Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
  1   2   3   4   5   6   7   8   9   ...   57


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
SEYFƏDDİN RZASOY
MİFOLOGİYA

FOLKLOR:
NƏZƏRİ-METODOLOJİ KONTEKST
B A K I – 2 0 0 8


2
AMEA Folklor İnstitutu
Elmi Şurasının qərarı ilə çap olunur.
ELMİ REDAKTORLAR:
Hüseyn İSMAYILOV,
filologiya elmləri doktoru, professor;
Füzuli QURBANOV,
fəlsəfə elmləri doktoru
RƏYÇİLƏR:
Məhərrəm CƏFƏRLİ,
filologiya elmləri doktoru, professor;
Cəlal BƏYDİLİ,
filologiya elmləri doktoru;
Ramil ƏLİYEV,
filologiya elmləri doktoru
NƏŞRİNƏ MƏSUL:
F.e.n. Əziz ƏLƏKBƏRLİ
Seyfəddin Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji
kontekst. Bakı, «Nurlan», 2008. – 188 səh.
Monoqrafiyada Azərbaycan və dünya folklorşünaslığının XX əsr-
dəki elmi-nəzəri təcrübəsi əsasında «Folklor nədir» sualına cavab ax-
tarılmış, folklor etnokosmik düşüncə modeli, etnik özünüifadə və
davranış kodu kimi səciyyələndirilmiş, mif-folklor-ədəbiyyat münasi-
bətlərinin dialektik strukturu, ədəbi düşüncənin strukturu və metod
problemi, ədəbi düşüncə tarixi və struktur-semiotik təhlil metodu,
folklorun struktur-semiotik metodla öyrənilməsi təcrübəsi, elmdə ka-
teqorial-epistemoloji əyarlandırma zərurəti,  «oğuz mifi» anlayışı,
«türk mif metamodeli» anlayışı, «epos» anlayışı, «Oğuznamə eposu»
anlayışı, mif və müqayisəli-tarixi təhlil metodu, oğuz mifinin struktu-
runun təhlili, oğuz mifinin struktur təhlili,  «struktur» və «struktura-
lizm» anlayışları, «model» və «dünya modeli» anlayışları, oğuz mifi
və struktur-semiotik təhlil metodu, oğuz mifinin metodoloji təhlil
modeli və «Azərbaycan mifologiyası» problemi və s. kimi məsələlər-
dən bəhs olunmuşdur.
R
4603000000
Qrifli
nəşr
N-098-2008
© S.Rzasoy, 2008


3
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
G İ R İ Ş
Folklor – xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millət
yaddaşı və xalq yaddaşı...
Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas
olunur...
Yaddaş «qalar-qopar» dünyada «gəlimli-gedimli» ritmlə öz
yaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğunun
fövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşa
onun yaddaşına müncər olunur...
Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi
kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir...
Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa
nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu
millətlər içində millət edən zirvəyə qalxa bilir...
Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və
təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda
saxlamasından birbaşa asılıdır...
Xalqın yaddaşını incələyə-incələyə onun mədəni-ictimai yad-
daşına adı həkk olunmuş mərhum akademik Yaşar Qarayev
«Göyçəyə qayıdan yol folklordan keçir...», – deyərək millət və xalq
kimi bütöv olmağın, parçalara, tikələrə bölünməməyin, milli
bütövlüyün formulunun, bütün mahiyyətinin folklor yaddaşına
sədaqətdə olduğunu bəyan etdi:
«Xəritəmiz yalnız folklorumuzda dəyişməyib, bütün qalıb. Kər-
küklə və Təbrizlə, Göyçə ilə və Qarabağla, Dərbəndlə və Borçalı ilə
indi də bir yerdə, bütövdə yaşadığımız mənəvi məkanın adı –
folklordur... Sehrli və müqəddəs folklor ərazisindən


4
bir sətri, bir qarışı da Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd,
Xıdır Nəbi... yada, qəsbkara güzəştə getməyib»
1
.
Xalqın məhvi və yaşamı onun total milli yaddaşından – folklor
yaddaşından asılıdır. Yaşar Qarayevin «bəyanından» aydın olduğu
kimi, Azərbaycanın Kərkükü – İraqın, Təbrizi – İranın, Göyçəsi –
mənfur Ermənistanın, Dərbəndi – Rusiyanın, Borçalısı – Gürcüstanın
siyasi
xəritəsində
«məskunlaşsa»
da,
vətən,
xalq

millət
Azərbaycanın milli folklor yaddaşında bütün tarixi əzəməti ilə
bütövdür. Xalqın faciəsi o vaxt başlanır ki, milli yaddaş korşalır: onda
bütövlüyün milli sxemləri tədricən silinir.
Milli yaddaş heç bir zaman və heç bir halda korşalmamalıdır.
Millətin ən böyük vəzifəsi bu yaddaşı qorumaqdır. Çünki yaddaş
korşalanda:
vətəndaş – vətənin sərhədlərini səhv salır;
rəhbər – sosial haqqı nahaqqa qurban verir, total milli harmo-
niyanı xaosa çevirir;
işçi – çörək üçün düşmənə də nökərçilik edir;
siyasətçi – ölkənin siyasi balansını nizamlaya bilmir;
iqtisadçı – ölkənin maddi əsaslarını dağıdır;
müəllim – xalqın intellektual inkişafının bünövrəsini məhv edir;
həkim – millətin fiziki-mənəvi sağlamlığına «balta çalır»;
general – ordunu və vətəni satır;
əsgər – düşmənlə dostu səhv salır;
alim – intellektini bir qarın çörəyə satır...
Demək, vətəndaşlı, prezidentli, fəhləli, siyasətçili, iqtisadçılı,
müəllimli, həkimli, alimli, əsgərli, sərkərdəli – bizim hamımızın
millət olmaq yolumuz milli yaddaşın qorunmasından
1
Y.Qarayev. Redaktоrdan: Göyçəyə qayıdan  yоl fоlklоrdan keçir... // Azərbaycan
fоlklоru antоlоgiyası, III kitab, Göyçə fоlklоru.  Tоplayıb tərtib edəni H.İsmayılоv.
Bаkı: Sədа, 2000, s.3


5
keçir. Etnik yaddaşı qorumaq – milləti qorumaqdır: millət olaraq
özünü təsdiq etmək və xəlqi mahiyyətini, etnik varlığını yaşatmaq
deməkdir. «Göyçəyə qayıdan yol folklordan keçdiyi» kimi, millətin
bugününə, şanlı keçmişinə və işıqla dolu sabahına gedən yol da
folklordan keçir...
Lakin bütün yolları, o cümlədən folkloru da özündə birləşdirən
bir ulu yol
var: mifologiya. Mifologiya bəşər mədəniyyətinin
başlanğıc nöqtəsidir. Ondan o yananı dərk etmək, anlamaq hələlik
mümkün deyildir. Bəlkə də, heç vaxt mümkün olmayacaq...
Ümumiyyətlə, insanın özünüdərkinin yolu mifologiyadan keçir.
Mifologiyasız heç bir mədəniyyətin etnokosmik mahiyyətinə nüfuz
etmək
mümkün
deyildir.
M.Öcal
Oğuzun
yazdığı
kimi,
«mifologiyasız
bir
mədəniyyətin
olması
mümkün
deyildir.
Mifologiya
insan
oğlunun
öyrənmək
ehtiyacının
başlanğıc
nöqtəsidir. Mifologiya öyrənmək ehtirasının doğurduğu, günümüzə
gəlib çatan ən əski bilgilərdir. Mifologiya elmin başlanğıcıdır.
Təəssüf ki, günümüzün pozitivist anlayışı içərisində mifologiya elm
tarixinin başına yerləşdirilməmişdir. Mifologiya insan oğlunun öz
çevrəsi ilə bağlı ilk maraq və öyrənmək ehtiyacının məhsulu olaraq
meydana çıxmışdır»
2
.
Azərbaycan etnokosmik gerçəkliyinin də substratını təşkil edən
mifologiyanın öyrənilməsi təkcə milli folklorşünaslığımızın deyil,
eləcə

ümumtürk
folklorşünaslığı

bütövlükdə,
dünya
türkologiyasının
həlli
vacib
problemlərindəndir.
Məsələnin
aktuallığı ilk növbədə mifin hər bir mədəniyyətdə olduğu kimi,
Azərbaycan
mədəniyyətindəki
yerinin,
rolunun

semantik
mahiyyətinin öyrənilmə zərurəti ilə bağlıdır.
2
Оğuz Ö.M. Bоz  Аtlı Hızır  ve  Ren Geyikli  Nоel Bаbа İkileminde
Türklerde  Yılbаşı  /  Türk  Dünyаsındа  Nevruz.  Üçüncü Uluslаrаrаsı  Bilgi
Şöleni Bildirileri.  Аnkаrа:  АYK  Аtаtürk  Kültür  Merkezi Bаşkаnlığı
Yаyınlаrı, 2000, s. 245


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə