Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
  1   2   3   4   5   6   7   8   9   ...   16


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 15 fevral 2017-ci il tarixli 

08 saylı qərarı ilə təsdiq edilmişdir 

UŞAQ VƏ YENİYETMƏLƏRƏ YÖNƏLMİŞ  

ZORAKILIQ HALLARININ  

QARŞISININ ALINMASI ÜZRƏ  

METODİK VƏSAİT 

Bakı - 2017 


67.408  

U 74 


“Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının 

alınması üzrə metodik vəsait” Azərbaycan Respublikası 

Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının 

1.2.4-cü, 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrası ilə bağlı “Məişət 

zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq İctimai 

Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmışdır.  

Vəsaitin  hazırlanmasında 

"Ümidli  Gələcək"  Gənclərin  İctimai 

Birliyinin texniki dəstəyindən istifadə edilmişdir. 

Tərtibatçılar:  

Ş.İsmayılova 

G.Həsənova 

S.Babazadə 

A.Balayeva 

K.Ağayeva 

U 74

   Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının   



alınması üzrə metodik vəsait. Bakı, 2017. – 60 səh. Tiraj 3000. 




Metodik vəsait təcili yardım həkimləri, ilkin səhiyyə xidmətində 

çalışan tibb işçiləri, o cümlədən mama-ginekoloqlar, cərrahlar, təhsil 

və hüquq mühafizə müəssisələrində, məhkəmə-tibbi ekspertizası və 

həbsxanalarda çalışan tibb işçiləri üçün nəzərdə tutulub. 



Hədəf qrupu zorakılığa məruz qalmış uşaq və yeniyetmələr. 

Metodik vəsait zorakılıqdan  əziyyət çəkən yetkinlik yaşına 

çatmamış  şəxslərin müəyyən edilməsi, onların hüquqlarının və 

mənafelərinin qanunla qorunması  məqsədilə müvafiq tədbirlərin 

aparılması üçün beynəlxalq standartlara əsaslanan tövsiyələrin 

verilməsi məqsədini daşıyır.  

İxtisarların siyahısı 

BMT 

Birləşmiş Millətlər Təşkilatı  



CYYİ   cinsi yolla yoluxan infeksiyalar 

DİN 

Daxili İşlər Nazirliyi 



PTSP 

Posttravmatik Stress Pozuntusu 



ÜST Ümumdünya 

Səhiyyə Təşkilatı 






MÜNDƏRİCAT 

İxtisarların siyahısı ...........................................................................   3 

I  

İstifadə olunan terminlər  ...................................................   5 



II  Ümumi 

müddəalar .............................................................   7 

III  Zorakılığın növləri .............................................................   9

 

IV          Risk faktorları ....................................................................   14 



V           Səhiyyə müəssisələrində çalışan əməkdaşların fəaliyyəti..   16 

VI  Zorakılığın qurbanı olan uşaqların aşkarlanması...............   17 

VII   Zorakılığın qurbanı olan uşaqların vəziyyətlərinin  

qiymətləndirilməsi .............................................................   28 

VIII   Zorakılığa məruz qalmış uşaqlarla aparılan tədbirlər üzrə  

tövsiyələr ...........................................................................  32 

IX  Sənədləşdirmə ....................................................................   39 

X  Uşağın reabilitasiyası və təhlükəsizliyini təmin etmək  

 

  məqsədilə sığınacaqlarda yerləşdirilmə xidmətlərinin



               göstərilməsi ....................................................................... 44 

XI  Uşaqlara qarşı zorakılığın profilaktikası............................ 45 



Əlavə 1 

 

Normativ hüquqi sənədlər ................................................. 47 



Əlavə 2 

 

Zorakılığa məruz qalmış şəxslərə ixtisaslaşdırılmış tibbi 



yardım göstərən dövlət müəssisələri ................................. 50 

Əlavə 

 

Azərbaycanda yerləşən krizis mərkəzləri .......................... 51 



Əlavə 4

  

Zorakılığın ehtimal edilməsi haqqında yazılı məlumat 



blankının nümunəsi ........................................................... 54 

Əlavə 5 

 

Pasiyent keçdiyi mərhələlərin alqoritmi ............................ 55 



Əlavə 6  Bədən zədələrinin morfoloji xüsusiyyətləri və təsviri  

prinsipləri .......................................................................... 56 

ƏDƏBİYYAT ..................................................................................  59 





I. İstifadə olunan terminlər 

Zorakılıq anlayışına Ümumdünya Səhiyyə  Təşkilatı (ÜST) 

aşağıdakı kimi tərif verir: zorakılıq - özünə, digər  şəxsə, bir qrup 

insana, icmaya qarşı yönələn və  nəticədə cismani zədələr, ölüm, 

psixoloji travma, inkişafın pozulması  və ya digər formada zərər 

vuran (yaxud böyük ehtimalla güman olunan) həqiqi və ya hədə 

şəklində  qəsdən edilən fiziki qüvvə  və ya səlahiyyətin tətbiq 

edilməsidir.  

Kobud rəftar  anlayışına BMT-nin Uşaq hüquqları haqqında 

Konvensiyası  aşağıdakı kimi tərif verir: kobud rəftar - fiziki və ya 

psixoloji zorakılığın, təhqirin, sui-istifadənin, qayğısızlığın və ya 

etinasız münasibətin, istismarın, o cümlədən seksual sui-istifadənin 

hər cür formasıdır. 

Uşaqlara qarşı zorakılıq - fiziki, psixoloji, iqtisadi, cinsi, sosial 

təcavüzün istifadəsi ilə  uşağın konstitusiya və azadlıq hüquqlarının 

pozulmasıdır.  

Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən 

zorakılıq  uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və 

ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın 

bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı  və etinasızlığı 

özündə cəmləşdirir.  



Uşaq dedikdə 18 yaşadək şəxs nəzərdə tutulur.  

Qohumlar və yaxın insanlar dedikdə  aşağıdakılar nəzərdə 

tutulur: valideynlər, qardaş  və bacılar, həyat yoldaşı/keçmiş  həyat 

yoldaşı, övladlar, nəvələr, bir yerdə yaşayan insanlar (nikah və ya 

heç bir qohumluq əlaqəsində olmayanlar), nişanlı olanlar, evlənmək 

istəyənlər. 

Məcburiyyət – fiziki və və/ya psixoloji təsir göstərməklə uşağın 

seçim haqqı olduğu halda hər hansı bir fəaliyyətin görülməsi və ya 

görülməməsinə məcbur edilməsidir.  

Fövqəladə hal – uşağın həyatı  və ya sağlamlığı üçün təhlükə 

yaradan hal. 



Acizlik, əlacsızlıq (əlacsız vəziyyət) – özünə yardım etmək üçün 

heç nə edə bilməmək. Bunun səbəbi azyaşlılıq, ahıl yaş, fiziki 

qüsurlar, psixi və emosional durumun pozulması, xəstəlik və ya 



Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə