Microsoft Word Yeni dissertasiya son vers doc



Yüklə 14,41 Kb.
Pdf görüntüsü
səhifə1/75
tarix07.11.2017
ölçüsü14,41 Kb.
#8710
  1   2   3   4   5   6   7   8   9   ...   75


 
Namiq Abbasov 
 
İlk kitabımı elinin-оbasının  
müdrik ağsaqqalı atam  
Məşədi Ələkbər kişiyə ithaf 
edirəm 
 
 
 
 
 
 
 
MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCAN 
DÖVLƏTİNİN MƏDƏNİYYƏT SİYASƏTİ 
VƏ MƏNƏVİ DƏYƏRLƏRİN İNKİŞAF 
AMİLLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2008 


 
2
 
Elmi redaktоr:  Ilqar Hüseynоv 
Kulturоlоgiya elmləri dоktоru 
 
 
 
Rəyçilər:   Niyazi Mehdi  
 
 
            Fəlsəfə elmləri dоktоru, prоfessоr 
                      
   
        Şəhrəddin Məmmədоv 
Fəlsəfə elmləri dоktоru, prоfessоr 
 
 
        Хaləddin Sоfiyev   
Kulturоlоgiya elmləri namizədi 
 
 
 
Azərbaycan Respublikası qazandığı istiqlalı qoruyub 
saxlamaq, demokratik cəmiyyət qurmaq, fikir plüralizmi və 
azad bazar iqtisadiyyatına malik olan vətəndaş  cəmiyyəti 
yaratmaq uğrunda inamla mübarizə aparır.  
Monaqrafiyada müasir şəraitdə    Azərbaycan dövlətinin 
mədəniyyət siyasətinin təməl prinspləri, bu siyasətin tarixi
ictimai-siyasi, sosial-mədəni, elmi və kulturoloji əsasları 
araşdırılır, həm mədəniyyət siyasətinin, həm də ümumiyyətlə, 
mədəniyyət anlayışının mahiyyətinə açıqlıq gətirilir və 
mədəniyyət siyasətinin həyata keçirilməsi prosesində mənəvi 
dəyərlərin çəkisi müəyyənləşdirilir.     
 
ISBN 978-9952-445-03-7 
© «N. Abbasоv» 
© «Təknur» 


 
3
GİRİŞ 
 
Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, 
insanların mənəviyyatı,  əxlaqi normaları  və baxışları ilə bağlı 
olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir 
xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi 
dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o 
cümlədən mədəniyyət siyasəti sahəsində  mədəniyyətin təsbit 
mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək 
nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz 
ki, mədəniyyət dəyişmədən və  zənginləşdirilmədən varlığını 
qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində 
yaradıcı  və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, 
yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, 
dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. 
Müasir dünya siyasətində qlobal, regional və lokal 
problemlərin, qloballaşma və  mədəni inteqrasiya məsələlərinin 
həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın 
siyasi sistem kimi formalaşdırılmasını  tələb edən bu proseslə 
Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. 
Respublikada milli və  bəşəri dəyərlərin sintezini, dünya 
təcrübəsi yönündə  həyata keçirilən islahatlar dünyanın sosial, 
mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə 
çatmağa şərait yaradır. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət 
edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə 
mədəniyyət sahəsində  bəşər tarixinin, dünyanın inkişaf 
təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin geniş-
ləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız 
mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq 
mümkündür.   
Bu gün Azərbaycan Respublikasınəın beynəlxalq miqyasda 
tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair konkret 
siyasət həyata keçirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı 
üçün zəruri qərarlar qəbul edilmişdir. Dövlət aparatı, təhsil və 


 
4
mədəniyyət institutları Avropa standartlarına uyğun qurulub. 
Milli-mədəni, intellektual qüvvələr özünün hərtərəfli fəaliyyəti 
ilə dövlət siyasətinin istiqamətini müəyyən etməyə kömək 
edirlər.  
Azərbaycan dövləti xalqımızın tarixi və mədəni ənənələrinə, 
dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək, 
yeni tarixi şəraitdə müasir tələblərə uyğun olaraq öz daxili və 
xarici siyasətini həyata keçirir. Mənəvi dəyərlərimizin qorunub 
saxlanılması  və inkişaf etdirilməsi müstəqil respublikanın 
mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. 
Müstəqilliyimizin  əldə olunmasından sonra həyata keçirilən 
mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub 
saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin 
yaradır. Xalqımızın  əldə etdiyi bu böyük nailiyyət, milli 
sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri 
dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin 
edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni-
iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə 
qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir. 
Dövlətimizin belə bir demokratik mədəniyyət siyasəti xətti 
tutduğuna və müasir dünya mədəniyyətinə inteqrasiya 
olunduğumuza görə, mədəniyyətimizin özündə böyük bir 
dəyişiklik etmədən, yəni mühafizə edilməsi zəruri olan milli 
şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi 
budamadan, milli-mənəvi dəyərlərimizə  xələl gətirmədən, 
təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma 
dəyişikliklərini  şüurlu surətdə aparmaq məcburiyyətində 
olduğumuzu qəbul etməliyik. Bu gün istəsək də, istəməsək də 
qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən 
kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin 
cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq 
şərtilə, neqativ təzahürlərinin qarşısını almaq barədə  də 
düşünməliyik. 


Yüklə 14,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə