Microsoft Word Win With Women in Azeri doc



Yüklə 72,64 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü72,64 Kb.
#56035


QLOBAL FƏALİYYƏT PLANI 

QADINLA QALİB GƏL: SİYASİ PARTİYALARI GÜCLƏNDİR 

 

Siyasi partiya liderləri olaraq, biz dinamik demokratik inkişafda və güclü siyasi partiyalar 

yaradılmasında maraqlıyıq. Biz inanırıq ki, bu məqsədlərə çatmaq üçün qadınların bu proseslərə 

əhəmiyyətlli dərəcədə qoşulması çox vacibdir. Buna müvafiq olaraq da, siyasi partiyaların 

qadınlar üçün siyasi imkanları və liderlik rollarını artırmaqla daha çox tərəfi təmsil etmək, daha 

şəffaf olmasına ehtiyacı olduğunu təsdiq edirik. Siyasi partiyalar ictimaiyyətin maraqlarını 

özündə birləşdirərək bu maraqlara cavab verən siyasəti önə çəkmək üçün hakimiyyətə can atan 

özəlliyi olan təşkilatlardır. Onlar həmçinin gələcək hakimiyyət liderləri üçün həlledici təlim 

bazası olub cəmiyyətdə qadın üçün bərabər hüquq və imkanların irəli çəkilməsində həlledici 

yanaşmanı təmsil edirlər. 

 

Bu gün bir çox siyasi partiyalar ictimai maraqsızlıq, inam məsələləri və insanları narahat 



edən məsələlər də daxil olmaqla artmaqda olan problemlərə diqqəti yönəltmək məqsədilə lazımi 

islahat aparmaq üçün səylər göstərirlər. Bu işlərin irəli aparılmasında qadınların siyasi iştirakı 

çox vacibdir.Bəzi siyasi partiyalar seçkili orqanlarda qadınların seçici, siyasi lider, aktivist və 

namizədlər kimi rollarının artırılması istiqamətində gərgin işlər görürlər. Biz bu işdə bizə dəstək 

olan həmin partiya liderlərini alqışlayırıq; bu işlərin uğur qazanmasında onların liderliyi açar 

rolunu oynayır. Qlobal götürdükdə isə bərabərlik hələ də əl çatmaz bir məqsəd olaraq qalır. Bir 

çox ölkələrdə və partiyalarda qadınlar hələ də qanun qəbul edilməsi prosesindən çox kənarda 

qalırlar. Bəzi ölkələrdə qadınların səs vermə və seçkidə iştirak hüququ tanınmır. Qadınların 

dünya əhalisinin 50 faizdən artığını təşkil etməsinə baxmayaraq, onlar milli hökumətlərdə 

vəzifələrin yalnız 15 faizini təşkil edirlər. 

 

Siyasi partiya liderləri olaraq biz öz partiyalarımız daxilində qadınları siyasətdə tam 



iştirakdan çəkindirən maneələrə diqqət ayırmağa borcluyuq. Eyni zamanda biz  vətəndaş 

cəmiyyəti və media ilə tərəfdaşlıq edərək, göstərdiyimiz səylərə yardımçı olan qlobal siyasi 

mədəniyyət yaratmağa borcluyuq. Partiyalarımız qadın seçicilərlə əlaqə yaratmaq; qadınları 

siyasi partiya liderləri, fəalları və namizədləri olmaq üçün toplamaq və təlim keçmək; qadın 

namizədləri resurslarla təhciz etmək;və qadın və kişi namizədlərə bərabər münasibətlərin 

göstərilməsinə nail olmaq üçün göstərdiyi səyləri davam etdirməli və artırmalıdırlar. Siyasi 

partiyalar həmçinin qadın və kişilər arasında ictimai sferada bərabərliyin əhəmiyyəti barəsində 

vətəndaşları maarifləndirməlidirlər. 

 

Qadınların iştirakının artırılması eyni zamanda korrupsiyaya qarşı mübarizədə və 



cəmiyyətdə siyasi stabilliyin artırlmasında, o cümlədən də siyasi partiyaların etibarlılığının və 

bütovlüyünün gücləndirməsində aparıcı rol oynayır. Biz həmçinin inanırıq ki, qadınların iştirakı 

siyasi partiyaların məsuliyyətini, şəffaflığını və bütövlülüyünü gücləndirəcək. Son araşdırmalar 

göstərir ki, siyasətdə və cəmiyyətdə qadınların sayı artıqca korrupsiyanın miqdarı da aşağı düşür. 

Siyasi həyatda – seçici, siyasi partiya lideri və ya hakimiyyət rəsmisi kimi – nə qədər çox qadın 

iştirak edərsə, qadınları narahat edən məsələlər və onların gözlədikləri daha çox icitmai siyasətdə 

öz əksini tapar. 

 

Biz qadınlar və kişilər arasında bərabərliyi  dəqiqləşdirən və onlara siyasi və ictimai həyatda  



bərabər münasibətin əsasını qoymuş və beynəlxalq standartları müəyyənləşdirən üç mühüm 

sənədi dəstəkləyirik.: Qadınlara qarşı bütün növ Diskriminasiya hallarının aradan qaldırlması 

haqda olan Konvensiya (CEDAW), BMT-nin Pekin Fəaliyyət Platforması və BMT Təhlükəsizlik 

Şurasının 1325 nömrəli Bəyamnaməsi. Qadınların tam iştirakı üçün maneələrin aradan 

qaldırlmasını müzakirə etmək üçün buraya toplaşdığımızdan, biz aşağıdakı məsələrə diqqət 

ayıracağıq: 

 



 

1.

 

QADINLARIN SİYASİ İŞTİRAKINA, O CÜMLƏDƏN QADINLARIN SEÇKİ 

HÜQUQLARI VƏ  NAMİZƏDLİKLƏRİNƏ QOYULAN QADAĞALARIN 

ARADAN QALDIRILMASI. 

 

§

 



Qadın və kişinin səs vermə və seçkidə bərabər iştirakına şərait yaratmayan bütün 

məhdudiyyətlərin aradan qaldırılması, yalnız bir halda ki, bu məhdudiyyətlər 

qadınların siyasi proseslərdə iştirakını artırmaq üçün tətbiq edilmiş müvəqqəti 

ölçülər olsun. 

§

 

Siyasi zorakılığın bütün növ formalarına, xüsusilə də qadın seçicilər, qadın 



namizədlər və qadın partiya fəallarına qarşı zorakılıq və təhdidlərə “sıfır 

dözümlülük” siyasətinin əsasının qoyulması. 

§

 

Qadın siyasətçilər və onların ailələri təhlükə qarşısında qaldığı yerlərdə təhlükəsiz 



sığınacaqlar yerlərini yaratmaqla qadın partiya fəallarının, namizədlərinin və 

seçilmiş rəsmilərin fiziki təhlükəsizliyinə təminat vermək. 

§

 

Qadınlar siyasi cəhətdən tanındıqdan və ya vəzifəyə çəkildikdən sonra onları 



müdafiə edən və qoruyan mexanizmlərin yaradılması. Mətbuatda şəxsi hücumlara 

məruz qalan qadınlara və/və ya ailə üzvlərinə olan hücumlara necə cavab 

vermələri barəsində treyninqlərin keçirilməsi. Belə hallara dərhal cavab verməyə 

yardım etmək üçün şəbəkənin yaradılması.  



 

2.

 

MİLLİ, PROVİNSAL VƏ YERLİ SƏVİYYƏLƏRDƏ SEÇKİLİ ORQANLARDA 

OLAN QADINLARIN SAYININ ARTIRILMASI. 

 

§

 



Qadın namizədlərin irəli çəkilməsinin siyasi partiyaların rəsmi siyasətinə daxil 

edilməsi. Qadın namizədlərin toplanması, təlimləndirilməsi və müdafiə olunması 

üçün strateji plan hazırlamaqla qadınların ölkə, regional və yerli səviyyələrdə 

vəzifələr üğrunda yarışmaq üçün ruhlandırılması. 

§

 

Şəhər və kənd ərazilərində ictimai vəzifələr uğrunda mübarizə aparmaq üçün 



qadınların toplanması. 

§

 



Qadın namizədlərin və seçkili rəsmilərin irəli çəkilməsi, qadınların partiya 

siyahılarında ilk yerlərə qoyulması və qazanıla biləcək rayonlarda 

namizədliklərinin verilməsi mexanizmlərini nəzərə almaq. Bəzi şəraitlərdə

xüsusilə qadınların siyasi sistemdən faktiki olaraq kənarda qaldığı yerlərdə 

kvotalar mühüm rol oynaya bilər. 

§

 



Qadın namizədlərə əhəmiyyətli maliyyə yardımlarının verilməsi. Seçki üçün 

potensialları eyni olan qadın və kişi namizədlərin partiya resurslarından bərabər 

istifadə etmək imkanları olmalıdır. 

§

 



Siyasi xətlərin hazırlanması, debat texnikaları, şəbəkə işləri, təbliğat

ictimaiyyətlə danışıq, rəhbərlik, media, baza təşkili, strateji planlaşdırma, inamın 

yaradılması və maliyyə toplanması kimi ehtiyaclara hədəflənmiş kampaniya 

bacarıqlarından bəhs edən treyninqlərin keçirilməsi. Qadınlara inamlı, aydın və 

yaxşı hazırlanmış şəxs görüntüsü verən mesaj və media ilə bağlı treyninqlərin də 

buraya daxil edilməsi. 

§

 

Seçkili və təyin olunan siyasi vəzifələrə uyğun gələn qadınların məlumat 



bazasının hazırlanması. 

§

 



Kişilərin ənənəvi üstünlük təşkil etdikləri ərzilərdə qadın namizədlərə büdcənin 

hazırlanması və xarici siyasət məsələlərində bacarıqlarının inkişaf etdirilməsi 

üçün yardımlar göstərmək ki, onlar bütün sahələr üzrə tam hazırlıqlı olsunlar. 

§

 



Namizədliyə can atan qadınlar, namizəd qadınlar və seçilmiş qadın funksionerlər 

üçün öyrədici proqramlar yaratmaq. Partiya daxilində və xaricində qadınların 




təmsilçililyinin artırılması məsələsində yaranmaqda olan qadın liderlərə yol 

göstərmək üçün qadın və kişilərin ruhlandırılması 

§

 

Qadınların siyasi transformasiya, sülh prosesləri, seçki islahatı proseslərı kimi 



sahələrdə təmsilçiliyini artırmaq üçün imkanlar pəncərəsi tanımaq. Qadın liderlər 

islahatlar aparmaq üçün bu imkanlardan yararlanmalıdırlar. 

§

 

Mümkün olan yerlərdə qadınların təmsilçiliyini və iştirakını artırmaq məqsədilə 



ölkə daxili dəstək formalaşdırmaqda beynəlxalq vasitələrdən və konvensiyalardan 

istifadə etmək. 

§

 

Qadınların təmsilçiliyini artırmaq üçün təbliğat kampaniyasında dəstək almaq 



məqsədilə vətəndaş cəmiyyəti təşkilatları ilə güclü əlaqələrin qurulması. 

§

 



Qadınların siyasətdə və idarəetmədə əhəmiyyəti barəsində jurnalistlərin 

maarifləndirilməsi. 

§

 

Qadınl namizədlərin mediaya çıxışında struktur maneələri ilə üzləşdiyi 



vəziyyətlərdə, məsələn mediaya dövlətin nəzarət etdiyi yerlərdə, qeyri-ənənvi və 

yaradıcı kommunikasiya metodlarının axtarışında yardımçı olmaq. 

§

 

Qadın namizədlərə partiyalardan kənarda treyninqlər keçirtmək və onların 



dəyərlərini bölüşən və onlara öz mesajlarını çatdırmaqda yardımçı olan 

təşkilatların müəyyənləşdirilməsində yardımçı olmaq. 



 

3.

 

SİYASİ PARTİYALARIN QADINLARIN ƏHƏMİYYƏTLİ SAYDA VƏ 

ƏHƏMİYYƏTLİ RƏHBƏRLİK VƏZİFƏLƏRİNƏ ÇƏKMƏSİNƏ ƏMİNLİK 

YARATMAQ. 

 

§

 



Qadınların partiya daxili qərar qəbulu orqanlarında və partiya rəhbərliyi 

vəzifələrində əhəmiyyətli sayda təmsil olunmasını təmin etmek. 

§

 

Siyasi partiyalarda qadınların iştirakının ən azı 30 faizə çatdırılması yolunda 



təbliğat planlarının hazırlanması. Namizəd siyahılarında qadınların qalib gələn 

yerlərdə olması və onların rəhbərlik mövqelərində və partiyaların qərar qəbul 

edən orqanlarında təmsil olunmasını təmin etmək. 

§

 



Partiya platforma və manifestlərinə gender məsələlərinin daxil edilməsi. Qadın 

seçicilərinin prioritetləri və narahatlıqları ilə əlaqəli olan məsələləri müzakirə 

etmək üçün partiya liderləri – istər qadın olsun, istər kişi – ilə işləmək. 

§

 



Siyasi liderlik vəzifələrində qadınların təmsil olunmasının əhəmiyyəti barəsində 

partiya üzvlərini maarifləndirmək. 

§

 

Partiya reqlamentinin qadın və kişilər arasında bərabərlik prinsipinin 



pozulmadığını təsdiq edən bərabər imkanlar komitəsi (monitorinq və həyata 

keçirmə orqanı) yaratmaq. Qadınlar və kişilərin bu komitədə fəaliyyəti eyni faizdə 

olmalıdır. 

§

 



Partiyanın bütün səviyyələrində qadınların iştirakını artırmaq üçün müəyyən və 

spesifik bir vaxt kəsimi üçün daxili kvotalardan istifadə. 

§

 

Partiya konstitusiyası və nizamnaməsində demokratik və şəffaf qaydaların qəbul 



edilməsi və onların həyat keçirilməsinə təminat vermək. Aydın və anlaşılan seçim 

kriteriyasının əsasını qurmaq üçün namizəd seçimi prosesində şəffaflığın önə 

çəkilməsi. 

§

 



Qadınların partiya siyasəti və prosedurlarına, partiya rəhbərliyi və namizəd 

seçiminə əsaslı olaraq öz töhvələrini vermək üçün bir tribuna rolunu oynayan 

partiyaların qadın şöbələrinə, qollarına və komissiyalarına treyninq və maliyyə 

yardımı ilə kömək etmək. Onlar həmçinin qadınlar üçün narahatlıq doğuran, 

rəhbərlik, şəbəkə məsələlərini müzakriə etmək və kritik qərar qəbulu, təbliğat 

bacarığı qurmaq işlərində imkanlar yaradacaq, nəinki sadəcə olaraq qadınların 

təmsilçiliyinin görüntüsünü verəcək. 



§

 

Seçki sistemləri və qanunvericiliyin qadınların siyasi iştirakına olan təsirini 



öyrənmək üçün onları analiz etmək. Konstitusional, qanunverici və tənzimləyici 

islahat vasitəsilə aşkara çıxarılmış maneələri aradan qaldırmaq üçün planlar 

hazırlamaq. 

§

 



Qadın partiya üzvlərini  partiya rəhbərliyi ilə tərəfdaşlığa ruhlandıraraq qadınların 

siyasi etibarlılığını və həyatiliyini artırmaq istiqamətində işləmək. 

§

 

 Qadınlar və onlar haqqında mesajlar hazırlamaq üçün partiya platformasından 



istifadə edərək qadın seçicilərlə işin artırılması. Qadınların seçicilərlə iş 

təşəbbüsləri barəsində materialları saxlamaq üçün informasiya bankı yaratmaq. 

§

 

Beynəlxalq Partiya birliklərinin, onların üzvləri olan partiyaların qadın partiya 



fəallarının, namizədlərinin və seçilmiş rəsmilərin sayının artırılmasını tələb edən 

strategiyaları həyata keçirməyə ruhlandırması. 

§

 

Qadın partiya üzvlərinin, namizədlərin və seçilmiş funksionerlərin ənənəvi media 



mənbələri hesab olunan radio, çap mediası və televiziyaya çıxışının yaradılmasına 

yardım etmək. Qadın siyasətçilərlə müxbirlər, xüsusilə də qadın müxbirlər 

arasında əlaqələr yaranmasına yardımçı olmaq. 

§

 



Media üçün mesajlar hazırlayanda və partiyanın mətbuat sözçüsü seçən zaman 

qadınların səmimi, dürüst və qayğıkeş kimi qəbul edilmələri faktından 

yararlanmaq. 

§

 



Qadınların ehtiyaclarını ödəmək üçün və onlara hökumət siyasəti və proqramları  

barəsində məlumatlandırmaq üçün partiyalar və hökumət daxilində 

texnologiyalardan istifadə etmək.  

 

4.

 

HAKİMİYYƏTİN QƏRAR QƏBULU SƏVİYYƏSİNDƏ DAHA ÇOX QADININ 

İŞTİRAKINA NAİL OLUNMASI VƏ QADINLARLA KİŞİLƏR ARASINDA TAM 

BƏRABƏRLİYİ YARADAN QANUNVERİCİLİYİN DƏSTƏKLƏNMƏSİ. 

 

§

 



Kabinet səviyyəli vəzifələrə və digər yüksək hakimiyyət orqanlarına daha çox 

qadının təyin olunmasına çalışmaq. Yüksək səviyyəli hökumət vəzifələrinə təyin 

olunmaq üçün bacarığı olan qadınları müəyyənləşdimək və onların potensial 

təyinatlarına dəstək vermək üçün həm kişilər, həm də qadınlarla əlaqələr 

qurmasına ruhlandırmaq. 

§

 



Qadın nazirlərin vəzifələrində fərqlilik yaratmaq ki, onların işi yalnız sosial 

məsələlərin həlli ilə məhdudlaşmasın. 

§

 

Qadınların hökumət nümayəndəsi kimi üzərinə götürdüyü rolun öhdəsindən gələ 



bilməsi üçün liderlik bacarığı haqqında treyninqlər təşkil etmək. 

§

 



Dövlət qulluğunda vəzifələr tutmaq üçün qadınlara stimul verilməsi və qadınların 

mülki qulluq, nazirliklər və hökumət orqanlarında vəzifələrə çəkilməsi. 

§

 

Problemlər üzərində işləmək üçün qanunverici orqanlarda və partiya xətti ilə 



yaranan koalisiyalarda qadın şəbəkələri yaratmaq. 

§

 



İşə götürülmə zamanı və dövlət qulluğunda vəzifəyə çəkilən zaman qadınlara 

qarşı ayrı-seçkiliyi qadağan edən və qadınların tam bərabərliyini önə çəkən 

qanunvericiliyin irəli çəkilməsi. 

§

 



Qadınların ehtiyaclarını nəzərə alan fəaliyyət planları və qanunvericilik təklifləri 

hazırlamaq üçün hər bir nazirlik, bölmə və idəarələrdə qadın şöbəsi yaratmaq, 

gücləndirmək və maliyyə dəstəyi vermək. 

§

 



Qadınlara yönəlmiş təşəbbüsləri irəli çəkməkdə hökumət orqanlarının adekvat 

qaydada maliyyələşdiyini təmin etməkdən ötrü milli büdcə mexanizmləri işləyib 

hazırlamaq. 

§

 



Ölkə, regional və yerli səviyyələrdə qadınların ictimai vəzifələrdə iştirakı 

barəsində statistik məlumatların hazırlanması və yayılması(məs; hakimiyyət 

orqanlarındakı qadınların sayı barəsində hesabat kartları vasitəsilə). Bu haqda 



informasiyaları toplamaq üçün bir dövlət idarəsinin və ya bölməsinin 

tapşırıqlandırılması və bu statistikanı yaxşılaşdırmaq üçün illik təbdirlərin 

görülməsi. Bu məsələdə hökumətlər də qeyri-hökumət təşkilatları tərəfindən 

aparılan müstəqil qiymətləndirmələrə cavab verməyə həvəsli olmalıdırlar. 

§

 

Media və digər mülki təlim vasitələrindən istifadə edərək qadınların dövlət 



qulluğundakı əhəmiyyəti barəsində vətəndaşları maarifləndirmək. 

§

 



Qadınların dövlət orqanlarında işləməsinə yardımçı olan və uşaqlara qayğı, 

yaşlılara qayğı, ailə qayğısı və digər sahələrdə qayğını önə çəkən qanunvericiliyin 

yaradılması. 

§

 



Qadın liderləri maarifləndirmək və qanunvericilik təşəbbüslərində koalisiyalar 

qurmaq üçün qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq etmək. 

§

 

Kişi və qadınlar arasında “dicital bölgü”nü ölçmək üçün hökumətdə mexanizmlər 



yaratmaq. 

 

 



Siyasi partiya liderl•ri olaraq, biz qadınların iştirakının artırılması yolunda öz t•bliğatımızı 

davam etdirm•k v• qadınların iştirakına qoyulan mane•l•ri aradan qaldırmaqda 

partiyalarımızın mümkün olan h•r şeyi etm•si üçün dig•r partiya liderl•ri – ist•r kişi olsun, 

ist•rs• d• qadın – il• •m•kdaşlığımızı davam etdirm•k yolunu tutmuşuq. 

 

 

 



Yüklə 72,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə