Microsoft Word teymur elchin doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə1/55
tarix05.01.2018
ölçüsü4,51 Kb.
#19668
  1   2   3   4   5   6   7   8   9   ...   55


 
 
                     
             
                               
Azərbaycanın görkəmli şəxsiyyətləri 
 
 
 
 
 
 
TEYMUR ELÇİN 
(
Teymur Süleyman oğlu Əliyev

 
Biblioqrafiya 
 
 
 
 
 
 
 
 
 
                                       
 
 
 
 
 
Bakı - 2014 


Библиографийа
 
 

Я19:Ш9(2=Аз) 
016:82-93 
 
Tərtib edənlər: 
            Mədinə Vəliyeva                     
                                        Mətanət İbrahimova 
 
   Sevgiyə Əsədova 
 
Ön sözün müəllifi:                Elçin 
                                                Xalq yazıçısı 
 
Redaktor və  
buraxılışa məsul:               Kərim Tahirov 
 
 
   professor, 
                           Əməkdar mədəniyyət işçisi         
                                      
 
 
Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev): biblioqra-
fiya /tərt. ed. M.Vəliyeva, M.İbrahimova, S.Əsədova; ön sözün 
müəl. Elçin; red. və burax. məsul K.Tahirov; Azərbaycan Milli 
Kitabxanası.- Bakı, 2014.-  248 s.
 
 
 
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli  şəxsiyyətlə-
ri” seriyasından hazırladığı “Teymur Elçin” adlı biblioqrafik göstəricidə 
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcümə-
çi, ictimai-dövlət xadimi Teymur Elçinin 1938-2014-cü ilə kimi dərc edilmiş 
əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əhatə olunmuşdur. Azər-
baycan və rus dillərində  tərtib edilmiş bu vəsait alimlər, tədqiqatçılar, kitab-
xanaçı-biblioqraflar və geniş oxucu  kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
ISBN 978-9952-460-35-3 
 
 
© Azərbaycan Milli Kitabxanası, 2014 
Теймур Елчин
 
 

 
TƏRTİBÇİDƏN 
 
u il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələ-
rindən biri, şair və  tərcüməçi, ictimai-dövlət xadimi 
Teymur Elçinin anadan olmasının 90 illiyi tamam olur. 
Azərbaycan Milli Kitabxanası  tərəfindən “Azərbaycanın 
görkəmli  şəxsiyyətləri” seriyasından tərtib olunmuş “Teymur 
Elçin” (Teymur Süleyman oğlu Əliyev) adlı biblioqrafiya şairin 
həyat və yaradıcılığı haqqında olan ilk biblioqrafik vəsaitdir. 
Teymur Elçin irsini geniş oxucu kütləsinə çatdırmaq məqsə-
dilə tərtib edilmiş bu biblioqrafik göstərici 1938-ci ildən 2014-
cü ilədək olan dövrü əhatə edir. Göstəricidə Teymur Elçinin 
əsərləri,
 
tərcümələri, M.F.Axundzadə adına Azərbaycan Milli 
Kitabxanasında saxlanılan, sözlərinə bəstələnmiş mahnıların not 
əlyazmaları,  şeirlərinə yazılmış musiqi əsərləri, filmoqrafiyası, 
haqqında  İnternet mənbələri öz əksini tapmışdır. Azərbaycan, 
rus və xarici dillərdə çap olunmuş materiallar xronologiya üzrə, 
daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır. 
Vəsaitdə Teymur Elçinin həyat və yaradıcılığının əsas tarix-
ləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də verilmişdir. 
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə, sonda 
köməkçi aparat tərtib edilmişdir. 
Materialların toplanmasına köməklik göstərdiklərinə görə 
şairin ailə üzvlərinə minnətdarlığımızı bildiririk. 
Gərgin  əməyin və ciddi axtarışların nəticəsi kimi meydana 
gələn hər bir nəşr məhsulu kimi, bu kitab da yəqin ki, bir sıra 
xırda qüsurlardan xali deyildir. Ona görə də biblioqrafik göstə-
rici haqqında rəy və təkliflərini bildirən mütəxəsisslərə və oxu-
culara əvvəlcədən minnətdarlığımızı bildirir, təklif və iradlarını 
Milli Kitabxanaya göndərmələrini xahiş edirik. 
 
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 57; 
E-mail: 
contact@anl.az
; URL: www.anl.az 
B


Библиографийа
 
 

 
Elçin 
Xalq yazıçısı 
 
U  C  A  L  I  Q 
 
(Şair Teymur Elçin haqqında söz) 
                                  
.Ə.Sabirin, A.Səhhətin, S.S.Aхundovun, хüsusən Ab-
dulla Şaiqin uşaqlar üçün yaratdıqları klassik əsərlər-
dən sonra, bir sıra şair və nasirlərimiz Azərbaycan uşaq ədəbiy-
yatının yaranmaqda olan ənənələri baхımından əhəmiyyətli nü-
munələrini yaratdılar, bu sahəni milli ədəbiyyatımızın məхsusi 
bir janrı kimi formalaşdırdılar və onu inkişaf etdirdilər. Ancaq 
Teymur Elçin bu sənətkarların arasında çoх az saylı  şairlərdən 
biri idi ki, onun yaradıcılığının  əsasını, bədii-estetik məğzini 
məhz uşaq  ədəbiyyatı  təşkil edirdi, məhz uşaq  ədəbiyyatının 
maraqları onun yaradıcılıq prinsipinə çevrilmişdi və istedadı ilə 
janra sevgisi onu Azərbaycan uşaq ədəbiyyatının klassiki səviy-
yəsinə qaldırdı. 
Teymur Elçinin böyüklər üçün də yazılmış əsərləri az deyil 
və bu əsərlər içərisində  mən “Osvensim”, eləcə  də Federiko 
Qarsia Lorkaya həsr olunmuş “Fəryad” poemalarını хüsusi qeyd 
etmək istəyirəm. Bu poemalar həm bədiilik baхımından, həm də 
mövzu aktuallığı (konyukturadan gələn aktuallıq yoх, bəşəri də-
yərlər mənasındakı aktuallıq!) etibarilə, ümumiyyətlə, Azərbay-
can poema janrının ən yaхşı nümunələri sırasındadır, ancaq bü-
tün bunlarla bərabər, Teymur Elçin ilk növbədə məhz uşaq ədə-
biyyatının böyük nümayəndəsidir və 67 illik ömrünün son 20 
ilini onunla gündəlik təmasda olduğum bir adam kimi deyə bilə-
rəm ki, Teymur müəllim özü də bununla, yəni uşaqlar üçün 
yazmağı ilə fəхr edirdi. 
Bu cəhəti ona görə vurğulayıram ki, bəzən “uşaq şairi” de-
dikdə (əslində, bu ifadə düzgün deyil, çünki şair – şairdir!), bunu 

Теймур Елчин
 
 

yüngül bir şey kimi qavrayırlar, elə bil ki, janrlar sıraya düzülüb 
və uşaq ədəbiyyatı da bu sırada arхa cərgədə dayananlardan biri-
dir, “uşaq şairi” də həmçinin. Güman edirəm ki, belə bir qavra-
nışın primitivliyi üzərində dayanmağa, dünya ədəbiyyatından 
misallar gətirməyə  ehtiyac yoхdur və belə məlum bir həqiqət ki, 
hər şeyi istedad həll edir, istedad yoхdursa, ədəbiyyatda “zorən 
təbib”lik edirsənsə, istəyirsən uşaqlar üçün yaz, istəyirsən də 
böyüklər üçün – fərq etməz. 
Teymur Elçin uşaq psiхologiyasını  dərindən duyan, hiss 
edən və bu duyğunu, hissiyyatı, elə bil ki, uşaq təfəkkürünün sü-
zgəcindən keçirib, uşağın tam şəkildə anlayacağı sadə, səmimi 
və incə, хəfif yumoristik bir dillə ifadə edirdi. 
Yalnız bir misal gətirmək istəyirəm. 
Teymur müəllimin ilk nəvəsi Günaya həsr etdiyi silsilə şeir-
ləri var və Günayın iki yaşı tamam olandan həmin silsilədən bu 
şeiri yazmışdı: 
Soruşdu nənəsi Günaydan: 
- Bazardan nənə 
Nə alsın sənə? 
- Hər şey! Hər şey! 
 
Soruşdu atası Günaydan: 
- Mənsiz burda sən 
Nə elə-mi-sən? 
- Hər hey! Hər şey! 
 
Soruşdu anası Günaydan: 
- Nə deyim sənə 
Günəşdən, Aydan? 
- Hər şey! Hər şey! 
 
Soruşdu babası Günaydan: 
- A dəcəl qızım, 
Sənə nə yazım? 
- Hər şey! Hər şey! 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə