Microsoft Word textbook2008. doc



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə1/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
  1   2   3   4   5   6   7   8   9   ...   72


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 

MÜNDƏRİCAT 
 
I. TARİXİN NƏZƏRİ PROBLEMLƏRİ ................................... 5 
1. Tarix nədir? ......................................................................... 5 
2. Mənbə keçmiş haqqında biliklərimizin əsasıdır................ 18 
3. Mənbələrin texniki təhlili.................................................. 33 
4. Mənbələrin daxili tənqidi.................................................. 63 
 
II. TARİXİN METODOLOJİ PROBLEMLƏRİ ...................... 77 
1. Tarixin metodologiyası ..................................................... 77 
2. Tarixi tədqiqatın metodları................................................ 85 
3. Tarixi tədqiqatlarda riyazi metodlar.................................. 97 
4. Tarixi tədqiqatların növləri və strukturu ......................... 105 
 
III. MƏNBƏŞÜNASLIQA GİRİŞ.......................................... 115 
1. Mənbəşünaslığın predmet və vəzifələri .......................... 115 
2. Yunan-Roma tarixi mənbələri......................................... 120 
3. Erkən orta əsr xristian mənbələri .................................... 142 
4. Erkən orta əsr şərq mənbələri.......................................... 150 
a. Türkdilli mənbələr....................................................... 159 
b. Fars dilli mənbələr ...................................................... 165 
c. Erməni mənbələri ........................................................ 167 
ç. Gürcü mənbələri.......................................................... 172 
d. Alban mənbələri.. Ошибка! Закладка не определена. 
e. Suryani mənbələr......................................................... 176 
f. Orta əsr ərəbdilli mənbələr .......................................... 180 
5. Klassik feodalizm dövrü mənbələri ................................ 207 
a. Farsdilli mənbələr........................................................ 208 
b. Osmanlı yazılı mənbələri ............................................ 229 
c. Şəxsi mənşəli sənədlər ................................................ 236 
ç. İqtisadi-coğrafi təsvirlər .............................................. 246 
d. XVII-XIX əsr Qafqaz mənbələri................................. 251 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 

6. Yeni dövr mənbələri........................................................ 261 
a. Aktlar........................................................................... 261 
b. Qanunvericilik sənədləri ............................................. 264 
c. Kargüzarlıq sənədləri .................................................. 267 
ç. Statistik sənədlər ......................................................... 270 
d. Dövrü mətbuat............................................................. 273 
7. Müasir dövr tarixi mənbələrin qısa təsnifatı ................... 279 
 
ƏLAVƏLƏR........................................................................... 291 
Əlavə № 1 ........................................................................... 291 
Əlavə № 2 ........................................................................... 292 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 

I. TARİXİN NƏZƏRİ PROBLEMLƏRİ 
1. Tarix nədir? 
Tarix tarixçi ilə faktlar arasında 
baş verən proses, keçmişlə indinin 
sonu görünməyən dialoqudur. 
E.Karr 
Tarixə dair ilk əsərlərin eramızdan çox-çox əvvəl yara-
dılmasına baxmayaraq, tarixin bir elm kimi formalaşması XIX 
əsrə təsadüf edir. Məhz bu dövrdə tədqiqatçı-alimlər tarix nədir, 
nə üçün biz tarixi öyrənirik, nə üçün bizə tarixi biliklər lazımdır, 
tarix keçmişi obyektiv əks etdirirmi, tarixi bilikləri necə  əldə 
edirik və s. kimi suallar üzərində düşünməyə başladılar. 
“Tarix” qədim yunan sözü olub “tapmaq üçün axtarış” 
mənasını verir. Tarix bilavasitə  bəşəriyyət və  cəmiyyətin 
problemləri həllinin axtarışındadır. Lakin cəmiyyətə aid prob-
lemlər konkretləşdirilsə, biz, insanlar, xalqlar və millətlər 
haqqında “nəyi bilməliyik və nə yazmalıyıq” sualına cavab verə 
bilmərik.  
Tarixin ilk yaradıcıları üçün tarixin tədqiqat obyekti 
insanların qəhrəmanlığı ilə bağlı xatirələr idi. Çox zaman bu 
xatirələr müharibə  və döyüş meydanları ilə bağlı olurdu. Bu 
əsərlərdə müəlliflər müharibələr nəticəsində möhkəmlənən, 
şöhrətlənən, məğlub olan və darmadağın edilən millətlərin 
təsvirini verirdilər. Bu əsərlərdə xatırlanan xalqların, millətlərin 
taleyi onları idarə edənlərin ambisiyaları,  əhval-ruhiyyələri ilə 
izah olunurdu. Cəmiyyətlərin və millətlərin tarixinə  təsir 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 

göstərən iqtisadiyyat, coğrafi mövqe, iqlim və digər faktorlar 
erkən tarixin yaradıcıları tərəfindən nəzərə alınmırdı. Herodotun 
dövründən bu günə qədər davam edən 25 əsrlik bir dövrdə tarixi 
əsərlərin yazılma üslubu və məzmununda baş verən dəyişikliklər 
o qədər də  nəzərəçarpacaq deyil. Bu böyük dövr ərzində  hərbi 
və siyasi tarix öz birinciliyini qoruyub saxlamışdır.  
Zaman keçdikcə tarixçilər malik olduqları mənbələrə daha 
tənqidi yanaşmağa başlamış, tədqiqat metodlarını  tək-
milləşdirmiş və genişləndirmiş, ətraf mühit və iqlimin insanlara 
təsirini qeyd etmişdilər.  İqlim və coğrafi faktorların millətlərin 
həyat tərzi və siyasi şəraitinə  təsir göstərdiyini təsdiq etmək 
üçün müasir tarixçilərə iki min ildən çox bir vaxt lazım 
olmuşdur.  
Qədim zamanlardan müasir dövrə  qədər aparılmış tarixi 
tədqiqatların mövzularının araşdırılması sübut edir ki, XYIII 
əsrə qədər alimlər yalnız siyasi problemlərə diqqət yetirmişdilər. 
Orta  əsrlərin sonuna doğrü işçi qüvvəsinin sosial strukturunun 
dəyişməsi Avropada baş verən sosial və iqtisadi dəyişikliklərə 
marağı artırdı. Ticarət və  sənaye tədricən tarixin tədqiqat 
obyektinə çevrilməyə başladı. Lakin tənqidi teologiyanın elmə 
ciddi təsiri bu problemləri milli tarixlə bağlamaq imkanı 
vermirdi. Ötən iki əsr  ərzində tarixçi-alimlərin tədqiqatlarında 
sosial problemlərə toxunmaq, iqtisadi, sosial və siyasi sahələri 
parallel və  əlaqəli tədqiq etmək cəhtləri yalnız demokratik 
inkişaf hesabına mümkün olmuşdur. 
XIX  əsrin  əvvəllərində tarixi əsərlərdə  nəzərə çarpacaq 
dəyişiklik sosial şəraitin təsviri cəhdləri oldu. Təxminən 150 il 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə