Microsoft Word Transport Strategy az doc



Yüklə 119,53 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü119,53 Kb.
#44202


 

 

Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası 



 

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. 

Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil,səhiyyə ilə yanaşı, nəqliyyat 

cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər 

dövlət prioritetlərinə nail olmaq üçün mühüm  rol oynayır. 

1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası bazar iqtisadiyyatına doğru addımlar ataraq 

seçim etmişdir. O zamandan bəri islahatlar nəqliyyat sektorunun tənzimedici mühitində nəzərə çarpan 

dərəcədə dəyişikliklərə səbəb olmuş nəqliyyat xidmətlərinə olan tələbə böyük təsir göstərmişdir. 

1993-cü ildən sonrakı dövr ərzində nəqliyyat sahəsində strukturların və idarəetmə institutlarının əsaslı 

yeniləşdirilməsi aparılmışdır. Təşkilati və tənzimləyici fəaliyyətlərin bölgüsünə keçidlə yanaşı inzibati 

idarəetmədən bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi sisteminə keçirilmiş,  nəqliyyat 

fəaliyyətinin müəyyən dərəcədə hüquqi əsası yaradılmışdır. Bunun ən bariz nümunəsi – nəqlyyat-yol 

kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı sub sektorları 

avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası 

münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanının – Azərbaycan Respublikası Nəqliyyat 

Nazirliyinin yaradılmasıdır. 

Bu dövr ərzində sərnişin və yük daşımalarına olan tələbat yüksək dərəcədə artmış beləliklə, nəqliyyat 

sektorunda islahatların aparılmasının sürətli inkişafına təkan vermişdir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra nəqliyyat sistemi inkişafının yeni mərhələsinə 

qədəm qoymuşdur. 

Əsaslı struktur islahatları tamamlanmışdır. Ölkə İqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə 

keçmiş,bazar iqtisadiyyatı şəraitində nəqliyyatın işinin hüquqi bazasının yaradılmasına,tələbə 

yönəlik,bazar iqtisadiyyatının tələblərini əks etdirən güclü fəaliyyətlərə üz tutmağa səbəb 

olmuşdur.  Nəqliyyatda sektor islahatlarının tamalanması vahid nəqliyyat siyasətinin formalaşması 

üçün stimul yaratmışdır. Vahid nəqliyyat siyasətinin hədəflərindən biri sub sektroların 

inteqrasiyasından və nəqliyyat xidməti bazarında həm birləşmiş həm də multi-modelli nəqliyyat 

sistemlərində  bacarıqların artırılmasından ibarətdir. 

Nəqliyyatın  artan fərdi çevikliyi, vətəndaşların nəqliyyatla hərəkət etmələri sahəsində hüquqlarının 

həyata keçirilməsini təmin etməklə yanaşı, həm də Azərbaycan Respublikasının müdafiə potensialının 

yüksəldilməsi üçün vacibdir. 

Nəqliyyat sektorunun əsas rolu artmaqda olan tələbin təmin edilməsindən eyni zamanda,  Azərbaycan 

Respublikası tərəfindən hazırlanmaqda olan sosial-iqtisadi inkişaf islahatları ilə uyğunluq prinsipləri 

ilə yanaşı addımlamasıdır. 

Dəyişən şərtlər nəqliyyat sisteminin inkişafı üçün əsas istiqamətlərin müəyyən olunmasını və 

nəqliyyatın inkişafı sahəsində dövlət tərəfindən müəyyən olunan vəzifələrin müəyyənləşdirilməsini 

zəruri edir 

• Azərbaycan Respublikasının Nəqliyyat Strategiyası nəqliyyat sisteminin inkişaf istiqamətlərini, 

dövlətin nəqliyyat sahəsində fəaliyyətinin əsas vəzifələrini, forma və məzmununu müəyyən edir; 

Nəqliyyat kompleksi üçün vahid prioritetlər sistemini təyin edir və spesifik xüsusiyyətləri nəzərə 



alınmaqla ayrı-ayrı nəqliyyat növlərində bu prioritetlərin həyata keçirilmə istiqamətlərini 

müəyyənləşdirir Dövlət nəqliyyat siyasəti sahəsində qərarların qəbul edilməsi, nəqliyyatda və 

iqtisadiyyatın nəqliyyatla sıx əlaqədar olan sahələrində məqsədli proqramların hazırlanması, 

nəqliyyatdan asılı sosial, müdafiə və digər problemlərin həll edilməsində əsas istinad kimi qəbul edilir. 

Dövlət səlahiyyət orqanlarının, özəl müəssisələrin və nəqliyyatdan istifadə edənlərin rolları da 

strategiyada nəzərə alınmışdır.Azərbaycan Respublikasının Nəqliyyat Strategiyası Azərbaycan 

Respublikası Konstitusiyasının tələblərinə, Azərbaycan Respublikasının Nəqliyyat haqqında Qanununa, 

Azərbaycan Respublikasının Nəqliyyat Siyasətinə,Mülki Məcəlləyə,Azərbaycan Respublikası 

iqtisadiyyatının və sosial-iqtisadi inkişafının vəziyyəti barədə proqnozlara, təcili, orta və daha uzaq 

dövrlərdə həyata keçirilməsi nəzərdə tutulan layihələrə əsaslanır. 

• İctimai asaiş,müdafiə,milli iqtisadiyyatın artımı və nəqliyyatdan asılı olan digər sahələrdə bütün 

stratejik məsələlər dövlət maraqlarına xidmət edilməklə müəyyən olunmuş vasitələrlə yollarla həllini 

tapır. Geniş hədəfli proqramın inkişafı üçün bazis təşkil edir.  Nəqliyyat sektorunda islahatların əsas 

prioritetlərini  və hökumətin rolunu müəyyən edir. 

• Bütün nəqliyyat növləri üçün dəyişməz prioritetlər sistemini təşkil edir və tamamlanma 

istiqamətlərini müəyyən edir. Həmçinin fərdi nəqliyyat növlərinə qarşı müxtəlif yanaşmalara baş vurur. 

• Islahatların həyata keçməsi,hədəf proqramlarının inkişafı və qərarların sonrakı mərhələdə daha 

yaxından işlənib hazırlanması üçün bazisdir. 

• Müntəzəm şəkildə nəzarət olunmalı,lazım gəldikdə isə, ölkənin sürətli inkişaf və artımı nəzərə 

alınmaqla,müddəalara uyğun şəkildə düzəlişlər olunmalıdır.  

  

  

1. NƏQLIYYAT SISTEMININ INKIŞAFININ MƏQSƏD VƏ HƏDƏFLƏRI 



1.1   Nəqliyyat sisteminin inkişaf etdirilməsinin əsas məqsədi: 

• nəqliyyat xidmətləri ilə respublika əhalisinin çevikliyinin artan tələblərini qarşılamaqla  həyat tərzinə 

olan müsbət təsirin maksimum səviyyəyə çatdırılması   

• iqtisadi artıma xidmət etmək üçün etibarlı,sağlam,əlverişli nəqliyyat siyasətinin həyata keçirilməsi 

1.2     Nəqliyyat sisteminin inkişafının məqsədləri, sürətli iqtisadi artım mərhələsinə  

  keçidlə üst üstə düşən birbaşa ictimai və iqtisadi prioritetlərin həyata keçirilməsi    

  ilə əlaqədardır. 

• Vahid iqtisadi məkanın inkişafı, mal dövriyyəsinin sürətləndirilməsi və iqtisadiyyatda nəqliyyat 

xərclərinin azaldılması - mal dövriyyəsi sistemində inzibati əngəllərin və ayrı-ayrı regionların 

nəqliyyat sisteminin inkişafında qeyri-bərabərliyin ləğv olunması ilə yanaşı, ölkədə vahid dayanıqlı 

nəqliyyat şəbəkəsinin yaradılmasını  tələb edir.  

• Nəqliyyat diskriminasiyasının ləğv edilməsi,dayanıqlı ictimai inkişaf və regionlar arası inkişafı 

gücləvdirərək milli əmək bazarının yaradılması məqsədi ilə vətəndaşların bütün təbəqələrinin, o 

cümlədən ucqar ərazilərdə yaşayan vətəndaşların nəqliyyatla təmin olunması, nəqliyyat xidmətlərinin 

keyfiyyətinin artırılması, nəqliyyatın əhaliyə və ətraf mühitə neqativ təsirinin azaldılması, nəqliyyat 

kompleksi üçün ixtisaslı kadrların hazırlanması nəqliyyat sisteminin inkişafının əsas 

məqsədlərindəndir. 

• Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi 

nəqliyyat infrastrukturunun ona uyğun yenidənqurulmasını, Azərbaycanın tranzit ölkəsi kimi mövcud 

imkanlarından tam istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətqabiliyyətliliyinin artırılmasını 

və nəqliyyat xidmətləri ixracının inkişafını tələb edir. 



• Geosiyasi şəraitin dəyişməsi və Azərbaycan Respublikasının dünya miqyasında müvafiq mövqe 

tutması, nəqliyyat növlərində yeni təhlukəsizlik standartların incələnməsini və təqdim edilməsini zəruri 

edir. 

• Getdikcə köhnəlməkdə olan nəqliyyat infrastrukrunun qaşısının alınması, sektorda struktur 



islahatların aparılması və infrastrukturun inkişafı və təchizatı maliyyələşdirmək üçün yeni yollara baş 

vurmaq qaçınılmazdır. 

2. NƏQLIYYAT SISTEMININ IDARƏOLUNMASINDA, INKIŞAFINDA VƏ FƏALIYYƏTININ 

TƏNZIMLƏNMƏSINDƏ DÖVLƏTIN ROLU 

Nəqliyyat-yol kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı, 

nəqliyyat sub sektorlarında vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası 

münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı Nəqliyyat Nazirliyidir. Nəqliyyat sahəsində 

inkişaf,tənzimləmə və idarəetmə funksiyalarını Nəqliyyat Nazirliyi və sahələr üzrə öz səlahiyyətləri 

çərçivəsində müvafiq dövlət orqanları həyata keçirirlər. 

2.1   Nəqliyyatın fəaliyyətinin dövlət tənzimlənməsinə ehtiyac var.Dövlətin siyasətinə ə  

uyğun olaraq nəqliyyat, bütövlükdə  ölkənin digər iqtisadi sektorları ilə yanaşı (enerji,müdafi,nüvə) 

ictimai ehtiyacların ödənilməsi  və ölkənin iqtisadi tələblərinə xidmət etmək baxımından mühim bir 

sahədir. 

2.2   Nəqliyyat sisteminə daxil olan müxtəlif nəqliyyat növləri bir-birindən fərqlənsələr  

də, dövlət nəqliyyata makro səviyyədə vahid idarəetmə obyekti kimi baxır.Nəqliyyatdan müxtəlif 

növləri arasında rəqabəti deyil, nəqliyyat xidmətlərindən istifadə edənlərə 

tamamlayıcı,qarşılıqlı,müxtəlif yönlü xidmətləri təmin edən vahid kompleksə çevirməyi tələb 

edir.Dövlət tənzimləmə işlərində əməkdaşılıq edərək müxtəlif nəqliyyat növlərini inkişafına dəstək 

göstərir. 

2.3   Nəqliyyatda dövlət tənzimlənməsinə qarşı birgə yanaşmadan aşağıdakılar qəsd  

olunur: 

• nəqliyyatın fəaliyyətinin hüquqi əsaslarının vahid prinsiplər əsasında inkişafını; 

• dövlət qaynaqlarının nəqliyyatın ayrı-ayrı növlərinin arasında paylanaraq onun inkişafına dair hədəf 

proqramların işlənib-hazırlanması 

• nəqliyyat sahəsində vergiqoyma, maliyyələşdirmə,  investisiya,texniki və qiymət nəzarəti 

fəaliyyətlərinin həyata keçirilməsini tənzimləyən siyasət; 

• nəqliyyat sahəsinə ayrılmış büdcə vəsaitlərinin və digər vəsaitlərin nəqliyyatın müxtəlif növləri 

arasında balanslaşdırılmış formada bölüşdürülməsini; 

• qarşılıqlı və çox yönlü  nəqliyyat növləri üzrə  lazım görülən hallarda yüngülləşdirmə ; 

• nəqliyyat sisteminin inkişafı üçün sahibkar maraqlarının və tələblərinin  birləşdirilməsi üçün 

əməkdaşlıq: 

• nəqliyyat növləri arasında rəqabətin tənzimlənməsinin yüngülləşdirilməsi; 

• nəqliyyatda vahid informasiya məkanının yaradılmasını; 

• nəqliyyat sisteminin inkişafı üçün dövlətin və ayrı-ayrı fərdlərin səylərinin birləşdirilməsini, onların 

maraqlarının qorunmasını və razılaşdırılmasını; 

Nəqliyyat Nazirliyi yuxarıda qeyd olunan nəqliyyat sektorunun inkişafına dair vahid yanaşmanın 

həyata keçirilməsindən cavabdehlik daşıyan dövlət orqanıdır.  

2.4   Dövlət nəqliyyatın fəaliyyətinə minimum zəruri həddə qədər müdaxilə etmək 

prinsipindən çıxış edir. Nəqliyyat sisteminin fəaliyyətinin iqtisadi əsası müstəqil operatorların 



rəqabətindən ibarətdir. Rəqabətli nəqliyyat xidmətləri bazarında dövlət operator kimi öz iştirakına 

tədricən son qoymalıdır.Nəqliyyat infrastrukturunun inkişafı büdcə vəsaitlərindən və digər vəsaitlərdən 

istifadə etməklə bərabər, şəxsi investorların cəlb edilməsini genişləndirməyi nəzərdə tutur. Onun 

istismarına özəl investorları cəlb etməklə, infrastrukturun kommersiyalaşdırılması və idarə edilməsini 

gözdən qaçırmamaq zəruridir. Həmçinin dövlət siyasətinə müvafiq olaraq bir sıra nəqliyyat 

infrastrukturunun tədricən özəlləşdirilməsi də mühim xarakter daşıyır. 

2.5   Nəqliyyatın idarə edilməsində dövlətin məsuliyyət daşıdığı sahələr aşağıdakılardır: 

  

• Struktur islahatların inkişafı və tamamlanmasıl 



• nəqliyyat fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi; 

• nəqliyyat proseslərinin təhlükəsizlik standartlarının işlənilməsi və yerinə yetirilməsinə nəzarət, 

nəqliyyatın ətraf mühitə təsiri; 

• nəqliyyatda təhlükəsizliyin təmin edilməsi; 

• müdafiə və səfərbərlik xarakterli məsələlərin həlli; 

• artmaqda olan iqtisadiyyatın tələblərinin yerinə yetirilməsi 

• ölkənin bölgələrinin və əhalinin bütün təbəqələrinin minimal nəqliyyat xidmətləri ilə təmin edilməsi; 

• nəqliyyatın mövcud baza infrastrukturunun işlək vəziyyətdə saxlanılması; 

2.6  Dövlətin müvafiq dəyişikliklərə yardım etdiyi və stimullaşdırdığı sahələr     

aşağıdakılardır: 

• nəqliyyat xidmətləri bazarında rəqabətin inkişafı; 

• nəqliyyatda innovasiya texnologiyaların tətbiqi üçün şəraitin yaradılması; 

• nəqliyyat infrastrukturunda çatışmazlıqların aradan qaldırılması məqsədilə investisiya layihələrinin 

həyata keçirilməsi; 

• beynəlxalq nəqliyyat xidmətləri bazarında yerli nəqliyyat operatorları üçün əlverişli şəraitin 

yaradılması və nəqliyyat xidmətlərinin ixracının inkişafı; 

• aztəminatlı təbəqələr və fiziki cəhətdən çatışmazlığı olan əhali üçün nəqliyyat xidmətlərindən istifadə 

imkanlarının artırılması. 

2.7  Nəqliyyat səlahiyyət orqanları arasında haq və qabiliyyətlərin müxtəlifliyi   

       çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir: 

• nəqliyyatın növündən asılı olaraq tənzimləyici qayda qanunların, məcəllə və digər əsas qanunların 

qəbulu 


• təhlükəsizlik və ətra mühitin müdafiəsi ilə əlaqədar vahid tələblərin qoyulması 

• əsas nəqliyyat infrastrukturunun inkişafı ilə əlqədar əsas qərarların qəbul edilməsi 

• nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın yaradılması ilə,tranzit potensialının inkişafı 

• nəqliyyat qanunvericiliyinin icra edilməsi üçün güc tətbiqi və nəzarət 

2.8  Azərbaycan Respublikası Qanunvericiliyi regionlarda mövcud olan fərqli ictimai,ətraf mühitlə 

əlaqədar standartlara üz tutur. Buraya nəqliyyat xidmətləri,təhlükəsizlik standartları, nəqliyyat 

infrastrukturunun tutumu və ətraf mühitə olan təsiri aiddir 

2.9  Nəqliyyatda tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət nəqliyyat 

müəssisələrinin müvafiq səlahiyyətləri nəqliyyat üzrə vahid mərkəzi icra hakimiyyəti orqanına 

verilir.Nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi, inhisarçı fəaliyyətin aradan qaldırılması, 

sağlam rəqabət mühitinin yaradılması, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 

nəqliyyatda tənzimləmə və idarəetmə funksiyaları mərkəzi icra hakimiyyəti orqanı olan Nəqliyyat 

Nazirliyi tərəfindən həyata keçirilir.  

2.10 Vergi sisteminin nəqliyyat sektoru ilə əlaqədar vəzifələri bunlardır:  




•    nəqliyyat xidmətlərinin beynəlxalq bazarının spesifik xüsusiyyətlərini 

nəzərə almalı və Azərbaycan Respublikasının nəqliyyat təşkilatlarının bu bazarda işləməsi üçün 

minimum bərabər rəqabət şəraitinin yaradılmasını təmin etməlidir; 

• müxtəlif nəqliyyat fəaliyyəti növlərinin rentabelliyi arasında mövcud mühim fərqləri nəzərə almalı və 

bəzi operatorlara başqaları qarşısında izaholunmaz rəqabət üstünlükləri yaratmamalıdır; 

• iqtisadi cəhətdən daha səmərəli, təhlükəsiz və ekoloji tələblərə cavab verən nəqliyyat texnikasının və 

texnologiyaların tətbiqini stimullaşdırmalıdır. 

2.11  Vergi sistemində aşağıdakı yeni prinsiplər tətbiq olunmalıdır: 

• nəqliyyat sisteminin inkişafında müəyyən məsələlərin həllinə yönəldilən məqsədli vergilərin 

tutulması prinsipinə keçid 

• «xidmətlərdən istifadə edən ödəyir» prinsipinə uyğun olaraq, vergi rüsumları və nəqliyyat fəaliyyəti 

nəticəsində dəyən ziyan da daxil edilməklə müəyyən edilən nəqliyyat xidmətinin dəyərinin bütöv 

iqtisadi məsrəflərə bərabərləşdirilməsi. 

2.12 Nəqliyyat sektorunda maliyyə dəstəyi və subsidiyalar minimum zəruri xarakter daşımaqla, 

aşağıdakılara yönəldilməlidir: 

• nəqliyyat sahəsində dövlət nəzarət funksiyalarının yerinə yetirilməsinin təmin edilməsinə; 

• dövlət mülkiyyətində olan nəqliyyat sisteminin obyektlərinin işlək vəziyyətinin təmin edilməsinə;  

• nəqliyyat infrastrukturunda çatışmazlıqların aradan qaldırılması ilə bağlı mühüm layihələrin, xarici 

və komersial kreditləri də daxil olmaqla birgə büdcə tərəfindən maliyyələşdirilərək 

stimullaşdırılmasına nail olmaq 

• dövlət orqanları tərəfindən verilmiş sosial mandatların maliyyələşdirilməsi də daxil olmaqla, 

normativ aktlarda təsbit olunmuş dövlət öhdəliklərinin təminatlı maliyyələşdirilməsinə; 

• nəqliyyat fəaliyyətinin ayrı-ayrı növlərinə məqsədyönlü kreditlərin verilməsinə. 

• nəqliyyat sektorunun inkişafının büdcədən maliyyələşdirilməsi isə müvafiq Dövlət Proqramları 

əsasında həyata keçirilir. 

2.13 Nəqliyyata dair büdcə dəstəyinin yenidən yönləndirilməsi aşağıdakı istiqamətlərdə həyata 

keçirilir: 

• struktur islahatları aparıldıqca və subsidləşdirilmiş fəaliyyət növlərinin iqtisadi səmərəliliyi artdıqca 

birbaşa subsidləşməyə yönəldilmiş büdcə vəsaitlərinin həcminin azaldılması; 

• ayrı-ayrı fəaliyyət növlərinin subsidləşdirilməsi zamanı - nəqliyyat operatorlarına 

dəyən  ziyanın  ödənilməsindən  nəqliyyat xidmətləri istehlakçılarının xərclərinin əvəzinin ünvanlı 

ödənilməsinə keçilməsi; 

• şəxsi kapitalın iştirakı ilə təşəbbüslü və ya qismən büdcədən maliyyələşdirilən  investisiya 

layihələrinin payının artırılması; 

• xərc mənbələrinə görə büdcənin planlaşdırılmasında və yerinə yetirilməsində məqsədli proqram 

prinsipinin həyata keçirilməsi; 

• kommersiya cəhətdən öz xərcini çıxaran layihələrin geniş miqyaslı maliyyələşdirilməsindən imtina 

edilməsi; 

• öz aralarında potensial rəqabət aparan investisiya layihələrinin büdcədən maliyyələşdirilməsinin 

istisna edilməsi; 

• nəqliyyat kompleksinin inkişafının strateji istiqamətlərini əks etdirən ortamüddətli büdcə 

planlaşdırılmasının genişləndirilməsi; 

2.14 Nəqliyyatda struktur islahatları bazar münasibətlərinin inkişafına, nəqliyyatın kommersiya 

fəaliyyətində dövlətin iştirakının azaldılmasına, potensial rəqabətçi və təbii-inhisarçı fəaliyyət 

növlərinin bir-birindən ayrılmasına və nəticədə inhisarçı sektorun ixtisarına yönəldilmişdir. Bu 



məqsədlə dəmir yolu və hava nəqliyyatında tənzimləmə funksiyalarının həyata keçirilməsi üzrə 

qurumların yaradılmasını nəzərdə tutur. Məqsəd: 

• Nəqliyyat-yol şəbəkəsində islahatlar tənzimləmə və kommersiya funksiyaların müəyyən edilməsi,  

• bazar münasibətlərinin inkişaf etdirilməsinə dəstək vermək  

• inhisarçı fəaliyyətinin qarşısının alınması və məhdudlaşdırılması 

• sağlam rəqabət mühitinin yaradılması  

İslahatların davamı olaraq dəmir yolu, su, hava nəqliyyatında və liman təsərrüfatında maliyyə 

vəziyyətinin  sağlamlaşdırılması və şəffaflığın təmin edilməsi, nəqliyyat xərclərinin azaldılması, 

səmərəliliyin və nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, dayanıqlı fəaliyyətin təmin olunması 

məqsədilə Azərbaycan Dövlət Dəmir Yolunun, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 

kommersiallaşdırılması  ilə səhmdar cəmiyyətlərin yaradılması nəzərdə tutulur..Eyni zamanda 

nəqliyyat-yol kompleksinə daxil olan, birbaşa istismar fəaliyyətinə təsiri olmayan müəssisələrin 

özəlləşdirilməsi davam etdirilməlidir. 

Şəhər sərnişin nəqliyyatında islahatlar davamlı fəaliyyət göstərən iqtisadi cəhətdən səmərəli və 

əhalinin əksər təbəqələrini qane edən şəhər və şəhərətrafı nəqliyyat sisteminin yaradılmasına 

yönəldilməlidir. 

Şəhər sərnişin nəqliyyatında islahatların iqtisadi tərkibi operatorların iqtisadi səmərəliliyinin 

artırılmasından, müxtəlif mülkiyyət formalı operatorlar üçün eyni şəraitin yaradılmasından və 

rəqabətin inkişaf etdirilməsindən ibarətdir. 

İslahatlar aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 

• bələdiyyəyerli cavabdehlik və haqları( yerli özünü idarəetmə orqanı respublika qanunları ilə müəyyən 

edilmiş səlahiyyətlərə malik olmaqla nəqliyyat xidmətinin təşkil edilməsinə görə tam məsuliyyət 

daşıyır;eyni zamanda müvafiq infrastruktur və marşrut şəbəkəsinə sahibdir. 

• şəhərlərin nəqliyyatla təminolunma səviyyəsinin vahid sosial standartlar əsasında tədricən 

bərabərləşdirilməsi; 

• təşəbbuskar planların təklif olunması ilə islahatların dövlət tərəfindən dəstəklənməsi 

• nəqliyyat səlahiyyət orqanları tərəfindən müəyyən edilmiş tənzimləyici qaydalar əsasında rəqabət 

modelinin sərbəst seçilməsi zamanı rəqabətliliyin inkişafı  

• şəhər sərnişin nəqliyyatı sisteminin sub sektorunda idarə etmə və əməliyyatların yerinə yetirilməsi 

funksiyalarının ayrılması; 

• şəxsi avtomobillərin istifadəsini məhdudlaşdıran maliyyə mexanizmlərini tətbiq etməklə, ictimai 

nəqliyyata dəstək verilməsi. 

Nəqliyyat kompleksinin irimiqyaslı infrastruktur obyektlərində (dəniz limanları,hava limanları) əmlak 

münasibətləri üzrə islahatların aparılması - nəqliyyat - yol kompleksi infrastrukturunda dövlət 

idarəetmə və təsərrüfat fəaliyyəti funksiyalarının ayrılmasına, yönəldilmişdir. 

İnfrastrukturun kommersiya istismarı funksiyaları dövlət, yaxud infrastrukturdan istifadə edənlərin 

nəzarəti altında fəaliyyət göstərən şəxsi-dövlət strukturlarına və ya şəxsi şirkətlərə verilir. 

2.15 Nəqliyyatda struktur islahatları operatorların  statistik müşahidə sisteminin təkmilləşdirilməsi və 

birləşdirilməsi, yeni müasir məlumatın əldə edilməsi istiqamətlərdə  aparılmalıdır 

3.  NƏQLIYYAT SISTEMININ DAYANIQLI INKIŞAFI 



3.1  Nəqliyyat infrastrukturunun inkişafı  ölkədə canlanmaya qarşı olan artan tələb və iqtisadi inkişaf 

ilə paralel icra edilir. 

3.2 Nəqliyyat infrastrukturu aşağıdakı prinsiplər əsasında  müasirləşdirilməlidir: 

•  yeni tikintilərdən daha çox mövcud istehsal sahələrinin çatışmazlıqlarının  aradan  qaldırılmasına, 

təkmilləşdirilməsinə və inkişafına üstünlük  verilməsi; 

• prioritet layihələrə maksimum ehtiyatların cəlb olunması və onların hər vasitə ilə həyata 

keçirilməsinin sürətləndirilməsi,  o cümlədən bu məqsəd üçün xarici kapitalın cəlb edilməsi; 

• özəl sektorun iştirakının stimullaşdırılması; 

• çoxtəyinatlı obyektlərin qurulması hesabına iqtisadi resurslara qənaət edilməsi; 

• müxtəlif nəqliyyat növləri infrastrukturlarının inkişafının qarşılıqlı əlaqələndirilməsi; 

• infrastrukturları olan iri obyektlərin ixtisaslaşdırılması, onlar arasında rəqabətə yol verilməməsi və ya 

rəqabətin məhdudlaşdırılması; 

• dayaq şəbəkələrin gələcək inkişafı üçün nəqliyyatın torpaq sahələri ehtiyatı ilə kifayət  qədər  təmin 

edilməsi. 

3.3   Dayaq nəqliyyat şəbəkəsinin mühüm hissələrindən biri olan sərhəd keçidləri    

sisteminin inkişafının əsas istiqamətləri aşağıdakılardır: 

• müxtəlif növ nəqliyyat kommunikasiyalarında sərhəd keçidlərinin yerləşdirilməsinin və onların 

sayının optimal qaydada müəyyənləşdirilməsi; 

• daha çox yüklənmiş sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi və buraxılış qabiliyyətinin 

artırılması müqabilində azfəaliyyətli sərhəd-keçid məntəqələrinin ləğv edilməsi; 

• yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədlərini 

keçməsi zamanı zəruri qaydaların maksimum sürətlə yerinə yetirilməsini təmin edən vahid nəqliyyat-

gömrük texnologiyalarının işlənilib hazırlanması; 

3.4   Dövlət əmlakı olan stratejik infrastruktur özəl operatorlar üçün açıq olmalıdır. 

3.5   Ayrı-ayrı nəqliyyat növləri infrastrukturunun inkişafının prioritet istiqamətləri  

aşağıdakılardır: 

• Dəmir yolu nəqliyyatı –köhnəlmiş nəqliyyat sektorlarının nəqliyyat həcminin artırılması məqsədi ilə 

yenidən inşası,mövcud infrastuktur və dəmir yol vasitələrinin müasirləşdirilməsi. 

• Dəniz nəqliyyatı – xarici ticarətin perspektivli inkişaf ssenarilərinə uyğun olaraq liman kompleksinin 

genişləndirilməsi, maye və konteynerlə daşınan yüklərin ixracını təmin etmək üçün daşıma güclərinin 

artırılması. 

• Avtomobil nəqliyyatı – ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərində avtomobil yollarının 

yenidənqurulması, rayonlararası yolların müasirləşdirilməsi, yol hərəkətinin təşkili və tənzimlənməsi 

sisteminin təkmilləşdirilməsi; avtomobil nəqliyyatı vasitələrinin texniki və ekoloji tələblər baxımından 

beynəlxalq standartlara uyğun yeniləşdirilməsi, avtomobil və şəhər sərnişin nəqliyyatında 

standartlaşdırma və sertifikatlaşdırma sistemlərinin yaradılması və tətbiq edilməsi 

• Hava nəqliyyatı – beynəlxalq hava  limanlarının sayının optimallaşdırılması, istinad hava 

limanlarının vahid sisteminə keçilməsi, hava hərəkətinin idarə edilməsi sisteminin müasir və 

beynəlxalq tələblərə uyğun texniki modernləşdirilməsi,  

• Bakı şəhərində və respublikanın digər iri şəhərlərində nəqliyyat infrastrukturlarının yeniləşdirilməsi – 

respublika səviyyəsində yolların yenidən qurulması və genişləndirilməsi, yeni yolların,körpülərin, yol 



ötürücülərin, yeraltı keçidlərin, çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının tikilməsi, kiçik 

tutumlu sərnişin avtobuslarının iri tutumlu avtobuslarla əvəz edilməsi. 

3.6  Nəqliyyat–yol infrastrukturunun maliyyələşdirilməsi aşağıdakı prinsiplərə əsaslanır: 

• Nəqliyyat sisteminin təhlükəsiz və ekologiya cəhətdən davamlı fəaliyyətini təmin edən dövlət 

mülkiyyətində olan obyektlərin istismarının və saxlanılmasının dövlət büdcəsindən 

maliyyələşdirilməsi. 

• Nəqliyyatın dayaq şəbəkəsinin əsasən müvafiq büdcə maliyyəsi hesabına onun zəmanətli 

qorunmasının təmin edilməsi. 

• Banklarla əməkdaşlıq edərək alınan kreditlər vasitəsi ilə və özəl sektorun iştirakını həvəsləndirmək 

yolu ilə yeni infrastruktur obyektlərinin yaradılması və müasirləşdirilməsi  

3.7   Nəqliyyat infrastrukturuna özəl sektorun investisiyasını cəlb etmək üçün lazımi  

tədbirlərin alınması vacibdir. Bu tədbirlərə: 

• nəqliyyat infrastrukturu obyektlərinə və sistemlərinə vergiqoymalar zamanı vergi (xüsusilə də ƏDV) 

imtiyazlarının tətbiq edilməsi; 

• bank faizi dərəcələrinin bir hissəsinin dövlət büdcəsi hesabına subsidləşdirilməsinin, həmçinin 

borclar üzrə dövlət zəmanəti hesabına infrastruktur investisiya layihələrinin həyata keçirilməsi üçün 

kredit vəsaitlərindən istifadənin mümkünlüyünün artırılması; 

• yerli və xarici investorların kapitallarını daha əhəmiyyətli investisiya layihələrinin 

maliyyələşdirilməsinə cəlb edilməsi üçün dövlət zəmanətinin verilməsi ; 

• xarici investorların iştirakı ilə böyük kapitalqoyuluşlu layihələrin maliyyələşdirilməsi üçün 

konsorsium və digər investor birliklərinin təşkilinə köməklik göstərilməsi; 

• müvafiq istismar xərclərinin ödənilməsi üçün infrastrukturlardan pullu istifadə hallarının 

genişləndirilməsi. 

3.8   Nəqliyyat infrastukturunun maliyyələşdirilməsi üçün Özəl və Dövlət sektorunun  

əməkdaşlığının inkişaf etdirilməsi. 

Nəqliyyat infrastrukturunun maliyyələşdirilməsi üçün qeyri-dövlət vəsaitlərinin cəlb edilməsinin 

perspektiv istiqaməti özəl sahə ilə dövlətin əməkdaşlığıdır.Konsessiyalar (hüquq, imtiyaz) üçün dövlət 

və investor arasında risk, məsuliyyət və hüquqların qanunvericiliklə bölünməsini təmin edən özəl 

sektor – dövlət əməkdaşlığının digər formaları üçün normativ-hüquqi bazanın işlənilib hazırlanması, 

habelə nəqliyyatda özəl sektor-dövlət əməkdaşlığının tətbiqinin əsas sahələrinin müəyyənləşdirilməsi 

dövlətin prioritet vəzifəsidir. 

3.9   Nəqliyyat sahəsində kadr hazırlığı prosesinin inkişafı 

Respublikanın ali məktəb və akademiyalarında təhsil sisteminin müasir dövrün tələblərinə uyğun təşkil 

edilməsi, nəqliyyat-yol kompleksində çalışan rəhbər işçilər və mütəxəssislər üçün ixtisasartırma 

kurslarının təşkili, intermodal və multimodal daşımaların loqistik idarəolunması məqsədi ilə yeni 

kadrların hazırlanması zəruridir.  

3.10   Nəqliyyat sistemində dayanıqlı inkişafa zəmanət verilməsi. Nəqliyyatın dayanıqlı inkişafının 

baza prinsiplərinə əsasən nəqliyyat ehtiyaclarının ödənilməsi məsələlərinin həlli vətəndaşların 

sağlamlığı və ətraf mühitin qorunması prioritetləri ilə ziddiyyət təşkil etmir və gələcək nəsillərin 

maraqlarına toxunmur. 

Bu prinsiplərin həyata keçirilməsi aşağıdakıları nəzərdə tutur: 



• nəqliyyat sisteminin inkişafı və nəqliyyat fəaliyyətinin tənzimlənməsi sahəsində qərarlar iqtisadi 

səmərəlilik baxımından necə qiymətləndirilirsə, eləcə də ekologiya və təhlükəsizlik baxımından 

qiymətləndirilir, yəni bütün qeyd edilən prioritetlər eyni dərəcədə qiymətlidir; 

• hakimiyyət orqanları və vətəndaşlar nəqliyyat sahəsində ekoloji baxımdan ən yaxşı qərarların 

seçilməsi üçün məsuliyyət daşımalıdırlar. Nəqliyyat, ilk növbədə avtomobil nəqliyyatı sahəsində 

idarəçilik qərarları qəbul edilən zaman, ekoloji nəticələrin tam nəzərə alınması  zəruridir; 

• «çirkləndirən ödəyir» prinsipinin həyata keçirilməsi çərçivəsində nəqliyyat xidmətinin istehlakçısı 

resursların istehlakından tutmuş nəqliyyat vasitələrinin təkrar istehsalına kimi, onun təqdim edilməsi 

ilə əlaqədar bütün neqativ ekoloji nəticələrin haqqını ödəməlidir; 

• növlərarası rəqabətin tənzimlənməsində ekoloji baxımdan «daha təmiz» nəqliyyat növlərinə 

keçirilməsi nizamlanmalıdır. 

• vergi goyma siyasəti istiqamətini əməliyyatların vergilənməsindən istehlakın vergilənməsinə yönəldir. 

4   NƏQLIYYAT XIDMƏTLƏRI BAZARININ INKIŞAFI 

4.1   Bazar iqtisadiyyati şəraitində nəqliyyat xidmətləri bazarinin fəaliyyətinin və  

inkişafinin əsasini müstəqil qeyri-dövlət operatorlarinin rəqabəti təşkil edir. Səhmdar cəmiyyətlərdə 

dövlətin iştirakı (söhbət real iştirakdan, qapalı və ya nəzarətedici səviyyədə səhmlər paketindən gedir) 

müəyyən keçid mərhələsində yalnız nəqliyyat xidmətləri milli bazarının bütün seqmentlərinin 

davamlılığını müəyyən edən şirkətlərlə münasibətdə özünü doğrulda bilər.Əgər dövlət şirkətdə 

səhmlərin az hissəsi ilə təmsil olunursa, onda müvafiq səhmlər zərfi bazarda realizə olunmalıdır. 

Nəqliyyat xidmətləri bazarında özəl operatorlar ilə rəqabət aparan dövlət müəssisələri 

özəlləşdirilməlidir. 

4.2   Nəqliyyat xidmətləri bazarının əsas inkişaf istiqamətləri aşağıdakılardır: 

• nəqliyyat fəaliyyətinin potensial rəqabətçi və inhisarçı sahələrinin ayrılması; 

• təsərrüfatçılıq edən bir subyekt tərəfindən daşıyıcının və eyni zamanda inhisarçı infrastruktur 

obyektinin operatorunun funksiyalarının həyata keçirilməsinə yol verilməməsi; 

• təbii inhisarçı sektorun ixtisarı; 

• nəqliyyat operatorlarının rəqabəti üçün özünü doğrultmayan iqtisadi və inzibati əngəllərin aradan 

qaldırılması; 

• lisenziyalaşdırma mexanizmləri əsasında nəqliyyat fəaliyyətinə “icazə” sisteminin təkmilləşdirilməsi 

və nəqliyyat vasitələrinin və xidmətlərin qoyulmuş tələblərə uyğunluğunun təsdiq edilməsi (nəqliyyat 

sisteminə daxil olan xüsusi təyinatlı obyektlərin və nəqliyyat vasitələrinin sertifikatlaşdırılması); 

• qiymət tənzimlənməsindən sərbəst qiymətlər bazarına mərhələli keçid; 

• bazarın ayrı-ayrı seqmentlərində nəqliyyat sahəsində biznes fəaliyyətinin stimullaşdırılması; 

•  muzdla yerinə yetirilən daşımalar sektorunun hüquqi bölünməsi və onların ədalətsiz rəqabətdən 

qorunmasıl 

4.3   Antiinhisar tənzimləmənin təkmilləşdirilməsi aşağıdakıları nəzərə alır: 

•  Bazar konsentrasiyasına nəzarət etmək üçün “on-line” informasiya rabitə texnologiyasının 

yaradılması .Nəqliyyat xidmətləri bazarının nəqliyyat vasitələrinin qeyri-bazar kommersiya 

istismarı  sektorundan və qeyri-kommersiya məqsədləri üçün istifadə sektorundan ayrılması, rəqabətçi 

və inhisarçı fəaliyyət növlərinin ayrılması ilə bazarın təşkili üzrə tədbirlərin görülməsi və bazara real 

nəzarət sisteminin tətbiq edilməsi; 

• təbii inhisarçı fəaliyyət sahələrinin birbaşa tənzimləmələrini tədricən bazar tənzimlənməsi metodları 

ilə əvəzləndirməklə  ixtisar edilməsi; 

• qanunvericiliyin, o cümlədən antiinhisar və xüsusi (sahələr üzrə) qanunvericiliyin təkmilləşdirilməsi, 

bazarların fəaliyyəti və onlara giriş qaydalarının, habelə təbii inhisar subyektləri tərəfindən göstərilən 



xidmətlər üçün nümunəvi müqavilələrin işlənib hazırlanması,təbii inhisarçılarla əaqədar standart 

xidmət müqavilə qaydalarının tənzimlənməsi və onların qanunvericiliklə möhkəmləndirilməsi; 

4.4   Tarif və qiymət tənzimlənməsi imkan daxilində təbii inhisar sahələrində  

aparılmalıdır. Bu halda, nəqliyyat xidmətlərindən istifadə edənlərin və operatorların maraqları 

tarazlaşdırılmalıdır. 

Tariflərin tənzimlənməsi zamanı aşağıdakı əsas şərtlər  qoyula bilər: 

• inflyasiyanın artmasına imkan verməmək üçün tariflərin ümumi səviyyəsinə nəzarət; 

• potensial istehlakçıların əlverişli xidmətlərlə təmin olunması məqsədilə tariflərin maksimum 

səviyyədə nizamlanması 

• dempinqə imkan verməmək üçün tariflərin aşağıdan məhdudlaşdırılması; 

• bazarda qiymət şəffaflığının təmin edilməsi («elan edilmiş tarif» prinsipini tətbiq etməklə); 

• tariflərin məqsədəuyğun sabitliyinin təmin edilməsi (müəyyən müddət ərzində tarifin dəyişməsinə 

imkan verməməklə). 

4.5   Ayrı-ayrı nəqliyyat xidmətləri üzrə tarif tənzimlənməsinin təkmilləşdirilməsinin əsas  

istiqamətləri aşağıdakılardır: 

• Dəmir yolu nəqliyyatı- dövlət dəmir yolu səhmdar cəmiyyətinin yaradılmasını, həm də daşıma 

xidmətlərinin və infrastruktur xidmətlərinin bir-birindən ayrılmasını nəzərə almaqla, tarif və 

preyskurantların tənzimlənməsi metodlarının kompleks şəkildə yenidən işlənib hazırlanması zəruridir. 

• Dəmiryol Sərnişin Nəqliyyatı-dəmir yolu nəqliyyatında daxili çarpaz subsidiyalar kəsildikcə, dəmir 

yolunun sərnişin daşımalarında ən bahalı xidmət dərəcələrindən başlayaraq tədricən azad tariflərə 

keçmək  lazımdır. 

• Dəmiryol Yük Daşıma Nəqliyyatı-Dəniz limanlarında ticarət yüklərinin yükaşırma tarifləri (stavka) 

nəzərə almaqla,tranzit potensialını artırmaq məqsədilə dəmir yolu ilə yük daşımalarında tariflərin 

kompleks tənzimləmə metodlarının işlənib hazırlanması vacibdir.  

• Xarici ticarət yüklərinin daşınması üçün tariflərin yenidən tənzimlənməsi, respublikada bu fəaliyyət 

növü ilə ixtisaslaşan multimodal operatorlar yaradıldıqdan sonra mümkün olacaqdır. 

• Dəniz Nəqliyyatı-Dəniz limanında yükaşırma tariflərinin və liman yığımları dərəcələrinin 

tənzimlənməsi Azərbaycan Respublikasının daşıyıcılarının dəstəklənməsinə, gəmi sahibləri və yük 

sahibləri üçün limanın cəlbediciliyinin yüksəldilməsinə yönəldilməlidir. 

4.6   Nəqliyyat biznesinin gücləndirilməsi əsasən bazarın o hissəsində özünü doğruldur  

ki, orada çoxsaylı xırda və qeyri-effektiv operatorların fəaliyyəti nəqliyyat xidməti standartlarını, 

təhlükəsizliyin səviyyəsini aşağı salır, əsas fondların normal yeniləşməsinə əngəllər törədir.Dövlət 

operatorlara qarşı keyfiyyət tələblərini sərtləşdirmək yolu ilə biznesin güçləndirilməsinə şərait 

yaradır.Biznesin gücləndirməsi mövcud qanunvericilik çərçivəsində bütün mexanizmlərdən istifadə 

edilməsi, alyansların yaradılması yolu ilə korporativ əsasda həyata keçirilə bilər. 

4.7   Nəqliyyat xidmətləri bazarı subyektlərinin yaxud bu xidmətlərdən istifadə edənlərin  

dövlət tərəfindən dəstəklənməsinə o halda yol verilir ki,  bazar mexanizmləri bazarı kifayət qədər 

xidmətlərlə və ya sosial cəhətdən əlverişli  tariflərlə təmin edə bilmir.Operatorlara dövlət dəstəyi 

onlarla bağlanılan müqavilələr əsasında, istifadəçilərə dövlət dəstəyi isə təqdim edilən ünvanlı 

dotasiyalar şəklində həyata keçirilir.Dövlətin bu və ya digər fəaliyyət növünün icrasına operatorları 

buraxmaq üçün müsabiqə prinsiplərini tətbiq etmək səlahiyyəti vardır. 



5   AZƏRBAYCAN QLOBAL  NƏQLIYYAT XIDMƏTLƏRI BAZARINDA  

5.1   Azərbaycan Respublikasının milli strategiyasının vacib tərkib hissəsini təşkil   

edən malların ixracı kimi nəqliyyat xidmətlərinin ixracının inkişafı da respublika üçün strateji 

əhəmiyyətə malikdir. 

