2008-ci ilin yanvar-sentyabr ayları üçün Azərbaycan Respublikasının
T Ə D İ Y Ə B A L A N S I
Ölkə iqtisadiyyatının vacib makroiqtisadi göstəricilər sistemindən biri olan xarici
sektor haqqında adekvat statistik informasiya bankının yaradılması və cari
vəziyyətinin təhlili Milli Bankın fəaliyyətinin mühüm istiqamətlərindən biridir. 2008-ci
ilin yanvar-sentyabr aylarının yekunları üzrə bu vacib sektorun ölkənin başqa
dövlətlər və beynəlxalq maliyyə institutları ilə iqtisadi əlaqələrinin vəziyyəti aşağıdakı
istiqamətlərdə təhlil olunmuşdur.
Əsas tendensiyalar
2008-ci ilin yanvar-sentyabr aylarında ölkədə yüksək templi iqtisadi artımın davam
etməsi və dünya bazarlarında neftin qiymətinin əlverişli olması tədiyə balansının
parametrlərinin əhəmiyyətli yaxşılaşmasını şərtləndirmişdir.
2008-ci ilin yanvar-sentyabr aylarında tədiyə balansının ümumi saldosu müsbət
10.8 mlrd. $ olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.1 dəfə artmışdır.
Ölkədə neft-qaz strategiyasının uğurla reallaşdırılması ölkənin ixrac potensialının
artmasını şərtləndirmişdir. Nəticədə tədiyə balansının cari əməliyyatlar hesabında son
illər müşahidə olunan profisit ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artaraq
14.8 mlrd. $ təşkil etmişdir.
Xarici ticarət balansının müsbət saldosu keçən ilin müvafiq dövrü ilə müqayisədə
2.0 dəfə artmışdır. Bu da kapitalın və maliyyənin hərəkəti hesabında yaranmış mənfi
saldonu maliyyələşdirərək tədiyə balansının ümumi müsbət saldosunu
şərtləndirmişdir.
Tədiyə balansının sektorial təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi 2008-ci
ilin yanvar-sentyabr aylarında da xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə
müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olmuşdur.
Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb
edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və
investisiyaların repatriasiyasını, mexanizm və digər texnoloji avadanlıqların,
xidmətlərin idxalının maliyyələşdirilməsinə sərf olunan vəsaitləri əks etdirir.
Neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo iqtisadiyyatın digər
sektorlarının xarici valyutaya tələbatının maliyyələşməsini və ölkənin valyuta
ehtiyatlarının artmasını təmin etmişdir.
2
Tədiyə balansının əsas göstəriciləri
2007-ci il, 9 ay
2008-ci il, 9 ay
Mln. $
ÜDM-də,*
%-lə
Mln. $
ÜDM-də,*
%-lə
I.Cari əməliyyatlar hesabının saldosu
5895.6
18.8
14796.4
31.2
Xarici ticarət balansı
10155.4
32.4
20747.6
43.8
Xidmətlər balansı
-1579.7
-5.0
-1784.6
-3.8
Gəlirlər balansı
-3402.7
-10.9
-4919.7
-10.4
-İnvestisiya gəlirlərinin repatriasiyası
-3297.1
-10.5
-4845.5
-10.2
Cari transfertlər balansı
722.6
2.3
753.1
1.6
II.Kapitalın və maliyyənin hərəkəti
hesabının saldosu
-3761.9
-12.0
-3983.7
-8.4
Birbaşa investisiyalar
-3146.9
-10.0
-676.7
-1.4
- Azərbaycana cəlb olunmuş
3175.8
10.1
2959.4
6.2
- Xaricə yönəldilmiş
-212.9
-0.6
-277.8
-0.5
- İnvestisiyaların repatriasiyası
-6109.8
-19.5
-3358.3
-7.1
Neft bonusu
46.2
0.1
3.5
-
Kreditlər və digər investisiyalar
-661.2
-2.1
-3310.5
-7.0
III.Tədiyə balansının ümumi saldosu
2133.7
6.8
10812.7
22.8
*)İllik
Cari əməliyyatlar hesabı
2008-ci ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabında 14.8 mlrd. $
məbləğində profisit yaranmışdır.
Mln. $
1 4 7 9 6
5 8 9 5
1 0 1 5 5
2 0 7 4 7
- 1 5 8 0
- 1 7 8 4
- 4 9 2 0
- 3 4 0 3
7 5 3
7 2 3
- 5 0 0 0
- 4 0 0 0
- 3 0 0 0
- 2 0 0 0
- 1 0 0 0
0
1 0 0 0
2 0 0 0
3 0 0 0
4 0 0 0
5 0 0 0
6 0 0 0
7 0 0 0
8 0 0 0
9 0 0 0
1 0 0 0 0
1 1 0 0 0
1 2 0 0 0
1 3 0 0 0
1 4 0 0 0
1 5 0 0 0
1 6 0 0 0
1 7 0 0 0
1 8 0 0 0
1 9 0 0 0
2 0 0 0 0
2 1 0 0 0
2 2 0 0 0
20 0 7- ъi ил, 9 ay
2 0 08 - ъi ил, 9 a y
Ъ а ри ще са б ын са лд о су
Х а риъи тиъа ря т б а ла н сын ын са лд о су
Х ид м ятля р б а ла н сын ын са лд о су
Э ялирля рин са лд о су
Ъ а ри тра н сфе ртля рин са лд о су
3
Müqayisə üçün bu göstərici
2007-ci ilin müvafiq dövrünün göstəricisindən 8.9
mlrd. $ çoxdur. Bu, əsasən xam neftin ixracının 3.2 mln. ton artması və onun 1
barrelinin orta qiymətinin müqayisə olunan dövrlər üçün 66.9 $-dan 104.1 $-a qədər
yüksəlməsi ilə izah olunur. Nəticədə, ölkədən ixrac olunmuş xam neftin ümumi dəyəri
1.9 dəfə artaraq 23.4 mlrd. $-a çatmışdır. Bu isə öz növbəsində xarici ticarət balansının
müsbət saldosunun da 2 dəfə yüksəlməsini şərtləndirmişdir.
Xarici ticarət balansı
Xarici ticarət dövriyyəsi 71.8% artaraq 31.7 mlrd. $ təşkil etmişdir. Xarici ticarət
balansı 20.7 mlrd. $ məbləğində müsbət saldo ilə nəticələnmişdir.
2008-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 135 dövləti ilə
ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 8.9%-i MDB üzvü olan dövlətlərin, 91.1%-i
isə digər xarici dövlətlərin payına düşür. Dövlətimizin ABŞ, Birləşmiş Krallıq, İsrail,
Hindistan, Fransa, Türkiyə, Yaponiya, Rusiya, Niderland və İndoneziya ilə daha
intensiv ticarət əlaqələri olmuşdur. Bütövlükdə, ölkınin idxal-ixrac əməliyyatlarının
65.7%-i yuxarıda adı çəkilən əsas tərəf müqabilləri olan 10 dövlət ilə aparılmışdır.
2008-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət üzrə əsas tərəf müqabilləri
(Mln. $)
Əmtəə
dövriyyəsi
İxrac
İdxal Saldo
ABŞ
5999
5827
172
+5655
Birləşmiş Krallıq 3049
2754
295
+2459
İsrail 2261
2203
58
+2145
Hindistan 1803
1732
71
+1661
Fransa 1536
1445
91
+1354
Türkiyə
1422
757
665
+92
Yaponiya 1258
1000
258
+742
Rusiya Federasiyası
1253
365
888
-523
Niderland 1194
1133
61
+1072
İndoneziya 1063
1063
-
+1063
Başqaları 10901
7964
2937
+5027
Cəmi 31739
26243
5496
+20747
O cümlədən:
MDB dövlətləri 2809
1244
1565
-321
Digər dövlətlər 28930
24999
3931
+21068
Əmtəə ixracı. 2008-ci ilin yanvar-sentyabr aylarında əmtəə ixracı 2007-ci ilin
müvafiq dövrünə nisbətən 1.8 dəfə artaraq 26.2 mlrd. $ olmuşdur.
İxrac olunmuş malların strukturunda neft məhsullarının payı 95.6% təşkil etmişdir.
Xarici dövlətlərə 25.1 mlrd. $ neft məhsulları ixrac olunmuşdur ki, bu da 2007-ci
ilin müvafiq dövrünün göstəricisindən 1.9 dəfə çoxdur. İxrac olunmuş bütün neft
4
məhsullarının 1.7 mlrd. $ neft emalı məhsullarının, 23.4 mlrd. $ isə xam neftin
ixracının payına düşür.
İxrac olunmuş xam neftin 22.6 mlrd. $ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
(ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. Bunun da 13.2 mlrd. $
Azərbaycanın payına düşən, 9.4 mlrd. $ isə “Əsrin müqaviləsi” ilə bağlı
konsorsiumun xarici səhmdarlarının payına düşən neftin dəyəridir. İxrac olunmuş
ümumi xam neftin 0.8 mlrd. $ isə ARDNŞ və ölkənin digər müəssisələri tərəfindən
xaricə göndərilmişdir.
İxracın strukturu
2007-ci il, 9 ay
2008-ci il, 9 ay
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
İxrac - cəmi
14314.6
100.0
26243.4
100.0
o cümlədən:
1.Yanacaq-xammal məhsulları 13701.9 95.7
25633.8
97.7
- neft məhsulları 13448.1
93.9
25090.9
95.6
- digər xammal
253.8
1.8
542.9
2.1
2.Maşın və avadanlıq
180.5
1.3
179.1
0.7
3.İstehlak malları
362.6
2.5
377.8
1.4
4.Digər mallar
69.6
0.5
52.7
0.2
- təbii qaz
61.9
0.4
41.1
0.2
2008-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin qeyri neft-qaz ixracının payına
düşən malların ümumi dəyəri 38.1% artaraq 1111.0 mln. $-a çatmışdır. Bu artım
əsasən kimya məhsullarının, əlvan və qara metalların ixracının artımı hesabına
olmuşdur.
Əmtəə idxalı. 2008-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəyə idxal olunan
istehlak mallarının strukturunda və artım tempində keyfiyyət və kəmiyyət
dəyişiklikləri müşahidə olunur. İstehlak mallarının idxalının ümumi dəyəri keçən ilin
müvafiq dövrünə nisbətən 25.7% artmışdır. Bu artımın 176.0 mln. $ ərzaq
məhsullarının payına düşdüyü halda, 160.0 mln. $ çoxu yalnız minik avtomobillərinin
idxalı ilə bağlıdır.
İdxalın strukturu
2007-ci il, 9 ay
2008-ci il, 9 ay
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
İdxal-cəmi
4159.2 100.0 5495.8 100.0
cümlədən:
1.İstehlak malları
1740.3 41.8
2187.1 39.8
- ərzaq məhsulları
537.9
12.9
714.0
13.0
- digərləri
1202.4 28.9
1473.1 26.8
2.İnvestisiya yönümlü mallar
763.1
18.4
680.5
12.4
- beynəlxalq neft-qaz konsorsiumları
647.0
15.6
562.2
10.2
- digərləri
116.1
2.8
118.3
2.2
3. Digər
mallar
1655.8 39.8
2628.2 47.8
5
Fiziki şəxslər tərəfindən idxalı (833.6 mln. $) və humanitar malları (23.3 mln. $) da
nəzərə almaqla 2008-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizə 2187.1 mln. $
məbləğində istehlak malları gətirilmişdir. Bunun da 32.6%-i ərzaq məhsullarının payına
düşür.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və
malların xüsusi çəkisi 12.4% təşkil edərək 680.5 mln. $ olmuşdur. Bunun 82.6%-ni
beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına
idxal edilmiş mallar təşkil edir. Bundan başqa ölkəyə ümumi məbləği 2628.2 mln. $ olan
istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da
gətirilmişdir.
Xidmətlər balansı
2008-ci ilin yanvar-sentyabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi
əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuşdur və bu xidmətlərin
ümumi həcmi 4015.6 mln. $ təşkil etmişdir. Bunun 2900.1 mln. $ qeyri-rezidentlər
tərəfindən Azərbaycanın rezidentlərinə, 1115.5 mln. $ isə Azərbaycan rezidentlərinin
xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Beləliklə, xidmətlər balansının
saldosu mənfi 1784.6 mln. $ olmuşdur.
Q
arşılıqlı xidmətlər dövriyyəsinin 27.7%-i nəqliyyat xidmətləri üzrə aparılan
əməliyyatların payına düşür. Ümumi dəyəri 1111.4 mln. $ bərabər olan nəqliyyat
xidmətlərinin 46.4%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat
sistemlərindən istifadə etmələri ilə əlaqədardır.
Öz növbəsində Azərbaycanın rezidentlərinin göstərdiyi nəqliyyat xidmətlərinin
ümumi dəyəri 43.3% artaraq 595.5 mln. $ olmuşdur. Bu vəsaitin böyük hissəsi
TRASEKA layihəsi çərçivəsində ölkə ərazisi vasitəsilə Orta Asiya ölkələri ilə Avropa
ölkələri arasında tranzit yükdaşımalarının intensivləşməsi nəticəsində əldə edilmişdir.
2008-ci ilin yanvar-sentyabr ayları ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı
göstərilən xidmətlərin dəyəri 141.9 mln. $ məbləğində qiymətləndirilmişdir. Bunun
39.1%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlıdır. Bu səfərlərlə
bağlı xarici iş adamlarına göstərilən xidmətlərin dəyəri keçən ilin müvafiq dövrü ilə
müqayisədə 11.9 mln. $ artaraq 55.5 mln. $ çatmışdır.
Öz
növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı
göstərilən xidmətlərin dəyəri 33.1% artaraq 231.6 mln. $ məbləğində olmuşdur. Bunun
91.4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən
sərf etdikləri xərclərinin (məkik idxal istisna olmaqla) payına düşür.
Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin xarici dövlətlər ilə əmtəə və xidmətlər
üzrə ümumi idxal-ixrac dövriyyəsində xüsusi çəkisi 11.2% təşkil etmişdir.
Gəlirlər
Gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5.5 mlrd. $-ı
ötmüşdür. Bunun 94.4%-ni (5.2 mlrd. $) Azərbaycandan ödənişlər təşkil edir. Bu
məbləğin isə əsas hissəsini (4.6 mlrd. $) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (xam neft şəklində),
6
qeyri-rezidentlərə ödənilmiş əmək haqları (129.8 mln. $) və xarici kreditlərdən
istifadəyə görə ödənilən faizlər (213.3 mln. $) təşkil edir.
Gəlirlərlə bağlı ölkəyə daxil olmuş vəsait 2007-ci ilin müvafiq dövrünün
göstəricisinə nisbətən 31.8% artaraq 308.9 mln. $ olmuşdur. Bunun isə əsas hissəsini
(80.6 mln. $) Dövlət Neft Fondunun vəsaitlərinə, (129.7 mln. $) Milli Bankın
sərəncamında olan xarici valyuta ehtiyatlarına və (19.9 mln. $) bankların xaricdə
yerləşdirilmiş aktivlərinə hesablanmış faizlər üzrə gəlirlər təşkil edir.
Cari transfertlər
Cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1383.6
mln.
$ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 77.2%-ni ölkəyə daxilolmalar
təşkil edir. Belə ki, xarici ölkələrdən daxil olan pul baratlarının, humanitar malların,
texniki və digər yardımların ümumi dəyəri 2007-ci ilin müvafiq dövrünə nisbətən
116.9 mln.
$ artaraq 1068.4 mln. $-a çatmışdır.
Bu daxilolmaların 94.2%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul
baratları, 2.2%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 3.6%-ni isə digər
daxilolmalar təşkil edir.
Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2007-ci ilin
müvafiq dövrünə nisdətən 4.2% artaraq 753.1 mln. $ təşkil etmişdir.
Kapitalın və maliyyənin hərəkəti
2008-ci ilin yanvar-sentyabr aylarında
xaricdən cəlb olunmuş kapitalın ümumi
həcmi 6.0 mlrd. $ təşkil edərək əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 8.8%
çox olmuşdur. Bu göstəricinin artımı dövlət təminatı olmayan xarici kreditlərin və
qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb olunması ilə bağlıdır.
Cəlb olunmuş xarici kapitalın strukturu
2007-ci il, 9 ay
2008-ci il, 9 ay
Mln.
$-la
Xüsusi çə-
kisi, %-lə
Mln.
$-la
Xüsusi çə-
kisi, %-lə
2008-ci il
2007-ci ilə
nisbətən,
%-lə
Birbaşa investisiyalar
- neft–qaz sektoru
- digər sektorlar
Kreditlər və digər investisiyalar
- dövlət təminatlı kreditlər
- dövlət təminatı olmayan kreditlər
- neft–qaz sektoru
- banklar
- digərləri
- digər investisiyalar
Neft bonusu
3391.9
3115.0
276.9
2052.4
313.4
1164.6
456.4
615.6
92.6
574.4
46.2
61.8
56.7
5.1
37.4
5.7
21.2
8.3
11.2
1.7
10.5
0.8
2959.4
2479.7
479.7
3011.1
478.0
1991.9
688.2
967.1
336.6
541.2
3.5
49.5
41.5
8.0
50.4
8.0
33.3
11.5
16.2
5.6
9.1
0.1
87.2
79.6
173.2
146.7
152.5
171.0
150.8
157.1
363.5
94.2
7.6
C Ə M İ
5490.5
100.0
5974.0
100.0
108.8
7
Birbaşa investisiyalar
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi
məbləği 3.0 mlrd. $ yaxın olmuşdur. Bu investisiyaların strukturunda neft-qaz
sektorunun xüsusi çəkisi 83.8% təşkil etmişdir. Bu sərmayələr iri neft-qaz
layihələrinin, əsasən BİPİ Eksploreyşn (Şah Dəniz) Ltd. layihəsi və Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkətinin Azəri-Çıraq-Günəşli yatağında görülən işlərin
maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunmuşdur.
Qeyri-neft sektoruna isə cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği
keçən ilin müvafiq dövrünə nisbətən 1.7 dəfə artaraq 479.7 mln. $ olmuşdur. Bu da
ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcminin 16.2%-ni təşkil
etmişdir.
Birbaşa investisiyalar üzrə xaricə yönəldilmiş sərmayələrin ümumi məbləği 44.4%
az olaraq 3.6 mlrd. $ təşkil etmişdir. Bu azalmanın əsas səbəbi “Əsrin müqaviləsi”
çərçivəsində ABƏŞ-in fəaliyyəti ilə bağlı əvvəlki dövrlərdə ölkə iqtisadiyyatında
istifadə olunmuş birbaşa investisiyalar üzrə kapitalın repatriasiyasının azalması ilə
bağlıdır. Belə ki, 2007-ci ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə
repatriasiya olunmuş investisiyaların həcmi 6.1 mlrd. $ məbləğində olduğu halda,
2008-ci ilin yanvar-sentyabr aylarında
bu göstərici 2.8 mlrd. $ azalaraq cəmi 3.3
mlrd. $ təşkil etmişdir.
Kreditlər və digər investisiyalar
2008-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə tədiyə balansında əks
etdirilmiş kredit və digər investisiyaların ümumi məbləği 3011.1 mln. $ təşkil etmişdir
və bu keçən ilin müvafiq dövrünün göstəricisindən 1.5 dəfə çoxdur. Bu məbləğin
yalnız 15.9%-i (478.0 mln. $) birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş
kreditlərdir (beynəlxalq maliyyə və digər təşkilatlar tərəfindən ayrılmış kreditlər).
Yerdə qalan 1991.9 mln. $ vəsait isə dövlət təminatı olmayan kreditlərdir ki, bunun da
683.1 mln. $ ARDNŞ tərəfindən cəlb olunmuşdur. Bu vəsait əsasən ARDNŞ-in
Gürcüstan və Türkiyədəki enerji resursları layihələrinin maliyyələşdirilməsinə
yönəldilmişdir.
Dövlət təminatı olmayan digər kreditlərin 1308.8 mln. $ isə əsasən banklar (967.1
mln. $), digər müəssisələr və firmalar tərəfindən cəlb olunmuşdur. Bu da öz
növbəsində əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1.7 dəfə çoxdur.
Strateji valyuta ehtiyatları
Hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları 2.4 dəfə artaraq 2008-ci il 01
oktyabr tarixinə 17896.8 mln. $ həcmində olmuşdur. Bunun 10382.2 mln. $-ı Dövlət
Neft Fondunun aktivlərindən, 1555.0 mln. $-ı hökumətin depozitlərindən, 5959.6 mln.
$-ı isə Milli Bankın məcmu beynəlxalq aktivlərindən ibarətdir.
Milli
Bankın payına düşən ehtiyatların 5438.6 mln. $-ı bankın sərəncamında olan
rəsmi valyuta ehtiyatlarından ibarətdir ki, bu da neft-qaz sektoru istisna olmaqla
malların və xidmətlərin 8 aylıq idxalını maliyyələşdirməyə imkan verir. Bu göstərici
dünya təcrübəsində qəbul olunmuş kifayətlilik meyarından 2 dəfə çoxdur.
Dostları ilə paylaş: |