Microsoft Word yeni ekskursiya metni doc



Yüklə 210,32 Kb.
səhifə1/8
tarix25.06.2018
ölçüsü210,32 Kb.
#51516
  1   2   3   4   5   6   7   8


 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Muzeyə Giriş. 

 

Söz yoq ki, Bu gün gəncliyə baqsan, 

Bir sel kibi hər an, 

Sağlam. Yeni məfkurələr izlər. 

... Onlar qoşacaq, çarpışacaqlar, 

Bir çoq uçurumlar aşacaqlar. 

... Onlar mədəniyyətlə günəşlər yapacaqlar, 

Keçmişlərə üstdən baqacaqlar. 

Onlar güləcək, yüksələcəklər. 

Bizdən daha xoş gün görəcəklər! 

( “Azər” poemasından) 

Başlanğıc. 

 

Böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin ev muzeyi onun Bakı 



şəhərində  daimi  olaraq  yaşadığı  ünvanda  –  1920-1937-ci  illər  arası  ömür  sürdüyü 

İstiqlaliyyət küçəsi (keçmiş Kommunist) 8 saylı binanın 3-cü qatında yerləşir. 

Girişi  İstiqlaliyyət  küçəsi  tərəfindən  -  Əlyazmalar  İnstitutu  ilə  eyni  qapıdan 

olan  Cavidin  ev  muzeyi  Azərbaycan  Respublikası  Milli  Elmlər  Akademiyasının 

nəzdində fəaliyyət göstərən 3 muzeydən biridir. 

Muzeyin yerləşdiyi bina tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin şəxsi 

təşəbbüsü  və  himayəsilə  memar  İ.V.Qoslavskinin  layihəsi  əsasında  1898-1901-ci 

illərdə tikilmiş və müsəlman qadın məktəbi üçün nəzərdə tutulmuşdur. 

Məktəb  1918-ci  ilədək  fəaliyyət  göstərmişdir.  1920-30-cu  illərdə  burada 

Darülmüəllimin  (pedaqoji  məktəb),  1930-cu  ildən  sonra  Mərkəzi  İcraiyyə 

Komitəsi, hazırda isə MEA Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. 

Əlyazmalar  İnstitutunun  2-ci  mərtəbəsindən  Cavid  muzeyinin  fərdi  giriş 

qapısı  var  və  Cavidin  ev  muzeyinin  burada  yerləşməsi  haqqında  məlumat  verən 

lövhə  orada  vurulmuşdur:  “Böyük  şair  və  mütəfəkkir  Hüseyn  Cavid  Vətənə 

qayıdışı  və  yaşadığı  mənzildə  ev  muzeyinin  açılması  Azərbaycan  xalqının 

ümummilli  lideri  Heydər  Əliyevin  təşəbbüsü,  cəsarəti  və  ardıcıl  səyləri  ilə 

gerçəkləşmişdir”. 

Hüseyn  Cavidin  ev  muzeyinin  yaradılması  haqqında  604  saylı  ilk  qərar 

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 

və Nazirlər Soveti tərəfindən 25  noyabr 1981-ci  ildə qəbul edilmişdir. Respublika 

Mədəniyyət  Nazirliyinin  16  aprel  1991-ci  il  74  saylı  qərarı  ilə  muzey  üçün 

Azərbaycan Dövlət Əlyazmalar İnstitutunun yerləşdiyi binanın 1-ci mərtəbəsində 5 

otaq ayrılmışdır. Nəhayət, Respublika  Nazirlər  Kabinetinin 10  iyul 1995-ci  il 160 

saylı qərarı ilə H.Cavidin ev muzeyi həmin binanın 3-cü mərtəbəsində, yerləşən və 

şairin  1920-ci  ildən  4  iyul  1937-ci  ilə  qədər  yaşadığı,  əsərlərinin  əksəriyyətini 

yaratdığı mənzilə köçürülmüşdür. 

H.Cavidin  ev  muzeyinin  açılışı  2002-ci  il  oktyabr  ayının  24-də  şairin  120-ci 

doğum günündə olmuşdur. 




 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Muzeyin  girəcəyində  heykəltaraş  Ömər  Eldarovun  yaratdığı  və  əsli  Hüseyn 

Cavid  prospektində  MEA-nın  əsas  binası  ilə  üzbəüz  bağda  ucalan  tuncdan 

tökülmüş “Cavid abidəsi”nin gipsdən olan kiçik variantı qoyulmuşdur. (1993) 

175  sm.  hündürlüyü  və  75  sm.  eni  olan  abidə  60  sm.  hündürlüyü  möhkəm 

taxta təməl üzərində qoyulub və bürünc rənglidir. 

Abidənin  qoyulduğu  hissə  ilə  üzbəüz  divarda  “Cavid  planeti”  adlı  lövhə 

asılıb. 

Lövhənin  ətrafında  verilmiş  mətndən  aydın  olur  ki,  Ukrayna  alimi  Nikolay 

Çernıxın  kəşf  etdiyi  6262  saylı  planetə  Beynəlxalq  astronomiya  İttifaqı  20  iyun 

1997-ci  ildə  böyük  Azərbaycan  şairi  və  dramaturqu  H.Cavidin  adını  vermişdir. 

Stendin  üzərində  H.Cavidin  “Peyğəmbər”  əsərindən  götürülmüş  bir  misra 

yazılmışdır: 

“Bən fəqət hüsni-xuda şairiyim, 

Yerə enməm də səma şairiyim...” 

Həmin divara bitişik divarda “Mütəfəkkir şair Hüseyn Cavidin nəşinin Vətənə 

gətirilməsi  və  yaşadığı  mənzildə  ev  muzeyinin  açılması  Ümummilli  lider  Heydər 

Əliyevin təşəbbüsü və ardıcıl səyləri ilə gerçəkləşmişdir” kəlamları yazılmış lövhə 

asılmışdır. 

Abidənin  qoyulduğu  divarda  H.Cavidin  Naxçıvandakı  məqbərəsinin  maketi. 

(Müəllif İbrahim İbrahimov).  

Məqbərənin yuxarısında “Hüseyn Cavidin Ev muzeyi” yazılan xalq sənətkarı 

Seyfəddin Məmmədvəliyev tərəfindən işlənmiş qoz ağacından oyma asılmışdır. 

Həmin divara bitişik divarda H.Cavidin adına olan gəminin şəkli asılmışdır.  

 

   



 

** 


 

** 


 

**  


 

CAVİDİN ƏBƏDİYYƏTİ. 

Muzeyin ekspozisiyası 4 otaqda yerləşmişdir. 

Ekspozisiya  üçün ayrılmış bu otaqlar şərti olaraq aşağıdakı kimi adlanır: 

Giriş otağı- “Cavidin əbədiyyəti”. 

1-ci otaq- “Cavidin ömrü”. 

2-ci otaq- “Cavidin faciəsi”. 

Soldakı zal- “Cavidin şöhrəti”. 

Təqdim  olunan  mövzu  –  ekspozisiya  planında  Cavidin  ev  muzeyinin  tam 

təsviri  və  aparıcı  mətnlər  verilsə  də,  muzey  bələdçilərinin  daha  geniş  biliyə  və 

məlumata  malik  olması  zəruridir.  Bunun  üçün  onlara  aşağıdakı  qaynaqların 

öyrənilməsi tövsiyə edilir: 

1. Məmməd Cəfər Cəfərov. Hüseyn Cavid. 

2. Qulam Məmmədli. Cavid – ömrü boyu. 

3. Rafael Hüseynov. Vaxtdan uca. 

4. Mehdi Məmmədov. Şirin arzular, acı fəryadlar. 

5. Cavidi xatırlarkən. Məqalələr və xatirələr toplusu. 

6. Gülbəniz Babaxanlı. Azərbaycan ədəbi fikri və Hüseyn Cavid. 

7. Kamran Əliyev. Hüseyn Cavid: həyatı və yaradıcılığı. 

8. Rafael Hüseynov. Əbədi Cavid. 



Yüklə 210,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə