Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
  1   2   3   4   5   6   7   8   9   ...   27


Азярбайжан Дювлят Игтисад Университетинин Magistratura Mərkəzinin   2892-жi 

груп маэистри Bayramlı Emin Şirviyə oglunun yazdığı “Ümumdünya ticarə



təşkilatına üzvülüyün Azərbaycan iqtisadiyyatının inkişafı və struktur 

dəyişiklərinə təsiri”mövzusunda yazdıgı dissertasiya  ишиня 


 

MÜNDƏR CAT 

 

 

      G R Ş 

 

IFƏSIL



Xarici ticarəəlaqələrinin

 

  tənzimlənməsinin nəzəri əsaslari

 

1.1  Milli  iqtisadiyyatın  inkişafında  xarici  ticarət    əlaqələrinin  pay  və  onun 

formalaşmasına təsir edən amillər 

       1.2 Xarici ticarət əlaqələrinin tənzimlənməsi üzrə dünya təcrübəsi 



        

          II FƏS L. Azərbaycanın  xarici ticarət strategiyasinin sistemli təhlili 

        2.1 Azərbaycanın xarici ticarət əlaqələrinin inkişaf dinamikası  

        2.2 Xarici ticarət strategiyasında mal nomenklaturasının təsnifləşdirilməsinin 

normativ hüquqi bazasının tədqiqi 



   III 

FƏS L.Azərbaycanın 

ÜTT 

ilə 

xarici 

ticarə

ə

laqələrinin 



tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri  

3.1  Azərbaycanın  xarici  tcarət  əlaqələrinin  tənzimlənməsi    sisteminin  inkişaf 

priotetləri və struktur dəyişikliklərinə təsiri 

 

3.2.Azərbaycanın  ÜTT  ilə  qarşılıqlı  faydalı  əlaqələrinin  formalaşdırılması  –xarici 



ticarət əlaqələrinin tənzimlənməsinin mühüm istiqaməti kimi 

 

NƏT CƏ VƏ TƏKL FLƏ

Ə

DƏB YYAT S YAHISI 

 

 

 

 

 

 

 

 

 

 



 

GIRIŞ 

Mövzunun aktuallığı: Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq inzibati-

amirlik  sisteminə  xas  olan  bütün  prinsiplər,  o  cümlədən  xarici  iqtisadi  fəaliyyət 

üzərində  dövlət  inhisarı  aradan  qaldırılmış,  tamamilə  yeni  fərqli  məzmuna  malik 

situasiya  formalaşmışdır.  Keçid  iqtisadiyyatlı ölkələrdə həyata  keçirilən  islahatlar 

təkcə  forma  dəyişikliyini  deyil,  eləsə  də  xarici  iqtisadi  münasibətlərin  təkrar 

istehsal proseslərini əhatə etməklə, qlobal  səviyyəli inkişaf qanunauyğunluqlarına 

maksimum  dərəcədə  müvafiq  gələn  xarici  ticarət  strategiyasının  formalaşdırıl-

masına  yönəldilmişdir.  Son  10  illik  inkişaf  dinamikası  göstərir  ki,  iqtisadiyyatın 

“açıq”lıq dərəcəsinin yüksəldilməsi və bazar münasibətlərinin təşəkkülü istiqamə-

tində  nailiyyətlər  əldə  olunmuş,  milli  iqtisadi  subyektlərə  beynəlxalq  rəqabətin 

təsir gücü hissediləcək dərəcədə artmışdır. Digər tərəfdən, dünya iqtisadiyyatında 

baş  verən  prosseslərin  (iqtisadi  inteqrasiya  və  qloballaşma,  istehsal  və  kapitalın 

transmilliləşməsi prosessinin sürətlənməsi və s.) təsiri nəticəsində ölkədaxili iqtisa-

di  münasibətlərin  yeni  modifikasiyası  meydana  çıxmış,  xarici  iqtisadi  fəaliyyətin 

dövlət tənzimlənməsi problemi daha da kəskinləşmişdir.  

Qeyd  etmək  lazımdır  ki,  bütün  bunlar  Azərbaycan  Respublikasının  xarici 

iqtisadi fəaliyyətinin təşkili və idarə edilməsi sferasında dinamik xarakterli dəyişik-

liklərin  aparılmasını  tələb  edir.  Keçid  iqtisadiyyatının  spesifik  xüsusiyyətlərinin 

nəzərə  alınması  zəruriliyi  ilə  ölkənin  milli  mənafelərinin  təminatı,  digər  tərəfdən 

isə müasir qlobal meyl və təmayüllər arasında optimal mütənasibliyin formalaşdı-

rılmasında  əsas  ağırlık  məhz  xarici  ticarət  strategiyasının  üzərinə  düşür.  Belə  ki, 

ölkə  iqtisadiyyatında  həyata  keçirilən  struktur  modernləşmə  iqtisadi  artımın  da-

vamlılığına nail olma, mənafe subyektləri arasında düzgün tənasüblüyün formalaş-

ması,  bölgü  sferasında  prioritetlərin  nəzərə  alınması  və  ümumiyyətlə,  dünya 

iqtisadiyyatına  effektiv  qoşulma  prosessində  real  gerçəkliyə  söykənməklə  həyata 

keçirilən xarici ticarət strategiyası həlledici əhəmiyyət daşıyır. Eyni zamanda real 

bazarın və milli iqtisadiyyatın hələ formalaşma mərhələsində olduğunu diqqət mər-

kəzində  saxlamaqla,  xarici  ticarət  strategiyasının  formaları  və  tərkib  ünsürlərinin 

seçilməsində real situasiyaya adekvatlığın təminatı da xüsusi aktuallıq kəsb edir. 



 

Problemin işlənmə səviyyəsi: Xarici ticarət strategiyasının formalaşdırılması 

və  tətbiqi  probleminin  kompleks  xarakterə  malikliyi,  onun  iqtisadiyyatın  bütün 

səviyyələri(mikro, mezo,makro) və sferaları ilə sıx qarşılıqlı bağlılığı, bu bağlılığın 

funksional  məzmununun  müxtəlif  aspektlərinin  mövcudluğu  əksər  iqtisadi  mək-

təblərin nəzər-diqqətini cəlb etmiş və qeyd olunan yönümdə tədqiqatlar bu gün də 

davam etməkdədir. Xarici ticarətin fundamental problemləri C.Keynsin, A.Marşal-

lın, P.Linderfin, M.Pebronun, V.Rıbalkinin, P.Kruqmanın, C.Saksın və digərlərinin 

ə

sərlərində bütün təfərrüatı ilə araşdırılmışdır. 



 

Xarici ticarət strategiyasının nəzəri dərki və dövlət tənzimlənməsi problem-

ləri isə  A.Atkinsanın,  B.Belaşanın,  C.Blekin, P.Samuelsonun, C.Stiqlisin,  Y.Tim-

bergenin,  R.Consun,  Q.Fişerin  və  s.  tədqiqatlarında  sistemli  şəkildə  öz  əksini 

tapmışdır. 

 

Sabiq  SSR   nin  süqutu  və  ardıcıl  olaraq  həyata  keçirilən  liberallaşdırma 



nəticəsində  yeni  müstəqillik  əldə  etmiş  ölkələrin  dünya  iqtisadiyyatına  inteqrasi-

yası prosessinin getdikcə güclənməsi xarici ticarət strategiyasını elmi tədqiqatların 

başlıca  mövzularından  birinə    çevirmişdir.  Bu  baxımdan  rus  tədqiqatçılarından 

A.Maşinin,  S.Qonçarenkonun,  V.Evstiqnevin,  S.Sışkovun,  A.Roqocinin,  A.Fedo-

rovskinin araşdırmaları səciyyəvidir. 

 

Azərbaycan  alimlərindən  A.Nadirov,  Z.Səmədzadə,  A.Ələsgərov,  A.Şəkə-



rəliyev, M.Meybullayev, Ə.Babayev, Ş.Hacıyev, Ə.Bayamov, H.Allahverdiyev və 

digərlərinin əsərlərində xarici iqtisadi fəaliyyət, ələlxüsus xarici ticarət strategiyası 

ilə  bağlı  tədqiqatlar  aparılmlş,  keçid  iqtisadiyyatı  şəraitinin  tələblərinə  müvafiq 

gələn nəticələr əldə olunmuşdur.  

 

Bununla belə qeyd etmək lazımdır ki, xarici ticarət strategiyasının optimal-



laşdırılması  sferasında  bir  sıra  problemlər  sistemli  araşdırmalara  məruz  qalma-

mışdır.  Söhbət  hər  şeydən  əvvəl  xarici  ticarət  münasibətlərində  liberallaşdırma 

siyasətinin  və  eləcə  də,  ticarət  maneələrinin  inkişafa  təsirindən,  xarici  ticarət 

strategiyası ilə iqtisadi artım, ətraf mühit və institutsional inkişaf arasında qarşılıqlı 

bağlılığın  tədqiqindən,  xarici  ticarət  siyasətinin  modelləşdirilməsi  problemindən, 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə