Microsoft Word torpaq icaresi haqqinda qanun



Yüklə 146,59 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü146,59 Kb.
#35914


Torpaq icarəsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu  Qanun  Azərbaycan  Respublikasında  dövlət,  bələdiyyə  və  xüsusi  mülkiyyətdə  olan 



torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. 

I   f ə s i l  



ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  



Torpaq icarəsi anlayışı 

Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 

M a d d ə   2 .  

Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Torpaq  icarəsi  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  bu  Qanundan, 

Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. 

Yerin  təkindən,  sudan,  meşədən,  bitki  və  heyvanat  aləmindən,  mədəni  və  təbii 

landşaftlardan  istifadə  üzrə  icarə  münasibətləri  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericiliyi ilə tənzimlənir. 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələrdə  torpaqların 

icarəyə verilməsi barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan 

fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. 

M a d d ə   3 .  



Torpaq üzərində icarə münasibətləri 

İcarəyəverənlə  icarəçi  arasında  yaranan  hüquqi  və  iqtisadi  əlaqələr  torpaq  üzərində  icarə 

münasibətləridir. 

M a d d ə   4 .  



İcarə münasibətlərinin obyektləri 

Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə 

olan torpaqlardır. 

Azərbaycan  Respublikasında  bu  Qanunla  müəyyənləşdirilən  icarə  münasibətlərinin 

obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən 

hüquqi  və  fiziki  şəxslərin  istifadəsinə,  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada,  icarə 

əsasında verilir. 

1

 

Torpağın  istifadəsi  haqqında  sənədlərdə  nəzərdə  tutulduğu  hallarda  torpağın  istifadəçisi 



onu icarəyə verə bilər. 

M a d d ə   5 .  



İcarəyə verilən dövlət torpaqları 

Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: 

dağ-mədən  sənayesinin,  ehtiyatları  təsdiq  edilmiş  faydalı  qazıntı  yataqlarının,  magistral 

boru  kəmərlərinin,  sənaye,  nəqliyyat,  rabitə,  energetika,  mühüm  meliorasiya  və  su  təsərrüfatı 

obyektlərinin yerləşdiyi torpaqlar; 

meşə fondu torpaqları; 

Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsinin  dibi  də 

daxil olmaqla su fondu torpaqları; 

yay və qış otlaqlarının torpaqları; 

dövlət  elmi-tədqiqat  və  tədris  müəssisələrinin,  onların  təcrübə  bazalarının,  maşın-sınaq 

stansiyalarının,  dövlət  sort-sınaq,  baytarlıq,  fitosanitar  nəzarəti  xidmətlərinin,  toxumçuluq  və 

damazlıq müəssisələrinin torpaqları;

2

 



sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; 

dövlət  müəssisə,  idarə  və  təşkilatlarının  yerləşdiyi  və  ya  dövlət  obyektlərinin  tikintisi 

layihələndirilmiş torpaqlar. 

Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 

və müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə 

alınır,  istifadəsi  və  mühafizəsi  Azərbaycan  Respublikasının  torpaq  qanunvericiliyi  və  digər 

qanunvericilik aktları ilə tənzimlənir. 

M a d d ə   6 .  

İcarəyə verilən bələdiyyə torpaqları 

Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: 

ehtiyat fondu torpaqları; 

fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. 

Ümumi  istifadədə  olan  torpaqların  icarəyə  verilməsi  bələdiyyə  torpaqları  haqqında 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. 

M a d d ə   7 .  

Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi 

Azərbaycan  Respublikasının  hüquqi  və  fiziki  şəxslərinin  xüsusi  mülkiyyətində  olan 

torpaqlar  Azərbaycan  Respublikasının  mülki  və  torpaq  qanunvericiliyində  nəzərdə  tutulmuş 

qaydada icarəyə verilə bilər. 

M a d d ə   8 .  

İcarə münasibətlərinin subyektləri 

Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, 

Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  və  vətəndaşları,  habelə  əcnəbilər  və  vətəndaşlığı 

olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər,  beynəlxalq  birliklər  və  təşkilatlar,  habelə  xarici 

dövlətlərdir. 

3

 



Azərbaycan  Respublikası  adından  icarə  münasibətlərində  öz  səlahiyyətləri  daxilində 

müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. 

Bələdiyyələr  icarə  münasibətlərində  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə 

bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər. 

Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  və  vətəndaşları  icarə  münasibətlərində 

icarəyəverənlər və icarəçilər kimi iştirak edirlər. 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər,  beynəlxalq  birliklər  və 

təşkilatlar, habelə xarici dövlətlər icarə münasibətlərində yalnız icarəçilər və subicarəçilər kimi 

iştirak edə bilərlər. 

4

 



I I   f ə s i l  

TORPAQLARIN İCARƏYƏ VERİLMƏSİ 

M a d d ə   9 .  



Torpaqların icarəyə verilməsi şərtləri 

5

 

Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir: 

ərazinin  təbii-coğrafi  şəraitinin,  torpaqdan  istifadənin  müddətinin  və  xüsusiyyətlərinin, 

qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə 

alınması; 

dövlət  və  bələdiyyə  torpaqlarının  icarəyə  verilməsində  torpaq  qanunvericiliyində  nəzərdə 

tutulmuş növbəliyə əməl edilməsi; 

torpaqların təyinatı üzrə istifadə edilməsi; 

torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin 

təmin edilməsi; 




torpaq  sahələrinin  yerquruluşu  layihələri  və  yaşayış  məntəqələrinin  baş  planları  əsasında 

verilməsi; 

kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, 

bərpası və yaxşılaşdırılmasının təmin edilməsi. 

M a d d ə   1 0 .   Torpaqların icarəyə verilməsinin ümumi qaydaları 

Azərbaycan  Respublikasında  torpaqlar  mülkiyyətçilərin  və  ya  onların  vəkil  etdiyi 

orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə 

verilə  bilər.  Bələdiyyə  torpaqları  üzərində  icarə  hüquqları  yalnız  açıq  torpaq  hərracları  və  ya 

müsabiqələri vasitəsilə əldə edilə bilər. 

6

 

Dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə 



götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq 

istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında 

qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.

 

7



 

Xüsusi  mülkiyyətdə  olan  torpaqların  bilavasitə  icarəyə  verilməsi  icarəyəverən  və  icarəçi 

arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. 

Xüsusi  şəhərsalma  əhəmiyyətinə  malik  dövlət  və  bələdiyyə  torpaqları  ayrılıqda,  yaxud 

layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. 

Dövlət  torpaqlarının  torpaq  müsabiqələri  və  ya  hərracları  vasitəsilə  icarəyə  verilməsini 

müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya 

hərracları  vasitəsilə  icarəyə  verilməsini  mülkiyyətçilər  sərbəst  həyata  keçirirlər.  Dövlət  və 

bələdiyyə  mülkiyyətində  olan  torpaqların  hərraclar  və  ya  müsabiqələr  vasitəsilə  icarəyə 

verilməsini qanunvericiliklə  müəyyən edilmiş  qaydada  müvafiq  icra hakimiyyəti  orqanı  təşkil 

edir. 


8

 

Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. 



Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə 

icarə  müqaviləsi  bağlayır.  İcarə  müqaviləsi  torpaq  müsabiqəsinin  və  ya  hərracının  şərtləri 

əsasında tərtib olunur. 

Torpaqların  icarəyə  verilməsi  ilə  bağlı  torpaq  müsabiqələrinin  və  hərraclarının  keçirilməsi 

qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

M a d d ə   1 1 .   Torpaq icarəsi müqaviləsi 

İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. 

Torpaq  icarəsi  müqaviləsi  Azərbaycan  Respublikasının  torpaq  qanunvericiliyinə  uyğun 

tərtib olunmalıdır. 

İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: 



9

 

icarəyəverən  və  icarəçinin  adları,  hüquqi  ünvanları,  digər  rekvizitləri,  onların  hüquq  və 



vəzifələri; 

torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; 

icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; 

torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; 

müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; 

fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; 

müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin 

həlli qaydası. 

Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki 

qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər. 

M a d d ə   1 2 .

 Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı 



 

Torpaq  sahəsi  üzərində  müddəti  on  bir  aydan  çox  olan  icarə  hüququ  qanunvericiliklə 

müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

 10


 

 

M a d d ə   1 3 .   İcarənin müddətləri 



 

Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə 

müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 

11

 



M a d d ə   1 4 .   İcarə haqqı 

Torpağın  icarə  haqqı  torpaqdan  müddətli  istifadəyə  görə  icarəçinin  icarəyəverənə  ödədiyi 

vəsaitdir. 

İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil 

edilir. 

İcarəyəverən  torpaq  vergisi  tədiyəçisi  olmadıqda,  icarə  haqqının  tərkibində  torpaq  vergisi 

nəzərə alınmır. 

Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. 

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca 

(müsabiqəyə)  çıxarılan  dövlət  və  ya  bələdiyyə  mülkiyyətində  olan  torpaqların  icarə  haqqının 

ilkin  qiyməti  (qiyməti)  onların  təyinatından,  sahəsindən,  coğrafi  yerləşməsindən  və 

keyfiyyətindən  asılı  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş 

normativlər  əsasında  müəyyənləşdirilir.  Həmin  sənədlərdə  torpağın  normativ  qiyməti,  torpaq 

vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. 



12

 

Kənd  təsərrüfatı  təyinatlı  torpaqlara  təklif  tələbi  üstələdiyi  hallarda  dövlət  mülkiyyətində 



olan  torpaq  üçün  icarə  haqqı,  hərraca  (müsabiqəyə)  çıxarılan  dövlət  və  ya  bələdiyyə 

mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli 

müəyyən edilə bilər. 

13

 

Kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə 



verildikdə torpaq qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlar tətbiq olunur. 

14

 

İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. 



Qanunla  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  dövlət  mülkiyyətində  olan  torpaqların 

icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. 

Dövlət  mülkiyyətində  olan  torpaqların  icarəyə  verilməsindən  daxilolmalara  nəzarət 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

15

 

M a d d ə   1 5 .   Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından 



əvvəl ləğv edilməsi və xitamı 

Torpaq icarəsi  müqaviləsinin  dəyişdirilməsi,  uzadılması, vaxtından əvvəl  ləğv edilməsi və 

xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş 

hallarda və qaydada həyata keçirilir. 



16

 

Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin 



hüququnun  başqa  şəxsə  keçməsi  müqavilə  şərtlərinin  dəyişdirilməsi  və  ya  onun  vaxtından 

əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. 

Bu  Qanun  qüvvəyə  mindikdən  sonra  icarəyə  götürülmüş  dövlət  və  bələdiyyə  torpaqları 

özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. 

İcarə  müddəti  tamam  olanadək  icarəçi  fiziki  şəxs  vəfat  etdikdə  icarə  müqaviləsi  üzrə 

hüquqlar,  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyində  müəyyən  olunmuş  qaydada, 

onun hüquqi varislərinə keçir. 

Maddə 16. İcarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması 



17

 



Hüquqi və ya fiziki şəxslərə icarəyə verilmiş torpaqların dövlət ehtiyacları üçün alınması 

halları  və  şərtləri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  və  “Torpaqların  dövlət 

ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 

Torpaq  dövlət  ehtiyacları  üçün  alındıqda,  onun  əvəzində  icarəçiyə  eyni  ölçüdə  və 

keyfiyyətdə başqa torpaq verilə bilər. 

Torpaq  dövlət  ehtiyacları  üçün  alınarkən  icarəçilər  tərəfindən  bu  torpağa  çəkilmiş  xərclər 

qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir. 

M a d d ə   1 7 .   İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi 

İcarəyə  verilmiş  torpaqların  məqsədli  təyinatı  Azərbaycan  Respublikasının  torpaq 

qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  müəyyən  olunur  və  icarə  müqaviləsində  əks 

etdirilir. 

İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının 

dəyişdirilməsindən sonra yol verilə bilər. 

İcarəyə 


verilmiş 

torpaqların 

məqsədli 

təyinatının 

dəyişdirilməsi 

Azərbaycan 

Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

I I I   f ə s i l  



İCARƏYƏVERƏN VƏ İCARƏÇİ 

M a d d ə   1 8 .   Torpağın icarəyə vermək hüququ 

Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil 

etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. 

Dövlət  mülkiyyətində  olan  torpaqların  icarəyə  verilməsini  qanunvericilikdə  nəzərdə 

tutulmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanları,  bələdiyyə  torpaqlarını  isə  bələdiyyələr 

həyata keçirirlər. 

Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş 

qaydada mülkiyyətçilər həyata keçirirlər. 

M a d d ə   1 9 .   İcarəyəverənin hüquqları 

İcarəyəverənin hüquqları aşağıdakılardır: 

icarəyə  verilmiş  torpaq  sahələrinin  təyinatı  üzrə  istifadəsinə  və  icarə  müqaviləsinin 

şərtlərinə əməl edilməsinə nəzarət etmək; 

icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və 

mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq; 

icarə  müqaviləsinin  dəyişdirilməsi,  vaxtından  əvvəl  ləğv  edilməsi,  dayandırılması  və 

(bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək; 

18

 

icarəçinin  təqsiri  üzündən  icarəyə  verilmiş  torpaqlara  vurulmuş  zərərin  əvəzinin 



ödənilməsini tələb etmək; 

icarəyə  verilmiş  torpaqlarda  icarəyə  verənin  razılığı  olmadan  tikilmiş  və  quraşdırılmış 

binaların, qurğuların sökülməsini tələb etmək; 

qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

M a d d ə   2 0 .   İcarəyəverənin vəzifələri 

19

 

İcarəyəverənin vəzifələri aşağıdakılardır: 

icarəyə  verilən  torpaq  sahəsini  icarə  müqaviləsi  və  torpaq  qanunvericiliyi  ilə  nəzərdə 

tutulmuş qaydada icarəçiyə təhvil vermək; 

icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirilərkən, bu sahənin satın 

alınmasını ilk növbədə icarəçiyə təklif etmək; 




icarə  müqaviləsinin  şərtlərinə  əməl  etmək,  müqavilənin  müddəti  qurtardıqda  və  ya 

müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun 

razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək; 

qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. 

M a d d ə   2 1 .   İcarəçi 

Azərbaycan  Respublikasının  vətəndaşları  və  hüquqi  şəxsləri,  əcnəbilər  və  vətəndaşlığı 

olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər 

bu  Qanunda  və  torpaq  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  torpaq  icarəçisi  ola 

bilərlər. 

20

 



M a d d ə   2 2 .   İcarəçinin hüquqları 

İcarəçinin hüquqları aşağıdakılardır: 

torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; 

icarə  obyekti  özəlləşdirildiyi,  başqasına  istifadəyə  və  ya  icarəyə  verildiyi  halda  həmin 

obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək; 

icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; 

icarəyəverənin  razılığı  ilə  icarəyə  götürülmüş  torpaq  sahələrində  torpaqdan  təyinatı  üzrə 

səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; 

icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə 

haqqının azaldılmasını icarəyəverəndən tələb etmək; 

dövlət  mülkiyyətində  olan  torpaq  sahəsi  özəlləşdirildiyi halda  həmin  sahənin  ilk  növbədə 

ona təklif edilməsini icarəyəverəndən tələb etmək; 

qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi 

ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək; 

qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

M a d d ə   2 3 .   İcarəçinin vəzifələri 

İcarəçinin vəzifələri aşağıdakılardır: 

icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; 

icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; 

icarəyə  götürülmüş  kənd  təsərrüfatı  təyinatlı  torpaqların  mühafizəsi,  keyfiyyətinin 

qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; 

icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında 

geri qaytarmaq; 

icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; 

torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; 

qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. 

I V   f ə s i l  

İCARƏ ZAMANI MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ 

M a d d ə   2 4 .   Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq 



üzərində icarə hüququnun əldə edilməsi 

Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar tikiliyə, qurğuya, sənaye, nəqliyyat, 

rabitə  və  digər  obyektlərə  icarə  hüququ  başqa  şəxsə  keçərkən,  bu  əmlakın  yerləşdiyi  torpaq 

sahəsi üzərində icarə hüququ, qanunvericiliklə müəyyən edilmiş qaydada həmin şəxsə keçir. 




M a d d ə   2 5 .   Mülkiyyət hüququ 

İcarəçinin  icarəyə  götürdüyü  torpaqdan  istifadə  nəticəsində  əldə  etdiyi  məhsul,  əmlak  və 

gəlir icarəçinin mülkiyyətidir. 

İcarəyə  götürülmüş  torpaq  sahəsində  icarəyəverənin  razılığı  ilə  icarəçinin  vəsaiti  hesabına 

tikilmiş  binalar  və  qurğular  icarəçiyə  məxsusdur.  Müqavilənin  müddəti  qurtardıqda  və  ya 

müqavilə  vaxtından  əvvəl  ləğv  edildikdə,  icarə  müqaviləsində  başqa  hallar  nəzərdə 

tutulmamışdırsa,  icarəyəverən  həmin  binaların  və  qurğuların  dəyərini  müəyyən  edilmiş 

qaydada  ödəməyə  borcludur,  qanunvericilikdə  və  müqavilədə  başqa  hal  nəzərdə 

tutulmamışdırsa,  torpaq  sahəsindən  icarə  müddəti  başa  çatdıqdan  sonra  icarəçi  tərəfindən 

ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. 

21

 

İcarəyə  götürülmüş  torpaq  sahəsində  icarəyəverənin  razılığı  olmadan  icarəçinin  vəsaiti 



hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin 

qarşılıqlı razılığı  ilə,  bu mümkün  olmadıqda isə  Azərbaycan  Respublikasının  torpaq  və  mülki 

qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. 

M a d d ə   2 6 .   İcarə zamanı sahibkarlıq fəaliyyəti 

İcarəçi  icarə  müqaviləsinə  uyğun  olaraq  özünün  təsərrüfat  fəaliyyətini  müstəqil 

müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir. 

İcarəçinin sahibkarlıq fəaliyyəti yalnız müqaviləsinin şərtləri ilə məhdudlaşdırıla bilər. 

İcarəçinin  icarəyə  götürdüyü  torpaq  üzərində  hüququnun  mühafizəsi  mülkiyyətçinin 

hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. 

İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş torpağa yönəldilməsinə yol verilmir. 

M a d d ə   2 7 .   Sahibkarlıq fəaliyyəti nəticəsində dəymiş zərərin ödənilməsi 

İcarəyə götürülmüş torpaqlarda sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə, hüquqi və fiziki 

şəxslərə,  ətraf  mühitə  və  mülkiyyətçilərə  dəymiş  zərər  Azərbaycan  Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir. 

M a d d ə   2 8 .   İcarəyə götürülmüş torpağın satın alınması 

İcarəçi icarəyə götürdüyü torpaq sahəsini mülkiyyətçinin razılığı ilə tamamilə və ya qismən 

satın ala bilər. 

22

 

İcarəyə  götürülmüş  torpaqların  satın  salınması  Azərbaycan  Respublikasının  torpaq  və 



özəlləşdirmə haqqında qanunvericilik aktları ilə tənzimlənir. 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və 

təşkilatlara,  habelə  xarici  dövlətlərə  icarəyə  verilmiş  torpaqlar  onların  xüsusi  mülkiyyətinə 

verilə bilməz. 

23

 

V   f ə s i l  



TORPAQ İCARƏSİ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ 

MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ 

M a d d ə   2 9 .   Torpaq icarəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin 



etibarsızlığı 

Torpaq  icarəsi  haqqında  qanunvericiliyin  tələbləri  pozulmaqla  bağlanmış  əqdlər 

etibarsızdır. 



M a d d ə   3 0 .   Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 

Torpaq  icarəsi  haqqında  qanunvericiliyin  pozulmasında  təqsirkar  olan  hüquqi  və  fiziki 

şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada  məsuliyyət 

daşıyırlar. 

M a d d ə   3 1 .   Mübahisələrin həlli 

Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından 

əvvəl  ləğv  edilməsi  və  xitamı  ilə  əlaqədar  mübahisəli  məsələlər  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. 



 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV 

Bakı şəhəri, 11 dekabr 1998-ci il 

№ 587-IQ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 



 

1.

  27  fevral  2001-ci  il  tarixli  96-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 149

2.

  23  aprel  2002-ci  il  tarixli  311-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241

3.

  22  noyabr  2002-ci  il  tarixli  382-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706

4.

  3  dekabr  2002-ci  il  tarixli  396-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 14

5.

  7  aprel  2006-cı  il  tarixli  91-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 389

6.

  21  aprel  2006-cı  il  tarixli  100-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478

7.

  30  may  2006-cı  il  tarixli  122-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657

8.

  17  aprel  2007-ci  il  tarixli  315-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745

9.

  1  aprel  2008-ci  il  tarixli  588-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  

Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348

10.

  28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan  Respublikasının  Qanunu (“Azərbaycan” 

qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 

№ 12, maddə 1048

11.

  20  aprel  2012-ci  il  tarixli  337-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 

qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 

№ 6, maddə 503

 

 



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

                                                 



1

  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    12  dekabr  2008-ci  il,  №  277,  Azərbaycan  Respublikasının  qanunvericilik 

toplusu,  2008-ci  il,  №  12,  maddə  1048)  ilə  4-cü  maddənin  ikinci  hissəsində  "bir  qayda  olaraq"  sözləri 

"qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilmişdir. 

 

 



2

   


7  aprel  2006-cı  il  tarixli  91-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  5,  maddə  389)  ilə  5-ci  maddəsinin  birinci 

hissəsinin altıncı abzasında “bitki mühafizəsi, bitki karantini” sözləri “fitosanitar nəzarəti” sözləri ilə əvəz 

edilmişdir. 

 

3



 

27  fevral  2001-ci  il  tarixli  96-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  3,  maddə  149)  ilə  8-ci  maddənin  birinci 

hissəsindən  “xarici  investorlara  məxsus  müəssisələr  və”  sözləri  çıxarılmışdır.  Əvvəlki  redaksiyada 

deyilirdi: 

Torpaq  üzərində  icarə  münasibətlərinin  subyektləri  Azərbaycan  Respublikası,  bələdiyyələr, 

Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  və  vətəndaşları,  habelə  əcnəbilər  və  vətəndaşlığı 



                                                                                                                                                              

olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici investorlara 

məxsus müəssisələr və xarici dövlətlərdir. 

 

4



 

3  dekabr  2002-ci  il  tarixli  396-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2003-cü  il,  №  1,  maddə  14)  ilə  8-ci  maddənin  beşinci 

hissəsindən  "xarici  investorlara  məxsus  müəssisələr  və"  sözləri  çıxarılmışdır.  Əvvəlki  redaksiyada 

deyilirdi: 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər,  beynəlxalq  birliklər  və 

təşkilatlar, habelə xarici investorlara məxsus müəssisələr və xarici dövlətlər icarə münasibətlərində 

yalnız icarəçilər və subicarəçilər kimi iştirak edə bilərlər. 

 

5

  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    12  dekabr  2008-ci  il,  №  277,  Azərbaycan  Respublikasının  qanunvericilik 

toplusu,  2008-ci  il,  №  12,  maddə  1048)  ilə  9-cu  maddənin  üçüncü  abzası  çıxarılmışdır  və  dördüncü-

yeddinci abzaslar müvafiq olaraq üçüncü-altıncı abzaslar hesab edilmişdir. 

 

 

6



  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    12  dekabr  2008-ci  il,  №  277,  Azərbaycan  Respublikasının  qanunvericilik 



toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə  birinci hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 

 

 



7

 

27  fevral  2001-ci  il  tarixli  96-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  3,  maddə  149)  ilə  10-cu  maddənin  ikinci 

hissəsində “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “və ya bələdiyyənin” sözləri əlavə 

edilmişdir. 

28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 

12, maddə 1048) ilə ikinci hissədə "və bələdiyyə""və ya bələdiyyənin" sözləri çıxarılmışdır. 

 

 



 

8

  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    12  dekabr  2008-ci  il,  №  277,  Azərbaycan  Respublikasının  qanunvericilik 

toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə altıncı hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 

 

 



9

 

17  aprel  2007-ci  il  tarixli  315-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  8,  maddə  745)  ilə  11-ci  maddəsinin  3-cü 

hissəsinin yeddinci abzası çıxarılmışdır, səkkizinci abzas yeddinci abzas hesab edilmişdir. 

 

 

10



  27  fevral  2001-ci  il  tarixli  96-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  3,  maddə  149)  ilə  12-ci  maddənin  birinci 

hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır. 

 

23  aprel  2002-ci  il  tarixli  311-IIQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 12-ci maddənin 1-ci hissəsinə 

yeni ikinci cümlə əlavə edilmişdir. Əvvəlki ikinci cümlə üçüncü cümlə hesab edilmişdir. 




                                                                                                                                                              

 

21  aprel  2006-cı  il  tarixli  100-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  6,  maddə  478)  ilə  "Torpaq  icarəsi  haqqında" 

Azərbaycan  Respublikası  Qanununun  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  1999-cu il, 

№ 3, maddə 154; 2001-ci il, № 3, maddə 149; 2002-ci il, № 5, maddə 241, № 12, maddə 706; 2003-cü il, № 1, 

maddə 14) 12-ci maddəsi yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

M a d d ə   1 2 .  



Torpaq icarəsi müqaviləsinin dövlət qeydiyyatı 

Torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş 

qaydada  dövlət  qeydiyyatına  alınır.  Torpağa  icarə  hüququ  həmçinin  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan 

keçməmiş  icarə  hüquqlarının  müdafiəsinə  və  toxunulmazlığına  təminat  verilmir.  Dövlət  və  bələdiyyə 

torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir.

 

 

 



 

 

 



 

11

  27  fevral  2001-ci  il  tarixli  96-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  3,  maddə  149)  ilə  13-cü  maddənin  mətni  yeni 

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

Azərbaycan  Respublikasında  torpaqlar  hüquqi  və  fiziki  şəxslərin  icarəsinə  uzunmüddətə  və 

qısamüddətə verilir. 

Torpağın qısamüddətli icarəsi — on beş ilədək, uzunmüddətli icarəsi isə — on beş ildən doxsan 

doqquz ilədək müəyyən oluna bilər. 

 

12

  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    12  dekabr  2008-ci  il,  №  277,  Azərbaycan  Respublikasının  qanunvericilik 

toplusu,  2008-ci  il,  №  12,  maddə  1048)  ilə  beşinci  hissədə  "və  bələdiyyə"  sözləri  çıxarılmışdır,  "aşağı 

həddi" sözlərindən sonra "və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan 

torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti)" sözləri əlavə edilmişdir. 

 

 



13

 

28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 

12, maddə 1048) ilə altıncı hissə yeni redaksiyada verilmişdir. 

əvvəlki redaksiyada deyilirdi: 

Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  kənd  təsərrüfatı  təyinatlı  torpaqlara  təklif  tələbi  üstələdiyi 

hallarda icarə haqqı güzəştli tətbiq edilə bilər. 

 

 

14



  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    12  dekabr  2008-ci  il,  №  277,  Azərbaycan  Respublikasının  qanunvericilik 



toplusu,  2008-ci  il,  №  12,  maddə  1048)  ilə  yeddinci  hissə  çıxarılmışdır  və  səkkizinci-onuncu  hissələr 

müvafiq olaraq yeddinci-doqquzuncu hissələr hesab edilmişdir. 

 

 

15



  22  noyabr  2002-ci  il  tarixli  382-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 14-cü maddəyə doqquzuncu 

və onuncu abzaslar əlavə edilmişdir. 

 



                                                                                                                                                              

16

  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    12  dekabr  2008-ci  il,  №  277,  Azərbaycan  Respublikasının  qanunvericilik 

toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 15-ci maddənin birinci hissəsində "mülki" sözü çıxarılmışdır. 

 

 



17

  30  may  2006-cı  il  tarixli  122-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  8,  maddə  657)  ilə  16-cı  maddəsinin  adından 

“fors-major halları baş verdikdə” sözləri çıxarılmışdır. 

30  may  2006-cı  il  tarixli  122-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  8,  maddə  657)  ilə  16-cı  maddəsinin  birinci 

hissəsi yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

İcarəyə  verilmiş  dövlət  və  bələdiyyə  torpaqları,  habelə  xüsusi  mülkiyyətdə  olan  torpaqlar,  fors-

major  halları  baş  verdikdə  Azərbaycan  Respublikasının  torpaq  qanunvericiliyində  nəzərdə  tutulmuş 

qaydada,  icarə  müddəti  qurtarmamış  dövlət,  bələdiyyə  və  ya  ictimai  ehtiyaclar  üçün  geri  alına  bilər. 

İcarəyə  verilmiş  torpaqların  geri  alınması  icarəçilərin  razılığı  ilə  həmin  torpaqları  verən  müvafiq  icra 

hakimiyyəti orqanının, bələdiyyənin və ya məcburi qaydada məhkəmənin qərarı ilə həyata keçirilir. 

30  may  2006-cı  il  tarixli  122-IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  8,  maddə  657)  ilə  16-cı  maddəsinin  ikinci 

hissəsində “, bələdiyyə” sözü “ehtiyacları” sözü ilə əvəz edilmişdir.  

1  aprel  2008-ci  il  tarixli  588-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  

Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №5,  maddə  348)  ilə  16-cı  maddəsinin  birinci  və 

ikinci hissələrindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır. 

 

20 aprel 2012-ci il tarixli 337-IVQD nömrəli Azərbaycan  Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 6, 

maddə 503) ilə 16-cı maddə yeni redaksiyada verilmişdir 

 

əvvəlki redaksiyada deyilirdi: 



M a d d ə   1 6 .   İcarəyə verilmiş torpaqların geri alınması 

Hüquqi  və  ya  fiziki  şəxslərə  icarəyə  verilmiş  torpaq  sahələrinin  dövlət  ehtiyacları  və  ya  ictimai 

ehtiyaclar üçün geri alınması şərtləri və halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən 

edilir. 


Torpaq  sahəsi  dövlət,  ehtiyacları  və  ya  ictimai  ehtiyaclar  üçün  geri  alındıqda,  onun  əvəzində 

icarəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa torpaq sahəsi verilə bilər. 

Torpaq sahəsi geri alınarkən icarəçilər tərəfindən bu sahəyə çəkilmiş xərclər qanunvericiliklə 

müəyyən olunmuş qaydada ödənilir. 

 

18

  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 

12,  maddə  1048)  ilə  19-cu  maddənin  dördüncü  abzasında  "və  uzadılması"  sözləri  "və  (bələdiyyə 

torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması" sözləri ilə əvəz edilmişdir. 

 

19

  28  oktyabr  2008-ci  il  tarixli  709-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti    12  dekabr  2008-ci  il,  №  277,  Azərbaycan  Respublikasının  qanunvericilik 



toplusu,  2008-ci  il,  №  12,  maddə  1048)  ilə  20-ci  maddənin  üçüncü  abzasında  "icarəyə  verilmiş" 

sözlərindən  sonra,  22-ci  maddənin  yeddinci  abzasında  isə  "torpaq  sahəsi"  sözlərindən  əvvəl  "dövlət 



mülkiyyətində olan" sözləri əlavə edilmişdir. 

 

 



20

 

3  dekabr  2002-ci  il  tarixli  396-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2003-cü  il,  №  1,  maddə  14)  ilə  21-ci  maddədən  "xarici 


                                                                                                                                                              

investorlara məxsus müəssisələr və" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

Azərbaycan  Respublikasının  vətəndaşları  və  hüquqi  şəxsləri,  əcnəbilər  və  vətəndaşlığı olmayan 

şəxslər,  xarici  hüquqi  şəxslər,  beynəlxalq  birliklər  və  təşkilatlar,  habelə  xarici investorlara  məxsus 

müəssisələr  və  xarici  dövlətlər  bu  Qanunda  və  torpaq  qanunvericiliyində  nəzərdə  tutulmuş 

qaydada torpaq icarəçisi ola bilərlər. 

 

21

  27  fevral  2001-ci  il  tarixli  96-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  3,  maddə  149)  ilə  25-ci  maddənin  ikinci 

hissəsinin ikinci cümləsində “borcludur” sözü “borcludur, qanunvericilikdə və müqavilədə başqa hal 



nəzərdə  tutulmamışdırsa,  torpaq  sahəsindən  icarə  müddəti  başa  çatdıqdan  sonra  icarəçi  tərəfindən 

ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.” sözləri ilə əvəz edilmişdir. 

 

22

  1  aprel  2008-ci  il  tarixli 588-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  

Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 28-ci maddəsinin birinci hissəsi 

çıxarılmışdır. 



 

 

23

  27  fevral  2001-ci  il  tarixli  96-IIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  3,  maddə  149)  ilə  28-ci  maddənin  üçüncü 

hissəsindən  “xarici  investorlara  məxsus  müəssisələrə  və”  sözləri  çıxarılmışdır.  Əvvəlki  redaksiyada 

deyilirdi: 

Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə,  xarici  hüquqi  şəxslərə,  beynəlxalq  birliklərə  və 

təşkilatlara,  habelə  xarici  investorlara  məxsus  müəssisələrə  və  xarici  dövlətlərə  icarəyə  verilmiş 

torpaqlar onların xüsusi mülkiyyətinə verilə bilməz. 



Yüklə 146,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə