Millət, Stalinin tərifini sovet məktəblərində hamıya əzbərlədirdilər



Yüklə 136,83 Kb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü136,83 Kb.
#65007

background image
118 

 

Millət nədir?.   



Millət , Stalinin tərifini sovet məktəblərində hamıya əzbərlədirdilər. 

Mən elə o vaxtı doğrudan birinci kursda, əvvəldən də bilirdim onu, o 

tərifi də oxumuşdum. Mən də, elə məndən soruşanda imtahanda, mən 

də elə o tərifi deyirdim şəksiz və birinci- ikinci kursda, ikinci kursda 

univeristetdə oxuyanda mən artıq bəzi siyasi kitablar oxuyannan sonra

o tərifinən razılaşmadım ki, Stalin bu tərifi düzgün deməyib, Stalin o 

tərifi düzgün deməyibdir, ona görə də mən tərifi özüm fikirləşdim ki, 

bunun tərifi nə cür olar? Millətin tərifi nədir? Sonra müəyyən müxtəlif 

təriflər yarandı bilirsiniz. Millətə vahid bir tərif vermək mümkün deyil! 

Dünyada elə şeylər var ki, onun vahid tərifi olmur, onun bir dənə tərifi 

olmur. O məsələ deyək ki, elmin vahid tərifi yoxdur. İnsan nədir? Vahid 

tərifi yoxdur. İnsan haqqında milyonlarınan kitab yazıblar, kino çəkiblər, 

hələ də insanın vahid tərifi yoxdur. Təkin, fərdin, əgər insanın vahid 

tərifi yoxdursa, millətin tərifin də vermək çətindir. Ancaq müəyyən 

insanlar, müəyyən, hardan baxırsınız və milli məsələyə nə cür 

baxırsınızdan qiymət vermək olar. Məsələn Stalinin tərifiynən 

götürəndə ki, Stalinin tərifində deyir ki, onun ərazi bütövlüyü olmalıdır, 

amma Stalin o tərifi verəndə başa düşmürdü ki, Stalin o tərifi verəndə 

heç İsrail dövləti yoxudu, amma yəhudi milləti varıdı. İsrail dövləti 

yoxdu, ərazi də yoxdu, yəhudi  milləti bir ərazidə yaşamırdı. Ancaq 

yəhudi milləti varıdı. Sadəcə olaraq bəzən məsəl üçün deyək ki, heç kim 

deyə bilməz ki, qaraçı milləti yoxdur. Qaraçılar bir yerdə olmullar, amma 

qaraçı milləti var. Çünki bu nədi, yəni insan özü bir millət, bir 

toplumdur. Bir insan toplumudur, bu millət, o toplum bir mədəniyyəti 

daşıyır, bir dildə danışır, bir əqidə və məfkurənin daçıyıcıları toplaşıllar 

ora, əslində bəli o mədəniyyətin toplusu bir mədəniyyətin daşıyıcısıdır 

orda deyək ki, dil birliyi, məfkurə birliyi, mədəniyyət birliyi və bu onun 

təmsilçisidir. Bəzən əyər, məsəl üçün ikinci iç xəttinən götürmək olar. 

Bəziləri deyillər ki, eyni qana mənsub olanlar. Və o məsələni dedim ki, 

orda bir az həqiqət var, amma tam o deyil, çünki insan bioloji varlıq 

deyil!, əgər bioloji varlıq kimi götürsəniz qan tərkibinə baxacaqsınız. 

Həm də ictimai varlıqdır. İctimai varlıq olanda artıq burda materialist, 



Yüklə 136,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə