Microsoft Word tecrube -qaydalar en son 21. docx



Yüklə 66,65 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü66,65 Kb.
#80884
növüQaydalar


 

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  (UNEC) 

 

UNEC-də bakalavr pilləsi üzrə ixtisas təcrübəsinin təşkili və keçirilməsi 

QAYDALARI 

1.

  Ümumi müddəalar 

1.1.


  Bu  Qaydalar  UNEC-də  əyani  və  qiyabi  təhsil  alan  bakalavrların  ixtisas 

təcrübələrinin təşkili və keçirilməsi ilə bağlı məsələləri tənzimləyir. 

1.2.

  xtisas təcrübəsi buraxılış kursları üzrə əyani bakalavrlarda IV kursun, qiyabi 



bakalavrlarda  isə  V  kursun  yaz  semestrində  21  kredit  (21x30=630  akademik 

saat)  olmaqla  respublikada  və  respublikadan  kənar  müəssisə  və  təşkilatlarda 

təşkil edilir.  

1.3.


  Tələbənin təcrübə obyektində iştirak etməli olduğu aktiv saatların miqdarı 14 

həftə  (70  gün)  ərzində  minimum  315  akademik  saat  (hər  gün  4,5  akademik 

saat, 1 akademik saat 45 dəqiqə olmaqla) olaraq müəyyən edilir və tələbələrin 

təcrübə  keçmə  qrafiki  9:00-13:00    (I  növbə)  vəya  14:00-18:00  (II  növbə) 

olaraq müəyyənləşdirilir.  

1.4.


  Təcrübəyə  ayrılan  sərbəst  saatlar  (təcrübə  obyektində  iştirakı  məcburi 

olmayan müddət) isə (315 akademik saat) təcrübəilə əlaqədar sənədlərin tərtib 

olunmasına,  təcrübə  nəticələrinin  təcrübə  rəhbərləri  ilə  müzakirə  edilməsinə, 

buraxılış işi ilə əlaqədar materialların toplanmasına, müəssisənin fəaliyyəti ilə 

ə

laqədar  layihə  və  startapların  hazırlanmasına,  müəssisənin  təşkil  etdiyi 



korporativ  təlimlərdə  və  tədbirlərdə  iştiraka,  sahə  üzrə  sorğuların  həyata 

keçirilməsinə və s. ayrılır.  

1.5.

  Buraxılış  işi  yazan  tələbələr  sərbəsttəcrübə  saatlarında  buraxılış  işinin 



layihəsinə  aid  təcrübə  prosesində  əldə  etdiyi  nəticələri  istifadə  edərək 

buraxılış işi ilə əlaqədar hazırlıq işləri görürlər.  

1.6.

  Tələbələrə  ixtisasına  uyğun  təcrübə  müəssisəsi  müəyyən  etmək    və  həmin 



müəssisədə  təcrübə  keçmək  hüququ  verilir.  Bu  halda  müəssisə  rəhbərinin 

razılıq  məktubu  oktyabr  ayının  1-dək  fakültə  dekanlarının  təqdimatı  ilə 

UNEC rektoruna təqdim olunur. Təcrübə obyektini özü müəyyənləşdirməyən 



 

tələbələr universitet tərəfindən müəyyən edilən təcrübə obyektlərində təcrübə 



keçirlər. 

1.7.


  UNEC-in  nnovativ Biznes  nkubatorunun “Ekspert Şura”sı tərəfindən qəbul 

olunmuş    start-up  layihələri,  ölkə  və  beynəlxalq  miqyaslı  biznes  və  qrant 

layihələrinin  qalibləri  olmuş  tələbələr  istehsalat  təcrübəsini    keçmiş  hesab 

olunur və təcrübə nəticələri 100 bal olaraq qiymətləndirilir.  

1.8.

  Qiyabi təhsil formasında da ixtisas təcrübəsinin müddəti 7 həftədir və tələbə 



hər iki növbədə təcrübə obyektində iştirak etməlidir.  

1.9.


  Qiyabi  təhsil  formasında  təhsil  alan  buraxılış kurs  tələbələrinin  ixtisaslarına 

uyğun iş stajı (ən az 6 ay) olduğu halda, əmək kitabçasından çıxarış (elektron 

portaldan)  və  iş  yerindən  arayış  əsasında  müvafiq  mərkəz  direktorunun 

UNEC rektoruna təqdimatına əsasən təcrübədən azad edilir və 100 bal olaraq 

qiymətləndirilir. “ qtisadiyyat və idarəetmə”, həmçinin “Texniki və texnoloji” 

ixtisas  qrupuna  daxil  olan  ixtisaslardan  biri  üzrə  qiyabi  təhsil  alan  tələbə  bu 

qrupa  daxil  olan  ixtisaslara  uyğun  iş  yerindən  təqdim  edilən  arayış  əsasında 

təcrübədən azad edilə bilər. 

1.10.

 Məhdud  sağlamlıq  imkanları  olan  tələbələr  üçün  ixtisas  təcrübəsi  onların 



fiziki  xüsusiyyətləri,  fərdi  imkanları,  sağlamlıq  durumu  və  təcrübə  yerinin 

seçilməsi  və  s.  məsələlər  ilə  əlaqədarfərdi  istəkləri  nəzərə  alınmaqla  təşkil 

edilir. 

2.  xtisas təcrübəsinin təşkili 

2.1.


  Təcrübəyə  aid  dərs  yükünün  bölgüsü  dekanlıqların  (mərkəz  direktorlarının) 

təklifi,Təcrübənin  təşkili  şöbəsinin  rəyi  əsasında  Tədris  Metodiki  Mərkəz 

tərəfindən aprel ayının 30-dək müəyyənləşdirilir.  

2.2.


  Təcrübə rəhbərlərinə təcrübə keçən hər tələbəyə görə 6 saat (5.6 saat)  təcrübə 

yükünün  ayrılması  nəzərdə  tutulur.  Hər  təcrübə  rəhbərinə  ayrılan  yükün 

miqdarı minimum 70 saat - maksimum 280 saat ola bilər. 

2.3.


  Təcrübə  obyektləri  fərdi  qaydada  müəyyənləşdirilmiş  tələbələr  istisna 

olmaqla digər tələbələr üçün dekanlıq (mərkəz direktorları) tərəfindən ixtisasa 

uyğun  təcrübə  obyektləri    hər  tədris  ili  üzrə  oktyabr  ayının  15-dək  müəyyən 



 

edilir.  Təcrübə  obyekləri  ilə  əlaqədar  təkliflər  Fakültə  Elmi  Şurasında 



müzakirə  edildikdən  sonra  fakültə  dekanı    (mərkəz  direktoru)  tərəfindən 

ümumiləşdirilərək  oktyabr  ayının  30-dək  Təcrübənin  təşkili  şöbəsinə 

göndərilir.  

2.4.


  Tələbələrə  təcrübənin  təşkili  qaydaları  və  təcrübə  ilə  əlaqədar  bütün 

məlumatlar    noyabr  ayının  15-dək  dekanlar  (mərkəz  direktorları)  tərəfindən 

müvafiq  vasitələrlə  (rəsmi  internet  səhifəsi,  tələbənin  şəxsi  kabineti, 

təlimatlandırıcı video-çarxlar və s.) elan edilir.  

2.5.

  Tələbələr Təcrübənin təşkili şöbəsi  tərəfindən hazırlanan  elektron platforma 



(web səhifə, EDUMAN təcrübə modulu və s.) vasitəsi ilə təcrübə obyektləri, 

təcrübə qaydaları və s. ilə əlaqədar  daimi olaraq məlumatlandırılır. 

2.6.

  Fakultə  dekanları  (mərkəz  direktorları)Təcrübənin  təşkili  şöbəsi  ilə 



razılaşdırılmaq şərti ilə noyabr ayının 30-dək müəssisə və təşkilatlarla təcrübə 

ilə bağlımüqavilələrin imzalanmasını təşkil edir.  

2.7.

  Təcrübə  ilə  bağlı  müəssisə  və  təşkilatlarla  bağlanmış  müqavilələr  əsasında 



dekanlıq tərəfindənhazırlanan təqdimatlar Təcrübənin təşkili şöbəsi tərəfindən 

dekabrın  31-dək  ümumiləşdirilmiş  təqdimatlarəmrləşdirilmək  məqsədi  ilə 

universitet  rəhbərliyinə  təqdim  edilir.  Müvafiq  əmr  haqqında  məlumatlar 

tələbələrin şəxsi kabinetlərinə göndərilir. 

2.8.

  Hər təcrübə öncəsi fakültə dekanlarının təşkilatçılığı ilə təcrübə obyektinin      



        nümayəndələri tərəfindən UNEC təcrübə rəhbərləri üçün təlimlər təşkil edilir. 

 

3.Təcrübənin təşkilinə və gedişinə nəzarət 

3.1.

  Təcrübənin  təşkili  və  gedişinə  bilavasitə  nəzarəti  fakultə  dekanı  (mərkəz 



direktoru)həyata keçirir və təcrübə ilə əlaqədar bütün məsələlərə cavabdehlik 

daşıyır.  

3.2.

  Fakultə dekanları (mərkəz direktorları) tərəfindən təcrübənin gedişi (aralıq)və 



yekunu  ilə  əlaqədar  təcrübənin  8-ci  həftəsində  və  yekununda  Təcrübənin 

təşkili şöbəsinə məlumatlar təqdim edir. Təcrübənin təşkili şöbəsi hər təcrübə 




 

müddətinin  yekununda  bütün  məlumatları  ümumiləşdirilərək  universitet 



rəhbərliyinə hesabat təqdim edilir. 

3.3.


   Müəsssisə tərəfindən təyin olunmuş təcrübə rəhbərinin vəzifə və öhdəlikləri 

UNEC  ilə  müəssisə  arasında  bağlanmış  müqavilədəki  müddəalar  əsasında 

müəyyən olunur. 

3.4.


   UNEC təcrübə rəhbərlərinin vəzifələri aşağıdakı kimi müəyyən olunur: 

• 

xtisas  kafedrası  tərəfindən  tərtib  edilən  ixtisasın  təcrübə  proqramını 



(təcrübə  obyektinin  xüsusiyyətləri  və  təcrübə  obyektindəki  təcrübə  rəhbəri 

tərəfindən  verilmiş  təkliflər  nəzərə  alınmaqla),  eləcə  də  müvafiq  təcrübə 

sənədlərini  təcrübənin  başlanmasına  1  ay  qalmış  müəssisə  rəhbərliyinə 

təqdim edir. 

•  Təcrübə  ilə  əlaqədar  əmr  imzalandıqdan  sonra  bir  həftə  ərzində  tələbələrlə 

təcrübənin keçirilməsi ilə bağlıtəcrübə obyekti nümayəndələrinin  iştirakı ilə 

təlimatı  görüş  keçirir,  onları  UNEC  Təcrübənin  Təşkili  Qaydaları  ilə  tanış 

edir  və  tələbələrinakademik  təqvimdə  müəyyən  edilmiş  vaxtda  təcrübə 

obyektinə göndərilməsini təşkil edir. 

•  Hər  həftə  ərzində  10  saat  (gündə  2  saat)  olmaqla  təcrübə  obyektində 

təcrübənin gedişinə nəzarət edir. 

•  Tələbələrin  əmək  mühafizəsi  və  təhlükəsizlik  texnikası  qaydaları  ilə  tanış 

olmalarına 

şə

rait 



yaradır 

və 


qaydaların 

tələblərinə 

dair 

məlumatlandırılmasına cavabdehlik daşıyır. 



•  Təcrübə 

obyektində  tələbələrin  ixtisas  təcrübəsinini  təşkilinə  və 

keçirilməsinə, həmçinin təcrübə gündəliyinin doldurulmasına nəzarət edir. 

•  Təcrübə  başa  çatdıqdan  sonra  5  gün  müddətində  tələbələrin  təcrübə 

gündəliklərini 

müəssisədən 

təhvil 

alır, 


gündəlikdəki 

qeydlər 


və 

qiymətləndirmələr  əsasında  yekun  protokol  (qiymətləndirmə  cədvəli)tərtib 

edir.    Təcrübə  rəhbəri,  kafedra  müdiri  və  fakültə  dekanı(mərkəz  direktoru) 

tərəfindən  imzalanan  yekun  protokol  (qiymətləndirmə  cədvəli)Təcrübənin 

təşkili şöbəsinə və TKQ M-ə təqdim edilir.  



 

3.5.



  Hər  təcrübə  rəhbərinin  təcrübə  yükünün  icrası  ilə  əlaqədar  təcrübə 

obyektindəki monitorinq qrafiki kafedra müdirinin təsdiqi ilə fakültə dekanına 

və Təcrübənin təşkili şöbəsinə təqdim edilir.  

3.6.


  Təcrübənin  təşkilinə  və  gedişinə  nəzarətdə  aşağıdakı  sənədlərdən  istifadə 

olunur: 


- UNEC və müəssisə arasında imzalanan müqavilə; 

- təcrübə obyektinə göndəriş; 

- UNEC təcrübə rəhbərinin təcrübə obyektində monitorinq qrafiki; 

- təcrübə keçən tələbələrin vəzifələri haqqında təlimat; 

- təcrübə rəhbərlərinin vəzifələri haqqında təlimat. 

 

4.Təcrübəninnəticələrinin qiymətləndirilməsi 

4.1.


  Tədris  planında  nəzərdə  tutlmuş  təcrübənin  nəticələrinə  görə  balların  (100 

bal)  yarısı  tələbənin  təcrübəyə  davamiyyətinə  görə  (50  bal),    digər  yarısı  isə 

tələbənin təcrübə proqramına uyğun olaraq təcrübə proqramı üzrə tapşırıqların 

mənimsənilməsinə  və  obyektdəki  təcrübə  rəhbərinin  tapşırıqlarının  icrasına 

görə (50 bal) müəssisədən təyin olunmuş təcrübə rəhbəri tərəfindən verilir. 

4.2.


  Tələbələrin  təcrübəyə  davamiyyəti  təcrübə  obyektindəki  təcrübə  rəhbəri  və 

UNEC  təcrübə  rəhbəri  tərəfindən  yoxlanılır  və  davamiyyətlə  bağlı  məlumat 

(tələbənin  gündəliyində  hər  günə  görə  və  iştirak  saatı  üzrə  əks  olunur

universitet tərəfindən təyin edilmiş təcrübə rəhbəri tərəfindən müvafiq fakültə 

dekanına həftəlik təqdim edilir. 

4.3.


  Təcrübəyə  davamiyyətinə  görə  tələbənin  topladığı  yekun  bal  tələbənin 

təcrübədə  iştirak  etdiyi  saatların  miqdarının  davamiyyətə  ayrılan  maksimum 

(50)  bala  vurularaq  və  təcrübəyə  ayrılmış  saatların  miqdarına  bölünməklə 

müəssisə  təcrübə  rəhbəri  tərəfindən  aşağıdakı  düsturla  hesablanmaqla 

tələbənin gündəliyinin sonunda əks etdirilir: 

   


 

 

 



 

DGB=T SMx50/TASM 

DGB=davamiyyətə görə bal;  

T SM=təcrübədə iştirak edilən saatların miqdarı;  




 

TASM=təcrübə üçün ayrılan saatların miqdarı. 



4.4.

  Tələbələrin 

ixtisas 

təcrübəsi 

dövründəki 

fəaliyyətinin 

yekun 

qiymətləndirilməsi onun gündəliyi əsasında aşağıdakı kimi aparılır: 



- F 51 baldan aşağı – “qeyri-kafi”;  

- E 51-60 bal – “qənaətbəxş”;  

- D 61-70 – “kafi”; 

- C 71-80 – “yaxşı”; 

- B 81-90 – “çox yaxşı”; 

- A 91-100 – “əla”.

 

4.5.


  Təcrübənin  yekununa  görə  alınan  qeyri-müvəffəq  qiymət  akademik  borc 

hesab edilir. Təcrübədə müxtəlif səbəblərdən ümumiyyətlə iştirak etməyən və 

ya təcrübə üzrə ayrılmış saatların 25%-dən çoxunda iştirak etməyən və qeyri-

müvəffəq  qiymət  alan  tələbələr  təkrarən  təcrübədən  keçməlidirlər.  Bu  halda 

tələbəcari ilin yekun dövlət attestasiyasına (dövlət imtahanına) buraxılmır və 

onların  Yekun  Dövlət  Attestasiyası  komissiyasının  fəaliyyəti  dövründə  bir 

dəfə tam təcrübə proqramı üzrə təcrübə keçməsinə icazə verilir.  

4.6.


  Akademik  borcu  yaranmış  tələbələrə  təcrübə  üçün  nəzərdə  tutulan  kredit 

haqlarının  ödənilməsi  şərti  ilənövbəti  tədris  ilinın  payız  vəya  yaz 

semestrlərində  tam  təcrübə  proqramı  və  saatları  üzrəixtisas  təcrübəsi  təşkil 

edilir.  



Yüklə 66,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə