Microsoft Word Visa Eurovision aze rules az final++. docx



Yüklə 116,87 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü116,87 Kb.
#65630


“Biz eyni dalğadayıq”

TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK

ŞƏRTLƏRİ

1. Tirajlı stimullaşdırıcı lotereyanın təşkilatçısı:

“OMG  Azerbaijan”  Məhdud  Məsuliyyətli  Cəmiyyət,  bundan  sonra  “Təşkilatçı”.  Ünvan:  10-cu  ofis,

English Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan. VÖEN 1301418021 Tel: +994 12 497 21 05

2. Tirajlı stimullaşdırıcı lotereyanın adı:

Təşkilatçının  keçirdiyi  Tirajlı  stimullaşdırıcı  lotereya  “Biz  eyni  dalğadayıq”  (“Visa  kartı  ilə  ödə  və

Avroviziya 2017-nin yarımfinal mərhələsinə VIP biletlər qazanmaq şansı əldə et”) adlanır.

3. Tirajlı stimullaşdırıcı lotereyanın keçirildiyi ərazi:

“Biz eyni dalğadayıq” (“Visa kartı ilə ödə və Avroviziya 2017-nin yarımfinal mərhələsinə VIP biletlər

qazanmaq şansı əldə et”) Tirajlı stimullaşdırıcı lotereyası Azərbaycan Respublikası ərazisində keçirilir.

4. Tirajlı stimullaşdırıcı lotereyanın başlama və bitmə vaxtı:

Tirajlı stimullaşdırıcı lotereya 2017-ci ilin 6 mart-20 aprel tarixləri ərzində keçirilir.

5. Tirajlı stimullaşdırıcı lotereya bu adda məhsulların stimullaşdırılması məqsədilə keçirilir:

Tirajlı stimullaşdırıcı lotereya ticari-xidmət şəbəkələrində Visa bank ödəniş kartları ilə hesablaşmaların

stimullaşdırılması məqsədilə keçilir.

6. Tirajlı stimullaşdırıcı lotereyanın İştirakçıları:

6.1.  Tirajlı  stimullaşdırıcı  lotereyada  18  yaşına  çatmış  fiziki  şəxslər,  Azərbaycan  Respublikasının

vətəndaşları və Azərbaycan Respublikası ərazisində daimi yaşayan şəxslər iştirak edə bilərlər.

6.2.  Tirajlı  stimullaşdırıcı  lotereyada  Təşkilatçı  ilə  əməkdaşlıq  edənlər,  bu  şəxslərin  həyat  yoldaşları,

yaxın  qohumları,    həmçinin,  Tirajlı  stimullaşdırıcı  lotereyanın  keçirilməsi  üzrə  komissiyanın  üzvləri

iştirak edə bilməzlər.

7.  Tirajlı  stimullaşdırıcı  lotereyada  iştirak  üçün  6  mart-20  aprel  2017-ci  il  (daxil  olmaqla)  tarixləri

ərzində aşağıdakılara əməl etmək lazımdır:

7.1.  Azərbaycan  Respublikasının  bankları  tərəfindən  buraxılmış  Visa  bank  ödəniş  kartları  ilə

Azərbaycan  Respublikası  ərazisində  və  ya  ondan  kənarda  yerləşən  istənilən  ticari-xidmət

müəssisəsində,  həmçinin,  İnternet  şəbəkəsində  məhsullar  və  ya  xidmətlər  üzrə  istənilən  məbləğdə

nağdsız əməliyyat aparmaq.

7.1.1. Uduşda bu tranzaksiyalar iştirak etmir:

−  kommunal xidmətlərin internet və ya avtomatlar vasitəsilə ödənilməsi

−  mobil/stasionar telefon balansının internet və ya avtomatlar vasitəsilə artırılması

−  internetin və kabel TV-nin internet və ya avtomatlar vasitəsilə ödənilməsi

−  sığorta xidmətlərinin internet və ya avtomatlar vasitəsilə ödənilməsi

−  bank xidmətlərinin internet və ya avtomatlar vasitəsilə ödənilməsi

−  bankomatlarda  və  NPM  (nağd  pul  verilmə  məntəqələri)  və  (və  ya)  digər  kredit-maliyyə

müəssisələrində nağd pul vəsaitlərinin çəkilməsi və ya daxil edilməsi əməliyyatları;



−  pul vəsaitlərinin bank hesabından fiziki və/və ya hüquqi şəxslərin hesablarına köçürülməsi

−  vergi ödənişləri və digər dövlət xidmətlərinin ödənilməsi üzrə əməliyyatlar

−  ləğv edilmiş/qaytarılmış alış-veriş üzrə əməliyyatlar

−  Tirajlı  stimullaşdırıcı  lotereya  biletlərinin  alınması,  kazino  və  totalizator  üzrə  hesablar,  yol

qəbzlərinin, obliqasiyaların və qiymətli metalların, həmçinin, İnternet üzərindən alınması

−  pul vəsaitinin bank hesabından karta köçürülməsi

−  pul vəsaitinin kartdan karta köçürülməsi

7.2.  Tirajlı  stimullaşdırıcı  lotereyanın  keçirildiyi  müddət  ərzində  uduş  keçirilənədək  və  qalibiyyət

halında  uduş  təqdim  edilənədək  iştirak  edən  tranzaksiyanın  qəbzini  və  ya  internet-ödənişin

təsdiqnaməsini saxlamaq.

7.3.

www.visa.com.az



saytında (bundan sonra Sayt) qeydiyyat formasını doldurmaq və qəbzi 2017-ci il

00:00  06  mart  tarixindən  23:59  20  aprel  tarixinədək  (daxil  olmaqla)  qeydiyyatdan  keçirmək.

Qeydiyyat  formasına  mütləq  doldurulmalı  olan  sütunlar  daxildir:  Kart  sahibinin  SAA  (tam),  əlaqə

telefonu,  nağdsız  əməliyyatın  həyata  keçirildiyi  tarix  (iştirak  edən  kart-qəbzə  uyğun  olaraq),  qəbzin

məbləği, nağdsız əməliyyatın həyata keçirildiyi yer (ölkə daxili və ya xarici), kart-qəbzin avtorizasiya

kodu(tranzaksiya nömrəsi), POS-terminal vasitəsilə ödənişə, yoxsa onlayn ödənişə aid olması və Visa

kartını buraxan bankın adı.

7.4. Tirajlı stimullaşdırıcı lotereyanın qaydaları ilə tanış olmaq, qeydiyyat formasında müvafiq xanaları

işarətləyərək şəxsi məlumatların yığılmasına və işlənməsinə razılıq vermək.

7.5. Tirajlı stimullaşdırıcı lotereyanın şərtlərinə uyğun olan hər iştirakçı tranzaksiya uduşda iştirak edir.

Hər yeni tranzaksiyanın qeydiyyatı Saytda yeni qeydiyyat formasının doldurulması ilə həyata keçirilir.

7.6. Unikal iştirakçı tranzaksiya Saytdakı qeydiyyat formasına bir dəfədən artıq daxil edildikdə o yalnız

unikal  nağdsız  əməliyyat  (tranzaksiya)  məlumatlarının  ilk  daxil  edilməsi  faktına  əsasən  bir  dəfə

qeydiyyata alınacaq və uduşda bu qeydiyyat əsasında iştirak edəcək.

7.7.  Tirajlı  stimullaşdırıcı  lotereya  iştirakçılarının  müəyyənləşdirilməsi  kart  sahibinin  hər

gerçəkləşdirdiyi  və  qeydiyyatdan  keçirdiyi  İştirakçı  tranzaksiyaya  əsasən  həyata  keçirilir.

Tranzaksiyaların  sıra  nömrələri  Təşkilatçı  tərəfindən  Saytdakı  qeydiyyat  formasında  məlumatların

qeydiyyatdan keçirilməsi tarixinə və vaxtına uyğun verilir.

7.8. Azərbaycan Respublikası ərazisində POS-terminal vasitəsilə və ya onlayn (internet şəbəkəsində)

həyata keçirilmiş hər daxili tranzaksiyaya uduşda iştirak üçün avtomatik 1 unikal qeydiyyat nömrəsi

verilir.

7.9.  Azərbaycan  Respublikasından  kənarda  POS-terminal  vasitəsilə  və  ya  onlayn  (internet

şəbəkəsində)həyata keçirilmiş hər xarici tranzaksiyaya uduşda iştirak üçün 2 unikal qeydiyyat nömrəsi

verilir.

8. Uduş fondunun tərkibi və həcmi:

Tirajlı  stimullaşdırıcı  lotereyanın  uduş  fondu  Təşkilatçının  mülkiyyəti  və  pul  vəsaitləri  hesabına

formalaşdırılıb. Uduş fondu ibarətdir:

Hər biri aşağıdakılardan ibarəd 5 əsas uduş






Ad

Uduş fondunda ümumi miqdar, ədəd

2 Ekonom-klas aviabilet (Bakı-Kiyev-Bakı)

10


2 nəfər üçün Kiyevdə 5*

Intercontinental otelində

1 nömrə (2 gecəlik)

5

2 nəfər üçün Avroviziya 2017-nin



xüsusi qonaq zonasına 1 keçid

5

2 nəfər üçün Avroviziya 2017-nin



9 May 2017-də keçirilən yarımfinalına 1 VIP bilet.

5

9. Uduş fondunun uduşunun keçirilmə yeri, tarixi, vaxtı və qaydası, qalib gəlmiş Tirajlı stimullaşdırıcı



lotereya iştirakçısının təyin edilməsi qaydası:

9.1.  Uduşun  keçirilmə  vaxtında  Tirajlı  stimullaşdırıcı  lotereya  iştirakçıları  (yəni,  iştirakçı

tranzaksiyalarını  Saytda  uğurla  qeydiyyatdan  keçirən  şəxslər)  barədə  məlumatlar  əsasında  İştirakçı

Siyahısı  tərtib  olunur.    Hər  iştirakçı  tranzaksiya  Saytdakı  qeydiyyat  formasında  məlumatların

qeydiyyatdan keçirilmə tarixinə və vaxtına uyğun ardıcıllıqla individual şəkildə siyahıya daxil edilir.

9.2. Uduşun keçirilməsi üçün xüsusi barabandan və tranzaksiyaların qeydiyyat nömrələri əks olunmuş

kağız zolaqlardan istifadə olunur. Komissiyanın tərkibindən kodun barabandan çıxarılması üçün katib

seçilir.

9.3. Katib barabandan bir kağız çıxarır. Çıxarılmış kağızın nömrəsi protokola daxil edilir. Uduş zamanı

çıxan ilk 5 qeydiyyat nömrəsi qalib hesab olunur. Barabandan çıxarılan sonrakı 10 nömrə isə ehtiyat

qaliblər siyahısına əlavə edilir.

9.4. Tirajlı stimullaşdırıcı lotereya ərzində bir uduş keçirilir:

- uduşda 5 əsas uduşun 5 əsas qalibi və 10 ehtiyat qalib seçilir.

- hər qalib özü ilə əlavə 1 nəfər apara bilər.

9.6. Uduşların keçirilmə tarixi:

Uduşların keçirilmə

Tarixi

İştirak şərtləri



Uduşun adı

Uduşların  ümumi

miqdarı

24/4/2017

Azərbaycan

Respublikası

ərazisində və ya

ondan


kənarda yerləşən

istənilən

ticari-xidmət

müəssisəsində,

həmçinin, İnternet

Hər biri aşağıdakılardan ibarəd

5 əsas uduş

2 Ekonom-klas aviabilet (Bakı-

Kiyev-Bakı)

2 nəfər üçün Kiyevdə 5*

İntercontinental otelində

1 nömrə (2 gecəlik)

10 ədəd Ekonom-

klas aviabilet

(Bakı-Kiyev-Bakı)

5  ədəd  2  nəfər

üçün Kiyevdə 5*

Intercontinental

otelində  nömrə  (2

gecəlik)




şəbəkəsində

məhsulların və ya

xidmətlərin

ödənilməsi üzrə

istənilən

məbləğdə

nağdsız əməliyyat

aparmış və qəbzi

06 mart

(00:00) tarixindən

20 aprel

(23:59) tarixinədək

(daxil olmaqla)

visa.com.az

saytında

qeydiyyatdan

keçirmiş iştirakçılar

arasında keçirilir.

2 nəfər üçün Avroviziya 2017-nin

xüsusi qonaq zonasına 1 keçid

2 nəfər üçün Avroviziya-nın

9 may 2017-də keçiriən

yarımfinalına 1 VIP bilet.

5  ədəd  2  nəfər

üçün Avroviziya

2017-nin

xüsusi qonaq

zonasına keçid

5  ədəd  2  nəfər

üçün Avroviziya-nın

9  may  2017    tarixli

yarımfinalına  VIP

bilet.

Uduş fondunun uduşları Komissiyanın iştirakı ilə açıq şəkildə bu ünvanda keçirilir: 10-cu ofis, English



Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan.

10. Qalib gəlmiş iştirakçının məlumatlandırılması müddəti və üsulu, uduşun verilmə qaydası:

10.1. Uduş keçirildikdən sonra Təşkilatçı qaliblərə uduş barədə 26 aprel 2017-ci il tarixinədək (daxil

olmaqla) Visa-nın

www.visa.com/az

rəsmi saytında qaliblər siyahısını yerləşdirərək və zəng vasitəsi ilə

məlumat verir.

10.1.1.  Avroviziya  2017-nin  yarımfinal  mərhələsi  09  may  2017  tarixində  keçirildiyi  üçün  uduşun

qalibləri uduşları almaq üçün 10-cu ofis, English Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan ünvanına

saat 12:00-dan 19:00-dək qaliblər siyahısı yayımlandıqdan sonra 7 gün ərzində müraciət etməlidirlər.

Qaliblər uduşlarını 07.05.2017 tarixinədək götürə bilərlər. Uduşu almaq üçün müraciət edərkən qalib

bu məlumatları təqdim etməlidir: soyad, ad, ata adı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi,

keçərlilik  müddəti,  sənədin  verilmə  tarixi  və  yeri,  xarici  pasport  (qalib  və  yol  yoldaşı);  qalib  gəlmiş

nağdsız  əməliyyatın  (tranzaksiyanın)  həyata  keçirildiyi  kart-qəbzin  avtorizasiya  kodu  və  əməliyyatın

tarixi  qeyd  olunmuş  müvafiq  qəbz.  Onlayn  ödəniş  halında  qalib  sms/elektron  poçt  vasitəsilə  aldığı

tranzaksiyanın yerinə yetirilməsi barədə təsdiq məktubunu, yaxud bankdan kart-qəbzin avtorizasiya

kodu (tranzaksiyanın nömrəsi) qeyd edilmiş çıxarışı təqdim etməlidir. Saytda qeydiyyatdan keçirilmiş

tranzaksiya/ödəniş  nömrəsi  qəbzdə/təsdiq  məktubunda/sms-də/bank  çıxarışında  qeyd  olunmuş

nömrə ilə üst-üstə düşməlidir.

10.1.2. Təşkilatçı tələb olunan məlumatlardan hər hansı birinin olmamasına görə məsuliyyət daşımır.

10.1.3.  Təşkilatçı  qalibə  ölkədən  kənara  çıxmaq  imkanı  verən  sənədin  olmamasına  görə  məsuliyyət

daşımır.






11.  Uduşun  qalibi  uduşu  göstərilən  müddətdə  almaq  üçün  müraciət  etməyibsə  qalib  uduşu  almaq

hüququndan  məhrum  olur  və  həmin  uduş  ehtiyat  qalibinə  keçir.  Ehtiyat  qalib  uduşu  08.05.2017

tarixinədək (daxil olmaqla) götürə bilər.

11.1. Uduşun dəyəri məbləğində pul kompensasiyası həyata keçirilmir.

11.2. Qalib uduşu almaq hüququnu üçüncü şəxsə vermək haqqına malik deyil.

11.3.  Uduşu  almağa  iddialı  Tirajlı  stimullaşdırıcı  lotereya  Qalibləri  onu  almaq  üçün  Təşkilatçının

təqdim etdiyi bütün lazımlı sənədləri imzalamağı və doldurmağı, Qaydalarda nəzərdə tutulmuş bütün

şərtləri, həmçinin, uduşu almaq üçün lazım olan formallıqları yerinə yetirməyi öhdəsinə götürür.

11.4.  Tirajlı  stimullaşdırıcı  lotereyanın  Təşkilatçısı  Uduşlar  Qaliblərə  verildikdən  sonra  yaranmış

Uduşların zədələnməsi və onların istismarı halları ilə bağlı hər hansı bir riskə görə məsuliyət daşımır.

12. Digər şərtlər:

12.1 İştirakçı əsas uduşu yalnız 1 dəfə qazana bilər.

13. Tirajlı stimullaşdırıcı lotereyanın şərtləri və nəticələri barədə məlumat vermə qaydaları:

Tirajlı stimullaşdırıcı lotereyanın keçirilmə qaydaları Tirajlı stimullaşdırıcı lotereya başlamazdan əvvəl

www.visa.com.az

saytında  yerləşdirilir.  Uduşun  nəticələri  haqqında  məlumat  26  aprel  2017

tarixinədək (daxil olmaqla) visa.com.az saytında yerləşdirilir.

14. Tirajlı stimullaşdırıcı lotereyanın ümumi şərtləri:

14.1.  Tirajlı  stimullaşdırıcı  lotereyada  iştirak  edən  iştirakçı  Qaydalarla  və  Tirajlı  stimullaşdırıcı

lotereyada iştirakın bütün şərtləri ilə tanış olduğunu və razılaşdığını təsdiqləyir.

14.2.  Təşkilatçının  Tirajlı  stimullaşdırıcı  lotereyanın  keçirilməsi  məsələləri  ilə  bağlı  bütün  qərarları,

həmçinin,  Tirajlı  stimullaşdırıcı  lotereyanın  nəticələri  qəti  hesab  olunacaq  və  bütün  iştirakçılara  aid

ediləcək.

14.3.  Tirajlı  stimullaşdırıcı  lotereyanın  nəticələri  qəti  hesab  olunacaq  və  heç  bir  mübahisənin

obyektinə çevrilməyəcək.

14.4.  İştirakçılar  Tirajlı  stimullaşdırıcı  lotereyada  iştirak  edərək  adlarının,  ata  adlarının,  soyadlarının,

şəkillərinin  iştirakçıya  heç  bir    uduş  verilmədən  Təşkilatçı  tərəfindən  reklam  məqsədlərində  istifadə

ediləcəyinə  razılıq  verirlər.  Həmçinin,  İştirakçılar  Tirajlı  stimullaşdırıcı  lotereya  barədə  reklam

xarakterli müsahibələr verməyə də razılaşırlar.

14.5.  İştirakçıların  təşkilatçılıq  və  uduşun  verilməsi  ilə  əlaqəli  mümkün  bütün  iddiaları  10-cu  ofis,

English Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan ünvanında yerləşən Tirajlı stimullaşdırıcı lotereya

Təşkilatçısına ünvanlanmalıdır.

Təşkilatçı iştirakçılar və uduş almağa namizədlər arasında udulmuş uduşun sahibinin aydınlaşdırılması

ilə bağlı mübahisələrə daxil olmur.

14.6.  Visa  şirkəti  Tirajlı  stimullaşdırıcı  lotereyanın  Təşkilatçısı  deyil  və  Tirajlı  stimullaşdırıcı  lotereya

Təşkilatçısının və iştirakçılarının bu qaydalara və tətbiq edilən qanunvericiliyə riayət etməməsinə görə



məsuliyyət daşımır, Tirajlı stimullaşdırıcı lotereyanın iştirakçılarının iddialarına cavab vermir.

Yüklə 116,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə