Microsoft Word wspolpraca pe az doc



Yüklə 20,36 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü20,36 Kb.
#23648


Avropa Parlamentinin parlamentlərarası əməkdaşlığı 

 

1.



 

Avropa Parlamenti Aİ-yə üzv ölkələrin və Aİ-dən kənar ölkələrin milli parlamentləri 

ilə, o cümlədən beynəlxalq təşkilatların parlament assambleyaları ilə əməkdaşlıq edir. 

Milli parlamentlərlə, üçüncü ölkələrlə  və birlikdən kənar qurumlar və  təşkilatlarla 

əlaqədə məsuliyyət daşıyan orqan - Avropa Parlamentinin Nizamnaməsinin 25 mad. 3 

bəndinə  əsasən – Sədrlər Konfransıdır ki, həmin konfransa Avropa Parlamentinin 

Rəhbəri və siyasi qrupların sədrləri daxildir. Bundan əlavə, Avropa Parlamentinin 

Rəhbərliyi milli parlamentlərlə  əlaqələr məsələlərində  məsuliyyət daşıyan sədr 

müavinlərini təyin edir (AP Nizamnaməsi 23 mad.13 bənd).  

 

2.



 

AP Nizamnaməsinin bəndlərinə  əsasən (Başlıq V: Ölkə parlamentləri ilə  əlaqələr – 

mad. 130-132), parlament öz fəaliyyəti barədə üzv ölkələrin milli parlamentlərini 

daimi olaraq məlumatlandırır. Avropa Parlamentinin Aİ-yə üzv ölkələr ilə  əsas 

əməkdaşlıq forumları parlament rəhbərinin də  iştirak etdiyi Avropa İttifaqı 

Parlamentləri Sədrlərinin Konfransından,

 eləcə  də  və Birlik və Avropa Məsələləri 



üzrə  İxtisaslaşdırılmış Parlament Orqanlarının Konfransından – COSAC

 (burada 



Avropa Parlamenti parlamentin sədr müavini başda olmaqla altı deputatdan ibarət 

nümayəndə heyəti tərəfindən təmsil olunur) ibarətdir. Milli parlamentlərlə dialoq 

həmçinin birgə parlament toplantıları  çərçivəsində, komissiya səviyyəsində isə birgə 

komissiya toplantıları və müxtəlif sahəyə aid birgə komissiya toplantıları çərçivəsində 

həyata keçirilir

.  



 

3.

 



Avropa İttifaqına üzv olmayan dövlətlərlə əlaqələrin davam etdirilməsi və informasiya 

mübadiləsi Avropa Parlamentinin nümayəndə heyətinin səlahiyyətinə daxildir (AP 

Nizamnaməsi, mad. 198-200). AP nümayəndə heyətinin vəzifəsinə parlamentlərlə 

əlaqələrin möhkəmləndirilməsi ilə  bərabər üçüncü ölkələrdə Avropa İttifaqının 

fundamentini təşkil edən dəyərlərin (azadlıq, demokratiya, insan hüquqlarının 

qorunması  və hüquqi dövlət prinsipləri) təbliğ olunması daxildir. Nümayəndə 

heyətinin gördüyü işlər Nümayəndə Heyəti Sədrlərinin Konfransı  tərəfindən 

koordinasiya edilir (AP Nizamnaməsi, mad. 28). Məqsədi müəyyən ölkə ilə və ya bir 

qrup ölkələr ilə  əməkdaşlıqdan ibarət olan Avropa və Avropadan kənar nümayəndə 

heyətləri ilə yanaşı, Avropa Parlamentinin nümayəndə heyətləri NATO Parlament 

Assambleyasının, Aralıq Dənizi Hövzəsi Parlament Assambleyasının

, AKP-Aİ 



(Afrika, Karib hövzəsi və Sakit Okean ölkələri) Birgə Parlament Assambleyasının, 

Avro-Latın Amerikası Parlament Assambleyasının (EuroLat - The Euro-Latin 

American Parliamentary Assembly) və  Şərq Tərəfdaşlığı Ölkələrinin Parlament 

Assambleyasının (Euronest)

 işlərində iştirak edirlər. AP nümayəndə heyətinin üzvləri 



həmçinin Arktika Regionu Parlament Üzvləri Konfransının, Baltik Dəniz Parlament 

Konfransının və  Şimal Ölçüsü Parlament Forumunun tərkib hissəsini təşkil edirlər. 

Avropa Parlamenti Transatlantik Qanunvericilik Dialoqu (Transatlantic Legislator 

Dialogue - TLD) çərçivəsində Amerika Birləşmiş  Ştatları Konqresi ilə, Panafrika 

Parlamenti ilə  və Avropa Şurası ilə (AP Nizamnaməsi, mad. 199) əməkdaşlıq edir. 

Eyni zamanda Parlamentlərarası Birliyin (IPU) üzvüdür. 

 

                                                           



 Bax: Ensiklopeidya lügəti 

 

 

 



 


 

4.

 



Avropa Parlamenti Aİ ilə birlikdə olan ölkələrin parlamentləri ilə  və üzvlük barədə 

danışıqlar başlanılan ölkələrin parlamentləri ilə birgə parlament komissiyaları çağıra 

bilər (AP Nizamnaməsi, mad. 200). Sözü gedən komissiyalar birliyə dair prioritet 

məsələlər barədə informasiya mübadiləsinə xidmət edirlər. Onlar təmsil olunan 

parlamentlərə ünvanlanmış tapşırıqlar hazırlaya bilərlər. 

 

5.



 

AP üzvləri tərəfdaşlıq və  əməkdaşlıq barədə müqavilələrə  əsasən təyin olunmuş 

parlamentlərarası əməkdaşlıq komissiyalarının tərkibinə daxildirlər: 

a)

 



Aİ-Rusiya,  

b)

 



Aİ-Ukrayna,  

c)

 



Aİ-Moldova,  

d)

 



Aİ-Ermənistan, Aİ-Azərbaycan, Aİ-Gürcüstan (bu ölkələrlə münasibətlərdə AP-

nin bir nümayəndə heyəti məsuliyyət daşıyır),  

e)

 

Aİ-Qazaxstan, Aİ-Qırğızıstan və  Aİ-Özbəkistan (bu ölkələrlə münasibətlərdə 



AP-nin bir nümayəndə heyəti məsuliyyət daşıyır; həmin nümayəndə heyəti 

həmçinin Monqolustan, Tacikistan və Türkmənistanla əməkdaşlıq edir, hələlik 

bu ölkələrlə tərəfdaşlıq və əməkdaşlıq barədə müqavilə imzalanmayıb).  

Sözü gedən komissiyalar müzakirə forumu olaraq, tərəfdaşlıq barədə müqavilələrin 

həyata keçirilməsinin nəzarəti və həmin müqavilələrdə müəyyən olunmuş məqsədlərin 

reallaşması məsələsinin müzakirəsi ilə məşğul olur. 

 

 

 



 

Avropa Parlamenti – Üzv ölkələrin parlamentləri ilə əlaqələr 



http://www.europarl.europa.eu/parliament/expert/staticDisplay.do?language=EN&id=

58

  



 

Avropa Parlamenti – Nümayəndə Heyətləri 



http://www.europarl.europa.eu/parliament/expert/staticDisplay.do?language=EN&id=

59

  



 

Avropa Parlamentinin Fəaliyyəti – Nümayəndə Heyətləri 



http://www.europarl.europa.eu/activities/delegations/home.do?language=EN

  



 

European Parliament - Relations with national parliaments 

http://www.europarl.europa.eu/webnp/cms/lang/pl/pid/1

 



 

Avropa Parlamentinin Nizamnaməsi, noyabr 2010  

http://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+RULES-

EP+20101110+TOC+DOC+XML+V0//EN



  

 

Son yeniləmə: 08.03.2011 



 

Yüklə 20,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə