Microsoft Word Viza liberallasdirilmasi doc



Yüklə 170,1 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü170,1 Kb.
#74668


 

Mündəricat 

Giriş 

Azərbaycan və Avropa Đttifaqı  münasibətlərin vəziyyəti 



Viza liberallaşdırılması prosesi 

Sənədləşmələrin təhlükəsizliyi 

Dövlət sərhəd siyasəti 

Đ

ctimai asayiş və təhlükəsizlik 



Nəticələr 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Giriş 


Bu  tədqiqat  PASOS-LGĐ  Şərqi  Tərəfdaşlıq  viza  liberallaşdırılması  layihəsinin  növbəti  mərhələsidir.  Bu 

tədqiqat  işində  Azərbaycan-AĐ  münasibətlərinin  hazırkı  vəziyyəti  və  Azərbaycanın  üzərinə  götürdüyü 

beynəlxalq öhdəliklərinin, xüsusilə viza liberallaşdırılması prosesi, sənədləşdirmə təhlükəsizliyi və dövlət 

sərhəd siyasəti sahəsində icrası bağlı öhdəliklərinin icrası nəzərdən keçirilir. 

Ş

übhəsiz  Avropa  Đttifaqı  ilə  münasibətlər  və  Azərbaycanın  Avro  Atlantik  məkana  inteqrasiya 



ölkənin gələcək demokratik inkişafı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir nəzərə alsaq ki, 

Azərbaycan siyasi baxımdan çox təhlükəli regionda yerləşir. Azərbaycanda ümumi ictimai rəy də ondan 

ibarətdir  ki,  Azərbaycanın  gələcəyi  Avropada  və  Avro  Atlantik  institutlarına  inteqrasiyadadır. 

Baxmayaraq ki, Avropa Đttifaqı ilə bağlı qiymətli və ətraflı ictimai sorğu və tədqiqat aparılmamışdır, biz 

hakimiyyət və müxalif siyasi qüvvələrdən və ya  yerli Qeyri Hökumətlərdən  AĐ münasibətlərin əleyhinə 

yönəlmiş hər hansı siyasi bəyanatın şahidi olmamışıq.  

Viza liberallaşdırılması AĐ-na inteqrasiya prosesində çox böyük addımdır. Viza liberallaşdırılması 

iqtisadı  inteqrasiyanı  sürətləndirəcək,  Azərbaycanın  Avropa  bazarına  çıxışını  asanlaşdıracaq  və  yeni 

ticarət və investisiya imkanlarını təşviq edəcəkdir. Bu həmçinin insanlar arasında ünsiyyəti artıracaq hansı 

ki,  Azərbaycan  üçün  çox  əhəmiyyətlidir.  Đnsanlar  arasında  ünsiyyət  müxtəlif  xalqlar  və  mədəniyyətlər 

arasında anlaşılmazlıqları azaldır hansı ki, müxtəlif münaqişələrə səbəb ola bilər və bu ünsiyyət həmçinin 

mədəni mübadilələri də inkişaf etdirir. Demokratik dövlət quruculuğunda dərin tarixi təcrübəsi olmayan 

həmçinin  demokratik  dəyərlərin  və  azadlığın  əhəmiyyətini  haqqında  tam  anlayışı  olmayan  gənc 

dövlətlərin  vətəndaşları  üçün  insanlar  arasında  ünsiyyət  AĐ-nın  dəyərlərini  anlamaqda  mühüm  rol 

oynayır.  Buna  görə  insanlar  arasında  ünsiyyət  regional  sülh  və  əməkdaşlıq  üçün  güclü  əsasların 

yaranmasına xidmət edir. 

Tədqiqat  işi  boyu  siz  şahid  olacaqsınız  ki,  Azərbaycan  bir  çox  mühüm  beynəlxalq  sənədləri 

ratifikasiya  etmiş  və  AĐ  -nın  standartlarının  tələblərinə  uyğun  olmaq  üçün    davamlı  olaraq  inzibati, 

institusional və hüquqi islahatlar həyata keçirir. Bununla bağlı biz iki məqamı qeyd etməliyik. Birincisi, 

yeni qanunlar, onlara əlavə və dəyişikliklər məhz o dəmək deyildir ki, reallıqda onlar düzgün icra olunur. 

Ikincisi,  bu  layihə  üçün  ayrılan  vaxt  miqrasiya,  dövlət  sərhəd  siyasəti,  terrorizm,  biometrik 

texnologiyalar, qaçqınlar, çirkli pulların yuyulması və s. ilə bağlı Azərbaycan qanunvericiliyinin dərindən 

incələnməsi,  nəticələrin  çıxarılması  və  onların  AĐ-nın  tələb  edilən  standartlarına  cavab  verib  vermədiyi 

barədə  qərar  vermək  üçün  çox  qısadır.  Bütün  bu  qanunlar  və  məsələlər  ayrıca  ixtisaslaşmış  analiz  və 

ekspertiza tələb edir. 

Azərbaycan və Avropa Đttifaqı  münasibətlərin vəziyyəti 

Baxmayaraq ki, Azərbaycan artıq 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra AĐ-yə daxil olan 

müxtəlif ölkələrlə diplomatik əlaqələrə malik idi, AĐ Azərbaycanla formal münasibətlərə 22 aprel 1996-cı 

ildə  Lüksemburqda  Tərəfdaşlıq  və  Əməkdaşlıq  Müqaviləsini  (TƏM)  imzalamaqla  başladı.  Müqavilənin 

AĐ-yə  daxil  olan  bütün  dövlətlər  tərəfindən  ratifikasiyasından  sonra  ikitərəfli  münasibətlərin  hüquqi 

çərçivəsi 1 iyul 1999-cu ildə qüvvəyə mindi. Bu sənəd əməkdaşlığın müxtəlif  tərəflərini siyasi  dialoqu, 

insan  hüquqlarını,  iqtisadi,  hüquqi  və  s.  əhatə  edir.  TƏM  məqsədlərindən  biri  Azərbaycan 

qanunvericiliyini AĐ standartlarına çatdırmaq idi. TƏM Azərbaycan və AĐ arasında daimi dialoqu təmin 

etmək  üçün  Əməkdaşlıq  Şurasının,  Əməkdaşlıq  Komitəsinin,  Parlamentlər  arası  Əməkdaşlıq 

Komitəsinin,  ticarət,  iqtisadiyyat,  hüquqi,  enerji,  nəqliyyat  və  ətraf  mühit  üzrə  alt  Komitələrin  əsasını 

qoydu.  Müqaviləyə  əsasən  Əməkdaşlıq  Şurası  iki  tərəf  arasında  əməkdaşlığın  əsas  istiqamətlərini 

müəyyən edən əsas orqandır. 




14  iyun  2004-cü  ildə  AĐ  Avropa  Qonşuluq  Siyasəti  Fəaliyyət  Planını  qəbul  etdi  və  Azərbaycan 

Avropa Qonşuluq Siyasətinə qoşuldu. Bu Avropa Đttifaqı və Azərbaycan arasında münasibətlərin mühüm 

ə

laməti  idi.  AĐ  Azərbaycana  AĐ  ilə  daha  yaxından  siyasi,  iqtisadi  və  mədəni  əlaqələr  və  ölkəmizin  AĐ 



bazarına  çıxış  üçün  iqtisadi  və  institusional  islahatları  həyata  keçirməkdə  yardım  edir.  Bu  məqsədlə 

Azərbaycan özünün iqtisadi və siyasi institutlarını liberallaşdırılmalıdır. Əvəzində AĐ Azərbaycana AĐ ilə 

daha  yaxından  inteqrasiya  proseslərini,  qarşılıqlı  faydalı  ticarət  münasibətlərini  və  açıq  bazarı  vəd  edir 

hansı  ki,  Azərbaycanın  Dünya  Ticarət  Təşkilatlarına  üzvlüyünü  sürətləndirə  bilər.  Şübhəsiz  bütün  bu 

gözləntilər Azərbaycanın gələcək demokratik inkişafı və rifahı üçün çox əhəmiyyətlidir. Fəalliyyət Planı 

həmçinin  qanunsuz  miqrasiya,  narkotik  qaçaqmalçılıq  və  mütəşəkkil  cinayətkarlıqla  mübarizədə 

ə

məkdaşlığı  əhatə  edir  hansı  ki,  gənc  dövlətdə  təhlükəsizlik,  regional  stabillik  və  insan  hüquqlarının 



müdafiəsində mühüm rol oynayır.  

14  Noyabr  2006-cı  illdə  qəbul  edilmiş  AĐ-Azərbaycan  Fəalliyyər  Planı  əməkdaşlığın  10  əsas 

sahəsini  müəyyən  etdi.  Bunlar  Dağlıq  Qarabağ  probleminin  sülh  yolu  həll  edilməsindən  başlayaraq, 

demokratiyanın  gücləndirilməsindən,  insan  hüquqlarının  qorunmasından,  ədalətli  və  şəfaf  seçkilər 

vasitəsilə  fundamental  azadlıqların  təmin  olunmasından  korrupsiyaya  qarşı  mübarizəni  gücləndirməklə 

biznes  və  investisiya  mühitinin  yaxşılaşdırılmasına  qədər  müxtəlif  sahələri  əhatə  edir.  Azərbaycanın 

gələcək  inkişafında  mühüm  rol  oynayan  qarşılıqlı  münasibətlərdə  digər  prioritet  sahələr  AĐ-nin  iqtisadi 

fəaliyyət  sahələrini  müxtəlifləşdirməklə  balanslaşdırılmış  və    davamlı  iqtisadi  inkişafı  dəstəkləmək 

səyləri,  regional  inkişaf,  yoxsulluğun  azaldılması  və  sosial  ədalət,  ətraf  mühitin  qorunması,  regional 

nəqliyyat  şəbəkələrinin  və  enerji  bazarlarının  inkişaf  etdirmək,  bu  sahələri  AĐ  inteqrasiya  etdirməklə 

regional əməkdaşlığı inkişaf etdirməkdir. 

Avropa  Qonşuluq  Siyasəti  həmçinin  mədəniyyət,  elm,  təhsil  və  ətraf  mühit  sahələrində 

ə

məkdaşlığın  dərinləşdirilməsinə  imkan  verdi.  AQS  çərçivəsində  Twining,  TAIEX,  Tempus,  Erasmus 



Mundus və dövlət layihələrinə dəstək proqramları AĐ-nin dəstəyi ilə həyata keçirilmişdir. 

AĐ ilə Azərbaycan arasında münasibətlərdə növbəti əhəmiyyətli addım 2009-cu ildə Praqada qəbul 

olunmuş Şərqi Tərəfdaşlıq siyasəti oldu. Şərqi Tərəfdaşlıq Siyasəti əvvəlki təşəbbüslərinin davamı olaraq 

Azərbaycanın habelə Şərqi Avropanın digər beş ölkəsinin AĐ-yə inteqrasiyasını gücləndirmək, sabitliyi, 

düzgün  idarəçiliyi  iqtisadi  inkişafı  təmin  etmək  məqsədlərini  daşıyır.  Bu  müqavilə  gələcəkdə  AĐ  ilə 

həmçinin  Assosiativ  üzvlüyü  nəzərdə  tutur.  Bu  tədqiqat  işinin  mövzusu  ilə  bağlı  olaraq  ŞTS-nin  digər 

mühüm və uzun müddətli məqsədi Azərbaycanla Avropa Đttifaqı arasında tam viza liberallaşdırılmasıdır. 

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra, AĐ yeni yaranan dövlətin iqtisadiyyatında 

ə

sas  donorlardan  biri  olmuşdur.  Bu  müddət  ərzində  ikitərəfli  münadibətlər  TACĐS  (MDB  ölkələrinə 



Texniki Yardım proqramı), TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi), ĐNOGATE (Avropaya 

Dövlətlərarası  Neft  və  Qaz  Nəqli)  və  ECHO  (Avropa  Komissiyası  –  Humanitar  Yardım  və  Vətəndaş 

Müdafiəsi) layihələri çərçivəsində inkişaf etdirilmişdir. 

Azərbaycanda  AĐ  ilə  dialoq  məsələlərinə  məsul  əsas  dövlət  orqanı  Azərbaycan  Respublikasının 

Xarici Đşlər Nazirliyidir. Avropa Qonşuluq siyasətinə qoşulduqdan sonra 1 iyun 2005-ci ildə Azərbaycan 

Respublikasının  Prezidenti  834  saylı  sərəncam  imzaladı  və  bu  sərəncamla  Azərbaycan  Respublikasının 

Avropaya Đnteqrasiyası üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın sədri Baş Nazirin müavini Abid 

Şə

rifovdur.  Komissiyanın  sədr  müavinləri  Azərbaycan  Respublikasının  Xarici  Đşlər  və  Đqtisadi  Đnkişaf 



nazirləridir.  Komissiyanın  üzvləri  müxtəlif  nazirliklərin  və  Prezidentin  Đcra  Aparatının  yüksək  çinli 

məmurlarıdır. Həmçinin Milli Məclisin Beynəlxalq Əlaqələr şöbəsinin yanında Avropaya Đnteqrasiya üzrə 

xüsusi  şöbə  də  yaradılmışdır.  Xarici  Đşlər  Nazirliyinin  nəzdində  AĐ  ilə  münasibətlərə  məsul  xüsusi  işçi 

qrup yoxdur. AĐ habelə digər Avropa və Amerika dövlətləri ilə münasibətlərə məsul əsasən idarə Xarici 

Đş

lər  nazirinin  müavininin  tabeliyində  olan  Qərb  Đdarəsidir.  Azərbaycan  Respublikasının  həmçinin  AĐ 



yanında daimi nümayəndəliyi də vardır. 


Baxmayaraq  ki,  bütün  cəmiyyət  xüsusilə  vətəndaş  cəmiyyəti  institutları  AĐ  ilə  daha  yaxından 

ə

məkdaşlıqda  və  münasibətlərdə  maraqlıdır,  indiyə  qədər  ictimai  rəydə  AĐ  ilə  münasibətləri  ilə  bağlı 



dəyişiklikləri  tədqiq  etmək  üçün    qiymətli  tədqiqat  və  rəy  sorğuları  aparılmamışdır.  Baxmayaraq  ki, 

Azərbaycanın  vətəndaş  cəmiyyəti  institutlarının  AĐ  ilə  sıx  əlaqələri  vardır,  onların  və  digər  akademik 

institutların  qərarların  qəbul  edilməsi  prosesində  və  Azərbaycanın  AĐ  ilə  bağlı  hökumətə  siyasi 

məsləhətlər verməsində heç bir rolu yoxdur. Đqtisadi və Sosial Đnkişaf Mərkəzi kimi vətəndaş cəmiyyəti 

təşkilatlarının AĐ dəyərlərinin ölkəmizdə təbliği və AĐ daha yaxın münasibətlərdə olmaq kimi missiyaları 

olsa  da  bu  cür  təşkilatların  hökumət  üzərində  təsiri  çox  əhəmiyyətsizdir.  10  fevral  2006-cı  ildə 

Azərbaycanın  vətəndaş  cəmiyyətinin  39  ən  məşhur  nümayəndəsi  Azərbaycanın  Avropaya  Đnteqrasiyası 

üzrə  Milli  Komitəsini  təsis  etdilər.  Bu  komitənin  nümayəndələri  vətəndaş  cəmiyyəti  təşkilatlarının 

nümayəndələri və alimlərdir.  

Eyni zamanda AĐ ilə daha yaxından münasibətlərə qarşı hər hansı ciddi təşkilatlanmış qrup demək 

olar  ki,  yoxdur.  Onların  açıq  formalaşdırılmış  bəyanatları  və  siyasi  qərarvermədə  hər  hansı  təsirləri 

yoxdur. 


 

Viza liberallaşdırılması prosesi 

Bildiyimiz  kimi  viza  liberallaşdırılması  prosesinin  başlanması  üçün  ilkin  əsas  şərt  Avropa 

Qonşuluq Siyasəti Fəaliyyət Planının qüvvədə olmasıdır. Azərbaycanda artıq Avropa Qonşuluq Siyasəti 

Fəaliyyət  Planı  mövcuddur,  məhz  buna  görə  Azərbaycan  bu  prosesə  başlamaq  üçün  ilkin  şərtə  cavab 

verir,  ancaq  bu  proses  barədə  hazırda  hansısa  məlumat  yoxdur.  Biz  razılaşmanın  dəqiq  nə  zaman  əldə 

ediləcəyi  barədə  konkret  məlumata  malik  deyilik.  Azərbaycan  həmçinin  hələlik  AĐ  ilə  viza 

liberallaşdırılması dialoqu üçün yol xəritəsinə malik deyil. 

 2001-ci ildən başlayaraq AĐ viza məsələləri bağlı ölkələri 2 qrupa böldü: “ağ siyahı”ya daxil olan 

ölkələr hansıların ki, vətəndaşları üçün viza tələb olunmur və “qara siyahı”ya daxil ölkələrin vətəndaşları 

üçün isə viza tələb olunur. “Ağ siyahı”ya daxil olan ölkələrin vətəndaşları Şengen vizası ölkələrinə daxil 

olaraq  üç  aydan  altı  aya  kimi  vizasız  daxil  olaraq  vizasız  qala  bilər.  AĐ  Şurasının  539/2001 

Nizamnaməsinə  görə  Azərbaycan  “qara  siyahı”da  olan  ölkələrin  siyahısında  olaraq  onun  vətəndaşları 

“üzv ölkərin xarici sərhədlərini keçərkən vizaya sahib olmalıdırlar”. 

2007-ci  ildə  AĐ-nın  Xarici  Əlaqələr  Komissarı  Benita-Ferrera  Valdner  AĐ-nın  Azərbaycanla 

sadələşdirilmiş  viza  rejiminə  keçməsinə  hazır  olduğunu  bildirdi.  Təəsüf  ki,  həmin  zamandan  bəri  hər 

hansı konkret atılmamış və ortada heç bir fəaliyyət planı yoxdur. 

Şə

rqi  Tərəfdaşlıq  siyasəti  çərçivəsində  ölkə  daxili,  hüquq  və  miqrasiya  məsələləri  üzrə  alt 



komitələr  Gürcüstan,  Azərbaycan  və  Ermənistanla  dialoqa  başlamışdır.  Azərbaycan  bir  sıra  islahatlar 

həyata  keçirməyə  çalışaraq  polis,  məhkəmə,  mütəşəkkil  cinayətkarlıq  və  korrupsiyaya  qarşı  mübarizə 

sahəsində  müəyyən  uğurlara  nail  ola  bilmişdir.  Bu  cür  islahatlar  müəyyən  qədər  vaxt  almış  və  bir  çox 

işlər  hələ  də  görülməlidir.  Şübhəhiz  bu  cür  tədbirlər  gələcək  viza  liberallaşdırılması  prosesi  üçün  çox 

ə

həmiyyətlidir.  



17 iyun 2010-cu ildə Azərbaycan Xarici Đşlər Nazirliyi və AĐ-nin birgə insanların hərəkəti və viza 

mövzusunda  təşkil  etdiyi  seminarın  açılış  mərasimində  AĐ-nın  Azərbaycandakı  nümayəndə  heyətinin 

rəhbəri səfir Roland Kobia bildirmişdir: “AĐ tərəfdaş ölkələrin vətəndaşlarının artan yerdəyişməsini təklif 

etməyə  hazırdır  hansılar  ki,  bunun  üçün  ilkin  təhlükəsizlik  şəraitini  təmin  etməyə  hazırdırlar.  Bununla 

bağlı  Azərbaycanla  başlanan  dialoqu  biz  yüksək  qiymətləndiririk.”  Bu  seminarda  Xarici  Đşlər  Nazirinin 

müavini  Məmmədquliyev  və  səfir  Kobia  konkret  nəticələrin  və  fəaliyyət  planının  tezliklə  həyata 

keçirilməsini tövsiyə etdilər. 



15 iyun 2010-cu ildə AĐ-nin xarici içlər nazirləri Lüksemburqda blokun Azərbaycan, Gürcüstan və 

Ermənistanla  münasibətlərin  Qafqaz  ölkələri  ilə  AĐ  üzv  ölkələri  arasında  vizasız  səyahətin  həyata 

keçirilməsi  ilə  daha  da  dərinləşməsinini  razılaşdırdılar.  Görüşün  bəyanatında  deyilir  ki  ”AI  Cənubi 

Qafqaz  ölkələri  və  digər  Şərqi  Avropa  ölkələrinin  vətəndaşlarının  rahat  yerdəyişməsi  üçün  vizaların 

asanlaşdırılması üçün razılığa və bu razılıq əldə edildikdən sonra isə tədricən uzun müddətli proses olan 

viza liberallaşdırılması prosesinə hazırdır”. Görüşün rəsmi bəyanatında həmçinin deyilirdi ki, AĐ 2010-cu 

ilin  sonuna  kimi  əməkdaşlığın  istiqamətləri  barədə  fəaliyyət  planı  işləyib  hazırlayacaq.  Həmçinin  ümid 

edilirdi ki, Cənubi Qafqaz ölkələri 2-3 il ərzində vizasız səyahət imkanı əldə edəcəklər. 

15 dekabr 2010-cu ildə səfir Roland Kobia bildirdi ki, AĐ Azərbaycanla münasibətlərin təkcə enerji 

sahəsində  deyil,  həmçinin  mədəniyyət  sahəsində  AĐ  ilə  Azərbaycanla  inteqrasiyasında  maraqlıdır:  “Bu 

prosesləri başlamaq üçün Azərbaycan və AĐ bir sıra öhdəlikləri həyata o cümlədən ilkin üzvlük razılığı ilə 

bağlı  məsələləri  həyata  keçirməlidirlər.  Bu  sənəd  viza  prosedurlarının  asanlaşdırılması  yolunda  mühüm 

addımdır.  Danışıqlar  nəticəsində  hətta  vizasız  rejimə  keçmək  mümkündür”.  Səfir  həmçinin  bildirmişdir 

ki, AĐ anlayır ki, viza tələbələr, müəllimlər, idmançılar, işadamları və siyasətçilər üçün turizm və işgüzar 

səfərlər  üçün  vacibdir.  BU  AĐ-Azərbaycan  münasibətlərinin  mühüm  aspektidir,  buna  görə  R.Kobia  çox 

məmnundur ki, vizanın asanlaşdırılması ilə bağlı danışıqlar və görüşlər gələn ildən başlayacaqdır. Özünün 

son  müsahibələrində  AR  Xarici  Đşlər  Nazirinin  müavini  Mahmud  Məmmədquliyev  də  həmçinin 

bildirmişdir ki, AĐ ilə Azərbaycan arasında bu sahədə danışıqlar üzümüzə gələn illərdən başlayacaqdır. 

14 yanvar 2011-ci ildə Avropa Komissiyasının prezidenti J.M.Barroso özünün Azərbaycana rəsmi 

səfəri zamanı  vətəndaşların azad yerdəyişməsini və viza liberallaşdırılmasını uzun müddətli vəzifə kimi 

ə

həmiyyətini xüsusilə vurğulamışdır hansı  ki, bu Şərq Tərəfdaşlığının da mühüm vəzifələrindən biridir. 



Bu  böyük  dəyərdir,  belə  ki,  vətəndaşların  yüksək  hərəkətliliyi  insanlar  arasında  birbaşa  ünsiyyəti 

artıracaqdır.  J.M.Barroso  həmçinin  bildirmişdir  ki,  AĐ  ümid  edir  ki,  AĐ  və  Azərbaycan  növbəti  aylarda 

vizanın sadələşdirilməsi ilə paralel olaraq readmissiya müqaviləsi üzrə danışıqlara başlayacaqlar. 

25 yanvar 2011-ci ildə Kişnyevdə, ölkədaxili məsələlərə məsul Avropa Komisiyasının üzvü Sesilia 

Malmstorm  2011-ci  ilin  yayına  kimi  Azərbaycan  və  Ermənistanla  vizaların  sadələşdirilməsi  və 

readmissiya müqavilələrinin bağlanmasını təklif etdi. 

23  oktyabr  2009-cu  ildə  AĐ  dəstəyi  ilə  Azərbaycan  Respublikasının  Avropaya  Đnteqrasiyası  üzrə 

Dövlət  Komissiyası  “2010-2012-ci  illərdə  Azərbaycan  Respublikasının  qanunvericiliyinin  AĐ 

standartlarına  uyğunlaşdırılmasına”  Fəaliyyət  Planı  Qəbul  etdi.  Fəaliyyət  Planı  qanunvericiliyin  15 

müxtəlif sahəsini əhatə edir. Bu Plana əsasən 126 qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclis 

Azərbaycan  qanunvericiliyinə  AĐ  standartlarına  uyğun  dəyişikliklər  edən  əsas  qanunverici  orqandır. 

Azərbaycan  Respublikası  Xarici  Đşlər  Nazirliyinin  tərkibindəki  Beynəlxalq  Hüquq  idarəsi  hansı  ki, 

Azərbaycanın  üzərinə  götürdüyü  beynəlxalq  öhdəliklərin  icrasına  nəzarət  edir,  Milli  Məclisə  və  icra 

hakimiyyətin müxtəlif qollarına ölkənin üzərinə götürdüyü öhdəliklər barədə tövsiyyələr verə bilər. 

AĐ  ilə  viza  asanlaşdırılması  ilə  bağlı  heç  bir  qiymətli  və  əsaslı  tədqiqat  və  ictimai  rəy  sorğusu 

həyata keçirilməmişdir. Bizim ilkin müşahidələrimizə əsasən onu deyə bilərik ki, cəmiyyətin bu prosesin 

mahiyyəti  və  onun  mümkün  müsbət  və  ya  mənfi  təsirləri  barədə  ətraflı  məlumatı  yoxdur.  Viza 

asanlaşdırılması cəmiyyətdə aktiv müzakirə edilən və müxtəlif siyasi qrupların gündəliyində olan mövzu 

deyil.  Həmçinin  viza  liberallaşdırılması  prosesinin  əhəmiyyətli  aktiv  nə  tərəfdarı  və  ya  əleyhdarı  olan 

qruplar yoxdur, baxmayaraq ki, cəmiyyətdə AĐ ilə sıx əməkdaşlığa və inteqrasiyaya böyük arzu var. 

 

Sənədləşmələrin təhlükəsizliyi 



Azərbaycan  Respublikası  hələlik  öz  vətəndaşlarına  biometrik  pasportlar  və  şəxsiyyət  vəsiqələri 

vermir.  13  fevral  2007-ci  ildə  Azərbaycan  Respublikası  prezidenti  2007-2012-ci  illərdə  Azərbaycan 

Respublikasında  Elektron  Đdentifikasiya  Sisteminin  Əsasının  Qoyulması  haqqında  Dövlət  Proqramını 

imzaladı.  13  iyun  2008-ci  ildə  Azərbaycan  Respublikası  həmçinin  “Biometrik  informasiya”  haqqında 

qanunu qəbul etdi. Bu qanunda biometrik informasiyaya barmaq, əlin içi və üz izləri, gözün qişası, insan 

səsindən nümunə və onun akustik xüsusiyyətləri, DNK analizinin nəticələri, insan bədəninin ölçüləri və 

xüsusi  formaları,  əl  yazısı,  imza  və  s.  Dövlət  Proqramı  2007-2012-ci  illər  ərzində  Azərbaycanda 

biometrik texnologiyaların tam tətbiqi üçün fəaliyyətlər  üçün planlar müəyyən  etdi. Proqramın məqsədi 

ölkənin  milli  təhlükəsizlik  sisteminin  möhkəmləndirilməsinə  və  terrorizm,  qanunsuz  miqrasiya,  insan 

alveri  və  başqa  cinayət  formaları  ilə  daha  effektiv  mübarizəsinə  xidmət  etmək  məqsədini  daşıyır.  Bu 

məqsədlə  Proqram  şəxsi  identifikasiya  üzrə  ən  müasir  texnologiyaların  Azərbaycana  gətirilməsini, 

tətbiqini  və  şəxsi  informasiyalar,  foto,  barmaq  izləri,  səs,  DNK  və  digər  şəxsi  biometrik  məlumatlar 

ə

sasında Azərbaycanda əhalinin mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasını nəzərdə tutur. Dövlət 



Proqramının iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci 2007-2009-cu illər ərzində nəzərdə 

tutulub ki: 

-

 bu sahədə mövcud qanunvericilik aktları və bazası inkişaf etdirilsin 



-

  biometrik identifikasiya haqqında yeni qanunların və nizamnamələrin qəbul edisin 

-

 dövlətin miqrasiya prosesləri üzərində nəzarətinin gücləndirilsin 



-

 sərhəd  keçidləri  üçün  şəxsi  identifikasiya  məlumatları  bazası  texnologiyalarının  inkişaf 

etdirilməsi 

2010-2012-ci  illərdə  dövlət  proqramının  ikinci  dövründə  biometrik  texnologiyaları  dövlət 

idarəçiliyinin müxtəlif sahələrində tətbiq edilməsi və yayılması nəzərdə tutulur. Gözlənilir ki, biometrik 

texnologiyalara  əsaslanan  yeni  rəqəmsal  pasport  və  şəxsiyyət  vəsiqələri  kriminal  qruplara  ayrı-ayrı 

şə

xslərin  şəxsi  məlumatlarından  istifadə  cəhdlərinin  qarşısını  alacaq.  Həmçinin  gözlənilir  ki,  biometrik 



texnologiyalar  ictimai  və  milli  təhlükəsizliyə  müsbət  təsir  edəcək  belə  ki,  bu  texnologiyalar  cinayət 

törətmiş şəxslərin daha asan axtarışına imkan verəcək.  

21  aprel  2006-cı  ildə  Azərbaycan  Respublikası  həmçinin  “Əhalinin  dövlət  qeydiyyatı  haqqında” 

qanunu və “şəxsi identifikasiya nömrələrinin (PĐN) verilməsinin qaydalarını” qəbul etdi. Bu qanunlar və 

digər  nizamnamələr  şəxsi  məlumatların  informasiyalar  sistemi  üçün  bazanı  yaratmışdır.  “Azərbaycan 

Respublikası  əhalisinin  dövlət  qeydiyyatı”  haqqında  qanuna  əsasən  şəxsi  məlumatlar  haqqında  bazaya 

yaşayış yeri, nihag, hərbi mükəlləfiyyət və b. məlumatlar daxildir. Bu qanun həmçinin hər bir Azərbaycan 

vətəndaşına  və  Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxsə 

şə

xsi  identifikasiya  nömrəsi  vermişdir.  Azərbaycan  Respublikası  Daxili  Đşlər  və  Ədliyyə  Nazirlikləri 



Ə

halini  Dövlət  Qeydiyyatının  həyata  keçirilməsinə  və  mərkəzləşdirilmiş  məlumat  bazasının  idarə 

edilməsinə  məsuldurlar.  Bu  qanuna  əsasən  bu  məlumat  bazası  əhali  haqqında  aşağıdakı  informasiyaları 

ə

hatə edir: 



-

 Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatlar; 

-

 Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşları haqqında məlumat; 



-

 Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər haqqında məlumat; və 

-

 Əhalinin Dövlət Qeydiyyatının təşkilati fəaliyyəti haqqında məlumat. 



 


Dövlət sərhəd siyasəti 

14  iyun  1994-cü  ildə  qəbul  edilmiş  “Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında” 

qanun Azərbaycana gəlmək və getmək haqqında qanun qəbul edildi. Bu qanun qəbul edildikdən sonra bu 

qanuna 22 əlavə və dəyişiklik edilmişdir. Bu qanuna əsasən 2001-ci ildə “Giriş-çıxış” avtomatlaşdırılmış 

informasiya axtarış sistemi AMAS-ın əsası qoyuldu. Bu sistem idarəlarası informasiya bazası sistemi olub 

Milli  Təhlükəsizlik,  Müdafiə,  Daxili  Đşlər,  Xarici  Đşlər,  Ədliyyə,  Vergilər  Nazirlikləri  həmçinin  Dövlət 

Sərhəd  Xidməti,  Xüsusi  Dövlət  Mühafizə  Xidməti  və  Nazirlər  Kabineti  yanında  Dövlət  Dənizçilik 

Xidməti kimi dövlət orqanlarını əhatə edir.  

“Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında”  qanun  pasport  məsələləri  bağlı 

məsələləri  nizamlayır.  Azərbaycanda  pasport  şəxsiyyəti  təsdiq  edən  vəsiqədən  fərqilidir.  Bu  qanuna 

ə

sasən,  Azərbaycan  Respublikasının  pasportu  xaricdə  Azərbaycan  Respublikasının  vətəndaşının 



şə

xsiyyətini təşkil edən sənəddir. Bu yeganə sənəddir ki, Azərbaycan Respublikasının vətəndaşları onun 

vasitəsilə  Azərbaycanı  tərk  edə  və  ölkəyə  gələ  bilər.  Azərbaycan  Respublikası  Daxili  Đşlər  Nazirliyinin 

Baş Pasport, Qeydiyyatı və Miqrasiya Đdarəsinin regional şöbələri bu sənədi vətəndaşlara verir. 18 yaşına 

çatmış  bütün  Azərbaycan  vətəndaşları  bu  sənəd  almaq  hüququna  malikdir.  14  iyun  1994-cü  ildə 

Azərbaycan  Respublikası  həmçinin  “Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyətini  təsdiq  edən 

vəsiqə haqqında” qanunu qəbul etmişdir. Şəxsiyyəti təsdiq edən (vəsiqə) sənəd ölkədaxili məqsədlər üçün 

nəzərdə tutulmuşdur. Ölkədaxili şəxsiyyət vəsiqəsi aşağıdakı məlumatlar vardır: vətəndaşın adı və soyadı; 

atasının  adı;  doğun  yeri  və  tarixi;  cinsi;  qan  qrupu;  yaşayış  yeri;  ailə  vəziyyəti;  hərbi  mükəlləfiyyəti; 

boyu;  gözlərinin    rəngi;  imzası  və  vətəndaşı  fotoşəkli.  Şəxsiyyəti  təsdiq  edən  sənəddən  fərqli  olaraq 

pasportlarda (qeyri rəsmi olaraq xarici pasport adlandırılır) aşağıdakı məlumatlar vardır: pasportun növü 

haqqında  məlumat;  vətəndaşın  adı,  soyadı  və  atasının  adı;  cinsi;  doğum  tarixi,  sənədin  verilmə  tarixi; 

sənədin son istifadə tarixi; qan qrupu; və vətəndaşın imzası. 

22 aprel 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 744 saylı fərmanı ilə yeni “Giriş-çıxış 

və  qeydiyyat”  avtomatlaşdırılmış  informasiya-axtarış  sisteminin  Əsasnaməsi  təsdiq  edildi.  Bu  fərman 

ə

vvəlki  “Giriş-çıxış”  avtomatlaşdırılmış  informasiya  axtarış  sistemi  (AMAS)  adını  dəyişərək  yenisi  ilə 



ə

vəz  etdi.  Yeni  Əsasnamə  Azərbaycan  Respublikasının  digər  qanunlarında  və  sənədlərində  müəyyən 

edilmiş  ən  son  şəxsiyyəti  müəyyən  edən  biometrik  texnologiyaları  fəal  şəkildə  cəlb  etməyi  nəzərdə 

tutulur.  

Azərbayan  Respublikası  artıq  əhalinin  müəyyən  hissəsinin  barmaq  izləri  haqqında  məlumat 

bazasına  malikdir.  22  fevral  2000-ci  ildə  Azərbaycan  Respublikası  “Azərbaycan  Respublikasında 

daktiloskopik  (barmaq  izləri)  qeydiyyat  haqqında”  qanunu  qəbul  etmişdir.  Azərbaycan  Respublikasında 

aşağıdakı əhali qruplarının məcburi daktiloskopik qeydiyyatı aparılır: 

1.

  müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikası vətəndaşları; 



2.

   sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri; 

3.

  mədən və şaxtalarda işləyənlər; 



4.

  dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar; 

5.

   şəxsiyyətinin başqa  üsullarla müəyyən  edilməsi mümkün  olmayan,  səhhətinə  və  ya yaşına 



görə  özü  haqqında  məlumat  vermək  qabiliyyətinə  malik  olmayan  Azərbaycan  Respublikasının 

vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 

6.

  Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan 



şə

xslər; 



7.

  cinayət törətməkdə şübhəli  bilinən,  təqsirləndirilən  və  ya məhkum  olunmuş,  habeləinzibati 

qaydada  həbs  edilmiş  Azərbaycan  Respublikasının  vətəndaşları,  əcnəbilər  və  vətəndaşlığı 

olmayan şəxslər; 

8.

  müvafiq  qanunvericiliyə  uyğun    olaraq    Azərbaycan    Respublikasının    hüdudlarından  kənara 



çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 

9.

  Azərbaycan  Respublikasında  siyasi  sığınacaq  almaq,  habelə  qaçqın  statusu  əldə  etmək  barədə 



vəsatət vermiş şəxslər 

9  dekabr  1991-ci  ildə  Azərbaycan  Respublikası“Azərbaycan  Respublikasının  dövlət  sərhəddi 

haqqında”qanunu  qəbul  etdi.  Bu  qanun  Azərbaycan  Respublikasının  dövlət  sərhədləri  müəyyən  edir, 

sərhəd  təhlükəsizliyi  və  siyasəti  məsələlərini  nizamlayır.  Bu  qanunun  qəbulundan  sonra  ona  bir  neçə 

ə

lavə  və  dəyişikliklər  edilmişdir.  6  yanvar  1994-cü  ildə  Azərbaycan  Respublikasının“Sərhəd  Qoşunları 



haqqında”qanunu qəbul edildi. Bu qanunlara əsasən Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının 

dövlət  sərhədlərinin  mühafizəsi  və  təhlükəsizliyi  üçün  məsul  orqandır.  Dövlət  Sərhəd  Xidməti  dövlət 

sərhədlərini  özünün  hərbiləşdirilmiş  birlikləri  Sərhəd  Qoşunları  vasitəsilə  qoruyur.  Bu  qanun  həmçinin 

xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan vətəndaşlarının sərhədi keçə biləcəyi 

nəzarət  buraxılış  məntəqələrinin  (quruda,  suda  və  hava  limanlarında)  rejimlərini  müəyyən  edir.  Bu 

qanuna  əsasən  Azərbaycan  vətəndaşları  və  digər  şəxslər  nəzarət  buraxılış  məntəqələrindən  keçərkən 

Dövlət  SƏrhəd  Xidmətinin,  Gömrük  Xidmətinin,  Sanitariya  Xidmətinin  və  lazım  gəldikdə  digər  dövlət 

orqanlarının yoxlamalarından keçirlər. 

 

Miqrasiya 

 22  dekabr  1998-ci  ildə  qəbul  edilmiş  “Đmmiqrasiya”  haqqında  Azərbaycan  Respublikasının 

qanununa əsasən immiqrant Azərbaycan Respublikasında daimi yaşamağa icazə almış xarici vətəndaşlar 

və vətəndaşlığı olmayan şəxslərdir. 

30  iyun  2009-cu  ildə  Azərbaycan  Respublikası  Prezidentinin  Miqrasiya  Proseslərinin  idarə 

olunmasında  “Bir  Pəncərə”prinsipinin  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi 

qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında qanunun qəbul edilməsinə qədər Azərbaycan 

Respublikasında daimi yaşamaq izni almaq çətin və bəzilərinin iddiasına görə bürokratik və rüşvət halları 

olan  proses  olmuşdur.  Bu  qanuna  əsasən  Azərbaycan  Respublikasının  bəzi  qanunlarına  və  xarici 

vətəndaşların  və  vətəndaşlığı  olmayan  şəxslərin  şəxsiyyət  vəsiqələrinin  qeydiyyatı  ləğv  edilmişdir.  Bu 

qanundan  və  qanunvericiliyə  edilən  növbəti  dəyişikliklərdən  əvvəl    Azərbaycan  Respublikasında  daimi 

yaşamaq  istəyən  şəxslər  bir  sıra  uzun  və  bürokratik  proseslərdən  keçməyə  məcbur  olurdular.  Bu  viza 

liberallaşdırılması prosesində irəliyə doğru mühüm addım idi. Ancaq 

“Azərbaycan Respublikasına gələn əcnəbilərə və 

vətəndaşlığı  olmayan  şəxslərə  vizaların  rəsmiləşdirilməsi  ilə  bağlı  bəzi  məsələlər  haqqında”

  

13  sentyabr  2010-cu  il  tarixli 

Azərbaycan  Respublikası  Prezidentinin  326  saylı  sərəncamı  ilə  əvvəlki  prosedurlara  bəzi  dəyişikliklər 

edildi. Bu dəyişikliklər xarici vətəndaşların və vətəndaşların Azərbaycana gəlməsini daha da çətinləşdirdi. 

Ə

vvəlki prosedurlara əsasən, bir sıra ölkələrin vətəndaşları vizanı ölkə sərhəddində və hava limanlarında 



ala bilirdilər. Đndi onlar Azərbaycana gəlməmişdən bir ay əvvəl ölkənin xaricdəki səfirliklərindən birinə 

viza üçün müraciət etməlidirlər. Bəzi təhlilçilər bu qərarı de-liberalizasiya kimi qiymətləndirir və ya bunu 

parlament seçkilərindən əvvəl xarici müşahidəçilərin seçkilərdə iştirakının qarşısının alınması məqsədilə 

atıldığını iddia edirlər. 

13  may  2003-cü  ildə  Azərbaycan  ən  mühüm  beynəlxalq  sənədlərdən  birini  Azərbaycan 

Respublikası  tərəfindən  qəbul  edilmiş  Mütəşşəkil  Cinayətkarlığa  Qarşı  BMT  Konvensiyasına  Quruda, 

Dənizdə və Havada Qanunsuz Miqrasiya haqqında əlavə Protokolu ratifikasiya etdi. 



Baxmayaraq ki, Azərbaycan Respublikasının miqrasiya sahəsində çox şahəli qanunvericiliyi vardır, 

bu qanunvericiliyin Avropa Đttifaqının standartlarına uyğunluğu xüsusi ekspertiza rəyinə ehtiyacı vardır. 

Miqrasiya proseslərinə nəzarət və idarə edən başlıca dövlət orqanı 19 mart 2007-ci ildə əsası qoyulmuş 

Dövlət Miqrasiya Xidmətidir. Bu dövlət orqanı xarici vətəndaşların Azərbaycan Respublikası ərazisində 

qeydiyyatı  və  miqrasiya  qanunvericiliyinin  icrasına  nəzarətinə  məsul  olan  dövlət  orqanıdır.  Daxili  Đşlər 

Nazirliyi  Baş  Pasport,  Qeydiyyatı  və  Miqrasiya  Đdarəsi  şəxsiyyət  vəsiqələrinin,  pasportların  verilməsi 

habelə yaşayış yeri üzrə xarici vətəndaşların qeydiyyatı üzrə məsul dövlət orqanıdır. Xarici Đşlər Nazirliyi 

ölkəyə giriş vizasını verən dövlət orqanıdır. 

Azərbaycan  Respublikası  həmçinin  qaçqınlar  üzrə  bir  sıra  beynəlxalq  Konvensiyaları  ratifikasiya 

etmiş və xüsusi qaçqınlarla iş üzrə siyasəti vardır. Qaçqınların işi üzrə məsul dövlət orqanı Azərbaycan 

Respublikası Nazirlər Kabineti yanında Qaçqınlar və Məcburi Köçkünlərlə Đş üzrə Dövlər Komitəsidir. 

 

Đ



ctimai asayiş və təhlükəsizlik 

  Müstəqilliyin  ilk  illərindən  başlayaraq  Azərbaycan  Respublikası  mütəşəkkil  cinayətkarlığa, 

korrupsiyaya, terrorizmə, insan alverinə və insan hüquqlarına aid demək olar bir çox mühüm beynəlxalq 

Konvensiyaları və müqavilələri ratifikasiya etmişdir. 

Azərbaycanın  gələcək  demokratik  inkişafı  və  təhlükəsizliyi  üçün  ən  böyük  təhlükə  yüksək  həddə 

olan  korrupsiyadır.  Korrupsiya  neft  və  qaz  resurslarından  əldə  edilən  maliyyə  vasitələrinin  köməyi  ilə 

hökumətin  həyata  keçirilən  bütün  iqtisadi  imkanları  və  layihələri  heçə  endirir.  Yüksək  həddə  olan 

korrupsiya  istər  yerli,  istərsə  də  beynəlxalq  ictimaiyyətin  daim  tənqid  obyekti  olmuşdur.  Bu  məsələnin 

ciddiliyi həmçinin ən yuxarı hakimiyyət dairələri tərəfindən qəbul edilmiş və ona qarşı hərtərəfli və ciddi 

ə

ks  tədbirlərin  görülməsi    vacibliyi  qeyd  edilmişdir.  Beynəlxalq  Şəffaflıq  Təşkilatının  2010-cu  il  üzrə 



Korrupsiyanın Dərk edilməsi üzrə Đndeksinə əsasən Azərbaycan dünyanın 178 ölkəsi sırasında 134-cüdür. 

Bu onu göstərir ki, hökumət son illər bir sıra qanunverici və inzibati tədbirlərə baxmayaraq əhəmiyyətli 

nəticələr əldə edə bilməmişdir. 

2004-cü ilin iyununda Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı olan ölkələrinin Qrupuna 

qoşuldu (GRECO). 2004-cü ildə Azərbaycan Korrupsiyaya qarşı BMT Konvensiyasına qoşuldu və 2003-

cü  ildə  Avropa  Şurasının  Korrupsiyaya  qarşı  Cinayət  və  Mülki  hüquq  Konvensiyasını  habelə  digər 

Avropa Şurasının digər Konvensiyalarını ratifikasiya etdi. 3 may 2005-ci ildə Azərbaycan “Korrupsiyaya 

qarşı  mübarizə  Komissiyasının  Əsasnaməsi”  haqqında  qanun  qəbul  olundu  və  Dövlət  Qulluğunun 

Đ

darədilməsi  Şurası  yanında  Korrupsiyaya  Qarşı  Mübarizə  Komissiyası  yaradıldı.  Bu  Komissiyanın 



üzvləri  ölkə  prezidenti,  Milli  Məclis  və  Konstitusiya  Məhkəməsinin  sədrləri  tərəfindən  təyin  edilir. 

Komissiyanın sədri Prezidentin Đcra Aparatının  rəhbəridir.  Bu Komissiyaya həmçinin Daxili  Đşlər,  Milli 

Təhlükəsizlik,  Ədliyyə  Nazirlikləri,  Baş  Prokuror,  Konstitusiya  və  Apelyasiya  Məhkəmələrinin  sədrləri 

daxildir. 

28 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Şəffaflığın Artırılması və Korrupsiyaya 

qarşı  Mübarizə  haqqında  Milli  Strategiyanı  təsdiq  etdi.  Bu  strategiya  2004-2006-cı  illər  Korrupsiyaya 

Qarşı mübarizə haqqında Dövlət Proqramının davamı idi. 

Azərbaycan Respublikası həmçinin Avropa Şurasının Korrupsiyaya Qarşı olan ölkələrin qrupu ilə 

yaxından  əməkdaşlıq  edir  (GRECO).  GRECO  Azərbaycan  haqqında  özünün  1-ci  və  2-ci  hesabatını 

özünün  23  iyun  2006-cı  il  tarixli  29-cu  Plenar  Đclasında  qəbul  etdi.  9  fevral  2008-ci  ildə  Azərbaycan 

özünün GRECO-ya prosedur öhdəliklərlə bağlı Hesabatını qəbul etdi. Hesabatın və plenar müzakirələrin 

nəticəsində  39-cu  Plenar  Görüşdə  GRECO  özünün  öhdəliklərlə  bağlı  birinci  və  ikinci  Hesabatını  qəbul 

etdi. 1 oktyabr 2010-cu il tarixli Öhdəliklərin Đcrası ilə bağlı Hesabata əsasən Azərbaycan GRECO-nun  



(GRECO RC-I/II (2008) 4 E) bütün məsləhətlərini icra edə bilmədi və onlardan yalnız bəzilərinin icrası 

qənaətbəxş hesab edilə bilər. 

20-22  oktyabr  2010-cu  ildə  Parisdə  Çirkli  Pulların  Yuyulması  üzrə  Maliyyə  Fəaliyyət  Qrupu 

bildirdi  ki,  Azərbaycan  artıq  bu  qrupun  davam  edən  AML/CFT  (anti-pul  yuyulması/əks  terror 

maliyyələşdirilməsi) uyğunluq prosesinə məruz qalmayacaq. 

Bu  Plenar  iclasında,  Çirkli  Pulların  Yuyulması  üzrə  Maliyyə  Fəaliyyət  Qrupu  (FATF) 

Azərbaycanın 

AML/CFT 


(anti-pul 

yuyulması/əks 

terror 

maliyyələşdirilməsi)regiminin 



yaxşılaşdırılmasında əldə etdiyi əhəmiyyətli inkişafı alqışladı və qeyd etdi ki, Azərbaycan FATF-ın 2010-

cu  ilin fevral  ayında  strateji  AML/CFT  üzrə  çatışmazlıqlarla  bağlı  Fəaliyyət  Planında  nəzərdə  tutulmuş 

öhdəliklərini yerinə yetirmişdir.     

FATF-ın  bu  bəyanatı  bu  sahədə  əhəmiyyətli  inkişaf  oldu.Çünki  Çirkli  Pulların  Yuyulması 

Tədbirlərinin  Qiymətləndirilməsi  üzrə  Ekspertlər  Komitəsinin  və  Terrorizmin  Maliyyələşdirilməsi 

(MONEYVAL)  Komitəsinin əvvəlki hesabatlarında Azərbaycan çirkli pulların yuyulması və terrorizmin 

maliyyələşdirilməsi  ilə  bağlı  beynəlxalq  öhdəliklərini  yerinə  yetirə  bilmədiyi  üçün  davamlı  tənqid 

olunurdu.Buna beynəlxalq ictimaiyyətin dəstəyi və hökümətin səyləri sayəsində nail olunmuşdur. 

1  Noyabr  2003-cü  ildə  Azərbaycan  Avropa  Şurasının  “Cinayətdən  əldə  edilmiş  Pulların 

Yuyulması,  Axtarışı,  Zəbt  qoyulması  və  Müsadirəsi”  üzrə  Konvensiyasını  təsdiq  etmişdir.    10  Fevral 

2009-cu  ildə  Azərbaycan  “Çirkli  Pulların  Yuyulması  və  Terrorizmin  Maliyyələşdirilməsinə  qarşı 

Mübarizə”  haqqında  qanun  qəbul  etdi.  Bu  qanunun  giriş  bölməsində  qeyd  olunur  ki,  bu  qanun 

Azərbaycanın bu sahədə mövcud olan qanunvericiliyinin təkmilləşdirilməsi və inkişafı məqsədilə nəzərdə 

tutulmuşdur.   

19  Đyun 1999-cu ildə Azərbaycan Respublikası terrorizmə qarşı mübarizə üzrə qanun qəbul etdi və 

26 Dekabr 2003-cü ildə 27 Yanvar 1977-ci il tarixli “Terrorizmin qarşısının alınması haqqında” Avropa 

Konvensiyasını ratifikasiya etdi. 26 Oktyabr 2002-ci il tarixdə Azərbaycan 2001-ci il tarixli “Terrorizmin 

Maliyyələşdirilməsinin qarşısının alınması haqqında” Konvensiyasını təsdiq etdi. 

“Terrorizmə qarşı mübarizə haqqında” qanun Azərbaycan Respublikasında terrorizmə qarşı hüquqi 

və  təşkilati  mübarizə  qaydalarını,  antiterror  əməliyyatlarında  dövlət  orqanları  və  agentliklərarası 

ə

məkdaşlıq mexanizmlərini, həmçinin bu orqanların və vətəndaşların hüquq və öhdəliklərini təsbit edir. 



Bu  qanun  özündə  “terrorizm”,”terror  qrupu”,  “terror  təşkilatı”,  “terrorizm  fəaliyyəti”,  “beynəlxalq 

terrorizm”,  “terrorizmin  maliyyələşdirilməsi”,    “terrorizmə  qarşı  mübarizə”,”terrorizmə  qarşı 

ə

məliyyatlar” və s.bu kimi anlayışları  ehtiva edir. 



11 May 2002-ci il tarixində Prezident “BMT Təhlükəsizlik Şurasının 12 Senntyabr 2001-ci il tarixli 

1368, 28 Sentyabr 2001-ci il tarixli 1373 və 12 Noyabr 2001-ci il tarixli 1377 saylı qətnamələrinin həyata 

keçirilməsi  üçün  Fəaliyyət  Planını”  təsdiqləyən  920  nömrəli  Fərman  imzaladı.  Fərman  özündə  icra 

hakimiyyətinin  müvafiq  orqanları  üçün  terrorizmin  və  terrorizmin  maliyyələşdirlməsinin  qarşısının 

alınması,  həmçinin  terror  fıaliyyətləri  həyata  keçirmiş  və  ya  həyata  keçirməyi  planlaşdıran  fiziki  və 

hüquqi  şəxslərin  iqtisadi  resurslarının,  aktivlərinin  və  digər  maliyyə  əməliyyatlarının  döndurulmasını 

nəzərdə  tutan  təlimatlar  ehtiva  edir.Fəaliyyət  Planı  bütün  şəxslərin  və  təşkilatların  birbaşa  və  ya  dolayı 

yolla  cinayətkarları  maliyyələşdirməsini  və  ya  onlara  maliyyə  və  ya  başqa  xidmətlər  göstərilməsinin 

qarşısını  almağı  nəzərdə  tutur.Bu  sənədə  həmçinin  beynəlxalq  antiterror  koalisiyasının  üzvlərinə 

terrorizmlə  bağlı  cinayət  hallarının  istintaqında  hərtərəfli  yardım  göstərilməsi  haqqında  müddəalar  da 

daxildir.  

Bu Fərmanın ardınca Azərbaycan Respublikasının müstəqil, suveren və demokratik bir dövlət kimi 

inkişafının hüquqi əsasını təşkil edən “Milli Təhlükəsizlik haqqında” 29 iyun 2004-cü il tarixli 712-II Q 



saylı Qanunu qəbul edildi. Qanuna terror təhdidləri və effektiv antiterror fəaliyyətlərin həyata keçirilməsi 

ilə əlaqədar konseptual müddəalar daxildir. Bu qanun beynəlxalq terrorizmi Azərbaycan Respublikasının 

milli  təhlükəsizliyinə  əsas  təhdid  hesab  edir;  milli  təhlükəsizliyin  təmin  edilməsində  və  beynəlxalq 

terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizədə çoxtərəfli əməkdaşlığı əsas metodlardan biri sayır.  

Azərbaycan  höküməti  insan  alveri  ilə  mübarizəyə  çöx  böyük  diqqət  ayırır.  6  May  2004-cü  il 

tarixində  Azərbaycan  Respublikasının  Prezidenti  208  saylı  Fərmanla    “  Đnsan  Alverinə  qarşı  Mübarizə 

üzrə  Fəaliyyət  Planı”nı  təsdiq  etdi.  Fərman  Azərbaycanda  hökümətin  sonrakı  fəaliyyəti,instutsional  və 

qanunvericilik sahəsində dəyişikliklər üçün başlanğıc oldu.  

6  Đyun  2004-cü  ildə  Daxili  Đşlər  Nazirliyində  Đnsan  Alverinə  qarşı  Mübarizə  Departamenti 

yaradıldı. 4 Aprel 2005-ci ildə Azərbaycan “Đnsan Alverinə qarşı Mübarizə haqqında” qanun qəbul etdi. 

9  Noyabr  2005-ci  ildə  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  “Đnsan  alveri  qurbanları  üçün 

sığınacaqların  yaradılması,maliyyələşdirilməsi,fəaliyyəti  habelə  onların  fəaliyyətinə  nəzarət  qaydaları 

haqqında”  normativ hüquqi  akt qəbul etdi. 

Nəticələr:  

Göründüyü  kimi,  Azərbaycan  beynəlxalq  öhdəliklərini  yerinə  yetirmək  üçün  artıq  instutsional, 

qanunvericilik  və  administrativ  islahatlara  başlayıb.  Azərbaycanın  artıq  miqrasiya,  mütəşəkkil 

cinayətkarlıqla  mübarizə,  terrorizm,çirkli  pullaın  yuyulması,insan  alveri  üzrə  hərtərəfli  qanunvericiliyi 

mövcuddur və Azərbaycan öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmağı planlaşdırır. 

Bütün bu islahatlara və dəyişikliklərə baxmayaraq Azərbaycan hələ də bəzi sahələrdə geri qalır. 

-  korrupsiya  ilə  real  mübarizə.  Azərbaycanın  korrupsiyanın  səviyyəsinin  azaldılması  üzrə  əhatəli 

qanunvericilik bazası olmasına baxmayaraq, bu sahədə ciddi irəliləyiş yoxdur. 

- demokratiya  və Vətəndaş Cəmiyyətinin qərar qəıbulu prosesində rolu. Bu sahədə Azərbaycanın 

ə

n  ciddi  problemlərinin  mövcud  olduğu  sahələrdən  biridir.  Azərbaycan  davamlı  olaraq  demokratiya  və 



insan  haqları  sahəsində  öz  öhdəliklərini  yerinə  yetirməməkdə  tənqid  olunur.  Azərbaycanın  sonuncu 

parlament,  prezident  seçkiləri  və  referendumun  ədalətli  və  azad  olması  məsələlərində  ciddi  problemləri 

var.  Vətəndaş  Cəmiyyəti  Təşkilatlarının  böyük  bir  qisminin  Qərb  və  Avropa  yönümlü  olmasına 

baxmayaraq onların hökümətə və qərar qəbulu prosesinə çox kiçik təsirləri var.  

-  islahatların  sürəti.  Qanunların  və  institutların  Avropa  standartlarına  uyğunlaşdırılması  kimi 

məsələləri  və  bütün  islahatları  analiz  etdikdən  sonra  güman  etmək  olar  ki,  azərbaycan  bütün  islahatları 

könülsüz  həyata  keçirir.  Bəzən  bu  islahatlar  ehtimal  olunandan  çox  vaxt  aparır.  Xüsusilə  biometrik 

identifikasiya  texnologiyalarına  keçidlə  əlaqədar  qanunların  uyuğunlaşdırılması  və  qaydaların  tətbiq 

edilməsi ilə bağlı islahatlar ləng gedir.  

Tövsiyyələr: 

Hazırki  qanunvericilik  və  islahat  tədbirlərini  analiz  etdikdən  sonra  biz  Avropa  Birliyi  və 

Azərbaycan hökümətinə aşağıdakıları tövsiyyə edirik: 

-

 Korrupsiyaya  qarşı  mübarizə.  Yuxarıda  bəhs  etdiyimiz  kimi  Azərbaycanın  artıq  korrupsiya  ilə 



effektiv  mübarizə      üçün  yetərli  qanunvericilik  bazası  mövcuddur.  Təssüf  ki,  Azərbaycan 

Prezidentinin korrupsiya ilə mübarizəni daxili siyasətin prioriteti elan etməsinə baxmayaraq, bu 

sahədə  konkret  və  əsaslı  nəticələr  görmürük.  Avropa  Birliyi  və  başqa  maraqlı  tərəflər 

Azərbaycanın  korrupsiyanın  azaldılması  və  korrupsiya  ilə  mübarizədə  effektiv  tədbirlər  üzrə 

təşəbbüslərini  dəstəkləyirlər.  Korrupsiyanın  yüksək  olması  insan  haqları  və  sosial-iqtisadi 



inkişaf  sahəsində  həyata  keçirilən  islahatlara  xələl  gətirir.  Bəzi  beynəlxalq  və  yerli təşkilatıar 

korrupsiyanın  Azərbaycan  iqtisadiyyatının  diversifikasiyasında  və  azad  bazar  iqtisadiyyatının  

inkişafında  əsas  əngə  olduğunu  vurğulayırlar.  Korrupsiya  həmçinin  mütəşəkkil  cinayətkar 

qrupların  və  terrorist  təşkilatların  Azərbaycan  ərazisindən  istifadəsinə  zəmin  yarada  bilər. 

Korrupsiya  hətta  biometrik  identifikasiya  texnologiyalarının  tətbiqi  sahəsindəki  islahatlara  da 

xələl  gətirə  bilər.  Buna  görə  də,  başqa  proyektlər  kimi  bu  proyekt  çərçivəsində  də,  Avropa 

Birliyi  korrupsiya  ilə  mübarizədə  nəticə  yönümlü  effektiv  mübarizə  üsullarının  həyata 

keçirilməsini təkid edir.  

-

 Demokratiyanın  və  Vətəndaş  Cəmiyyəti  Təşkilatlarının  rolunun  artırılması.  Biz  artıq 



Azərbaycanda  demokratiya  sahəsində  ciddi  problemlərin  olduğundan  bəhs  etmişik.  

Azərbaycan  höküməti  və  Avropa  Birliyi  Vətəndaş  Cəmiyyəti  Təşkilatlarının  qərar  qəbulu 

prosesində daha böyük rola sahib olması üçün səy göstərməlidirlər. 

-

 Dövlət  idarəetməsi  sahəsində  və  ya  instutsional  sahədə  islahatlara  başlamaq.  Azərbaycan 



hökümətinin  hazırki  strukturu  çoxlu  islahatlara  ehtiyacı  olduğunu  nümayiş  etdirir.    Struktur 

sadə,  daha  az  bürokratik  və  mərkəzləşmiş,  yaxud  da  “bir  pəncərə  sistemi”  formasında 

olmalıdır.  

-

 Biometrik  pasportların  tətbiqinin  təşviq  edilməsi.  Baxmayaraq  ki,  Azərbaycanın  biometrik 



pasportların tətbiqi  üçün  artıq  zəruri qanunverici  və  tənzimləyici  bazası  var,  belə  anlaşılır  ki, 

onun tətbiqi yaxın aylarda hökümətin gündəliyində deyil. Başqa Şərq Tərəfdaşlığı ölkələrinin 

təcrübəsi  göstərir  ki,  biz  biometrik  pasportların  və  kimliklərin  tətbiqində  geri  qalırıq. 

Azərbaycan  hökümətinin  öz  vətəndaşlarını  biometrik  pasportlarla  təmin  etməkdə  maliyyə 

problemləri də yoxdur.  

-

 Đslahatların sürəti. Biz artıq qeyd etdik ki, Azərbaycanda islahatlar çox ləng gedir və belə təsürat 



yaradır  ki,  Azərbaycan  bu  islahatları  könülsüz  həyata  keçirir.  Buna  görə  də  Azərbaycan 

beynəlxalq öhdəliklərinə əməl etmək üçün nəticə yönümlü islahatları sürətləndirməlidir.  

-

 Miqrasiya,  sərhəd  siyasəti,  terrorizm,  biometrik  sənədlər,  sığınacaq  siyasəti,  çirkli  pulların 



yuyulması  və.s  üzrə  hazırki  qanunvericilik  və  həyata  keçirilən  islahatlar  müxtəlif  beynəlxalq 

ekspertlər tərəfindən analiz edilməli və hər bir ayrıca qanun üçün beynəlxalq ekspertlərin rəyi 

olmalıdır.  

-

 Azərbaycanın  hələ  də  Avropa  Birliyinə  üzv  ölkələrlə  qanunların  möhkəmləndirilməsi  üzrə 



mübafiq  əməkdaşlığı  yoxdur.  Azərbaycanın  EUROPOL-la  da  əməkdaşlıq  üzrə  müqaviləsi 

yoxdur.  Buna  görə  də,  biz  düşünürük  ki,  Azərbaycan  və  Avropa  Birliyi  bu  sahəyə  diqqət 

ayırmalı və gələcək illərdə bu böşluq doldurulmalıdır. 

-

 Avropa Birliyi akademik mübadilə, miqrasiya, insan haqları, anti-korrupsiya və birbaşa və dolayı 



sferalarda fəaliyyət göstərən qrupların işini izləməlidir. 

 

 Đstinadlar:  



1.

  Ölkə Strategiyası Sənədi 2007-2013, Avropa Qonşuluq və Tərəfdaşlığı, Azərbaycan  

2.

  “Avropa  Qonşuluq  Siyasəti”  Ölkə  Hesabatı  Azərbaycan,  Komissiya  Heyəti  Đcra  Sənədi, 



Brüssel 2.3.2005 SEC(2005) 286/3 

3.

  Avropa Qonşuluq Strategiyası Sənədi, Brüssel, 12.5.2004 COM(2004) 373 yekun 




4.

  Milli Göstərici Proqramı 2007-2010, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti, Azərbaycan 

5.

  Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsi, Avropa Đcmaları və onlara üzv ölkələr və Azərbaycan  



arasında, Aprel 22, 1996 

6.

  Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “ Şəffaflığın Artırılması və 



Korrupsiya ilə Mübarizə Milli Proqramı” 28 Đyul, 2007 

7.

  “Azərbaycan Respublikasının Avropaya Đnteqrasiyası” üzrə 834 saylı Azərbaycan Resbuplikası 



Dövlət Komissiyasının Sərəncamı 

8.

  “Biometrik informasiya haqqında” qanun, 13 Đyun, 2008. 



9.

  “Ölkədən getmək, ölkəyə gəlmək və passportlar haqqında” qanun, Đyun 1994. 

10.

 “Vətəndaşın fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının qanunu, 14 Đyun, 



1994 

11.


 “Azərbaycan Respublikasında Daktiloqrafik (barmaqizi) qeydiyyat haqqında” qanun 22 Fevral, 

2000. 


12.

 “Azərbaycan Respublikasının Dövlət Sərhəddi haqqında” qanun, 9 Dekabr, 1991 

13.

 “Azərbaycan Respublikası Sərhəd Qoşunları haqqında” qanun 6 Yanvar, 1994 



14.

 “Đmmiqrasiya haqqında” qanun, 22 Dekabr, 1998 



15.

 “Miqrasiya  proseslərinin  idarəolunmasında  və  Azərbaycanda  davamlı  yaşamaq  icazəsinin 

alınması üçün «bir pəncərə sisteminin» tətbiqi üzrə Prezident Fərmanı, 30 Đyun, 2009. 

16.

 “Vətəndaşlığı  olmayan  şəxslər  və  əcnəbilər  üçün  vizaların  rəsmiləşdirlməsi”  haqqında  326 



saylı Prezident Fərmanı, 13 Sentyabr, 2010. 

17.


 «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 

744 saylı Prezident Fərmanı, 22 Aprel. 2008. 

18.

 "Azərbaycan  Respublikasında  biometrik  identifikasiya  sisteminin  yaradılması  üzrə 



2007-2012-ci illər üçün Dövlət Proqramı" (SPEBİSRA), 13 Fevral, 2007. 

19.


 “BMT  Təhlükəsizlik  Şurasının  12  Senntyabr  2001-ci  il  tarixli  1368,  28  Sentyabr  2001-ci  il 

tarixli 1373 və 12 Noyabr 2001-ci il tarixli 1377 saylı qətnamələrinin həyata keçirilməsi üçün 

Fəaliyyət Planının” təsdiqi haqqında 920 saylı Prezident Fərmanı, 11 May, 2002. 

20.


 “Terrorizmə qarşı mübarizə haqqında” qanun, 18 Đyun, 1999. 

21.


  “Đnsan  Alverinə  qarşı  Mübarizə  üzrə  Milli  Fəaliyyət  Planının”  təsdiqi  haqqında  208  saylı 

Prezident Fərmanı, 6 May, 2004. 

22.

 “Đnsan Alverinə qarşı Mübarizə haqqında” qanun, 4 Aprel, 2005. 



23.

 “Fərdi identifikasiya nömrələrinin verilməsi qaydaları” (PĐN),21 Aprel, 2006. 

 

 



 

Web –resurslar: 

1. http://ec.europa.eu/world/enp/policy_en.htm 

2. http://www.eeas.europa.eu/ceeca/news/index_en.htm 

3.http://europa.eu/rapid/pressReleasesAction.do?reference=IP/10/955&format=HTML&aged=0&la

nguage= 


EN&guiLanguage=en 

4. http://ec.europa.eu/europeaid/where/neighbourhood/overview/how-does-enpi-work_en.htm 

5. http://eeas.europa.eu/eastern/index_en.htm 

6. http://ec.europa.eu/europeaid/where/neighbourhood/overview/taiex_en.htm 

7. http://ec.europa.eu/europeaid/where/neighbourhood/overview/twinning_en.htm 

8. http://ec.europa.eu/delegations/azerbaijan/press_corner/all_news/index_en.htm 

9. http://www.aamik.az/ 

    


 

 

  



 

  

 



Yüklə 170,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə