Azərbaycanın görkəmli şəxsiyyətləri
MOLLA PƏNAH VAQİF
Biblioqrafiya
Bakı – 2017
M o l l a P ə n a h V a q i f
2
KBT Я19:Ш+Ш5(2=Аз)7-44я1
UOT 016:821.512.162
Tərtib edənlər: Mədinə Vəliyeva
Mətanət İbrahimova
Gülbahar Misirova
Elmi redaktor:
Kərim Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Molla Pənah Vaqif: biblioqrafiya /tərt. ed.: M.Vəliyeva,
M.İbrahimova, G.Misirova; elmi red. K.Tahirov; red. G.Səfərəli-
yeva.- Bakı, 2017.- 440 s.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriya-
sından hazırladığı “Molla Pənah Vaqif”adlı biblioqrafik göstəricidə XVIII əsr Azərbay-
can poeziyasının görkəmli nümayəndəsi
Molla Pənah Vaqifin əsərləri, həyat və
yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında ədəbiyyat toplanmışdır.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978 9952 476 06 4
©Azərbaycan Milli Kitabxanası, 2017
B i b l i o q r a f i y a
3
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik
yubileyinin keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin
anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun
“2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisə-
lərin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın ço-
xəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüd-
rətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən
yüksək qiymətin təzahürüdür.
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb ya-
ratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən
bəri qoruyub
saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli
ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbay-
can şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm
qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifə-
lərindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-
mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə
həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlə-
rin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.
Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri
kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il
yanvarın 14-də ulu öndər Heydər Əliyevin
bilavasitə təşəbbüsü
və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şə-
hərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin
açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı qul-
dur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq
hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı van-
dalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini
talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir
M o l l a P ə n a h V a q i f
4
Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin
məqbərəsini dağıtmışlar.
Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında
daha dərin-
dən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həl-
lini gözləyən mühüm məsələlərdəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi Molla
Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazir-
liyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birli-
yinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300
illik yu-
bileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərən-
camdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2017-ci il
B i b l i o q r a f i y a
5
Tərtibçidən
2017-ci ildə XVIII əsr Azərbaycan ədəbiyyatının
görkəmli
nümayəndələrindən biri, şair, mütəfəkkir, ictimai-siyasi xadim
Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur.
Molla Pənah Vaqif poeziyası Azərbaycan ədəbiyyatının də-
yərli nümunələri sırasında öz layiqli yerini tutmuşdur. Vaqif Şərq
poeziyasının bütün klassik formalarından istifadə etsə də yaradı-
cılığının böyük bir qismini aşıq poeziyasının xalqa ən yaxın növü
olan qoşma janrında yazıb-yaratmışdır. Vaqif ərəb və fars mənşə-
li sözlərdən bacardıqca az istifadə etməyə çalışmış, öz əsərlərində
həyat eşqini, gözəlliyi tərənnüm etmişdir.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından hazırladığı “Molla Pənah Vaqif”
adlı göstərici M.P.Vaqif haqqında tərtib olunmuş ilk fundamen-
tal biblioqrafiyadir. Biblioqrafik göstərici şairin ədəbi və icti-
mai fəaliyyətini əks etdirən 1856-2017-ci illərdə dərc olunmuş
materialları əhatə edir.
Biblioqrafik göstərici 5 hissədən ibarətdir: I hissə - Əsərləri;
II hissə - Həyat və yaradıcılığı haqqında; III hissə - Rus dilində;
IV hissə - Digər dillərdə; V hissə - Köməkçi göstəricilər.
Vəsaitdə bölmələr və yarımbölmələrdə materiallar xronoloji
prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılmış-
dır. Vəsaitdən istifadəni asanlaşdırmaq
məqsədi ilə sonda kömək-
çi göstəricilər tərtib olunmuşdur.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-bib-
lioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Göstərici haqqında rəy və təkliflərini bildirəcək mütəxəssis-
lərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif
və rəylərini M.F.Axundov adına Milli Kitabxanaya göndərmələri-
ni xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57.
E-mail: contact@anl.az
M o l l a P ə n a h V a q i f
6
Xalqın böyük şairi
Azərbaycan xalqının böyük şairi, mütəfəkkiri və dövlət xadi-
mi Mоlla Pənah Vaqifin üç yüz illiyinin bütün dünyada,
xüsusilə
vətəni müstəqil Azərbaycanda təntənə ilə qеyd оlunması huma-
nist, mütərəqqi tarixi şəxsiyyətə, оnun idеyalarına, pоеziyasının
hеç zaman öz təravətini itirməyəcək еstеtik təsir gücünə, sözün
gеniş mənasında “şirin dili”nə tükənməyən еhtiramdan, sеvgi-
dən, vurğunluqdan irəli gəlir.
Azərbaycan ədəbiyyatı tarixşünaslığının yaradıcısı Firudin
bəy Köçərli vaxtilə yazmışdı:
“Оnun (M.P.Vaqifin – N.C.) şеir və qəzəliyyatı bizim Azər-
baycan türklərinə ziyadə xоş gəlir və hər nə оnun qələmindən zü-
hura gəlibsə… tamamisi ürəkdən və həqiqi həyatdan nəşət еdən
əsərlərdir. Milli şairlərimizdən оnun kimi sadə və açıq lisanda və
ana dilimizin şivəsində şеir və qəzəl yazan az оlub”. Və оnu da
əlavə еtmişdi ki: “Hərgah Vaqif və Vidadi kimi məşhur şairlər
özgə millətlər arasında zühur еtmiş оlsaydılar,
bişübhə indiyə ki-
mi оnların asar və əşarı dəfəat ilə çapdan çıxıb əbnayi-millət içə-
risində yayılmışdı. Оnların qəbri üstündə nişangah qоyulmuşdu
və vəfatlarının əlli və yüz sənəlik yubilеyisi yоmi alisi artıq cəlal
və təntənə ilə yad оlunmuşdu”.
Firudin bəy bu sözləri yazanda XX əsrin əvvəlləri idi. Və о
zaman Azərbaycan xalqı öz dövlət müstəqilliyi uğrunda mübari-
zəyə yеni (ancaq bütün mənəvi-idеоlоji еnеrjisilə!) başlamışdı.
Əslində, “milli şair”ə (və şairlərə) yubilеy kеçirilməsi, оnların
millətə daha kütləvi tanıdılması еhtiyacının mеydana çıxması da
milli оyanışın təbii təzahürü idi.
Akadеmik Həmid Araslı yazır: “Vaqif irsi hələ şair yaşadığı
dövrdə nəzər-diqqəti cəlb еtmişdir. Lakin Vaqif öldürüldüyü za-
man еvi talan еdildiyindən, оnun əsərləri də itib batmış və öz əl-
yazması bizə qədər gəlib çatmamışdır. Vaqifin əsərlərindən şеir