 Nəqliyyat xidmətlərinin ixracı aşağıdakı istiqamətlərdə inkişaf etdirilməlidir: 

• yerli ixrac yüklərinin dünya bazarlarına göndərilməsində Azərbaycan Respublikasının 

nəqliyyat  müəssisələrinin  rolunun artırılması; 

• idxal yüklərinin gətirilməsində və üçüncü ölkələrin yüklərinin daşınmasında Azərbaycan 

Respublikasının nəqliyyat müəssisələrinin payının artırılması; 

• Azərbaycan Respublikasının nəqliyyat sisteminin tranzit potensialından inkişaf etdirilməsi. 

5.2   Beynəlxalq nəqliyyat xidmətləri bazarında işləyən yerli nəqliyyat  

təşkilatlarına dövlət dəstəyi aşağıdakı əsas istiqamətlərdə həyata keçirilir: 

• Azərbaycan Respublikasının yükdaşıyıcılarına işlədikləri bazar şəraitinə uyğun biznes aparmaq 

məqsədilə, hər şeydən öncə, operatorlardan vergi tutumlarının dərəcəsini nəzərə almaqla, iqtisadi 

şəraitin yaradılması; 

• sərhəd və gömrük proseduralarının yerinə yetirildiyi zaman yerli beynəlxalq yükdaşıyıcılara başqa 

ölkələrin yükdaşıyıcıları üçün olan rejimdən heç də aşağı olmayan əlverişli rejimin yaradılması; 

• Azərbaycan Respublikasının daşıyıcıları xaricdə diskriminasiya hallarına məruz qaldıqda, təcili 

cavab tədbirlərinin görülməsi mexanizmlərinin işlənib hazırlanması; 

• ikitərəfli icazə sistemlərinin fəaliyyət göstərdiyi bazarın beynəlxalq daşımalar bölməsində milli 

tənzimlənmə imkanlarından istifadənin gücləndirilməsi; 

• beynəlxalq nəqliyyat xidmətləri bazarına daxil olmaq üçün müvafiq icazə sistemi tətbiq edən 

beynəlxalq təşkilatlarda fəaliyyətin gücləndirilməsi; 

• yerli malgöndərənlərin «CİF» şərtləri ilə müqavilə bağlamalarını həvəsləndirmək, yaxud ixrac 

yüklərinin yerli nəqliyyat müəssisələri vasitəsilə daşınmasını nəzərdə tutan başqa tədbirlərin işlənib 

hazırlanması və həyata keçirilməsi. 

5.3   Azərbaycan Respublikasının tranzit potensialından istifadə edilməsi nəinki  

nəqliyyat sisteminin inkişafının əsas prioritetlərindən eyni zamanda iqtisadi artım strategiyasının 

ayrılmaz bir hissəsidir. 

Azərbaycan Respublikasının nəqliyyat potensialından istifadənin səviyyəsinin artırılması üçün 

aşağıdakılar zəruridir: 

• Azərbaycan Respublikasının beynəlxalq miqyaslı tranzit layihələrinə fəal dövlət yardımı, respublika 

üçün sərfəli beynəlxalq alyansların yaradılması, alternativ beynəlxalq layihələrə qarşı əks təsir 

göstərməklə milli maraqların qorunması; 

• Tranzitin inkişafını nəzərə almaqla, nəqliyyat infrastrukturunun müasirləşdirilməsinin 

planlaşdırılması; 

• tranzit daşımaların inkişafına yönəldilmiş investisiya layihələrinin dəstəklənməsi; 

• nəqliyyat-gömrük texnologiyalarının, informasiya sistemlərinin, tranzit yüklərin çatdırılması və 

onların sərhəddə yoxlanılmasını tezləşdirən tranzit daşımalarının bütün infrastrukturunun gələcək 

inkişafı; 

• Azərbaycan Respublikasının hava məkanından keçən tranzit hava dəhlizlərində texniki 

müasirləşdirmə və iqtisadi rejimlərin təkmilləşdirilməsi; 

• Azərbaycan Respublikasının iştrakı ilə  əsas Beynəlxalq Tranzit Dəhlizlərinin əlavə edilməsi tranzit 

dəhlizlərinin yaradılması və inkişafı layihələrinin işlənib  hazırlanması. 




6   AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZISINDƏN KEÇƏN BEYNƏLXALQ  

NƏQLIYYAT DƏHLIZLƏRININ INKIŞAFI 

6.1   Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat  

dəhlizləri nəqliyyat sisteminin inkişafının əsas prioritetlərindən olmaqla yanaşı, ölkənin iqtisadi 

qüdrətinin artırılmasına yönəldilmiş müstəqil sahəyə çevrilməlidir.  

  

Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında və 



inkişafında əsas vəzifələr aşağıdakılardan ibarətdir: 

• yüklərin və sərnişinlərin ölkə ərazisində maneəsiz hərəkətinin təmin edilməsi üçün Avropa-Asiya 

nəqliyyat sistemlərinin inteqrasiyası məqsədilə nəqliyyat infrastrukturunun razılaşdırılmış şəkildə 

inkişaf etdirilməsi; 

• nəqliyyat proseslərinin optimallaşdırılması; 

• daxili daşımalarda milli nəqliyyat şəbəkəsinin yüklənmə dərəcəsinin artırılması və mövcud 

ehtiyatlardan daha səmərəli istifadə edilməsi hesabına yük və sərnişin daşımaları tariflərinin aşağı 

salınması üçün şəraitin yaradılması; 

• intermodal nəqliyyat xəttində ayrı-ayrı nəqliyyat növləri arasında qarşılıqlı əlaqənin 

səmərələşdirilməsi; 

• beynəlxalq nəqliyyat dəhlizləri üzrə investisiya layihələrinə investorların cəlb edilməsi üçün münbit 

şəraitin yaradılması; 

• beynəlxalq turizmin inkişafına yardım edilməsi. 

6.2   Qanunvericilik və hüquqi təminatı bazasının yaradılması ilə: 

• ölkə üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri infrastrukturunun inkişafı layihələrinə tətbiq 

edilən vergi yükünün azaldılması; 

• beynəlxalq nəqliyyat dəhlizləri infrastrukturunun inkişafı və yenidənqurulmasında beynəlxalq 

qurumların maliyyə dəstəyindən istifadə edilməsi; 

• şəxsi investorların iştirakı ilə nəqliyyat infrastrukturu obyektlərinə müasir konsessiya formalarının 

tətbiqi; 

• azad iqtisadi zonaların yaradılması və inkişafı; 

• nəqliyyatı logistik idarəetmə mərkəzinin yaradılması; 

• tranzit daşımaları sahəsində, ərazisində nəqliyyat dəhlizləri yerləşən ölkələrlə beynəlxalq 

əməkdaşlığın inkişaf etdirilməsi; 

• respublikanın ərazisindən keçən nəqliyyat dəhlizlərinə birləşən yerli əhəmiyyətli yolların və yol 

infrastrukturlarının yenidənqurulması və inkişaf etdirilməsi. 

7   YENİ TEXNOLOGİYALARIN İSTİFADƏ OLUNMASI 

7.1  İqtisadi cəhətdən effektli, təhlükəsiz və ekoloji tələblərə uyğun nəqliyyat  

texnologiyalarının tətbiqi məsələlərinə kompleks şəkildə baxılır. Dövlət optimal daşıma sxemlərinin 

tətbiqinə və malların bölünməsinə, bir nəqliyyat iş vahidinə düşən yanacaq-enerji ehtiyatları 

istehlakının azaldılmasına, həmçinin nəqliyyat ehtiyaclarının düşünülmüş şəkildə 

məhdudlaşdırılmasına stimul verən iqtisadi şəraitləri yaradır. Yüklərin hərəkəti sahəsində nəqliyyat 

texnologiyalarının təkmilləşdirilməsinin əsas istiqamətlərini nəqliyyat logistikası prinsipləri əsasında 

istehsal və nəqliyyat proseslərinin inteqrasiyası təşkil  edir. Dövlət, nəqliyyat prosesinin kompleks 

şəkildə məlumatlandırılmasına yardım etməklə, nəqliyyat xidmətləri bazarında multimodal nəqliyyat 

operatorların, nəqliyyat infrastrukturunda multimodal logistika mərkəzlərinin yaradılmasını 

dəstəkləməklə bu prosesi stimullaşdırır. 



7.2   Multimodal daşımaların inkişafı hər şeydən əvvəl yük hərəkəti sisteminin  

konteynerləşdirilməsinə əsaslanır ki, o da, aşağıdakıları nəzərdə tutur: 

• mövcud konteyner terminallarının gücünü artırmaq  və əlavə terminalların yaradılması 

• tranzitin, beynəlxalq dənizçiliyin və xarici ticarətin əsas konteyner axınlarını cəlb etmək üçün 

limanlarda azad iqtisadi zonaların yaradılması; 

• Azərbaycan Respublikası ərazisindən keçən əsas nəqliyyat dəhlizləri ilə tranzit konteyner 

daşımalarını təmin etmək üçün respublikada xüsusi konteyner operatorlarının yaradılması; 

• nəqliyyat-gömrük texnologiyalarının təkmilləşdirilməsi və sərhəddə yoxlanılan konteynerlərin 

sayının mühim şəkildə azaldılması nəzarət mexanizminin sadələşdirilməsi. 

7.3   Gələcəkdə sərbəst olaraq inkişaf edəcək nəqliyyat vasitələri və avadanlıqlarının  

sabit daxili bazarının formalaşmasına yardım göstərmək dövlətin vəzifəsidir.Belə bir bazarın 

yaradılması və nəqliyyat vasitələri parkının müasirləşdirilməsini həvəsləndirmək məqsədilə dövlət 

büdcəsi vəsaitləri hesabına investisiya layihələrinin həyata keçirilməsi, amortizasiya siyasətinin 

təkmilləşdirilməsi, lizinq fəaliyyətinin inkişafı kimi tədbirlər həyata keçirilməlidir. 

7.4   Azərbaycan Respublikasında istehsal edilən yaxud idxal edilən nəqliyyat  

vasitələrinə və avadanlıqlarına dair normativ tələblərin formalaşdırılması və nəzarət sisteminin müasir 

yanaşmalar əsasında (texniki tənzimlənməklə) müasirləşməsi zəruridir. 

Nəqliyyatda texniki tənzimlənmə obyektlərinin təhlükəsizliyini təmin edən tələbləri özündə əks etdirən 

texniki qaydaların işlənib hazırlanması tələb olunur. Bu məqsədlə mövcud dövlət standartlarından 

istifadə oluna bilər. İstehsal olunan və istismar edilən nəqliyyat vasitələrinin və avadanlıqların 

qoyulmuş tələblərə uyğun olmasına vahid təşkilati-metodik prinsiplər əsasında nəzarət sisteminin 

qaydaya salınması və belə nəzarətin effektliyinin artırılması zəruridir.Azərbaycan Respublikasının 

ərazisində onun qoşulduğu beynəlxalq texniki tələblərin həyata keçirilməsinin vahid qaydası müəyyən 

edilməlidir.Azərbaycan Respublikası artıq bu tələblərə qoşulmuşdur. ( BMT nin Nizamnamələri-

Avropa Komisiyası və.s) 

Texniki reqlamentlərin təsir sahəsinə düşməyən nəqliyyat-yol kompleksi obyektlərinin texniki və 

ekoloji təhlükəsizlik göstəricilərinə tələb qoyan milli standartlar  kompleksinin işlənib hazırlanması və 

hərəkətə gətirilməsi zəruridir. 

 

7.5   İdxal olunan və ölkə daxilində istehsal edilən nəqliyyat vasitələrinin, avadanlıqların  



və komplekslərin nisbətini müəyyən edən real prioritetlər sisteminin işlənib hazırlanması, həmçinin 

iqtisadi tənzimlənmənin müvafiq tədbirlərinin həyata keçirilməsi zəruridir.Bu prioritetlər əsasında 

Azərbaycan Respublikasında istehsal olunmayan və istehsalı nəzərdə tutulmayan nəqliyyat 

texnikasının alınmasına tətbiq edilən gömrük rüsumları azaldılmalıdır. 

  

8   NƏQLIYYATDA TƏHLÜKƏSIZLIYIN VƏ EKOLOJI TƏLƏBLƏRIN TƏMIN  



EDILMƏSI 

Nəqliyyatda təhlükəsizliyin və ekoloji tələblərin təmin edilməsi dövlət idarəetmə funksiyalarına daxil 

olmaqla aşağıdakılardan ibarətdir: 

• nəqliyyat müəssisələri və daşıyıcılar tərəfindən sərnişinlərin həyatının, səhhətinin və əmlakının 

təhlükəsizliyinin, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin, həmçinin ətraf mühitin 

mühafizəsinin təmin edilməsinin həyata keçirilməsi; 




• nəqliyyat vasitələrinin, yolların, habelə nəqliyyatın işini təmin edən müvafiq texniki vasitələrin (işlər, 

xidmətlər) insanların həyatının, səhhətinin və əmlakının təhlükəsizliyinə dair məcburi tələblərə 

uyğunlaşdırılması; 

• nəqliyyatın fəaliyyəti prosesində ətraf mühitin və əhalinin təhlükəsizliyinə zəmanət verən, atmosfer 

havasının, torpağın, suyun, bitki və heyvanlar aləminin çirklənmədən qorunmasının, təbii ehtiyatların 

səmərəli istifadəsinin təmin edilməsi; 

• nəqliyyat müəssisələri (daşıyıcılar) tərəfindən ətraf mühitin, havanın, su hövzəsinin, torpaqların 

mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi üzrə lazımi tədbirlərin görülməsinə nəzarətin həyata 

keçirilməsi. 

 

9 NƏTICƏ 



Azərbaycan Respublikasının Nəqliyyat Sektoru İnkişaf Strategiyasının qəbul olunması  nəqliyyat sub 

sektrolarında təşkilati və operasional fəaliyyətlərin şəffaf formada ayrılması, nəqliyyat səlahiyyət 

orqanları və müəssisələr arasında əməkdaşlıq,vəzifələr bölgüsünü,nəqliyyat sahəsində imkanlardan ən 

effektiv formada istifadəsini, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı maraqlarına müvafiq 

olaraq  tətbiq edilməsi məqsədə uyğundur. 

  

Strategiyanın həyata keçirilməsi aşağıdakılarla şərtləndirilir: 



• nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsi üçün vahid siyasətin yaradılmasına; 

• nəqliyyat subsektorlarında islahatlarının sürətləndirilməsinə; 

• nəqliyyat biznesinin, nəqliyyat xidmətləri ixracının inkişafı üçün münbit rəqabət şəraitin 

yaranmasına; 

• müxtəlif nəqliyyat növlərinin balanslaşdırılmış inkişafına,  

• ehtiyatların onlar arasında optimal bölünməsinə,sektorlarda “sektro lobbiliyi”nin qarşısının 

alınmasına; 

• nəqliyyat sisteminin inkişafında reginal tranzit siyasətinin həyata keçirilməsində ayrı-ayrı regionların 

xüsusiyyətlərinin maksimum nəzərə alınmasına; 

• nəqliyyat strategiya müddəalarının milli ictimai və iqtisadi inkişaf proqramlarına əsasən həyata 

keçirilməsinin əhəmiyyəti; 

• lazım gəldiyi təqdirdə nəqliyyat strategiyasında incələmə və düzəlişlərin gözdən keçirilməsi 



 

Yüklə 119,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə