Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə1/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
  1   2   3   4   5   6   7   8   9   ...   62



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU 
 
 
YUSİFƏLİ  HƏSƏNOV 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI 
BEYNƏLXALQ İDMAN VƏ TURİZM 
ƏLAQƏLƏRİ SİSTEMİNDƏ 
(1991-2005-ci illər) 
 
 
 
 
 
 
 
 
Bakı  - 2015 


Bakı Dövlət Universiteti nəzdində tarix üzrə elmlər doktoru və tarix 
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılmış Dissertasiya  
Şurasının qərarı ilə çap olunur   
 
 
Elmi redaktoru 
 
tarix üzrə elmlər doktoru  
 S.A.Sayadov 
 
 
Rəyçilər 
tarix üzrə elmlər doktoru, professor  
İ.M.Məmmədov 
tarix üzrə fəlsəfə doktoru   
H.A.Alıyev  
tarix üzrə fəlsəfə doktoru   
H.N.Həsənov  
 
 
 
Həsənov Yusifəli Lətif oğlu. Azərbaycan Respublikası beynəlxalq 
idman  və  turizm  əlaqələri  sistemində  (1991-2005-ci  illər).  Bakı,  Elm 
və Təhsil, 2015. – 224 s., illüstrasiyalı 
 
 
 
Monoqrafiyada Azərbaycan Respublikasında idman və turizmin inkişafını 
şərtləndirən və təmin edən idman və turizm təşkilatlarının strukturlarının ya-
radılması, idman və turizm sahəsində maddi-texniki bazanın möhkəmləndiril-
məsi,  bu  məqsədlə  dövlət  proqramlarının  hazırlanması,  regional  və  beynəl-
xalq idman və turizm təşkilatları ilə əlaqələrin qurulması və ölkəmizin bu təş-
kilatlarda  fəal  iştirakı,  müxtəlif  ölkələrlə  müvafiq  müqavilələrin  bağlanması 
məsələləri işıqlandırılır. 
Kitab mütəxəssislər və geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
© Y.L.Həsənov, 2015 
 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 

 
 
 
 
 
 
G İ R İ Ş 
 
 
Ötən  əsrin  80-ci  illərinin  ikinci  yarısında  Şimali  Azərbay-
canda  müstəqillik  uğrunda  ümumxalq  hərəkatı  başlandı.  Elə  bu 
dövrdə  süni  surətdə  ortaya  atılmış  qondarma  “Dağlıq  Qarabağ 
problemi” tədricən kəskinləşərək Ermənistan-Azərbaycan müna-
qişəsi səviyyəsinə qalxdı və ölkəmiz qonşularımız tərəfindən tə-
cavüzkar  müharibəyə  cəlb  olundu.  Şübhəsiz  ki,  doğma  torpaq-
ları  düşməndən  müdafiə  edənlərin  cərgəsində  idmançıların  və 
turizm  sahəsində çalışanların sayı az olmamışdır.  Müharibə  bü-
tün  sahələrə  olduğu  kimi,  Azərbaycan  idmanı  və  turizminə  də 
ağır  zərbələr  vurdu.  Ölkənin  neçə-neçə  güclü,  perspektivli  id-
mançısı,  məşqçisi,  idman  və  turizm  mütəxəssisi  Vətən  uğrunda 
döyüşlərdə  şəhid  oldu.  İşğal  edilmiş  Azərbaycan  ərazilərində 
yerləşən  minlərlə  idman  meydançası,  stadion  və  zal,  saysız-he-
sabsız  idman avadanlığı, onlarla turizm  müəssisəsi erməni təca-
vüzkarları tərəfindən yerlə yeksan edildi.  
1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Respublikası  dövlət 
müstəqilliyini  bərpa  etdi.  Müstəqilliyin  ilk  illərində ölkəyə  rəh-
bərlik edənlər respublikada siyasi sabitlik yarada bilmədilər. Si-
yasi hərc-mərclik və müharibə, torpaqlarımızın işğalı ölkə idma-
nını  xeyli geriyə atdı,  bir çox  idman bazaları  baxımsızlıq üzün-
dən  yararsız  vəziyyətə  düşdü,  onlardan  təyinatı  üzrə  istifadə 
olunmadı,  idman  qurğuları  və  avadanlıqları  dağıdıldı.  Yüksək 
idman  ustalığına  malik  perspektivli  idmançılar,  bacarıqlı  idman 
mütəxəssisləri, məşqçilər ölkəni tərk etməyə başladılar. Bir söz-
lə, idman dövlət qayğısından kənarda qaldı.  


Həsənov Yusifəli Lətif oğlu 
 

 
Azərbaycan  Respublikası  öz dövlət  müstəqilliyini bərpa et-
dikdən sonra mövcud iqtisadi və siyasi potensialına söykənərək, 
milli dövlətçiliyini bütün istiqamətlərdə möhkəmləndirməklə ya-
naşı,  xarici  siyasətini  də  formalaşdırmağa,  beynəlxalq  münasi-
bətlər sisteminə daxil olmağa başladı. Respublikamız iqtisadi-si-
yasi  sahədə  qazandığı  imkanlardan  səmərəli  istifadə  edərək, 
dünya  idman və turizm  əlaqələrində beynəlxalq hüquq subyekti 
kimi  təmsil  olunur,  bu  sahələrdə  hazırladığı  strategiyanı  uğurla 
həyata keçirirdi. Bu baxımdan, 1991-2005-ci illərdə Azərbaycan 
Respublikasında idman və turizmin inkişafı fonunda respublika-
mızın beynəlxalq idman və turizm əlaqələrinin öyrənilməsi pro-
blemin  əsas  hissəsini  təşkil  edir.  Eyni  zamanda,  yaxın  və  uzaq 
dövlətlərlə  idman  və  turizm  sahəsində  qarşılıqlı  faydalı  əmək-
daşlığın  qurulması  və  inkişaf  perspektivlərinin  elmi-nəzəri  cə-
hətdən  araşdırılması,  mövcud  problemlər  və  onların  həlli  yolla-
rının  nəzəri-konseptual  baxımdan  tədqiqi,  görülmüş  tədbirlərin 
və  onların  nəticələrinin  ümumiləşdirilməsi  və  obyektiv  qiymət-
ləndirilməsi mühüm elmi və praktik əhəmiyyət kəsb edir. Əsərin 
aktuallığı,  elmi,  nəzəri  və  əməli  əhəmiyyəti  də  onun  mo-
noqrafiya səviyyəsində yazılmasını şərtləndirir. Bununla yanaşı, 
1993-cü ildən sonra idmana və turizmə dövlət qayğısı sahəsində 
yüksək nailiyyətlərin əldə olunması, Milli Olimpiya Komitəsinin 
(MOK)  yenidən təşkilatlanması  və olimpiya oyunlarında Şimali 
Azərbaycan  idmançılarının  uğurları,  ölkəmizin  beynəlxalq  və 
regional idman və turizm təşkilatlarında layiqli təmsil olunması, 
bu  istiqamətdə  dünya  dövlətləri  ilə  əlaqələri,  idman  və  turizm 
sahəsində  beynəlxalq  idman  tədbirlərinin  respublikamızda 
təşkili  və  respublikamızın  beynəlxalq  nüfuzunun  artmasında  və 
tanınmasında  bu  sahələrin  böyük  rol  oynaması  da  problemin 
aktuallığını şərtləndirən amillərdəndir. Elə bir sıra mötəbər bey-
nəlxalq yarışların Bakıya salınması, Beynəlxalq Olimpiya Təşki-
latlarının  müxtəlif  toplantılarının  respublikamızda  təşkili  bu  fi-
kirləri  təsdiqləyir.  Təbii ki,  idmanın  inkişafı  bir ölkənin  hüdud-
ları  ilə  məhdudlaşa  bilməz. MOK öz fəaliyyətində bu  məsələyə 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə