Microsoft Word Terminlar lugati docx



Yüklə 114,94 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü114,94 Kb.
#65628


 

 

 

 

 

 

Terminlər 

 lüğəti 

 

 



 

 

 



 

 

 



 

 



A

   

  

Avtorizasiya kodu 10 

Kart vasitəsilə  fırıldaqçılıq cəhdi olduqda, kassir tərəfindən gizli yoxlama üçün 

istifadə olunan kod. 

 



 Bank 

eyniləşdirmə nömrəsi (BIN) 

 

Kart təşkilatı  tərəfindən banka verilən və kart nömrəsinin ilk 6 rəqəmini göstərən 

 unikal 

nömrə. Adətən BIN-in ilk 4 rəqəmi kartın nömrəsinin altında göstərilir.  



 Beynəlxalq ödəniş kartı 

Beynəlxalq kart təşkilatlarının (Visa, MasterCard, American Express və s.) üzvü olan 

Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və yaxud xarici banklar 

tərəfindən emissiya edilmiş, beynəlxalq kart təşkilatlarının loqotipini daşıyan, ölkə 

daxilində və ölkədən kənar əməliyyatların aparılması üçün istifadə olunan kart. 

İ 

 

İndent  həkketmə  

Kartın personallaşdırılması üsullarından biri olmaqla, hazır kartı müxtəlif simvolların 

basma üsulu ilə  həkk edilməsi. Bu texnologiyanın fərqləndirici özəlliyi odur ki, bu 

üsulla əks etdirilmiş simvollar relyefə malik olmurlar və kartın səthinə  çıxmamaqla 

qravürə olunmuş şəkildə təsvir edilirlər. 

 



 Kart 

təşkilatı 

Kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və 

ötürülməsi, klirinqi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət 

göstərilməsini həyata keçirən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

оlaraq fəaliyyət göstərən hüquqi şəxs və ya beynəlxalq kart təşkilatı.   





 Lokal 

ödəniş kartı 

Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən yalnız ölkə 

ərazisində istifadə üçün emissiya edilmiş kart.

 

Ö 

 Ödəniş kartı 

Malların, iş  və xidmətlərin ödənilməsi, öz hesabından digər  şəxsin hesabına pul 

köçürülməsi, habelə nağd vəsaitin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti.

 



Personalizasiya 

Ödəniş kartlarının hazırlanmasının bir mərhələsi olmaqla, kart sahibi haqda 

məlumatların karta yüklənməsi prosesi.

 

 Prosessinq 

fəaliyyəti 

Ödəniş kartları vasitəsilə aparılmış  əməliyyatlar haqqında məlumatların toplanması, 

emalı  və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət 

göstərilməsi üzrə fəaliyyət. 





Rider  

Kartın nömrəsinin və avtorizasiya üçün zəruri olan digər rekvizitlərinin maqnit 

lentindən oxunması üçün istifadə olunan avadanlıq.

 



Səsli avtorizasiya mərkəzi  

Bank-ekvayerin səsli avtorizasiya üzrə zənglərin qəbulunu və işlənməsini təmin edən 

xidməti.  

 

 





Təsərrüfat subyekti 

Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisəsi.



 



 Yüksək təhlükəsizlik zonası 

Prosessinq   təşkilatının  ərazisi daxilində kart məhsullarının və  əlaqədar hissələrin 

istehsalı üzrə  aşağıdakı  fəaliyyətlərin və ya bu fəaliyyətlərin hər hansı 

kombinasiyasının həyata keçirildiyi ərazilər yüksək təhlükəsizlik zonası adlanır: 

kartın istehsalı, personallaşdırılması, embossinqi, kodlaşdırılması, saxlanılması  və 

çatdırılması, həmçinin çipin karta yerləşdirilməsi və çipin personallaşdırlması. 



Yüklə 114,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə