Microsoft Word yeni versiya etik kod doc



Yüklə 31,41 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü31,41 Kb.
#33873


 

 

Beynəlxalq Oftalmologiya Şurası/ 

Oftalmoloji Cəmiyyətlərin Beynəlxalq Federasiyası 

 

OFTALMOLOQLAR ÜÇÜN ETİK KOD: ETİK PRİNSİPLƏR VƏ PEŞƏ STANDARTLARI 

 

Etik Kod oftalmoloqların peşə fəaliyyəti dövründə onların davranışlarının mənəvi prinsip və standartları 



üzrə tövsiyyələri özündə əks etdirir. Bu mənbə həm  tibbin müvafiq sahəsinin üzvləri kimi, həm də üzvləri 

olduqları peşəkar birliklərin məsul şəxsləri kimi oftalmoloqların can atdığı idealları özundə cəmləşdirir.  

 

Altı qrupa bölünən standartların hər biri ümumi prinsiplərdən ibarət olaraq, əlaqədar meyarları təşkil edir. 



Standartlar həkimlərin etik  və peşə dilemmaları ilə rastlaşdıqda və ya oftalmoloqların  peşə məsələləri ilə 

bağlı davranışlarını təhlil edən zaman hər bir şəxsin istinad edə biləcəyi ətraflı göstərişlər məcmusu kimi 

nəzərdə tutulur. Ümumi prinsiplər dəyişdirilməmək şərti ilə standartlar lazım gəldikdə əlavə edilə bilər. 

 

1. Xəstəyə xidmət standartları  

 

1.1. Ümumi 



prinsiplər 

 

Oftalmoloq xəstələri təmiz vicdan və səmimiyyətlə müalicə etməsinə və bütün müalicə dövründə onların 



maraqlarına uyğun hərəkət edəcəyinə inandırmalıdır. 

 

1.2. Standartlar 



 

 

 



 

Oftalmoloq: 

 

xəstələrin həyatını hər şeydən üstün tutmalıdır; 



 

həyatları və ya sağlamlıqları xəstəlik və ya qəza səbəbindən təhlükə altına düşümüş şəxslərə təcili 



kömək göstərməlidir;  

 



irqindən, dinindən, cinsindən asılı olmayaraq bütün xəstələrin müalicəsini təmin etməlidir; 

 



heç bir təmənna güdmədən zəruri ehtiyacı olan xəstələrə yardım etməlidir; 

 



xəstələri hörmət və lazımı diqqətlə müalicə etməlidir; 

 



xəstələri onların müalicəsinin məxfiliyinin təmin edilməsi barədə arxayın etməlidir; 

 



bütün müayinələr üçün xəstələrin razılığını əldə etməlidir;   

 



sağlamlıq vəziyyətləri barədə xəstələri düzgün və dəqiq məlumatlandırmalıdır. 

 

2. Peşə standartları 

 

2.1. Ümumi 



prinsiplər 

 

Oftalmoloq göstərdiyi oftalmoloji xidməti mümkün olan ən yüksək keyfiyyətlə həyata keçirilməsini təmin 



etməli və xəstəni buna inandırmalıdır. 

 

2.2. Standartlar 



 

Oftalmoloq: 

 

yalnız yerinə yetirilməsi üzrə  xüsusi təlim və ya təcrübə keçmiş prosedurları həyata keçirməli və 



ya bacarmadığı proseduru  bu sahədə mütəxəssis olan birinin köməyilə icra etməlidir; 


 

avadanlığın  istifadəsi üzrə istismar bacarıqlarını, bilik və professionalizmi inkişaf etdirməli və 



oftalmologiya sahəsindəki inkişafla ayaqlaşmalıdır;  

 



etiqadnamə, təlim, təcrübə və bacarıqların  təhrif edilməsindən çəkinməlidir; 

 



optimal mənbələrə  əsaslanaraq xəstənin vəziyyətinə uyğun  ən yüksək xidmət keyfiyyətini 

müəyyən etməlidir; 

 

xəstə  və onun sağlamlıq vəziyyəti haqqında müvafiq məlumatların qeydiyyatını  səliqəli  şəkildə 



aparmalıdır; 

 



gigiyenik və etik tələblərə cavab verəcək şəkildə geyinməlidir; 

 



donor insan toxumalarının istifadəsində qanuna və etik tövsiyyələrə əməl etməlidir; 

 



etik standartaları pozmamaq şərti ilə tibbi təcrübə  və standartlarda olan yerli dəyişikliklərə 

hörmətlə yanaşmalıdır; 

 

həkimə  əqli, emosional və ya fiziki ziyan vura biləcək hər hansı klinik təcrübə ilə  məşğul 



olmaqdan çəkinməlidir; 

 



müvafiq səlahiyyətli şəxslərin  xəbərdar edilməsi daxil olmaqla, hər hansı oftalmoloqun münasib 

olmayan davranışını dayandırmadığı məlum olduqda korrektiv tədbirlər görməlidir. 

 

3.  

Peşəkar cəmiyyət standartları  

 

3.1.   Ümumi prinsiplər 



 

Oftalmoloq  təsdiq edilmiş standartlar əsasında peşəkar icmalarının məsul üzvü olmağa borcludur, 

həmçinin bu icmanın  və onun üzvlərinin adına xələl gətirə biləcək hərəkətlərdən çəkinməlidir. 

 

3.2.   Standartlar 



 

Oftalmoloq:  

 

həmkarları ilə hörmət və ehtiramla davranmalıdır; 



 

xəstələrin marağına cavab verəcək münasib məlumatların bölüşdürülməsi  daxil olmaqla, onlarla 



peşəkar şəkildə və ehtiramla dialoq qurmalıdır; 

 



peşəkar standartlar mövcud imkanlar xaricində olduğu hallarda iş yoldaşlarına kömək etməlidir; 

 



məsləhət üçün müraciət etdiyi mütəxəssisin fikirlərinə hörmətlə yanaşmalıdır; 

 



hüquqi məsələlərlə  əlaqədar  kiminsə daha doğru məlumat verə bilməsi məlum olduğu halda, 

özünü məharətli şahid qismində qələmə verməkdən çəkinməlidir. 



 

4.  

Tədqiqat standartları 

 

4.1. Ümumi 



prinsiplər 

 

Oftalmoloq tibbi tədqiqatlar zamanı etik, hüquqi və elmi meyarları anlamalı və onlara riayət etməlidir.  



 

4.2. Standartlar 

 

Oftalmoloq: 



 

klinik tədqiqatla əlaqədar  müvafiq icmalların mexanizminə riayət etməlidir; 



 

tədqiqat subyektlərini tədqiqatın mahiyyəti barədə  məlumatlandırmalı  və xüsusi razılıq  əldə 



etməlidir; 

 



başqalarının işlərini öz işi kimi təqdim etməkdən çəkinməlidir; 

 



vəzifəsindən sui istifadə etmədən tədqiqatı dəqiq və aydın şəkildə məruzə etməlidir. 


5. 

İctimai standartlar 

 

5.1. Ümumi 



prinsiplər 

 

Oftalmoloq ictimaiyyətlə əlaqələri onların sosial məsuliyyətinin göstəricisi olduğuna və düzgünlüyün ən  



yüksək səviyyəsini nümayiş etdirməsinə inandırmalıdır.  

 

5.2. Standartlar 



 

Oftalmoloq: 

 

ictimaiyyətlə hörmət və ehtiramla rəftar etməlidir; 



 

etiqadnamə, təlim, təcrübə və bacarıqları təhrif etməkdən çəkinməlidir; 



 

səhv, yalan və ya aldadıcı məlumatların verilməsindən boyun qaçırmalıdır; 



 

əsas məlumatı gizlətməklə azdırıcı informasıyanın verilməsinə yol verməməlidir; 



 

hər hansı şəxsin narahatlığından və təşvişindən öz xeyri üçün istifadə etməməlidir. 



 

6. Kommersiya 

standartları 

 

6.1. Ümumi 



prinsiplər 

 

Oftalmoloq  xəstəni inandırmalıdır ki, göstərdiyi oftalmoloji xidmətin məbləği xəstələri və ya bu məbləği 



ödəyən  şəxsləri istismar etmir, iqtisadi və qeyri iqtisadi maraqların ziddiyyətləri tibbi xidmətin yüksək 

səviyyədə göstərilməsinə  təsir göstərmir və bu xidmətlərin reklamı  hər hansı kommersiya məqsədi 

güdmədən yalnız məlumatlandırma xarakteri daşıyır. 

 

6.2. Standartlar 



 

Həkim: 


 

yalnız xəstənin ən çox ehtiyac duyduğu müayinə, tibbi ləvazimat, dərman və ya tibbi prosedurları 



məsləhət görməlidir; 

 



maddi marağı naminə qarşısı alınmadığı  təqdirdə  xəstəyə ziyan vura biləcək yardımın 

göstərilməsindən imtina etməməlidir; 

 

lazım olmayan müayinələrin, tibbi avadanlıqların, dərmanların və prosedurların təyinatından 



çəkinməlidir; 

 



gələcək xərclər daxil edilməklə ödənişlər təhrif edilmədən açıqlanmalıdır; 

 



xidmətlərin və onların tariflərinin təhrif edilməsindən çəkinməlidir; 

 



kommersiya maraqlarını güdmədən, təklif olunan xidmətlər barəsində tam və aydın  şəkildə 

məlumatların verilməsini təmin etməlidir. 

 

Beynəlxalq Oftalmologiya Şurasının Etik Komitəsi tərəfindən hazırlanıb: 



Sədr- Prof. Pinar Aydın, Türkiyə. 

Pran Naqpal, Hindistan 

Antonio Secchi, İtaliya 

 

Məsləhət Şurası: 



Charles Zaks 

Albert Jonsen 



 

18.02.2006-cı il tarixdə BOŞ-un Məşvərətçi Komitəsi tərəfindən bəyənilib.  



19.02.2006-cı il tarixdə Beynəlxalq Oftalmologiya Şurası tərəfindən bəyənilib.   

Yüklə 31,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə