Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə1/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
  1   2   3   4   5   6   7   8   9   ...   102


____________________Milli Kitabxana______________________ 

 



 

 

 




____________________Milli Kitabxana______________________ 

 



 

 

 



 

 

 



 

XIX ƏSR 

AZƏRBAYCAN ŞERİ  

ANTOLOGİYASI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ŞƏRQ-QƏRB  

BAKI-2005 

  

 



  

 

 




____________________Milli Kitabxana______________________ 

 



Tərtib edəni və 

ön sözün müəllifi:  

 

Zaman Əsgərli 

 

Redaktoru: 



   Bəkir Nəbiyev 

 

 



 

 

894.361008-dc21  



AZE 

XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh. 

 

 



Qədim və spesifik mənəvi mədəniyyətlərin bir çoxunun öz saflığını və billurluğunu itirdiyi XIX 

əsr Azərbaycanın bədii mədəniyyəti tarixində ideya-estetik nailiyyətləri ilə seçilən bir mərhələdir. 

Klassik irsin yaşarı  ənənələri zəminində inkişaf edən, eyni zamanda bədii keyfiyyətlərinə görə 

özünəməxsus bir hadisə olan, təzə, orijinal ədəbi forma və janrlarla zəngin XIX yüzil Azərbaycan 

ədəbiyyatında bununla yanaşı aparıcı yeri, qədim və orta əsrlərdə olduğu kimi, hələ ki yenə poeziya 

tutulur. Lakin onun yeni istiqamətdə inkişafı artıq əsrin əvvəllərində ictimai-siyasi və mədəni həyatda 

baş vermiş mühüm dəyişikliklər şərtləndirir. 

Təqdim olunan "XIX əsr Azərbaycan şeri antologiyası"nda həmin dövrdə yaşayıb-yaratmış 60-

dan artıq  şairin  əsərlərindən seçmələr toplanmışdir. Nümunələr tarixi-xronoloji prinsip əsasında 

düzülmüşdür. 

 

ISBN 9952-418-69-5 

© "ŞƏRQ-QƏRB", 2005 

  



____________________Milli Kitabxana______________________ 

 




____________________Milli Kitabxana______________________ 

 



  

 

XIX ƏSR AZƏRBAYCAN POEZİYASI 

 

Zəngin və çoxəsrlik tarixi olan Azərbaycan bədii mədəniyyətinin ideya-estetik 



nailiyyətlərlə seçilən mərhələlərindən biri XIX əsrdir. Yeni tarixi şəraitin inikası kimi 

yetişən bu ədəbiyyat klassik irsin həmişəyaşar ənənələri zəminində yaranıb inkişaf etmiş, 

həm xronoloji hüdudlarına, həm sosial-fəlsəfi məzmununa, həm də bədii keyliyyətlərinə 

görə tamam orijinal və özünəməxsus bir hadisə olmuşdur. 

Əsrin ilk illərindən ictimai-siyasi həyatda baş verən əsaslı dəişikliklər, Azərbaycanın 

şimal hissəsinin Rusiya tərəfindən işğal olunması ölkənin mədəni həyatına, o cümlədən 

ədəbi-estetik fikrin inkişafına da təsir göstərdi. Azərbaycan ziyalılarının - şair və 

yazıçıların Qərbə, Avropaya marağı gücləndi. Bu isə öz növbəsində  bədii  ədəbiyyatda 

xəlqiliyin, həyatiliyin, sosial pafosun güclənməsinə  səbəb oldu. Onun mövzu dairəsi 

genişləndi, ictimai-siyasi məzmunu dolğunlaşdı. Bədii təcrübədə təzə, orijinal ədəbi forma 

və janrlar yarandı. 

XIX əsr ədəbiyyatı özündən əvvəlki və sonrakı dövrlərin ədəbiyyatından təkcə ideya-

məzmun  əlvanlığına görə yox, həm də  həyatı  bədii  əksetmənin forma və üsullarına, 

metod, üslub keyfiyyətlərinə, bütövlükdə ideya-estetik sisteminə - poetikasına görə seçilir. 

Klassik ədəbi janrlar (qəzəl, qəsidə, rübai, müxəmməs) bu dövrdə güclü təkamül prosesi 

keçirir, bədii dil əvvəlki dövrlərdən fərqlənən yeni bir inkişaf məcrasına düşür. Nəsr, 

dram üslubları, publisistika meydana gəlir. 

Qədim və orta əsrlərdə olduğu kimi XIX əsrdə  də  ədəbiyyatda başlıca yeri poeziya 

tuturdu. O, üç mühüm ideya-üslubi istiqamətdə davam və inkişaf edirdi: lirika, epik şeir 

və realist satira. Bu üç xətdən  ən qüvvətlisi lirika idi. Əsrin birinci yarısında fəaliyyət 

göstərmiş Zakir, Bakıxanov, Vazeh, Nəbati, Heyran xanım, daha sonralar Şükuhi, Bixud, 

Bahar, Seyid Əzim, Natəvan, Kəminə, Nakam, Sərraf kimi şairlər öz əsərlərində insanın 

mənəvi dünyasının, təbii hiss və duyğularının, sevinc və  həyəcanlarının təsvir və 

tərənnümüno geniş yer verirdilər. 

Onların yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tuturdu. Nizami, Füzuli, Saib, 

Vaqif kimi klassik sənətkarların yaradıcılıq  ənənələrini davam etdirən XIX əsr  şairləri 

insan həyatında məhəbbətin rolunu yüksək qiymətləndirir, ona dərin fəlsəfi məna 

verirdilər. Həyatın ləzzətini, insan bəxtiyarlığını  təmiz məhəbbətdə görən Nəbati bir 

qəzəlində "baisi-icadi-aləm ta ki bildim, eşq imiş" - deyə  məhəbbəti hətta dünyanın, 

aləmin yaradıcısı hesab 

 

 



____________________Milli Kitabxana______________________ 

 



edirdi. Təmiz sevgini ən qiymətli nemət sayan şair göstərirdi ki, "eşq camından 

içən kimsənə" qorxu bilməz, var-dövlət hərisliyindən  əl çəkər, kasıblığına 

təəssüflənmədən, sinəsinə  çəkilən dağları sikkə, qızıl sayar, dinar dalınca 

düşməz.


1

 

M.Ş.Vazeh isə saf eşqə  məkan olan könülləri xoş, təmiz sevgiyə bağlı olan 



fikirləri düzgün və  əbədi sayır, məhəbbətin dərdini, qəmini duya bilməyən, 

eşqdən xali ürəkləri susuz çeşməyə bənzədirdi: 

 

Xoş olsun ol könül, eşqə məkandır,  



Var olsun ol fikir, eşqə həyandır,  

Susuz çeşməyə bənzər ol ürək kim,  

Nə eşqin dərdini, nə qəm duyandır. 

 

Əsrin birinci yarısında yazıb-yaradan  şairlər kimi ikinci yarısındakı 



sənətkarların da şeirlərində  məhəbbət nəcib insani hiss, yüksək bəşəri duyğu 

kimi tərənnüm olunur, aşiqlər  ən kamil insan hesab edilirdi. Sevgini həyat 

mənbəyi kimi qiymətləndirən Seyid Əzim Şirvani yazırdı: 

 

Hər bir könüldə eşq ola şadan edər onu,  



Eylər xəzan olan çəməni növbahar eşq,  

Hər kəsdə yoxdur eşq, onun, bil, kamalı yox;  

Kamil olan vücudlar eylər şüar eşq. 

Xalxali, Şükuhi, Natəvan, Kəminə.  

 

Bixud, Nəvvab, Raci və Sərraf da məhəbbətin təsvir və tərənnümünə xüsusi 



yer verir, əsərlərində təmiz ürəklə sevən aşiqin mənəvi dünyasını, könül aləmini, 

keçirdiyi həyəcanları, ürək çırpıntılarını, məhəbbət uğrunda çəkdiyi iztirabları, 

sevgilinin ayrılığından doğan kədər duyğularını  və s. geniş  təsvir edirdilər. 

Onların sevgidən bəhs edən şeirlərinin mərkəzində həyat eşqi, yaşamaq ehtirası, 

dünyəvi nemətlərdən zövq almaq ideyası dayanırdı. 

Məhəbbət lirikasının mərkəzində üç başlıca insan surəti, lirik qəhrəman var 

idi: Aşiq, Sevgili və  Əğyar. Bu qəhrəmanların bədii təqdimi bir çox cəhətdən 

ənənəvi idi. Aşiq öz məbəbbəti uğrunda yorulmadan çalışan, fədakarlıq göstərən, 

bütün  əzablara dözən, vüsala çatmasa da sevgilisindən üz döndərməyən vəfalı, 

sədaqətli, bütün varlığı ilə  həyata bağlı olan vüqarlı  və  mətanətli bir gəncdir. 

Bəzən sevgilisinin biganəliyindən  şikayətlənməsinə baxmayaraq, o, əzmli və 

iradəlidir; qarşılaşdığı mancələr onu doğru yoldan çəkindirmir,  əksinə, 

məşuqəsindən gələn dövrü cəfalar ürəyindəki eşq atəşini daha da alovlandırır, 

onu sevgilisinə bağlayan mənəvi telləri möhkəmləndirir: 

  

                                                           



1

 

Bax: Nəbati. Əsərləri. Bakı, 1988, s.303.



 

 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə