşqarlının «Türk dillərinin divanı kitabı»nda ədəbi mətnlər, Bakı 2001.

Ш  İSMAYILOV H., Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri, Bakı 2002.

Ш  JEAN-PAUL R., Orta Asyada kutsal bitkiler ve hayvanlar, 2005.

Ш  Kitabi-Dədə Qorqud, Əsil və sadələşdirilmiş mətnlər, Bakı 2004.

Ш  KSENOFONTOV Q. B., Xrestes. Şamanizm i Xristianstvo, İrkutsk 1929.

Ш  KOROQLI. X., “Alp Er Tonqa i Afrasiyab po Y. Balasaqini, M.Kaşqari i druqim avtoram”, Sovetskaya Turkoloqiya

Dergisi №4,  1970.

Ш  MEŞERƏKOV A.N., Drevnyaya Japoniya. Buddizm i sintoizm, Moskva 1987.

Ш  ÖZDƏK R., Türkün qızıl kitabı, Bakı 1992.

47 Füzuli Bayat, Oğuz Epik ənənəsi və «Oğuz Kağan» dastanı, Bakı,  1993, s. 51.

48 Age, s. 52.

49

  Seyidov,  age,  s. 36.



104


Türk Epos Ənənəsində Əcdad Kultu

Ш  RADLOF V.V., Obrazı narodnoy literature turkskix plemen. T. III, Sp.  1870.

Ш  RZASOY S., Oğuz mifinin paradiqmaları, Bakı 2004.

Ш  SEYIDOV M., Yar bayramı, Bakı 1990.

Ш  -------- Bözi-qurt, Bakı 2006.

ш   --- — Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı 1983.

ш   ŞASTINA N.P., Sledı primitivnıx reliqiy v şamanskoy misterii, Moskva 1974.

Ш  ŞÜKÜROV A., Mifologiya, Bakı 1997.

Ш  TOĞAN Z. V., Oğuz destanı. Reşideddin Oğuznamesi, tercüme ve tahlili, İstanbul 1972. 

Ш  VƏLIYEV K., UĞURLU F., Oğuznamələr. Tərtibçilər və ön sözün müəllifləri, Bakı 1993. 

Ш  YEMELYANOV N., Sujeti olonxo o rodonaçalnikax plemeni, Moskva 1990. 

ш   Yusif Has Hacib. Kutadqu Bilig, Ankara 1959.

ш   QALDANOVA Q.P., Dolamantskie verovaniya buryat, Novosibirsk 1987.

Ш  QOR-OQLI, Turkmenskiy Qeroiçeskiy Epos, Moskva 1983.



105

Yüklə 147,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə