Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə1/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
  1   2   3   4   5   6   7   8   9   ...   50


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
1
 
BULUDXAN XƏLİLOV 
 
 
 
ZAMANIN 
SINAĞINDAN 
KEÇƏNLƏR... 
 
 
 
Bakı – 2016


B u l u d x a n   X ə l i l o v  
 

 
Redaktor:                            Fikrət Rzayev, 
                           filologiya üzrə elmlər doktoru, professor 
 
 
Rəyçilər:                  Yeganə Ergin (Qəhrəmanova), 
                            filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
                                         Cəlal Allahverdiyev, 
                           filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
                                             Arif Kazımov 
 
Buludxan Xəlilov. “ZAMANIN SINAĞINDAN 
KEÇƏNLƏR...”. 
 Bakı, “Adiloğlu”, 2016, 252 səh. 
 
 
Kitabda Qulu Xəlilov, Mirzə  İbrahimov, Mir Cəlal, 
Mehdi Hüseynlə bağlı hadisələr verilir. Bundan başqa, Cəlil 
Məmmədquluzadə üslubundan qidalanan publisistik məqalə-
lər, o cümlədən təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 
əsas hədəfləri təhlil olunur. Həm də həyat, cəmiyyət, dünya ilə 
bağlı zamanın sınağından keçmiş hadisələr özünə yer alır. 
Kitabda Gəmiqaya-Qobustan əlifbası, özündə tarixi yaşa-
dan daşlarla bağlı  məqalələr və  mən-biz, sən-siz, o-onlar 
barədə deyimlər – zamanın sınağından çıxan deyimlər, məhz 
müəllifin deyimləri verilir. 
 
 
İSBN 978-9952-7301-6-6 
© Xəlilov B, 2016 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
3
 
Yaşamaq istəyən adam 
 
Azərbaycan  ədəbiyyatında elə  bədii  əsərlər var ki, 
onların təkcə adları oxucuya çox şey deyir. Oxucunu 
düşünüb - daşınmağa məcbur edir. Belə  bədii  əsərlərin 
adları yazıçının istedadı və bədii tapıntısı kimi qiymətlən-
dirilməlidir. Məsələn, “Qılınc və qələm”, “Şikayətnamə”, 
“Aldanmış  kəvakib”, “İnsan”, “Yeraltı çaylar dənizə 
axır” və s. Bu kimi saysız - hesabsız əsərlərin adları hələ 
məzmununu oxumamışdan əvvəl, təkcə ad kimi oxucunu 
özünə cəlb edir. “Yaşamaq istəyirəm” əsəri də bu qəbil-
dən olanların sırasındadır.  Əməkdar elm xadimi, filolo-
giya üzrə elmlər doktoru, professor, görkəmli tənqidçi 
Qulu Xəlilovun “Yaşamaq istəyirəm”  əsərinin adı  məni 
neçə - neçə il bundan qabaq özünə  çəkdi. Adı  məcbur 
etdi ki, əsəri oxuyum. Və əsəri oxudum. Özü də indi yox, 
çox - çox illər qabaq. Nə isə... Burada məqsədim “Yaşa-
maq istəyirəm” əsərindən danışmaq deyil. Məqsədim bu 
əsərin müəllifi Qulu Xəlilovdan bəhs etməkdir. Qulu Xə-
lilov vaxtilə – ömrünün sonlarına yaxın televiziya müsa-
hibələrinin birində deyirdi: “Allah mənə bir yaratmaq, 
yaşatmaq arzusu verə... Həyat eşqi olmasa, insan özünü, 
qamətini çətin düzəldər. Heç yaralı  ağac da özünü dü-
zəldə bilməz”. Bu fikri söyləyən Qulu Xəlilov uzun 
müddət xəstə olmuşdur. O, 30-40 yaşlarından başlayaraq 


B u l u d x a n   X ə l i l o v  
 

ömrünün sonuna qədər xəstəlikdən  əziyyət çəkmişdir. 
Qulu Xəlilovun üzərində doqquz dəfə  cərrahiyyə 
əməliyyatı aparılmışdır. Nə isə... Bunlar da öz yerində... 
Hər bir ədəbiyyatşünas, ziyalı, o cümlədən Qulu 
Xəlilovun tələbələri çox yaxşı bilir ki, o, çox güclü tən-
qidçi idi. Özü də  qərəzdən çox - çox uzaq və  cəsarətli 
tənqidçi idi. Tənqid deyəndə yadıma bir hadisə düşür. 
1992-ci ilin dekabr ayı idi. O vaxtkı APİ-nin (indiki 
ADPU-nun) kiçik zalında filologiya ixtisası üzrə elmlər 
namizədi alimlik dərəcəsi verən müdafiə şurasının iclası 
keçirilirdi. Qulu Xəlilov da müdafiə  şurasının üzvü idi. 
Növbəti müdafiə şurasında mənim də müdafiəm olacaq-
dı. Ona görə də müdafiə şurasının iclasında arxada oturub 
özüm üçün təcrübə toplayırdım. Həmin müdafiə şurasın-
da müdafiə edən dissertantın mövzusu ədəbiyyatdan idi. 
Opponentlərdən biri də (birinci opponent) Qulu Xəlilov 
idi. O, yuxarıda – səfarətdə əyləşmişdi. Qulu Xəlilov bi-
rinci opponent kimi rəyini söylədi. Sonra söz ikinci oppo-
nentə verildi. İkinci opponent (Əflatun Saraclı) öz rəyin-
də tez - tez türk kəlmələrini işlədirdi. Birdən Qulu Xəli-
lov yerindən opponentə etiraz etdi. Azərbaycan dilində 
kəlmələr olduğu halda, yerli - yersiz türk sözlərini işlət-
məsini qəbahət saydı. Əsəbləşdi və ayağa durub kiçik zalı 
tərk etdi. İkinci opponent rəyini söylədikdən sonra Qulu 
Xəlilov kiçik zala qayıtdı. Onun bu hərəkəti zaldakıların 
hamısının ürəyincə oldu. Çünki ikinci opponentin rə-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
5
yindəki yersiz və süni görünən türk kəlmələri hamını 
qıcıqlandırmışdı. 
Qulu Xəlilovun cəsarəti, məhz yerində  və  məqa-
mında olan cəsarəti onu hamıya sevdirirdi. Və onun cəsa-
rətli, səmimi, qərəzsiz tənqidi hamının xoşuna gəlirdi. 
Heç kəs onun tənqidindən incimirdi. Bu gün ədəbi tənqid 
arzuolunan səviyyədə deyil. Doğrudan da ədəbiyyat barə-
də tost deyənlər çoxalıbdır. Əksər vaxtlar ədəbiyyat barə-
də tost deyilir. İndi  ədəbi tənqidin qədri bilinmir. Ona 
görə ki, ədəbi tənqidə qiymət verənlər,  ədəbi tənqidin 
dəyərini bilənlər azalıbdır. Qulu Xəlilov  ədəbi tənqidə 
qiymət verən və  ədəbi tənqidin dəyərini bilən bir ziyalı 
idi. O deyirdi: “Mən zəif əsər haqqında güzəştə getməyi 
millətə xəyanət hesab edirəm”. O, tənqidin qədrini bilən-
lər barədə deyirdi: “Tənqidin qədrini S.Vurğun, 
M.Hüseyn kimi adamlar bilibdir”. 
Yadımdadır, Qulu Xəlilovun yeznəsi (bacısının 
yoldaşı)  Şirin Quliyev dəfələrlə  mənə söhbət edərdi ki
bəzi  şair və yazıçılar barədə xahiş edərdim ki, onların 
əsərləri barədə müsbət yazsın. O isə “Nə xahişin olsa, de, 
edərəm, ancaq bu xahişi etmə” söylərmiş. Qulu Xəlilov o 
qədər qərəzsiz adam olmuşdur ki, yaxşıya yaxşı, pisə pis 
deməkdən çəkinməmişdir. Hər hansı bir adamın yaxşı 
işini yaxşı, pis işini pis kimi üzünə deməkdən qorxma-
mışdır. Məsələn, o, M.Hüseyni tənqidin qədrini bilən bir 
tənqidçi kimi dəyərləndirməklə yanaşı, ona ürəyinin 
dediklərini söyləməkdən də yan keçməmişdir. Belə ki, 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə