Millət və millətçilik haqqında



Yüklə 116,99 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü116,99 Kb.
#2219


 

www.turkalevi.com 



Millət və millətçilik haqqında 

 

İdealist  düşüncədə  millət  böyük  bir  ruhdur,  ruhun  törədicisidir;  deməli,  o  parçalana  bilməz. 



Millətimiz  yalnız  ərazi  baxımından  parçalanıb.  Ruhu  təmsil  edən  millətin  mədəniyyəti, 

ədəbiyyatı,  dili,  tarixi  və  başqa  göstəriciləridir  ki,  bunlardan  da  heç  biri  parçalanmayıb; 

Azərbaycanın  güneyində  də,  quzeyində  də  hətta  yeməklər  də,  bayramlara  münasibət  də 

eynidir. 

 

*** 


 

Mən  Türk  millətçisiyəm  və  bununla  fəxr  edirəm.  Ancaq  bizim  Türk  millətçiliyimiz  şovinizmə, 

irqçiliyə  qarşı  olan  bir  ideyadır.  Bizim  millətçiliyimiz  milli  özünümüdafiə,  Türk  milli  ruhunun 

qorunması,  onun  dirçəldilməsi,  dünyaya  çatdırılması  və  Türk  birliyinə  nail  olmaq  uğrunda 

mübarizədir. 

 

*** 



 

Millətçilik  haqqında  məndən  öncə  çox  adam  danışıb.  Ancaq  ən  ümumiləşmiş  və  məniim 

xoşuma gələn fikir budur ki, millətçilik də din kimi müqəddəs bir inamdır. 

 

*** 



 

Stalin  deyirdi ki, millətin millət  olmasından  ötrü  onun  ərazi  bütövlüyü  olmalıdır. Amma Stalin 

o  tərifi  verəndə  İsrail  dövləti  hələ  yoxdu,  ancaq  yəhudi  millətisə  vardı.  Yaxud  heç  kim  deyə 

bilməz ki, qaraçı milləti mövcud deyil, halbuki onun vətəni yoxdur. 

 

 

 



*** 

 

Millət bir insan toplumudur. O toplum bir mədəniyyəti daşıyır, bir dildə danışır, bir əqidə və 



məfkurənin daşıyıcılarını birləşdirir. 

 

*** 



 

…Millətinə  bağlı  olmaq  insanı  həm  güclü,  həm  xoşbəxt  edir,  onu  müqqədəs  bir  inamla 

yaşadır. 

 

*** 



 

İnsan millətini sevərkən, millətinə qovuşarkən ölümsüzlüyə qovuşur, çünki insan millətinin bir 

hissəciyidir  - onunla bütövləşir; onunla bütövləşəndə millət  ölməzdir deyə insan da ölməzliyə 

qovuşur. 

 

*** 


 

Uzun illər elmi  araşdırmalar, müşahidələr apardım, gördüm ki,  bütün dünya 400 ildir TÜRK'ü 

söyür.  Niyə?  Bir  Osmanlı  imperatorluğu  bütün  Avropanı  divara  bərk-bərk  sıxmışdı.  Məsələn, 

fransızlarla  ispanlar  müharibə  aparırlar,  fransızlar  Türkiyədən  -  Osmanlı  sultanlığından  xahiş 

edirlər  ki,  gəlin  bizi  bu  ispanlardan  qurtarın.  Türk  donanması  çıxır  fransız  limanlarına  və 

hücuma   başlayır.   Türklər   Fransaya   girərək   oradan   ispanları   qovurlar.   Deməli,   xristianı 




 

www.turkalevi.com 

xristiandan  azad  edən  Türkiyəydi  -  Osmanlı  imperatorluğuydu!  Əlbəttə,  ispanlar  onlarla 

düşmən olacaqdı. 

 

Bəli, türklər bir müddət qaldılar Fransada. Onlar burada öz dövlət aparatlarını qurmadıqlarına 



görə  ispanlardan  azad  olandan  sonra  Fransada  yeni  aparat  yarandı.  Osmanlı  sultanlığından 

tələb  etdilər  ki,  ordularını  buradan  çək,  o  da  çəkdi.  Sultan  Süleymanın  vaxtında  Osmanlı 

imperatorluğu   Vyananı  mühasirəyə   alıb.   Vyananı   tutdunsa   məsələ   qurtardı  -  Osmanlı 

sultanlığı  Avropanın  göbəyindən  girir  içəri  və  xristian  dünyasının  qapısında  böyük  zərbə 

qüvvəsinə və burada bütün islam dünyasının arxasına çevrilir. 

 

Başda  İngiltərə  olmaqla  Avropa  görür  ki,  Osmanlı  imperatorluğuyla  -  TÜRK'lə  bacarmaq 



olmayacaq,  gənc  Rusiya  imperatorluğunu  gücləndirir  ki,  yavaş-yavaş  türk  xanlıqlarını  zəbt 

eləsin.  Moskvanı  böyüdürlər,  Peterburqu  böyüdürlər.  Get-gedə  Tatar  xanlığı,  Krım  xanlığı 

məğlub  edilir,  Qazan  xanlığı,  Həştərxan  xanlığı  məhv  edilir,  bütün  türk  torpaqları  zəbt  edilir. 

Sıra  Qafqaza  yetişir.  Pyotr  gəlir  Qafqaza  və  uduzur.  Bu rus  imperatoru  türklərlə müharibədə 

iki  dəfə  məğlub  olub  -  bir  Qafqazda,  bir  də  Prud  çayında.  Deməli,  türklər  hələ  qüvvələrini 

itirməyib. 

 

Bir  müddət  keçir,  XVIII  əsrin  sonunda  Napoleon  kimi  nəhəng  bir  sərkərdə  (hələ  imperator 



olmamışdı) Direktoriyanın başçısı kimi Misrə hücum edərək onu türklərin əlindən alır. Suriyanı 

da almağa hücum  edir, ancaq orada türklər Napoleonu darmadağın edərək əzirlər. Napoleon 

da  Pyotr  kimi  gecə  gəmiyə  minərək  qaçır  ki,  mühasirəyə  düşməsin.  Bəli,  dünyanın  iki 

tanınmış, nəhəng imparatoru - Fransa və Rusiya imperatorları türklərə məğlub olub! 

 

Cəngavər  TÜRK'ü  Avropa  daim  özünə  təhlükə  sayıb.  Bu  təhlükəni  aradan  götürmək  yolları 



onu  həmişə  düşündürüb.  Başlayıb  Türkiyənin  arxasında  düşmən  axtarmağa.  Avropadan 

Hindistana  gələnlər  görüblər  ki,  oradakı  xalq  türk  deyil  və  türklərə  qarşıdır,  Hindistanı  məhz 

ona görə tutdular ki, türklərin arxasında cəbhə açsınlar. Sonra İrana keçdilər, farsları özlərinə 

çəkdilər.  Bütün  məqsədləri  türk  olmayanları  Avropaya  tərəf  çəkmək  və  türkü  məhv  etməkdi. 

İkiüzlü, üçüzlü siyasət yeridiblər. 

 

"Şərq  məsələsi"  deyilən  mövzu  həmişə  meydanda  olub  və  Avropanın  din  missionerləri, 



dövlətə xidmət edən casusları, alimləri, yazıçıları - hamısı türkün əleyhinə yazıb, işləyib. 

 

*** 



 

Bu  yazılanlar  XIX  əsrdə  çap  olunaraq  elmi  və  bədii  ədəbiyyata  çevrilib.  Türklər  də  həmin 

qərəzli  ədəbiyyatı  oxuyur  və  başlayırlar  özlərini  özlərindən  qırağa  çəkməyə  -  əşi,  türk 

olmayaq. Osmanlı imperatorluğu bu məsələnin həlli yolunda baş sındırır: "türk" deyəndə bizə 

pis baxırlar, gəlin özümüzə "yeni osmanlılar" deyək, yəni Osmanlı imperiyasında yaşayanların 

hamısı: türk, ərəb, erməni, yunan... bərabərdir, çünki onların hamısı "yeni osmanlılar"dır... 

 

Bəli, özümüzə türk deyəndə başımızı kəsiblər. Təsəvvür edin, məsələn, Ermənistanda deyiblər 



ki, siz türklər kürdlüyü qəbul edin, yoxsa başınızı kəsəcəyik. Camaat da gedib kütləvi surətdə 

kürdlüyü qəbul edib. 

 

[…] Bu saat Azərbaycanda yaşayan türklərin bir hissəsi özünü kürd sayır. Zəngəzur, Qubadlı, 



Sisyan boylarında hamısı kürdlüyü qəbul ediblər ki, öldürülməsinlər. Pasportda özlərini "kürd" 

yazdırıblar. Çox qəribədir ki, bu  hadisə  Gürcüstanda  da  baş verib  -  orada deyiblər ki, gürcü 




 

www.turkalevi.com 

familiyasını  qəbul  edin,  sizi  öldürməyək.  Gedin  axtarın  Naziraşvili`ni  -  onun  əsl  familiyası 

Nazir  olub.  Xeyli  adam  da  qorxudan  gürcüləşib.  İndi  bəzilərindən  soruşanda  ki,  sənin 

familiyan niyə "-şvili"dir, deyir ki, o zaman qorxudan qəbul etdim... 

 

Yəni   TÜRK   dünya   miqyasında   assimilyasiyaya   uğradılır,   bu   yolda   ağlasığmaz   cəhdlər 



göstərilir,  ölçüyəgəlməz  pullar  xərclənir.  Çin  bir  tərəfdən  assimilyasiya  edir,  Hindistan  bir 

tərəfdən,  farslar  bir  tərəfdən,  ərəblər  bir  tərəfdən,  ruslar  bir  tərəfdən,  avropalılar  bir 

tərəfdən.  Məqsəd  TÜRK'ü  qüvvə  olaraq  məhv  etməkdir.  Çünki  onlar  min  illər  boyunca 

baxaraq  görüblər  ki,  türklər  15  imperatorluq,  38  imperatorluq  olmayan  dövlət  yaradıblar 

(tarixdə  TÜRK  dövlətlərinin  sayı  110-dan  çoxdur),  neçə  dəfə  dünya  ağası  olublar,  öz 

ordularıyla bütün dünyanı lərzəyə gətiriblər. 

 

*** 


 

Türklər  öyrəndiyi  ideyaya,  məsləkə  çox  vurğun  millətdir;  vurulubsa,  inanıbsa  ondan  əl  çəkə 

bilmir. Çox əfsus ki, bu ideyaları, məfkurələri bizə ya fars dilində öyrədiblər, ya ərəb dilində. 

 

*** 



 

Millətçilik  artıq  yüz  ildir  yol  gəlir  Azərbaycana.  İlk  ciddi  milli  oyanış  Səttar  xan  hərəkatından 

sonra  başlandı.  Güneydə  ayılaraq  türk  milləti  olduğumuzu  dərk  etdik,  azadlığımızı  əldə 

etməyə  can  atdıq  və  məşrutəli  dövlətimizi  qurduq.  Ancaq  millət  olaraq  bu  nailiyyəti  əldə 

saxlaya  bilmədik.  Buna baxmayaraq  ruhdan düşmədik  və  çox  keçmədən  az  qala  eyni vaxtda 

azadlıqsevər  milli  ruhumuzun  hökmüylə  Quzeydə  Məmmədəmin  Rəsulzadə`nin  başçılığıyla 

bütün müsəlman aləmində ilk demokratik dövlət - Azərbaycan Cümhuriyyəti və Güneydə Şeyx 

Məhəmməd Xiyabani`nin başçılığı altında özünü İrandan ayırmış müstəqil Azadistan dövlətləri 

yaratdıq.  Hətta  onları  təqib  edən  Sovet  Azərbaycanının  da  nisbi  müstəqilliyi  (ən  azı,  bəlli 

sərhədləri)  vardı.  1945-46-cı  illərdəsə  Güneydə  Seyid  Cəfər  Pişəvəri  milli  ruhumuzun 

təcəssümü  olan  yeni  müstəqil  milli  dövləti  meydana  çıxardı  (son  hadisədə  SSRİ-nin  hansı 

dərəcədə  rol  oynaması  xalqın  müstəqillik,  azadlıq  istəklərinin  ülviliyinə  kölgə  sala  bilməz). 

Bəli, bu dövlətlərin hamısı milli azadlıq mübarizəsinin nəticəsində yaranmışdı. 

 

*** 



 

Türklərin  xilası,  bildiyimiz  kimi,  boz  qurdla  bağlanılır.  Boz  qurd  haqqında  qədim  dastanlarda 

bildirilir ki, türklər Altay dağlarının arasında Ərgənəkon adlı bir dərəyə düşürlər, sonra zəlzələ 

olur,  dərənin  qabağı  bağlanır.  Türklər  orada  dörd  yüz  il  yaşayır,  artır,  çoxalır  və  daha  oraya 

sığışmırlar,  başlayırlar  bir-birini  qırmağa.  Türkün  bu  dar  dərədən  qurtuluş  yolu  yoxdu.  O 

zaman  boz  qurd  gəlir,  bir  quzunu  götürüb  qaçır;  onun  məqsədi  əslində  ov  etmək  yox,  dərə 

sakinlərinə çıxış yolunu göstərməkdi. Çoban onun ardınca gedir, görür ki, bir mağara var. Boz 

qurdun  dalınca  girir  bu  mağaraya,  o  biri  tərəfdən  işığa  çıxır.  Qayıdıb  camaata  çıxış  yolunu 

göstərir.  Keçid  dar  olduğuna  görə  o  qayanı  əridir,  parçalayır,  geniş  yol  açır,  hamı  böyüklü- 

kiçikli  atla,  arabayla  çıxır  buradan.  Boz  qurdun  sayəsində  baş  vermiş  bu  qurtuluş  yazın 

əvvəlinə  düşür.  Türkün  tarixində  yeni  bir  günün  başlanğıcı  olan  bu  hadisə  bayrama  çevrilir. 

Sonradan  farsların  "Novruz"  ("Yeni  gün")  adlandırdığı  həmin  sırf  türk  bayramı  məhz  bu 

hadisəylə  bağlı  yaranıb  və  onun  nə  farslara  (əcəmlərə),  nə  də  başqalarına  heç  bir  dəxli 

yoxdur.  Yeri  gəlmişkən,  gözəl  şairimiz  Məşədi  Azər  Buzovnalı  da  özünün  "Oğuznamə" 

poemasında, hafizəm məni aldatmırsa, belə təsdiqləyir: 



 

www.turkalevi.com 

Yeni günün var türklərə nisbəti, 

Əcəmlərin bundan yoxdur qisməti. 

Türk qövmünün bu gün malıdır, malı, 

Əcəmlər də buna razı olmalı. 

Türklər üçün uğurlu gündür bu gün, 

 

Bu gün kimi olmaz nə toy, nə düyün. 



 

*** 


 

Boz  qurd  həm  də  müqəddəslik  ruhunun  gəlməsi  deməkdir.  Əli  bəy  Hüseynzadə  yazırdı  ki, 

1918-1925-ci  illər  arasında  türkün  boz  qurdu  peyda  olmuşdu.  (O,  Mustafa  Kamal`ı  yox, 

azadlığa  çağıran  ruhu  nəzərdə  tuturdu).  Orta  Asiyada  müstəqillik  uğrunda  mübarizə  gedir, 

müstəqil  əmirliklər  yaranır.  Güney  Azərbaycanda  müstəqil  dövlət  yaranır.  Bütün  dünyada 

çalxalanma  var.  Amma  Əli  bəy  Hüseynzadə`nin  sözlərinə  görə,  türklər  bu  boz  qurdun  - 

azadlıq  idealının  dalınca  getmədilər  və  boz  qurd  küsüb  uzaqlaşdı;  vuruşmadıq,  yarımçıq 

getdik  ki,  bizim  azadlıq  vaxtımız  çatıb  və  bu  fürsəti  itirdik.  Ancaq  əsrimizin  sonunda  o  boz 

qurd bir də gələcək və XX əsrin sonu türk əsri olacaq. Bu, Əli bəy Hüseynzadənin sözüdür: bu 

dəfə  də  türklər  onun  arxasınca  getməsələr,  öz  azadlıqlarını  həll  etməsələr  onları  faciədən 

daha  heç  kim  qurtara  bilməz,  ancaq  inanıram  ki,  türklər  bu  dəfə  ayıq  olub  onun  arxasınca 

gedəcək, onu qazanacaqlar. 

 

*** 


 

Bəli,  türkləri  məhv  etməkçün  dünya  bir  antitürk  dövrü  yaşayıb  -  XVII  əsrdən  XX  əsrin 

ortalarınadək  türkləri  kütləvi  şəkildə  qıraraq  məhv  ediblər.  Son  vaxtlar  -  II  dünya 

müharibəsindən  sonra  xüsusən  Qərb  yavaş-yavaş  başladı  başqa  cür  davranmağa  (o  da  rus 

imperiyasının  qorxusundan);  o,  Türkiyəyə  çəkinə-çəkinə  kömək  göstərdi,  belə-belə  dünyada 

Türkiyəyə münasibət dəyişməyə başladı. 

 

İndi  türklərin  dünyada  kütləvi  məhv  edilmək  qorxusu  yoxdur.  Türk  etnosu  yenidən  öz 



qüvvəsini toplayır. O, yeni bir etnos kimi yenidən doğulacaqdır, yəni bu türk etnosunun 500 il 

bundan qabaqkı türk etnosundan çox böyük fərqi olacaq. Onun milli dəyərləri, milli təfəkkürü, 

milli mədəniyyəti yüksəlir. Məsələn, orta çağlarda türklər daha çox ərəb və fars mədəniyyətini 

yaşadıblar...  Hakimiyyət  imperatorluğuna  türklər  yiyələnsələr  də  onların  dövründə  belə  bədii 

ədəbiyyat  imperatorluğu  fars  dilinə,  elmi  və  dini  ədəbiyyat,  məktəblər  imperatorluğu  ərəb 

dilinə məxsus olub. Amma indisə sırf milli türk kökü üstündə yaranan yeni dövlətlər meydana 

çıxır. Bu, tam yeni keyfiyyətli yeni bir doğuşdur. 

 

*** 



 

Bu  gün  Türkiyədə,  Azərbaycanda,  Orta  Asiyada  yazılan  tarix  kitablarının  hər  biri  türkün 

mövqeyindən  yox,  Avropa  dövlətlərinin  mövqeyindən  yazılıb.  Bu,  soydaşlarımızda  türk  milli 

heysiyyətinin formalaşmasına əngəl törədən ən mühüm amillərdəndir. 

 

*** 



 

www.turkalevi.com 

Bu  yaxınlarda  bir  türk  psixoloqu  mənə  dedi  ki,  bizim  uşaqlarımız  psixologiyanı  ona  görə 

öyrənə  bilmir  ki,  psixologiya  dərsliklərini  fransız  psixoloqu,  özü  də  fransız  psixologiyası 

əsasında  yazıb.  Axı  fransız  psixologiyası  bizə  yabançıdır;  onu  oxuyuruq,  amma  tuta  bilmirik, 

çünki bizim ruhumuza uyğun deyil. Gərək oxuyan kimi biləsən ki, bu nə deyir. 

 

*** 



 

Türklük odur ki, türklüyün mahiyyətini dərk edəsən və onunla fəxr edəsən, necə ki, ingilislər 

ingilisliyi dərk edir və onunla fəxr edirlər. 

 

*** 



 

Türkdən  danışanın  təpəsindən  "millətçi"  deyərək  o  qədər  döyüblər  ki,  indi  hamı  türkdən 

danışanda  qorxur:  "Türkəm  desəm  məni  də  pantürkist  adlandırarlar",  yaxud  "Avropada 

mənim əsərimi qəbul etməzlər, Avropa alimləri üstümə cumar, tənqid yazar". Bax, çox şeydə 

bundan  qorxuruq.  Bu  düşüncə  bizdə  bir  naqislik  kompleksi  yaradıb.  Biz  o  kompleksi 

bütövləşdirməliyik;  bununçünsə  bircə  üsul  var  -  böyük  bilik  sahibi  olmaq.  Türkləri  sevmək 

hələ azdır, onlarla bağlı bütün həqiqətləri də öyrənmək lazımdır. 

 

*** 



 

Amerikada  göydələnlərin  memarı  (adı  yadımdan  çıxıb)  deyirdi  ki,  dünyada  ən  böyük  memar 

Sinan`dır. Bütün Türkiyə came-məscidlərini memar Sinan tikdirib. O, səksən böyük bina, yüz 

neçə  təkyə,  xırda  binalar  müəllifidir,  yəni  memarlığın  nəhəngidir.  Yaxud  məşhur  bir  yunan 

dəniz  qulduru  vardı  (sonralar  İngiltərənin  admiralı  olmuşdu),  deyirdi  ki,  dənizdə  mənim 

qabağıma  heç  kim  çıxa  bilməz.  İngilislər  ona  "admiral",  başqa  xalqlar  "quldur"  deyirdilər. 

Həmin admiral deyirdi ki, bir dənizçi var - Xeyrəddin Barbarossa, o, sağ olsaydı onun yanında 

köməkçi  işləyərdim.  Dəniz  döyüşlərinin  ən  nəhəng  qəhrəmanı  deyir  bu  sözləri!  Türklüyünü 

dərk etməyə can atan türksənsə bunları bilməlisən. 

 

*** 



 

Bir var çarxlı təkər, bir də var bütöv təkər. Bütöv təkər yonulmuş dairəvi taxtadır, ortasından 

deşik  açırsan,  gedir,  ancaq  o,  çox  ağırdır.  Çarxlı  təkərsə  çox  yüngül  və  sürətli  olur.  Onu 

dünyaya  gətirən  və  Misrə,  başqa  bir  çox  ölkələrə  yayan  məhz  türklərdir.  Digər  millətlər 

deyirdilər ki, türklər onun lisenziyasını bizə versəydilər dünyanın ən varlı milləti olardıq. Bütün 

çarx  sistemi  onun  üstündə  yaranıb:  maşınların  təkərləri,  təyyarələrin  şassiləri  və  s.  Bunların 

hamısı türk təkəri üstündə inkişaf edib, o sistemlə irəliləyib. Atı yəhərləyən, onu tərbiyə edən, 

neçə-neçə çöl heyvanını əhliləşdirən ilk millət də türklərdir. 

 

… Dünyanın çox yerində ən gözəl hamam türk hamamı sayılır. 



 

*** 


 

Bax,  bu  böyük  mədəni  irsi  öyrənəcəksən,  onda  səndə  böyüklük  kompleksi  yaranacaq  - 

deyəcəksən  ki,  mən  bu  ulu  mədəniyyətin  daşıyıcısıyam,  mən  bu  böyük  elmin  daşıyıcısıyam, 

mən  bu  böyük  tarixin  daşıyıcısıyam  və  dünyaya  tərəqqi  və  rifah,  ədalət  və  mədəniyyət 

gətirmişəm. Bundan sonra sən özünü sübut edəcəksən. 

 

*** 




 

www.turkalevi.com 

Dünya  dahilərini  ortalığa  qoyacaqsan.  Mən  çox  təəssüf  edirəm  ki,  biz  hələ  də  bu  işdə  çox 

geriyik.  Aristoteli,  Platonu,  Qalileyi,  Koperniki...  az  qala  əzbər  bilirik,  ancaq  İbn  Sina,  Farabi, 

Biruni,  Nəsirəddin  Tusi,  Uluğ  bəy...  kimi  nəhənglərimizin  nə  yazdığından,  demək  olar  ki, 

xəbərimiz yoxdur, halbuki dünya elm və mədəniyyəti onlardan nə qədər  qidalanıb və indi də 

qidalanmaqdadır.  Avropada  XV,  XVII,  XVIII  əsrlərdə  çap  olunmuş  elmi  kitablara  baxın  - 

hamısı  Şərq  müəlliflərinin  kitablarıdır.  Nəsirəddin  Tusinin  "Evklid  həndəsəsi"ndən  ("Təhriri- 

Üqlidis")  tutmuş  Farabinin,  İbn  Sinanın,  Biruninin  əsərlərinədək  hamısını  latın  dilinə,  yəhudi 

dilinə,  başqa  əcnəbi  dillərə  çevirərək nəşr  etmiş, sonra  da  bütün Avropaya  yaymışlar.  Biz bu 

irsə  yiyələnmədiyimizdən,  onlara  yiyə  durmuş  Avropanın  alimləri  qarşısında  təzim  etməyə 

məcburuq. 

 

*** 



 

Bir  alman  alimi  öz  kitabında  belə  yazır  ki,  ən  böyük  mədəniyyət  insan  olub  insan  kimi 

davranmaq,  insan  kimi  yaşamaqdır  və  bu  məsələdə  tarixdə  türklərdən  üstün  millət  olmayıb. 

Həmin  alman  alimi  yazır  ki,  "Avrasiya"  deyilən  yerdə  Avropa  və  Asiya  mədəniyyətlərini  bir- 

birinə qovuşduraraq yeni bir mədəniyyət yaradan türklər olub. 

 

Çinin ipəyini çinlilər yox,  türklər aparıb  İtaliyaya. Çinin barıtını, kompasını  çinlilər yox,  türklər 



aparıb  Avropaya.  Və  Avropanın  nəyi  varsa  türklər  daşıyıb  töküblər  Çinə.  Bəli,  türklər  bu  iki 

müxtəlif  mədəniyyəti  çulğaşdıran  bir  super  etnosdur!  Özü  də  onların  bu  yöndə  çalışmaları 

dünənin və bugünün deyil, on min illərin söhbətidir. 

 

*** 



 

Söhbət  türk  millətçiliyindən,  türk  şovinizmindən  getmir.  Sadəcə  olaraq,  bir  türk  olaraq  öz 

tarixini,  mədəniyyətini,  mənliyini  dərk  etməyin  vacibliyindən  gedir.  Bunu  dərk  edən  türk  öz 

iradəsini, öz vüqarını, öz qürurunu dünyaya sərgiləyəcək. 

 

*** 


 

Bəli,  biz  hələ  çox  şeyləri  kor-koranə  olaraq  Avropa  sistemləri  üzrə  öyrənirik  ki,  bu  da 

türkçülüyün ziyanınadır. 

 

*** 



 

Türkün  tarixi  o  qədər  qədimdir  ki,  hələlik  tarix  elmi  onun  hansı  tarixdən  başlandığını  tapa 

bilməyib.  Belə  bir  müdrik  elmi  fikir  vardır:  coğrafiyada  Yer  kürəsinin  qütblərinin  haradan 

başlandığı bəlli olmadığı kimi, tarixdə də türkün tarixinin başlanğıcı və türkün ilk məskəni hələ 

bəlli deyil. 

 

*** 



 

Türk  kimliyi  Avropaya  yalnız  türkün  öz  mədəniyyətinə  sahib  çıxmasından  sonra  təqdim 

olunacaq.  Türklər  başqa  millətlərə  türk  kimliyini  özünü,  mədəniyyətini,  tarixini  öyrənərək 

yenidən  təqdim  etməlidir.  Vaxtilə  bu  türklük,  tutalım,  bir  vərəqdə  kömürlə  yazılmışdısa  indi 

biz onu gözəl, çağdaş texnika vasitəsilə həkk etməliyik. Soydaşlarımız öz xalqını tanıdıqca, öz 

millətinin keçmişini, mədəniyyətini öyrəndikcə, təbii ki, qürur duyacaq. 

 

*** 



 

www.turkalevi.com 

…Biz  türklər  tarix  yazmaq  məsələsində  çox  geridə  qalmışıq.  Ona  görə  də  dünya  tarixi 

yazılanda  türkün  tarixini  hərə  öz  istədiyi  kimi,  əksəriyyəti,  təbii  ki,  düşmən  mövqeyindən 

yazır.  …Avropa  400-500  il  türkə  düşmən  olub.  Deməli,  türklərlə  bağlı  nə  varsa  400-500  il 

düşmənçiliklə qələmə alıblar, buna görə də onların yazdıqları doğru sayıla bilməz. 

 

*** 



 

Avropanın  da  uzun  müddət  türklərə  ögey  yanaşması,  onlarla  müharibələr  aparması,  Şərq 

məsələsinin  300  il  meydanda  olması  məndə  bu  haqsızlıqlara  qarşı  nifrət  yaradıb.  Məni 

düşündürür:  türkün  haqqı  niyə  tapdanır,  onun  haqqında  şər,  böhtan  deyilir?  Mənim  millətim 

haqqında niyə bunu deyirlər? 

 

*** 



 

…Meydana məqsədi türk dünyasını məhv etmək, parçalamaq olan, "türk" adı gələndə canına 

üşütmə  düşən,  gecə-gündüz  onu  yox  etməyi  düşünən  rus  imperiyası  çıxdı.  Bu  imperiyanın 

alimləri də türk tarixini saxtalaşdırmaqçün az iş görmədilər. 

 

*** 


 

Mən  deyəndə  ki  Skandinaviyanın  ən  qədim  əhalisi  türklərdir,  inanmırdılar.  Bu  yaxınlarda 

mənə XII əsrdə Skandinaviyada tərtib olunmuş bir sənəd göstərdilər. […] Orada yazılır ki, "bu 

yerin,    bu    ölkənin    əhalisi    Asiyadan    gəlmiş    türklərdir".    XII    əsr,    Skandinaviya    mətni, 

Skandinaviya  dilində.  Buna  nə  deyirsiniz?  Mən  deyəndə  oluram  dəli,  amma  Skandinaviya 

alimi deyəndə böyük kəşf sayılır. 

 

*** 


 

Türk kimdir? Ola bilər ki, o, qan baxımından türk olsun, ancaq türkə düşmən olsun və başqa 

millətə xidmət etsin, məfkurə və mədəniyyətcə türk olmasın. Deməli, o, türk deyil. Ancaq ola 

bilər  ki,  başqa  xalqın  nümayəndəsi  olsun,  ancaq  türkcə  danışsın,  türk  mədəniyyətini  daşısın, 

türk  millətinə  xidmət  eləsin,  ictimai  varlıq  olaraq  türk  kimi  fəaliyyət  göstərsin.  O  daha  çox 

türkdür. 

 

*** 


 

Bir incəliyi gözdən qaçırmamalıyıq; bir var Azərbaycan - Vətən və ondan doğan qurur, bir də 

var  millətdən  duyulan  qürur.  Mən  öncə  millətimdən  qürur  duyuram.  Amma  bu  qürurları  bir- 

birindən ayırıb qarşı-qarşıya  da qoymaq olmaz. İnsan  nə  yurdsuz insan  olur,  nə  də  millətsiz; 

bunların ikisi də olmalıdır. 

 

*** 



 

Mərakeşdən  başlamış  İraqadək,  Şimali  Afrikadan  belə  ərəb  milləti,  ərəb  dövlətləri  olduğu 

kimi,  Ağ  dənizdən  başlamış  Sakit  okeanadək,  Uzaq  Şərqə  qədər  hamısı  türk  torpaqlarıdır, 

böyük  türk  millətidir.  Sayını  250  milyon  da  deyirlər,  270  milyon  da.  Mən  də  bu  millətin 

övladıyam. 

 

*** 




 

www.turkalevi.com 

Mən  Doğu  Türküstan  haqqında  da,  Kipr  türkləri  haqqında  da,  Quzey  İraqdakı  soydaşlarımız 

haqqında  da  düşünürəm,  Çində,  Yaponiyada  yaşayan  türklərlə  də  maraqlanıram.  Ruslar 

Volqaboyundan, Moskva ətrafından tutmuş uzaq Sibirədək 200 il türkləri qıra-qıra o torpaqları 

işğal elədilər. Məsələ qaldırıb beynəlxalq məhkəməyə vermək lazımdır ki, tarixdə belə vəhşilik 

olub, bu vəhşiliyi tarix qınasın. 

 

*** 


 

Öncə  Vətənmi,  yoxsa  millətmi?  Sən  məfkurəndə  milləti  götür,  "Vətən"  dedikdəsə  hamısını  - 

həm  özünü,  həm  də  obiriləri.  Hələ  də  o  qəbul  olunmayıb.  Əvvəllər  deyirdim  mən  həm 

təbrizliyəm,  mərəndliyəm,  ərdəbilliyəm,  həm  bakılıyam,  şəkiliyəm,  kələkiliyəm  və  s.  İndisə 

özümü anadolulu da, türküstanlı da sayıram. Bir sözlə, bütün türk torpaqları mənə Vətəndir. 

 

*** 



 

Millətçiliyin    metodları    var.    Millətçilik    faşizm    formasında    da    aparıla    bilər,    kommunizm 

formasında  da,  hansısa  bir  şovinizm  formasında  da  (məsələn,  fars  şovinizmi  formasında). 

Millətçilik  şovinizmə  getməsin,  irqçiliyə  yuvarlanmasın  deyə  onun  qabağına  demokratiyanı 

qoydular. 

 

*** 



 

Türk  kimliyi  nədir?..  Türk  kimliyinin  təqdimatında  ciddi  yanlışlıqlar  var.  Stalin  dövründə  Orta 

Asiyanı  param-parça ediblər.  Bütün o  torpaqlara bir  vaxtlar Türküstan deyilirdi.  Bütün dünya 

qəbul  edirdi  ki,  bura  türk  məkanıdır,  Türküstandır.  Amma  sonra  parçalayıb  Özbəkistan, 

Türkmənistan,  Qazaxıstan  və  s.  yaratdılar.  İndi  bizimkilər  mahnı  yaradıblar  ki,  özbək,  azər, 

türkmən  -  hamısı  bir  soydur,  yəni  onu  rus  imperiyası  aralayıb,  parçalayıb.  Hamı  bunu  başa 

düşdüyünə görə mahnıya salır ki, ay camaat, çaşmayın ha, soyumuz birdir. 

 

*** 



 

"Türk"  adı  o  qədər  ümumiləşib  ki,  o,  bu  adı  daşıyanlarçün  qürur  qaynağı,  düşmənçünsə 

qorxu, vahimə mənbəyidir. Bu vahiməni götürməkçün "türk"ü parçalayır, ayır-buyur siyasətini 

ustalıqla yerinə yetirir. 

 

*** 


 

"Azərbaycanlı" termini Azərbaycanda yaşayan bütün vətəndaşlara aiddir. Ancaq o, heç zaman 

etnik,  milli  məna  kəsb  eləmir.  Biri  var  "rus",  biri  də  var  "rusiyalı".  Moskvada  yaşayan  tatara 

sən  "rus"  deyə  bilməzsən;  o  deyəcək  ki,  mən  rusiyalıyam,  amma  tataram.  Azərbaycanda 

doğulub Azərbaycanda böyüyən şəxs də deyəcək ki, mən azərbaycanlıyam. Bəs nə deməlidir 

ki?  Azərbaycanda  doğulsun,  Azərbaycanda  böyüsün,  sonra  da  desin  ki,  mən  fransalıyam? 

Deməz axı. Ona görə də bu, torpağa, məkana bağlı addır. "Türk"sə millətlə bağlı, etnik addır, 

ona görə də millətimizin adı kimi "türk" götürülməlidir. 

 

*** 


 

Avropa,  Asiya və Afrikanın qovşağında yaşayan türklər Afrika,  Hind okeanı və  Çinə çıxmaqda 

Rusiyaya;  Orta  və  Uzaq  Şərqə,  cənub-şərqi  Asiyaya,  Quzey  Afrikaya  çıxmaqda  bütün 

Avropaya  mane  olurdular.  […]  XVIII-XIX  yüzillərdə  Avropa  və  Rusiyanın  işğal  tarixlərinə 




 

www.turkalevi.com 

diqqətlə  baxsaq  onun  ana  xəttini  türklərlə  müharibələr  və  türk  torpaqlarının  işğalı,  türklərin 

dünya çapında genosidi (soyqırımı) təşkil edir. […] XIX yüzildə Hindistanda (Böyük Moğollar), 

Orta Asiyada, Qafqazda, o sıradan Azərbaycanın quzeyində, Uyğurustanda, Türküstanda türk 

sülalələrinin hakimiyyətinə son qoyuldu, ərəblər Osmanlı türklərinə qarşı qızışdırıldı. 

 

*** 



 

Bütün  bunlara  (avropalıların  türklərə  qarşı  vəhşiliklərinə,  onların işğalçılıq  siyasətinə -  tərtib.) 

haqq qazandırmaq üçün bir yol vardı: türkləri vəhşi, qaniçən, xristian düşməni, rus düşməni, 

mədəni  hind-avropalıların  və  samilərin  düşməni,  işğalçı  və  …ümumiyyətlə  götürəndə, 

insanlığın, bəşərin düşməni elan etmək, dünya xalqlarını onlara qarşı qaldırmaq, türkləri içdən 

bölük-bölük    etmək.    […]    Türklərin   sonradan   yaranma    və    hər    yerə    gəlmə    olduqlarını 

isbatlamaq, sonda isə türklərə türk olmadıqlarını sübut etmək! 

 

*** 



 

…XIX  yüzilin  ortasında  Rusiya  Osmanlı  sultanından  tələb  etdi  ki,  müsəlmanlıqdan  əl  çəkib 

xristianlığı  qəbul  etsin,  Volqaboyunda  və  Sibirdə  türklər  zorla  xristianlaşdırıldı,  Azərbaycan, 

Mərkəzi Türküstan və Doğu Türküstan bir neçə yerə bölündü. 

 

*** 


 

Stalin  türk  düşmənçiliyində  hələ  gəncliyindən  tanınan  tacik  şovinisti  Babacan  Qafurov`u  36 

yaşında  Moskvadakı,  birbaşa  mərkəzi  hakimiyyətə  xidmət  edən,  Şərqşünaslıq  İnstitutunun 

(SSRİ  Elmlər  Akademiyası)  direktoru  təyin  edərkən  demişdir:  Səni  ora  direktor  qoyuram. 

Sübut etməlisiniz ki, SSRİ-də türk yaşamır! Bu göstəriş Stalinin sağlığında həll edildi. Bundan 

sonra   Şərqşünaslıq   İnstitutu   B.Qafurovun   rəhbərliyi   altında  və   Leninqrad   Şərqşünaslıq 

İnstitutu  Güney  Azərbaycanda  və  İranda  türklərin  tarixən  olmadığını,  azərbaycanlıların  isə 

Səlcuqlular  dövründə  türkləşmiş  irandilli  xalq  olduğunu  sübut  etmək  üçün  dəridən-qabıqdan 

çıxmağa başladı. Bir sıra Avropa, Azərbaycan və İran institut və alimləri də onlara qoşuldu. 

 

*** 



 

Siyasət  tarixində,  tarix  elmində  və  şərqşünaslıqda  türk  düşmənçiliyi  bir  neçə  yüz  il  davam 

etmişdir.  Tarix  elmi  və  şərqşünaslıq  böyük  siyasətin  müşayiətçisinə,  ara-sıra  əlaltısına 

çevrilmişdir.  İndi  dünyanın  siyasəti  dəyişməkdə,  türk  düşmənçiliyi  (antitürkçülük) 

sönməkdədir.  Uzun  müddət  dünyada  hökm  sürən  hakim  millətçi,  şovinist  və  imperialist 

siyasətin  yerini  demokratiyaya  dayanan  siyasət  tutmaqdadır.  Bu  siyasət  elmdə  və 

şərqşünaslıqda özünü hökmən göstərəcək. 

 

*** 



 

…"Türkün    türkdən    başqa    dostu    yoxdur"    siyasət    xatirinə   söylənmiş    keçici    şüardı.    Biz 

düşmüşdük  amansız  bir  qasırğanın  içinə,  vuruşurduq,  yeganə  müdafiəçimiz,  dostumuzsa 

Türkiyəydi. Belə durumda həmin şüarın ortaya çıxmasını mən bütünlüklə təbii sayıram. Ancaq 

bu  şüarı  Azərbaycan  daxilinə  tətbiq  etmək,  buradakı  başqa  qardaş  xalqlarla  türklərin 

dostluğuna xələl gətirməyə çalışmaq, əlbəttə, çox ziyanlıdır. 

 

*** 



 

www.turkalevi.com 

10 

…Yeni  Turan  məfkurəsi  meydana  çıxacaq.  Soydaşlarımız  fikirləşəcək  ki,  Anadoluda  da 

yaşamaq  xoşdur,  Azərbaycanda  da.  Çünki  bu  türk  bir  yerdə  oturan  deyil  -  görəcək  ki, 

Azərbaycanda  darıxır,  bir  də  gördün  yığışıb  getdi  Türkiyəyə,  yaxud  Doğu  Türküstana.  Ona 

görə  fikirləşəcəklər  ki,  bu  Vətənin  adını  nə  qoyaq?  Bax,  onda  Böyük  Turan  ideyası  ortaya 

çıxacaq ki, qoy bu torpaqların adı elə "Turan" olsun (onda yəqin ya "Türküstan" deyiləcək, ya 

"Turan", ancaq, məncə, "Turan" adı qoyulacaq, çünki onların hamısına uyğun gəlir). 

 

*** 



 

Ola bilsin ki, Turan məsələsində bir qədər məfkurə dartışması olacaq, çünki Turan konkret bir 

məkanın adıdır. Azərbaycanın müəyyən bir hissəsinin də daxil olduğu Turan Orta Asiyaya - ta 

İssıkkuladək olan yerləri əhatə edir. Sonra deyəcəklər ki, "Turan məkanı" işlədiriksə bəs onda 

Anadolu   nə    olsun,    Doğu    Türküstan   necə    adlansın?    Bu    zaman    türklər   yaşayan   yerə 

"Türküstan"  da  deyilə  bilər,  bunu  da  hamı  belə  qəbul  edər:  "Türküstanın  Anadolusu", 

"Türküstanın Azərbaycanı" və sair. 

 

*** 



 

Ortaq  türk  ədəbi  dili  yaranacaq,  ortaq  türk  əlifbası  yaranacaq,  amma  o,  bu  gün  mümkün 

deyil,  çünki  inkişaf  mərhələlərinin  müxtəlifliyi  nəticəsində  biz  bir-birimizdən  təcrid  olunaraq 

ayrı-ayrılıqda formalaşmışıq və yenidən bir-birinə çulğaşma çox da asan deyil. […] Ortaq türk 

dilinin  yaranması  üçün  türk  xalqlarının,  ayrı-ayrı  türk  etnoslarının  birliyi,  onların 

mədəniyyətlərinin  birliyi  lazımdır.  Onlar  özləri  yavaş-yavaş  ortaqlığa  gətirib  çıxaracaqlar.  […] 

Bununçün müəyyən vaxt, böyük mədəni birlik lazımdır. 

 

 



 

*** 


 

…Təxminən  otuz  ildən  sonra  (bir  az  tez-geci  var)  ortaq  əlifba  hökmən  yaranacaq.  Onu 

sürətləndirməkçün,  yaxud  ləngitməkçün  zorlamaq  olmaz  -  …buraxacaqsan  kütlənin  özünə, 

çünki  dil  xalqın  məhsuludur,  alimlərin  yox.  Alimlər,  sadəcə,  ona  yön  verə  bilər,  terminlərlə 

zənginləşdirər,  müəyyən  söz  düzümü  gətirər  və  müəyyən  səviyyədə  inkişaf  etdirə  bilərlər, 

amma dil bütövlükdə xalqa məxsusdur - onu xalq yaradır, xalq da inkişaf elətdirir. 

 

*** 


 

Türk  dünyasının  intellektual  qüvvəsi  bu  gün  bu  işin  gerçəkləşdirilməsinə  yetir,  ancaq  türk 

dövlətlərinin  ortaq  mədəniyyət  siyasəti  də  olmalıdır.  Ümumtürk  mədəniyyəti,  ümumtürk 

ədəbiyyatı  və  ümumtürk  dilinin  yaradılması  həmin  mədəniyyət  siyasətinin  tərkib  hisssələri 

olmalıdır.  Özü  də, bu siyasətə  pul  qoyulmalı və  dövlət  buna xərc  çəkməlidir,  bu, dövlətçiliyin 

əsas mahiyyətlərindən  biridir. Çox  təəssüf ki,  bəzi  dövlət  başçıları  bunu  başa  düşmür,  ancaq 

iqtisadiyyat,  hərb,  siyasət  məsələlərini  həll  etməklə  məşğul  olurlar.  Böyük  dövlətlər  əslində 

böyük mədəniyyət üstündə gəlişirlər. 

 

*** 


 

Beş-üç  alimin  yığışıb  üç-beş  iclas  çağırmasından  bir  şey  çıxmaz.  Kütləvi  məktəblər  açılmalı, 

mühazirələr  oxunmalı,  bura  milyardlar  qoyulmalıdır.  Alimlər,  deyək  ki,  otuz  min,  qırx  min 

maaş almaqla o mədəniyyəti yarada bilməzlər - gərək o, yarım milyon, bir milyon maaş alsın 




 

www.turkalevi.com 

11 

ki,  bu  işi  görə  bilsin,  əsərlərini  çap  etdirsin  və  s.  Yenə  də  deyirəm:  dövlətlər  buna  böyük 

vəsait  qoymalıdır.  Əgər  onlar  hərbə  qoyduğu  vəsaitin,  belə  deyək,  beşdə  ikisini  mən  deyən 

mədəniyyətə,  elmə  qoysalar  on  ildən  sonra  bu  türk  dövlətlərinin  qarşısında  dura  biləcək 

qüvvə tapılmaz, çünki bizim mədəni potensialımız çox güclüdür. Sadəcə, buna maddi təminat 

lazımdır, o maddi təminatsa yoxdur. 

 

*** 


 

Bütün xarici siyasətlər milli mənafe baxımından həll edilir. 

 

*** 


 

…Biz    öz    durumumuza    göz    yetirdikdə,    əlbəttə,    məyus    oluruq    -    mövcud    hakimiyyət 

türkçülükdən  dəhşətli  dərəcədə  qorxur,  ziyalılarımızın  da  bir  çoxu  deyir  ki,  doğrudur,  biz 

türkük, ancaq bunu car etmək lazım deyil - özümüzə "türk" desək deyəcəklər ki, millətçidirlər, 

azsaylı  xalqlara  xor  baxırlar  və  b.  Maraqlıdır  ki,  oxşar  düşüncə  Rusiyanı  da  narahat 

etməkdədir.  Rusların  çoxusu  bu  gün  özünü  "russkiy"  yox,  "rossiyanin"  ("rusiyalı")  adlandırır, 

çünki qorxur ki, "rus" başqa xalqlarda nifrət yaradar. 

 

*** 



 

İnşallah,  bütün  türk  dünyasında  cümhuriyyətlər  yaranacaq,  demokratiya  yürüyəcək.  Ondan 

sonra müsəlman daha xoşbəxt yaşayacaq. 

 

*** 



 

Harada əzilən türklər varsa orada onlar bayraqlarını qaldıracaqlar. 

 

*** 


 

İndi türk bayraqlarının çoxluğu adamları niyə xofa salır? 

 

*** 


 

Tanrı türkə yar olsun! 



 

Tanrı türkü qorusun! 



Yüklə 116,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə