Mikrobiologiya



Yüklə 1,4 Mb.
səhifə1/15
tarix01.11.2017
ölçüsü1,4 Mb.
#8028
  1   2   3   4   5   6   7   8   9   ...   15

Mikrobiologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu

Bölmə 1. Bakterioloji xidməıtin təşkili və quruluşu

1) Azərbaycan Respublikasında bakterioloji xidmətin təşkili nədən ibarətdir?
A) Profilaktik təbabətin sosial problemləri haqda elmdən

B) Əhalinin sağlamlığının qorunması tədbirlərin sistemindən

C) Təbabətin sosial problemləri haqda elmdən

D) İctimai sağlamlıq və səhiyyə haqda elmdən

E) Xəstələrin profilaktikası üzrə tədbirlər sistemindən
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.
2) Müasir dövrdə səhiyyənin inkişafının optimal yolu hansıdır?
A) Büdcəli-sığortalı təbabət

B) Özəl tibbi praktika

C) Müalicə müəssisələrinin aksiyalaşdırması

D) Sığortalı təbabət

E) Dövlət sistemi
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.
3) Həkim vəzifəsi haqqında olan elm – deontologiyanın mahiyyəti nədən ibarətdir?
A) Administrativ, cinayət, intizamlı məsuliyyətdən

B) Müalicə müəssisələrinin aksiyalaşdırmasından

C) Ən yaxşı müalicəni təşkil etmək və xəstənin sağlamlığı üçün faydalı şərait yaratmaqdan

D) Cəmiyyət tərəfində mənəvi məsuliyyətdən

E) Bütün qeyd olunanlardan
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.
4) Həkim etikası və deontologiya əsasına hansı kriteriya daxil deyil?
A) Fərdiyyətçilik

B) Peşəkarlıq

C) Humanizm

D) Bütün qeyd olunanlar

E) Rasionalizm
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.
5) Həkimin etik normaları necə təyin olunur?
A) Qanunlarla və əmrlərlə

B) Qabilliyətlə və vərdişlərlə

C) Bütün qeyd olunanlar ilə

D) Cəmiyyətə qarşı mənəvi məsuliyyət ilə

E) Regionun etnik xüsusiyyətləri ilə
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.

Bölmə 2. Ümumi mikrobiologiya

6) Rənglənmənin hansı üsulu ilə kapsulalar аşkar olunur?
A) Qram

B) Buri-Qins

C) Ojeşko

D) Romanovski

E) Sil-Nilsen
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология», 1983г.
7) Bakteriyaların hərəkətliliyi nə ilə təmin olunur?
A) Hüceyrə divarının yığılması ilə

B) Kapsula ilə

C) Fimbriyalarla

D) Sitoplazmatik membran ilə

E) Gamçıların fırlanması ilə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
8) Spor əmələgətirmə zamanı sintez olunan dipikalino turşusu harada yerləşir?
A) Sporaların qişasında

B) Sporların protoplastında

C) Nukleotiddə

D) Vegetativ hüceyrələrdə

E) Membranada
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
9) Hansı şərtlər spor əmələgətirmə üçün əlverişlidir?
A) Mühitdə qidalı maddələrin çatışmaması

B) Hüceyrə divarının yığılması

C) İşığın artıq təsiri

D) Glükozanın qidalı mühitə əlavə edılməsi

E) Hüceyrədə qidalı maddələrin yığılması
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
10) Volyutin dənələri hansı funksiyaları yerinə yetirirlər?
A) Katalitik funksiyaların yerinə yetirilməsini

B) Antibiotik təsirə malikdirlər

C) İşığın artıq təsirindən müdafiəni

D) İnfraqırmızı şuaların təsirindən müdafiəni

E) Qidalı maddələrin toplanmasını
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
11) Fimbriyalar hansı funksiyaları yerinə yetirirlər?
A) Qidalı maddələrin yığılmasını

B) Katalitik funksiyaların yerinə yetirilməsi

C) Mübadilə zamanı əmələ gələn maddələrin toplanmasını

D) Bakteriofaqların adsorbsiyasını

E) İnsan və heyvan hüceyrələrinə bakteriyaların yapışmasını
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
12) Aşağıdakı funksiyalardan hansılar sitoplazmatik membranın əsas funksiyalarına aiddir?
A) Fermentlərin əmələ gəlməsi

B) İnsan və heyvan hüceyrələrinə bakteriyaların yapışması

C) Sporların əmələgəlməsində, hüceyrə divarlarının komponentlərinin sintezində iştirak etməsi

D) Orqanellalar və sitoplazma arasında mübadiləyə nəzarət

E) İnfraqırmızı şuaların təsirindən müdafiə
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
13) Xov (cinsi xovlar) hansı funksiyaları yerinə yetirirlər?
A) Hüceyrə divarının yığılmasını

B) Katalitik funksiyaların yerinə yetirilməsi

C) Faqositozdan müdafiəni

D) Bakteriyaların konyuqasiyası zamanı bir hüceyrədən digər hüceyrəyə genetik materialın ötürülməsi

E) Mübadilə zamanı əmələ gələn maddələrin yığılmasını
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
14) Sporların əmələ gəlməsi zamanı hansı fizioloji proseslər baş verir?
A) Enerji və biosintetik proseslərin aktivləşməsi

B) Metabolitlərin və ionların daşınmasının tənzimlənməsi

C) Dipikalinov turşusunun yığılması

D) Fermentativ proseslərin aktivləşməsi

E) Suyun miqdarının artması
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
15) Bakteriyaların sporları hansı və neçə tipə bölünür?
A) 3 (endo, artro, xlamidiosporlar)

B) 1(endosporlar)

C) 2(endo, artrosporlar)

D) Bölünmürlər

E) 4 (endo, ekzo, artro, xlamidiosporlar)
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
16) Qram-mənfi bakteriyaların hüceyrə divarının əsas struktur elementləri hansıdır?
A) Qlükoza

B) Teyxo turşuları

C) Lipidlər

D) Peptidoqlikan, lipopolisaxaridlər

E) Proteinlər
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
17) Qram-müsbət bakteriyaların hüceyrə divarının əsas struktur elementləri hansıdır?
A) Qlükoza

B) Proteinlər

C) Saxaridlər

D) Peptidoqlikan, teyxo turşuları

E) Lipidlər
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
18) Qram-müsbət bakteriyaların hüceyrə divarına nə xas deyil?
A) Çoxqatlı peptidoqlikan

B) Birqatlı murein kisəsi

C) Çoxqatlı lipopolisaxaridlər

D) Teyxo turşuları

E) Çoxqatlı murein kisəsi
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
19) Qram-mənfi bakteriyaların hüceyrə divarına nə xas deyil?
A) Çoxqatlı peptidoqlikan

B) Teyxoy turşuları

C) Birqatlı murein kisəsi

D) Çoxqatlı lipopolisaxaridlər

E) Heç biri
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
20) Bakterial hüceyrənin hansı xarici strukturları vacib hesab olunur?
A) Gamçılar, fimbriyalar

B) Fimbriyalar

C) Gamçılar, kapsula

D) Hüceyrə divarı, sitoplazmatik membran

E) Kapsula
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
21) Bakterial hüceyrənin daxili strukturlarından hansı vacib hesab olunur?
A) Volyutin dənələri,kapsula

B) Gamçılar, sporlar

C) Sitoplazma, nukleoid

D) Kapsula

E) Sitoplazmatik membranı
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
22) Bakterial hüceyrənin nukleoidini nə xarakterizə edir?
A) Mitoz

B) Yalnız RNT-nin olması

C) Xromosomların olması

D) Membrananın olmaması

E) Yalnız DNT-nin olması
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
23) Bakterial hüceyrələrin ribosomları hansı proseslərdə iştirak etmirlər?
A) Dezoksiribonuklein turşusunun replikasiyasında

B) Zülalın sintezində

C) Polisomların əmələ gəlməsində

D) Sporların əmələ gəlməsində

E) Metabolizm proseslərində
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
24) Zülalın sintezində transkripsiya rolunu hansı maddə yerinə yetirir?
A) Nəqliyyat ribonuklein turşuları (N-RNT)

B) Dezoksiribonuklein turşuları ( DNT)

C) Kiçik ribonuklein turşuları (K-RNT)

D) İnformasion ribonuklein turşuları (İ-RNT)

E) Ribosomal ribonuklein turşuları (R-RNT)
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
25) Aşağıdakı birləşmələrdən hansı RNT və DNT-nın arasındaki fərqə təsir göstərmir?
A) Azot əsasları

B) Morfologiya

C) Spesifik zülallar

D) Fosfat qrupu

E) Pentozlar
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
26) Sitoplazmatik membranın törəməsi olan bakteriyaların mezosomları hansı prosesdə iştirak etmirlər?
A) Fermentlərin və toksinlərin əmələ gəlməsi

B) Sporların əmələ gəlməsi

C) Hüceyrələrin bölünməsi

D) Hüceyrə divarının sintezi

E) Metabolizm
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
27) Sitoplazmatik membranın əsas funksiyalarına hansı aid deyil?
A) Hüceyrə divarının komponentlərin sintezində iştiraki

B) Orqanellalar və sitoplazma arasında mübadiləyə nəzarət

C) Sporların əmələgəlməsində iştiraki

D) Metabolitlərin və ionların daşınmasının tənzimlənməsi

E) Fermentlərin əmələ gəlməsi
Ədəbiyyat: В.Д. Тимаков «Микробиология»,1983г.
28) Bakteriyaların mezosomları hansı proseslərdə iştirak etmirlər?
A) Energetik metabolizm

B) Hüceyrələrin bölünməsi

C) Spor əmələgəlməsi

D) Hüceyrə divarının materiallarının sintezi

E) Fermentlərin və toksinlərin əmələ gəlməsi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
29) Aşağıdakılardan hansı bakteriyaların qenetik məlumatının daşıyıcısı deyil?
A) Hec biri

B) DNT-nin molekulaları

C) Ribosomal ribonuklein turşularının molekulları

D) Transpozonlar

E) Plazmidlər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
30) Aşağıdakılardan hansı nuklein turşularının əsas komponentlərinə aid deyil?
A) Pentozlara

B) Histonlar

C) Azot əsasları

D) Fosfat qrupu

E) Hec biri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
31) Zülalın sintezi zamanı transkripsiya rolunu aşağıdakılardan hansı icra edir?
A) İnformasion ribonuklein turşusu (İ-RNT)

B) Ribonuklein turşusu

C) Dezoksiribonuklein turşusu

D) Ribosomal ribonuklein turşusu (R-RNT)

E) Nəqliyyat ribonuklein turşusu (N-RNT)
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
32) Vərəmin mikobakteriyaları hansı üsulla rənglənirlər?
A) Ojeşko

B) Romanovski

C) Gimza

D) Qram


E) Sil-Nilsen
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
33) Mikrobların spor olmayan formalarının sterilizasiyası- pasterizasiya rejimi hansıdır?
A) 70 dərəcədə 10 dəqiqə.

B) 65-70 dərəcədə 1saat.

C) 80 dərəcədə 5 dəqiqə.

D) 90 dərəcədə 3 saniyə

E) 90 dərəcədə 30 dəqiqə
Ədəbiyyat: Ф.К.Черкес «Руководство к практическим занятиям по микробиологическим исследованиям»,Москва,1988г.
34) Sterilizasiya üsulu ilə nəyi məhv edirlər?
A) Yalnız sporları

B) Yalnız qeyri-patogen mikroorqanizmləri

C) Bütün mikroorqanizmləri

D) Yalnız patogen mikroorqanizmləri

E) Yalnız şərti patogen mikroorqanizmləri
Ədəbiyyat: Ф.К.Черкес «Руководство к практическим занятиям по микробиологическим исследованиям»,Москва,1988г.
35) Tibbi ləvazimatların sterilizasiyasında hansı cihaz istifadə olunur?
A) Kox aparatı

B) Hava sterilizatoru

C) Qazan

D) Paster sobası

E) Avtoklav
Ədəbiyyat: Ф.К.Черкес «Руководство к практическим занятиям по микробиологическим исследованиям»,Москва,1988г.
36) Sterilizasiyanın kimyəvi metodunda hansı istifadə edilir?
A) Qaz sterilizatorları

B) Buxar sterilizatorları

C) Kimyəvi maddələrin məhlulları

D) Paster sobası

E) Kox aparatı
Ədəbiyyat: Ф.К.Черкес «Руководство к практическим занятиям по микробиологическим исследованиям»,Москва,1988г.
37) Axar hava sterilizasiyası zamanı hansı aparat istifadə edilir?
A) Kox aparatı

B) Sterilizator

C) Paster sobasında

D) Bütün qeyd olunan aparatlar

E) Avtoklav
Ədəbiyyat: Ф.К.Черкес «Руководство к практическим занятиям по микробиологическим исследованиям»,Москва,1988г.
38) Axar hava sterilizasiyası ilə hansı material sterilizasiya olunur?
A) Tibbi ləvazimatlar

B) Spor olan material

C) Heç biri

D) Zülal, zərdab, antibiotiklər

E) Karbohidratlar, süd, jelatin sidik cövhəri
Ədəbiyyat: Ф.К.Черкес «Руководство к практическим занятиям по микробиологическим исследованиям»,Москва,1988г.
39) Tibbi ləvazimatların sterilizasiyası hansı tədbirlərdən sonra aparılır?
A) Yuyulandan, silinəndən və kağıza büküləndən sonra

B) Avtoklavlaşdırmadan sonra

C) Yuyulandan, silinəndən sonra

D) Su ilə yaxaladıqdan sonra

E) Kimyavi maddələrdən yuyulandan sonra
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
40) DNT-nin tərkibinə hansı maddələr daxildir?
A) Pentozalar

B) Dezoksiriboza

C) Dezoksiriboza, pentozalar

D) Riboza, azot əsaslarının analoqları

E) Dezoksiriboza, azot əsaslarının analoqları
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
41) RNT-nin tərkibinə hansılar daxildir?
A) Dezoksiriboza,azot əsaslarının analoqları

B) Dezoksiriboza,pentozlar

C) Riboza, azot əsaslarının analoqları

D) Dezoksiriboza

E) Pentozalara
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
42) Mendel qanunlarına əsasən nişanələrin irsiliyinə iki anlayış daxildir:genotipik və fenotipik.Fenotipik anlayışa hansılar daxildir?
A) Genotipin və mühitin qarşılıqlı təsiri

B) Xarici nişanələrinin və genotipin cəmi

C) Bütün qeyd olunanlar

D) Orqanizmin ətraf mühitlə qarşılıqlı təsiri nəticəsində orqanizmin xarici nişanələrinin aşkar olunması

E) Xarici nişanələrinin cəmi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
43) Mutasiyaların mexanizmini başa düşmək üçün onları hansı göstəriciyə görə təsnif etmirlər?
A) Heç bir göstəriciyə görə

B) Mutasiya olunmuş qenlərin sayina görə

C) Əmələ gəlməsinə görə

D) İstiqamətinə görə

E) Fenotipik nəticələrinə görə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
44) Qenetik mutasiyalar nəyin nəticəsində əmələ gəlmir?
A) Cüt əsasların ayrılması zamanı

B) Ttranspozonların yerini dəyişməsi zamanı

C) Cüt əsasların dəyişməsı zamanı

D) Əsasların əlavə edilməsi zamanı

E) Heç bir proses baş vermədikdə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
45) Bakteriofaqların nukleokapsidi 6 morfoloji tipə bölünür. Onlardan hansı RNT-tərkiblidir?
A) 1,3-cü tip

B) 3-cü tipli

C) 3,4-cü tip

D) 2,3-cü tip

E) 4,5-cü tip
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
46) Bakteriofaqların nukleokapsidinin 6 morfoloji tiplərindən hansı tip həm RNT həm də DNT-təpkiblidir?
A) 3-cü tip

B) 5-ci tip

C) 2-ci tip

D) 1-ci tip

E) 4-cü tip
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
47) Kimyəvi quruluşuna görə bakteriofaqların virionları nədən ibarət deyil?
A) Nuklein turşularından

B) Zülallardan

C) Karbohidratlardan

D) Yağ turşularıdan

E) Neytral yağlardan
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
48) Bəzi faqların adsorbsiyası üçün hansı kofaktorlar lazım deyil?
A) Maqnezium duzları

B) Kalsium duzları

C) Spesifik fermentlər

D) Aminturşular

E) Heç biri
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
49) Faqın dəyişməsi zamanı hansı proses baş vermir?
A) Litik təsirin spektrinin dəyişməsi

B) Orta faqlar virulent faqlara dəyişir

C) Defekt zərrəciklərin əmələ gəlməsi

D) Neqativ koloniyaların morfoloqiyası dəyişir

E) DNT-tərkibli faqlar RNT-tərkibli faqlara keçir
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
50) Bakteriyafaqların ayrılması üçün bir neçə üsuldan hansı ən dəqiqdir?
A) Qram üsulu

B) Appelman üsulu

C) Aqar qatlar üsulu

D) Sil-Nilsen üsulu

E) Zənqinləşmə üsulu
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
51) Praktiki cəhətdən bakteriofaqlar hansı məqsədlə istifadə olunur?
A) Orqanellalar və sitoplazma arasında olan mübadiləyə nəzarət üçün

B) Bakteriyaların morfologiyasını təyin etmək məqsədi ilə

C) Ultra-bənövşəyi şuaların təsirindən müdafiə üçün

D) Bakteriyaların serodiaqnostikası üçün

E) Diaqnostika,müalicə, profilaktika
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
52) Adsorbsiya prosesinə nə təsir göstərmir?
A) Hərarət

B) Ultra bənövşəyi şualar

C) PH

D) Duzların tərkibi



E) Kofaktorlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
53) Bakteriofaqların neçə əsas tipi vardır?
A) 3

B) 2


C) 5

D) 4


E) 6
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
54) Hansı bakteriyalarda bakteriofaqlar adsorbsiya olunmurlar?
A) Lipid qatı olan bakteriyalarda

B) Lipoprotein qatı olan bakteriyalarda

C) Hüceyrə divarı olmayan bakteriyalarda

D) Lipopolişəkərli qatı olan bakteriyalarda

E) Protein qatı olan bakteriyalarda
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
55) Bakteriyaların taksonomiyasının təsnifatının əsasında nəyin təyini lazım deyil?
A) Morfoloqiya

B) Spor əmələgətirmə qabiliyyəti

C) Hüceyrə divarının strukturu

D) DNT-nin strukturu

E) Boikimya
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
56) Bakteriyaların taksonomiyasının əsasında nədir?
A) Mikroorqanizmlərin əlamətlərinin məcmuəsinin bənzərliyində

B) Mikroorqanizmlərin əsas əlamətlərinin mininumunun bənzərliyində

C) Öyrənilən mikroorqanizmlərin mümkün qədər çox olan əlamətlərinin uyğunluğu uçotu

D) DNT-nin əsasında olan əlamətlərinin bənzərliyində

E) Mikroorqanizmlərin əlamətlərinin geniş sahəsinin bənzərliyində
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
57) Mikroorqanizmlərin rənqlənməsi üçün hansı üsul ən çox istifadə olunur?
A) Romanovski

B) Sil-Nilsen

C) Gins

D) Buri


E) Qram
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
58) Mikroorqanizmlərin rənqlənməsi üçün ən çox hansı boyalardan istifadə olunur?.
A) Gensianviolet, fuksin

B) Vezuvin

C) Tuş, fuksin

D) Vezuvin, xrizoidin

E) Metilviolet
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
59) Fazo-kontrast mikroskopiya nə vaxt istifadə olunmur?
A) Bütün qeyd olunan tədqiqatlar zamanı

B) Seroloji tədqiqatlar zamanı

C) Patoloji materialların öyrənilməsi üçün

D) Nativ rənglənməmiş preparatların öyrənilməsi üçün

E) Rənglənmiş preparatların öyrənilməsi üçün
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
60) Tibbi bakteriologiyada lyumisent mikroskopiyanın əsas üsulu hansıdır?
A) Koloniyaların spontan fluoresensiyanın təyini

B) Komplementin birləşmə reaksiyası

C) Düz flüoroxromlama

D) İmmunofluoresensiyanın dolayı reaksiyası

E) İmmunofluoresensiyanın düz reaksiyası
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
61) Mikroorqanizmlərin aşkarı üçün hansı qidalı mühitlər istifadə olunur?
A) Elektiv, zənginləşdirici mühitlər

B) Adi, şəkərli mühitlər

C) Mürəkkəb

D) Pepton suyu,mürəkkəb

E) Ət pepton bulyonu, şəkərli bulyonlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
62) Qidalı mühitlərin keyfiyyətinin nəzarəti üçün hansı üsul daha tez istifadə olunur?
A) Kontrol ştamın titrasiya olunmuş əkməsi, pH təyini

B) Kontrol ştamın titrasiya olunmuş əkməsi

C) Amin azotun, pH təyini

D) pH təyini

E) Oksidləşmənin təyini
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
63) Qidalı mühitlərin sterilizasiya üsullardan ən geniş yayılan üsul hansıdır?
A) Filtrasiya

B) Quru istilik

C) Qaynadılma

D) Paster sobası

E) Avtoklavlaşdırma
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
64) Praktiki laboratoriyalarda heyvanların yoluxdurulması zamanı hansı üsuldan geniş istifadə edilir?
A) Qarındaxili, dərialtı

B) Dərialtı, dəriüstü

C) Damardaxili

D) Peroral, dərialtı

E) Damardaxili, peroral
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
65) Mikroorqanizmlərin aşkarı üçün aşağıdakılardan hansılar ən vacib sayılır?
A) Mühitin oksidləşmə-reduksiya potensialının təyini

B) Mühitin aerasiyasının müəyyən dərəcəsinin təmini

C) Böyümə faktorlarının kifayət miqdarı

D) Hərarət rejimi, müəyyən pH

E) Yalnız hərarət rejimi
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
66) Patogen bakteriyaların arasında ən geniş yayılanlar hansıdır?
A) Obliqat aeroblar

B) Turşuyadavamlılar

C) Ən oksigenə həssas olanlar

D) Obliqat anaeroblar

E) Fakultativ anaeroblar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
67) Kultivasiya hərarətinə görə patogen bakteriyalar hansı qruplara aiddir?
A) Termofillalara

B) Bütün qruplara

C) Mezofillalara

D) Psixrofillalara

E) Heç birinə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
68) Psixrofil bakteriyaların böyünməsi üçün ən optimal hərarət rejimi hansıdır?
A) 30-40 оC

B) 60-80 оC

C) 80-100 оC

D) 20-30 оC

E) 6-20oC
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
69) Antibiotiklərin ən qəbul edilmiş təsnifatı nəyə əsaslanır?
A) Antibakterial təsirinin spektrinə

B) Qanda antibiotiklərin konsentrasiyasına

C) Bütün qeyd olunanlara

D) Kimyavi struktura

E) Təsir mexanizminə
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
70) Antibiotiklərin əsas qruplarına hansılar aid deyillər?
A) Makrolidlər

B) Polisaxaridlər

C) Aminoqlikozidlər

D) Heç biri

E) Betta-laktam antibiotiklər
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
71) Hüceyrə divarının komponentlərinin sintezinin inqibitorları kimi hansı antibiotiklər sayılır?
A) Penisillinlər

B) Aminoqlikozidlər

C) Sulfanilamidlər

D) Polimiksinlər

E) Xinolonlar
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
72) Praktiki laboratoriyalarda antibiotiklərə qarşı mikroorqanizmlərin həssaslığının təyini üçün ən geniş istifadə olunan hansı üsuldur?
A) Duru qidalı mühitdə serialı durulaşma üsulu

B) Bərk qidalı mühitdə serialı durulaşma üsulu

C) Tezləşdirilmiş üsul

D) Disklər vasitəsilə aqarda diffuziya üsulu

E) Qanla tezləşdirilmiş üsul
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə