Microsoft Word zohre ismayilova



Yüklə 105,13 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü105,13 Kb.
#8213


                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



 

Zöhrə İsmayılova 

 

Tükənməz sərvət 

 

 



İştirak edirdilər: 

 

 



Ulduz-ailənin kiçik qızı 

Kazım-Ulduzun atası 

Səriyyə-Ulduzun anası 

Aygün-böyük bacı 

Aytən-ortancıl bacı 

Rəna-məktəbdə riyaziyyat müəlliməsi 

Adil-universitetdə müəllim 

Orxan-Xsaylı məktəbin ən dəcəl şagirdi 

Sevda-sinif rəhbəri 

Azər-Adil müəllimin dostu 

Sahibkar-kitab mağazasının sahibi 

Ulduz oyanır, dərsə hazırlaşır. 

Kazım. Dərsdən tez gəl, bu gün sənin növbəndi, naxıra getməlisən. 

Anası. Ay kişi, bu qədər zülmmü olar? O, oğlandırmmı?  

Kazım. Sən kəs səsini, zəhmət çəkib oğlan doğaydın. 

Ulduz. Narahat olma anacan, baş üstə ata gələrəm. 

Məktəbə gəlir, hazırlığa gedən uşaqları görür kövrəlir. Lakin özü də savadlı 

qızdır. Yoldaşlarına kömək edir. Amma paxıllığını  çəkirlər onun. Sinif 

rəhbəri yaltaq insandı. İmkanlı uşaqlara yaltaqlanır. Rəna müəllimə isə fərqli 

insan idi. Mart ayıdır. İlk dərs Rəna müəllimənin dərsidir. 

Rəna m. Salam uşaqlar. 

Uşaqlar. Salam müəllim.  

Müəllimə şagirdləri yoxlayır. Müəllimə yeni dərsi izah edir.  

Rəna m. Kim başa düşdü? (Heç kim müəllimi dinləmir)  

Ulduz. Mən başa düşdüm.  

Uşaqlar. Sən başa düşsən bəsdir, biz onsuz da hazırlıqda öyrənirik (gülüşür).  

Ulduz pis olur. Dərsdən sonra uşaqlar çölə qaçır. Hələ müəllimə sinifdən 

çıxmayıb.  




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Rəna m. Sən niyə çölə çıxmırsan?  

Ulduz. Mən də oxumaq istəyirəm, faydalı insan olum 

(kövrəlibbaşınıaşağısalır).  

Müəllimə. Sən savadlı  qızsan,  əsas hazırlığa getmək deyil, sən 

çalışsan universitetə qəbul ola bilərsən.  

Ulduz. Amma.. (Ulduz ağlayıb sinifdən çıxır)  

Müəllimə çox pis olur. Nə deyəcəyini bilmir. Dərsdən sonra Ulduzgilə gedir. 

Qapını döyür. Kazım. Nə lazımdır?  

Rəna m.Ulduz evdədir?  

Kazım. Xeyr, naxıra gedib (atasıgülməyəbaşlayır).  

Müəllimə pis olur, Ulduzun kövrəlməyinin səbəbini anlayır bəlkə. Heç nə 

demir, uzaqlaşır ordan. Fikirli halda evə gəlir və düşünür ”Ona necə kömək 

edə bilərəm, sabah gərək özüm danışım onunla” Səhər2-ci dərs müəllimə 

sinfə daxil olur. Dərs davam edir. Uşaqlar çölə  çıxdıqdan sonra Ulduzda 

çıxmaq istəyəndə müəllimə. Sənə necə kömək edə bilərəm?  

Ulduz. Heç cür (Ulduz başını  aşağı salır, getmək istəyəndə) müəllimə. Bax 

sən savadlı  qızsan. icazə ver mənə. Qızım da bu il imtahan verəcək. Razı 

olsan səni özüm aparacam imtahana. Ulduz. Bəs valideynlərim? Anamdan 

çox nigaran qalaram. Müəllimə Ulduza onlara getdiyini demək istəmirdi. 

Lakin Ulduz getmək istəyəndə  

Müəllimə. Dünən sizə getmişdim (sinfin qapısına çatanda Ulduz dayanır). 

Mən hər  şeyi bilirəm.  İnan mənə peşman olmayacaqsan. O, müəlliməsini 

qucaqlayıb öpür və otaqdan çıxır. Müəllimə göz yaşlarını saxlaya 

bilmir”Yəqin bu razılıq  əlamətidir” Səhər 4-cü dərs müəllimənin dərsidir. 

Müəllimə. Sənəd verilən vaxt deyərsən sənin də ərizəni verərik (pıçıldayır). 

Ulduz. Axı valideynlərim razı deyil. Onlar məni bağışlamazlar.  

Müəllimə. Sən heç bir pis hərkət etmirsən, inan mənə. Aprel ayı  ərizənin 

verilməsi başlayır. Sabah qızım üçün ərizə yazacam. Sən də  vəsiqəni 

gətirərsən.  

Ulduz. Axı.  

Müəllimə. Heç nə eşitmək istəmirəm.  

Səhər dərsin sonunda. 

Müəllimə.Gətirmisən? 

Ulduz. Bəli. 

Müəllimə. Narahat olma ver, inan mənə  hər  şey yaxşı olacaq. İmtahana da 

bizimlə gedərsən. Ulduz. Axı necə?  

Müəllimə. Bir şey fikirləşərik.  

Ulduz vəsiqəni müəlliməyə verir.  




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Müəllimə. Attestatlar verilən vaxt gəlmə  məktəbə, özüm hər 

şeyi həll edecem. Sən imtahanlara hazırlaş.  

Ulduz.Sağ olun.Nə deyəcəyimi bilmirəm.(Ulduz otaqdan 

çıxır).May ayıdır.Mayın 29-u kitablar yığılır. Ulduz sevinmirdi. 

Tək ümidi bu kitablara idi. Uşaqlar son zəng üçün səhnəciklər 

hazırlayıb məşq edir. 

Ulduz. Mən tədbirə gələ bilməyəcəm. Bağışlayın məni. 

Uşaqlar. Həmişəki kimi. Guya sən indiyədək hansı  tədbirdə  iştirak etmisən 

(gülürlər). 

Ulduz. Sizinlə görüşmək istəyirəm.  

Sinif rəhbərindən başlayıb hamıyla görüşür. 

Ulduz. Uğurlar arzulayıram.  

Sinifdən çıxanda son dəfə sinfə baxıb kövrəlir. 

Sinif rəhbəri. Fikir verməyin, qoy getsin.  

Ulduz müəllimlər otağına qalxır. Bütün müəllimlərlə görüşüb, halallaşır. 

Rəna müəllimə öz evində elekton ərizəni verir, attestatı alır, təsdiq etdirir. 

Çox fikirləşir və sabah Ulduzgilə getmək istəyir. Səhər yolda Ulduzu görür. 

Ulduz utandığından gizlənməyə çalışsa da  

Müəllimə. Ulduz, sən burda nə edirsən, bəs imtahan? 

Ulduz. Müəlimə  əlimdə olanlarla çalışıram, amma bəs etmir. Kitablar da 

yığılıb. 

Müəllimə. Sabah bu vaxt burda görüşək, sənə 1 neçə kitab verməliyəm. 

Ulduz.. Yaxşı.  

Səhər açılır. Yemək yeməyə başalayanda  

Atası. Tələs, dur. Onlardan sənə xeyir gəlmir elə bil.  

Ulduz heç nə demir. Çantasını götürür və içinə 1 tikə çörək qoyur, çıxır. 

Görür ki, müəllimə gözləyir.  

Ulduz. Sabahınız xeyir. 

Müəllimə. Sabahın xeyir. Buyur, bunlar sənə çox kömək edəcək.  

Ulduz. Çox sağ olun müəllimə. 

Müəllimə.Yaxşı oxu, çalış.  İmtahanların da vaxtı  bəlli olub. İyulun 21-i 

imtahandır.  

Ulduz həyəcanlanır. Onlar ayrılır. Ulduz kitabları çantaya yığır. Və daha 

həvəslə oxumağa başlayır o gündən. Bu gün iyulun 18-dir. Müəllimə  səhər 

Ulduzla rastlaşır.  

Müəllimə. Biz ayin 20-si yola düşürük. Sən də hazırlaş.  

Ulduz. Bəs evdə nə deyib çıxacam?  



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Müəllimə. Onlarla 1 neçə dəfə görüşdüm. Yola gətirə bilmədim. 

Tək çarən qalır (müəllimə başını  aşağı salır). Bizimlə evdən 

qaçmaq. Yaxşı fikirləş. Qorxma, mən səninləyəm. Gözləyəcəm 

20-si. Vəsiqəni götürməyi unutma.  

Ulduz evə gəlir. Bütün günü fikirləşir. ”OXUMALIYAM”. Ayın 

20-ə keçən gecə hamı yatib, Ulduzsa düşünür ”Yazıq anam çox söz eşidəcək 

mənə görə” Naxıra götürdüyü çantanı  yığır. Anasının  şəklini, 1 neçə paltar 

və  vəsiqəni götürür. Həyəcandan gözünə yuxu getmirdi. Səhər açılır. Hamı 

oyanır. Ulduz heç nə yeməmiş geyinir və evdən çıxanda anasını öpür. 

Anası. Nə olub, elə bil həmişəlik gedirsən? 

Ulduz. Səni öpmək olmaz ana? 

Ulduz kədərli halda atasına baxıb düşünür. ”Kaş  səni də qucaqlayıb öpə 

biləydim.Bağışla məni.” 

Atası. Tez ol. Güngunorta oldu.  

Ulduz evi tərk edir. Heyvanları yoldan naxıra qoşub müəlliməgilə gəlir. 

Müəllimə. Bilirdim ki, düzgün qərar verəcəksən. Gəl. 

Ulduz heç nə deməyib maşına əyləşir. Yolda atasını görür, gizlənir. 

Müəllimə. Evdə nə deyib çıxdın? 

Ulduz. Elə bilirlər örüşə getmişəm. Mən yalançıyam.  

Müəllimə. Bəzən yalan yeganə  çıxış yoludur. Bilirsənmi, təsadüfə bax, sən 

qızımla eyni otaqda imtahan verəcəksiniz.  

Onlar müəllimənin bacsıgilə gəlirlər. Evlərindən aydın olurdu ki, onlar kasıb 

ailədirlər. Bacısı onları qarşılayır. Nə lazımdırsa edir və müəlliməni işarə ilə 

mətbəxə çağırır. 

Bacısı. Bu qız kim? Başına bəla açarsan. 

Müəllimə. Uzun əhvalatdır (Müəllimə hər şeyi nağıl edir) 

Bacısı. Bilirsən ki şəraitimiz yaxşı deyil, yoxsa ömrüm boyu himayə edərdim. 

Müəllimə. Qoy imtahanlarını versinlər. Bir şey fikirləşərik.  

Onlar otağa gəlir. Uşaqlar danışır, gülür. Ulduz da hərdən gülümsəyir. 

Sabahkı imtahan haqqında düşünür. Hamı yatır. Ulduz yata bilmir. ”Mən 

burda qala bilmərəm. Nə isə etməliyəm. Amma nə..” Anasının  şəklini 

çantadan götürüb öpüb ağlayır. ”Gözümün nuru, bağışla məni” Yerində 

uzanır.   

Müəllimə. Oyanın, imtahana gecikərik.  

Həyəcandan Ulduz heç nə yeyə bilmirdi. Onlar evdən çıxırlar. Ulduz 

çantasını da götürür. Gedirlər. 

Ulduz. Müəllimə bu gecə yuxuda anamı gördüm. Mənə uğur arzuladı.  



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Müəllimə. Narahat olma, o, səni bağışlayacaq (müəllimə üzünü 

yana çevirib göz yaşlarını gizlədir). 

Onlar gəlib çatırlar imtahan verilən yerə.  İmtahan saat 11-də 

başlayacaq. Onlarsa artıq saat 10-da çatmışdılar. Həyətdə xeyli 

adam vardı. Ulduz onlara baxıb düşünür ”kaş  mənim də 

valideynlərim yanımda olaydı” Saat 11-in yarısı uşaqlar içəri daxil olur. 

Müəllimə. Uğur olsun əzizlərim.  

Ulduz çantasını götürəndə. 

Müəllimə. Qoy çantan qalsın. 

Ulduz. Narahat olmayın, içəri qoyacam. Burda adam çoxdur. 

Müəllimə. Yaxşı fikirdir, burda adam çoxdur. Özüm də çox həyəcanlıyam. 

Birdən yaddan çıxar. Burda qoyub gedərəm harasa. Bir dəfə buna oxşar 

hadisə gəlib başıma.  

Ulduz (müəlliməni öpür). Bu gündən artıq həyatın imtahanı başlayır. 

(kövrəlib gedir). Qızlar otağa daxil olur. Hər kəs öz yerində  əyləşir. Sual 

kitabçaları paylanır, uşaqlar çox həyəcanlıdır.  İmtahan başlayır.  İmtahan 3 

saat olur, lakin  

Ulduz (2 saatdan sonra) Baxa bilərsiniz? Mən bitirdim. 

Nəzarətçi kağızı götürür. 

Ulduz. Mən nəticəmi necə, nə vaxt öyrənə bilərəm?  

Nəzarətçi. Görürsənmi bu şifrə  və  iş nömrəsinin köməyi ilə öyrənə bilərsən 

(nəzarətçi kağızda göstərir) 

Ulduz. Zəhmət olmasa gözləyin (tez şifrə və iş nömrəsini əlinə yazır).  

Ulduz otaqdan çıxanda”Uğurlar” deyib çıxır. Aşağı enir. Müəllimənin 

bacısıgilə getmək istəmirdi. ”Mən onlara yük ola bilmərəm” Nəzarətçiyə 

yaxınlaşır.  

Ulduz. Mənim çantamı verə bilərsiniz? Onu anam bura qoyub. 

Nəzarətçi. Buyurun.  

Ulduz. Bəs burda arxa qapı hardadır?  

Nəzarətçi arxa qapını göstərdi. Ulduz arxa qapıdan çıxıb uzaqda 

valideynlərlə söhbət edən müəlliməsini gördü. ”Bağışlayın məni” və ordan 

uzaqlaşmağa başladı. Birdən yadına düşdü. ”Nə  qədər  əlimdəkilər 

pozulmayıb qeyd edim”  

İmtahan bitdi, uşaqlar çıxdı. Müəllimə  qızları axtarır. Birdən müəllimənin 

qızı göründü. 

Müəllimə. Ulduz hanı? Necə yazıb?  

Qızı. Ulduz sənin yanında yoxdur? O, 1 saat əvvəl çıxıb. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Müəllimə. Necə yəni, ola bilməz, bəlkə hələ içərdədir. Müəllimə 

və qızı içəri daxil olur. Nəzarətçiyə yaxınlaşırlar. 

Müəllimə. Bura çanta verən qızı görməmisiniz? 

Nəzarətçi. Həə. O qız çoxdan gedib. Dedi anam məni gözləyir.  

Müəllimə və qızı xeyli axtardılar. Müəllimə düşünür ”Niyə belə 

etsin axı” Ağlayır. Qorxudan heç nə deyə bilmir, çünki onun özünü iddiham 

edərdilər. Bu an Ulduzgilin ailəsində vəziyyət çox pisdir. Ana ağlayır. 

Ata. Allah bilsin harda kiminlə kef edir. Onu bağışlamayacam. 

Anası. Ay kişi bəsdir. Evdən qaçmasına biz səbəbkarıq. Onu başa düşə 

bilmədik. Yazıq balam hardadır, indi nə edir?  

Qızsa küçələri gəzir. Birdən qarşısına mağaza çıxır. Üzərindəki yazı onu cəlb 

edir ”Satıcı tələb olunur” İçəri daxil olur.  

Ulduz. Salam. Bağışlayın mən elana görə gəldim. 

Sahibkar. Buyurun. Amma əvvəlcə deyin görüm kitablarla aran necedir?  

Ulduz. Kitabları çox sevirəm. 

Sahibkar. Kitabları sevirsənsə burda işləmək çətin olmaycaq.  

Ulduz. Əlbəttə.  

Sahibkar. Bəs nə üçün soruşmadın ki, iş vaxtı necedir?  

Ulduz. Buna ehtiyac yoxdur (Ulduz gözlərini yerə dikdi). 

Sahibkar. Niyə? 

Ulduz. Çünki mənim başqa gedəcək yerim yoxdur. 

Sahibkar xeyirxah insandi. O, çox pis oldu. 

Sahibkar. Hələlik qonşu otaqda qalarsan, sonra bir şey fikirləşərik. Orda o 

qədər də rahat olmasa da yataq da var. 

Ulduz. Narahat olmayın.  

Sahibkar düşünür ”mən doğrumu etdim ona inanmaqda. Bəs insanlıq. Mən 

ondan imtina etsəm kim kömək edəcək. Görəsən o, burda tək qorxmaz. 

Bilmirəm nə edim” Ulduz da kitablara baxır. 

Ulduz. Mən burda qorxmaram, darıxmaram. Məndən narahat olmayın. 

Adam heç bu kitablarla qorxar? 

Sahibkar. Burda çay hazırlamaq və içmək üçün hər nə desən var. 

Axşam saat9-getmək istəyəndə. Qızım bəs sənin evin niyə yoxdur? 

Ulduz. Mən evdən qaçmışam (Qız hər şeyi sahibkara danışır) 

Sahibkar. Bilmirəm doğru etmisən ya yox, amma sevinirəm ki, oxumaq üçün 

necə  əzabalara qatlanmısan. Narahat olma, bəlkə  də buna dəyər.  İndi 

yorğunsan, yat dincəl. Qapını mən bağlayacam.  

Sahibkar gedir, qız da anasının şəklini götürüb uzanır. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Ulduz. Bilirsənmi ana, bu gün hamı övladını imtahana yola 

salanda uğur arzulayırdı (qız ağlayır). Sən də  mənə yuxuda 

uğur arzuladın. Nə olardı bu həqiqət olardı (Ağlayıb anasının 

şəklini öpür, onu yuxu tutur) 

Səhər sahibkarın səsinə oyanır. 

Ulduz. Çoxdan gəlmisiniz?  

Sahibkar. Bir az olar, çay hazırlamışam. Qalx. Çay iç.  

Gün öz axarı ilə davam edir. Ulduz işə başlayır 

.Sahibkar. Bəs imtahanın nəticləri nə zaman bəlli olacaq? 

Ulduz. Mənə sabaha deyiblər. 

Sahibkar. O zaman sabah xoş xəbər eşidərik. 

Sahibkar gedir. Yenə qız qalır tək, anasının şəkli ilə söhbət edir. Yatır. Səhər 

açılır. Bu gün tez oyanıb, çay hazırlamışdı. Sahibkar da gəldi. 

Sahibkar. Deməli bu gun cavablar məlum olacaq. 

Ulduz. Bəli. Elə özüm də çox həyəcanlıyam. 

Sahibkar. Səbr et, az qalıb. Axşam yadıma sal baxaq. 

Axşam üstü sahibkar. Gətir şifrəni nəticələrə baxaq. 

Ulduz. Bu dəqiqə.  

Ulduz həyəcanlı halda dəftərdən  şifrəni götürmək istəyəndə pul da gördü. 

Heç nə demdi artıq. 

Ulduz. Alın əmi. 

Sahibkar gözlərini ekrana dikib cavabı gözləyir. Ulduz həm həyəcanlanır, 

həm utanır. Cavab ekrana çıxır. Sahibkar təəccüblənir, dili tutulur. Ulduz 

dayana bilməyib özü cavaba baxır. Bilmir sevinsin, yoxsa ağlasın. O, ekranda 

700 bal görür. Həyəcandan sahibkarın boynuna sarıldı. Ağlayır. 

Ulduz. Əmican qucaqla məni, indi buna çox ehtiyacım var. 

Sahibkar. Ağlama qızım. Bax indi mən də  ağlayacam. Bu böyük uğurdur. 

Səni təbrik edirəm. Yəqin indi sənin yerində oxumaq istəyən hər bir 

abituriyent olmaq istərdi. 

Onlar ayrılır, Ulduz göz yaşlarını silir. 

Ulduz. Qəbul oldum. Bəs sonra? Çox qorxuram. Bacararammı?  

Sahibkar. Mən yanındayam qızım, narahat olma. 

Avqust ayıdır. Qeydiyyat başlanıb. 

Sahibkar. Gedek  

Ulduz. Qeydiyyat başlayıb artıq.  

Onlar gəlir universitetə. Ulduz qeydiyyatdan keçir. Amma yenə valideynsiz. 

Onlar mağazaya gəlir. Sonra sahibkar qonşu mağazaların birindən kiçik tort 

alır. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Sahibkar. Qızım gəl bunu qeyd edək. 

Ulduz. Çox sağ olun. Həyatda sizin kimi insanlar olmasa mən 

indi kim bilir harda idim. 

Sahibkar. Bu haqda danışma qızım ye. 

Axşam sahibkar yenə gedir evə. Qız yerinə uzanıb adəti üzrə 

anasının  şəklini qucaqlayıb danışır. Bilirsənmi ana, bu gün mən 

universitetlərin birində qeydiyyatdan keçdim (ağlayır). Hamı ora 

valideynləri ilə gəlmişdi. Mən isə..(ağlayır).  

Ağlayır və yatır.  

Artıq sentyabrın 15-dir. Bu gün başqa günlərdən çox fərqlidir. 

Həyəcanlanırdı. O, qəbul olduğu universiteti tanıyırdı. Tezdən oyanıb 

hazırlaşır və sahibkar da gəlib çıxır. 

Sahibkar. Gəl gedək, qızım. Səni özüm aparacam. 

Ulduz. Narahat olmayın  əmican, mən oranı tanıyıram. Bu günə  qədər çox 

kömək etdiniz. Haqqınız çoxdur boynumda. 

Sahibkar. Səni tək qoya bilmərəm. 

Ulduz. Siz işinizdə olun. Mən bacararam. 

O, tək gedir universitetə. Hələ heç kim yoxdur. Oturur skamyada. Yavaş-

yavaş hamı  gəlir, valideynləri ilə birgə. Hamı deyir-gülür, sevinir. Ulduzun 

gözü kənarda tək dayanmış qıza sataşır. Ona yaxınlaşır. 

Ulduz. Bağışlayın, olar 1 söz soruşum?  

Qız fikirdən səksəndi. 

Buyurun, necə kömək edə bilərəm? 

Ulduz.Mən1-ci kursam, nə edim bilmirəm? 

Qız. Sən təksən? Yoxsa. 

Ulduz. Xeyr təkəm. Valideynlərim işdədir. Onlar gələ bilmədilər. Yoxsa məni 

tək qoymazdılar. 

Qız. Belə gündə övladı təkmi qoymaq olar? Neçə bal toplamısan?  

Ulduz. 700 bal. 

Qız. Onda sən burda nə edirsən, indi səni yuxarı çağıracaqlar tələbə bileti 

verməyə. Tez ol get. Elə bu vaxt Ulduz öz adını eşitdi. 

Ulduz Məmmədova. 700 bal. Tətbiqi riyaziyyat və kibernetika fakultəsi. 

Alqışlar başladı. Ulduz qaça-qaça qışqırır. 

Mən burdayam, mən burdayam.  

Hamı onun yuxarı qalxmasına kömək etdi. O,çox sevinirdi. Tələbə biletini 

aldı. Və danışdı. 

Bütün tələbələrə uğurlu yol diləyirəm. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

 



Kövrəlib aşağı endi. Tələbələrdən soruşa-soruşa fakultəsini 

tapdı. Fakultənin qarşısında hamı elində  qələm-dəftər nə isə 

yazırlar divardan asılmış lövhədən. Ulduz da yaxınlaşır. Görür 

bu dərs cədvəli. O, da çantasından qələm-dəftər götürüb qeyd 

edir. Sonra 1-ci kursların arxasınca gedir. Onlar böyük bir otağa 

daxil olurlar. Hamı əyləşir. İçəri fakultənin heyəti rəhbər başda olmaqla gəlir. 

Uşaqları təbrik edir. Qız evə gəlir. 

Sahibkar. Necə keçdi ilk günün? 

Ulduz. Hər şey yaxşı idi, sağ olun.  

Axşam yenə anasının şəkli ilə danışmağa başlayır. 

Bilirsənmi ana, bu gün mənim ilk günüm idi. Hamı valideynləri ilə idi. Kaş 

sən də yanımda olaydın. Elə darıxmışam ki səninçün. (Kövrəlir).  

Artıq bir neçə gündür dərslər başlayıb. Bir gün ciddi görkəmli bir müəllim 

auditoriyaya daxil olur. Dərs başlayır. Günahı olmasa belə Ulduzu danlayır: 

Ay qız, sakit qal.  

Ulduz ağlayır. 

Müəllim. Özünü artistliyə vurma, gözünün yaşını sil. 

Ulduz heç nə demir. Dərs qurtarır. Ulduz mağazaya gəlir. Axşamüstü Ulduz 

mağazada kitabları səliqəyə salanda birdən səs eşidir. 

Salam.  


Ulduz üzünü çevirir və təəccüblənir. 

Siz?.  


Müəllim də təəccüblənir.  

Sən? Sən burda nə gəzirsən?  

Bu vaxt sahibkar gəlir. 

Siz tanışsınız? 

Müəllim. Bu qızı universitetdə gördüm, dərsdə.  

Ulduz. Bu bizim müəllimdir. 

Sahibkar. Bilirsənmi Ulduz, bu bizim daimi müştərimizdir, çox gözəl 

insandır. 

Ulduz heç nə demədi. 

Müəllim. Bu qız burda nə gəzir?  

Sahibkar müəllimi kənara çəkib olanları danışır. Müəllim çox peşman olur 

bugünkü hadisəyə görə.   

Müəllim. Bilirsən mən tək yaşayıram, qoy mənimlə qalsın. 

Sahibkar. Bu müddət  ərzində neçə  dəfə dedim gedək mənim evimə, sənə 

çətin olar, razılaşmadı. 

Müəllim. Sən məni yaxşı tanıyırsan. Çalış razı sal bu işə.  




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

10 


 

Sahibkar Ulduzla danışdı, Ulduz razı olmasa da 

Müəllim. Qorxma, bilirəm bu günkü hadisəyə görə  məndən 

qorxursan.. Məni tanısan görərsən ki, mən tamam başqa 

insanam. (Sahibkardatəsdiqedir). Qız sahibkara inanırdı. 

Razılaşır. Həmin an yığışır müəlliminin evinə. Müəllimi ilə 

ünsiyyət qurmğa çətinlik çəkir. 

Müəllim. Qorxma qızım, hamı  məni qəddar kimi tanıyır. Mənim belə 

olmağımın öz səbəbləri var, lakin səni ilk görəndən mənə çox güclü təsir 

etmisən. Səni çox istəyirəm,  əgər qızım olsan bundan az istəməzdim 

(müəllim kövrəlir). 

Ulduz. Qızınız, ailəniz yoxdur? 

Müəllim. Uzun əhvalatdır. Sonra danışaram.  

Müəllim qalxıb evlə tanış edir Ulduzu. Hər şeyin yerini göstərir. Artıq Ulduz 

gələni bir neçə gündür ki, Adil müəllimdə qəribə dəyişiklik var. Bunu hətta 

universitetdə  də hiss ediblər. O, çox mehriban və gözəl insan olmağa 

başlayıb. Yəqin onu belə dəyişən Ulduz idi.   

Müəllim. Mənim həyatda heç kimim yoxdur. İstəyirəm səni övladlığa 

götürüm. 

Ulduz. Axı mənim.. 

Müəllim. Bilirəm valideynlərin var. Amma onlar səni axtarmayıblar (susur). 

Uzun sükutdan sonra  

Ulduz. Razıyam. 

 Müəllim Ulduzu qucaqlayır. 

Müəllim. Amma istəyirəm adını Günəş qoyum. Çünki qaranlıq ömrümə 

Günəş kimi nur saçdın. 

Ulduz. Sizə necə xoşdur elə olsun.  

Amma hələ Ulduz ona ”Ata” demirdi. Birinci kursu əla qiymətlərlə bitirib 

ikinci kursa keçir. Hələ valideynlərdən xəbər yoxdur. 

Müəllim. Görürəm dərslər çətinləşib, ev işləri ilə çatdıra bilmirsən. İstəyirəm 

sənin üçün bir köməkçi tapım. 

Ulduz razılaşır. Müəllim yaxınlarına və tanışlarına etibarlı adam axtardığını 

deyir. Bir gün müəllimin dostlarından biri. 

Bir qadın var. Artıq 3 gündür onu eyni yerdə oturmuş halda görürəm. Hiss 

etmişəm ki, köməyə ehtiyacı var, lakin pul verdim almadı. Dilənçiyə oxşamır. 

Onunla uzun söhbətdən sonra dedi ki, işləmək istəyirəm.  İş  təklif etdim, 

söylədi heç bir təhsilim yoxdur. Tək yaxşı bacardığım ev işləridir. Birdən sən 

yadıma düşdün. 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

11 


 

Müəllim. Götür gəl bizə. Bununla həm qıza, həm o qadına 

yardım etmiş olarıq. 

Səhər Adil müəllimin dostu qadını Adil müəllimgilə  gətirir. 

Qadın içəri daxil olur. Gözləri Ulduzun gözlərinə sataşır. Çaşıb 

qalır və düşünür ”Ulduzuma necə bənzəyir. Amma o, bu qədər 

dəyişməz axı. Ola bilər Allah insanı eyni yaradır. nə bilim.” Ulduz düşünür 

”Bu mənim anam ola bilməz. O, tək bura gələ bilməz. Yəqin mən 

bənzədirəm. Ya da darıxdğım üçün belə düşündüm” Qadın içəri daxil olub 

əyləşir. Lakin gözlərini Ulduzdan çəkmir. Elə Ulduz da ona baxır. Ulduz 

gələnlərə çay gətirir.  

Qadın. Adın nədir qızım? 

Ulduz. Günəş. 

Qadın. Gözəl adın var. Mənim qızıma bənzəyirsən (ah çəkir) 

Ulduz. Qızınıza nə olub? (Ulduz həyəcanlanır). 

Qadın. Uzun əhvalatdır. 

Hamı dağılır. Qadın və Ulduz fikirli evdə bir-birlərinə baxa-baxa gəzirlər. 

Axşam düşür. 

Adil m. Sizi evinizə ötürüm izninizlə. 

Qadın. Mənim evim yoxdur. 

Ulduz. Qoy bizdə qalsın. 

Müəllim Ulduzu kənara çəkir. 

M. Biz hər adama izn verə bilmərik bizdə qalsın. Axı biz onu tanımırıq. 

Ulduz. Görün necə qəmlidir? Anama oxşayır. Yəqin tənha qalıb. 

Müəllim. Yaxşı nə deyim daha. Qonşu otaqda yatar. 

Ulduz sevinir. 

Ulduz. Xala gedək sizə yerinizi göstərim. Bu gündən bizimlə yaşayacaqsınız. 

Qadın. Narahat olmayın mənə görə. 

Ulduz. Nə narahat olmaq. Bizim heç kimimiz yoxdur. Biz tək qalırıq. Qalın 

burda (Ulduz təkid edib qadını razlığa gətirir). 

Ona evi və qadının öz otağını göstərir. Hamı otağına keçir, uzanır yatağına. 

Ulduz anasının şəklini götürür “Qonşu otaqda bir qadın var, tamamilə sənin 

kimidir. Lap çaşıb qalmışam. Doğurdanmı bu sənsən? Onu soruşmağa 

utanıram. Nə isə düzgün anlamaz. Həm qızına nə isə olub. Sabah mütləq 

öyrənəcəm. Bəlkə kömək edə bildim”. Qadın da qızının köynəyini 

qoxlayaraq yerində düşünür ”Sən getdiyin gündən qoxunu bundan alıram 

qızım. Axı indi sən hardasan, nə edirsən?  İndi mən bir evdəyəm. Qonşu 

otaqda bir qız var, sənə  bənzəyir, mənim  şıltaq qızım. Hansısa qüvvə  məni 




                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

12 


 

cəzb edirdi onda. Amma inanmıram o qız sənsən. Axı onun adı 

Günəşdir (qadın ağlayır). 

Səhər açılır.  İstirahət günüdür. Qadın erkən oyanıb səhər 

yeməyi hazırlayır. Ulduz oyanır, lakin balıncın altından 

anasının  şəklini götürməyi unudur. Hamam otağına keçir. 

Qadın bu an onun otağını  səliqəyə salmağa gedir. Balıncı götürəndə yerə 

şəkil düşür arxası yuxarı. Qadın  şəkli götürüb baxmaq istəyəndə  qız içəri 

daxil olur. 

Ulduz. Zəhmət olmasa verin. Anamın  şəklidir. Ayrılıqdan bəri yeganə 

təsəllim olub bu şəkil. Hər gecə onunla danışıram. Öpürəm, ağlayıram. Kaş 

özü də yanımda olaydı. Elə darıxmışam ki səsi üçün, qoxusu üçün. Çox gözəl 

qadındır. 

Qadın. İcazə verərsənmi baxım şəklə? 

Ulduz. Əlbəttə, buyurun.  

Qadın  şəkli alıb baxanda dünya başına fırlanır sanki. Qızın boynunu 

qucaqlayıb ağlayır. 

Qadın. Axı niyə səni ilk görəndə..(ağlayır). (Qız çaşıb qalıb). 

Ulduz. Xala sizə  nə oldu, siz anamı tanıyırsınız? Elə  mən də sizi kiməsə 

bənzətdim. Anam necedir? 

Qadın. Qızım görürsənmi necə  dəyişmişəm ananı tanıya bilmədin. Bağışla 

məni. Mən də  sənin üçün darıxmışam. Sən getdiyin gündən qoxunu 

paltarlarından alıram. Hər gecə yuxuma gəlib məni öpürdün. 

Ulduz. Sən də  mənim yuxuma gəldin, ana. O qədər ağladım ki sənin üçün 

(Qız-ana bir-birinə sarılır. Bu zaman Adil m. otağa daxil olur).  

Adilm. Necə? Siz.. (kövrəlir). Sən necə anasan, siz necə valideynsiniz? Qızının 

ən mühüm anında yanında ola bilmədiniz. Sevincini, uğurunu, həyəcanını 

onunla bölüşə bilmədiniz. 

Sonra qız atasını soruşur. 

Ana. Sən gedəndən içir. Bir gün ağır xəstəliyə tutulacaq. Səni axtarmaq 

haqqında deyəndə getsən qayıtma söylədi. Dözə bilməyib çıxdım evdən. 

Ulduz. Can ana, necə qocalmısansa tanıya bilmədim. Saçlarının ağına qurban 

olum. Müəllimə necədir? 

Anası. Sən itdiyin gündən qəribə olub. Ağlayır, darıxır. 

Ulduz. Mənim üçün də çox çətin oldu. Amma həyatda yaxşı insanlar var. 

Mənə çox kömək etdilər. 

Anası. Bəs sən bura necə gəldin?  

Ulduz. İndi bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, indi mən istədiyimə nail 

olmuşam.  



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

13 


 

Onlar bu evdə yaşamağa başlayır. Qız artıq 4-cü kursda oxuyur. 

Dərsin sonunda fakultə rəhbərinin iştirakı ilə iclas təşkil olunur. 

İclas saat 14:00-da başlanır. 

Rəhbər. Bizim universitetin bir neçə şirkətlərlə əlaqələri var. Hər 

il  əlaçı  məzunlarımızı onlar işə  qəbul edir. Bu il də bir neçə 

tələbə namizədlər var. Onlardan biri də Günəş  İbrahimlidir (Günəş çox 

sevinir, nə deyəcəyini bilmir). Razısanmmı Günəş? 

Günəş. Əlbəttə razıyam. Amma bilmirəm mən bunu bacara bilərəmmi? 

Dekan. Əlbəttə bacararsan. Sənə uğur diləyirik. 

Günəş sevinərək evə  gəlir. Olanları olduğu kimi danışır. Müəllim və anası 

çox sevinir. Onu təbrik edirlər. 

Ulduz. Bir həftədən sonra işə başlayıram. 

Adilm. Yaxşı edirsən. Uğurların davamlı olsun. 

Ulduz. Sağ olun. Sizə borcluyam (öpür). 

Ulduz işə  çıxır. Çox iri və inkişaf etmiş bir şirkətdir.  İşçi heyəti savadlı 

insanlardır. Ulduz məsuliyyətli olmasına görə burda da fərqlənir. Az keçmir 

ki, rəhbər vəzifələrdən birini tutur. Bir gün iş yoldaşlarının söhbətini eşidir. 

1-ciadam. Nə edirəmsə uşağım oxumaq istəmir. 

2-ciadam. Bizdə də vəziyyət eynidir. Görəsən, harda səhv etmişik? 

3-cüadam. Uşaqlara istədiyi həyatı yaşatmaq üçün çox əziyyət çəkmişik. 

Oxumaq istmir övladım. Anlamaq istəmir ki, heç mənimçün oxumur axı. 

Ulduz söhbəti eşidib yaxınlaşır. 

Ulduz. İstəmədən eşitdim söhbətinizi. Övladlarınız hansı məktəbdə oxuyur?. 

Hamısı. X nömrəli məktəbdə. 

Ulduz. Anladım. Kərimə deyin yanıma gəlsin. 

1-ci adam. Oldu.  

Ulduz otağına keçdi. Bir anlıq öz həyatını  və oxumaq istəməyən uşaqları 

düşündü. Bu an Kərim otağa daxil oldu. 

Kərim. Məni çağırmısınız? 

Ulduz. Bəli Kərim, çox vacib işlərim var. Burdakı işlərdə mənə kömək et. Ola 

bilsin işə də gələ bilmədim. 

Kərim. Narahat olmayın, mənə güvənə bilərsiniz. 

Ulduz evə  gəlir və elə  həmin gecə öz həyatını  əks etdirən kiçik bir hekayə 

yazır, adı ”Tükənməz sərvət” Səhər hekayəni çıxartdırır,gətirir məktəbə. X 

nömrəli məktəbə gəlir. Direktorun otağını soruşur. Göstərirlər. Qapını döyüb 

otağa daxil olur. 

Ulduz. Salam. Mənim bir layihəm var. İstəyirəm bu məktəbdə  həyata 

keçirim. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

14 


 

Direktor. O nə layihəsidir? Niyə bizim məktəbi seçmisiniz? 

Ulduz.. Bir yarışdır. Kiçik bir hekayə var. Onu təhlil edəcəklər. 

Ən yaxşı təhlilin sahibi mükafatlanacaq. 

Direktor. Özünüzü yormayın. Bizim uşaqlar inanmıram 

razılaşar. İnanmıram faydası olar. 

Ulduz. Gəlin bir cəhd edək. Ümidinizi üzməyin. Nə lazımdırsa edin, 

uşaqlarla bu yarış baş tutsun. Direktor razılaşır. Yarış təşkil olunur. Bir həftə 

sonra qalibə hədiyyəni təqdim etmə mərasimi akt zalında təşkil olunur. Belə 

tədbirin olacağını Adil müəllim də bilir və düşünür ”Əsl fürsətdir bir ata və 

balanı barışdırmaq üçün” Adil müəllim Ulduzgilin rayondakı evinə gedir. 

Kənddə soruşa-soruşa evi tapır. İçəri daxil olur. 

Adil m. Salam. 

Kazım. Salam nə lazımdır? (yataqda uzanıb,qalxmağa cəhd edir). 

Adilm. Narahat olmayın, uzanın. Mən bura bir məsələ üçün gəlmişəm. 

Kazım. Buyurun eşidirəm. 

Adilm. Sizin qızınız Ulduz. 

Kazım. Mənim o adda qızım yoxdur (üzünü yana çevirir) 

Adil m. Qulaq asın mənə. Mənim övladım yoxdur. Daim arzuladım  şikəst 

olsa belə bir övladım olsun. Amma siz sağlam, ağıllı bir övladdan imtina 

edirsiniz. Nə sizin, nə  mənim haqqımız yoxdur kiminsə arzusunu, sevgisini 

boğaq. O, çox ağıllıdır. Oxumaq üçün qaçdı. Namusuyla çalışdı. Zəhmət 

çəkdi (Ata ağlayır, göz yaşlarını gizlədir). Onun heç bir şad günündə yanında 

ola bilmədiniz. Heç olmasa indi gəlin. Allah bir övlad qazanmaq üçün sizə 

şans verir. O, mənim övladdımdır. Lakin onun hər  şeyi olsa da atasızlıq 

boşluğunu doldura bilmirəm. Onun hekayəsinin təqdimatı olacaq. Siz də 

gəlin. Ünvan burdadır. Sabaha qədər vaxtınız var. Mən gedirəm. 

Kazım. Çıxın evimdən. 

Adil müəllim çıxıb gedir.  

Məktəbin bütün heyəti, valideynlər və  şagirdlər yığışdılar. Bu tədbirə 

sahibkar, Azər müəllim, Ulduzun anası da gəldi. Adil müəllim hələ yox idi. 

Gecikirdi. Günəş fikirləşir ”O, məni tək qoymaz axı”  

Ulduz. Qalibi təqdim etməmişdən öncə kiminsə sualı varmı əsər haqqında? 

1-ci şagird. Bu olmuş hadisədirmi? 

Ulduz. Bəli. Çox təəssüf hissiylə deyirəm ki, XXI əsrdə yaşasaq da hələ belə 

ailələr var. 

II şagird. Bu qızı tanıyırsınız?  

Ulduz. Bəli. 

III şagird. Bəlkə bir gün təşkil edəsiniz biz də görək o qızı? 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

15 


 

Ulduz. O, burdadır. Siz onu görürsünüz (hamı  təəccüblənir). 

IV  şagird. Bəs o qızın yerinə olsanız bağışlayardınız 

valideynlərinizi? 

Ulduzun gözü qapıdadır. Kimisə gözləyir sanki. Adil müəllim 

hələ gecikir. 

Ulduz. Üzr istəyirəm sualı təkrar edin (Sual təkrar olunur). 

Adil m. Onun böyük ürəyi var. O, bağışlayar (zala daxil olur). 

Hamı. Bu kimdir?. 

Ulduz. Atamdır. (Adil müəllim kövrəlir). 

Ulduz. Bağışla sizin sualınıza cavab vermədim. Bağışlayardım. Onları çox 

sevirəm. Amma mənim üçün də maraqlıdır bəs onlar bağışlayardımı 

övladlarını? 

Kazım. Bağışlayar (zala daxil olur. Rəna müəllimə  də yanında). Ulduz və 

hamı çox təəccüblənir. O, səhnədən enərək ilk olaraq müəlliməsinin əlindən 

öpür və ağlayır. Hamı təəcüblə baxır. 

Ulduz. O qız mənəm (üzünü zala tutur). 

Rəna müəllimə. Atanı qucaqla. 

Bəlkə  həyatında ilk dəfə atasını qucaqlayır. Atasını  və müəlliməsini 

əyləşdirir. Qalxır səhnəyə. 

Ulduz. İndi isə qalibi elan edək. 

Qalib..(sükut) Orxan Hüseynovdur. (Hamı təəccüblənir). 

Şagirdlər. O, məktəbin ən pis oxuyan şagirdidir. O, heç nə bilmir.  

Orxan səliqəsiz geyimdə, utana-utana səhnəyə gəlir. 

Ulduz. Sakit olun. Al özün oxu Orxan. 

Orxan. Zəhmət olmasa siz oxuyun. 

Ulduz oxuyur “Valideynlərimə inad edərək dərs oxumurdum. Düşünürdüm 

ki, valideynlərim məni sevmirsə  mən də oxumayacam. O qızı özümün 

halımla müqayisə etdim. O zəif dediyimiz qız oxumaq üçün nələr edir, amma 

biz hər  şəraitimiz olduğumuz halda oxumadıq. Bu günə  qədər itirdiyim 

zamana görə çox peşmanam. Amma söz verirəm ki, oxuyacam (məktubu 

qatlayır).  Əziz uşaqlar 1 həqiqət var ki, arzu olmasa yaşamağa dəyməz. 

Valideyn öz övladının bütün arzularını yerinə yetirməklə onu arzusuz qoyur 

və yaşamaqdan məhrum edir. Çalışın arzularınızı öz zəhmətinizlə 

reallaşdırın. İndi isə mükafatı təqdim edim. Buyur Orxan. 

Orxan. Düşünmürdüm qalib olacam. Düşünürdüm ki, siz də yazdıqlarıma 

baxıb mənə axmaq kimi baxacaq və  mənə  dəyər verməyəcəksiniz. Bir halda 

ki qalibəm. Mükafatımı  uşaqlar evinə  hədiyyə edirəm (Orxan zaldan çıxır. 

Hamı onu alqışlayır). İclas bitir. Hamı zaldan çıxır. 



                           “ANAMIN KİTABI” ƏDƏBİ MÜKAFAT / PYES MÜSABİQƏSİ / UZUN SİYAHI 

                          __________________________________________________________________________ 

16 


 

Kazım. Məni bağışlayarsanmı qızım? 

Ulduz. Bu nə sözdür ata? Hər zaman qucaqlamaq istədim səni. 

Zaldan çıxanda 

Kazım. Özümü pis hiss edirəm. Bəlkə bu son sözümdür. Sənə 

xoşbəxtlik arzulayıram (gözünü əbədi yumur). Ulduz da 

ağlayır. Bu hadisədən 2 ay sonra Ulduz atasının adına xeyriyyə fondu açdırır. 

Həmin il X nömrəli məktəb gözəl nəticəyə görə 1-ci yerə  çıxır. Orxan 



Hüseynovun isə 700 bal toplayır.  

 

Yüklə 105,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə