Microsoft Word wto general-Info az doc



Yüklə 63,21 Kb.
Pdf görüntüsü
tarix04.04.2018
ölçüsü63,21 Kb.
#35824


ÜMUMDÜNYA 

TİCARƏT TƏŞKİLATI

 

 

 



 

 

 



 

Ümumdünya Ticarət Təşkilatı... 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

...qısaca desək,

 Ümumdünya Ticarət 



Təşkilatı (ÜTT) millətlər arasında ticarətin 

qlobal qaydalarını müəyyənləşdirən 

yeganə beynəlxalq təşkilatdır. 

Onun əsas funksiyası ticarətin tarazlı, 

maneəsiz, ehtimal olunan şəkildə və azad 

aparılmasını təmin etməkdir. 

 



 

 

 



 

 

Nəticə əminlikdir. İstehlakçılar və istehsalçılar etibarlı və təhlükəsiz 



təchizat və istifadə etdikləri hazır məhsul, komponent, xammal və 

xidmətlərin daha böyük seçimindən faydalana bildiklərini bilirlər. 

Istehsalçılar və ixracatçılar xarici bazarların onlar üçün açıq olaraq 

qalacağını bilirlər. 

 

Bununla yanaşı nəticə daha firavan, dinc və məsuliyyətli iqtisadi dünyadır. 

ÜTT-də qərarlar bütün üzv ölkələr arasında konsensus əsasında qəbul 

olunur və bütün üzvlərin parlamentləri tərəfindən ratifikasiya olunur. 

Ticarət sahəsində ziddiyətlərin və fikir ayrılıqlarının aradan qaldırılması 

saziş və bəyanatların interpretasiyası və ölkələrin ticarət siyasətlərinin 

onlara uyğunluğu üzərində cəmləşən ÜTT-nin mübahisələrin 

nizamlanması prosesi çərçivəsində həyata keçirilir. Beləliklə, 

mübahisələrin siyasi və hərbi konfliktlərə keçməsi riski azalır. 

 

Ticarət baryerlərini azaldmaqla ÜTT eyni zamanda  insanlar və millətlər 

arasında digər baryerlərin də aradan qaldırır. 

 

Çoxtərəfli ticarət sistemi kimi tanınan sistemin əsasını ÜTT-nin dünyada 

ticarət edən millətlərin əksəriyyəti tərəfindən razılaşdırılmış və imzalanmış, 

onların parlamentləri tərəfindən ratifikasiya olunmuş sazişləri təşkil edir. 

Bu sazişlər beynəlxalq ticarət üçün hüquqi normaları təşkil edir. Əslində 

bu sənədlər üzv ölkələr üçün mühüm ticarət hüquqlarını təmin edən 

kontraktlar kimi qəbul olunur. Bununla yanaşı bu sazişlər hökumətləri 

onların ticarət siyasətlərini hər kəsin mənafelərini pozmayan limitlər 

çərçivəsində saxlamağa kömək edir. 

 

Sazişlər hökumətlər tərəfində razılaçdırılmış və imzalanmışdır. Lakin eyni 

zamanda onlar məhsul və xidmətlərin istehsalçılarına, ixracatçılara və 

idxalçılara bizneslərinin idarə olunmasında dəstək göstərmək məqsədini 

güdürlər. 

 

Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. 

 

 




ÇOXTƏRƏFLİ TİCARƏT SİSTEMİ – 

DÜNƏN, BU GÜN VƏ SABAH 

 

Ümumdünya Ticarət Təşkilatı 1995-ci ildə yaradılmışdır. Beynəlxalq 



təşkilarlar arasında ən gənc təşkilat olaraq ÜTT İkinci Dünya 

Müharibəsindən sonra təsis olunmuş Tariflər və Ticarət üzrə Baş Sazişin 

(GATT – General Agreement on Tariffs and Trade) varisidir. 

 

Beləliklə, ÜTT hələ də gənc təşkilat olduğu halda, çoxtərəfli ticarət sistemi 



50-dən çox il bunda əvvəl GATT çərçivəsində yaradılmışdır. 

 

Ötən 50 il ərzində dünya ticarətində inanılmaz artım müşahidə olunur. 



Məhsul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci 

illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT görünməmmiş artıma 

təkan verən güclü və perspektivli ticarət siteminin yaradılmasına köməklik 

göstərmişlər. 

 

Sistem GATT çərçivəsində aparılmış bir sıra ticarət danışıqları 



mərhələlərindən keçərək inkişaf etmişdir. İlk mərhələlər tariflərin 

azaldılmasını əhatə edirdi, lakin daha sonra danışıqlar artıq anti-dempinq 

və qeyri-tarif tədbirlər kimi digər məsələləri də özünə daxil edirdi. 

Danışıqların son mərhələsi olan 1986-1994 cü illərdə baş tutmuş Uruqvay 

Raundu ÜTT-nin yaradılmasını qabaqlayır. 

 

Danışıqlar bununla başa çatmır. Bəziləri Uruqvay Raundu başa çatandan 



sonra da davam edir. 1997-ci ilin fevral ayında 69 ölkənin razılığı ilə 

Uruqvay raundundan sonra olduqca geniş diapazonda liberallaşdırma 

tədbirlərinin keçirilməsini əhatə edən telekommunikasiya xidmətləri üzrə 

razılaşma əldə olunur. 

 

Eyni zamanda 40 ölkənin hökumətləri informasiya texnologiyaları 



məhsulları üzrə azad tariflərlə ticarət haqqında danışıqları başa çatdırır, 

70 üzv isə bankçılıq, sığorta, qiymətli kağızlar və maliyyə informasiyası 

sektorlarında ticarətin 95 %-ni əhatə edən maliyyə sektoru üzrə 

razılaşmanı əldə ediblər. 

 

2000-ci ildə kənd təsərrüfatı və xidmət sahəsində yeni danışıqlara 



başlanılmışdır. 2001-ci ilin noyabr ayında Qatarda, Dohada ÜTT-nin 

Nazirlərin 4-cü Konfransından qəbul olunmuş qərara əsasən hazırda bu 

artıq daha geniş iş proqramına çevrilmişdir – Doha İnkişaf Proqramı (DDA 

– Doha Development Agenda). 

 

Qeyd olunan proqram danışıqlar və növbəti sahələrdə digər fəaliyyətləri 



nəzərdə tutur: qeyri-kənd təsərrüfatı tarifləri, ticarət və mühit, subsidiyalar 

və anti-dempinq kimi ÜTT qaydaları, investisiyalar, rəqabət siyasəti, 

ticarətin asanlaşdırılması, dövlət təchizatında şəffaflıq, əqli mülkiyyət, 

habelə ÜTT-nin hazırki razılaşmalarının tətbiqi zamanı ölkələrin 

üzləşdikləri çətinliklər kimi onbların inkişafına istiqamətlənmiş bir sıra digər 

məsələlər. 

 

Danışıqların başa çatdırılması üçün son tarix 1 yanvar 2005-ci ildir. 




 

 

ÜTT Sazişləri 

 

Ticarətin mümkün qədər ədalətli və azad olduğunda necə əmin ola bilərik? 



Danışıqlar qaydaları və onların daimiliyi vasitəsilə. 

 

ÜTT qaydaları – sazişləri – üzv dövlətlər arasında danışıqların nəticəsidir. Hazırkı 



toplu orijinal Tariflər və Ticarət üzrə Əsas Sazişə (GATT – General Agreement 

on Tariffs and Trade) əsaslı şəkildə yenidən baxılmasını daxil edən 1986-94 

Uruqvay Danışıqlar Raunundan irəli gəlir. 

 

GATT hazırda əmtəə ticarəti üçün əsas qaydalar kitabçasıdır. Uruqvay Raundu 



qeyd olunanlarla yanaşı xidmət sahəsində ticarətin qaydalarını yaratmış, habelə 

əqli mülkiyyətlə bağlı aspektlər, mübahisələrin həlli və ticarət siyasəti ilə bağlı 

məsələləri nəzərdən keçirmişdir. 60 sazişdən və müxtəlif öhdəliklərdən (iş 

qrafikləri) ibarət 30.000 səhifəlik son toplu gömrük tariflərinin aşağı salınması və 

xidmətlər bazarının daha açıq olması kimi müxtəlif sahələrdə fərdi üzvlər 

tərəfindən hazırlanmışdır.  

 

Bu sazişlər vasitəsilə ÜTT-nin üzvləri onların hüquq və vəzifələrini müfəssəl 



şəkildə çərçivələyən  diskriminasiyasız ticarət sistemini işə salırlar. Hər bir ölkə 

öz ixracına başqa ölkələrin bazarlarında ədalətli və davamlı münasibətin 

olacağına təminat alır. Və ölkələrin hər biri öz bazarlarına gələn idxala eyni 

münasibət göstərəcəyinə süz verir. Sistem həm də inkişafda olan ölkələrə 

öhdəliklərin yerinə yetirilməsində bir qədər azadlıq verir. 

 

ƏMTƏƏ 

Hər şey əmtəə ticarətindən başladı. 1947-ci ildən 1994-cü ilədək GATT gömrük 

tariflərinin aşağı salınması və başqa ticarət maneələrinin müzakirə olunduğu 

forum idi; ümumi sazişin mətni mühüm qaydaları, xüsusilə diskriminasiya 

əleyhinə olan qaydaları müəyyənləşdirir. 

 

1995-ci ildən etibarən yenilənmiş GATT əmtəə ticarəti üçün ÜTT-nin çərçivə 



sazişinə çevrilmişdir. Ona kənd təsərrüfatı və tekstil sənayesi kimi spesifik 

sahələr, eləcə də dövlət ticarəti mallar üçün qəbul olunmuş atndartlar, 

subsidiyalar və dempinq əleyhinə tədbirlər kimi xüsusi məsələlər barədə əlavələr 

və düzəlişlər qəbul edilib. 

 

XİDMƏTLƏR 

Xaricdə biznes qurmağa planlaşdıran banklar, sığorta və telekommunikasiya 

şirktləri, turizm operatorları, otel şəbəkələri və nəqliyyat şirkətləri indi əvvəllər 

yalnız mallara tətbiq olunan daha azad və daha ədalətli ticarət prinsiplərindən 

yararlana bilərlər. 

 

Bu prinsiplər yeni xidmətlərin Ticarəti haqqında Əsas Sazişdə (GATS – General 



Agreement on Trade in Services) öz əksini tapır. ÜTT üzvləri GATS çərçivəsində 

həm də fərdi öhdəliklər götürərək öz ölkələrində hansı xidmət sektorlarının xarici 

müsabiqə üçün açıq olduğunu və həmin bazarların nə qədər açıq olduğunu 

bəyan ediblər. 




 

 

 



 

INTELLEKTUAL MÜLKIYYƏT 

ÜTT-nin əqli mülkiyyət sazişi ideyaların və yaradıcılığın ticarəti və onlara qoyulan 

sərmayə barədə qaydalardan ibarətdir. Həmin qaydalar müəllif hüquqları, 

patentlər, ticarət markaları və malları identifikasiya etmək üçün istifadə olunan 

coğrafi adlar, sənaye formaları, sxemlər və ticarət sirrləri kimi açıqlanması 

mümkün olmayan informasiyanı - əqli mülkiyyəti ticarət prosesində necə 

qorumağı müəyyənləşdirir. 

 

MÜBAHİSƏLƏRİN HƏLLİ 

ÜTT-nin ticarət mübahisələrinin “Mübahisələrin Həlli üzrə Anlaşma” çərçivəsində 

çözülməsi proseduru qaydaların qüvvəyə minməsi və bununla da ticarətin 

asanlaşdırılmasını təmin etmək baxımından çox mühümdür. Ölkələr özlərinin 

sazişlərlə çərçivələnən hüquqlarının pozulduğu qənaətinə gəldikdə mübahisə 

predmetini ÜTT-yə ünvanlayırlar. Xüsusi təyin olunmuş müstəqil ekspertlər 

tərəfindən çıxarılan hökm sazişin və fərdi olaraq ölkələr tərəfindən götürülən 

öhdəliklərin təfsiri əsasında çıxarılır. 

 

Sistem ölkələrə aralarında olan müxtəlifliyi məsləhətləşmələr yolu ilə aradan 



qaldırmağa ruhlandırır. Bunun olmadığı şəraitdə, onlar ekspertlər qrupu 

tərəfindən idarəetme imkanənə nəzərdə tutan, dəqiqliklə planlaşdırılan, mərhələ-

mərhələ prosedura ve hüquqi əsası olan idarəetmə sisteminə müraciət etmə 

imkanına əməl edə bilərlər. 

Sistemdə mövcud olan etibarlılıq ÜTT-də yer tutmuş bir çox hallara əsaslanır – 

səkkiz il ərzində 300-ə yaxın hal GATT-nin tam həyatı (1947-94) müddətində həll 

olunmuş 300 mübahisəyə qarşı. 

 

 



SİYASƏTİN NƏZƏRDƏN KEÇİRİLMƏSİ 

Ticarət Siyasətinin Nəzərdən Keçirilməsi Mexanizminin məqsədi şəffaflığın 

artırmaq, ölkələrin qəbul etdikləri siyasətin daha yaxşı qavranılmasına nail olmaq 

və onun təsirini müəyyənləşdirməkdir. Bir çox üzvlər bununla yanaşı nəzərdən 

keçirməni onların siyasətinə konstruktiv cavab reaksiya kimi görürlər. 

 

ÜTT-nin bütün üzvləri mütəmadi olaraq nəzərdən keçirilməlidir, hər bir nəzərdən 



keçirmə özündə maraqlı ölkə və ÜTT-nin Katibliyinin hesabatlarını 

cəmləşdirməlidir. 

 



 

 

İNKİŞAF EDƏN ÖLKƏLƏR 

 

 

İNKİŞAF VƏ TİCARƏT 



ÜTT üzvlərinin dörddə üç hissəsindən çoxu inkişaf edən və ya zəif inkişaf etmiş 

ölkələrdir. Bütün ÜTT sazişləri onlar üçün xüsusi şərtlərə malikdirlər,  

o cümlədən razılaşma və bəyanatların tətbiqi üçün ayrılmış daha  

uzun müddət, onların ticarət imkanlarının artırılması üçün tədbirlər,  

bütün ÜTT üzvlərinə onların ticarət marağlarını müdafiə etməyə məcbur  

edən şərtlər, habelə ÜTT-nin işi üçün infrastrukturun yaradılmasına, 

mübahisələrin həllinə və texniki standartların tətbiqinə dəstək. 

 

2001-ci ildə Doha Nazirlər Konfransına çıxarılmış məsələlər sırasında inkişaf 



edən ölkələrə aid məsələlərin geniş spektri müzakirə olunmuşdur.  

Bəzi insanlar yeni danışıqları Doha İnkişaf Raundu adlandırırlar. 

 

Ondan əvvəl, 1997-ci ildə, zəif inkişaf etmiş ölkələr üçün ticarət  



təşəbbüsləri və texniki yardım üzrə yüksək səviyyəli görüş altı  

hökumətarası agentliyi cəlb etmiş və zəif inkişaf etmiş ölkələrə onların  

ticarət qabiliyyətinin artırılmasına yardım etmək məqsədini güdən “inteqrə 

olunmuş çərçivə”, habelə bir neçə bazara güzəştli çıxış üzrə əlavə   

sazişlərlə nəticələnmişdir. 

 

ÜTT-nin ticarət və inkişaf üzrə komitəsi, zəif inkişaf etmiş ölkələr  



üzrə alt-komitənin köməkliyi ilə inkişaf edən ölkələrin xüsusi  

ehtiyaclarını öyrənir. Onun əsas vəzifələri sazişlərin tətbiqi, texniki  

əməkdaşlıq, inkişaf edən ölkələrin qlobal ticarət sistemində iştirakının 

artırılmasıdır. 

 

 TEXNİKİ YARDIM VƏ TERYNİNQLƏR 

ÜTT inkişaf edən ölkələrə ildə 100-ə qədər texniki əməkdaşlıq  

missiyaları təşkil edir. Orta hesabla üç ticarət siyasəti kursu hər il  

Cenevrədə hökumət rəsmiləri üçün təşkil olunur. Xüsusi diqqət Afrika  

ölkələrinə yetirilməklə, regional seminarlar mütəmadi olaraq dünyanın  

bütün regionlarında təşkil olunur. Bununla yanaşı treyninqlər  

mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid  

dövründə olan dövlətlərin rəsmiləri üçün də Cenevrədə təşkil olunur. 

 

ÜTT inkişaf edən və zəif inkişaf etmiş ölkələrin rəsmilərini ÜTT-nin  



olduqca böyük olan rəsmi sənədlərin və digər materialların məlumat  

bazası ilə onlayn əlaqə vasitəsilə ÜTT-nin Cenevrədə keçirdiyi tədbirlər  

barədə dərhal məlumatla təmin etmək məqsədilə həmin ölkələrin  

paytaxtlarında 100-dən artıq ticarət nazirliyi və regional təşkilatlarda  

müvafiq mərkəzlər təşkil etmiş, onları kompüter və internetlə  

təmin etmişdir. 

 



 

TƏŞKİLAT 

 

FUNKSİYALAR 

ÜTT-nin əsas məqsədi ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad 

aparılmasını təmin etməkdir. Bu məqsədə aşağıdakılar vasitəsilə nail olunur: 

• 

Ticarət sazişlərinin idarə olunması 



• 

Ticarət danışıqları üçün forum kimi çıxış olunması 

• 

Ticarət mübahisələrinin həlli 



• 

Milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi 

• 

Texniki yardım və treyninq proqramları vasitəsilə inkişaf edən ölkələrə ticarət 



siyasətə məsələlərində dəstək 

• 

Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq 



 

STRUKTUR 

ÜTT-nin dünya ticarətinin 97 %-indən artığını əhatə edən 150-yə yaxın üzvü var. 

30-a yaxın digər ölkələrlə üzvlük barədə danışıqlar davam etdirilir. 

 

Qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu adətən konsensus əsaslnda 



baş verir. Səslərin əksəriyyəti də mümkündür, lakin bu ÜTT-də indiyədək heş 

vaxt baş verməyib, ÜTT-nin sələfi olan GATT-da isə çox nadir hallarda baş verib. 

ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentlər tərəfindən ratifikasiya 

olunur. 


 

ÜTT-nin ən yüksək qərarqəbuledici orqanı ən azı iki ildə bir dəfə yığışan Nazirlər 



Konfransıdır. ÜTT-nin beçinci Nazirlər Konfransı meksikanın Kankun şəhərində 

10-14 sentyabr 2003-cü il tarixlərində baş tutacaq. 

 

Bundan sonra iclasları ildə bir neçə dəfə Cenevrədə qərargahda baş verən Əsas 



Şuradır (adətən bura Cenevrədə səfirlər və missiyaların rəhbərləri daxildir, lakin 

bəzən iclaslara paytaxtlardan rəsmilər də göndərilir). Bununla yanaşı Əsas Şura 

Ticarət Siyasətini Nəzərdən Keçirən Qurum və Mübahisələrin Həlli Qurumu kimi 

də yığışır. 

 

Növbəti səviyyədə Əsas Şuraya hesabat verən Əmttəə Şurası, Xidmətlər 



Şurası və Əqli Mülkiyyət (TRIPS) Şurasıdır. 

 

Bir sıra ixtisaslaşmış komitələr, işçi qrupları və işçi  partiyaları individual 



sazişlərlə və mühit, inkişaf, üzvlük sənədləşmələri və regional ticarət sazişləri 

kimi sahələri əhatə edən məsələlərlə məşğuldurlar. 

 

KATİBLİK 

ÜTT-nin Katibliyi Cenevrədə yerləşir, 630 nəfərə qədər işçiyə malikdir və baş 

direktor tərəfindən idarə olunur.  O, Cenevrə xaricində heç bir əlavə ofislərə malik 

deyil. Üzvlər tərəfindən qərarlar qəbul olunduqdan sonra Katiblik digər beynəlxalq 

bürokratik təşkilatlardan fərqli olaraq artıq qərar vermək səlahiyyətinə malik deyil. 

 

Katibliyin əsas işi müxtəlif şura və komitələrə, habelə nazirlər konfransına texniki 



dəsətək göstərmək, inkişaf edən ölkələrə texniki yardımı göstərmək, dünya 

ticarətini təhlil etmək, ÜTT-nin işləri barədə məlumatları ictimaiyyətə və mediaya 

çatdırmaqdır. 

 

Bununla yanaşı Katiblik mübahisələrin həlli prosesində bəzi formalarda hüquqi 



dəstək göstərir və ÜTT-yə üzv olmaq niyyətində olan hökumətlərə məsləhət 

xidmətlərini göstərir. İllik büdcəsi təxminən 169 milyon İsveçrə frankı təşkil edir. 




 

 

Bəzi Faktlar 



ÜTT 

 

 



Yerləşmə:  

Cenevrə, İsveçrə 



Təsisolunma:  

1 yanvar 1995-ci il 



Kim tərəfindən: Uruqvay 

Danışıqlar Raundu (1986-94) 



Üzvlük:   148 ölkə (13 oktyabr 2004) 

Büdcə:  169 milyon İsveçrə frankı (2005-ci il üçün) 

Katibliyin ştatı: 

630 


Rəhbər:   Baş Direktor, Paskal Lami 

Funksiyalar: 

• 

ÜTT-nin Ticarət sazişlərinin idarə olunması 



• 

Ticarət danışıqları üçün forum 

• 

Ticarət mübahisələrinin həlli 



• 

Milli ticarət siyasətlərinin monitorinqi 

• 

İnkişaf edən ölkələr üçün texniki yardım və treyninq 



• 

Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq 

 

ƏLAVƏ MƏLUMAT 

Qısa olaraq ÜTT və ÜTT-nın 10 müsbət cəhəti və ÜTT haqda 10 anlaşılmazlıq 

  

Bu  istiqamətdə məlumat kitabçaları 



 

ÜTT anlayışı: 

  

ÜTT-nin 



http://www.wto.org

  internet səhifəsindən əldə oluna biləcək 

  

publikasiyalarından və interaktiv elektron versiyada bukletlərdən 



 

Uruqvay Raundu Müqavilələri üzrə Bələdçi 

  

ÜTT Katibliyi və Kluwer Law International tərəfindən birgə çap olunub 



 

ÜTT internet səhifəsi 

  

http://www.wto.org



 

 

 



ÜTT REKVIZITLƏRI  

 

  



Rue de Lausanne 154, CH–1211 Genève 21, Switzerland 

  

Tel. switchboard: (41–22) 739 51 11 •  Fax: (41–22) 731 42 06 



 

ÜTT Məlumat və Media ilə Münasibətlər Bölməsi  

 

  



Tel: (41–22) 739 50 07 / 51 90 • Fax: (41–22) 739 54 58 

  

e-mail: 



enquiries@wto.org

 

 



ÜTT Publikasiyaları 

  

Tel (41–22) 739 52 08 / 739 53 08 • Fax: (41–22) 739 57 92 



  

e-mail: 


publications@wto.org

 

 



 

 

 



©

 Ümumdünya Ticarət Təşkilatı 2005 



Məlumat 2005-ci ilin aprel ayında dəqiqləşdirilib 

Yüklə 63,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə