Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə1/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
  1   2   3   4   5   6   7   8   9   ...   143


__________________Milli Kitabxana_________________ 

 



ƏZİZƏ CƏFƏRZADƏ 

 

 

 

 

 

 

ALƏMDƏ SƏSİM  

VAR MƏNİM 

 

 

 

 

"ŞƏRQ-QƏRB"  

BAKI-2006 

 

 



 


__________________Milli Kitabxana_________________ 

 



 

  

Bu kitab "Əzizə Cəfərzadə. Aləmdə səsim var mənim" 



(Bakı, Gənclik, 1978) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 

 

 



 

 

 



894.3613-de 21  

AZE 

Əzizə Cəfərzadə. Aləmdə səsim var mənim. Bakı, "Şərq-Qərb", 2006,  

432 səh. 

 

Müasir Azərbaycan  ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi 



tanınmış yazıçı Əzizə Cəfərzadənin ümumi "Şirvan" başlığı ilə məlum olan silsilə 

əsərlərinə daxil olan "Aləmdə səsim var mənim" romanı XIX əsrin böyük şairi və 

maarifçisi Seyid Əzim  Şirvaninin həyatından bəhs edir. Şairin maarifə, məktəb 

açmağa meyil göstərməsi  Şirvanda baş verən  əhvalatlarla bağlı  şirvanda qələmə 

alınmışdır. Romanda Seyid Əzimin bir maarifçi olaraq formalaşması təsviri olunan 

dövrün səciyyəvi hadisələri fonunda göstərilir. 

 

ISBN10        9952-34-014-1  

ISBN13 978-9952-34-014-3 

 



__________________Milli Kitabxana_________________ 

 



 

 

 




__________________Milli Kitabxana_________________ 

 



ÖN SÖZ 

 

İyirminci yüzilin Azərbaycan  ədəbiyyatının istedadlı nümayəndələrindən biri 



olan xalq yazıçısı  Əzizə  Cəfərzadə özünəməxsus bir yaradıcılıq yolu keçmişdir. 

Daha çox tarixi roman ustası, etnoqrafik yaddaşımızın mahir salnaməçilərindən biri 

kimi tanınan yazıçının  ədəbi-bədii irsi özünün zənginliyi,  əhatəliliyi və 

çoxcəhətliliyi ilə diqqəti çəkməkdədir. 

Əzizə Cəfərzadənin yaradıcılıq yolunu şərti olaraq üç mərhələyə bölmək olar. 

1937-1970-ci illəri  əhatə edən birinci mərhələ ilk yaradıcılıq axtarışları kimi 

dəyərləndirilə bilər. Yazıçı bu dövrdə tarixi və müasir mövzularda hekayə 

yaradıclığı ilə  məşğul olmuş, eyni zamanda gələcək tarixi romanlarının ilkin 

zəminini təşkil edən elmi-publisistik fəaliyyətini davam etdirmişdir. 1970-1990-cı 

illərlə hüdudlanan ikinci mərhələdə isə yazıçı  ədəbi və siyasi şəxsiyyətlərin 

həyatından bəhs edən bir sıra mühüm tarixi romanlarını yaratmış, bir nasir kimi 

özünü tam təsdiq etmişdir. Nəhayət, 1991-2003-cü illəri  əhatə edən sonuncu 

mərhələdə yaradıcılığı mahiyyətcə yeni məzmun kəsb etmiş yazıçı diqqəti 

Azərbaycan siyasi tarixinin ən aktual problemlərinə yönəldə bilmiş, həmçinin milli 

mənəviyyatımızın ağrılı məsələlərini işıqlandırmışdır. 

Əzizə Cəfərzadə bədii yaradıcılığa "Əzrayıl" adlı hekayə ilə başlamışdır. 1937-

ci ildə  "Ədəbiyyat qəzeti"ndə  dərc olunmus bu hekayədə yazıçı dövrün sosial 

həyatının canlı  bədii mənzərəsini yarada bilmişdir. Məhz bu dövrdən etibarən 

hekayələri, povestləri, elmi və publisistik yazıları ilə o, vaxtaşırı olaraq mətbuatda 

çıxış etmiş, bir sıra maraq və məzmunlu sənət örnəkləri ortaya çıxarmışdır. 

Qeyd edək ki, 1948-ci ildə Azərnəşr ədibin "Hekayələr" adlı ilk kitabını çapdan 

buraxmış, lakin kitab satışa çıxarılmadan yandırılmışdı.  Ədibin mülahizələrinə 

görə, ilk kitabının satışa buraxılmadan yandırılmasına səbəb Mixail Zoşşenko və 

Anna Axmatova şəxsiyyəti fonunda yaranan mübahisə, ÜİK(b)P MK-nın "Zvezda" 

və "Leninqrad" jurnalları haqqında" (14 avqust 1946) və "Dram teatrının repertuarı 

və onu yaxşılaşdırmaq tədbirləri haqqında" (26 avqust 1946) qərarı  və  həmin 

qərarın Azərbaycan ədəbi mühitinə təsiri olmusdur. Onu da deyək ki, ilk kitabının 

yandırılmasından sonra Əzizə Cəfərzadənin 1963-cü ilə kimi heç bir kitabı işıq üzü 

görməmişdir, ancaq yazıçı bu illər  ərzində bir an belə olsun yaradıcılıq 

dünyasından ayrılmamışdır. Müəllif uzun illərdən sonra ədəbiyyata qədəm 

qoyduğu ilk dövrü belə xatırlayır: "...İlk kitabım 1948-ci ildə oxuculara çatmalıydı. 

Kitabın ilkin nüsxəsini alan mərhum tənqidçimiz Cəlal Məmmədov onun haqqında 

"Azərbaycan gəncləri" qəzetində (11 iyun 1948) hətta məqalə ilə  çıxış etmişdi, 

lakin kitab işıq üzü görmədi, yandırıldı, əlimə bircə nüsxəsi belə keçmədi

 

 



__________________Milli Kitabxana_________________ 

 



üzünü də göstərmədilər mənə. Çünki məni o zaman "Axmatovşina"da, adını 

bilmədiyim "salon lirikası" tərənnümündə günahlandırmışdılar. Bəlalı il idi. 

Jdanovun çıxışından sonra gözəl ədibimiz, görkəmli dramaturqumuz Sabit Rəhman 

həmin illərdə "zoşşenkoçuluq"da ittiham edilirdi. İlk kitab müəllifi olaraq kövrək, 

1945-ci ildə  əlində "xalq düşməni sayılan  ərəb  əlifbası" ilə türk nasirinin romanı 

tutulduğuna görə universitetin birinci kursundan qovulan kimsəsiz qız üçün bundan 

ağır, qorxulu nə ola bilərdi? Elə buna görə də birinci kitabını çox sonralar, 1963-cü 

ildə "Natəvan haqqında hekayələr" adı ilə çap olundu". 

Əzizə  Cəfərzadənin yaradıcılığı üçün hekayə janrı  səciyyəvidir. O, bu janrda 

bütün yaradıcılığı boyu qələm çalmışdır.  Ədibin hekayələrinin mühüm bir qismi 

kitab kimi nəşr olunmuşdur. "Natəvan haqqında hekayələr" (1963), "Qızımın 

hekayələri" (1964), "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1969) və digər 

kitablarında toplanmış bədii nümunələr bu qəbildəndir. Yazıçı hekayə yaradıcılığı 

ilə yanaşı, povest janrında da bir sıra maraqlı sənət nümunələri yaratmışdır. 

Əzizə Cəfərzadənin yaradıcılığında tarixi mövzulu əsərlər aparıcı yer tutur. O, 

bütün ədəbi fəaliyyəti boyu bu mövzuya sadiq qalmış, nəticədə xalqımızın uzaq və 

yaxın tarixinin bir çox səhifələrini bədiiləşdirən  əsərlər ortaya çıxarmışdır. 

Müəllifın "Aləmdə  səsim var mənim" (1972), "Vətənə qayıt" (1977), "Yad et 

məni" (1980), "Bakı-1501" (1981), "Cəlaliyyə" (1983), "Ağlar-güləyən Sabir" 

(1989) kimi roman və povestləri bu baxımından gözəl sənət nümunələridir. 

Azərbaycanın istiqlaliyyət əldə etməsi Əzizə Cəfərzadənin yaradıcılığının daha 

da çiçəklənməsinə, mahiyyətcə dəyişməsinə səbəb olmuş, tarixi mövzuda yeni-yeni 

əsərlərin yaranmasına təkan vermişdir. "Eldən-elə" (1992), "Gülüstan"dan öncə" 

(1996), "Zərrintac - Tahirə" (1996), "Bir səsin faciəsi" (1997), "İşığa doğru" 

(1998), "Bəla" (1999), "Rübabə-Sultanım" (2000), "Xəzərin göz yaşları"(2002), 

"Eşq sultanı" (2003) romanları buna misal ola bilər. Diqqətəlayiq haldır ki, ədibin 

tarixi romanlarında bir tərəfdən dövrün panoramı  çəkilmiş, xalqımızın etnoqrafik 

yaddaşının aparıcı cizgiləri qabardılmış, digər tərəfdən  ədəbi və siyasi 

şəxsiyyətlərin canlı, real bədii obrazları yaradılmışdır. 

Əzizə  Cəfərzadə yaradıcılığının mühüm bir qolu elmi-nəzəri istiqamətlidir. 

Onun tərtibatı ilə  işıq üzü görən "Fatma xanım Kəminə" (1971), "Könül 

çırpıntıları" (1972), iki cilddən ibarət "Azərbaycanın aşıq və şair qadınları" (1974, 

1991, 2003), "Şirvanın üç şairi" (1976), Abdulla Padarlının "Seçilmiş  şeirləri" 

(1979), "Hər budaqdan bir yarpaq" (1983) kitabları ciddi elmi dəyər daşımaqdadır. 

Alimin Azərbaycan poeziyasında xalq şeri üslubuna dair monoqrafik araşdırmaları 

müasir milli ədəbiyyatşunaslıq və folklorşünaslığın 

əhəmiyyətli 

nümunələrindəndir. 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə