Microsoft Word White paper in azeri doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix04.12.2017
ölçüsü0,49 Mb.
#13853
  1   2   3   4   5   6   7   8   9   ...   24


 


 

 

 

                

 

 

 

 

 

 

 

 

 

Mədəniyyətlərarası Dialoqa dair 

Ağ Kitab 

 

 

 

“Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama” 

 

 

 

 

 

 

 

 

Avropa Şurasının Xarici İşlər Nazirlərinin 118-ci Sessiyasında qəbul edilmişdir  

 

(Strasburq, 7 May 2008-ci il) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 


 

Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitaba ön söz 

 

 

Hörmətli Baş Katib  

Teri Devis  

 

 

Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab  gərgin  əməyin, qətiyyətin və  ən  əsası 

dialoqun  nəticəsidir. Bu üzv dövlətlər, vətəndaş  cəmiyyəti təşkilatları, dini və 

miqrant icmalar, yerli hakimiyyətlər və bir çox digərləri ilə aparılmış  geniş  və 

uzun müzakirələrdən sonra  hazırlanmışdır. 

 

Mədəniyyətlərarası dialoq bizim dövr üçün bir zərurətdir. Müxtəlifliyin və  



təhlükələrin artdığı dünyada biz sosial bağlılığı möhkəmlətmək və münaqişələrin 

qarşısını almaq üçün etnik, dini, dil  və milli sərhədlər ətrafında danışıqlara ehtiyac 

duyuruq. 

 

Ağ Kitabın  əsas məqsədi demokratiya, insan hüquqları  və hüquqi qanunlar kimi 

dünyəvi dəyərlərə aydın  şəkildə istinad edilmədən mədəniyyətlərarası dialoqun 

mümkün olmamasını bildirməkdir. 

 

Ağ Kitab çox yaxşı qəbul edildi, lakin onun nəticələri və təklifləri bütün müvafiq 



dialoqlarda yerinə yetirilməli və yoxlanmalıdır. Mədəniyyətlərarası dialoq 

“inkişafda olan iş”in -  bu yoldakı yeni addım, yeni sosial və mədəni modelə doğru  

sürətlə  dəyişən Avropaya və eyni zamanda sürətlə  dəyişən dünya üçün 

yaradılmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm naziri  

 

cənab Əbülfəs Qarayev 

 

 



Mədəniyyətlərarası dialoq müxtəlif xalqlar və dövlətlər arasında mövcud olan 

problemlər, münaqişələrin həll edilməsi, xoşbəxt gələcəyin qurulması, qarşılıqlı 

anlaşmanın və hörmətin təşviq olunması, həmçinin mədəni müxtəlifliyin 

qorunmasına şərait yaratmaqla yanaşı, müasir beynəlxalq münasibətlərdə sülhün və 

təhlükəsizliyin təmin olunmasına təkan verir. 

 

Biz bu istiqamətdə Avropa Şurasının fəaliyyətini, onun üzv dövlətlərlə 



əməkdaşlığını yüksək qiymətləndirir və  Mədəniyyətlərarası Dialoqa dair Ağ 

Kitabın  hazırlanmasına və  təşviqinə görə  təşkilata, bunun ərsəyə  gəlməsində 

zəhməti olan bütün insanlara dərin minnətdarlığımızı bildiririk. 

 

Qeyd etmək istərdik ki, məhz  Ağ kitabda göstərilən məqsəd və  vəzifələrdən 



ilhamlanaraq  şərqlə, qərbin,  şimalla cənubun kəsişməsində yerləşən Azərbaycan 

Respublikası Avropa Şurası ilə birgə ilk dəfə 2008-ci il 2-3 dekabr tarixində Bakı 

şəhərində Avropa və ona qonşu regionaları  təmsil edən dövlətlərin iştirakı ilə 

“Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın 

və sülhün əsasıdır” mövzusunda Mədəniyyət nazirlərinin konfransı keçirmişdir. 

Konfransda qəbul edilən “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı 

Bəyannaməsi”  Ağ kitabda qaldırılan bütün məsələləri dəstəkləyərək onun 

çərçivəsində müxtəlif sivilizasiya və  mədəniyyətlər arasında dialoq və 

əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsasını 

qoymuşdur. 

 

Əminliklə deyə bilərəm ki, Ağ kitabın Azərbaycan dilinə  tərcümə edilməsi 



ölkəmizin vətəndaşlarının ondan yararlanmasına imkan yaratmaqla yanaşı, 

xalqımızın tolerant mədəniyyətini daha da inkişaf etməsinə  və onun 

zənginləşməsinə kömək edəcəkdir. 

 

 



 

 

 

 

 

 

 

 

 


MƏDƏNİYYƏTLƏRARASI DİALOQA DAİR AĞ KİTAB 

 

CM (2008) 30 yekun,  2 May 2008-ci il 

 

“Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama” 

 

 

Dialoq – Avropanın gələcəyinə açardır! 

 

(1) Demokratik yolla Avropanın artmaqda olan – bizim qitənin tarixində kök 

salmış və qlobalizasiya tərəfindən əhatələnmiş - mədəni müxtəlifliyinin idarə 

olunması son illər üstünlük qazanmışdır. Biz müxtəlifliyə necə cavab 

verəcəyik? Gələcək cəmiyyət haqqında bizim uzaqgörənliyimiz nədən 

ibarətdir? Bu, təcrid olunmuş birliklərin, ayrı-seçkiliyə  məruz qalmış hüquq 

və  vəzifələrilə qarşılıqlı  nəzakətsizlik və stereotiplər tərəfindən  bir-birinə 

bağlanmış çoxluq və azlıqların mövcudluğu ilə əlamətdar olan cəmiyyətdirmi? 

Və ya bu, bütün sakinlərin insan hüquqlarına tam hörmət etməyə  cəlb 

olunması ilə qeyd olunan, hər birimizə xeyir verən, ayrı-seçkilik olmayan  

canlı  və açıq cəmiyyətdirmi? Avropa Şurası inanır ki, Təşkilatın qurulduğu 

dəyərlər əsasında mədəni müxtəlifliyə hörmət və onun irəliləməsi  həmrəyliyə 

əsaslanan cəmiyyətlərin inkişafı üçün  mühüm şərtlərdir. 

 

(2) Ümumi gələcəyimiz İnsan Hüquqları üzrə Avropa Konvensiyasında təsbit 

edildiyi kimi insan hüquqlarını qorumaq və inkişaf etdirmək qabiliyyətindən, 

demokratiya, qanunun hüquqiliyi və qarşılıqlı anlamı  təbliğ edə bilmək 

bacarığından asılıdır. “Mədəniyyətlərarası Dialoq üzrə  Ağ Kitab” Avropa 

Şurasının 47 üzv dövlətləri hökumətlərinin bu məsələ ilə bağlı müzakirələrini 

özündə  əks etdirir. Bu mədəniyyətlərarası yanaşmanın mədəni müxtəlifliyin 

idarə edilməsi üçün uzaqgörən model təklif etdiyini sübut edir.  Bu fərdi insan 

ləyaqətinə (ümumi insanlığımız və  ləyaqətimizi  əhatə edərək)  əsaslanan 

konsepsiyanı  təklif edir. Əgər qarşıda duran əsas problem Avropa 

mənsubluğunun reallaşmasıdırsa, o zaman bu, paylanmış fundamental 

dəyərlərə və hər bir fərdin bərabər ləyaqətinə hörmət olunduğu kimi, ümumi 

irs və mədəni müxtəlifliyə hörmətə də əsaslanacaq.   

 

(3) Mədəniyyətlərarası dialoq bu xüsusda əhəmiyyətli rola malikdir. Bu, bizə 

etnik, dini, linqvistik və  mədəni ayrı – seçkiliyə yol verilmə hallarının 

qarşısının alınmasında yardımçı olur. Bu, həmçinin bizə birlikdə irəliləməyə, 

paylanılmış universal dəyərlər  əsasında müxtəlif mənsubiyyətlərimizlə 

yaradıcı və demokratik yolla məşğul olmağa  şərait yaradır. 

 

(4) Mədəniyyətlərarası dialoq müəyyən ilkin şərtlər qarşılandığı  təqdirdə 

inkişaf edə bilər. Ağ Kitab qeyd edir ki, mədəniyyətlərarası dialoqu inkişaf 

etdirmək üçün mədəni müxtəlifliyin demokratik idarəçiliyi bir çox aspektlərə 

uyğunlaşdırılmalı, demokratik vətəndaşlıq və  iştirak gücləndirilməli, 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə