Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə1/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
  1   2   3   4   5   6   7   8   9   ...   42


 
 

XÜSUSİ OLARAQ 
KİTABXANA.NET
 
PORTALININ OXUCULARI ÜÇÜN 
 
 
 
 
 
 
 
 
ÜMİDLӘRİN 
İZİ İLӘ 
kriminal-detektiv roman 
 
 
 
 
 
 
 
BAKI-2012 
 
 


 
 

 
 
 
 
 
 
 
 
 
 
     Tarixi  faktlar;  əsir və girovluqda olan canlı  şahid xatirələri, MTN-nin arxiv 
materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. 
Universitet tələbələri olmuş Aytəkin və Ramilin bir-birindən ayrı düşməsinin 
səbəbi azərbaycanlılara qarşı törədilən soyqırım – Xocalı facisədir. İki müəllifin  
ürək döyüntüləri ilə yazdığı bu roman müxtəlif süjet xətləri ilə inkişaf etdirilib: 
Xocalıda girov düşərək Fransaya qədər aparılan Aytəkinin hislərini, keçirdiyi acı 
günləri  əks etdirən “Girov qadının xatirələri” və 20 il boyunca hər an sevgilisi 
Aytəkinə qovuşmaq ümidi ilə yaşayan keçmiş  kəşfiyyatçı Ramilin yaşantıları. 
Məxfi şöbənin təcrübəli əməliyyatçısı Mikayıl Qüdrətov  2011-ci ildə əlinə keçmiş 
gündəlik vasitəsilə Azərbaycana göndərilən casus qadının izinə düşür. Nəticədə 
erməni siyasi terrorunun, Böyük Ermənistan dövlətinin qurulması üçün  məxfi bir 
sənədin yerini bilən şəxsin Azərbaycanda olmasının üstünü açır.  
 
(Yetkinlik yaşına çatmayanların vә ürәyi xәstә olan insanların 
oxuması tövsiyә edilmir.) 
 
Kitabın birinci nәşrindәn әldә olunan vәsaitlә Xocalıdan 
olan mәcburi köçkün ailәlәrinә yardım olunacaqdır. 
ISBN: 978-9952-464-41-2 
 
Müәlliflәrlә әlaqә: umidlerin_izi@hotmail.com 
 
 


 
 

 
 
 
 
 
 
 
 
Xocalı faciəsi qurbanlarının 
əziz xatirəsinə ithaf olunur! 
 
 
 
 
 


 
 

 
 


 
 

Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır. 
H.Cavid 
 
 
 
 
 
 
 
 
PROLOQ ƏVƏZİ 
 
   “BMW”  markalı  tünd göy rəngli avtomobil metronun 
Elmlər Akademiyası stansiyasının qarşısındakı yol 
kəsişməsinə çatanda sürətini nəzərə çarpacaq dərəcədə azaldıb 
tələbələrin  hər gün sıxlıq yaratdığı  küçəyə  döndü.  Şənbə  günü 
olmasına baxmayaraq burada digər yerlərlə müqayisədə  daha 
çox adam gözə  dəyirdi. Bir az irəlidə isə maşınların sıxlığı 
çoxalır və gediş-gəlişin  çətin olduğu bu küçədə  hərəkəti  daha 
da pisləşdirirdi. 
Fevral ayı olsa da, hava o qədər soyuq deyildi. Hətta isti 
geyimdən imtina edib cins şalvara və buna o qədər də 
uyğunlaşmayan müxtəlif rəngli  köynəklərə  üstünlük verən 
gənclərə də tez-tez rast gəlmək olurdı. Maşınları çətinliklə olsa 
da,  irəli sürməyə  çalışan sürücülər hərəkətin çətin olduğu bu 
küçə boyu yoldan keçən bütün piyadaların üz cizgilərini yadda 
saxlaya bilərdilər. Bahalı xarici avtomobillərdə  əyləşmiş 
tələbələr  ətrafdakı adam selinə xüsusi diqqət və maraqla tamaşa 
edirdilər. Havanın nisbətən xoş olmasından istifadə edib sükan 
tərəfdəki  şüşələri açıq qoyan bu cavanların oğrun baxışları 
səki boyu hərəkət edən qızlara hakim kəsilirdi. Bu qızlar 
Azərbaycanın müxtəlif yerlərindən  ölkənin bir nömrəli 


 
 

universitetinə oxumaq, təhsil almaq, ziyalı olmaq üçün təşrif 
buyurmuşdularsa da, bəzən onların içərilərindən  əsl məqsəd 
üçün çalışanlara çox az rast gəlinirdi. Onlar da öz növbəsində 
bahalı maşınların sahibi olan bu cavanlara göz qoyur, hətta öz 
rəfiqələri arasında bir-birləri ilə “səninkinin maşını filandır”, 
“mənimkinin maşını filandır” kimi özlərinin səviyyələrinə 
uyğun rəqabət də aparırdılar. Bəzən də onları  qınamağa 
çətinlik  çəkənlər də tapılırdı. Axı, niyə  də ucqar dağ 
rayonundan gələn qızın bahalı maşını olan sevgilisi olmasın?! 
Məgər bu pis idimi?! Necə olsa belə maşınların qiyməti ona 
universitetdə elm öyrətmək  üçün saatlarla mühazirə oxuyan 
professor Sabir Qəşəmovun 20-30 illik əmək haqqısından 
daha  çox idi... Əlbəttə, Sabir müəllim savadlı insan idi. 
Ömrünün  əlli ildən  çoxunu elmə  sərf etmişdi. Demək olar ki, 
respublikanın hər yerində yetirmələri var idi. Amma ki, bu əlli 
il  ərzində onun şəxsi həyatında dəyişən bircə maraqlı hadisə 
var idisə, o da qoca professorun adı idi. Bəli, adı! Məsələ 
burasında idi ki, valideynləri o doğulanda adını Samalyot 
qoymuşdular. Sabir müəllim də uzun müddət utana-utana 
universitet auditoriyalarında bu adı daşımalı olmuşdu. Yalnız 
Azərbaycan ikinci dəfə  müstəqillik  əldə edəndən sonra 
pasportların dəyişilməsi zamanı o da öz uşaqlıq adından 
imtina edərək, nəhayət ki, “Sabir” müəllim olmuşdu. Və bu il 
artıq bütün Azərbaycan ziyalıları  dövlət müstəqilliyimizin 
iyirmi illiyini qeyd edəndə Sabir müəllim ikiqat sevinc hiss 
keçirəcəkdi.  
Sabir müəllim həm də ona sevinirdi ki, daha metronun 
qarşısındakı dayanacaqda saatlarla gözləmirdi. Tələbəsi Ayla 
professorun adını da bilmədiyi cipi ilə onu evlərinə  qədər 
aparırdı. Elə buna görə  də son vaxtlar professor yorğun 
vaxtlarında  dayanacaqda gözləmək istəmirdi. Avtobusa 
minməyə hazırlaşanda da əvvəl yola nəzər yetirirdi ki, birdən 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə